Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2766/2024 31.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: əqdin etibarsız hesab edilməsi, vicdanlı əldə edənin hüququnun qorunması Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu, Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-110/2024 nömrəli, 17 yanvar 2024-cü il tarixli qətnaməsindən cavabdehlər X2 nümayəndəsi, eləcə də mərhum X və X3 hüquq varisi Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 31 oktyabr 2024cü il tarixində Ali Məhkəmənin binası nda yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. JN-704 KOD 50411018 saylı Torpağa Mülkiyyət Hüququna X10 əsasən, Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 51 saylı qərarı ilə X, X4 və X5 0.96 ha torpaq sahəsi verilmişdir.
2. X6 14 aprel 2003-cü il tarixdə, X 3 oktyabr 2011-ci il tarixində ölmüşlər. Cavabdeh1 X övladıdır.
3. Xxx.xx.2005-ci il tarixli, 4Ə-504 reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən, torpaq sahəsinin 7009.63 kv.m. və 2618.00 kv.m. hissəsini Cavabdeh2 satmışdır. Şəmkir rayonu, Keçili kəndində yerləşən 0.4252 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ əsasında Cavabdeh2 adına qeydə alınmışdır.
4. Cavabdeh2 xx.xx.2019-cu il tarixli, AN-1 ******* saylı alğı-satqı müqaviləsinə əsasən 0.4252 ha torpaq sahəsini İddiaçı satmış, daşınmaz əmlakın dövlət reyestrində həmin sahə tam mülkiyyət hüququ əsasında iddiaçının adına qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı (bundan sonra- iddiaçı) ilkin iddia və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh1 (bundan sonra- cavabdeh) ona mülkiyyət hüququ ilə məxsus olan mübahisəli torpaq sahəsindən çıxarılması və 400 manat ekspertiza xərcinin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh onun həmkəndlisidir və ona mülkiyyət hüququ ilə məxsus olan mübahisəli torpaq sahəsindən qanunsuz olaraq istifadə edir. Dəfələrlə ona öz mülkiyyətində olan torpa q sahəsindən çıxmasını tələb etsə də, o həmin torpaq sahəsindən çıxmaqdan imtina etmişdir.
7. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum atası ilə Cavabdeh2 arasında Şəmkir rayonu, 1 nömrəli dövlət notariat kontorunda bağlanmış, birinci alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə və həmin müqavilə əsasında Cavabdeh2 adına verilmiş xx.xx.2011-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, ikinci alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında iddiaçının adına verilmiş xx.xx.2019-cu il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Qarşılıqlı iddia onunl a əsaslandırılmışdır ki, Cavabdeh2 onun mərhum valideynlərinə və qardaşına mülkiyyət hüquqları ilə məxsus olan 0,96 hektar pay torpaq sahəsini qanunsuz yolla öz adına sənədləşdirmişdir. Bu səbəbdən də həmin torpaq sahəsi barəsində bağlanmış əqdlər etibarsızdır.
9. X1 xx.xx.2020-ci il tarixli, 318 saylı ekspert rəyinə əsasən Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış əsasında iddiaçının mülkiyyətində olan mübahisəli torpaq sahəsinin 0.13 ha hissəsinin cavabdeh tərəfindən tutularaq istifadə edildiyi müəyyən edilmişdir.
10. Şəmkir Rayon Məhkəməsinin 2(076)-228/2021 saylı mülki iş üzrə 17 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakim Mustafa Mustafayev) ilkin və qarşılıqlı iddia tələbləri təmin edilməmişdir.
11. Məhkəmə gəldiyini nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli torpaq sahəsini n cavabdeh tərəfindən istifadə edilib-edilməməsi barədə təyin edilmiş ekspertizanın rəyi ilə iddiaçının mülkiyyətində olan torpaq sahəsinin koordinatları ilə təqdim olunmuş və faktiki istifadə olunan torpaq sahəsinin koordinatları arasında uyğunsuzluqlar aşkar olunduğundan bu halı müəyyən etmək mümkün olmadığı üçün ilkin iddia tələbi təmin edilməməlidir.
12. Məhkəmə qarşılıqlı iddia tələbinin birinci alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi hissəsinə münasibətdə qeyd etmişdir ki, cavabdeh həmin müqavilənin predmeti olan torpaq sahəsinin ona valideynlərindən qalmış əmlakı vərəsə kimi qəbul etməsini təsdiqləyəcək sübutları məhkəməyə təqdim etmədiyindən onun mübahisəli torpaq sahəsi ilə bağlı müvafiq tələb (subyektiv) hüququ mövcud deyil, lakin X4 isə mübahisəli torpaq sahəsin in paylı mülkiyyətçilərindən biri olduğundan onun müvafiq tələb (subyektiv) hüququ mövcud olmasına baxmayaraq onlar (yəni cavabdeh və İsmət Məmmədov) hələ atasının sağlığında 2011-ci il tarixində prokurorluq orqanlarına şikayət etmələri həmin halı bilmələrinin sübutu kimi çıxış edir və onunla bağlı həmin vaxt deyil, 14 ildən sonra iddia qaldırdıqları üçün nəzərdə tutulmuş bir illik müddətini (əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia vermək hüququ) ötürmüşlər.
13. Məhkəmə öz hüquqi mövqeyini Mülki Məcəllənin 324.1, 324.2, 324.4, 372.1, 354.1ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
14. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instan siya məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsi, ilk iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Şikayət onunla əsaslandırılmışdır ki, işdə olan ekspert rəylərində uyğunsuzluq olmasına baxmayaraq məhkəmə təkrar ekspertiza keçirmədən qətnamə qəbul etdiyi üçün qətnamə qanunsuz və əsassızdır.
16. İddiaçı da apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, ilk iddianın təmin edilməsi və qarşılıqlı iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Şikayət onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, o, vicdanlı alıcı olduğu üçün əmlakı qanuni əsaslarla əldə etmişdir və iş üzrə təkrar ekspertiza keçirilməklə iş in hallarına qanuni qiymət vermək olar.
18. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-384/2022 nömrəli iş üzrə 02 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər- Ə.Məmmədov sədrlik edən, məruzəçi, L.Süleymanov və A.Hüseynzadə) iddiaçının apellyasiya şikayəti təmin olunmamış, cavabdehin apellyasiya şikayəti təmin edilərək, iş üzrə Şəmkir Rayon Məhkəməsinin 2(076)-228/2021 saylı mülki iş üzrə 17 iyul 2021-ci il tarixli qətnaməsi qarşılıqlı iddianın təmin edilməməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək qarşılıqlı iddia tələbi təmin edilmiş, birinci alğı-satqı müqaviləsi qanunsuz yolla əldə edilmiş sənəd olduğundan həmin sənəd əsasında verilmiş, mübahisəli torpaq sahəsinin tam mülkiyyət hüququ əsasında Cavabdeh2 adına qeydə alınması barədə tərti b edilmiş çıxarışın ləğv edilməsi, həmin torpaq sahəsinin onun tərəfindən iddiaçıya satılması barədə olan ikinci alğı-satqı müqaviləsinin etibarsız sayılması, mübahisəli torpaq sahəsinin iddiaçının adına mülk kimi qeydə alınması barədə olan xx.xx.2019-cu il tarixli çıxarış etibarsız əqd əsasında əldə edildiyindən ləğv edilməsi qət edilmişdir.
19. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci alğı-satqı müqaviləsi adlanan sənəd qanunsuz yolla əldə edilmiş bir sənəd olduğundan xx.xx.2011-ci il tarixli çıxarışın verilməsi üçün qanuni əsaslar olmamışdır. Ona görə də qarşılıqlı iddia Cavabdeh2 aid olan hissəsi qanuni əsaslı sayılmalıdır.
20. Məhkəmə kollegiyası cavabdehin şikayətinin dəlillərinə olan münasibətdə qeyd etmişdir ki, ikinci alğı-satqı müqaviləsi bağland ığı anadək iddiaçı həmin torpaq sahəsinin faktiki olaraq cavabdehin sahibliyində və istifadəsində olduğu barədə məlumatlı olmasına baxmayaraq buna əhəmiyyət verməmiş və sözügedən müqaviləni bağlamışdır. Ona görə də məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı mübahisəli torpaq sahəsinin vicdanlı alıcısı kimi qəbul edilə bilməz.
21. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Mülki Məcəllənin 139.1, 139.2, 139-1, 148.2, 149, 182.2-ci maddələrinə, habelə MPM-in 76.2, 77.1, 78.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
22. İddiaçı (vəkil X7) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması, ilk iddianın təmin, qarşılıqlı iddianın rədd olunması barədə yeni qərar qəbul olunmasını xahiş e tmişdir.
23. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-885/2023 nömrəli, 03 aprel 2023-cü il tarixli qərarı ilə (hakimlər- Z.Əliyev, məruzəçi, A.Abbasov və V.Məmmədov) kassasiya şikayəti qismən təmin edilərək, iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-384/2022 nömrəli iş üzrə 02 sentyabr 2022-ci il tarixli qətnaməsi- qarşılıqlı iddianın iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış ikinci alğısatqı müqaviləsi etibarsız sayılmış və torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququna dair verilmiş xx.xx.2019-cu il tarixli çıxarış ləğv edilmiş, habelə ilkin iddianın rədd edilməsi hissəsində ləğv edilməsi və mülki işin həmin hissələrdə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qət edilmişdir.
24. Kassasiya instansiyası mə hkəməsi qeyd etmişdir ki, mübahisəli daşınmaz əşyanın mülkiyyətini dövlət reyestrindəki qeydə əsasən mülkiyyətçi Cavabdeh2 əldə edən iddiaçının vicdanlılığı ehtimal edildiyi üçün əksini (onun vicdanlı olmadığını) sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Mövcud vəziyyətdə məhkəmənin gəldiyi nəticə ehtimallara əsaslanmaqla vicdanlılıq prezumpsiyasını etibarlı şəkildə aradan qaldıran kifayətedici sübutlara söykənmir. Belə ki, daşınmaz əşyalar üzərində sahibliyin və hüquqi vəziyyətin üçüncü şəxslərə açıqlanması daşınarlarda olduğu kimi əşyaya faktiki malik olmaqla deyil, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatla təmin olunduğu üçün daşınmaz əşyanın hüquqi vəziyyəti ilə bağlı vicdanlılıq, faktiki vəziyyətə dair şübhə və ya ehtimallara görə yox, reyestrdəki qeydin əsassızlığına dai r bilgi əsasında aradan qalxa bilər. Ona görə də daşınmaz əşyanın mülkiyyətini qazanmış şəxsin həmin əşyanı daha əvvəl başqasının istifadəsində olmasını görməsi faktı, özü-özlüyündə vicdanlılığı istisna etmir. Bu ehtimal mövcud reyestr qeydiyyatının da əsaslı olmadığını əldə edənin bilməsinə dair sübutlarla təsdiqlənməlidir. Hazırki işdə isə həmin xüsusatlar çəkişmə prinsipinə riayət olunmaqla lazımi şəkildə yoxlanılmamış, iddiaçının torpaq sahəsini əldə edərkən satıcı Cavabdeh2 adına olan reyestr qeydiyyatının əsassız olduğunu bilməsi konkret sübutlarla əsaslandırılmamışdır. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
25. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Məhkəmə Ekspertiza Mərkəzinin 07 noyabr 2023-cü il tarixli, 3-16-16/2-10/6297 nömrəli ekspert rəyi ilə müəyyən olunm uşdur ki, iddiaçının mülkiyyətində olan mübahisəli torpaq sahəsi cavabdeh tərəfindən bütünlüklə istifadə edilir.
26. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-110/2024 nömrəli, 17 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər- İ.Həsənov sədrlik edən, məruzəçi, R.Mamedov və A.İsgəndərova) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, iş üzrə Şəmkir Rayon Məhkəməsinin 2(076)-228/2021 saylı mülki iş üzrə 17 iyul 2021-ci il tarixli qətnaməsi- iddiaçının cavabdehə qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair ilk iddiasının əsassız olduğundan təmin edilməməsi hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsi, ilkin iddia tələbinin təmin edilməsi, cava bdehin mübahisəli torpaq sahəsindən çıxarılması, qətnamənin cavabdehin iddiaçıya və Cavabdeh2 qarşı ikinci alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir.
27. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehin mübahisəli torpaq sahəsindən çıxarılması barədə tələbindən sonra cavabdeh qarşılıqlı iddia ərizəsi vermişdir. Yəni həmin vaxta qədər cavabdehlə əvvəllər torpaq sahəsinin mülkiyyətçisi olmuş Cavabdeh2 arasında torpaqla bağlı hər hansı məhkəmə mübahisəsi olmamışdır ki, alıcı olan iddiaçı da mübahisədən, habelə satıcı Cavabdeh2 alğı-satqı predmeti olan daşınmaz əmlaka dair çıxarışı hansı formada əldə etməsindən xəbərdar olsun. Bu hal onu göstərir ki, iddiaçı ilə Cavabdeh2 arasında ikinci alğı-satqı müqaviləsi bağlanarkən alıcıda əqdin legitimsizliyi barədə şübhə doğuracaq hal mövcud olmamışdır. İddiaçı alğı-satqı predmeti olan torpaq sahəsinə dair Cavabdeh2 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamlığı prezumpsiyasına etimad göstərərək torpaq sahəsini əldə etmişdir.
28. Ona görə də məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı mübahisəli torpaq sahəsini vicdanlı alıcı olaraq əldə etmişdir. Həmçinin ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, cavabdeh hər hansı hüquqi əsas olmadan hazırda iddiaçıya məxsus torpaq sahəsindən qanunsuz istifadə edərək iddiaçının mülkiyyət hüququna müdaxilə etdiyi üçün həmin torpaq sahəsindən çıxarılmalıdır. Kassasiya instansiyası məhkəməsində ikinci icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
29. Cavabdeh (Vəkil oğlu) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ilkin iddianın təmin edildiyi, qarşılıqlı iddianın qismən təmin edildiyi hissədə ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
30. Kassasiya şikayəti 22-ci bənddə göstərilmiş izahatın məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli ekspert rəyində iddiaçının mülkiyyətində olan 0,4252 ha torpaq sahəsinin 0,13 ha hissəsi cavabdeh tərəfindən tutularaq istifadə edildiyi göstərilsə d ə, xx.xx.2023-cü il tarixli ekspert rəyində isə həmin torpaq sahəsinin bütövlükdə cavabdeh tərəfindən tutularaq istifadə edildiyi müəyyən edilmişdir, lakin belə bir ziddiyəti məhkəmə araşdırmamışdır. Əslində isə 0,4252 ha torpaq sahəsinin 0,26 ha hissəsi cavabdehin ailə üzvlərinə məxsusdur. Həmçinin qeyd edilmişdir ki, ikinci alğı-satqı müqaviləsi bağlandıqdan əgər torpaq sahəsi, həqiqətən, iddiaçının istifadəsində olmamışdırsa, nə üçün o, cavabdehə qarşı iddianı 2019-cu ildə deyil, 2021-ci ildə qaldırmışdır. Apellyasiya instansiya bütün bu halları düzgün araşdırmamış və səhv nəticəyə gəlməklə əsassız və qanunsuz qətnamə çıxartmışdır. Ona görə də cavabdeh hesab edir ki, həmin qətnamə ilkin iddianın təmin edildiyi, qarşılıqlı iddianın qismən təmin edildiyi hissədə ləğv edilərək ilk iddia rə dd olunmalı, qarşılıqlı iddia tam təmin olunmalıdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
32. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
33. Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
34. Maddə 141.1. Əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər.
35. Maddə 141.2. Bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı et iraz edilə bilər.
36. Maddə 141.3. Daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir.
37. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.
38. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna ed ilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır.
39. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
40. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
41. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
42. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, h üquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
43. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
44. Maddə 358.1. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır.
45. Maddə 358.2. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllə si
46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
48. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
49. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
50. Maddə 416.2. Apellya siya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
51. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
52. Cavabdehlər hazırkı kassasiya şikayətində qətnaməni ilk iddianın təmin, qarşılıqlı iddianın qismən təmin olunduğu hissələrdə mübahisələndirdiklərindən, apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissələrdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
53. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
54. Cavabdehlər kassasiya şikayətin də apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, ilk iddianın rədd edilməsi, habelə qarşılıqlı iddianın təmin edilməsi üçün əsasların olduğunu və sair göstərsələr də, kassasiya instansiyası məhkəməsi onların bu dəlillərlə razılaşmır.
55. Belə ki, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisəli daşınmaz əşyanın mülkiyyətini dövlət reyestrindəki qeydə əsasən mülkiyyətçi Cavabdeh2 əldə edən iddiaçının vicdanlılığı ehtimal edildiyi üçün əksini (onun vicdanlı olmadığını) sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Hazırkı halda birinci instansiya məhkəməsinin mübahisələndirilən hissələrdə gəldiyi nəticə ehtimallara əsaslanmaqla vicdanlılıq prezumpsiyasını etibarlı şəkildə aradan qaldıran kifayətedici sübutlara söykənmir.
56. Belə ki, daşınmaz əşyalar üzərində sahibliyin və hüquqi vəziyyətin üçüncü şəxslərə açıqlanması daşınarlarda olduğu kimi əşyaya faktiki malik olmaqla deyil, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatla təmin olunduğu üçün daşınmaz əşyanın hüquqi vəziyyəti ilə bağlı vicdanlılıq, faktiki vəziyyətə dair şübhə və ya ehtimallara görə yox, reyestrdəki qeydin əsassızlığına dair bilgi əsasında aradan qalxa bilər.
57. Ona görə də daşınmaz əşyanın mülkiyyətini qazanmış şəxsin həmin əşyanı daha əvvəl başqasının istifadəsində olmasını görməsi faktı, özü-özlüyündə vicdanlılığı istisna etmir. Bu ehtimal mövcud reyestr qeydiyyatının da əsaslı olmadığını əldə edənin bilməsinə dair sübutlarla təsdiqlənməlidir. Hazırki işdə isə həmin xüsusatlar çəkişmə prinsipinə riayət olunmaqla lazımi şəkildə yoxlanılmamış, iddiaçının torpaq sahəsini əldə edərkən Cavabdeh2 adına olan reyestr qeydiyyatının əsassız olduğunu bilməsi konkret sübutlarla əsaslandırılmamışdır.
58. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işə əlavə edilmiş xx.xx.2020ci il tarixli ekspert rəyində iddiaçının mülkiyyətində olan 0,4252 ha torpaq sahəsinin 0,13 ha hissəsi cavabdeh tərəfindən tutularaq istifadə edildiyi göstərilsə də, xx.xx.2023-cü il tarixli ekspert rəyində həmin torpaq sahəsinin bütövlükdə cavabdeh tərəfindən tutularaq istifadə edildiyi müəyyən edilmişdir, lakin belə bir ziddiyəti birinci instansiya məhkəməsi araşdırmamışdır.
59. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi m übahisəni düzgün həll etmişdir, maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
60. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi q ə r a r a aldı: Cavabdehlər X2 nümayəndəsi, eləcə də mərhum X və X3 hüquq varisi Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 17 yanvar 2024-cü il tarixli, 2(104)-110/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi and