Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2768/2024 15.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı “Azneft” İB-nin 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: işdən azad edilmə barədə əmrin ləğvi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının və istifadə edilməmiş məzuniyyətlərə görə kompensasiyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh “Azneft” İB-nin 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsinə qarşı əmrin və əmək kitabçasındakı qeydin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının tutulması, xəstəlik vərəqəsi üzrə ödənişlərin və vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-893/2024 nömrəli, 01 fevral 2024-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.2020-ci il tarixli, 510 nömrəli əmək müqaviləsinə, əsasən, SOCAR “Azneft” İstehsalat Birliyi 5 saylı Texnoloji Nəqliyyat Departamentinin direktoru X2 İddiaçı (bundan sonra – “iddiaçı”) arasında həmin tarixdən hesablanmaqla xx.xx.2021-ci il tarixinədək 1 il müddətinə əmək müqaviləsi bağlanmış və iddiaçı SOCAR “Azneft” İs tehsalat Birliyi 5 saylı Texnoloji Nəqliyyatı Departamenti 1 saylı İxtisaslaşdırılmış NeftMədən Xüsusi Texnika İdarəsinə (bundan sonra – “cavabdeh”) nəqliyyat dəstəsinə 6-cı dərəcəli quyuların sementlənməsi üzrə maşinisti peşəsinə işə qəbul edilmişdir.
2. İddiaçıya pielosistit diaqnozu ilə xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək ******* nömrəli əmək qabiliyyətinin olmaması, enferokolio diaqnozu ilə xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək 02088133 nömrəli əmək qabiliyyətinin olmaması,sanozit duodenit diaqnozu ilə xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinə qədər ******* nömrəli əmək qabiliyyətinin olmaması, arterial hiperteuziya ilə xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək ******* nömrəli əmək qabiliyyətinin olmaması, sinlit diaqno zu ilə xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək ******* nömrəli əmək qabiliyyətinin olmaması, ureit diaqnozu ilə xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək ******* nömrəli əmək qabiliyyətinin olmaması, rental fustula diaqnozu ilə xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək ******* nömrəli əmək qabiliyyətinin olmaması, burun çəpəri əyriliyi ilə xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək ******* nömrəli əmək qabiliyyətinin olmaması, xroniki qastritin kəskinləşməsi diaqnozu ilə xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək ******* nömrəli əmək qabiliyyətinin olmaması, bel-oma fəqərələrinin osteoxandrozu disk yerdəyişməsi diaqnozu ilə xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixinədək ******* nömrəli əmək qabiliyyətinin olmaması, sol tərəfli böyrək xəstəliyi diaqnozu ilə xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək ******* nömrəli əmək qabiliyyətinin olmaması xx.xx.2022-ci il tarixindən pararektal festula diaqnozu ilə ******* nömrəli əmək qabiliyyətinin olmaması barədə xəstəlik vərəqələri açılmışdır. 3. xx.xx.2022-ci il tarixli akta (bundan sonra – “birinci akt”) əsasən iddiaçının yazılı və elektron müraciətləri əsasında yaşadığı ünvan 1 ünvanına (bundan sonra – “iddiaçının yaşayış ünvanı”) gedilmiş və yaşadığı ünvanda olmadığı müəyyən edilmişdir. Harada olmasının müəyyən edilməsi məqsədi ilə istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə əlaqə saxlanılmış və onun ünvanında olduqlarını bildirmişlər. O, evdə olmadığını, təxminən 30 dəqiqə müddətində gələ biləcəyini bildirmişdir. Qeyd etdiyi vaxta g əldikdən sonra onunla söhbətlər aparılmış və poçt vasitəsilə ona ünvanlanmış məktubların geri qaytarıldığı üçün hər biri ona təqdim edilərək idarə aparatına gəlməsi bildirilmişdir. İddiaçı idarə aparatına gələrək onunla müvafiq söhbətlər aparılmış və söhbət əsnasında “Azneft” İB-nin işçinin başqa işə keçirilməsi haqqında siyahı təqdim olunaraq onun 2 saylı A və XTS-də avtomobillərin təmiri üzrə çilingər peşəsi təklif edilmişdir. İddiaçı bu təklifi qəbul etmədiyini və işlədiyi peşə üzrə işləmək istədiyini bildirmişdir. Belə olan halda onun uzun müddətdir xəstəlik vərəqəsi üzrə işə çıxmadığından tərəflər arasında bağlanmış müqavilənin qüvvədə olması nəzərə alınaraq həmin peşə üzrə işə çıxması təklif edilmişdir. Əlavə olaraq iddiaçının nəzərinə çatdırılmışdır ki, xx.xx.2021-ci il tarixindən b u günədək ona 5 dəfə müxtəlif peşələr üzrə iş təklif edilsə də, o qəbul etməkdən imtina etmişdir. Sonda iddiaçı xx.xx.2022-ci il tarixində öz peşəsində işləmək üçün işə çıxacağını bildirmişdir. 4. xx.xx.2022-ci il tarixli akta (bundan sonra – “ikinci akt”) əsasən iddiaçı ilə xx.xx.2022-ci il tarixdə edilmiş söhbət əsnasında o, xx.xx.2022-ci il tarixindən öz peşəsi üzrə işə çıxacağını bildirsə də, işə çıxmamış və onun istifadəsində olan 050-457- 59-56 mobil nömrəsi ilə əlaqə saxlanılmasına cəhd edilsə də, o, mobil telefonunu söndürdüyü üçün onunla əlaqə saxlamaq mümkün olmamışdır.
5. Cavabdehin rəisinin Səhiyyə naziri cənab Teymur Musayeva ünvanlandığı xx.xx.2022-ci il tarixli xəstəlik vərəqələrinin verilməsi barədə ərizəyə əsasən iddiaçıya və cavabdehdə çalışan digər işçilərə verilmiş əm ək qabiliyyətinin olmaması vərəqələrinin əsaslı olub-olmamasının araşdırılması, və həmin vərəqələrinin verilməsinin nəzarətə götürülməsi xahiş edilmişdi. 6. 453-K nömrəli, xx.xx.2022-ci il tarixli əmrə (bundan sonra – “xitam əmri”) əsasən iddiaçı ilə bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra – “Əmək Məcəlləsi”) 68.2-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar əmək müqaviləsinə xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçı cavabdehə qarşı “əmrin və əmək kitabçasındakı qeydin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma üçün əmək haqqı tələbi, xəstəlik vərəqəsi üzrə ödənişlərin ödənilməsi və maddi ziyan” tələbinə dair i ddia ərizəsi ilə məhkəməyə müraciət edərək Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə əsaslanan xitam əmrinin və bu əmrə əsasən ******* №-li əmək kitabçasının 12-ci səhifələrindəki yazılmış “Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 ”b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması), əmək müqaviləsinə xitam verilsin” qeydinin etibarsız sayılaraq ləğv edilməsi, əmək qabiliyyətinin olmaması vərəqəsi üzrə xəstə olduğu müddətin xəstəlik vərəqəsi üzrə ödənişlərin (əmək haqqı), məhkəmə qətnaməsi qəbul olunub icra olunana qədər işlədiyi günlərə görə aylıq əmək haqqının, işsiz qaldığı müddət ərzində almadığı əmək haqqı pulunun, ödənilməmiş məzuniyyət haqqının və əmək haqqının verilməsinin işə götürənin təqsiri üzündən gecikdirildiyinə görə hər ay 1 faiz olmaqla ödənc məbləğinin və mediasiya xərci üçün ödədiyi 50 (əlli) manatın cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi yuxarıda sadalanan işin faktiki hallarına istinadla belə əsaslandırılmışdır ki, iddiaçının səhhətində ciddi problemlər yarandığı üçün həkimə müraciət etmişdir. Ona müxtəlif tarixlərdə həkimin fərqli diaqnozları ilə əmək qabiliyyətinin olmaması barədə xəstəlik vərəqələri açılmışdır. Səhhətində olan ağırlaşmalar müalicə ilə sağalmadığına görə xx.xx.2022-ci il tarixində X1 əməliyyat olunmuşdur. Əmək qabiliyyətinin olmaması səbəbindən işə çıxmadığı dövrdə xx.xx.2022-ci il tarixində Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə qanunsuz olaraq xitam verilmişdir. Hesab etmişdir ki, cavabd ehin həmin əmri tamamilə qanunsuz və əsassızdır. Buna görə də məhkəmə qaydasında ləğv edilməlidir. 2022-ci ildən bu günə qədər özü “SOCAR”-ın əməkdaşıdır. Daima işinə məsuliyyətlə yanaşmış, işində hər hansı nöqsana yol verməmişdir.
9. Cavabdeh məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək qeyd etmişdir ki, iddiaçı ilə əmək müqaviləsinə xx.xx.2022-ci il tarixində xitam verilmiş və həmin əmr ona xx.xx.2022-ci il tarixində göndərilmişdir. Lakin iddiaçı tərəfindən cavabdehə ilk mediasiya təklifi göndərilməmişdir. Bakı 2 saylı Mediasiya təşkilatı tərəfindən xx.xx.2022-ci il tarixli mediasiyaya dəvət məktubu xx.xx.2022-ci il tarixində cavabdehə verilmişdir. Göründüyü kimi iddiaçı qanunvericiliklə müəyyən edilmiş 1 aylıq müddəti ötürməklə Mediasiya təşkilatına müraciət etm işdir. Bu səbəbdən iddia müddətinin tətbiq edilməsi ilə iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
10. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək etirazı işin faktiki hallarına uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək iddiaçı işdə olmuş, işçilərin iş yerində təlimatlandırılmasının qeydiyyatı jurnalına imza etmiş, ona 028070 saylı yol vərəqi verilmişdir. Həmin yol vərəqindən də görünür ki, iddiaçı 11-xx.xx.2022-ci il tarixlərində işdə olmuşdur. Qeyd olunanları nəzərə alaraq iddiaçının cavabdehə qarşı işə bərpa olunma və sair tələblərinə dair iddianın rədd edilməsini xahiş etmişdir.
11. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-2(094)-14/2023 nömrəli, 23 yanvar 2023- cü il tarixli qətnaməsi ilə (hakim Faiq Qasımov) iddia tələbi təmin edilərək cavabdehin Əmək Məcəlləsinin 68-ci maddəsinin "b" bəndinə əsaslanan xitam əmri və bu əmrə əsasən ******* №-li əmək kitabçasının 12-ci səhifələrindəki yazılmış "Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 ”b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) əmək müqaviləsinə xitam verilsin” qeydi etibarsız sayılaraq ləğv edilməsi, iddiaçının əvvəkli iş yerinə bərpa edilməsi, iddiaçının əmək qabiliyyətinin olmaması vərəqəsi üzrə xəstə olduğu müddətin xəstəlik vərəqəsi üzrə ödənişlər (əmək haqqı), məhkəmə qətnaməsi qəbul olunub icra olunana qədər işləmədiyi günlərə görə aylıq əmək haqqı, işsiz qaldığı müddət ərzində almadığı əmək haqqı pulu, ödənilməmiş məzuniyyət haqqı və əmək haqqının v erilməsinin işəgötürənin təqsiri üzündən gecikdirildiyinə görə hər gün 1 faiz olmaqla ödənc məbləğinin ödənilməsi və mediasiya xərci üçün ödədiyi 50 manatın cavabdehdən alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir.
12. Birinci instansiya məhkəməsinin e-2(094)-14/2023 saylı, xx.xx.2023- cü il tarixli əlavə qətnaməsi ilə iddiaçının cavabdehə qarşı iddia tələbinin “iddiaçı ilə cavabdeh arasında müddətsiz əmək müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsində təmin edilməməsi qət edilmişdir.
13. Birinci instansiya məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, tibbi arayışlara əsasən müəyyən edilir ki, iddiaçı müxtəlif tarixlərdə davamlı olaraq ambulator müayinədə olmuş, xx.xx.2022-ci il tarixində isə işə başlamaq haqqında arayış almışdır. Davamiyyət kitabına əsas ən iddiaçının xx.xx.2022 – xx.xx.2022-ci il tarixlərində işdə olduğu görünür. Məhkəmə bu hala qiymət verərək hesab etmişdir ki, ambulator müayinə təyin olunduğu zaman ərzində iddiaçının işdə iştirak etməsi qeyri-mümkün haldır. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə “əmək qabiliyyətinin olmaması” barədə vərəqəyə əsasən onun işdən azad olduğu tarixdə, yəni xx.xx.2022-ci il tarixində xitam verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh iddiaçı tərəfindən təqdim edilmiş “əmək qabiliyyətinin olmaması vərəqəsi”nə öz etirazlarını bildirsələr də qeyd edilən “əmək qabiliyyətinin olmaması vərəqəsi”ni mübahisələndirməmişlər. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, iddia tələbi təmin edilməlidir. 14.. Məhkəmə öz mövqeyini Əmək Məcəlləsinin 11, 45, 47, 68, 73, 79, 8 3.1, 143, 144, 154, 172, 195-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2022 -xx.xx.2022- ci il tarixlərində işdə olmuşdur. Belə ki, iddiaçı işçilərin iş yerində təlimatlandırılmasının qeydiyyatı jurnalına imza atmiş, ona yol vərəqi verilmişdir. Həmçinin məhkəmə iclasında iddiaçı həmin tarixdə işdə olduğunu qeyd etmişdir. Məhkəmə iddiaçının işdən çıxarıldığına görə işə bərpa olmaq üçün bütün vasitələrdən istifadə etməsini nəzərə almamışdır. İddiaçıya işdən çıxması barədə əmr təqdim edildikdən sonra iddiaçı bülleten açıb idarəyə təqdim etmişdir. Məhkəmə əmək haqqının verilməsinin işəgötürənin təqsiri üzündən gecikdirildiyinə görə hər gün 1 faiz olmaqla ödənc məbləğinin ödənilməsini qət edərkən düzgün nəticəyə gəlməmişdir, belə ki, işəgötürən onun iradəsindən asılı olan hallarda əmək haqqını ödəmədikdə məsuliyyət daşıyır, və cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr düzgün hesablanmış və vaxtında ödənilmişdir. Ümumiyyətlə, məhkəmədə bu hal araşdırılmamış və qətnamədə də əmək haqqının düzgün hesablanmaması və ya vaxtında ödənilməməsinə dair heç bir sü buta istinad edilməmişdir. Beləliklə, birinci instansiyası məhkəməsi hazırkı işə baxarkən yuxarıda qeyd edilən maddi və prosessual hüquq normalarının tələblərini pozmuş və nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir.
17. Cavabdeh birinci instansiya məhkəməsinə iddia müddətinin tətbiq edilməsi ilə bağlı etdiyi müraciətlə eyni məzmunda olan apellyasiya şikayətinə əlavə təqdim etmişdir.
18. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək cavabdehin istinad etdiyi tarixlərdə iş yerində olmadığını, müalicədə olduğunu, bu halı təsdiq edən əmək qabiliyyətinin olmaması vərəqəsinin də mövcud olduğunu bildirmişdir. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılm asını xahiş etmişdir.
19. Məhkəmə iclas zalında iştirak edən cavabdehin nümayəndəsi qeyd etmişdir ki, iddiaçı 11 və 12 may tarixlərində sürücü-köməkçi kimi işdə olmuş və 13 may tarixində isə əmək müqaviləsinə xitam verildiyi üçün köhnə tarixli xəstəlik vərəqəsi alıb. Hazırda həmin xəstəlik vərəqəsinin etibarsız hesab edilməsi üçün məhkəmədə iddia qaldırılıb. Həmçinin iddiaçı birinci instansiya məhkəməsində sözügedən tarixlərdə işdə olmasını etiraf etsə də, hazırda bəlli olmayan səbəblərdən söylədiklərinin tam əksini deyir.
20. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-893/2024 nömrəli, 01 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər F.Abdıyev (sədrlik edən və məruzəçi), X.Sarıyev və F.Qasımov) apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin e-2(094)14/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi “iddiaçının işdən azad edilməsi barədə əmrin və əmək kitabçasında aparılmış qeydin etibarsız hesab edilməsi, iddiaçının işsiz qaldığı müddət ərzində almadığı əmək haqqının və ödənilməmiş məzuniyyət haqqının ödənilməsi” hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilməsi, iddianın “əmrin və əmək kitabçasında aparılmış qeydin etibarsız hesab edilməsi” hissəsində rədd edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqı, habelə əmək haqının ödənilməsinin gecikdirilməsinə görə hər gün üçün 1 faiz ödənc hesablanmaqla cavabdehdən iddiaçının xeyrinə tutulması və qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətlərinin dəlillərinə münasibətdə hesab etmişdir ki, iddiaçının xx.xx.2022- xx.xx.2022-ci il tarixlərdə ambulator müalicədə olması və əmək qabiliyyətinin olmaması ilə bağlı ******* nömrəli xəstəlik vərəqəsinin etibarsızlığı inzibati (yuxarı yurisdiksiya) və ya məhkəmə qaydasında sübut edilmədiyindən həmin xəstəlik vərəqəsinin formal xarakter daşıması ilə bağlı mövqe tam əsassızdır. Belə olan halda işçilərin davamiyyət jurnalında olan imzanın iddiaçıya məxsus olması belə (halbuki, iddiaçı imzanın ona məxsus olmasını qəbul etmir), həmin xəstəlik vərəqəsi qüvvədə olduğundan iddiaçının işdən azad edilməsinə heç bir hüquqi əsas vermir. Həmçinin iddiaçının səhhətində problemlərin olması əvvəlki xəstəlik vərəqələrinə əsasən işəgötürən olaraq cavabdehə tam məlum idi. Bu baxımdan cavabdeh xx.xx.2022ci il tarixində iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verməzdən əvvəl iddiaçının səhhətinin mövcud vəziyyətini, xüsusilə də onun iş yerində olub-olmadığını, habelə müalicəsi müddətinin növbəti dəfə uzadıb-uzatmamasını dəqiqləşdirməli idi. Bundan başqa cavabdeh iddiaçının həmin günlər ərzində iş yerində olmasını, o cümlədən tutduğu maşinist vəzifəsinə uyğun hansı işlər gördüyünü təsdiq edən hər hansı sübut təqdim edə bilməmişdir. Ümumiyyətlə, iddiaçının həmin günlər ərzində hansı avadanlığı idarə etməsi barədə nəinki sübut, ümumiyyətlə, hər hansı məlumat belə mövcud deyil. İddiaçının iş yeri və işin xarakteri onun hər gün həmin jurnalın saxlanıldığı yerə getməsinin özünü, ümumiyyətlə, qeyri-mümkün edir.
22. Eyni zamanda birinci instansiya məhkəməsi əmri və əmrə uyğun əmək kitabçasında aparılmış qeydi də etibarsız hesab etmişdir. Halbuki əmrin etibarsız hesab edilməsi üçün onun əmək qanunvericiliyində nəzərdə tutulmuş formaya uyğun olmaması tələb olunur. Lakin həm belə bir hal mövcud deyil, həm də iddiaçının özü də bu mövqedən çıxış etmir. Bu baxımdan əmrin və qeydin etibarsız hesab edilməsi üçün hər hansı hüquqi əsas və zərurət mövcud deyil.
23. Məhkəmə kollegiyası o halı da qeyd etmişdir ki, iddiaçı iddia üzrə irəli sürdüyü tələbləri sonradan dəyişmiş və bu barədə son ərizəsində iddiaçı “işsiz qaldığı müddət ərzində almadığı əmək haqqının və ödənilməmiş məzuniyyət haqqının ödənilməsi” tələbini irəli sürməmişdir. Buna baxmayaraq birinci instansiya məhkəməsi bu tələblər üzrə də qətnamə qəbul etməklə onları təmin etmişdir. Buna görə də qə tnamə bu hissədə də ləğv edilməlidir.
24. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin istifadə etdiyi “məhkəmə qətnaməsi qəbul olunub icra olunana qədər işləmədiyi günlərə görə aylıq əmək haqqının ödənilməsi” mahiyyətcə məcburi işburaxma termini ilə eyni məzmun ifadə edir.
25. Məhkəmə öz mövqeyini Əmək Məcəlləsinin 45.5, 68-ci maddəsinin b bəndinə, 73.1, 73.2, 79.1, 83.1, 84.1, 84.2, 154.1, 156.1, 172.4, 172.5, 195-ci maddəsinin d bəndinə, 300-cü və MPM-in 14.2, 77.1, 217.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətlərinin və onlara qarşı etirazın dəlilləri a) Kassasiya şikayətlərinin dəlilləri
26. Cavabdeh (Vəkil3) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
27. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsində iddiaçı yol vərəqində, jurnal və kitabda olan imzaların onun olmasını, apellyasiya məhkəməsində isə həmin imzaların onun tərəfindən çəkilmədiyini bildirmişdir. Məhkəmə ziddiyyəti aydınlaşdırmaq üçün iş üzrə ekspertiza təyin etməli idi. Həmçinin qətnamədə iddiaçının iddia müddətini ötürməklə məhkəməyə müraciət etməsinə də heç bir münasibət bildirilməmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
29. Maddə 73.1. Müddətli əmək müqaviləsinin müddəti qurtardı qda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.
30. Maddə 73.2. İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bil ər.
31. Maddə 79.1.
1. İşəgötürən tərəfindən:.....əmək qabiliyyətini müvəqqəti itirən işçilərin;....
32. Maddə 83.2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.
33. Maddə 154.1. Əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafa tların və digər ödənclərin məcmusudur.
34. Maddə 172.1. Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir.
35. Maddə 172.5. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir. Qeyd: Bu maddədə «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir.
36. Maddə
195. İşçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün m üəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə; (d bəndi)
37. Maddə
287. Fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır.
38. Maddə 296.2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
39. Maddə 296.4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış ə mək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.
40. Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
44. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilm iş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
45. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
46. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
47. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şika yətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
48. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
49. Hazırkı kassasiya şikayətlərində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsi aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
50. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir.
51. İşin mübahisəsiz hallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2020-ci il tarixində 1 il müddətinə, xx.xx.2021-ci il tarixinədək müddətli əmək müqaviləsi bağlanmış, 453-K nömrəli, xx.xx.2022-ci il tarixli əmrlə isə əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar xitam verilmişdir. İddiaçıya xx.xx.2021-ci il tarixindən etibarən müxtəlif diaqnozlarla xəstəlik vərəqələri təqdim edilmiş, sonuncu xəstəlik vərəqəsi isə xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixinədək olan dövrü əhatə etmişdir.
52. Birinci instansiya məhkəməsi iddianı t əmin edərək müəyyən etmişdir ki, tibbi arayışlara əsasən iddiaçı müxtəlif tarixlərdə davamlı olaraq ambulator müayinədə olmuşdur. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə isə “əmək qabiliyyətinin olmaması” barədə vərəqəyə əsasən xx.xx.2022-ci il tarixində xitam verilmişdir.
53. Apellyasiya instansiyası məhkəməsi isə birinci instansiya məhkəməsinin qətnaməsini qismən, əmrin və əmək kitabçasında aparılmış qeydin etibarsız hesab edilməsi hissəsində ləğv edərək iddianı həmin hissədə rədd etmiş, qalan hissədə isə dəyişdirmədən saxlamışdır.
54. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisənin doğru həlli üçün müddətli əmək müqaviləsinin xitamı ilə bağlı olan qanunvericiliyin bəzi normaları nəzərdən keçirilməlidir.
55. Bu baxımdan kassasiya instansiyası məhkəməsi tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müəyyən müddətə əmək müqaviləsinin bağlanılmasının mümkünlüyünü və bu müddət qurtardıqda ona xitam verilməsini müəyyən edən Əmək Məcəlləsinin 73-cü maddəsi ilə bağlı aşağıdakıların qeyd edilməsini vacib hesab edir.
56. Şərh olunan norma müddətli əmək müqaviləsinin xitam verilməsi qaydasını tənzimləyir. Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri də əmək müqaviləsinin müddətinin qurtarmasıdır. Bu əsas üzrə əmək müqaviləsinə xitam verilməsi üçün iki şərtin olması zəruridir: birincisi, əmək müqaviləsinin müddətinin qurtarması, ikincisi, müddətli əmək müqaviləsinə xitam verilməsi barədə tərəflərdən birinin təşəbbüsü.
57. Nəzərə alınmalıdır ki, müddətli ə mək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Lakin bu, müqaviləyə istənilən vaxt xitam veriləsi anlamına gəlmir, çünki Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci hissəsində işçinin iş yerində olmadığı üzrlü hallar təsbit edilib. Həmin hallara işçinin xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə Əmək Məcəlləsinin 179-cu maddəsində nəzərdə tutulan hallar aid edilir. Bu zaman qanunvericiliklə müəyyən edilmiş aşağıdakı şərtlərə əməl edilməsi zəruridir: a) əmək müqaviləsinə yalnız işçi işə çıxdıqdan sonra xitam verilməsi; b) həmin müqaviləyə işəgötürənin müəyyən etdiyi gündə, lakin işçinin işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilməsi.
58. Əmək qanunvericiliyində təsbit olunmuş prinsiplərə görə bunun üçün işçi ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi ha qqında əmrin çıxarılması və bu barədə işçiyə məlumat verilməsi kifayətdir, işəgötürənin əlavə bir tələb irəli sürməsinə və ya əsaslandırma aparmasına gərək yoxdur.
59. Göründüyü kimi hazırkı halda işəgötürənin qeyd olunan maddənin tələbinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə müddətin bitməsinə görə xitam vermək hüququ olub, lakin müqavilə müddətinin bitdiyi vaxt iddiaçı üzrlü səbəbdən işdə olmadığı üçün həmin maddənin 2-ci hissəsində göstərilən qaydanı gözləmədən əmək müqaviləsinə xitam verib ki, bu da əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi üçün əsasdır.
60. Belə olan halda Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinin tələblərinə görə əmək mübahisəsini həll edən məhkəmə məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin əvvəlki vəzifəsinə bərpa olunması barədə qətnamə çıxarmalıdır.
61. Lakin hazırkı halda işə mahiyyəti üzrə baxan məhkəmələr iddiaçını əvvəlki vəzifəsinə bərpa etməklə bu barədə qətnamənin icra olunduğu, yəni onun işinə bərpa olunduğu vaxtadək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi barədə qətnamə qəbul etmişlər ki, bu yanaşma iddiaçının pozulmuş hüquqlarının bərpası baxımından mütənasiblik prinsipini aşmaqla onun haqqı çatmayanları əldə etməsinə və nəticədə işəgötürənin hüquqlarının əsassız pozulmasına gətirib çıxarır.
62. Belə ki, hər hansı hüquq pozuntusuna görə nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin yol verilmiş pozuntunun xarakterinə, ağırlığına və digər vacib xüsusiyyətlərinə mütənasib olması hüququn hamılıqla qəbul edilmiş ümumi prinsiplərindən biridir. Bu prinsipdən çıxış edərək qeyd olunmalıdır ki, məhkəmə qaydasında hüquqlar yalnız pozulduğu hədlərdə bərpa edilə bilər. Həmin hədlərin aşılması bir tərəf üçün əsassız əlverişli nəticələr yaratmaqla, qarşı tərəfin hüquqlarının pozulması deməkdir.
63. Əmək hüquq münasibətləri baxımından da işçi və ya işəgötürən tərəfindən yol verilmiş əmək hüquq pozuntularına görə tətbiq edilən məsuliyyət tədbirləri mütənasiblik təşkil etməlidir. Təsadüfi deyildir ki, əmək qanunvericiliyində işçinin yol verdiyi pozuntunun xarakterindən, ağırlığından asılı olaraq fərqli intizam tənbeh tədbirləri nəzərdə tutulub (Əmək Məcəlləsinin 186-cı maddəsi).
64. Hazırkı işdə işə baxan məhkəmələr iddiaçının əvvəlki vəzifəsinə bərpa olunması və bu barədə qətnamənin icra olunduğu, yəni onun işinə bərpa olunduğu vaxtadək məcburi iş buraxma müddəti üçün əm ək haqqı ödənilməsi barədə qətnamə çıxarmaları qeyd olunan prinsipin tələblərinə zidd olmaqla, Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinin düzgün tətbiq olunmaması deməkdir.
65. Belə ki, sözügedən normanın mənasına görə əgər işəgötürən əmək müqaviləsinin 73-cü maddəsində nəzərdə tutulan ləğv edilmə əsaslarını pozaraq işçi ilə əmək münasibətinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə, ilk növbədə iddia ərizəsini və işin faktiki hallarını araşdırmaqla və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin əvvəlki vəzifəsinə bərpa olunması barədə qətnamə çıxarmalıdır.
66. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, işəgötürən müddətin bitməsinə görə iddiaçı ilə bağladığı əmək müqaviləsinə xitam vermək barədə iradəsini açıq şək ildə ifadə edib və bu barədə müvafiq əmr imzalayıb. Həmin əmrin digər bir prosedur qaydaya (Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci hissəsində nəzərdə tutulan) riayət edilməməsi səbəbi ilə ləğv edilməsi işəgötürənin əmək müqaviləsinə müddətin bitməsinə görə xitam vermək hüququnu aradan qaldırmır, sadəcə bu hüququn realizəsini gecikdirir.
67. Yəni bir halda ki, işəgötürən işçi ilə bağladığı əmək münasibətini davam etdirməmək barədə iradəsini ifadə edib və bu iradə ifadəsi əlavə heç bir şərtdən asılı olmadan müqaviləyə xitam verilməsi üçün yetərlidir, bu zaman işçinin onun iradəsinə zidd olaraq əmək müqaviləsinin müddəti bitdiyi halda yeni tarixlə işə bərpa olunması, onunla yeni əmək müqaviləsi bağlanması və bu tarixədək olan bütün müddət üçün məcburi iş buraxmaya görə əmək haqqı tutulması d üzgün yanaşma deyil və bu yanaşma açıq-aşkar qeyri-mütənasib olmaqla iddiaçının haqqı çatmayanları əldə etməsinə və nəticədə işəgötürənin ağır iqtisadi sanksiyaya məruz qalmasına səbəb olur.
68. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, işəgötürən tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə müddətin qurtarması əsasına görə 13 may 2022-ci il tarixindən xitam verildiyi üçün ona həmin tarixdən ötən müddət üçün əmək haqqının ödənilməsi Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci hissəsinin, habelə həmin Məcəllənin 300-cü maddəsinin 1-ci hissəsinin tələblərinə ziddir.
69. Mübahisənin düzgün hüquqi həlli baxımından işçinin xəstəliyi səbəbindən işdə olmadığı vaxt nəzərə alınmaqla onunla bağlanmış əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilməsi mümkün olan müddət üçün (işçinin xəstə olduğu müddət nəzərə alınmaqla) işçi vəzifəsinə bərpa edilməli və ona yalnız həmin müddət üçün məcburi iş buraxmaya görə əmək haqqı ödənilməlidir.
70. Hazırkı iş üzrə işəgötürən 13 may 2022-ci il tarixində iddiaçı ilə bağladığı əmək müqaviləsinə xitam verib, iddiaçı isə 11 may 2022-26 may 2022-ci il tarixlərdə xəstələnməsi səbəbindən işdə olmayıb. Belə olan halda 27 may 2022-ci il tarix iddiaçının işə çıxmalı olduğu ilk gün müəyyən edilməklə, işəgötürənin həmin tarixdən əmək müqaviləsinə müddətin bitməsinə görə xitam vermək hüququ olub. Ona görə də iddiaçı 13 may 2022-ci il tarixindən 26 may 2022-ci il tarixinədək işə bərpa olunmalı və ona yalnız həmin müddət üçün məcburi iş buraxmaya görə əmək haqqı ödənilməlidir.
71. Əks yanaşma yuxarıda da qeyd olunduğu kimi işəgötürənin hüquqlarının pozulması deməkdir. Yəni işəgötürən tərəfindən işçinin xəstə olduğu müddətdə əmək müqaviləsinə xitam verilməsəydi belə, müqavilənin müddətini uzatmayacağı barədə iradəsi ifadəsinin olduğu halda, 27 may 2022-ci il tarixində işəgötürən əlavə heç bir əsaslandırma aparmadan sahib olduğu hüquqdan istifadə edərək əmək müqaviləsinə xitam verəcəkdi.
72. Beləliklə, kassasiya instansiyası məhkəməsi qeyd olunanları nəzərə alaraq hesab edir ki, cavabdehin kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya məhkəməsinin qətnaməsi iddiaçının əvvəlki vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi hissəsində ləğv edilməli, iddiaçıya 13 may 2022-ci il tarixindən 26 may 2022-ci il tarixinədək (həmin gün də daxil olmaqla) işə bərpa olunmuş hesab edilməklə 13 m ay 2022-ci il tarixdən 26 may 2022-ci il tarixinədək ona məcburi işburaxmaya görə əmək haqqı ödənilməli, qətnamə qalan hissədə dəyişdirmədən saxlanılmalıdır.
73. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417 və 419cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 fevral 2024-cü il tarixli 2(103)-893/2024 nömrəli qətnaməsi İddiaçı əvvəlki vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi hissəsində ləğv edilsin. İddiaçı 13 may 2022-ci il tarixindən 26 may 2022-ci il tarixinədək (həmin gün də daxil olmaqla) işə bərpa olunmuş hesab edilməklə 13 may 2022-ci il tarixindən 26 may 2022-ci il tarixinədək ona məcburi işburaxmaya görə əmək haqqı ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.