Məhkəmə qərarları › İş №2(102)-2769/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2769/2020

22.09.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2769/2020 22.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, Cavabdeh və vəkili Kərimli Ruhiyə Neymət qızının iştirakları ilə, Cavabdeh və vəkili Kərimli Ruhiyə Neymət qızının Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 dekabr 2019-cu il tarixli, 2(107)-16/2019 saylı qətnaməsindən verdikləri kasasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin 29 noyabr 2016-cı il tarixli, 2(039) -1888/2016 saylı qətnaməsi ilə (hakim Q.Ə.Abbasov) iddiaçılar X4, İddiaçı1, X5 və İddiaçı2 Faiq oğlunun Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma və əmlakın cavabdehin qanunsuz sahibliyindən geri alınması tələbinə dair iddiаsı təmin edilərək, Cavabdeh iddiaçılar X3, İddiaçı1, X2 və İddiaçı2 CN-314A KОD 90110018 sаylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə verilmiş 0,12 ha torpaq sahəsinin qanunsuz istifadə etdiyi 0,03 ha hissəsindən çıxаrılması, iş üzrə ödənilmiş 10 manat 20 qəpik məbləğində dövlət rüsumunun Cavabdeh aid edilməsi, həmin məbləğin cavabdehdən alınaraq İddiaçı2 qaytarılması, ekspertiza tədqiqatının dəyəri olan 60 manat məbləğində pulun Cavabdeh aid edilməsi, həmin məbləğin cavabdehdən alınaraq Kapital Bankın 1 saylı Xətai filialında yerləşən KOD: 2 00071, VÖEN (bank) **********, Müxbir hesab AZ 37 NABZ ********************1944, SWİFT AİİBAZ 2X, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC VÖEN: **********, N: AZ 23 AİİB ******************** hesabına ödənilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 dekabr 2019-cu il tarixli, 2(107)-16/2019 saylı qətnaməsi ilə (hakimlər: sədrlik edən və məruzəçi M.A.Əsədli, Ə.T.Məcidov və A.A.Mahmudov) Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, iş üzrə Yevlax Rayon Məhkəməsinin 29 noyabr 2016-cı il tarixli, 2(039)1888/2016 saylı qətnаməsinin dəyişdirilmədən saxlanılması, ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pulun Cavabdeh aid edilməsi, həmin məbləğin cavabdehdən alınaraq KOD: 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ 013601**********3944, SFİFT BİK CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE******************** hesabına ödənilməsi qət edilmişdir. İşin halları: İddiaçılar X4, İddiaçı1, X5 və İddiaçı2 Faiq oğlu iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək Cavabdeh onlara məxsus olan Yevlax rayonu Tanrıqulular kəndində yerləşən JN-314 A Kod 90110018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə mülkiyyətlərinin müəyyən edildiyi fərdi yaşayış evi üçün nəzərdə tutulan 0,12 ha torpaq sahəsinin 0,3 ha hissəsini zəbt etdiyi üçün cavabdehin zəbt olunmuş mülkiyyətlərindən çıxarılmasına və əmlaklarının cavabdehin qanunsuz sahibliyindən geri alınmasına dair qətnаmə çıxаrılmаsını xаhiş etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq Cavabdeh həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları Cavabdeh və vəkili Kərimli Ruhiyə Neymət qızı kassasiya şikayətini apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmış və qeyd etmişlər ki, işə apelyasiya qaydasında baxan məhkəmə instansiyası işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvə də olan maddi və prosessual hüquq normaları pozulmuş, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh və vəkili Kərimli Ruhiyə Neymət qızı kasasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçılar X4, İddiaçı1, X5 və İddiaçı2 Faiq oğlu heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə bax mışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, Cavabdeh və vəkili Kərimli Ruhiyə Neymət qızının izahatlarını dinləyib hesab edir ki, aşağıdakılara əsasən Cavabdeh kassasiya şikayəti təmin olunmalı, qətnamə ləğv olunmalı və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qey d etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. Apelyasiya şikayətinin təmin edilməli olmamasına dair apelyasiya instansiyası məhkəməsinin qətnaməsi aşağıdakı kimi əsaslandırılmışdır. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apelyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, iş materiallarında olan 04 noyabr 2019-cu il tarixli ekspertiza rəyindən aydın olur ki, cavabdeh iddiaçıya məxsus 17 kv.m torpaq sahəsi ndən, iddiaçı isə cavabdehə məxsus 50 kv.m. torpaq sahəsindən istifadə edir. Göründüyü kimi cavabdehin iddiaçıya məxsus torpaq sahəsini zəbt etməsi faktı ekspert rəyi ilə də öz təsdiqini tapmışdır. Bundan əlavə cavabdehin qarşılıqlı iddiası olmadığından, onun 50 kv.m. torpaq sahəsinin iddiaçı tərəfindən zəbt edilməsinə münasibət bildirməyi məhkəmə kollegiyası məqsədəmüvafiq hesab etmir. Qeyd edilənlərə əsasən kollegiya heab edir ki, şikayətin dəlilləri əsassız hesab olunmaqla birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün kifayətedici hesab edilə bilməz. Ali Məhkəmənin Mülki Kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticəni qanuni və əsaslı hesab etmir. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddiа təmin edilərək, Cavabdeh iddiaçılar X3, İddiaçı1, X2 və İddiaçı2 CN-314A KОD 90110018 sаylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə verilmiş 0,12 ha torpaq sahəsinin qanunsuz istifadə etdiyi 0,03 ha hissəsindən çıxаrılması qət olunmuşdur. Lakin iş materialları və ekspert rəyi ilə cavabdehin zəbt etdiyi torpaq sahəsinin məhz “0,03 ha” dəqiq müəyyən olunması təsdiq olunmur. Bununla əlaqədar apelyasiya instansiyası məhkəməsi MPM-nin 102.1-ci maddəsinin tələbləri baxımından əlavə ekspertiza təyin edilməsinin zəruriliyini müzakirə etməmiş və qeyri-müəyyən nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qeyd olunan Məcəllənin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun ə saslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələbləri baxımından düzgün qiymət verm əlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu madələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 dekabr 2019-cu il tarixli, 2(107)-16/2019 saylı qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar