Məhkəmə qərarları › İş №2(102)-2769/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2769/2024

04.11.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2769/2024 04.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ Açar sözlər: sahibliyin müdafiəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2719/2024 nömrəli, 13 may 2024-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını ar aşdıraraq aşağıdakıları müəyyən etmişlər:

2. Bakı şəhəri Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin (bundan sonra – bələdiyyə) xx.xx.2006-cı il tarixli 25/24 saylı qərarı ilə bələdiyyənin ərazisində, Sulutəpə qəsəbəsində 600 m2 torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün alğı-satqı yolu ilə hər m2 üçün 80 qəpik olmaqla cəmi 480 manata X1 (İddiaçı əri olmuş, 2020-ci ildə vəfat etmişdir) mülkiyyətinə verilmişdir;

3. İddiaçı (bundan sonra – iddiaçı) bələdiyyənin xx.xx.2006-cı il tarixində ərinə satdığı Sulutəpə qəsəbəsində 600 m2 torpaq sahəsində inşa etdirdiyi fərdi yaşayış evində qeydiyyatsız yaşayır və bələdiyyədə vergi ödəyicisi kimi qeydiyyata alınmışdır;

4. Bələdiyyənin sədri Q.Qəhrəmanlı, və həmin bələdiyyənin üzvləri olan Ə.Seyidov, T.Əsədullayev tərəfindən tərtib edilmiş xx.xx.2008 -ci il tarixli akta görə xx.xx.2006-cı il tarixində E.Bağırovun mülkiyyətinə verilmiş 600 m2 torpaq sahəsi Bakı Metropoliteninin Xocəsən deposunun tikintisi üçün ayrılmış sahənin hüdudları daxilində yerləşdiyinə görə əvəzləşdirilmiş, ona başqa ərazidə akta əlavə edilmiş cizgi-sxemlə ölçü və sahəsi müəyyən edilən 600 m2 torpaq sahəsini naturada ölçüb künc nöqtələrini müəyyən etməklə təhvil verilmişdir;

5. Bələdiyyənin xx.xx.2007-ci il tarixli 06/01 saylı qərarı ilə, bələdiyyənin ərazisində 500 m2 torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün alğı-satqı yolu ilə hər m2 üçün 2 manat olmaqla cəmi 1120 manata Cavabdeh2 Firuddin oğlunun (bundan sonra – birinci cavabdeh) mülkiyyətinə verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı məh kəməyə müraciət edərək Bakı şəhəri Sulutəpə qəsəbəsində yerləşən ona məxsus 600 m2 torpaq sahəsinə yerləşdirdikləri inşaat materiallarının götürülməsi vəzifəsinin cavabdehlərə həvalə edilməsi və həmin torpaq sahəsinə özbaşına daxil olmalarının qadağan edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Binəqədi rayonu Sulutəpə qəsəbəsi ərazisində ayrılmış həmin torpaq sahəsində fərdi yaşayış evi inşa edib ailəsi ilə birlikdə orada yaşayır, faktiki olaraq 600 m2 torpaq sahəsini hasara alıb istifadə edir, torpaq və əmlak vergisi ödəyicisi kimi qeydiyyata alınmışdır, hesablanmış vergiləri bələdiyyənin hesabına ödəyir. İddiaçının inşa etdiyi yaşayış evi bütün komunal xidmətlərlə təmin edilmişdir. İddiaçının əri vəfat etdikdən sonra birinci ca vabdeh və Cavabdeh1 (bundan sonra – ikinci cavabdeh) iddiaçının istifadə etdiyi torpaq sahəsini əlindən almaq üçün müxtəlif üsullara əl atmışlar. Bir müddət bundan əvvəl isə cavabdehlər iddiaçının istifadəsində olan torpaq sahəsinə daxil olaraq inşaat materialları gətirmiş, bir hissəsini qanunsuz zəbt etməyə çalışmışlar. Cavabdehlər iddiaçının qanuni tələblərinə əməl etmirlər. Bu səbəbdən iddiaçının istifadəsində olan torpaq sahəsindən istifadəyə cavabdehlər tərəfindən yaradılmış maneələrin aradan qaldırılmasına, cavabdehlərin iddiaçının sahibliyində olan torpaq sahəsinə daxil olmalarına qadağa qoyulmasına zərurət yaranmışdır.

8. Məhkəmə iclasında cavabdehlərin nümayəndəsi bildirmişdir ki, birinci cavabdehin etibarnaməsi əsasında ikinci cavabdeh həmin torpaq sahəsindan istifadə edir. İddia çının təqdim etdiyi sənədlərdən ona ayrılan torpaq sahəsinin 600 m2 deyil, 300 m2 olması müəyyən olur. Bundan başqa iddiaçıya ilkin olaraq ayrılan torpaq sahəsinin hazırda istifadə etdiyi torpaq sahəsi ilə əvəz edilməsini təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır. İş üzrə keçirilən ekspertiza tədqiqatı ilə iddiaçının iddia etdiyi torpaq sahəsinin dövlət mülkiyyətində olması müəyyən olunmuşdur. Bu hal isə iddiaçının cavabdehlərə qarşı hazırkı iddia tələblərini irəli sürmək üçün subyektiv hüquqa malik olmadığını təsdiq edir. Ona görə də iddia ərizəsinin rədd olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2022-ci il tarixli mütəxəssis rə yinə əsasən, bələdiyyənin xx.xx.2006-cı il tarixli qərarı ilə E.Bağırova ayrılan 600 m2 torpaq sahəsinin cizgisində miqyas, koordinat, hər hansı istinad nöqtələrindən məsafə göstərilməmişdir. İddiaçının iddia etdiyi naturada faktiki ölçülmüş torpaq sahəsi elektron kadastr məlumat bazasına əsasən dövlət mülkiyyətinə aid ərazidə yerləşir, “X2” Şirkətinin istifadəsinə verilən torpaq sahələrinə aiddir. İddiaçının iddia etdiyi naturada faktiki ölçülmüş 644 m2 torpaq sahəsində birinci cavabdeh tərəfindən inşa edilmiş yarımtikili mövcuddur, tərəflərə verilmiş torpaq sahələrinin cizgilərində miqyas, koordinat, hər hansı istinad nöqtələrindən məsafə göstərilmədiyindən birinci cavabdehin torpaq sahəsinin iddiaçının torpaq sahəsinin sərhədləri daxilində yerləşib-yerləşmədiyini müəyyən etmək olmamışdı r.

10. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/5252 saylı rəyində mütəxəssis rəyinə istinad edilərək qeyd edilmişdir ki, iddiaçının 600 m2 torpaq sahəsinin harada yerləşməsini müəyyən etmək mümkün olmamışdır. İddiaçının iddia etdiyi naturada faktiki ölçülmüş torpaq sahəsinin elektron kadastr məlumat bazasına əsasən “X2” Şirkətinin istifadəsinə verilən dövlət mülkiyyətinə aid ərazidə yerləşdiyi müəyyən edilmişdir.

11. Binəqədi Rayon Məhkəməsinin e-2(001)-347/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim Səadət Səlimova) iddia rədd edilmişdir.

12. Məhkəmə ekspert və mütəxəssis rəylərinə istinad edərək qərarını belə əsaslandırmışdır ki, iddiaçının iddia etdiyi dövlət mülkiyyətində olan, sənaye təyinatlı torpaq sahəsinə hər hansı bir hüququ yar anmadığından, mövcud olmayan hüququn pozulması da mümkün olmadığından cavabdehlərə qarşı həmin torpaq sahəsinə dair iddia irəli sürməyə subyektiv hüquqları yoxdur.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 60 (İ bənd), 71 (İ bənd), 127 (İİ bənd), Mülki Məcəllənin 238.1, 238.3, 240.1-ci, Torpaq Məcəlləsinin 66, 67, 68-ci və Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 14, 77, 88, 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

14. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Şikayət Mülki Məcəllənin 180.4 və Mənzil Məcəlləsinin 5.3-cü maddələrinə istinadla belə əsaslandırılmışdır ki, iddiaçı tərəfindən torpaq sahəsində inşa edilmiş daş hasar cavabdehlər tərəfindən zor gücünə sökülmüş və cavabdehlər tərəfindən özbaşına olaraq iddiaçının istifadə etdiyi yaşayış sahəsindən və yerləşdiyi torpaq sahəsindən istifadə məhdudlaşdırılmış olmasına baxmayaraq məhkəmə sözügedən normaların tələblərini pozaraq bu halların heç birinə qiymət verməmişdir. Həmçinin torpaq sahəsinin 14 ildən çoxdur ki, iddiaçının istifadəsində olması və bu hala heç bir dövlət orqanın etirazı və ya geri alınma tələbinin mövcud olmaması faktlarını da məhkəmə nəzərə almamışdır. Nəticədə məhkəmə maddi və prosessual hüquq normalarını pozmaqla düzgün olmayan nəticəyə gəlmişdir.

16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1060/2023 nömrəli iş üzrə 26 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Ş.Məmmədova - sədrlik edən və məruzəçi, C.Yusifov və P.Hüseynov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

17. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və müdaxilə edilmiş torpaq sahəsində iddiaçı tərəfindən inşa edilmiş daş hasar cavabdehlər tərəfindən zor tətbiq edilməklə sökülməsinə qiymət verilməməsi dəlilinə münasibətdə isə qeyd etmişdir ki, iddiaçı hasarın qanunsuz sökülməsi, vurulmuş ziyanın ödənilməsi ilə bağlı ayrıca iddia qaldıra bilər. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

18. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-330/2024 nömrəli, 20 fevral 2024-cü il tarixli qərarı ilə (hakimlər Ə.Nurməmmədov - məruzəçi, Z.Babayev və A.Hüseynov) iddiaçı tərə findən verilmiş kassasiya şikayəti təmin edilərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına qaytarılmışdır.

19. Kassasiya instansiyası məhkəməsi işi yeni apellyasiya baxışına qaytararkən qeyd etmişdir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi 2008-ci ildən iddiaçının faktiki istifadəsində olan dövlət mülkiyyətində olan torpaq sahəsinə onun subyektiv hüququnun olmaması qənaətinə gələrkən aidiyyəti dövlət orqanlarının, o cümlədən torpaq sahəsi istifadəsinə verilmiş “X2” Şirkətinin buna etirazının olmadığını nəzərə almamış, cavabdehlər tərəfindən torpaq sahəsinə müdaxilə nəticəsində iddiaçının torpaq sahəsindən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia qaldırmaq hüququnun yaranmasını diqqətdən qaçırmış, məhkəmə cavabd ehlərin həmin hərəkətlərinin qadağan edilmiş özbaşınalıq olub-olmadığını müəyyən etməmiş, bununla da maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir.

20. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 60 (İ bənd), 71 (İ bənd), Mülki Məcəllənin 159, 164.1, 164.2, 165.1, 165.2, 166.3, 180.4-cü MPM-in 4.1, 14.2, 77.1, 88, 217.1, 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

21. Apellyasiya instansiyası məhkəməsinin 2(103)-2719/2024 nömrəli, 13 may 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər G.Axundova - sədrlik edən və məruzəçi, C.Musayeva və F.Babayev) apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia tələbi təmin e dilərək cavabdehlərə iddiaçının sahibliyində olan 600 m2 torpaq sahəsinə yerləşdirdikləri inşaat materiallarının götürülməsi vəzifəsi həvalə edilmiş və cavabdehlərə həmin torpaq sahəsinə özbaşına daxil olmaq qadağan edilmişdir.

22. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi mübahisəli torpaq sahəsinin dövlət mülkiyyətində olan torpaq sahəsi olmasına istinad edərək iddia tələbinin təmin edilməməsi qənaətinə gəlsə də, 2008-ci ildən iddiaçının mübahisə predmeti olan topaq sahəsinə faktiki sahibliyinə hər hansı dövlət orqanı və “X2” Şirkətinin etirazının olmamasını nəzərə almamışdır.

23. Mütəxəssis rəyinə görə iddiaçının iddia etdiyi naturada faktiki ölçülmüş 644 kv.m torpaq sahəsində Cavabdeh2 tərəfindən inşa edilmiş yarımtikili mövcuddur. Digər Cavabdeh1 da izahatında qeyd etmişdir ki, mübahisəli yer onun yeridir, yarıya kimi tikib. İşdə olan, cinayət işinin başlanmasının rədd edilməsi barədə 28 avqust 2021-ci il qərardan müəyyən olunur ki, Binəqədi rayonu Xocəsən Bələdiyəsinin qərarına əsasən Cavabdeh2 torpaq sahəsini etibarnamə ilə Cavabdeh1 satmışdır. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, cavabdehlər tərəfindən iddiaçının sahiblik hüququnun pozulması halı öz təsdiqini tapdığından hazırki iddia tələbi təmin edilməlidir. Məhkəmə gəldiyi nəticə ilə bağlı Mülki Məcəllənin sahibliyin müdafiəsinə dair normalarına istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

24. Birinci cavabdeh (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yen i apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.

25. Şikayət birinci cavabdehin nümayəndəsinin məhkəmə iclaslarında olan izahatlarına uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının dövlət mülkiyyətində olan torpaq sahəsində tikdiyi evə və torpaq sahəsinə heç bir hüququ yaranmadığı və buna görə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə məsuliyyətə alınmalı olmasına baxmayaraq işə baxmış kollegiya üzvlərinin Konstitusiyanın 60 və 71-ci maddələrinə (İ bəndlərinə) istinad etməsi onların qərəzli mövqedə olmaları və işin nəticəsi ilə maraqlı olmalarına əsas verir. Həmçinin iddiaçı dövlət torpaq fondunda qanunsuz ev tikməklə qanunun tələbini pozduğu halda iddia tələbi ilə məhkəməyə müraciət edərək bələdiyyə torpağında ev tikmiş şəxsi, yəni birinci cavabdehi ona verilmiş torpaq sahəsindən çıxarmaq istəmiş və məhkəmə kollegiyası da iddiaçının qanunsuz tələbini təmin etməklə maddi və prosessual hüquq normalarının tələblərini açıqca tapdalamışdır.

26. Məhkəmə kollegiyasının Mülki Məcəllənin 159 və 164.1-ci maddələrinə istinad etməsi tamamilə qanunsuzdur. Belə ki, dövlət torpaq fonduna aid torpaq sahəsində özbaşına və qanunsuz olaraq ev tikmiş şəxsin əşyaya, yəni torpaq sahəsinə sahiblik hüququ yarana bilməz. Ümumiyyətlə, məhkəmə kollegiyasının tətbiq etdiyi maddi hüquq normaları nə həmin mübahisəni həll etməli olan, nə də oxşar münasibətləri tənzimləyən maddi hüquq norması deyildir və qətnamədə də bu barədə hər hansı bir qeyd yoxdur. 27. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 22.2-ci maddəsinə əsasən iddiaçının miras he sab etdiyi torpaq sahəsi vərəsəlik qaydasında mərhum ərinin adından onun adına rəsmiləşmədiyindən onun belə bir iddia tələbi ilə məhkəmədə iddia qaldırmaq hüququ yox idi. Ona görə ki, miras əmlakın tərkibi notarius tərəfindən yoxlanılmamışdır. Əgər həmin torpaq sahəsi bələdiyyə mülkiyyətində olsaydı, iddiaçı vərəsəlik qaydasında torpaq sahəsini miras əmlak kimi rəsmiləşdirər və bunun əsasında da həmin əmlakın, yəni torpağa dair çıxarışı öz adına qeydiyyatdan keçirmiş olardı. Göründüyü kimi mübahisə olunan torpaq sahəsi dövlət fonduna aid olduğundan bu barədə heç bir hüquqi qüvvəsi olmayan bələdiyyə sənədi ilə birinci cavabdehə bələdiyyə torpaq sahəsindən verilmiş ərazisindən çıxarmaq istəyir. Həmçinin məhkəmə kollegiyasının dövlətin adından qəbul etdiyi bu qanunsuz qətnaməsi dövlət fonduna daxil olan torpaq sahələrində evlər tikmiş digər şəxslər üçün presedent yaratmışdır. Belə ki, məhkəmə kollegiyasının məntiqinə əsasən bələdiyyə qərarı ilə bələdiyyə fondunda torpaq sahəsi almış istənilən şəxsi onun torpaq sahəsi ilə qonşu olan dövlət torpaq fondunda qanunsuz ev tikmiş istənilən şəxs məhkəməyə iddia verməklə onu qanuni bələdiyyə torpağından çıxara bilər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

29. Maddə

159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir.

30. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.

31. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir.

32. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.

33. Maddə 165.2. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol ver ilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir

36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki h allarına uyğun olmamasına istinad etməyə yol verilmir.

37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

38. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

39. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını y oxlamaq zərurətindən irəli gələrək iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

40. Məhkəmə kollegiyası, qətnaməni tərəfin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətinin həddi və dəlilləri ilə bağlıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq norma larının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

42. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, iddiaçının tələbi sahibliyin müdafiəsinə dair normalar çərçivəsində əsaslıdır.

43. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və Cavabdeh2 dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə ra zılaşır.

44. Belə ki, sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir (§ 29). Başqa sözlə, sahiblik hüquqi vəziyyət olaraq, bir şəxsin əşya üzərində iradəvi şəkildə əməli (faktiki) hakimiyyət qurması, əşyaya fiziki malik olması, yaxud əşyanı özünün təsir dairəsində saxlamasıdır. Şəxs öz iradəsi ilə bu hakimiyyəti tərk edənədək və ya iradəsi xaricində başqa biri onu ələ keçirənədək və ya hakimiyyəti başqa səbəbdən sona çatanadək əşyanın sahibi sayılır.

45. Sahiblik bir vəziyyət olaraq qanunla qorunur. Mülki Məcəllənin 164.1-ci maddəsi sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozmanın qadağan edilmiş özbaşınalıq sayıldığını nəzərdə tutur və bundan sonrakı maddələr sahibliyin müdafiəsinə dair qaydaları tənzimləyir (§ 30-32).

46. MM-in 164.2-ci maddəsinə əsasən, sahiblik dən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər (§ 31).

47. Beləliklə, məhkəmə tərəfindən iddiaçının əvvəlki sahib olması, iddiaçıya qarşı qadağan edilmiş özbaşınalıq törədilməsi, cavabdehin hazırkı sahibliyinin qanunsuz olması və sahiblik iddiasını istisna edən halların olmaması müəyyən edildikdə sahibliyin müdafiəsinə dair iddia təmin edilir.

48. Kassasiya məhkəməsi onu da vurğulayır ki, iddianın sahibliyin müdafiəsi qaydasında təmin edilməsi barədə məhkəmə qərarı yalnız sahiblik vəziyyətinin özbaşına pozuntusunun aradan qaldırılmasını təmin edir. Başqa sözlə, həmin qərar daşınmaz əşyaya hüququ olan şəxs(lər)in eyni predmetə dair hüquq haqqında mübahisə açmasını istisna etmir və hüquq haqqında mübahisə üçün preyudisial əhəmiyyət daşımır.

49. Qeyd edi lməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

51. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya insta nsiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

52. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2719/2024 nömrəli, 13 may 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar