Məhkəmə qərarları › İş №2(102)-277/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-277/2024

12.02.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-277/2024 12.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: mənzilə köçürülmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Hüseynov Abiddin Qabil oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə köçürülmə” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4824/2023 nömrəli 20 sentyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən mülki işə 12 fevral 2024-cü il tarixdə Azərbaycan Respub likası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı cavabdeh Məmmədzadə (Feyziyev) Rasif Arif oğlu oğlu Rasif Məmmədzadə ilə xx.xx.2007-ci il tarixdə ailə quraraq, ünvan 1 ünvanına gəlin köçmüş, birgə nikahlarından xx.xx.2009-cu il təvəllüdlü Adəm Feyziyev adlı və xx.xx.2013-cü il təvəllüdlü Baxşəli Feyziyev və Qiymət Feyziyeva adlı əkiz uşaqları uşaqları olmuşdur. Mübahisələndirilən Bakı şəhəri, 3-cü Alatava qəsəbəsi 339 saylı ev özbaşına tikilidir.

2. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4748/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə əsasən İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, S.S.Axundov küçəsi, 3 saylı evin 38 saylı mənzilində yaşayış sahəsindən istifadə hüququnu n tanınmışdır.

3. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 08 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı ünvan 1 ünvanda yerləşən mənzildə yaşayış sahəsindən istifadə hüququna 30000 manat kompensasiya ödənilməklə xitam verilmiş, həmin qətnamədən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin Mülki kollegiyasının 14 mart 2022-ci il tarixlə qərarı ilə təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi qanuni qüvvəyə minmiş və icra olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, uşaqları ilə birlikdə Bakı şəhəri, 3-cü Alatava qəsəbəsi 339A saylı evin 3cü mərtəbəsinə köçürülməsinə dair qətnamə qəbul olunmasını xahiş etmi şdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, 3-cü Alatava qəsəbəsi 339A saylı ev özbaşına tikilidir. Birinci və ikinci mərtəbəni iddiaçının qaynanası Cavabdeh2 və qaynatası Cavabdeh1 inşa etmişlər. Rasif Feyziyev və o 2007-ci ildə ailə həyatı qurmuşlar, bu nikahdan 3 uşaqları doğulmuşdur. Nikah dövründə o və həyat yoldaşı Rasif Feyziyev əvvəlcə Binəqədi rayonu, 8-ci mikrorayon, S.S.Axundov küçəsi, ev 3, mənzil 38 ünvanında yaşamışlar. 2007-ci ildən 2014-cü ilə kimi fasilələrlə Nəsimi rayonu, 3-cü Alatava küçəsi, 339A saylı evdə yaşamışlar. Həmin müddətdə paralel olaraq Nəsimi rayonu, 3-cü Alatava küçəsi, 339A saylı evin 3-cü mərtəbəsini həyat yoldaşı ilə birgə inşa etmişlər. 2013-cü ildə uşaqları doğulduqdan sonra, 2014-cü ildə həyat yoldaşı qazanc əldə elmək məqsədilə Rusiya Federasiyasına getmişdir. Həmin tarixdən sonra İddiaçı uşaqları ilə birlikdə Nəsimi rayonu, 3-cü Alalava küçəsi, 339A saylı evin 3-cü mərtəbəsinə köçmüşlər. Alatava qəsəbəsindəki evin 3-cü mərtəbəsində olan bütün əşyalar onlara məxsusdur. 2016-cı ilin sentyabr ayına kimi orda yaşamışlar. 2016-cı ildə qaynanası ilə olan münasibətləri pozulmuşdur. Həmin tarixdən uşaqları ilə birlikdə Binəqədi rayonu, 8-ci mikrorayon, S.S.Axundov küçəsi, ev 3, mənzil 38 ünvanında yaşamağa davam etmişlər. Hazırda isə məhkəmə qətnaməsi ilə onun uşaqları ilə birgə yaşadıqları Binəqədi rayonu, 8-ci mikrorayon, S.S.Axundov küçəsi, ev 3, mənzil 38 ünvanından çıxarılması qət edilmişdir. Himayəsində 3 azyaşlı uşaq var və onlardan biri Adəm Feyziyev “daun sindromu” xəstəsidir. Digər mənzillə bağlı məhkəmə mübah isələri davam edərkən hazırkı iş üzrə cavabdeh tərəf dəfələrlə məhkəmə iclaslarında şifahi şəkildə və 2 dəfə ayrı-ayrı kassasiya şikayətlərində yazılı olaraq qeyd etmişdilər ki, “ünvan 3 ünvanından çıxarılarkən evsiz qalmayacaqlar, 2007- 2016-cı illərdə Bakı şəhəri, 3-cü Alatava qəsəbəsi 339 saylı evdə yaşayıblar və yaşamaq üçün hər cür şərait var. İddiaçı uşaqları ilə birgə əvvəllər yaşadıqları Bakı şəhəri, 3-cü Alatava qəsəbəsi 339A saylı evə köçüb yaşayacaqlar." Lakin faktiki olaraq öz hesablarına tikilmiş və əvvəllər yaşadıqları həmin evə onu və uşaqlarını buraxmırlar.

6. Cavabdeh Məmmədov Baxşəli oğlu iddiaya etiraz vermiş, etirazı onunla əsaslandırmışdır ki, göstərilən evin su, işıq, qaz, və telefonu həyat yoldaşı Cavabdeh2 Eyyub qızının adınadır. Bu səbəbdən də iddiaçının evə köçürm ə tələbinin Cavabdeh1 qarşı verməsi əsassızdır. İddiaçı Binəqədi Rayon Məhkəməsinin 2(001)-530/2017 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətində bildirmişdir ki, “o, xx.xx.2007- ci il tarixində mübahisəli mənzildə, yəni Bakı şəhəri, Binəqədi rayonu, 8- ci mikrorayon, S.S. Axundov küçəsi, ev 3, mənzil 38-də yaşayan X1 ilə rəsmi nikaha girərək ailə həyatı qurmuşlar. Şadlıq evindən bir-başa mübahisəli mənzilə (Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, S.S. Axundov küçəsi, ev 3, mənzil 38) köçmüş və bu günə qədər də faktiki olaraq uşaqları ilə birlikdə həmin mənzildə yaşamışlar.” Göründüyü kimi iddiaçı özü və uşaqlarının Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, S.S. Axundov küçəsi, ev 3, mənzil 38-də yaşadıqlarını və həmin mənzilə istifadə hüquqlarının yarandıqlarını göstər mişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.

7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1566/2023 nömrəli, xx.xx.2023cü il tarixli qətnaməsi ilə iddianın rədd olunması qət edilmişdir. (X2).

8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının köçürülməsini tələb etdiyi ev özbaşına tikili olmaqla, cavabdehlər tərəfindən inşa edilmişdir. Ona görə mübahisəli tikiliyə iddiaçının qayınatası və qaynanasının gözlənilən mülkiyyət hüququ var. İddiaçı isə Feyziyev Rasim ilə nikaha girərək ünvan 1 ünvanına gəlin köçmüşdür. Hazırkı mübahisəli evin tikintisi, yaxud təmiri (yaxşılaşdırması) ilə bağlı əri ilə birgə, yaxud şəxsi vəsaiti hesabına hər hansı bir formada iştirak etməsi sübuta yetirilməmişdir.

9. Birinci instansiya məhkəməsi mövqeyini Azərbayc an Mülki Məcəlləsinin 11.1, 11.2, 152.1, 180.1, 180.2, 222.1 və 225.1-ci maddələrinə, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 13.1-13.2-ci, Avropa Məhkəməsinin Van de Huk Niderlanda qarşı işi üzrə 19 aprel 1994-cü il tarixli qərarına, Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2021-ci il tarixli qərarına, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

10. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddianın təmin edilməsini xahiş etmişdir.

11. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilir ki, işə baxmış rayon məhkəməsi qətnamənin əsaslandırıcı hissəsində qeyd etmişdir ki, iş materiallarında olan elektron daşıyıcıdakı səs yazısından məlum olur ki, Amaliyanın qaynı Maarif mübahisəli mənzilin 3-cü mərtəbəsini Rasif (iddiaçının əri) tərəfindən tikildiyini bildirmişdir. Elektron daşıyıcıdakı səs yazısı kənar şəxs yox, məhz cavabdehlərin nümayəndəsi Maarifin səsidir. İddiaçı bu səs yazısını məhkəməyə təqdim etməklə heç bir qanunu pozmamışdır, çünki səs yazısında o Maarifə deyir ki, səsini yazıra m, o isə deyir ki, hara istəyirsən apar təqdim et. Yəni, cavabdeh tərəf özü bu iddianı etiraf etsə də, məhkəmə hesab etmişdir ki, bu sübut olmadığından etiraf olunmuş iddianı rədd etmişdir.

12. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4824/2023 nömrəli iş üzrə 20 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Akif İsgəndərov (sədrlik edən və məruzəçi), Vahid Sadıqov və Məhəmməd Rüstəmli) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçı həmin evin 3-cü mərtəbəsinin inşa olunmasında əri Rasim Feyziyevin də iştirak etdiyini qeyd etsə də, buna dair məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Əksinə işdən, o cümlədən məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, mübahisəli ev (özbaşına tikili) tərəflər nikaha girməmişdən əvvəl cavabdehlər tərəfindən inşa edilmişdir. Hazırkı mübahisəli evin tikintisi yaxud təmiri (yaxşılaşdırması) ilə bağlı əri ilə birgə, yaxud şəxsi vəsaiti hesabına hər hansı bir formada iştirak etməsi təsdiq edilməmişdir.

14. Məhkəmə müəyyən etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına əsasən iddiaçının ünvan 1 ünvanına istifadə hüququ tanınmış və həmin istifadə hüququna 30 000 manat kompensasiya ödənilməklə xitam verilmişdir. İddiaçıya 30000 manat kompensasiya məbləği ödənilmiş və o, həmin mənzildən çıxarılmışdır. Bundan sonra iddiaçı hazırkı tələblə, yəni Bakı şəhəri, 3-cü Alatava qəsəbəsi 339 saylı evə köçürülməsi barədə məhkəməyə müraciət etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

15. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

16. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayəti ilə eyni dəlillərlə əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Cavabdeh2 kassasiya şikayətinə etiraz verərək, kassasiya şikayətinin təmin edilməməsini, apelyasiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

18. Etirazı onunla əsaslandırmışdır ki, iddiaçının köçürülməsini tələb etdiyi ev özbaşına tikilidir. İddiaçı həmin evin 3-cü mərtəbəsinin inşa ol unmasında iştirak etdiyini, ərini və özünün vəsaitinin sərf olunduğunu bildirsə də, bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Həmin evin 3-cü mərtəbəsi 1969-cu ildə əri Cavabdeh1 tərəfindən inşa edilmişdir. İddiaçı kassasiya şikayətində qətnamədə hansı maddi və hansı prosessual normanın pozulduğunu göstərməmişdir. Kassasiya baxışının hədləri

19. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kas sasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

20. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi İddiaçı tərəfindən tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası

21. Maddə 43. 1-ci hissə. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

22. Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunverici lik normaları tətbiq edilir (qanunun analogiyası).

23. Maddə 11.2. Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır.

24. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

25. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 26.

18. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

27. Maddə 222.1. Birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyiniştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə 217.

1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

31. Maddə 217.3.Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

32. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

34. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya insta nsiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

36. İddiaçının kassasiya şikayətinin dəlilləri işə aşağı instansiya məhkəmələri tərəfindən baxılan zaman, həm də apellyasiya şikayətində irəli sürülmüşdür, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır.

37. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məc əllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

38. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hü quq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı qzı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4824/2023 nömrəli iş üzrə 20 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar