Məhkəmə qərarları › İş №2(102)-2770/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2770/2020

03.07.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2770/2020 03.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, maraqlarına toxunan şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs4 vəkili Muradov Bəxtiyar İbrahim oğlunun və maraqlarına toxunan şəxs Maraqlı şəxs2 iştirakları ilə, ərizəçi X13 mərhum X6 məxsus olmuş əmlakda miras payının qəbulu üçün müddətin uzadılması tələbinə dair ərizəsi üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)3075/2019 saylı, 11 deka br 2019-cu il tarixli qətnaməsindən maraqlarına toxunan şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs4 və onların vəkili Muradov Bəxtiyar İbrahim oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Balakən Rayon Məhkəməsinin 02 sentyabr 2013-cü il tаrixli, 2(019)-510/2013 nömrəli qətnaməsi ilə (sədrlik edən hakim R.V.Kazımov) Ərizəçiyevnanın mərhum X6 məxsus olmuş əmlakda miras payının qəbulu üçün müddətin uzadılması tələbinə dair ərizəsi təmin edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-3075/2019 saylı, 11 dekabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: sədrlik edən və məruzəçi G.Q.Abbasov, R.R.Rəfiyev və M.R.Hüseynov) maraqlarına toxunan şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs3 və Maraqlı şəxs4 tərəfindən verilmiş аpelyаsiyа şikayəti təmin edilməyərək, Balakən Rayon Məhkəməsinin 02 sentyabr 2013-cü il tаrixli 2(019)-510/2013 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Ərizəçi X14 ərizə ilə məhkəməyə müraciət edərək atası mərhum Mamedov Muhuma Abdulqədir oğluna məxsus olmuş əmlakda miras payının qəbulu üçün müddətin uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X19 rayonu, Gərəkli kəndində qeydiyyatdadır, ali təhsil almağı ilə əlaqədar Bakı şəhərində yaşayır. X2, atası isə X7r. X3 ilə X2 1988-ci ildə rəsmi nikahla evlənmişlər. Onların rəsmi nikahlarından ərizəçi anadan olmuşdur. Onlar 1991-ci ilə kimi birlikdə yaşamış, həmin tarixdən ayrılmışlar. Bir müddət sonra X1 Federasiyasina getmiş və orada yaşamışdır. X10 06 sentyabr 2007-ci il tarixdə Rusiya Fe derasiyasinda vəfat etmişdir. ünvan 1 ünvanında qeydiyyatda olmuş mərhum X5 ölümündən sonra ona məxsus torpaq sahəsi və fərdi yaşayış evi miras qalmışdır. Onun yeganə varisi ərizəçi X14 hesab edilir. Ərizəçinin atasının ölümündən sonra Balakən rayonu Dövlət Notariat Kontoruna miras əmlaka vərəsəlik işi açılması üçün müraciət etmişdir. Lakin mərhumun ölüm haqqında şəhadətnaməsi olmadığına görə ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilmədən təqdim etdiyi sənədlər ona qaytarılmış və bununla bağlı məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Balakən Rayon Məhkəməsinin 29 mart 2013-cü il tarixli, 2(019)-80/2013 saylı qətnaməsi ilə mərhum X5 06 sentyabr 2007-ci il tarixdə ölümünün qeyd edilmə faktı müəyyən edilmişdir. Balakən Rayon Aqrar İslahat Komissiyasının 23 noyabr 2004-cü il tari xli, 02 saylı qərarı ilə mərhuma 0.10 ha həyətyanı torpaq sahəsi verilmişdir. Onun ölümündən sonra ünvan 1 ünvanında 0.10 ha həyətyanı torpaq sahəsində yerləşən bir mərtəbəli, üç otaqlı yaşayış sahəsi olan fərdi yaşayış evi və Balakən Rayon AİK-ın 23 noyabr 2004-cü il tarixli, 02 saylı qərarı ilə mərhuma verilmiş 0.10 ha həyətyanı torpaq sahəsi qalmışdır. Mərhumun ölümündən sonra onun varisi olan X14 həmin əmlakı qəbul edərək oraya qulluq etmişdir. Lakin o faktiki olaraq mirası qəbul etsə də, hüquqi məlumatsızlığı səbəbindən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almamışdır. Sonradan ona məlum olmuşdur ki, mərhum X4 miras qalmış 0.10 ha həyətyanı torpaq sahəsindən ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alınmalıdır. Bundan sonra qanun üzrə vərəsəlik haqqında şəhadətn amə alınması ilə əlaqədar Maraqlı şəxs1na müraciət etsə də, Maraqlı şəxs1 miras əmlakın qəbulu müddətinin buraxılmasını əsas gətirərək miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina etmişdir. Ərizəçi qanun üzrə vərəsəlik hüququ əsasında miras əmlakı qəbul etməklə mərhum atasından miras qalmış əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəyir. Qeyd edilənləri nəzərə alıb ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq maraqlarına toxunan şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs4 həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kass asiya şikayətində apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib mirasın qəbuluna dair ərizənin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları Maraqlarına toxunan şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs4 və onların vəkili Muradov Bəxtiyar İbrahim oğlu kassasiya şikayətini apelyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmış və qeyd etmişlər ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası Balakən Bələdiyyəsi tərəfindən verilmiş saxta arayışa əsasən miras əmlakın qəbul edilməsi faktını müəyyən etmiş, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə o lan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Məhkəmə kollegiyasının iclasında maraqlarına toxunan şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs4 vəkili Muradov Bəxtiyar İbrahim oğlu və Maraqlı şəxs2 kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq ərizəçi X14, Maraqlı şəxs1 nümayəndəsi, maraqlarına toxunan şəxslər Maraqlı şəxs3 və Maraqlı şəxs4 heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, maraqlarına toxunan şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs4 vəkili Muradov Bəxtiyar İbrahim oğlunun, maraqlarına toxunan şəxs Maraqlı şəxs2 izahatlarını dinləyib hesab edir ki, aşağıdakılara əsasən maraqlarına toxunan şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs4 kassasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv olunmalı və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüqu q normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. Apelyasiya şikayətinin təmin edilməli olmamasına dair apelyasiya instansiyası məhkəməsinin qətnaməsi aşağıdakı kimi əsaslandır ılmışdır. Ərizəçinin atası Muhuma Məmmədov ilə anası Nazilə Nastakalova 1988-ci ildə rəsmi nikahla evlənmiş, həmin nikahdan 1989-cu ildə ərizəçi anadan olmuşdur. Ərizəçi ata və anası 1991-ci ildə rəsmi qaydada ayrılmışlar. Muhuma Məmmədov 06 sentyabr 2007-ci il tarixdə vəfat etmiş, vəfatından sonra ona məxsus olan və ünvan 1 ünvanında yerləşən torpaq sahəsi və fərdi yaşayış evi miras qalmışdır. Ərizəçi mərhum Muhuma Məmmədovun birinci növbədən olan yeganə vərəsəsidir. Bundan sonra ərizəçi atasının ölüm faktının müəyyən olunması ilə bağlı Balakən Rayon Məhkəməsinə ərizə ilə müraciət etmiş, məhkəmənin 29 mart 2013-cü il tarixli qətnaməsi ilə mərhum Muhuma Məmmədovun 06 sentyabr 2007-ci il tarixdə ölümünün qeyd edilmə faktı müəyyən edilmişdir. O, atasından miras qalmış əmlakı vərəsə kimi qəbu l etməsi üçün mirasın açıldığı yer üzrə Balakən rayon Notariat Kontoruna ərizə vermiş, lakin Notariat Kontoru vərəsəliyin qəbulu üçün müddəti ötürdüyünü bildirərək vərəsəliyin qəbulu müddətini bərpa etmək üçün məhkəməyə müraciət etməli olduğunu izah etmişdir. Göründüyü kimi, ərizəçi notariat orqanına müraciət etməklə və digər hərəkətləri ilə mirasın qəbulu ilə bağlı qanunauyğun hərəkətləri etmişdir. Bundan başqa maraqlarına toxunan şəxslər apelyasiya şikayətində X4 miras qalmış miras əmlaka faktiki olaraq sahiblik etdiklərini bildirsələr də, bununla bağlı sübut təqdim edə bilmirlər. Əksinə, işdə olan Balakən Bələdiyyəsi tərəfindən 22 avqust 2013-cü il tarixdə verilmiş 416 saylı arayışdan görünür ki, miras qalmış torpaq sahəsi və fərdi yaşayış evinin torpaq və əmlak vergisi 2007-ci ildən 20 13-cü ilə qədər mərhumun qızı Ərizəçi tərəfindən ödənilmişdir. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisəli ev maraqlı şəxslərin atalarından miras qalsa da, həmin əmlakı yalnız qardaşları Muhuma qəbul etmiş, mərhum Muhuma evin ən kiçik övladı kimi həmin evdə yaşamış, digər bacı və qardaşlar isə atalarının ölümündən əvvəl ailə qurub həmin təsərrüfatdan ayrılaraq özlərinə məxsus olan evlərdə yaşamışlar. Muhuma Məmmədovun ölümündən sonra isə Mülki Məcəllənin 1159.1.1-ci maddəsinin mənası baxımından yeganə birinci növbəli vərəsəsi qızı Lalə olmuşdur. Maraqlı şəxslər isə üzün illər əvvəl ərə gedərək ata evindən köçmüş, özlərinə məxsus ayrıca təsərrüfatları olmuşdur. Onlar ata evindən köçdükdən sonra həmin evdə bir daha yaşamamışlar. O cümlədən, Maraqlı şəxs2 1980-ci ildə ail ə qurub atasına məxsus evdən köçmüş, 1990-cı illərin əvvəllərindən Bakı şəhərində qeydiyyatdadır. Eyni zamanda Maraqlı şəxs2 və digər maraqlı şəxslər mirasın qəbulu üçün notariat orqanına ərizə verməmişlər. Onların miras əmlakı faktiki sahiblik etməklə qəbul etmələri isə işin halları ilə sübut olunmur. Ali Məhkəmənin Mülki Kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticəni aşağıda göstərilənlərə əsasən tam qanuni və əsaslı hesab etmir. Maraqlarına toxunan şəxslər verdikləri apelyasiya şikayətini onunla əsaslandırmışlar ki, X14 heç bir vaxt miras mülkdə yaşamamış, onu faktiki olaraq qəbul etməmişdir (i/v 41). Evin əsaslı təmirinə onlar tərəfindən 10-15 min manata qədər vəsait xərclənmiş, hazırda ev yenə onların sahibliyindədir. Ona görə Məmmədova Lalə Muhuma qızının vər əsə kimi mirasın qəbulu müddətinin uzadılmasının üzrlü hesab edilməsi qanuna uyğun olmamışdır. Bundan əlavə Maraqlı şəxs2 Abdulqədir qızı tərəfindən apelyasiya instansiyası məhkəməsinə ünvanlanmış məktubda keçmiş bələdiyyə sədri tərəfindən 2007-ci ildən 2013-cü ilədək miras qalmış torpaq sahəsi və fərdi yaşayış evinə dair torpaq və əmlak vergisinin Ərizəçi Muhuma qızı tərəfindən ödənilməsinə dair verilmiş arayışlar mübahisələndirilmişdir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin həmin dəlillərinə tam hüquqi qiymət verilməmişdir. Apelyasiya şikayətinin yuxarıda qeyd olunan dəlilləri ilə bağlı iş üçün mühüm əhəmiyyət kəsb etməsinə baxmayaraq apelyasiya instansiyası məhkəməsi ərizəçi X12 miras əmlakın yerləşdiyi ünvanla bağl ı nə vaxtdan yaşayış yeri üzrə qeydiyyata alınmasını araşdırmamışdır. Belə ki, işin 27-ci vərəqində olan şəxsiyyət vəsiqəsinin surətində həmin şəxsiyyət vəsiqəsinin 17.08.2013-cü il tarixində verildiyi və ərizəçinin Balakən şəhəri, F.Əmirov küçəsi, dalan 3, ev 3-də qeydiyyatda olduğu göstərilmişdir. Buna görə işə yenidən baxılarkən mirasın açıldığı vaxt ərizəçinin hansı ünvan üzrə qeydiyyatda olması onun miras mülklə bağlılığı baxımından araşdırılmalıdır. Ali Məhkəmənin Mülki Kollegiyası həmçinin hesab edir ki, mirasın qəbulu müddətinin uzadılmasına dair ərizə üzrə işin faktiki halları həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1160, 1273-1, 1263-cü maddələrinin tələbləri baxımından da qiymətləndirilməlidir. Həmin Məcəllənin 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Həmin Məcəllənin 1273-1-ci maddəsinə əsasən vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Həmin Məcəllənin 1263-cü maddəsinə görə əgər mirasdan imtina etmiş vərəsə həmin növbənin vərəsələri arasında yeganə vərəsədirsə, miras sonrakı növbənin vərəsələrinə keçir. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qeyd olunan Məcəllənin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 88-ci məhkəmə sübutlara obyektiv, qərə zsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu madələrini rəhbər tutaraq məhkəmə kollegyası qərara aldı: Maraqlarına toxunan şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs4 kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)3075/2019 saylı, 11 dekabr 2019-cu il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar