Məhkəmə qərarları › İş №2(102)-2770/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2770/2025

23.09.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2770/2025 23.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsinə xitam verilməsinin xüsusiyyətləri) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv olunması, işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi" tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il 5 iyun tarixli 2(106)-920/2025 nö mrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Qadir Zeynalov adına Lənkəran rayonu Darquba kənd tam orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi işləmiş, iki dəfə müəllimlərin sertifikatlaşdırılması imtahanlarında uğurlu nəticə əldə etmədiyi üçün 27 noyabr 2024-cü il tarixindən onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilmişdir.

2. X1 imtahanından keçmədiyi üçün məktəbdə yaranacaq sosial-pedaqoq vəzifəsi və vakant olan xadimə ştatında işləmək təklif olunmuş, lakin iddiaçı yazılı şəkildə (xx.xx.2024-cü il tarixli ərizə ilə) bu təkliflərdən imtina etmişdir. İ ş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı (bundan sonra - iddiaçı) Cavabdehnə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilməsinə dair xx.xx.2024-cü il tarixli, 120 nömrəli əmrinin ləğv edilməsi, işlədiyi Azərbaycan dili-ədəbiyyat müəllimi vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini işin yuxarıda qeyd olunan hallarına istinadən onunla əsaslandırmışdır ki, 08 iyun 2024-cü il tarixdə keçirilmiş müəllimlərin sertifikasiya imtahanında iştirak etmiş və himayəsində 1-ci qrup əlil olan ərinə qulluq etməsi ilə əlaqədar olaraq imtahana ha zırlaşa bilməmiş və nəticədə imtahanda yetərli bal toplaya bilməmişdir. Himayəsində 1-ci qrup əlilliyi olan şəxs olduğundan onunla bağlanılmış əmək müqaviləsinə xitam verilməmiş, lakin işəgötürən tərəfindən müəllimlərin aylıq 18 saatlıq dərs yükü (2024-2025-ci təhsil ili üzrə) ondan alınaraq digər müəllimlər arasında bölüşdürülmüşdür. İşəgötürənlə aralarında yaranmış fərdi əmək mübahisəsini işəgötürən könüllü qaydada həll etmədiyindən məcbur qalıb məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh ilkin mediasiya sessiyasının keçirilməsinə iki gün qalmış onu işlədiyi məktəbə dəvət edərək, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmri və əmək kitabçasını təqdim edərək artıq məktəbə gəlməməyini bildirmişdir. Artıq işdən azad olunduğuna görə mediasiya sessiyasına xitam ver ilmişdir. Həmin əmrlə tanış olduqdan sonra ona məlum olmuşdur ki, işəgötürən onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam vermişdir. Həmin əmr qanunsuz və əsassız olduğundan ləğv edilməli, həmin vəzifəyə işə bərpa olunmalı, məcburi işburaxmaya görə ona əmək haqqı ödəlilməlidir. O, həmin əmrin işəgötürən tərəfindən ləğv edilməklə yenidən işinə bərpa etməyini işəgötürəndən xahiş etdikdə, işəgötürən əmrini dəyişməyəcəyini, sertifıkasiyadan keçmədiyini əsas gətirməklə himayəsində 1-ci qrup əlil ərinin olmasının heç bir aidiyyətinin olmadığını bildirməklə onun verdiyi əmrin də qanunvericiliyin tələbinə tam uyğun olduğunu qeyd etmişdir. İddia ərizəsinə əlavə etdiyi sənədlərdən də göründüyü kimi onunla bağlanılmış əmək müqaviləsi müddətsiz əmək mü qaviləsi olmuş, himayəsində orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş əri (birinci qrup əlil) X3 olması, əlilə qulluq etməyi ilə bağlı dövlət tərəfindən müavinətin də ona ayrılması əmək qanunvericiliyinin işçi kimi 79-cu maddənin 1-ci bəndində qeyd edilmiş imtiyazın ona birbaşa şamil olunmasını təsdiq edir. Həmçinin qanunverici ilk dəfə sertifıkatlaşdırmada uğurlu nəticə əldə etməyən təhsilverənlərin əmək müqaviləsinə dərhal xitam verilməsini nəzərdə tutmur, iş yeri və əmək haqqı saxlanılmaqla təkrar sertifıkatlaşdırmada iştirak etmək imkanını tanıyır. Qeyd edir ki, işəgötürən tərəfindən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi əmri verilərkən işəgötürən tərəfindən qanunvericilik normalarına riayət edilməmiş, Əmək Məcəlləsinin 79-cu maddəs inin tələbləri nəzərə alınmamışdır. Bundan başqa, əmr tərtib edilərkən də əmək qanunvericiliyinin tələb etdiyi forma və məzmuna uyğun tərtib edilməmişdir. Belə ki, həmin əmri imzalayan şəxsin adı və atasının adı tam yazılmalı olması da müəyyən deyildir, eyni zamanda əmrin tərtib edildiyi yer dəqiq göstərilməmişdir.

5. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddiaçının iki dəfə müəllimlərin sertifikatlaşdırma imtahanlarından keçmədiyini, buna baxmayaraq ona məktəbdə başqa iş təklif edildiyini, lakin iddiaçının həmin təklifi qəbul etmədiyini, “Təhsil haqqında” Qanuna əsasən onun iki dəfə sertifikatlaşdırmadan keçə bilməməsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə işdən çıxarılması üçün əsas olduğunu bildirib iddianın təmin olunmamasını xahiş etmişdir.

6. Lənkəran Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) xx.xx.2025-ci il tarixli, 2(049)-858/2025 saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh tərəfindən verilmiş, iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2024-cü il tarixli, 120 nömrəli əmrinin ləğv edilməsi və iddiaçının Qadir Zeynalov adına Lənkəran Rayon, Darquba kənd tam orta məktəbinə Azərbaycan dili-ədəbiyyat müəllimi vəzifəsinə bərpa edilməsi qət edilmişdir (hakim Muradağa Qasımov).

7. Birinci instansiya məhkəməsi öz qənaətini onunla əsaslandırmışdır ki, iddiaçı “Təhsil haqqında” Qanunun 36-2.3-cü maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrin də işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası"nın 1.4-cü bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddələrinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli qərarına istinad etməklə qanunsuz olaraq işdən çıxarılmışdır. Belə ki, iki dəfə sertifikatlaşdırma imtahanlarından keçməmiş müəllimlə əmək müqaviləsini Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə pozulması qanuna uyğundur. Bununla yanaşı, hətta bu əsas olsa belə, bəzi həssas kategoriyadan olan işçilərin həmin Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə işdən çıxarılması qanunvericiliklə qadağan edilmişdir. Belə işçilər kategoriyasına, himayələrində 1-ci qrup əlil olan işçilər də daxil dir. Məhz Konstitusiya Məhkəməsi də yuxarıda qeyd olunmuş qərarında himayələrində 1-ci qrup əlil olan işçilərin Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə işdən çıxarılmasının yolverilməz olduğunu qeyd etmişdir. Konstitusiya Məhkəməsinin qərarları qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

8. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, iddiaçı dövlətdən müvafiq müavinət alır. Bu səbəbdən də məhkəmə hesab edib ki, iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə işdən çıxarılmasına qanuni əsaslar olmuşsa da, onun himayəsində 1-ci qrup əlil olduğundan, cavabdeh onunla əmək müqaviləsini Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə pozmaqla Əmək Məcəlləsinin 79-cu maddəsinin tələblərini pozmuşdur. Belə ki, Əmək Məcəll əsinin 79-cu maddəsinə əsasən, həmin Məcəllənin 70-ci maddəsinin «a» bəndi və 73-cü maddəsi ilə əmək müqaviləsinə xitam verilən hallar istisna olmaqla, orqanizmin funksiyalarının 81-100 faiz (yəni 1-ci qrup əlil) pozulmasına görə əlilliyi müəyyən edilmiş ailə üzvü olan işçilərin əmək müqavilələrinin Əmək Məcəlləsinin 70-ci maddəsi ilə ləğv olunması qadağandır.

9. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, Qadir Zeynalov adına Darquba kənd tam orta məktəbinin iddiaçı barəsində verilmiş ƏM-nin 70-ci maddəsinin “c” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2024-cü il tarixli, 120 nömrəli əmri ləğv edilməli, iddiaçı həmin məktəbin Azərbaycan dili-ədəbiyyat müəllimi vəzifəsinə bərpa edilməlidir.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Resp ublikasının Əmək Məcəlləsinin 79 və 296-cı maddəsinin 1 və 7-ci hissəsinə; “Mediasiya haqqında'’ Azərbaycan Respublikası Qanununun 35.1-ci; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə həmçinin “Azərbaycan Respublikası Konstitusiyasının 35-ci və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işin faktiki hallarını düzgün ara şdırmamış və Əmək Məcəlləsinin normaları düzgün tətbiq olunmamışdır. Əmək Məcəlləsinin 67 və 70-ci maddələrində sertifikatlaşdırmadan təkrar keçməyən işçinin əmək müqaviləsinə birbaşa xitam verilməsi təsbit olunmuşdur. Əmək Məcəlləsinin 79-cu maddəsinin 70-ci maddəni məhdudlaşdırması yolverilməzdir. Belə çıxır ki, işçi aylarla işə gəlməzsə və ya iş vaxtı cinayət törədərsə və 79-cu maddənin təsiri altına düşərsə o zaman onunla bağlanmış əmək müqaviləsinə xitam verilə bilməz. Bu hal özlüyündə mülki dövriyyənin sabitliyini pozar və Əmək Məcəlləsinin prinsiplərinə zidd olardı. Bu halda işçi və işəgötürən arasında münasibətləri tənzimləmək mümkün olmaz. Buna görə də Azərbaycan Respublikası Ali Məhkəməsi xx.xx.2025-ci il tarixdə analoji iş üzrə vahid məhkəmə təcrübəsi müəyyən edən qərar qəbul et mişdir və həmin qərarda açıq şəkildə göstərmişdir ki, Əmək Məcəlləsinin 79-cu maddəsi 70-ci maddəsinin təsirini məhdudlaşdıra bilməz, yəni 70-ci maddə üzrə təsbit olunmuş hallarda əmək müqaviləsinə xitam verilməsi 79-cu maddənin təsirinə düşən şəxslərə də şamil olunmalıdır və 79-cu maddə 70-ci maddə üzrə xitam verilməsi zamanı nəzərə alına bilməz. Məhkəmənin qətnaməsi xx.xx.2025-ci il tarixdə, Ali Məhkəmənin vahid məhkəmə təcrübəsi müəyyənləşdirən qərarı isə xx.xx.2025-ci il tarixdə qəbul edilmişdir. Ali Məhkəmənin sözgedən qərarı Əmək Məcəlləsinin 79-cu maddəsi ilə bağlı vahid məhkəmə təcrübəsi yaratmış və həmin maddənin təsir dairəsini konkret müəyyən etmişdir. Ali Məhkəmənin vahid məhkəmə təcrübəsi müəyyən edən qərarı məhkəmələr üçün imperativ xarakter daşıyır. Bununla bağlı Konstitusiy a Məhkəməsinin də xx.xx.2024-cü il tarixli qərarında birbaşa 79-cu maddənin şamil olduğu şəxslərin 70-ci maddənin tətbiq olunmasının mümkünsüzlüyü göstərilməmişdir, həmin qərarda məhkəmə ümumi olaraq həmin halların nəzərə alına bilməsi göstərilmişdir. Həmin qərarda açıq göstərilib ki, Əmək Məcəlləsinin 67-2-ci maddəsinə əsasən, “Təhsil haqqında” Qanuna uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsas yaradır. Lakin məhkəmə həmin mövqeyə yanlış istinad etmişdir. Buna görə də həmin qətnamə ləğv olunmalıdır.

13. İddiaçı tərəf məhkəməyə etiraz ünvanlayaraq, etirazı belə əsaslandırmışlar ki, cavabdehin apellyasiya şikayətində qeyd etdiyi vahid məhkəmə təcrübəsini formalaşdıran 24 fevral 2025-ci il tarixli qərarı ümumiyyətlə olmamışdır. Əmək Məcəlləsinin 67-2-ci maddəsinə əsasən, “Təhsil haqqında” Qanuna uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsas yaradır. İşəgötürən tərəfindən əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq ləğv edilərkən isə həmin Məcəllənin 79-cu maddəsi ilə müəyyənləşdirilmiş məhdudiyyətlər nəzərə alınmalıdır.

14. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra - apellyasiya instansiyası məhkəməsi) 2(106)-920/2025 nömrəli, 05 iyun 2025-ci il tarixl i qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır (hakimlər M.Əsədli (sədrlik edən və məruzəçi), M.Sadıqov və A.N.Novruzova).

15. Məhkəmə tərkibi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, qeyd etmişdir ki, qanunvericilik fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsinin təmini qaydalarının minimum həddini imperativ qaydada müəyyən edərək, işçini daha çox qorumuş və əmək müqavilələrində də işçinin qanunda göstərilən hüquqlarının daha əlverişsiz vəziyyətə salan müddəaların göstərilməsini, qanunda göstərilməyən əsaslarla və qaydada əmək müqaviləsinin ləğvini qadağan etmişdir.

16. Müvafiq olaraq təhsil qanunvericiliyinin əsas məqsəd i təhsil sahəsində vətəndaşların konstitusiya hüququnun təmin edilməsindən və qorunmasından, icra strukturlarının, təhsilalanların və təhsilverənlərin, fiziki və hüquqi şəxslərin hüquq və vəzifələrinin düzgün müəyyən edilməsindən, onlar arasında münasibətlərin tənzimlənməsindən, təhsil sisteminin sərbəst fəaliyyəti və inkişafı üçün hüquqi təminatların yaradılmasından ibarətdir. Əmək müqaviləsinin ləğvi zamanı sosial həssas qruplara münasibətdə əlavə təminatlar nəzərə alınmalıdır.

17. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası"nın 1.4-cü bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci və Azərbaycan Respublikası Əmək Mə cəlləsinin 79-cu maddələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli qərarı iddia tələbininin təmin olunmasına hüquqi əsas verir.

18. Yuxarıda qeyd edilən Konstitusiya Məhkəməsinin qərarında qeyd edilmişdir ki, himayələrində 1-ci qrup əlil olan işçilərin Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə işdən çıxarılması yolverilməzdir.

19. Konstitusiya Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli qərarı ilə sertifikasiyadan keçməməyə görə işdən çıxarma yalnız müəyyən şərtlərlə mümkündür - xüsusən də himayəsində İ qrup əlil olan işçilərə bu tədbiq edilə bilməz. Bu baxımdan, işdən çıxarılma əmrinin qanunsuzluğu sübuta yetirilmişdir və məhkəmənin iddianı təmin etməsi tam əsaslıdır.

20. Məhkəmə tərkibi şikayətin Ali Məhkə mənin xx.xx.2025-ci il tarixli məhkəmə təcrübəsini formalaşdıran qərarına istinad etməsi ilə bağlı qeyd edib ki, istinad edilən Ali Məhkəmə qərarının mövcudluğu sübuta yetirilmir. Araşdırma zamanı məlum olmuşdur ki, belə bir qərar hüquqi informasiya bazalarında yoxdur və ümumiyyətlə hüquqi dövriyyədə mövcud deyil. Həmçinin məhkəməyə təqdim edilən sübutlar arasında da həmin qərarın surəti və ya mətninə rast gəlinməmişdir.

21. Bundan başqa, Konstitusiya Məhkəməsinin qərarları normativ xarakterlidir, yəni qanunvericiliyin tətbiqində bütün hüquqi münasibətlərə şamil olunmalıdır. Ali Məhkəmə isə konkret mübahisə üzrə qərar verir və normativ hüquqi akt qəbul etmir. Hüquqi iyerarxiyaya görə Konstitusiya Məhkəməsinin qərarları Ali Məhkəmə daxil olmaqla bütün instansiyalar üçün rəhbər tutulmalıdır. Bu baxımdan Ali Məhkəmənin ehtimal edilən qərarı (əgər olsa belə) Konstitusiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarının hüquqi qüvvəsini zəiflədə və ya dəyişdirə bilməz. Daha sonra cavabdeh apellyasiya şikayətində “Təhsil haqqında” Qanunun 36-cı maddəsi və “Dövlət təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması haqqında” Qaydaların 5.3, 5.4-cü bəndlərinin tələblərinin birinci instansiya məhkəməsi tərəfindən pozulmasını vurğulamışdır.

22. Məhkəmə tərkibi qeyd etmişdir ki, Konstitusiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı açıq şəkildə müəyyən etmişdir ki, himayəsində İ qrup əlil olan işçilər sertifikatlaşdırmadan keçmədiyinə görə işdən azad edilə bilməz. Bu qərar təhsildə normativ aktların tətbiqinə dair konstitusion çərçivəni müəyyən edir və “imperativ norma” anlayışının sərhədlərini yenidən müəyyənləşdirir. Konstitusiya hüququ üzrə təməl prinsip budur: hər hansı hüquqi norma digər normativ hüquqi aktlarla (məsələn, qaydalarla) insan hüquqlarını və sosial zəmanətləri məhdudlaşdıra bilməz, əks halda bu, Konstitusiyaya zidd sayılır.

23. Bundan başqa, cavabdeh Əmək Məcəlləsinin 67-2-ci maddəsinə əsasən maddənin tərifinə görə himayəsində İ qrup əlil olan şəxslərin sertifikatlaşdırmadan azad edilmiş şəxslər siyahısında olmadığından, buna görə də iddiaçının işdən azad olmasının mümkün olmasını qeyd etsə də, bu maddə müəyyən hüquqi güzəştlər üçün siyahıdır, lakin bu siyahının xaricində qalanlar barədə bütün digər hüquqi və sosial müdafiə normalarını istisna etmir. Bu maddə, Əmək Məcəlləsinin 79-cu maddəsində nəzərdə tutulan sosial müdafiə tə dbirlərini və Konstitusiya Məhkəməsinin qərarını heç bir halda qüvvədən salmır. Belə yanaşma müqayisəli hüquqa və insan hüquqları prinsiplərinə ziddir. Hüquq müdafiəsi mexanizmləri yalnız bir normada göstərildiyi üçün tətbiq edilmir, ümumi hüquqi sistemin balansı və məqsədi əsasında qiymətləndirilir.

24. Daha sonra cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, hazırkı münasibətlər birbaşa işəgötürən tərəfindən yox, atestasiya komissiyasının qərarı əsasında yaranmış və iddiaçı vəzifəyə uyğun olmayan hesab olunmuşdur. Bunun nəticəsində işəgötürən onunla bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Buna görə də Əmək Məcəlləsinin 79-cu maddəsi 70-ci maddənin C bəndini birbaşa məhdudlaşdıra bilən norma ola bilməz.

25. Məhkəmə tərkibi apellyasiya şikayətinin bu dəlilinə münasibət bildirərək qeyd etmişdir ki, əmək müqaviləsinə xitam verən birbaşa işəgötürəndir, və buna görə də Əmək Məcəlləsinin 79- cu maddəsi tətbiq olunmalıdır. Atestasiya komissiyasının qərarından şikayət verilməməsi iddiaçının hüquqlarından imtinası demək deyildir. Komissiyanın qərarı qüvvədə qalsa belə, onun əsasında sosial həssas qrupun hüquqlarının pozulması yolverilməzdir. İddiaçı komissiyanın qərarının nəticəsi olan əmək müqaviləsinin ləğvini mübahisələndirmişdir, bu isə əmək hüququ üzrə tam qanuni müdafiə yoludur. İşdən çıxarılma fərdi hüquq pozuntusudur və işçi onu əmək mübahisəsi predmetinə çevirə bilər – bu zaman onun komissiya qərarından ayrıca şikayət verməsi qanunvericiliklə tələb olunmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin müddəalarına əsasən, iddiaçı hüququ pozulduğunu hesab e tdiyi hallarda birbaşa əmək müqaviləsinin ləğvini məhkəmə qaydasında mübahisələndirə bilər. Üstəlik, iddia predmetinin komissiyanın qərarı yox, həmin qərar əsasında verilmiş xitam əmri olması səbəbilə, komissiya qərarından ayrıca şikayət verilməməsi iddianın əsassızlığını göstərmir. Komissiyanın qərarı hüquqi baxımdan təsbitedici fakt ola bilər, lakin konstitusiyaya və ali normativ aktlara zidd nəticələr doğurursa, həmin nəticələr qanunsuz hesab edilir.

26. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2.3, 14, 43.3, 68.1 və 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi, 79, 83.2 və 84-cü maddələrinə, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində işləyən tə hsilverənlərin sertifikatlaşdırma Qaydası"nın 1.4-cü bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddələrinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli qərarına istinadən əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

27. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

28. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaaq qeyd edilmişdir ki, işin halları hərtərəfli və tam araşdırılmamış, məhkəmə sübutlara düzgün hüquqi qiymət verməmiş, maddi hüquq normaları məhk əmə tərəfindən düzgün tətbiq olunmamışdır. İddiaçı tərəf tələbini təsdiq edəcək sübutlar təqdim etməmişdir. İddiaçının təqdim etdiyi sübutlarda onun təkrar sertifikasiyadan keçmədiyi təsdiq olunmuşdur. Lakin məhkəmə həmin sübutlara düzgün hüquqi qiymət verməmişdir. İddiaçının himayəsində əlil olması onun sertifiasiyadan keçməkdən azad edə bilməz. İddiaçının onun işdən azad olunmasının ərinin əlil olması ilə bağlı olmasını sübuta yetirə bilməmişdir. Bundan başqa, təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərin əmək müqaviləsinin ləğv olunması Əmək Məcəlləsində birbaşa təsbit olunmuşdur, işin həmin halları artıq hamıya məlumdur və yenidən sübut olunmasına ehtiyac yoxdur. Lakin məhkəmə qanunsuz olaraq iddiaçının təkrar sertifikasiyadan keçməməsini nəzərə almamışdır. b) Kassasiya şika yətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

30. Maddə 2. 3-cü hissə. Azərbaycan Respublikasının Əmək Məcəlləsi (bundan sonra ismin müvafiq hallarında «bu Məcəllə») əmək münasibətlərində tərəflərin:... mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması;... əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır.

31. Maddə

9. Əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqları vardır:... q) əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq;...

32. Maddə

10. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funks iyasını vicdanla yerinə yetirmək;...

33. Maddə 11, 1-ci hissə. Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır:... b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək; c) işçilərdən əmək müqaviləsi ilə müəyyən edilmiş şərtlərin, öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini tələb etmək;... d) işçilər əmək müqaviləsinin şərtlərini, müəssisədaxili intizam qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etmək;...

34. Maddə 14, 1-ci hissə.

1. Əmək münasibətlərinin tənzimlənməsi sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları öz səlahiyyətləri çərçivəsində: qanunvericiliyin tələblərinə əmək münasibətlərinin subyektləri tərəfindən hər yerdə eyni qaydada və d ürüst əməl olunmasını; sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunmasını; işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınmasını; işçilərin və işəgötürənlərin pozulmuş hüquqlarının bərpa olunmasını; səlahiyyətləri çərçivəsində əmək qanunvericiliyinin təkmilləşdirilməsini; əmək münasibətləri sahəsində Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş insan hüquqları və azadlıqları prinsipləri əsasında dövlət siyasətinin həyata keçirilməsini təmin etməlidirlər.

35. Maddə 43, 3-cü hissə. Əmək müqaviləsi bağlanarkən, həmçinin əmək münasibətlərinə xitam verilənədək bu Məcəllə ilə işçilər üçün müəyyən edilmiş hüquq və təminatların səviyyəsi azaldıla bilməz.

36. Maddə 68, 1-ci hissə. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

37. Maddə 68, 2-ci hissə. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü;...

38. Maddə

70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər:... c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə;...

39. Qeyd: Bu maddənin «c» bəndində «səlahiyyətli orqan» dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümu mi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqan başa düşülməlidir. İşçilərin attestasiyası bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir

40. Maddə 79, 1-ci hissə. İşəgötürən tərəfindən:... öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” ailə üzvü olan işçilərin;... bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır.

41. Maddə 300, 1-ci hissə. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulm uş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunu

42. Maddə 1.0. Bu Qanunda istifadə оlunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:... 1.0.6. attestasiya - hər bir təhsil pilləsində və səviyyəsində təhsilalanların təhsildə nailiyyətlərinin və təhsilverənlərin fəaliyyətinin qiymətləndirilməsi prоseduru;... 1.0.43. təhsil - sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prоsesi və оnun nəticəsi;...

43. Maddə 2.2. Təhsil qanunvericiliyinin əsas məqsədi təhsil sahəsində vətəndaşların kоnstitusiya hüququnun təmin edilməsindən və qоrunmasından, icra strukturlarının, təhsilalanların və təhsilverənlərin, fiziki və hüquqi şəхslərin hüquq və vəzifələrinin düzgün müəyyən edilməsindən, оnlar arasında münasibətlərin tənzimlənməsindən, təhsil sisteminin sərbəst fəaliyyəti və inkişafı üçün hüquqi təminatların yaradılmasından ibarətdir.

44. Maddə 3.0. Təhsil sahəsində dövlət siyasətinin əsas prinsiplər i aşağıdakılardır:... 3.0.5. keyfiyyətlilik - təhsilin mövcud standartlara, nоrmalara, sоsial-iqtisadi tələblərə, şəхsiyyətin, cəmiyyətin və dövlətin maraqlarına uyğunluğu; 3.0.6. səmərəlilik - təhsilin və elmi yaradıcılığın daim inkişaf edən, faydalı və sоn nəticəyə istiqamətlənən müasir metоdlarla təşkili;...

45. Maddə 5.1. Dövlət hər bir vətəndaşın təhsil alması üçün müvafiq şəraitin yaradılmasına təminat verir və təhsilin hər hansı pilləsindən, səviyyəsindən və fоrmasından məhrum edilməsinə yоl vermir.

46. Maddə 6.1. Təhsil sahəsində dövlət standartları fərdin, cəmiyyətin, dövlətin tələbatına uyğun оlaraq, elmi-pedaqоji prinsiplər əsasında hazırlanan və müəyyən dövr (5 ildən az оlmayaraq) üçün vahid dövlət tələblərini əks etdirən ümumi nоrmalar məcmusudur.

47. Maddə 9.1. Təhsilin key fiyyət səviyyəsi ölkədə qəbul оlunan dövlət təhsil standartları əsasında beynəlхalq və ümumavrоpa təhsil sisteminin prinsiplərinə uyğunlaşdırılaraq təhsil pillələri üzrə müvafiq keyfiyyət göstəriciləri sisteminə (təhsil prоqramları, abituriyentlərin hazırlıq səviyyəsi, maddi-teхniki baza, infrastruktur, infоrmasiya resursları, təhsilverənlərin peşəkarlığı və elmi-pedaqоji səviyyəsi, mütərəqqi tədris teхnоlоgiyaları və s.) uyğun оlaraq müəyyən edilir.

48. Maddə 33.3. Təhsilverənlərin vəzifələri aşağıdakılardır: 33.3.1. təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək; 33.3.2. təhsil proqramlarının mənimsənilməsini təmin etmək;... 33.3.8. ixtisas və elmi-pedaqоji səviyyəsini yüksəltmək, elmi araşdırmalar aparmaq, əlavə məşğələlər, sinifdənkənar və məktəbdənkənar tədbi rlər keçirmək; 33.3.9. qanunvericiliklə müəyyən edilmiş qaydada attestasiyadan keçmək;...

49. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası” 1.1. Bu Qayda “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 36-2.2-ci və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 28.1-ci maddələrinə uyğun olaraq hazırlanmışdır və dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) (bundan sonra - təhsil müəssisələri) pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsi lverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması prosedurunu tənzimləyir. 1.2. Təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlər peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması məqsədilə 5 (beş) ildə bir dəfə ödənişsiz sertifikatlaşdırmadan keçməlidirlər. 50. 5.2. Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. 51. 5.4. Təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi tə dris ilinin sonunda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllə

52. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

53. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

54. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

55. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

56. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər.

57. Maddə 417.2. Bu Məcəllənin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun.

58. Maddə 418.1. Maddi və p rosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri

59. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiym ətləndirilməməlidir.

60. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

61. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulduğuna görə apelyasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməklə iddia tələbi təmin edilməməlidir.

62. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən edilən mübahisəsiz hallarına görə iddiaçı Lənkəran rayonu Darquba kənd tam orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi işləm iş, iki dəfə müəllimlərin sertifikatlaşdırmasından keçə bilmədiyinə görə işəgötürənin əmri ilə onunla bağlanmış əmək müqaviləsinə 27 noyabr 2024-cü il tarixindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilmişdir.

63. Cavabdehin əmrinin hüquqi əsasını Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi və “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 5.4-cü bəndi təşkil edir.

64. Belə ki, həmin normalar dövlət ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə sertifikatlaşdırmadan təkrar keçməyən təhsilverənlə rlə bağlanmış əmək müqaviləsinə tədris ilinin sonunda xitam verilməsini müəyyən edir.

65. Lakin apelyasiya instansiyası məhkəməsi bu əsasların olmasına baxmayaraq, iddiaçının öhdəsində orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ailə üzvü olmasını Əmək Məcəlləsinin 79-cu maddəsində nəzərdə tutulan əmək müqaviləsinin ləğv olunmasını qadağan edən hal kimi qiymətləndirmiş və onunla əmək müqaviləsinə xitam verilməsini yolverilməz hesab etmişdir.

66. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Konstitusiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı açıq şəkildə müəyyən etmişdir ki, himayəsində İ qrup əlil olan işçilər sertifikatlaşdırmadan keçmədiyinə görə işdən azad edilə bilməz.

67. Lakin Konstitusiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarın da bu fikir qəti olaraq ifadə olunmayıb.

68. Məhkəmə kollegiyasının qənaətinə görə, mübahisənin düzgün həlli üçün işin halları həm əmək hüququ, həm də təhsil hüququ işığında təhlil olunmalıdır. Çünki “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 5.4-cü bəndi və Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə müəyyən olunan qayda və əsaslarla, Əmək Məcəlləsinin 79-cu maddəsinin göstərişləri rəqabət vəziyyətindədir.

69. Əmək Məcəlləsinin 79-cu maddəsinin hüquqi təyinatı ilə bağlı qeyd olunmalıdır ki, bu normada müəyyən olunan qayda, sosial müdafiə xarakterli hüquqi mexanizm olmaqla, əmək münasibətlərində xüsusi sosial müdafiəyə ehtiyacı olan şəxsləri qorumaqdır. Bu norma əsasən işəgötürənin iradəsindən asılı olan və subyektiv qərar nəticəsində işdən azadetmə hallarında tətbiq edilir.

70. Bu maddənin məqsədi, işçinin himayəsində əlil ailə üzvü olduğu halda, əsassız və ya sosial cəhətdən ədalətsiz işdən çıxarılma hallarını məhdudlaşdırmaqdır. Lakin burada qeyd olunan qadağa, dövlət tərəfindən normativ əsasda müəyyən edilmiş, obyektiv qiymətləndirmə nəticəsində yaranan hallara şamil edilə bilməz. 71. “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 1.2-ci bəndinə əsasən, sertifikatlaşdırmanın məqsədi təhsilverənlərin peşəkarlıq səviyyəsini, ixtisas yararlılığını və tədris keyfiyyətini müəyyən etməkdən ibarətdir.

72. Sertifikatlaşdırma təhsilverənin fəaliyyətini obyektiv və normativ meyarlar əsasında qiymət ləndirən prosedur olub, onun nəticələri təhsil keyfiyyətinin təmin edilməsinə, yəni həm də ictimai və dövlət maraqlarına xidmət edir. 73. “Təhsil haqqında” Qanunun 33.3-cü maddəsində təhsilverənlərin vəzifələrinə həm də təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək; təhsil proqramlarının mənimsənilməsini təmin etmək; ixtisas və elmi-pedaqоji səviyyəsini yüksəltmək, qanunvericiliklə müəyyən edilmiş qaydada attestasiyadan keçmək aiddir.

74. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 36-2.3-cü maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qayd ası”nın 1.4-cü bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddələrinə uyğunluğunun yoxlanılmasına dair» 6 noyabr 2024-cü il tarixli qərarda da göstərilmişdir ki: «O da qeyd edilməlidir ki, Konstitusiyada əsas insan hüquqlarından biri kimi təhsil hüququ da təsbit edilmişdir. Əsas Qanunun 42-ci maddəsinə əsasən hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir. Dövlət minimum təhsil standartlarını müəyyən edir. Müvafiq olaraq təhsil qanunvericiliyinin əsas məqsədi təhsil sahəsində vətəndaşların konstitusiya hüququnun təmin edilməsindən və qorunmasından, icra strukturlarının, təhsilalanların və təhsilverənlərin, fiziki və hüquqi şəxslərin hüquq və vəzifələrinin düzgün müəyyən edil məsindən, onlar arasında münasibətlərin tənzimlənməsindən, təhsil sisteminin sərbəst fəaliyyəti və inkişafı üçün hüquqi təminatların yaradılmasından ibarətdir. Təhsil sahəsində dövlət siyasətinin əsas prinsiplərindən biri keyfiyyətlilikdir ki, bu prinsip təhsilin mövcud standartlara, normalara, sosial-iqtisadi tələblərə, şəxsiyyətin, cəmiyyətin və dövlətin maraqlarına uyğunluğunu nəzərdə tutur. Bu məqsədlə təhsil qanunvericiliyində nəzərdə tutulmuş sertifikatlaşdırma təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması proseduru olmaqla pedaqoji işçilərin ixtisas səviyyəsinin, metodologiya mədəniyyətinin yüksəldilməsi, onlarda müasir pedaqoji texnologiyalardan istifadənin təşviqi, pedaqoji əməyin səmərəliliyinin və keyfiyyətinin artırılması, pedaqoji işçilərin poten sial imkanlarından istifadə perspektivlərinin müəyyənləşdirilməsi və s. kimi məqsədlərə xidmət edir (Konstitusiya Məhkəməsi Palatasının “X5 və digərlərinin şikayətinə dair” 2023-cü il 15 mart tarixli Qərardadı). Təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması proseduru “Təhsil haqqında” Qanunun 36-2-ci maddəsi və Nazirlər Kabinetinin müvafiq Qaydası ilə tənzimlənir. O da qeyd edilməlidir ki, Əmək Məcəlləsinin 79-cu maddəsi konstitusiya hüquqi mahiyyəti və təyinatı baxımından işəgötürən tərəfindən işçilərin, o cümlədən təhsilverənlərin qanunvericilikdə nəzərdə tutulmuş qaydada peşəkarlıq səviyyəsini və peşə yararlılığını müəyyənləşdirmək imkanını aradan qaldırmır. Həmçinin sertifikatlaşdırmadan keçmiş təhsilverənlərin nəticələrinə müvafiq olaraq onların əmək haq larının diferensiallaşdırması da həyata keçirilir.»

75. Məhkəmə kollegiyası baxılan mübahisənin həllinə təsiri olan təhsil hüququnun üstünlüyü və ictimai maraq aspektini vurğulayaraq qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsində təminat verilən keyfiyyətli təhsil almaq hüququnun təmin edilməsi dövlətin konstitusion vəzifəsidir. “Təhsil haqqında” Qanunun 4-cü maddəsində təsbit edilmiş “keyfiyyətlilik” prinsipi təhsil prosesinin dövlət, cəmiyyət və fərdin maraqlarına uyğun həyata keçirilməsini nəzərdə tutur. Əgər sertifikatlaşdırmadan keçə bilməyən təhsilverən, yalnız sosial imtiyaz səbəbilə işdə saxlanılarsa, bu hal şagirdlərin keyfiyyətli təhsil almaq hüququnu pozar və dövlətin təhsil siyasətinin məqsədlərinə zidd nəticələr doğurar. Bu mənada, əmək hüququ üzrə so sial təminat prinsipi ilə təhsil hüququ üzrə keyfiyyətlilik prinsipi arasında ziddiyyət yarandıqda, üstünlük ictimai maraqlara və konstitusion təhsil hüququnun təminatına verilə bilər.

76. Bu baxımdan məhkəmə kolegiyası o nəticəyə gəlir ki, Əmək Məcəlləsinin 79-cu maddəsi, işçinin peşə yararlılığının qiymətləndirilməsi ilə bağlı xüsusi qanunvericilikdə müəyyən edilən nəticələrə tətbiq edilə bilməz. Çünki bu norma işəgötürənin subyektiv iradəsinə əsaslanan xitamlara qarşı sosial müdafiəni təmin edir və obyektiv peşəkarlıq meyarlarının müəyyən edildiyi hallarla bağlı deyil. Xüsusilə vurğulanmalıdır ki, “Təhsil haqqında” qanunun 33.3.1, 33.3.2, 33.3.8-ci maddələrinə əsasən təhsilverən, təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etməyə, təhsil proqramlarının mənimsənilmə sini təmin etməyə, ixtisas və elmi-pedaqоji səviyyəsini yüksəltməyə borcludur, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada attestasiyadan keçməsi zəruridir. Başqa sözlə, sertifikatlaşdırma testi təhsilverən üçün gözlənilməz, maksimal tələblərlə müşayiət olunan xüsusi riskli olan tədbir deyil, təhsilverənlər üçün müəyyən olunan minimal tələbləri ehtiva edən, qanunla mütləq hesab edilmiş tələbdir. Əmək Məcəlləsinin 79-cu maddəsi o hallarda tətbiq oluna bilər ki, əmək müqaviləsinə xitam verilməsi işəgötürənin ixtiyarına əsaslanan və sosial baxımdan zəif işçini əsassız işdən azad etmək riskini daşıyan hallarda baş versin. Lakin xitam obyektiv, dövlət tərəfindən tənzimlənən və normativ əsasda həyata keçirilən qiymətləndirmə nəticəsində baş verirsə, bu zaman 79-cu maddənin məqsədi pozulmur. Hazırda baxılan iş üzrə də sertifikatlaşdırmanın nəticələri mübahisələndirilmir və buna uyğun olaraq işəgötürənin iddiaçı ilə əmək müqaviləsinə xitam verməsi, Əmək Məcəlləsinin 79-ci maddəsinin təsiri altına düşmür.

77. Göründüyü kimi işə baxmış məhkəmələr tərəfindən maddu hüquq norması düzgün tətbiq edilməmişdir. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq və təfsir olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsasdır. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tamamilə ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər.

78. Ona görə də qətnamə ləğv edilməli, apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar v ə sübutlar əsasında yeni qərar çıxarılmalı, yuxarıda şərh olunan hüquqi mövqelərə əsasən iddia rədd edilməlidir.

79. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il 5 iyun tarixli 2(106)920/2025 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qərar çıxarılsın. İddia tələbi təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar