Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2771/2022 24.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 Yusif oğlunun, Cavabdeh3 və Cavabdeh1 qarşı ilkin iddiası, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 cavabdeh İddiaçı qarşı qarşılıqlı iddiasına dair iş üzrə QƏRARİ iş № 2(102)-2771/22 (Açar sözlər: mənzilə köçürülmə, mənzildən istifadə hüququna xitam verilməklə qeydiyyatdan çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 Yusif oğlu, Cavabdeh3 və Cavabdeh1 qarşı mənzilə köçürülmə tələbi nə dair ilkin iddiası, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 cavabdeh İddiaçı qarşı mənzildən istifadə hüququna xitam verilməklə qeydiyyatdan çıxarılma tələbinə dair qarşılıqlı iddiası üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 dekabr 2021-ci il tarixli, 2(107)-1940/2021 nömrəli qətnaməsindən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) və Cavabdeh1 kassasiya şikayətinə 24 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə Cavabdeh1 28 oktyabr 2008-ci il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından xx.xx.2009-cu il təvəllüdlü Sevinc və xx.xx.2012-ci il təvəllüdlü Yağmur adlı 2 uşaqları doğulmuşdur. İddiaçı cavabdehlə evlənən zaman qayınatasına məxsus olan, Zərdab şəhəri, Azərbaycan küçəs ində yerləşən 19 saylı evin 8 saylı mənzilinə gəlin köçmüşdür. Tərəflər ailədaxili münaqişə zəminində 2017-ci ilin oktyabr ayının 27-də faktiki ayrılmışlar və İddiaçı uşaqları ilə birlikdə evdən çıxmışdır. Aralarında olan nikah məhkəmə qaydasında pozulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və himayəsində olan azyaşlı uşaqları - X1 və X2 Cavabdeh2 məxsus və cavabdehlər Cavabdeh1 və Cavabdeh3 yaşadığı Zərdab şəhəri, Azərbaycan küçəsində yerləşən 19 nömrəli evin, 8 nömrəli mənzilinə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı hazırda Zərdab rayonunda ata evində yaşa yır. Uşaqları ilə orada yaşamaq çox çətindir. Uşaqlarının doğulduğu, pasport qeydiyyatında olan evdə yaşamaq istəyir.
4. Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 İddiaçı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilməklə, qeydiyyatdan çıxarılmasını və ilk iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı keçmiş həyat yoldaşı ilə Bakı şəhərində dalaşmışlar. Sonradan İddiaçı 2 uşaqlı kişiyə qoşulub qaçmış, bir müddət uşaqlarını atmışdır. Hal-hazırda iddiaçının ümumiyyətlə harada və kiminlə yaşadığını bilmirlər.
6. Ucar Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli, 2(063)-305/2021 saylı qətnaməsi ilə (hakim H.Xəlilov) ilk iddia tələbi təmin edilmiş, İddiaçı yetkinlik yaşına çatmayan uşaqları - 14 sentyabr 2009-cu il tarixdə doğulmuş X3 və 16 dekabr 2012-ci il tarixdə doğulmuş X4 ilə birlikdə Zərdab şəhəri, Azərbaycan küçəsində yerləşən 19 nömrəli evin, 8 nömrəli mənzilinə köçürülməsi, iddiaçılar Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 cavabdeh İddiaçı qarşı mənzildən istifadə hüququna xitam verilməklə qeydiyyatdan çıxarılma barədə qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir.
7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mənzildən istifadə hüququ ilə əlaqədar tərəflər arasında münasibət 28 oktyabr 2008-ci ildə yaranmışdır. Mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən mənzildən istifadə hüququnun yaranması üçün notariatda təsdiqlənmiş yazılı razılaşmanın olması tələb olunsa da, həmin dövrdə sözügedən mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. MH seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Zərdab şəhəri, Azərbaycan küçəsində istifadədə olan 0.062 ha torpaq sahəsində yerləşən 19 nömrəli, 2 mərtəbəli binanın 2-ci girişində, 1-ci mərtəbəsində, 72.8 kv.metr ümumi, 47.8 kv.metr yaşayış sahəsindən ibarət 3 otaqlı 8 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 89 nömrəli vərəqində 05 fevral 2009-cu ildə qeydiyyata alınmışdır. Buna görə də iddiaçının uşaqları ilə birlikdə həmin mən zilə köçürülməsi barədə iddiası əsaslıdır və qanunauyğundur. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı qeyd edir ki, iddiaçının azyaşlı uşaqları ilə birlikdə həmin mənzilə köçürülmə barədə iddiası təmin edildiyindən qarşılıqlı iddianın təmin edilməsi üçün əsaslar yoxdur.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli qərarı, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.1, 53, 54, 123-cü maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.5-ci, 228-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddələrinə istinadla əssaslandırmışdır. b) Apellyasiya i nstansiyası məhkəməsindəki icraat
9. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 həmin qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 dekabr 2021-ci il tarixli, 2(107)-1940/2021 nömrəli qərardadı ilə cavabdehlər Cavabdeh2 Yusif oğlu, Cavabdeh3 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Ucar Rayon Məhkəməsinin 17 may 2021-ci il tаrixli 2(063)-305/2021 nömrəli qətnaməsi qismən ləğv edilmiş, qarşılıqlı iddia tələbinə cavabdehin mənzildən qeydiyyatdan çıxarılma hissəsində iş üzrə icraata Azərbaycan Respublikası MPM-in 261.0.1-ci maddəsinə əsasən xitam verilmişdir.
11. Şəki Apellyasiya Mə hkəməsi Mülki Kollegiyasının 16 dekabr 2021-ci il tarixli, 2(107)-1940/2021 nömrəli qətnaməsi ilə (hakimlər M.Əsədli (sədrlik edən və məruzəçi), Ə.Məcidov və R.Rəfiyev) apellyasiya şikayəti ilk iddia tələbinə və qarşılıqlı iddia tələbinin istifadə hüququna xitam verilməsi hissəsində təmin edilməmiş, Ucar Rayon Məhkəməsinin 2(063)-305/2021 saylı 17 may 2021-ci il tarixli qətnaməsi ilk iddianın təmin və qarşılıqlı iddianın istifadə hüququna xitam verilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddia tələbinin hüquqi əsası kimi tərəflər arasında hüquq münasibətlərinin yarandığı vaxt - xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 53-cü və 54-cü maddələri nəzərdən keçirilərkən (analogiya qaydasında), həmin normaların məzmunundan görünür ki, xüsusi mülkiyyətdə olmayan yaşayış sahəsinin icarədar ilə birlikdə yaşayan ailə üzvləri həmin sahəyə dair onunla bərabər bütün hüquq və vəzifələrə malikdirlər. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Əksi sübut edilmədikcə həmin hallar tərəflərin keçən müddət ərzində ümumi təsərrüfat aparmalarına və bu səbəblə də iddiaçının sözügedən yaşayış sahəsində cavabdehlərlə birgə yaşamaq hüququnun yaranmasına dəlalət edir. Belə olan halda, əgər başqa yaşayış yeri yoxdursa, iddiaçının həmin evə buraxılmaması qanuni və əsaslı sayıla bilməz.
13. Qarşılıqlı iddia o halda təmin edilə bilərdi ki, iddiaçının istifadə hüququna xitam verilməsi müəyyən məbləğdə kompensasiya verilməklə mümkün ola bilərdi. İddiaçı tərəf isə belə bir kompensasiya təklif etməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
14. Cavabdeh1 kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, ilk iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
15. Kassasiya şikayətində işin faktiki halları sadalanmış və q eyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Prosessual məsələlər
17. Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən, Mülki Prosessual Məcəllənin 10.8-1-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır.
18. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 414.1-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. Tətbiq edilə n hüquq 19. 1 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə
53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-buluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onu n ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Maddə 60.1. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Maddə
87. Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və ya onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Maddə
123. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər.Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq ed ilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosess ual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
21. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
22. Ha zırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. Məhkəmə kollegiyası iddiaçının yaşayış sahəsinə köçürülməsi barədə məhkəmələrin gəldiyi nəticə ilə razılaşır.
25. Nəzərə alınmalıdır ki, yaşayış binasının tərkib hissəsindən isti fadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
26. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
27. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığında n və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
28. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
29. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 dekabr 2021-ci il tarixli, 2(107)1940/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.