Məhkəmə qərarları › İş №2(102)-2771/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2771/2024

04.11.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2771/2024 04.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İlkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və Gəncə şəhəri 01 saylı notariat ofisinə qarşı; Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı; Müstəqil tələb irəli sürən üçüncü şəxs X2 cavabdehlər İddiaçı və Cavabdeh1 qarşı; Müstəqil tələb irəli sürən üçüncü şəxs X3 cavabdehlər İddiaçı və Cavabdeh1 qarşı iş üzrə iddia tələblərinə dair QƏRARİ İş № 2(102)-2771/24 Açar sözlər: vərəsələrin miras paylarının müəyyən edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi hakim), Babayev Zəki Baba oğlu, Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-230/2024 nömrəli, 07 mart 2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:

2. AZ-İİ 274338 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X12 xx.xx.2014-cü ildə ölmüşdür;

3. Gəncə şəhəri, Hərbi Şəhərcik-38, xətt 14, 7 nömrəli ev tərəflərin anaları X4 miras qalmışdır; 4. xx.xx.2012-ci il tarixli, **********29-05101-093001 reyestr nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ev xüsusi mülkiyyət hüququ üzrə X7 adına rəsmi reyestrdə qeydiyyata alınmışdır;

5. Gəncə şəhəri 1 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 678 nömrəli notariat hərəkətlərinin aparılmasından imtinaya dair qərarın surətinə əsasən miras əmlakın hüquqmüəyyənedici sənədləri olmadığı üçün və vərəsələr arasında mirasın qəbulu barədə mübahisə olduğu üçün İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir;

6. AZ-İİ 110986 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən X13 xx.xx.2020-ci ildə ölmüşdür;

7. Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X12 barəsində xx.xx.2023-cü ilədək yoxlama aparılmış və onun sağ qalan vərəsələri oğlu Cavabdeh1, qızı X8, qızı İddiaçı, qızı X9 müəyyən olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci inst ansiya məhkəməsində icraat

8. İlkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və Gəncə şəhəri 1 saylı notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum anası X4 miras qalmış ünvan 2 ünvanında yerləşən mülkün qanun üzrə birinci növbə vərəsə kimi onun tərəfindən qəbul edilməsinin müəyyən edilməsi və miras əmlak üzərində vərsəlik hüququnun tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İlkin iddia onunla əsaslandırılmışdır ki, iddiaçının anası X12 xx.xx.2014-cü ildə vəfat etmişdir. ünvan 3 ünvanında yerləşən mülk anasının xüsusi mülkiyyətində olmuş və anasının adına xx.xx.2012-ci il tarixli çıxarış əldə edilmişdir. Anası rəhmətə gedəndən sonra, ondan miras qalmış mülkü həmin evdə yaşamaqla X6, özü və qardaşları Cavabdeh1 və X10 qəbul etmişdirlər. X6 xx.xx. 2020-ci ildə, qardaşı X11 isə xx.xx.2021-ci ildə ölmüşdür. X1 öləndən sonra onun ailəsi də həmin evdə yaşamışdır. Özü isə 2014-cü ilə qədər orada yaşamışdır. Anası sağ ikən həmin evdə olmuş, ancaq müxtəlif rayonlarda hərbi hissədə xidmətdə olduğuna görə evdən çıxmışdır, ancaq qayıdıb şəhərə gələndə orada yaşamışdır. 2014-2016-cı illərdə Şəmkirdə, 2018-ci ildə Gədəbəydə, 2020-ci ildə Toğanada xidmət etmişdir. Həmin ilin noyabr ayında pandemiya başlamış, dekabr ayında atası vəfat etmişdir, bundan sonra Kəlbəcərdə xidmətə getmiş, ehtiyata buraxıldıqdan sonra evə qayıtmışdır. Ancaq həmin evdə yaşamasına icazə verməmişdirlər. Qardaşı Nurağa onu və qardaşı Mirmehdinin ailəsini həmin evdən çıxarmışdır. Buna görə də 1 il 5 aydır ki, kirayədə yaşayır. 2013-cü ildə uşağının sünnət toyu həmin evdə ol muşdur. Uşağın ad günlərinin həmin evdə keçirilməsi ilə bağlı şəkillər vardır. Onun əmlakı, həmçinin servantda olan qab-qacaqları 2008-ci ildən bəri həmin evdə olmuşdur. Anasının sağlığında stol-stulu özü satmış, anası öləndən sonra əşyaları oğurlanmışdır. Bütün cehizlərini həmin evə gətirmişdir, özünə məxsus otağı olmuşdur. Evin kommunal xərclərini müştərək qaydada ödəmişlər. İşığı Nurağa, qazı isə Mirmehdi və özü ödəmişdir. Pulu həmişə ödəməsi üçün Mirmehdiyə vermişdir.Anasının vəfatından sonra depressiyaya düşdüklərinə görə mirasın bölünməsi ilə bağlı notariusa müraciət etməmişlər, həmçinin aralarında heç bir mübahisə olmamışdır. 2010-cu ildən etibarən Ülviyyə kirayədə yaşamışdır. Anası vəfat edənə kimi Nurağa ilə danışmamışdır. Gecə işdən çıxanda gəlib anasını görüb qayıtmışdır. Bir övlad kimi ata evindən pay istədiyini qeyd edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.

10. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı iddia qaldıraraq, ilkin iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilərək onun tərəfindən Gəncə şəhəri, Hərbi Şəhərcik-83 (38), xətt-14, ev 7-nin miras əmlak kimi qəbul edilməsi faktının müəyyən edilməsi və həmin miras mülkə tam mülkiyyət hüququnun tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı 2006-cı ilə qədər mübahisəli evdə yaşamışdır, ancaq 2006-cı ildə Ceyhun Namazovla ailə quraraq, Gəncə şəhəri, Eminbəyli küçəsində yerləşən Ceyhungilin ailəsinə məxsus evə gəlin köçmüşdür. Birgə nikahların dan xx.xx.2007-ci ildə Əli adlı uşaqları dünyaya gəlmişdir. Əli yaşadıqları evin yaxınlığında 16 saylı tam orta məktəbdə oxumuşdur. Flora 2006-cı ildən etibarən həmin evdə yaşamır,xx.xx.2014-cü ildə anası vəfat etdikdən sonra da həmin evdə yaşamamışdır. Boşandıqdan sonra gəlib 1-2 gün qalmış, həmçinin anası, atası və qardaşı Mirmehdi vəfat edəndə yas üçün gəlib qalıb getmişdir. 2005-ci ildə Ülviyyə, 1993-cü ildə Nəsihət evdən çıxmışdır. Anası xəstə olanda yaşadıqları evdə şərait olmadığına görə Ülviyyə öz evində ona baxıb qulluq etmişdir. 2011ci ildə qardaşı Mirmehdi ailə quraraq İnşaatçılar sarayı yanında kirayədə yaşamışdır. Anası sağ olan zaman 5-10 gün həmin evdə qalıb, sonra bəzi şeyləri bəyənmədiklərinə görə çıxıb getmişdirlər. Floranın boşanandan sonra harada qalması ilə bağlı məlum atı yoxdur. Anasının sağlığında onun üzüyünü Flora 2014-cü ildə banka girov qoymuşdur. Həmin vaxt atası imkan verməmişdir ki, onu polisə versinlər. Anası üzüyü Floraya vəsiyyət etməmişdir, əgər vəsiyyət etsəydi Ülviyyəyə qalmalı idi, çünki anasının əziyyətini çəkən o olmuşdur. 1 evdir, 2 giriş-çıxışı vardır, qaz, işıq, su 3 sayğac olmuşdur. Bütün kommunal xərclərini özü ödəmişdir. 2013-cü ildə 633 manat borc yazılmış, bütün borcu özü ödəmişdir. Floranın o evdə heç bir əşyası yoxdur, cehizi də olmamışdır. Evdə olan əşyalar valideynlərindən qalmışdır, bu o demək deyildir ki, Floranındır. İlkin iddianın rədd olunmasını, qarşılıqlı iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.

12. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X8 cavabdehlər İddiaçı və Cavabdeh1 qarş ı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, anası X7 qanun üzrə vərəsələrini müəyyən edərkən onu da nəzərə alıb, Gəncə şəhəri, Hərbi Şəhərcik-38, xətt-14, ev 7-də yerləşən miras mülkdə miras payının ¼ olmasının müəyyən edilməsini xahiş etmişdir.

13. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X9 cavabdehlər İddiaçı və Cavabdeh1 qarşı məhkəməyə iddia ərizəsi verərək, anası X4 miras qalmış ünvan 4 ünvanda yerləşən mülkə onun mirası qəbul etmə faktının müəyyən edilməsinə və miras əmlak üzərində onun qanun üzrə vərəsə tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Məhkəmə iclasında X9 qeyd etmişdir ki, Gəncə şəhəri, Hərbi Şəhərcik 83, xətt-14, 7 saylı ev mərhum anası X4 miras qalmışdır. O hələ anasının sağlığında həmin evdə yaşamış, anası vəfat etdikdən so nra da həmin evdə yaşamaqda davam etmişdir. Belə ki, 2014-cü ildə anası vəfat etmiş, o isə 2016-cı ilə qədər həmin evdə yaşamışdır. Ancaq müəyyən səbəblərdən evdən çıxmışdır. Qardaşı Nurağa ona demişdir ki, “evdə ancaq yaşaya bilərsən, işdən çıxmalısan, pay vermirəm.” O isə qardaşının sözünə qulaq asıb, kariyerasını atmamışdır. 2016-cı ildən sonra atasının təkid etməsi nəticəsində evə qayıtmış, 2021-ci ildə yenə evdən çıxmışdır. Öz əşyalarını da 2021-ci ildən evdən çıxarmışdır. Anasına 5 övladdan ancaq o baxmışdır. Anası ağır ürəkdamar xəstəliyindən əziyyət çəkdiyinə görə onun müalicəsi və qulluğu onun tərəfindən qarşılanmışdır. Buna görə də anası evi ona vəsiyyət etmək istəmiş, o isə narazılıq olmasın deyə bütün qardaşbacılar arasında bölünməsini istəmişdir. Florada olan üzük hələ anasını n sağlığında borca görə lombarda qoyulmuşdur, anası ona vermək istəmişdir. Hazırda nişanlıdır, ailə qurmamışdır. Atasına demişdir ki, onun payını versinlər özünə toy edə bilsin. Atası da razılaşmışdır ki, onun payını verəcəklər. Kommunal ümumi olmuşdur, ancaq o ödəməmişdir. Anası öləndən sonra Flora həmin evdə yaşamamışdır. Bir övlad kimi ata evindən pay istədiyini qeyd edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.

15. Gəncə Şəhər Məhkəməsinin (hakim C.Tağıyev) xx.xx.2023-cü il tarixli, 2(125)3215/2023 nömrəli qərardadı ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X2 cavabdehlər İddiaçı və Cavabdeh1 qarşı miras əmlakın bölüşdürülməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanmışdır.

16. Gəncə Şəhər Məhkəməsinin (C.Tağıyev) xx.xx.2023-cü il tari xli, 2(125)-3215/2023 nömrəli qətnaməsi ilə ilkin iddia üzrə İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X3 iddiasının əsassız olduğundan təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, Cavabdeh1 anası X4 miras qalmış Gəncə şəhəri, Hərbi Şəhərcik 38, xətt-14, 7 nömrəli evi vərəsəlik qaydasında qəbul etməsi faktının müəyyən edilməsi, qarşılıqlı iddianın qalan hissədə əsassız olduğundan təmin olunmaması qət edilmişdir.

17. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ilkin iddia üzrə iddiaçı mirasın onun tərəfindən faktiki olaraq qəbul edilməsinə dair sübut təqdim etməmişdir. Belə ki İddiaçı mirası qəbul etməsini, həmin mənzildə yaşaması və əmlaklarının da bir qisminin mənzildə olması ilə əsaslandırmışdır. xx.xx.2023-cü il tarixdə keçirilən mə hkəmə iclasında mübahisəli miras əmlaka baxış keçirilmiş, baxış zamanı iddiaçı həmin mənzildə əmlakı olmasını göstərə bilməmişdir. Bununla yanaşı yaşadığı dövrdə kommunal xərclərin ümumi şəkildə ödənildiyini, kommunal xərclərin qardaşı mərhum Mirmehdiyə ödədiyini göstərmişdir. Digər tərəfdən anasından miras qalan qızıl üzüyün də miras açıldıqdan sonra əldə etməsinə dair sübut təqdim etməmişdir. Digər vərəsələr hələ anaları sağ olarkən qızıl üzüyün iddiaçıda olduğunu və lombarda girov qoyulduğunu iddia etmişlər.

18. Qarşılıqlı iddia tələbi ilə əlaqədar məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia tələbi qismən təmin edilməli, Gəncə şəhəri, Hərbi Şəhərcik-38, xətt 14, 7 nömrəli evin Cavabdeh1 tərəfindən vərəsəlik qaydasında qəbul etməsi faktı müəyyən edilməlidir. Belə ki, təqdim edilmiş kommu nal xərclərinə dair ödəniş qəbzlərindən və mübahisəli miras əmlaka baxış zamanı müəyyən olunmuşdur ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 miras əmlakı faktiki olaraq qəbul etməklə idarə etmişdir. Mülkiyyət hüququnun tanınmasına gəldikdə isə məhkəmə qeyd etmişdir ki, qanunvericiliyə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayıldığından qarşılıqlı iddia həmin hissədə təmin edilməməlidir

19. Məhkəmə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X3 iddia tələbinə qiymət verərək qeyd etmişdir ki, iddia tələbi ona münasibətdə də təmin edilməməlidir. Belə ki, müstəqil tələb irəli sürən üçüncü şəxs Ü.Cabbarova mirası faktiki qəbul etdiyini iddia etsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Öz tələbinin əsasını şahid ifad ələri ilə əsaslandırsa da, vəsatəti üzrə dindirilmiş şahid X15 onun miras açıldıqdan sonra mübahisəli evə qonaq kimi gəlib-getdiyini göstərmişdir. Tərəflərin iddia etdiyi kimi onların miras qalmış əmlakda yaşaması onlar tərəfindən mirası qəbul etməsi kimi qiymətləndirilə bilməz. Ümumiyyətlə tərəflərin vəsatəti üzrə dindirilmiş şahidlərin hər biri dəvət olunmuş tərəfin xeyrinə ifadə vermişlər.

20. Məhkəmə hesab etmişdir ki, tərəflərin iddia etdiyi kimi onların miras qalmış əmlakda yaşaması onlar tərəfindən mirası qəbul etməsi kimi qiymətləndirilə bilməz.

21. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1159.1, 243.1, 1243.2-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1, 217.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2022-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

22. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir.

23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, miras əmlakda faktiki olaraq yaşamaqla ona sahiblik etmiş, anasından qalmış evə sahib durmuşdur. O, həmçinin fotoşəkillər təqdim edərək göstərmişdir ki, 2013-cü ildə uşağının sünnət toyu həmin evdə olmuşdur. O, 2014-2016-cı illərdə Şəmkirdə, 2018-ci ildə Gədəbəydə, 2020-ci ildə Toğanada xidmət etmişdir. Onun həmin evdə özünün şəxsi otağı olmuşdur. Bu halların heç biri məhkəmə tərəfindən nəzərə alınmamışdır.

24. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Loğman Süleymanov - sədrlik edən və məruzəçi, İslam Həsənov və Şamil Rzaquliyev) 2(104)230/2024 nömrəli mülki iş üzrə 07 mart 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, yeni qətnamənin qəbul edilməsi, iddia və qarşılıqlı iddianın qismən təmin edilməsi, mərhum X4 miras qalan ünvan 1 ünvanında yerləşən mənzil üzərində 1/5 hissədə İddiaçı, 1/5 hissədə Cavabdeh1, 1/5 hissədə X5, 1/5 hissədə X2, 1/5 hissədə X3 miras payının müəyyən edilməsi qət edilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, X7 xx.xx.2014-cü il tarixdə vəfat etməsi və onun vəfatından sonra ünvan 1 ünvanında yerləşən mənzilin miras qalması, həmçinin mərhumun 5 nəfər birinci növbədə qanun üzrə birinci növbə vərəsəsinin, yəni İddiaçı, Cavabdeh1, X5, X2 və X3 olması işin mübahisə edilməyən halıdır. Mərhumun əri X13 xx.xx.2020-ci ildə, vərəsələrdən X11 isə, xx.xx.2021-ci ildə vəfat etmişdir.

26. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mərhum X7 xx.xx.2014-cü ildə vəfat etməsi ilə mübahisəli hüquq münasibətləri həmin vaxtdan yarandığından, mübahisəyə xx.xx.2000-ci il tarixdən qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir.

27. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, hazırkı iş üzrə tərəflər mərhumun qanun üzrə birinci növbə vərəsələridir. Miras əmlak barədə vəsiyyətnamə qoyul mamış və qanunla müəyyən edilmiş müddətə mirasdan imtina barədə notariat orqanına ərizə verilməmişdir.

28. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, hazırkı iş üzrə məhkəmədə iddia qaldırılarkən, birinci növbə vərəsələrdən X11 xx.xx.2021-ci ildə vəfat etmiş olduğundan, onun hüquqi vərəsələrinin müəyyən edilməsi üçün iş üzrə icraatın dayandırılmasına hüquqi əsaslar müəyyən edilmir. Həm də, onun birinci növbə vərəsələrinin sayının və yaşayış ünvanlarının hazırda müəyyən edilməsi mümkün olmadığından, onun adına miras əmlakdan qanuna müvafiq olaraq 1/5 hissədə payının müəyyən edilməsini məhkəmə məqsədəmüvafiq hesab edir. Kollegiya qeyd etmişdir ki, bu hal gələcəkdə həmin şəxsin vərəsələrinin dairəsinin müəyyən edilməsi və həmin şəxslərin vərəsəlik hüquqlarını həyata keçirmə lərini asanlaşdırmaq məqsədi daşıyır.

29. Məhkəmə gəldiyi nəticəni xx.xx.2000-ci il tarixdən qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1, 1256-cı maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1, 217.4, 385.1.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

30. Cavabdeh1 (Vəkil4) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iş materiallarının y enidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.

31. Kassasiya şikayəti Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi, Mülki Prosessual Məcəllənin 88, 217.4, 233.1 372.6-cı maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hər tərəfli, tam və obyektiv arasdırılma aparılmamışdır. Belə ki, mülki iş materiallarından görünür ki, apellyasiya şikayəti Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-3215/2023 saylı qətnaməsindən ilkin iddia üzrə İddiaçı tərəfindən verilmiş, ziyanlarına birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılmış şəxslər tərəfindən apellyasiya şikayəti verilməmişdir. Məhkəmə kollegiyası həmin şəxslərin apellyasiya şikayəti veribverməməsini araşdırmadan, on ların iştirakı olmadan həmin şəxslərə münasibətdə apellyasiya şikayətinə baxmış, MPM-nin tələblərinin kobud surətdə pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. Əslində isə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023cü il tarixli 2(125)-3215/2023 saylı qətnaməsi apellyasiya şikayəti verməyən şəxslərə münasibətdə qüvvədədir. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayəti verməyən şəxslərin xeyrinə qətnamə qəbul etməklə məhkəmə müdafiəsi hüququnu həyata keçirməli orqandan məhkəmə müdafiəsi hüququnu pozan orqana çevrilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

32. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

33. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

34. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

35. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.

36. Maddə 1134.2. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər.

37. Maddə 1151. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

38. Maddə 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar.

39. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Mülki Prosessual Məcəllə

40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. H eç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

45. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

46. Məhkəmə kollegiyası, qətnaməni tərəfin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətinin həddi və dəlilləri ilə bağlıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düz gün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

48. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, İntizar Cabbarova xx.xx.2014-cü ildə, Mirağa Cabbarov isə xx.xx.2020-ci ildə ölmüşdür. Belə olan halda miras əmlak üzərində qanun üzrə vərəsələr İddiaçı, Cavabdeh1, X5, X2 və X3 bərabər (hər birinin 1/5 hissədə) payları vardır.

49. Qanuna əsasən, birinci növbədə - ölənin uşaqları vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar (§ 38).

50. Kollegiya, kassasiya şikayətinin digər vərəsələrin şikayətl əri və iştirakları olmadan onlara münasibətdə də apelyasiya şikayətinə baxılması barədə dəlilini əsaslı hesab etmir. Ona görə ki, iddiaçnın mirasda payının düzgün müəyyənləşdirilməsi üçün digər vərəsələrin də paylarının təsbit olunması zəruridir. Bu xarakterli mübahisələr həll edilərkən məhkəmənin qərarı vərəsəlik hüquqlarının müəyyənləşməsi baxımından bütün vərəsələr üçün bir nəticə əmələ gətirir.

51. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarlarında göstərilmişdir ki, “vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur....mirasın qəbulu universal hüquq varisliyi prinsipi əsasında həyata keçirilir.”

52. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və Cavabdeh1 dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

53. Qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

55. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

56. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-230/2024 nömrəli, 07 mart 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar