Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2772/2020 22.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi ilə iddiaçı Azərbaycan Respublikası X5 Komitəsinin yanında X2 Təşkili üzrə Dövlət Agentliyinin Cavabdeh1 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Şamaxı rayon Mədrəsə Bələdiyyəsinə qarşı “torpağa mülkiyyət hüququna dair dövlət aktının torpaq sahəsinin plan və ölçüsünün etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrəSumq ayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(105)-3503/2019 nömrəli qətnaməsindən iddiaçının direktoru xxx və vəkili xxx qızı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X5 Komitəsinin yanında X2 Təşkili üzrə Dövlət Agentliyi Cavabdeh1 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Şamaxı rayonu, Mədrəsə Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon şöbəsi tərəfindən Cavabdeh1 verilən “Torpağa mülkiyyət hüququna dair” JN-0637 saylı aktın etibarsız hesab edilməsi, cavabdehlərin həmin ərazidən çıxarılması və “xxxx” Açıq S əhmdar Cəmiyyətinə aid ərazidə inşa edilmiş özbaşına tikililərin sökülməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Şamaxı Rayon Məhkəməsini xx xxx 2019-cu il tarixli, 2(074)-86/2019 nömrəli qətnaməsi ilə (hakim E.Z.Hümbətov) iddiaçı iddia tələbi təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(105)-3503/2019 nömrəli qətnaməsi ilə (hakim L.M.Məmmədova - sədrlik edən və məruzəçi, hakimlər S.A.Qafaridən və F.Ə.Məmmədovdan ibarət tərkibdə) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Şamaxı Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsidəyişdirilmədən saxlanılmışdır. İddiaçı X5 Komitəsinin yanında X2 Təşkili üzrə Dövlət Agentliyinin direktoru xxxvə vəkili xxx qızı kassasiya şikayəti verərək, iş üzrə Sumqayıt Apellyas iya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(105)-3503/2019 nömrəli qətnaməsinin ləğv edilərək, işə yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, ONA ETİRAZ, TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli torpaq sahəsi dövlət mülkiyyətindədir və onun barəsində sərəncam vermək hüququ qanunvericiliklə X5 Komitəsinə həvalə edilmişdir. X9 və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon şöbəsi tərəfindən verilən mübahisəli torpağa mülkiyyət hüququ haqqında dövlət aktı və torpaq sahəsinə dair plan ölçü əsasında əsassız olaraq dövlət mülkiyyətində olan torpaq sahəsi fiziki şəxslərin mülkiyyətinə və istifadəsinə verilmişdir. “xxxx” ASC-yə aid ərazidə Komitənin razılığı olmadan tikinti işləri aparıldığı üçün, həmin tikililər məhkəmə qətnaməsi əsasında sökülməlidir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, nqümayəndələrinin və vəkillərinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tət biq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İş üzrə məhkəmələr tə rəfindən müəyyən edilmiş hallar ondan ibarətdir ki, Mədrəsə qəsəbəsini əhatə edən sovxozun “xxxx” ASC-yə yaranmış borcu ilə əlaqədar həmin sovxoza məxsus əhəng damı, tikinti idarəsi, taxta sexi xx xxxxxxx 2000-ci il tarixdə Aqrar İslahat Komissiyasının qərarı ilə “xxxx” ASC-yə verilmiş və həmin ASC tərəfindən tikintilər qiymətləndiririlərək xx xxxxxx 2000-ci il tarixdə cavabdehin arvadı X1. Həmçinin müəyyən olunmuşdur ki, tikintilərin yerləşdiyi 0,71 ha. torpaq sahəsi Şamaxı rayonu Mədrəsə Bələdiyyəsinin xx xxxxx 2006-cı il tarixli, 03 saylı qərarı ilə cavabdehə satılmış və torpaq sahəsi onun adna qeydə alınaraq JN-06xx xxx 40601004 saylı dövlət aktı verilmişdir. Torpaq sahəsi cavabdehin sahibliyi və istifadəsindədir. Həmçinin müəyyən olunmuşdur ki, X5 Komitəsinin 16 saylı ərazi şöbəsinin əməkdaşları xx xxxxxxx 2017-ci il tarixdə akt tərtib edərək göstərmişlər ki, Şamaxı rayonu Mədrəsə qəsəbəsində yerləşən səhmlərinin 30%-i dövlətə məxsus olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin yerləşdiyi əraziyə baxış keçirilərkən müəyyən olmuşdur ki, ərazidə olan gözətçi otağı və anbar binasında Şamaxı şəhər sakini Cavabdeh1 tərəfindən yerli sakinlərdən ibarət bir ailə yerləşdirilmişdir. Araşdırma və təqdim olunan sənədlər müayinə olunarkən müəyyən olunmuşdur ki, 2006-cı ildə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Cavabdeh1 adına 0,06 ha tikinti, 0,65 ha kənd təsərrüfatı məqsədli, ümumilikdə 0,71 torpaq sahəsinə Dövlət Aktı verilmişdir. Ərazidə heç bir yeni tikinti aşkarlanmamışdır. İddianı və müvafiq olaraq iddiaçının apellyasiya şikayətini rədd edən məhkəmələr hesab etmişlər k i, Şamaxı rayonu Mədrəsə bələdiyyəsinin xx xxxxx 2006-cı il tarixli, 03 saylı qərarı və həmin qərar əsasında bağlanmış əqd etibarsız hesab olunmadığı halda, onların əsasında verilmiş mübahisəli dövlət aktı etibarsız sayıla bilməz. Bu halda daşınmaz əmlakın dövlət reyestrində olan qeydin həqiqiliyi prezumpsiyası qüvvədə olur. Məhkəmələr belə nəticəyə gəlmişlər ki, mübahisəli aktla nəzərdə tutulan torpaq sahəsinin səhmlərinin 30 % hissəsinin dövlətə məxsus “xxxx” Açıq Səhmdar Cəmiyyətinə aid olması halı təsdiq edilmədiyindən, eləcə də 0,71 ha torpaq sahəsinin cavabdehin mülkiyyətinə qeydə alınmasına əsas olmuş Şamaxı rayonu Mədrəsə Bələdiyyəsinin xx xxxxx 2006-cı il tarixli, 03 saylı qərarı və bağlanmış əqd qüvvədə olduğundan, onların əsasında verilmiş akt etibarsız sayıla bilməz. Həmçinin c avabdehin ərazidə yeni tikinti aparması, bu tikintinin iddiaçının maraqlarına toxunması sübut edilmədiyindən, cavabdeh mübahisəli torpaq sahəsinə öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə Dövlət tərəfindən tanınan və qorunan hüququnu itirmədiyindən, iddia tələbi tikintinin sökülməsi, cavabdehin torpaq sahəsindən çıxarılmasına dair hissələrdə də təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşı nmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının tərəfdar olduğu “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın xx xxxx 1952-ci il tarixli Protokolunun (1 saylı Protokolun) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlarına müvafiq olaraq, mülkiyyətdən isti fadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin 2-ci hissəsinə görə Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqlar Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. X7 Hüquqları Məhkəməsi “X4rşı” işi üzrə xx xxxxxx 2004-cü il tarixli qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. “Van Marle və başqaları Niderlanda qarşı” iş üzrə qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, maddi dəyəri olan hər hansı hüquq 1-c i maddədə ifadə olunmuş “əmlak” anlayışı ilə əhatə olunur. Azərbaycan Respublikası MM-in 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. “N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxx 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsin in Plenumunun xx xxxx 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, mülkiyyət hüququnun toxunulmazlığına dair konstitusiya prinsipi qanunla müəyyən olunmuş qaydada belə hüququ əldə etmiş və müvafiq qaydada rəsmi qeydə aldırmış şəxslərin mülkiyyət hüququ ilə bağlı məsələlərin həllində məhkəmələrin üzərinə formal mülahizələrdən çıxış etməmək, bu cür məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmaq vəzifəsi qoyur. Mülki qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə görə rəsmi reyestrdə qeydə alınmış daşınmaz əmlak mülkiyyətçisi yalnız o halda vicdansız hesab edilir ki, bu qeydə dair etiraz əvvəlcədən reyestrə daxil edilmiş olsun və ya əldə edən şəxs qeydin qeyri-dəqiq olmasını bilsin. Məhkəmə kollegiyası həmçinin razılaşı r ki, iddiaçı hazırki iddianı qaldırmağa subyekiv hüquqa malik olmasını təsdiq edən sübutları məhkəmələrə təqdim etməmişdir. Halbuki ki, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edil mədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məcəllənin217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiy a Federasiyasına qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli Qərarında göstərmişdir ki, “konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər”. Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli Qərarında göstərmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi hazırki kassasiya şikayətinin dəlillərini təkrar layan apellyasiya şikayətinin dəlillərinə qanuni və əsaslı olaraq hüquqi qiymət vermişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisə həll edilərkən maddi və prosessual hüquq normalarının pozulmasına yol verilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə mübahisələndirilən hissədə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Azərbaycan Respublik ası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikası X5 Komitəsinin yanında X2 Təşkili üzrə Dövlət Agentliyinin direktoru xxxvə vəkili xxx qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(105)-3503/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: imza var Hakimlər: imzalar var
Məhkəmə qərarları › İş №2(102)-2772/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2772/2020
22.06.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver