Məhkəmə qərarları › İş №2(102)-2772/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2772/2023

25.06.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2772/2023 25.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, ünvan 4 MKİS-ə qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) iş üzrə QƏRARİ (Açar sözlər: iş üzrə icraata xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və X8 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, ünvan 4 MKİS-ə qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “ünvanın ləğv edilməsi və arayışın qanunsuz hesab olunması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 mart 2023-cü il tarixli, 2(103)-1539/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 25 iyun 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanası küçəsi, ev 33 ünvanında yerləşən həyətyanı ev İddiaçı valideynlərindən qalmışdır. O həmin ünvanda qardaşı Cavabde h2 ilə birlikdə qeydiyyatda olmuş, sonradan Cavabdeh2 ünvan 1 ünvanına qeydiyyata düşmüşdür.

2. İddiaçının qardaşı, iş üzrə cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanası küçəsi, ev 33 ünvanında yerləşən həyətyanı evi Cavabdeh1 satmışdır.

3. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4366/2021 saylı, 18 avqust 2021-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh1 cavabdehlər Cavabdeh2, X3 və X1 qarşı «yaşayış evinə köçürmə və yaşayış evindən istifadəyə yaradılmış maneələrin aradan qaldırılması» tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli 2(005)- 541/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi, Cavabdeh1 qeydiyyatda olduğu ünvan 2 ünvanında yerləşən iki otaqlı fərdi yaşayış evinə köçürülməsi, onun həmin yaşayış evindən istifadəsinə cavabdehlər X4, Cavabdeh2 və X5 tərəfindən yaradılmış maneələr aradan qaldırılması, gələcəkdə hər hansı bir maneələrin yaradılmasının cavabdehlərə qadağan edilməsi qət edilmişdir.

4. İddiaçı evin Cavabdeh1 satılmasından Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4366/2021 saylı, 18 avqust 2021-ci il tarixli qətnaməsindən sonra xəbəri olmuşdur. Qətnamə ilə 33 nömrəli evin Cavabdeh1 ünvan 3 ünvan adı ilə satıldığı müəyyən edilmişdir. ünvan 4 MKİS tərəfindən Daş Karxanası küçəsindəki 34V saylı ünvanın mövcud olması ilə bağlı arayış verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki birinci icraat

5. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Bakı şəhəri ünvan 4 MKİS-ə qar şı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, ünvan 4 Mənzil Kommunal İstismar Sahəsi tərəfindən Bakı şəhəri, Nərimanov Rayonu, Fərid Əhmədov (X11) küçəsi, ev 34V ünvanının mövcud olması ilə bağlı Cavabdeh1 verilmiş arayışın qanunsuz hesab edilməsi və ünvan 2 ünvanının ləğv edilməsini xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, qeydiyyatda olduğu Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanası küçəsi, ev 33 ünvanında yerləşən həyətyanı ev ona rəhmətə getmiş valideynlərindən qalmışdır. Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanası küçəsi, ev 33 ünvanında bir neçə həyətyanı ev mövcuddur və bütün evlərin ayrı giriş qapıları var. Bu ünvanda təxminən on nəfərdən artıq insan qeydiyyatdır. Onun qardaşı Cavabdeh2 da həmin ünvanda qeydiyyatdadır. Bakı Apellyas iya Məhkəməsinin 18 avqust 2021-ci il tarixli qətnaməsindən sonra ona məlum olmuşdur ki, Cavabdeh1 ona məxsus olan, qətnamədə ünvan 1 kimi göstərilən, ancaq əslində ünvan 8 ünvanda yerləşən həyətyanı evə köçürülməlidir. Qətnamənin mətnindən belə müəyyən olunur ki, həmin evi qardaşı Cavabdeh2 Cavabdeh1 ünvan 1 ünvanı adı altında satmışdır. Qeyd edilən hallar həqiqəti əks etdirmir. İddiaçıya məxsus olan həyətyanı ev Nərimanov rayonu, Daş Karxanası küçəsi, ev 33 ünvanındadır, həm iddiaçı, həm də ki qardaşı orada qeydiyyatdadır. Nərimanov Rayonu, Daş Karxanası küçəsi, ev 34 V ünvanı mövcud deyil, mövcud olsa belə onun onların evi ilə bağlılığı yoxdur. Cavabdeh1 həmin ünvana necə qeydiyyatda düşməsi bəlli deyildir və qanunsuzdur. Bununla bağlı tərəfindən Nərimanov Rayon Prokurorluğuna şikayət v erilmişdir və hazırda araşdırma aparılır. Cavabdeh1 məhkəməyə müraciət edərkən iddia ərizəsində qeyd etmişdir ki, o, ünvan 10 ünvanında yerləşən fərdi yaşayış evini 2019-cu ilin dekabr ayının ortalarında almışdır. Halbuki, həmin evi necə almış, ünvan 10 ünvanında yaşayış evi mövcuddur, bu ünvan necə yaranıb, hansı tarixdə yaranıb, ünvan Reyestr Xidmətində mövcuddurmu, ünvan 10 ünvanı hansı evdir, kimə məxsusdur kimi suallar öz cavabını tapmır. ünvan 10 ünvanı mövcud deyil. Cavabdeh1 iddia etdiyi ev Nərimanov rayonu, Daş Karxanası küçəsi, ev 33 ünvanıdır. O, və qardaşı orada qeydiyyatda olmaqla yaşamışlar. Həmin evin qaz, işıq, telefon su və s. kimi kommunal xərcləri Nərimanov rayonu, Daş Karxanası küçəsi, ev 33 ünvanı adı altında ödənilir. Daş Karxanası küçəsi, 34V ünvanına qaz, işıq, te lefon, su və s. kimi kommunal xidmətlər göstərilmir.

7. Məhkəmə icraatı zamanı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.

8. Cavabdeh ünvan 4 MKİS-nin nümayəndəsi vəkili iddia tələbinə yazılı etiraz verərək, qeyd etmişdir ki, iddiaçının qeyd etdiyi - Bakı şəhəri Nərimanov rayonu, Fərid Əhmədov (X11) küçəsində özbaşına tikililər yerləşir və həmin tikililər Nərimanov rayon 18 nömrəli MKİS-in ərazisinə daxildir. İddiaçının qardaşı Cavabdeh2 sakin kimi tanıyır. Cavabdeh2 bir gün bir qadınla MKİS-ə gəlib həmin qadının da onunla Bakı şəhəri Nərimanov rayonundakı Fərid Əhmədov (X11) küç əsi, ev 34 V ünvanında yaşadığını bildirib bu barədə yaşayış yeri üzrə arayış lazım olduğunu bildirmışdir. Ona görə də həmin qadına - Cavabdeh1 yaşayış yeri üzrə arayış verilmişdir. Arayışda qeydiyyatsız yaşaması göstərilmişdir. Bu arayış həmin şəxsə iddiaçının və qardaşının qeydiyyatda olduqları evə və ya başqa bir evə heç bir hüquq vermir. Özbaşına tikililərin alqı-satqısı notarial qaydada rəsmiləşdirilmədiyindən həmin arayışın formal alqı-satqıda da heç bir rolu olmamışdır. Hazırkı işdə iddiaçının qardaşı onu aldadıb, yəni ondan xəbərsiz qeydiyyatda olduğu evi satmışsa, burada MKİS-nin heç bir təqsiri yoxdur. Bundan əlavə, Cavabdeh1 yuxarıda göstərilən ünvana “Asan xidmət” mərkəzi qeydiyyata salmışdır.

9. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəm əsi) 30 avqust 2022-ci il tarixli, 2(005)- 2275/2022 saylı qətnaməsi ilə (hakim A.Novruzova) iddianın qismən təmin edilməsi, Bakı şəhəri ünvan 4 MKİS tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Fərid Əhmədov (X11) küçəsi, ev 34V ünvanının mövcud olması ilə bağlı Cavabdeh1 verilmiş arayışın qanunsuz hesab edilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı Cavabdeh1 cavabdehlər Cavabdeh2, X3 və X2 qarşı «yaşayış evinə köçürmə və yaşayış evindən istifadəyə yaradılmış maneələrin aradan qaldırılması» tələbinə dair mülki işə baxılarkən İddiaçı tərəf kimi işdə iştirakı olmamışdır. Ona görə də, iş üzrə qanuni qüvvəsini almış qətnamələr Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin tələbi baxımından iddi açı üçün preyudisial deyildir.

11. Məhkəmə qeyd etmişdir ki, iş materialları ilə müəyyən olunur ki, İddiaçı və Cavabdeh2 yaxın qohum olmaqla (qardaş-bacı) Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanası küçəsi, ev 33 ünvanında yerləşən dövlət qeydiyyatına alınmamış evdə yaşamış, həmin ünvanda qeydiyyatda olmuşlar, Cavabdeh2 ünvan 1 (tikili mövcud olmadığı halda) ünvanına qeydiyyata düşməsi evi Cavabdeh1 satmaq məqsədilə edilmişdir.

12. Belə ki, Cavabdeh1 məhkəmə iddiaçı qismində olduğu mülki iş üzrə olan iddia ərizəsində göstərir ki, 2019-cu ilin dekabr ayının ortasında özünü Cavabdeh2 kimi təqdim edən şəxs evin ona məxsus olduğunu və satmaq niyyətində olmasını bildirmişdir. Bu hal onu göstərir ki, Bakı şəhəri, Nərimanov Rayonu, Fərid Əhmədov (X11) küçəsi ev 34V ünvanının mövcud olması ilə ba ğlı Cavabdeh1 verilmiş arayış qanunsuz olmuşdur. Cavabdeh2 əslində özünün yaşadığı və qeydiyyatda olduğu, Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanası küçəsi, ev 33 ünvanında olan tikilini Cavabdeh1 satmaq üçün təklif etmişdir. Bu halın mövcudluğu iddiaçının hüquqlarını pozmuş, hazırkı iddia tələbi üzrə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olmaq imkanı vermişdir.

13. Məhkəmə hesab etmişdir ki, ünvan 4 Mənzil Kommunal İstismar Sahəsi tərəfindən Bakı şəhəri, Nərimanov Rayonu, Fərid Əhmədov (X11) küçəsi ev 34V ünvanının mövcud olması ilə bağlı Cavabdeh1 verilmiş arayışın qanunsuz hesab edilməsi məzmunlu iddia tələbi mülki mühakimə icraatı qaydasında iddiaçının hüquqlarını pozmuş hal kimi nəzərdən keçirilərək təmin olunmalıdır.

14. Məhkəmə iddia tələbinin «ünvan 17 ünvanı ləğ v edilməsi» hissəsinə münasibətdə qeyd etmişdir ki, iddia tələbi bu hissədə rədd olunmalıdır. İddiaçının cavabdeh qismində göstərdiyi Cavabdeh1, Cavabdeh2, ünvan 4 MKİS ünvanı yaratma və ya ləğv etmə səlahiyyətinə malik deyil, qeyd olunan tələb düzgün seçilmiş cavabdehlərə qarşı yönəlməmişdir

15. Belə ki, qanunvericilik, pasport qeydiyyatına alınma və çıxarılma ilə bağlı prosedurun qaydasını yuxarıda qeyd olunan qanunla müəyyən etmişdir. Başqa sözlə, pasport qeydiyyatı zamanı qanunsuzluğa yol verildiyini iddia edən şəxslərin tələbini polis orqanlarına qarşı yönəlməlidir. Buna baxmayaraq cavabdeh ünvan 4 MKİS Cavabdeh1 34 V ünvanı ilə bağlı arayış verilməklə eyni yaşayış yerinin fərqli ünvan kimi rəsmiləşdirilməsinə nail olmuşdur.

16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəl lənin 2.1-ci, 4.1-ci və 5.1-ci maddələrinə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 2-ci və 9.5-ci maddələrinə və Mülki Prossesual Məcəllənin 14.2-ci, 77.1-ci, 82.3-cü, 119.1-ci və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. Cavabdehlər Bakı şəhəri ünvan 4 MKİS və Cavabdeh1 qətnamədən ayrıayrılıqda, lakin eyni məzmunlu apellyasiya şikayətləri verərək, qətnamənin “iddia tələbinin qismən təmin edilmiş, yəni Bakı şəhəri, ünvan 4 MKİS tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Fərid Əhmədov küçəsi (X11), ev 34V ünvanının mövcud olması ilə bağlı Cavabdeh1 verilmiş arayışın qanunsuz hesab olunması” hissəsində ləğv edib, iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş et mişdilər.

18. Şikayətlər onunla əsaslandırılmışdır ki, iddiaçının qeyd etdiyi - Bakı şəhəri Nərimanov rayonu, Fərid Əhmədov (X11) küçəsində yerləşən özbaşına tikililər Bakı şəhəri Nərimanov rayonu 18 nömrəli MKİS-in ərazisinə daxil olsa da, həmin tikililərin heç birinin sənədi yoxdur. Cavabdeh1 yaşayış yeri üzrə arayış verilmişdir. Arayışda qeydiyyatsız yaşaması göstərilmişdir. Bu arayış həmin şəxsə iddiaçının və qardaşı Cavabdeh2 qeydıyyatda olduqları 33 nömrəli evə heç bir hüquq vermir. Özbaşına tikililərin alqı-satqısı notarial qaydada rəsmiləşdirilmədiyindən həmin arayışın formal alqı-satqıda da heç bir rolu olmur. İşin məhkəmə iclaslarında cavabdehlərin vəkilləri tərəfindən təqdim edilmiş və Azərbaycan Respublikası DİN-nin yaşayış yeri üzrə qeydiyyat haqqında Bakı şəhəri 5 saylı Asan Xidmət Mərkəzinin xx.xx.2019-cu il tarixli, ******* nömrəli, xx.xx.2019-cu il tarixli, ******* nömrəli, xx.xx.2019-cu il tarixli, ******* nömrəli arayışlarında müvafiq olaraq ünvan 20 və 34V saylı ünvanlardakı evlərin mövcud olması, iddiaçının məhz ev 33-də qeydiyyatının olması, 34V ünvanında onun qeydiyyatının olmaması, həmin ünvandakı evlə əlaqədar onun heç bir hüququnun olmaması və bu özbaşına tikili ilə əlaqədar hər hansı bir subyektiv hüquqa malik olmaması və nəticə etibarı ilə iddia tələbi ilə məhkəməyə müraciət etməsinin əsassız olmasının bildirilməsinə baxmayaraq, məhkəmə təqdim olunmuş və qeyd olunan məhkəmə aktlarını, arayışları və DƏDRX-nin 1 saylı Ərazi İdarəsinin də xx.xx.2021-ci il tarixli **********40 nömrəli məktubunu nəzərə almadan, həmin sənədləri obyektiv, tam və hərtərə fli araşdırmadan bu məsələ ilə əlaqədar düzgün olmayan nəticəyə gəlməklə sözügedən qətnaməni qəbul etmişdir. Ərazidə yaşayan sakinləri yaxşı tanıdığı üçün təkzibolunmaz faktdır ki, özünü iddiaçı kimi təqdim etmiş şəxs olan İddiaçı bir neçə il bundan əvvəl ərə getdikdən sonra yaşadığı ünvandan çıxıb tamamilə şəhərin başqa hissəsinə köçmüş, bu ünvanda yaşamamış, ərinin evində yaşamışdır və həmin 34V ünvanındakı evdə məhz Cavabdeh2 tək yaşamışdır. Sözügedən ünvanlardakı evlər, yəni həm 34V-dəki ev, həyət, həm də ki, 33 nömrəli ünvandakı evlər və həyətlər bir-birindən tam ayrı olmaqla hər birinin ayrıca girişləri və çıxışları vardır. Lakin iddiaçı tərəf məhkəməni və sağlam düşüncəli insanları aldatmaq məqsədi ilə 34V ünvanı kimi olan həyətin – evin küçə tərəfdən olan divarına sonradan “33”nö mrəsinin göstəricisini vurmuşdur. Bunu məhkəmə vaxtı təqdim edilmiş fotoşəkillər də təsdiq edir. Məhkəmə işə baxarkən bütün tərəflərin iştirakı ilə həmin küçəyə gedərək oradakı sözügedən ünvanlardakı fərdi yaşayış evlərinin mövcud olub-olmamasını yerində baxış keçirməklə obyektiv həqiqəti yerindəcə müəyyən edə bilərdi. Lakin hakim bu barədə verilmiş şifahi vəsatətlərə əhəmiyyət verməmişdir. Bu isə nəticə etibarı ilə ədalətsiz, qanunsuz və əsassız olan belə qətnamənin qəbul edilməsinə səbəb olmuşdur.

19. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Mənzil Kommunal İstismar Sahəsi tərəfindən cavabdehə verilmiş arayış təqdim etmiş və izahat verərək göstərmişdir ki, iddiaçının xəbəri olmadan qardaşı tərəfindən öz ata yurdları cavabdehə satılmışdır. İddiaçı Cavabdeh1 cavabdehlər Cava bdeh2, X3 və X1 qarşı “Yaşayış evinə köçürmə və yaşayış evindən istifadəyə yaradılmış maneələrin aradan qaldırılması” tələbinə dair mülki işdə İddiaçı tərəf olmamış və bu səbəbdən iştirak etməmişdir. Hazırki iddia da daha sonra həmin işdə istinad olunan bu arayışın inzibati qaydada mübahisələndirilməsi məqsədi ilə qaldırılmışdır. Belə ki, Bakı şəhəri ünvan 4 Mənzil Kommunal İstismar Sahəsinin arayışının qüvvədə olması səbəbindən qeyd edilən arayışı inzibati qaydada mübahisələndirə bilmir. Bakı şəhəri ünvan 4 Mənzil Kommunal İstismar Sahəsinin arayışı qanunsuz olmaqla yanaşı bilavasitə iddiaçının maraqlarına toxunur. Bu da iddiaçının bu arayışı mübahisələndirmək hüququnu yaradır. Reallıqda belə bir ünvan mövcud deyildir. Lakin Mənzil Kommunal İstismar Sahəsi buğun də həmin ünvanın mövcud ol masını təsdiq edən arayışlar verməkdədir. Belə ki, bir müddət əvvəl müraciətlərinə əsasən həmin Mənzil Kommunal İstismar Sahəsi tərəfindən cavabdehin məhz 34V ünvanında pasport qeydiyyatında olması barədə arayış verilmişdir. Halbuki, mübahisə predmeti olan evin yerləşdiyi ərazidə eyni ünvana sahib 4-5 fərdi yaşayış evi var, lakin hər evin qaz, su, işıq sayğacları fərqlidir.

20. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 mart 2023-cü il tarixli, 2(103)-1539/2023 nömrəli qərardadı ilə (hakimlər – F.Abdıyev (sədrlik edən və məruzəçi), X.Sarıyev və F.Qasımov) apellyasiya apellyasiya şikayətləri qismən təmin edilmiş, birinci instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən, yəni “Bakı şəhəri ünvan 4 MKİS tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Fərid Əhmədov (X11) küçəsi, ev 34V ünvanının mövcud olması ilə bağlı Cavabdeh1 verilmiş arayışın qanunsuz hesab edilməsi” hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə icraata xitam verilmişdir. Məhkəmə İddiaçı qanunvericiliyin tələblərinə riayət etməklə Bakı şəhəri, Nərimanov rayonu, Fərid Əhmədov (X11) küçəsi, ev 34V ünvanının qeydə alınması və Cavabdeh1 pasport qeydiyyatının aparılması ilə bağlı aidiyyəti inzibati orqanların hərəkətlərindən (hərəkətsizliyindən) Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququnun olması izah olunmuşdur.

21. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Cavabdeh1 27 dekabr 2019-cu il tarixdən ünvan 2 ünvanı üzrə pasport qeydiyyatına alınması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ******* nömrəli, xx.xx.2019-cu il tarixli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışı ilə təsdiq olunur.

22. Hazırda iddiaçı ******* nömrəli, xx.xx.2019-cu il tarixli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışının məhz Bakı şəhəri ünvan 4 Mənzil Kommunal İstismar Sahəsinin ünvan 2 ünvanının mövcud olması barədə arayışı əsasında verildiyini, yəni Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən bu barədə qeydin məhz Bakı şəhəri ünvan 4 Mənzil Kommunal İstismar Sahəsinin məlumatı (arayışı) əsasında aparıldığını iddia edir. İddiaçı məhkəmə iclasında öz mövqeyinin təsdiqi olaraq, müraciətinə əsasən sərbəst şəkildə bu barədə arayışı əldə etdiyini bildirir.

23. Nəzərə alınmalıdır ki, həm hazırkı, həm də Cavabdeh1 “yaşayış evinə köçürülməsi” tələbinə dair mülki işdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışdan əvvəlki tarixə ona Ba kı şəhəri ünvan 4 Mənzil Kommunal İstismar Sahəsi tərəfindən hər hansı arayışın verildiyi müəyyən edilmir, yəni belə bir arayış mövcud deyildir. Digər tərəfdən Cavabdeh1 barədə pasport qeydiyyatının məhz həmin Mənzil Kommunal İstismar Sahəsinin hər hansı arayışı əsasında aparıldığı öz təsdiqini tapmır.

24. Hüquqi nəticə etibarı ilə iddiaçı ünvan 2 ünvanının mövcud olması barədə nömrəsi və tarixi məlum olmayan bir arayışı mübahisələndirir. Halbuki, qüvvədə olan qanunvericiliyə əsasən ünvan reyestrinin aparılması və çoxmənzilli binaların, qeyri-yaşayış binalarının, onların tərkib hissələrinin və fərdi yaşayış evlərinin girişlərinə ünvanların verilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirilir və bu məsələdə Mənzil- Kommunal Təsərrüfatı Departamenti, xüsusilə də onun yerli qurumu olan Mənzil Kommunal İstismar Sahələri hər hansı səlahiyyətə malik deyil. Onlar tərəfindən verilmiş belə arayışlarda olan məlumatlar məhz ünvan barədə aparılmış qeydə əsaslanmalıdır. Başqa sözlə, İstismar Sahələri bu barədə məlumatları qanunvericiliklə müəyyən edilmiş mənbədən, hazırki vəziyyətdə vahid olmaqla Azərbaycan Respublikasının bütün ərazisini əhatə edən və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən aparılan ünvan reyestrindən götürməlidir. Belə ki, bu arayışlar hüquq müəyyənedici sənəd deyil və özündə rəsmi mənbədə (reyestrə) olan məlumatları əks etdirir. Bu baxımdan belə bir məzmunlu, o cümlədən ünvan 2 ünvanının mövcud olması barədə istismar sahəsinin arayı şının qanunsuz hesab edilməsi hər hansı hüquqi nəticəyə səbəb olmur.

25. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, Cavabdeh1 bu ünvana köçürülməsi barədə Bakı Apellyasiya Məhkəməsinin qeyd edilən qətnaməsində iddiaçının hazırda mübahisələndirdiyi arayışa deyil, məhz Daxili İşlər Nazirliyinin qeyd edilən xx.xx.2019-cu il tarixli arayışına istinad edilmiş və bu qeydiyyatın aparılması ilə bağlı inzibati aktın qanunsuz hesab edilmədiyi və ya ləğv olunmadığı müddətdə qüvvədə və əsaslı hesab olunduğu vurğulanmışdır. Bununla belə, hüquqi nəticə etibarı ilə Bakı Apellyasiya Məhkəməsi mübahisəli evə ünvan verilməsini, habelə Cavabdeh1 bu evə pasport qeydiyyatına alınmasını əsas götürüb onun köçürülməsi qənaətinə gəlmişdir.

26. Belə olan halda, ünvanın mövcudluğu barədə istismar sahəsinin arayı şı iddia edilən halın müəyyən edilməsi və bu yolla gözlənilən hüquqi nəticənın əldə edilməsi baxımından hər hansı mötəbərliyə malik deyil. Məzmun etibarı ilə ilkin deyil, istinad xarakterli olan bu arayışın etibarsız hesab edilməsi pasport qeydiyyatı barədə inzibati aktın ləğv edilməsinə əsas yaratmır. Nəzərə alınmalıdır ki, iddiaçının bu tələbi iddia üzrə irəli sürülmüş “ünvanın ləğv edilməsi” tələbinə münasibətdə törəmə tələb olmuş və bu baxımdan bu tələbin təmin edilib-edilməməsi bilavasitə əsas tələbin təmin edilibedilməməsindən asılı olmuşdur. Bu da öz növbəsində bu tələbin müstəqil tələb olaraq əhəmiyyətsiz olduğunu təsdiq edir və onun müstəqil qaydada irəli sürülməsini qeyrimümkün edir. Qeyd edilənlər bu tələbə mülki məhkəmə icraatı qaydasında baxılmasını istisna edir.

27. Birinci i nstansiya məhkəməsi mülki məhkəmə icraatı qaydasında baxılmalı olmayan tələbə baxmış və hüquqi nəticə etibarı ilə hüquq normasının tətbiqində səhvə yol verərək, Bakı şəhəri ünvan 4 MKİS tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Fərid Əhmədov (X11) küçəsi, ev 34V ünvanının mövcud olması ilə bağlı Cavabdeh1 verilmiş arayışı qanunsuz hesab etmişdir. Bu səbəbdən apellyasiya şikayətləri qismən təmin edilməli və qətnamə həmin, yəni mübahisələndirilən hissədə ləğv edilməli, iş üzrə icraata həmin hissədə xitam verilməlidir.

28. Məhkəmə kollegiyası iddiaçı tərəfindən mübahisələndirilən arayışın hüquq müəyyənedici sənəd olmadığını, onun qanunsuz hesab edilməsinin hər hansı hüquqi nəticələr yaratmadığını, habelə cavabdehin “mənzilə köçmə” tələbinə dair iddiası ilə bağlı iş üzrə Bakı Apellyasiya Məhkə məsi tərəfindən qəbul edilmiş qətnamədə ona münasibətdə pasport qeydiyyatının aparılması ilə bağlı inzibati aktın qanunsuz hesab edilmədiyi və ya ləğv olunmadığı müddətdə qüvvədə olması və əsaslı hesab edilməsi barədə qənaətini, eyni zamanda, iddiaçının “ünvanın ləğv edilməsi” barədə tələbinin birinci instansiya məhkəməsi tərəfindən digər əsasla rədd edilməsini və mübahisələndirilməməsini nəzərə alaraq, hesab etmişdir ki, iddiaçı qanunvericiliyin tələblərinə riayət etməklə ünvanın qeydə alınması və pasport qeydiyyatının aparılması ilə bağlı aidiyyəti inzibati orqanların hərəkətlərini (hərəkətsizliyini) inzibati icraat qaydasında mübahisələndirə bilər. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

29. İddiaçı (Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.

30. Şikayət onunla əsaslandırılmışdır ki, apelyasiya instansiya məhkəməsinin qərardadı iş üzrə əhəmiyyət kəsb edən hallara hüquqi qiymət verilmədən və heç bir hüquq normasına əsaslanmadan qanunsuz və əsassız olaraq çıxarılmışdır. Məhkəmə öz qərardadını əsaslandırmamış, yalnızca öz mövqeyini bildirmiş, lakin hansı hüquq normasına istinad edərək işin məhkəmə baxışının predmeti olmadığını qeyd etməmişdir. Apellyasiya məhkəməsinin göstərdiyi əsaslardan biri kimi iddiaçı tərəfindən mübahisələndirilən arayışın hüquq müəyyənedici sənəd olmaması qeyd olunmuşdur. Məhkəmənin bu mövqeyi tam qanunsuzdur və qərəzli xarakter daşıyır. Belə ki, mübahisələndirilən arayış Bakı şə həri ünvan 4 MKİS tərəfindən verilmişdir, imzalı-möhürlü rəsmi sənəddir, 18 saylı MKİS qeydiyyat kitabında əks olunur. Bu arayış əsasında Cavabdeh1 orada yaşadığını və ya qeydiyyatda olduğunu müvafiq dövlət orqanlarına bildirə bilər, buna uyğun olaraq da həmin dövlət orqanları arayışı sübut qismində saya bilər. Bundan başqa arayışın mövcudluğunu hər iki cavabdeh həm Cavabdeh1, həm 18 saylı MKİS-nin rəisi inkar etmir, hətta arayışın qanuni olduğunu sübut etməyə çalışır. Ümumən, MKİS-in verdiyi imzalı, möhürlü arayışın hüquqi nəticə doğurmaması mövqeyi ağlabatan olmadığı qədər də qərəzli yanaşmadır. Bundan başqa, həmin arayışın hər-hansı hüquqi nəticə doğurması və yaxud hüquqi nəticəyə səbəb olub-olmaması məhkəmə baxışının predmeti olmalı deyildi. Məhkəmə həmin iddiaçının maraqlarına toxunub toxunmaması və qanuni olub-olmamasını araşdırmalı idi. Lakin düzgün hüquqi nəticəyə gəlməyərək apellyasiya məhkəməsi işin hallarına uyğun araşdırma aparmamışdır. Həmçinin, apellyasiya məhkəməsi cavabdehin “mənzilə köçmə” tələbinə dair iddiası ilə bağlı iş üzrə Bakı Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədə ona münasibətdə pasport qeydiyyatının aparılması ilə bağlı inzibati aktın qanunsuz hesab edilmədiyi və ya ləğv olunmadığı müddətdə qüvvədə olması və əsaslı hesab edilməsi barədə qənaətini əsas gətirərək hüquqi nəticəyə gəldiyini qeyd etsə də, məhkəmənin bu mövqeyi də düzgün deyildir. Belə ki, Bakı Apellyasiya Məhkəməsi baxdığı digər iş üzrə Cavabdeh1 pasport qeydiyyatını əsas götürmüşdür ki, hazırki iddia tələbi onunla bağlı deyildir. Mübahisənin predmeti Cavabdeh1 pasport qeydiyyatı deyil, 18 saylı MKİS-nin rəisi tərəfindən verilmiş arayışdır ki, iş materiallarında həmin arayışın pasport qeydiyyatından daha əvvəl verildiyi tam sübuta yetir, yəni 18 saylı MKİS həmin arayışı verərkən cavabdeh şəxs hələ həmin ünvana pasport qeydiyatına düşməmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş qətnaməni hazırki işlə əlaqələndirib, orada pasport qeydiyyatına istinad olunmasını əsas gətirmək hazırki iddianın predmetinin qanuni araşdırılmasına maneədir. Bu səbəbdən də məhkəmə düzgün nəticəyə gəlməmişdir. Bundan başqa, apellyasiya məhkəməsi iddiaçının “ünvanın ləğv edilməsi” barədə tələbinin birinci instansiya məhkəməsi tərəfindən digər əsasla rədd edilməsini və mübahisələndirilməməsini də öz qətnaməsinə əsas kimi göstərmişdir. İddianın rədd olu nan hissəsinin iddiaçı tərəfindən mübahisələndirilməməsi apellyasiya məhkəməsi tərəfindən işin məhkəmə baxışının predmeti olmaması nəticəsinə gəlməsi əsas ola bilməz. Ünvanın ləğv olunması aidiyyət baxımından rayon məhkəməsinin aidiyyəti olmadığı üçün iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Lakin arayışın qanunsuz sayılması tam olaraq rayon məhkəməsinin aidiyyətidir. Bundan başqa apelyasiya məhkəməsi öz qətnaməsində “iddiaçı qanunvericiliyin tələblərinə riayət etməklə ünvanın qeydə alınması və pasport qeydiyyatının aparılması ilə bağlı aidiyyəti inzibati orqanların hərəkətlərini (hərəkətsizliyini) inzibati icraat qaydasında mübahisələndirə bilər”. Məhkəmənin bu mövqeyi də başa düşülən deyil. Belə ki, ilkin olaraq iddiaçı pasport qeydiyyatının aparılması məsələsini mübahisələndirmir. P asport qeydiyyatını aparan orqan DİN-dir. İddia tələbi pasport qeydiyyatı ilə bağlı deyil. Pasport qeydiyyatını hazırki işlə əlaqələndirib işi başqa məcralara çəkməyə ehtiyac yoxdur. 18 saylı MKİS inzibati orqan deyil. Həmin arayışı verməsi üçün hansısa bir akt qəbul etmir. Onun verdiyi arayış əgər qanunsuzdursa buna baxan orqan rayon məhkəməsidir. Bundan başqa 18 saylı MKİS mübahisələndirilən arayışı cavabdehin pasport qeydiyyatından əvvəl verib. Məhkəmə öz qətnaməsində pasport qeydiyyatının aparılması ilə bağlı aidiyyəti inzibati orqanların hərəkətlərini (hərəkətsizliyini) inzibati icraat qaydasında mübahisələndirə bilər cümləsini qeyd etsə də, iddiaçı 18 saylı MKİS verdiyi arayışı mübahisələndirmişdir ki, bununla bağlı da hansı orqana müraciət olunması qətnamədə öz əksini tapmamışdır. Bu da daha sübut edir ki, iş rayon məhkəməsində baxılmalıdır. Həmçinin hazırki, iddia tələbi ilə bağlı Nərimanov Rayon İcra Hakimiyyətində də araşdırma aparılmış və 18 saylı MKİSnin rəisi bu əmələ görə töhmət almışdır. Lakin arayış hansısa bir formada qanunsuz sayılmamış və ya qüvvədən düşməmişdir. b)

31. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu.

32. Maddə 7.2. “Daşınmaz əmlak obyektlərinə Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyən edilməsinə imkan verən ünvan verilir. Yaşayış yeri və olduğu ye r üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu

33. Maddə

5. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindəntəsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə şəxsiyyət vəsiqəsi və yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsini təqdim etməlidir. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilm əsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir.

34. Maddə 13. qeydiyyata almaqdan şifahi və yazılı imtina edilməsindən, qeydiyyat üçün bu Qanunda nəzərdə tutulmayan sənədlər tələb olunmasından və ya qeydiyyata alınmasında süründürməçiliyə yol verilməsindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər.

35. Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2008-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”

36. Bənd 1.2. Ünvan reyestri vahiddir və Azərbaycan Respublikasının bütün ərazisini əhatə edir.

37. Bənd 1.4. Ünvan rey estri daşınmaz əmlakın vahid kadastrı ilə əlaqələndirilməklə, məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən və onların fərdiləşdirilməsini təmin edən məlumat bazasıdır. Ünvan reyestri ünvan istifadəçilərini ünvanla bağlı zəruri informasiya ilə təmin etmək məqsədi ilə tərtib edilir və aparılır.

38. Bənd 1.5. Ünvan reyestrinin aparılması və ünvanların verilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra – Dövlət Xidməti) tərəfindən həyata keçirilir.

39. Bənd 3.8. Ünvan nömrəsinin müəyyənləşdirilməsi Dövlət Xidməti tərəfindən bu Qaydalara uyğun olaraq həyata keçirilir.

40. Bənd 3.9. Çoxmənzilli binaların, qeyri-yaşayış binalarının, onların tərkib hissələrinin və fərdi yaşayış evlərinin girişlərinə ünvan verilir. Hər bir girişə nəqliyyat infrastrukturu obyektinin başlanğıcından sağdakılara cüt, soldakılara tək olmaqla ünvan nömrəsi verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

41. Maddə 24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir.

42. Maddə 261.0.1. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir.

43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

45. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

46. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

47. Hazırkı kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarının və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə düzgün qərardad qəbul edilməmə si ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

49. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçı tərəfindən mübahisələndirilən ünvan 2 ünvanının mövcud olması barədə mənzil istismar sahəsinin arayışı hüquq müəyyənedici sənəd deyidir və həmin sənədin verilməsi hüquqi nəticələr yaratmır, özündə rəsmi mənbədə (reyestrə) olan məlumatları əks etdirir. Bu baxımdan belə bir məzmunlu sənədin qanunsuz hesab edilməsi hər hansı hüquqi nəticəyə səbəb olmur. Bu baxımdan həmin arayış məhkəmə mübahisəsinin obyekti ola bilməz. Ona görə də kassasiya şikayətində irəli sürülmüş dəlillər qərardadın ləğvi üçün əsas ola bilməz.

48. Odur ki, iddiaçının kassasiya şikayətinin təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1539/2023 nömrəli iş üzrə 16 mart 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar