Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2772/2024 23.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh2 qarşı qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət, buraxılmış prosessual müddətin bərpasından imtina, qətnamənin elektron kabinetə yerləşdirilməsi, prosessual müddətin axımı, müddətin buraxılma səbəbənin üzrlü olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh2 və Bakı şəhəri 45 saylı Dövlət Notariat Kontoruna qarşı “vəsiyyətnamənin etibarsız edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1986/2024 nömrəli, 12 iyun 2024-cü il tarixli qərardadından İddiaçı kassasiya şikayətinə 23 avqust 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı (bundan sonra “iddiaçı”) cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 45 saylı Dövlət Notariat Kontoruna iddia ərizəsi ilə Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, miras qalmış Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Emin Quliyev küçəsi, ev 31-də yerləşən 3 otaqlı 3 nömrəli mənzilə dair Cavabdeh2 adına mərhum X1 tərəfindən Bakı şəhəri 45 saylı Notariat ofisində xx.xx.2017-ci il tarixdə qoyulmuş vəsiyyətnamənin etibarsız hesab edilməsi b arədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Qaradağ Rayon Məhkəməsinin 2(002)-1007/2023 nömrəli iş üzrə 14 noyabr 2023cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 45 saylı Dövlət Notariat Kontoruna qarşı «miras qalmış əmlaka dair qoyulmuş vəsiyyətnamənin etibarsız edilməsi» tələbinin rədd edilməsi qət edilmişdir. (hakim Günay Həşimova)
3. İddiaçı apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
4. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1986/2024 saylı, 06 mart 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
5. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi xx.xx.2024-cü il tarixində iddiaçının elektron məhkəmə sis temində yaradılmış elekron kabinetinə yerləşdirilmişdir.
6. İddiaçı qətnamədən xx.xx.2024-cü il tarixində kassasiya şikayəti vermişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1986/2024 saylı, 27 may 2024-cü il tarixli qərardadı ilə kassasiya şikayəti prosessual müddət ötürülməklə verildiyindən geri qaytarılmışdır.
8. İddiaçı (nümayəndə-Vəkil) xx.xx.2024-cü il tarixində Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1986/2024 saylı 6 mart 2024-cü il tarixli qətnaməsindən yenidən kassasiya şikayəti vermiş və şikayətinə qətnamədən kassasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair ərizə də əlavə etmişdir.
9. İddiaçı müddətin bərpası barədə ərizəsini belə əsaslandırmışdır ki, apellyasiya məhkəməsinin qətnaməsini 21 may 2024-cü il tarixdə elektron məhkəmə sistemində oxumaqla qəbul etmiş və məlumatı olmuşdur. xx.xx.2024-cü il tarixdə kassasiya şikayəti verilməsi üçün vəkillə müqavilə bağlamış və xx.xx.2024-cü il tarixdə qətnamədən kassasiya şikayəti verilmişdir. Apellyasiya instansiyası məhkəməsinin kollegiyasının 27 may 2024-cü il tarixli qərardadı ilə kassasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddətin ötürülməsi ilə verildiyindən və buraxılmış müddətin bərpa olunması barədə vəsatət verilmədiyi səbəbindən geri qaytarılmışdır. Qətnamənin EMS-də şəxsi kabinetə yerləşdirilməsi barədə iddiaçıya məlumatlandırma haqqında mobil telefonuna SMS göndərilmədiyindən, bu barədə yalnız hüquqşünas vasitəsilə elektron sistemə daxil olanda xx.xx.2024-cü il tarixdə məlumatı olmuşdur. Qeyd edilən bu səbəblərdən apellyasiya məhkəməsinin qətnaməsin dən kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin buraxılması məhkəmə tərəfindən üzrlü hesab edilməlidir.
10. Bakı Apellyasiya Məhkəməsinin 12 iyun 2024-cü il tarixli qərardadı ilə iddiaçı (nümayəndəsi və vəkili Vəkil) tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 2(103)1986/2024 saylı 6 mart 2024-cü il tarixli qətnaməsindən kassasiya şikayətinin verilməsi üçün ötürülmüş müddətin bərpasına dair vəsatət təmin edilməmiş və verilmiş kassasiya şikayəti isə geri qaytarılmışdır. (hakimlər Fuad Babayev (sədrlik edən və məruzəçi), Cəmilə Musayeva və Günay Axundova)
11. Apellyasiya instansiyası məhkəməsi iddiaçının ərizədə göstərdiyi halları müddətin bərpası üçün üzrlü hallar hesab etməyərək qeyd etmişdir ki, iddiaçı onun elektron kabinetinə yerləşdirilmiş qətnamə ilə yal nız xx.xx.2024-cü il tarixdə tanış ola bildiyini, bu səbəbdən müddəti ötürdüyünü qeyd etsə də, əvvəla, elektron kabinetə yerləşdirilmiş sənədi tərəfin hansı tarixdə açıb oxuması prosessual müddətin hesablanmasına təsir etmir. Çünki prosessual normalara əsasən sənəd elektron kabinetə yerləşdirildiyi andan rəsmi qaydada verilmiş hesab edilir. Digər tərəfdən işdə olan vəkil orderindən göründüyü kimi iddiaçı ilə Vəkil arasında müqavilə artıq kassasiya şikayəti vermə müddəti keçdikdən sonra xx.xx.2024-cü il tarixində bağlanmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, iddiaçı müddətin ötürülməsinə dair hər hansı ağlabatan və inandırıcı dəlillərə istinad etməmiş, bununla bağlı heç bir sübut təqdim etməmişdir. Halbuki, qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürmüş tərəf, həmin müddəti hansı səbəbdən ötürdüyünü qeyd etməli, həmin üzrlü səbəbə görə şikayəti vaxtında vermək imkanının olmadığını, bu müddəti özündən asılı olmayan və obyektiv səbəbdən buraxmasını sübut etməlidir.
13. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə əks yanaşma ötürülmüş istənilən müddətin subyektiv mülahizələr əsasında bərpa olunmasına və bununla digər tərəflərin prosessual hüquqlarının pozulmasına gətirib çıxarar, həmçinin hüquqi müəyyənlik və qanuni qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyi prinsipləri ilə ziddiyyət təşkil etmiş olardı.
14. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 128.1, 135.5, 135.6, 405.0.2, 408.1.4-cü və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarına istinadla əsasla ndırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
15. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi, kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən olunmuş prosessual müddətin buraxılmasının üzrlü hesab edilməsi, həmin müddətin bərpa olunması, qətnamədən verilmiş kassasiya şikayətinə baxılması üçün növbəti prosessual hərəkətlərin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
16. Kassasiya şikayətinin dəlilləri iddiaçı tərəfindən verilmiş prosessual müddətin bərpası ilə bağlı vəsatətin dəlillləri ilə eynilik təşkil etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikas ının Mülki Prosessual Məcəlləsi Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə 10-1.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. Maddə 10-1.8. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş iş materialları kağız daşıyıcıda olan materiallar a bərabər tutulur və onlarla eyni hüquqi qüvvəyə malikdir Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 133.2. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. Maddə 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Maddə 133.4. Buraxılmış prosessual müddətin bərpası məhkəmənin qətnaməsində, qərardadında və qərarında göstərilməlidir. Maddə 133.5. Müddətin bərpasından imtina barədə qərardad çıxarılır. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemd ə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Maddə 405.0.1. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində ondan kassasiya şikayəti verilə bilər. Maddə 408.1.4 Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa geri qaytarılır. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4 -cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarı...qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməkl ə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Kassasiya baxışının hədləri
18. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
19. Kassasiya şikayətində iddiaçı apellyasiya məhkəməsinin qərardadının ləğvini xahiş etmişdir. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərard adını tam yoxlayır.
20. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
22. Apellyasiya instansiyasının müəyyən etdiyi işin hallarından görünür ki, barəsində şikayət verilən Bakı Apellyasiya Məhkəməsi Mülk i Kollegiyasının 06 mart 2024-cü il tarixli qətnaməsi 18 mart 2024-cü il tarixdə iddiaçının elektron kabinetinə yerləşdirilib, iddiaçı kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş 2 aylıq prosessual müddət bitdikdən sonra kassasiya şikayətini elektron kabinetə yerləşdirməklə göstərilən müddəti ötürmüşdür.
23. Apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, prosessual müddətin üzrlü səbəbdən ötürülməsi barədə cavabdehin dəlilləri əsassızdır.
24. Mülki Prosessual Məcəllənin 135.5-ci maddəsinə görə bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
25. Mülki Prosessual Məcəllənin 135.1-ci maddəsinə görə bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş halla r istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır.
26. Mülki Prosessual Məcəllənin 135.6-cı maddəsinə görə də “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
27. İşdən görünür ki, qətnamə iddiaçının elektron kabinetinə 18 mart 2023-cü ildə yerləşdirimişdir.
28. Nəzərə alınsa ki, MPM-in 135.5-ci maddə sinə görə həmin Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir və MPM-in 10-1.8 və 135.6-cı maddələrinə görə də elektron sənəd formasında tərtib edilmiş iş materialları kağız daşıyıcıda olan materiallara bərabər tutulur və onlarla eyni hüquqi qüvvəyə malikdir və məhkəmə sənədləri elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır, belə olan halda, məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir.
29. Qeyd edilməlidir ki, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən qərarında hüquqi mövqe ondan ibarət olub ki, yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, həmin səbəblərin mövcudluğu prosessual hüquqlara və vəzifələrə ma lik şəxsin iradəsindən asılı və şəxsin özü tərəfindən onların dəf edilməsi imkanı mümkün olmamalıdır.
30. İddiaçı isə öz iradəsindən asılı və özü tərəfindən dəf edilməsi mümkün olmayan dəlillərə istinad etməmişdir.
31. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini Mülki Prosessual Məcəllənin 10-1.3, 10-1.5, 10-1.8, 135.5 və 135.6-cı maddələrinin tələbləri baxımından əsassız sayır. Belə ki, həmin normalara görə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməli olması və digər tələblər im perativ qaydada müəyyən edilmişdir.
32. İddiaçının kassasiya şikayətinin dəlilləri isə imperativ qaydada müəyyən edilən qaydanın istisna edilməsinə yönəlmişdir ki, bu da “Elektron məhkəmə” informasiya sisteminin əhəmiyyətini heçə endirməklə yolverilməz hesab edilməlidir.
33. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri əsasızdır, buna görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
34. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1986/2024 nömrəli, 12 iyun 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.