Məhkəmə qərarları › İş №2(102)-2773/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2773/2020

22.06.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2773/2020 22.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Şamayev Elşad Yaquboviç, Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İmanov Turqut Muxtar oğlunun katibliyi, Ərizəçi1, vəkili X11 oğlunun, maraqlı şəxsin vəkili Vəkil iştirakı ilə, Ərizəçi1 “əmək stajı faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.12.2019-cu il tarixli 2(105)-3875/2019 nömrəli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət So sial Müdafiə Fondunun Zəngilan rayon şöbəsi tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi1 ərizə ilə məhkəməyə müraciət edərək, onun 1970-ci ildən 1979-cu il tarixə kimi Zəngilan rayonu, “Lenin” adına sovxozda fəhlə, 1979-cu il tarixdən 29.10.1993-cü ilin oktyabr ayına kimi Zəngilan rayon 33 saylı X1 iş icraçısı işləməsi və həmin müddətin sosial staja hesablanması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Zəngilan Rayon Məhkəməsinin (hakim Allahverən Həsənov) 2(034)-453/2018 nömrəli, 02 iyul 2018-ci il tarixli qətnaməsi ilə ərizə təmin edilmiş, Ərizəçi1 1970-cı ildən 1979-cu il tarixə kimi Zəngilan rayonu, “Lenin” adına sovxozda fəhlə, 1979-cu il tarixdən 29.10.1993-cü ilin oktyabr ayına kimi Zəngilan rayon 33 saylı X1 iş icraçısı işləməsi faktının müəyyən edilməsi və bu müddətin sosial staja hesablanması qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin (hakimlər L.Məmmədova, F.Məmmədov, S.Qafari) 08 aprel 2019-cu il tarixli, 2(105)-1364/2019 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilmiş, Zəngilan Rayon Məhkəməsinin 2(034)-453/2018 saylı, 02 iyul 2018-ci il tarixli qətnaməsi ləğv, ərizə təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin (hakimlər Ə.Əhmədov, A.İsgəndərov, İ.Dəmirov) 20 avqust 2019-cu il tarixli, 2(102)-5251/2019 saylı qərarı ilə Sumqayıt Apelyasiya Məhkəməsinin 08 aprel 2019-cu il tarixli, 2(105)-1364/2019 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Sumqayıt Apelyasiya Məhkəməsinin (hakimlər A.Abbasov, Ş.Abbasov, T.Məmmədov) 04 de kabr 2019-cu il tarixli, 2(105)-3875/2019 saylı qətnaməsi ilə Dövlət Sosial Müdafiə Fondunun Zəngilan rayon şöbəsinin apelyasiya şikayəti təmin edilməyərək, Zəngilan Rayon Məhkəməsinin 2(034)-453/2018 saylı, 02 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Zəngilan rayon şöbəsi kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.12.2019-cu il tarixli qətnaməsinin ləğv edilərək ərizəçinin ərizəsinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, ərizəçinin tələbini əsaslandırmaq üçün çalışdığı hər müəssisədən bir nəfə r şahid qismində dindirilmiş, əlavə şahidlər işə cəlb olunmamış, ərizədə qeyd olunanlarla bağlı məhkəmə tərəfindən ətraflı araşdırma aparılmamışdır. Belə olan halda yalnız bir şahid ifadəsi mötəbər sübut kimi qiymətləndirilə bilməz. İş materiallarında başqa sübutlar da olmadığı üçün məhkəmənin hazırki işdə yalnız bir şahid ifadəsinə əsaslanaraq hüquqi faktı müəyyən etməsi tam əsassızdır. Prosessual məsələlər Maraqlı şəxsin vəkili Vəkil oğlu kassasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini xahiş etmişdir. Ərizəçi1 və vəkili X11 oğlu kassasiya şikayətinə etiraz edərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhk əməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmələr tərəfindən iş materialları ilə müəyyən edilmişdir ki, Ərizəçi1 xx.xx.1954-cü il tarixdə Zəngilan rayonunda anadan olmuşdur, qeydiyyat yeri Zəngilan şəhəri, İnqilab küçəsi, ev 5dir. Zəngilan Rayon Dövlət Arxivi tərəfindən ərizəçiyə verilmiş 21.05.2018-ci il tarixli, 24 saylı arayışdan görünür ki, Zəngilan rayonu 1993-cü ilin oktyabr ayının 29-da erməni silahlı birləşmələri tərəfindən işğal edilmiş, Zəngilan rayon Dövlət Arxivinin 1993-cü ilin noyabr ayınadək olan sənədləri işğal zonasında qalmışdır. Ona görə də Ərizəçi1 1970-cı ildən 1979-cu il tarixə kimi Zəngilan rayonu, “Lenin” adına sovxozda fəhlə, 1979-cu il tarixdən 29.10.1993-cü ilin oktyabr ayına kimi Zəng ilan rayon 33 saylı X1 iş icraçısı işləməsini təsdiq edə bilmirlər. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Zəngilan rayon tərəfindən Ərizəçi1 ünvanlanmış 22.05.2018-ci il tarixli, 43/02-284 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Kollegiyasının 2007-ci il 24 sentyabr tarixli 6 nömrəli qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 2007-ci il 10 oktyabr tarixli 3363, 3364 və 3365 nömrələri ilə dövlət qeydiyyatına alınmış “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsindən əvvəl sığorta olunanların qazanmış əmək pensiyası hüquqlarının nəzərə alınmış Qaydaları “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasə n əmək pensiyalarının təyin olunması üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması Qaydalarıının 2.5-ci bəndinə əsasən əmək fəaliyyəti barəsində sənəd üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sığorta olunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Birinci instansiya məhkəməsində şahid X4 bildirmişdir ki, ərizəçi onunla iş yoldaşı olmuşdur. Belə ki, o, 01.02.1970-cı il tarixdən 1993-cü il tarixə kimi Zəngilan rayonu “Lenin” adına sovxozda şöbə mühasibi işləmişdir. Ərizəçinin 1970-cı ildən 1979-cu il tarixə kimi Zəngilan rayonu “Lenin” adına sovxozda fəhlə işləməsi faktını təsdiq edir. Birinci instansiya məhkəməsində şahid X9 bildirmişdir ki, ərizəçini bir yerli kimi tanıyır, onunla iş yoldaşı olmuşdur. Belə ki, o, 14.07.1967-cü il tarixdən 1991-ci il tarixə kimi Zəngilan rayon 33 saylı SMD-da iş icraçısı işləmişdir. Ərizəçinin 1979-cu il tarixdən 29.10.1993-cü ilin oktyabr ayına kimi Zəngilan rayon 33 saylı X1 iş icraçısı işləməsi faktını təsdiq edir. X3 məxsus ******* saylı əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, X4 01.02.1970-cı il tarixdən 1993-cü il tarixə kimi Zəngilan rayonu, “Lenin” adına sovxozda şöbə mühasibi işləmişdir. X5 məxsus 31.08.1967-ci il tarixli əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, X9 1979-cu il tarixdən 29.10.1993-cü ilin oktyabr ayına kimi Zəngilan rayon 33 saylı X1 iş icraçısı işləmişdir. Biri nci instansiya məhkəməsi qeyd edilən sənədlərə və şahid ifadələrinə əsasən Ərizəçi1 1970-cı ildən 1979-cu il tarixə kimi Zəngilan rayonu, “Lenin” adına sovxozda fəhlə, 1979-cu il tarixdən 29.10.1993-cü ilin oktyabr ayına kimi Zəngilan rayon 33 saylı X1 iş icraçısı işləməsini, lakin məlum hadisələrlə əlaqədar Zəngilan rayonundan məcburi köçkün düşdüyündən əmək kitabçasının işğal olunmuş ərazidə qalmasını, bu səbəbdən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi zərurətinin yaranmasını müəyyən edərək, ərizəni təmin etmiş, gəldiyi nəticəni də Mülki-Prosessual Məcəllənin 307.1, 307.2.11 və 308-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1., 307.2.11 308-ci maddələrinə, habe lə “Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması qaydalarının” 2.5-ci bəndinə istinad edərək ərizənin təmin edilməsi barədə gəldiyi qənaəti əsaslı hesab etmiş, və müəyyən etmişdir ki, məcburi köçkün olması ilə əlaqədar ərizəçinin qeyd edilən illər üzrə Zəngilan rayonu, “Lenin” adına sovxozda fəhlə və 33 saylı X1 iş icraçısı işləməsini təsdiq edən sənədlər yoxdur. Arxiv idarəsindən verilən arayışdan da görünür ki, dövlət arxivinin 1993-cü ilədək olan sənədləri işğal zonasında qalmışdır, heç bir müəssisənin, o cümlədən Zəngilan rayonu, “Lenin” adına sovxozda fəhlə və 33 saylı X2 sənədləri arxivdə yoxdur. Həmçinin ərizəçinin müəyyən olunmasını istədiyi faktı, yəni 1970-cı ildən 1979-cu il tarixə kimi Zəngilan rayonu, “Lenin” adına sovxozda fəhlə, 1979-cu il tarixdən 29.10.1993-cü ilin oktyabr ayına kimi Zəngilan rayon 33 saylı X1 iş icraçısı işləməsini təsdiq edə biləcək lazımi sənədlər yoxdur və bu barədə arxivdə də rəsmi məlumat aşkar olunmamışdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, Mülki Prosessual Məcəllənin 308-ci maddəsinin tələbinə görə də ərizəçi hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən olunmasını o halda xahiş edə bilər ki, o, həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki-Prosessual Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, d əyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əm əliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı; Göründüyü kimi, qüvvədə olan qaydalara əsasən yalnız əmək fəaliyyətinə dair sənədlər üzrlü səbəblərdən təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, əmək stajı məhkəmə qaydasında müəyyən edilə bilər. Ərizəçi1 1970-cı ildən 1979-cu il tarixə kimi Zəngilan rayonu, “Lenin” adına sovxozda fəhlə, 1979-cu il tarixdən 29.10.1993-cü ilin oktyabr ayına kimi Zəngilan rayon 33 saylı X1 iş icraçısı işləməsinə dair sənədlər Zəngilan rayonunun 1993-cü ilin oktyabr ayının 29-da Ermənistan silahlı birləşmələri tərəfindən işğalı ilə bağlı olaraq həmin rayonda qaldığından, həmin s tajın başqa qaydada müəyyən edilməsi mümkün deyildir. Ərizəçi1 1970-cı ildən 1979-cu il tarixə kimi Zəngilan rayonu, “Lenin” adına sovxozda fəhlə, 1979-cu il tarixdən 29.10.1993-cü ilin oktyabr ayına kimi Zəngilan rayon 33 saylı X1 iş icraçısı işləməsini həmin illərdə onunla birlikdə işləmiş şahid təsdiq etmişlər. Şahid ifadələrinin təkzib edilməsi, başqa sözlə, qeyd edilən faktın mövcud olmaması ilə bağlı maraqlı şəxs isə hər hansı dəlil irəli sürməmişdir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-nin: - 80-cı maddəsinə əsasən məhkəmə i şin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən subutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirilmədən saxlayarkən işin faktiki hallarını tam, hərtər əfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətində qətnamənin ləğvi üçün hər hansı tutarlı dəlil göstərilməmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Maraqlı şəxs Azərba ycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında DSMF-nun Zəngilan rayon şöbəsinin kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.12.2019-cu il tarixli 2(105)-3875/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar