Məhkəmə qərarları › İş №2(102)-2774/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2774/2020

27.08.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2774/2020 27.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), X5 və X1 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil, Müstəqil tələb irəli sürən 3-cü şəxs X2 vəkili Cəlalzadə Mehdi Qurbanəli oğlunun iştirakı ilə, İddiaçı tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)4263/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Abşeron Rayon Məhkəməsinin (hakim Sevinc Quliyeva) 2(012)-1750/2019 sa ylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı iddiasının təmin edilməsi, İddiaçı azyaşlı uşağı X9 ilə birlikdə Cavabdeh yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi, iddia ərizəsi verilərkən ödənilmiş 10 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsi, müstəqil tələb irəli sürən üçüncü şəxs X2 İddiaçı məxsus əşyaların evdən çıxarılması tələbinə dair iddiasının rədd olunması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Lətifə Məmmədova sədrlik edən və məruzəçi, Səyyad Qafari, Fuad Məmmədov) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi iləcavabdeh və üçüncü şəxs tərəfindən verilmiş apelyasiya şikayətləri qismən təmin olunmuş, Abşeron Rayon Məhkəməsinin 2(012)-1750/2019 saylı, xx xxxxxxxx 2019-cu il ta rixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evinə köçürülmə tələbinə dair iddia tələbi rədd edilmiş, müstəqil tələb irəli sürən 3-cü şəxs X2 İddiaçı qarşı evdən əşyaların çıxarılması tələbinə dair idiası qismən təmin edilmiş, İddiaçı məxsus yataq dəsti mebeli, kamod, divan, iki ədəd kreslo, soyuducu, yorğan-döşəklər müstəqil tələb irəli sürən üçüncü şəxs X6 məxsus ünvan 1 ünvanındakı torpaq sahəsində yerləşən evdən çıxarılması qət olunmuş, iddia qalan hissədə rədd edilmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evinə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs X10 ərizə verərək İddiaçı məxsus əşyaların onun evindən çıxarılması tələbi ilə məhkəməyə müra ciət etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi, üçüncü şəxsin iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Birinci instansiya məhkəməsi işə baxarkən həmin evə baxış keçirilmiş və onun bütün əmlaklarının həmin evdə olmasını görmüş və fotoşəkillərin çəkmişdir. Bundan başqa iş üzrə ekspertiza təyin edilmiş və hazırda iddiaçının qardaşı X 7un adına olan torpağa dair çıxarışda göstərilən sahə ilə onun yaşadığı mübahisəli evin torpaq sahəsinin üst-üstə düşüb düşmədiyini müəyyən etmək mümkün olmamışdır. Mübahisələndirdiyi ev üzərində ümumiyyətlə 3-cü şəxs X7un hüquqları qeydə alınmamış və bu ev özbaşına tikili hesab edilir. Bundan başqa 3-cü şəxs X7 qeyd edilən torpaq sahəsinin ona məxsus olduğunu deməklə məhkəməyə çıxarışın surətini təqdim etmişdir. Lakin onun yaşadığı evin yerləşdiyi torpaq sahəsi 2013-cü ildə alınmış və həmin torpaq sahəsinin onun keçmiş qaynatası X8un adına olmuş və onlar da öz vəsaitləri hesabına torpaq sahəsi üzərində bu özbaşına tikilini tikmişlər. Yalnız onunla Cavabdeh arasında məhkəmə mübahisələri qalxdıqdan sonra Cavabdeh atası öz adına olan torpaq sahəsini X7a bağışlama yolu ilə vermişdir. 3-cü şəx s X2 vəkili Cəlalzadə Mehdi Qurbanəli oğlu kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tərəflərin izahatları: İddiaçı və onun vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. 3-cü şəxs X2 vəkili Cəlalzadə Mehdi Qurbanəli oğlu məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş mater iallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Əsaslandırıcı hissə: Apelyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı 2008-ci ildə cavabdeh Sahil Qurbanlovla ailə quraraq qayınatasına məxsus Sumqayıt şəhərində yerləşən evə gəlin köçmüş, həmin ev satıldıqdan sonra 2014-cü ildən 2017-ci ilin ortalarınadək qeydiyyatsız olaraq mübahisəli evdə yaşamış, sonradan həmin evdən çıxıb getmiş, 2018-ci ildə cavabdehlə nikahları pozulmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(060)-718/2018 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2009-cu il tarixdə qeydə alınmış nikah pozulmuş, xx.xx.2009-cu il təvəllüdlü X3 anasının yanında qalması və onun yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 120 manat alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2018-ci il tarixli Çıxarışdan görünür ki, Abşeron rayonu, Sahil qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X6 məxsusdur. xx.xx.2018-ci il tarixli Abşeron rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən tərtib olunan aktdan görünür ki, İddiaçı həyat yoldaşı Cavabdeh və övladları X9 ilə birlikdə 2014-cü ildən etibarən onlar üçün tikilmiş fərdi yaşayış evində qey diyyatsız yaşayıblar. İddiaçı cehiz əşyaları hazırda həmin evdədir. İş üzrə verilmiş xx.xx.2019-cu il tarixli mütəxəssis rəyindən görünür ki, X2 xüsusi mülkiyyətində olan 0,06 ha torpaq sahəsinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış, plan və ölçü təqdim olunmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən X2 mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koo rdinatları ilə ünvan 1-də yerləşən fərdi yaşayış evinin üst-üstə düşübdüşməməsinin araşdırılması mümkün olmamışdır. İddiaçı mübahisəli evin onunla cavabdehin yaşaması üçün inşa etdirdiklərini bildirərək azyaşlı uşağı ilə birlikdə həmin evə köçürülməsini tələb edir. Müstəqil tələb irəli sürən üçüncü şəxsdə iddiaçıya məxsus əşyaların mübahisəli evdən çıxarılmasnı tələb edir. İddiaçı iddia tələbini rədd edən apelyasiya instansiyası məhkəməsi Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə istinad edərək gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı həmin evin onunla cavabdehin yaşaması üçün tikildiyini bildirsə də, buna dair hər hansı bir sübut təqdim edə bilməmişdir. Eləcə də iş materiallarından görünür ki, mübahisəli evin inşa edildiyi 0,06 ha torpaq sahəsi mülkiyyət hüququ əsasında X6 məxsusd ur. Belə olduqda üçüncü şəxsin mübahisəli evə gözlənilən mülkiyyət hüququ vardır. Bundan başqa müəyyən olunmuşdur ki, iddiaçı üçüncü şəxsin ailə üzvü deyildir. Üçüncü şəxsin iddia tələbini qismən təmin edən apelyasiya instansiyası məhkəməsi bu hissədə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının və Mülki Məcəllənin mülkiyyət hüququ ilə bağlı normalarına, «İnsan Hüquqlarının və X4» haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə istinad edərək belə əsaslandırmışdır ki, X8 X8 məxsus yataq dəsti mebeli, kamod, divan, iki ədəd kreslo, soyuducu, yorğan-döşəklər və müxtəlif qablardan ibarət əşyalar üçüncü şəxsin mülkiyyətində olan ünvan 1 ünvanındakı torpaq sahəsində yerləşən evdən çıxarılmalıdır. Məhkəmə kollegiyası məruzəçini, məhkəmə kollegiyasının iclasında iştirak ed ən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməli və mülki iş yenidən baxıması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Çünki apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla bərabər işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Apelyasiya instansiyası məhkəməsi bu nəticəyə gələrkən iş materiallarında olan sübutları tam, hərtərəfli və obyektiv tədqiq etməmişdir. Belə ki, iş materiallarından görünür ki, mübahisənin predmeti olan ünvan 1-də yerləşən fərdi yaşayış evi özbaşına tikilidir, evin hüquqi statusuna dair işdə heç bir sübut yoxdur. İş üzrə tərəflərin həmin yaşaşyış evinə hər hansı hüquqlarının olması müəyyən edilmir. İddiaçı mübahisəli evin tikintisi zamanı onunla Cavabdeh birgə vəsaiti sərf edildiyini, onların yaşayış evinə aidiyyatının olduğunu göstərmişdir. İddiaçının bu izahatı iş materiallarında olan akt, kommunal xidmətlərə dair abonent saldoları və işin digər halları ilə müəyyən edilir. İddiaçının cavabdehin təşəbbüsü ilə həmin evə köçürülməsi, ailə üzvü kimi orada yaşaması, sonradan evi könüllü surətdə deyil, cavabdehlə münasibətlərinin gərginləşməsi səbəbindən tərk etməsi də iş materiallarından irəli gələn hallardır. Belə olan halda apellyasiya instansiyası məhkəməsi mübahisəli yaşayış evinin təkcə üçüncü şəxsə məxsus olması barədə nəticəyə gəlməkdə səhvə yol vermiş, iddiaçının həmin evə aidiyyatı məsələsi müəyyən edilməmişdir. Halbuki həmin məsələnin müəyyən olunması mübahisənin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Həm işdə iştirak edən şəxslərin izahatları, Yerli İcra Hakimiyyəti orqanı tərəfindən tərtib edilmiş akt, Sumqayıt Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş xx xxxxx 2015-ci il tarixli qətnaməsi, fotoşəkillər, kommunal xidmətləri göstərən müəssisələrin arayışları ilə müəyyən edilmişdir ki, İddiaçı Cavabdehla rəsmi nikah bağlamaqla ailə qurmuş, qaynatası X8un mülkiyyətində olan və Sumqayıt şəhərində yerləşən 4 otaqlı mənzilə gəlin köçmüş, sonradan həmin mənzil xx.xx.2013-cü il tarixdə X7 adlı şəxsə satılmış, məhkəmə qətnaməsi ilə həm İddiaçı, həm də Cavabdeh həmin mənzildən istifadə hüququ itirilmiş heasb edilmişdir. Mənzil satıldığı vaxtdan iddiaçı, əri, qaynatası və digər ailə üzvləri mənzili tərk etmiş, əmlaklarını da çıxarmışlar. Mübahisəli ünvanda eyni layihə üzrə inşa edilmiş 2 yaşayış evinin olması iş materiallarına əsasən müəyyən edilmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs X7un 0,06 ha torpaq sahəsinə mülkiyyət hüququ xx.xx.2018-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır və mütəxəssis rəyinə görə, həmin sahə mübahisəli yaşayış evinin yeləşdiyi torpaq sahəsi ilə üst-üstə düşmür. Apel yasiya instansiyası məhkəməsi şərh olunan hallara və işdə olan sübutlara diqqət yetirmədən, onlara hüquqi qiymət vermədən iddiaçının mübahisəli yaşayış evinə aidiyyatının olmaması barədə nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın İddiaçı yaşayış evinə köçürülməsi tələbinin rədd olunması hissədə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunmalıdır. Məhkəmə kollegiyası üçüncü şəxsin iddia tələbinin ididaçıya qızına məxsus əşyyaların münbahisəli evdən çıxarılmasının təmin olunması hissəsi ilə bağlı qeyd edir ki, həmin tələb İddiaçı yaşayış evinə köçürülməsi tələbinin təmin olunub-olunmamasından asılıdı r, ona görə də həmin hissədə də apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməlidir. İşin yuxarıda qeyd olunan hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməldir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün q ətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-4263/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar