Məhkəmə qərarları › İş №2(102)-2775/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2775/2025

09.10.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2775/2025 09.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Xaçmaz rayon 1 saylı Notariat Ofisi) mülki iş üzrə QƏRARİ Açar sözlər: miras əmlakda payın müəyyən edilməsi və naturada bölünməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Baxışova Vüsalə Ələkbər qızı (məruzəçi), Əliyev Zaur Əli oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Xaçmaz rayon 1 saylı Notariat Ofisi olmaqla) qarşı “miras əmlakda payın müəyyən edilməsi və naturada bölünməsi tələbinə dаir mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-722/2025 saylı 08 may 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 09 oktyabr 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçının X5 2003-cü ildə, nənəsi X6 xx.xx.2006-cı ildə vəfat etmişdir. Cavabdeh iddiaçının əmisidir.

2. Tərəflər arasındakı mübahisə aşağıdakı əmlaklardakı miras payları ilə bağlı yaranmışdır. - Xaçmaz rayonu Yergüc kəndində yerləşən 1,19 hektar torpaq sahəsi Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 30 dekabr 1996-cı il tarixli 12 nömrəli qərarına əsasən X21, X16, X10, X22 və İddiaçı birgə mülkiyyətinə verilmişdir. - Xaçmaz rayonu Yergüc kəndində yerləşən 0,31 hektar torpaq sahəsi Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 3 0 dekabr 1996-cı il tarixli 12 nömrəli qərarına əsasən X21, X16, X10, X22 və İddiaçı birgə mülkiyyətinə verilmişdir (JN 2766 kod ********). - ünvan 1ində 2 otaqlı, cəmi 154.4 kv.m sahəsi olan fərdi yaşayış evi X13 adına xx.xx.1988-ci ildə qeydiyyata alınmış, X6 ilə birgə nikah dövründə əldə edilmişdir.

3. X21 ilə X1 6 övladı (X20, X26, X27, X23, Cavabdeh, X14) var və övladlarından heç biri valideynlərindən miras qalmış əmlakların qəbulundan imtina etməmişdir.

4. X6 özünə məxsus bütün əmlakını nəvəsi İddiaçı vəsiyyət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X5nun xx.xx.2003-cü il tarixdə vəfatından sonra miras qalmış Xaçmaz rayonu Yergüc kəndində yerləşən yaşayış evindən, 0,31 ha həyətyan ı torpaq sahəsində və 1,19 ha kənd təsərrüfatlı torpaq sahəsində ona məxsus olmuş paydan ibarət mirasın nənəsi X11 tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi, sonuncunun xx.xx.2006-cı il tarixdə vəfatından sonra miras qalmış yaşayış evinin, 0,3 ha həyətyanı torpaq sahəsində və 1.19 ha kənd təsərrüfatlı torpaq sahəsində ona məxsus olmuş paylardan ibarət miras əmlakın ona düşən, tərəfindən vəsiyyətnamə üzrə qəbul edilmiş payın müəyyən edilməsi və onun naturada ayrılaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırmışdır ki, xx.xx.1990-ci ildə ünvan 1ində anadan olmuş, valideynləri olan atası X27 ilə anası X16 13 iyun 1988-ci ildə rəsmi nikah bağlamaqla ailə həyatı qurmuş, həmin tarixdə də anası Zərifə ata babası olan X17 məxsus ünva n 1ində yerləşən evə gəlin köçmüşdür. Valideynləri ailə həyatı qurarkən atası daimi Rusiya Federasiyasında yaşamış, ona görə də ailə həyatı qurduqdan sonra da atası Rusiya Federasiyasına qayıtmışdır. Evdə babası Məlik, nənəsi X11, anası X16 və onlar yaşamışlar. X5 27 fevral 2003-cü il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra miras qalmış Xaçmaz rayonu, Yegüc kəndində yerləşən yaşayış evi, evin yerləşdiyi həyətyanı torpaq sahəsində və kənd təsərrüfatı təyinatlı torpaq sahəsindəki paylardan ibarət mirası 1-ci dərəcə vərəsə olaraq həyat yoldaşı olan (yəni nənəsi) X11 faktiki olaraq idarə etməklə qəbul etmişdir. X35 10 mart 2006-cı il tarixdə vəfat etmişdir. O, vəfat etməzdən əvvəl, yəni 01 mart 2006-cı il tarixdə qanuni təsdiq edilmiş vəsiyyətnamə ilə Xaçmaz rayonu Yergüc kəndində yerləş ən yaşayış evini, həyətyanı və özəl pay torpaq payını əmanət kassasında olan pullarını və bütün əmlakını ona vəsiyyət etmişdir. Vəsiyyət üzrə vərəsə olaraq mərhum nənəsindən miras qalmış əmlakı faktiki olaraq idarə etməklə və ona yiyələnməklə qəbul etmişdir və bu günə kimi həmin əmlakı idarə edir. Cavabdehlərdən Cavabdeh onun doğma əmisidir. O, hələ babasının və nənəsinin sağlığında evdən köçüb getmiş, ünvan 1ində özünə məxsus evdə yaşamışdır. O, nənəsinin ölümündən təxminən 1 il keçdikdən sonra özünə məxsus evini, meyvə bağlarını sataraq onların yaşadığı, yəni X35dan miras qalmış evə köçərək 1-ci mərtəbəsində məskunlaşmışdır. Həmin vaxt anası Zərifə Hüseynova etiraz etməmişlər ki, cavabdeh əmisidir, özünə başqa yaşayış yeri əldə edənə kimi miras evdə müvəqqəti yaşasın. Bu yaxınlarda cav abdeh əmisi onların evdə olmamalarından istifadə edərək miras evin 2-ci mərtəbəsindəki əmlakları özbaşına olaraq oradan çıxarıb evin 1-ci mərtəbəsinə ataraq özü ailəsi ilə birlikdə evin 2-ci mərtəbəsinə köçüb yaşamağa başlamışdır. Bu zəmində aralarında mübahisələr yaranmışdır. Hesab edir ki, Cavabdeh bu cür hərəkətlər etməsi tamamilə qanunsuzdur, miras əmlakla bağlı onun hər hansı hüququ yaranmamışdır. Əksinə o vəsiyyət üzrə vərəsə olaraq mərhum X35dan miras qalmış əmlakı qəbul etmişdir. Miras əmlaka dair hüquqlarını qanuna müvafiq rəsmiləşdirilməsi üçün Xaçmaz rayon 1 saylı Notariat Ofisinə müraciət etmiş, notariat ofisinin notariusu F.S.Məmmədovun 30 iyun 2020-ci il tarixli 336 saylı məktubu ilə ona cavab verilmişdir ki, X3 vəfatından sonra miras qalmış ünvan 1i ünvanında yerləşən torpaq sahəsi və evə dair vərəsəlik işi mübahisə xarakteri daşıyır. Bu səbəbdən notariat əməliyyatının aparılması qeyri-mümkündür və məsələ ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyə olunur. Beləliklə X5nun ölümündən sonra yaşayış evindən, həyətyanı torpaq sahəsində və pay torpaq sahəsində ona məxsus olmuş paylardan ibarət mirası həyat yoldaşı (nənəsi) X11 faktiki olaraq qəbul etmişdir. Nənəsi isə yuxarıda qeyd edildiyi kimi vəsiyyətnamə ilə özünəməxsus bütün əmlakı ona vəsiyyət etmişdir. Nənəsinin öldüyü vaxt onun 16 yaşı olmuşdur. O, miras evdə yaşamaqla mirası faktiki olaraq qəbul etmişdir. Xaçmaz rayonu, İcra Hakimiyyətinin Başçısının Yergüc kənd İƏD nümayəndəsinin arayışı ilə təsdiq olunur ki, miras qoyan X3 ölümündən sonra evi və təsərrüfatı İddiaçı idarə edir. Cavabdeh miras əmlakı qanun da nəzərdə tutulmuş qaydada və müddətdə qəbul etməmişdir. İddia ərizəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145, 1159, 1246, 1255-ci maddələrinə istinad etmişdir.

7. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-35/2025 nömrəli, 31 yanvar 2025-ci il tarixli qətnaməsi (hakim Sərxan Səmədzadə) ilə iddia qismən təmin edilərək, mərhum X13 adına xx.xx.1988-ci ildə qeydiyyata alınmış ünvan 1ində 2 otaqlı, cəmi 154.4 kv.m sahəsi olan fərdi yaşayış evindən mərhum X7 çatası miras payından sonuncunun vəsiyyət üzrə vərəsəsi İddiaçı vəsiyyətnamə əsasında 9/28 hissə payının, torpağın mülkiyyətə verilməsinə dair JN 2766 saylı 30209018 kodlu şəhadətnaməyə əsasən ünvan 1ində yerləşən 0,31 ha torpaq sahəsindən mərhum X7 düşən miras payından İddiaçı vəsiyyətnamə əsasında 9/70 hissə payının və Hüquqların dövlə t qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********81 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 1ində yerləşən 1,19 ha torpaq sahəsindən mərhum X7 düşən miras payından İddiaçı vəsiyyətnamə əsasında 9/70 hissə payının müəyyən edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, qətnamənin miras əmlaka vərəsəlik şəhadətnaməsinin verilməsi və qanunvericiliklə nəzərdə tutulmuş qaydada hüquqların qeydə alınması üçün əsas olması qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı mülki iş məhkəməyə xx.xx.2023-cü il tarixdə daxil olduğundan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarının 3-cü bəndinin təsiri altına düşür. Belə olan halda isə, İddiaç ı iddia tələbinin miras əmlakı faktiki qəbul etməsinə dair hissəsi əsassızdır və rədd edilməlidir. Lakin, İddiaçı X35nın vəsiyyət üzrə vərəsəsi olduğundan, nənəsindən qalan miras payları aşağıdakı kimi, müəyyən edilməlidir: X13 xx.xx.2003-cü il tarixdə vəfatından sonra miras qalmış ünvan 1ində yerləşən fərdi yaşayış evi X11 ilə birgə nikah dövründə əldə olunduğundan həmin evdən Çiçək Hüseynovanın ½ pay və Məlik Hüseynovun ½ payı müəyyən edilir. 2003-cü ildə Məlik Hüseynovun ölümündən sonra, Çiçək Hüseynova 2006-cı ildə bütün əmlakını vəsiyyətnamə üzrə nəvəsi İddiaçı vəsiyyət etmişdir. Lakin həmin vəsiyyətnamə ilə hansı əmlakın və hansı payda vəsiyyət edilməsi göstərilməmişdir. Məhkəmə xüsusi ilə qeyd edir ki, sözügedən vəsiyyətnamə məhkəmə qaydasında mübahisələndirilsə də, məhkəmə qətnam əsi ilə qüvvəsində saxlanılmış və həmin qətnamə qanuni qüvvəsini almışdır. Hazırda 10 mart 2006-cı il tarixli Çiçək Hüseynovanın nəvəsi İddiaçı verdiyi vəsiyyətnamə qüvvədə olan hesab edilir. X29 rayonu, Yergüc kəndində yerləşən fərdi yaşayış evinə dair ½ payı olduğundan, o, vəsiyyətnaməsi üzrə vəsiyyətinin yalnız həmin pay üzrə sərəncam vermək hüququna malik olmuşdur. Lakin miras qoyanın digər birinci dərəcəli vərəsələri də mövcud olduğundan, onların da məcburi pay almaq hüquqları təmin edilməlidir. Çiçək Hüseynova özünə məxsus olan ½ payın yalnız yarısını, yəni ¼ payını vəsiyyətnamə üzrə nəvəsi İddiaçı vəsiyyət edə bilərdi. Bundan başqa, Çiçək Hüseynovanın vəfat edən ərindən (Məlik Hüseynovdan) qalan ½ paydan da payı mövcud idi. Məlik Hüseynovun ölən gününə 7 vərəsəsi (1 arvadı və 6 övla dı) mövcud idi. Bu o deməkdir ki, Çiçək Hüseynovanın ərinin ½ payından ona çatası miras payı 1/14 pay təşkil edir. Yuxarıda qeyd olunan payları riyazi hesablama nəticəsində toplayarkən nəticə çıxır ki, X11 fərdi yaşayış evindən nəvəsi İddiaçı 9/28 pay vəsiyyət etmək hüququna malik idi. 9. 0,31 ha və 1,19 ha torpaq sahələri Aqrar İslahatlar Komissiyasının qərarları ilə X21, X11, X16, İddiaçı və X18 verilmişdir. Göründüyü kimi, hər iki torpaq sahəsi 5 nəfərin adına verildiyindən, X3 həmin torpaq sahələrindən 1/5 payının mövcud olması mübahisəsiz haldır. Məcburi pay ilə bağlı hüquq norması tətbiq edilərək X11 öz 1/5 payından yalnız 1/10 payını nəvəsinə vəsiyyət edə bilər. Çiçək Hüseynovanın əri Məlik Hüseynovdan da qalan 1/5 paydan Məlik Hüseynovun 7 vərəsəsi olduğundan, onun torpaq sahələrin də olan 1/5 payı 7 vərəsə arasında bölündükdə hər vərəsəyə 1/35 pay düşür.

10. Yuxarıda qeyd olunan payları riyazı hesablama nəticəsində toplayarkən nəticə çıxır ki, X11 0,31 ha və 1,19 ha torpaq sahələrindən nəvəsi İddiaçı 9/70 pay vəsiyyət etmək hüququna malik idi. b)Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. İddiaçı apellyasiya şikayəti verərək, Xaçmaz Rayon Məhkəməsinin 2(067)35/2025 nömrəli, 31 yanvar 2025-ci il tarixli, qətnaməsinin ləğv edilməsini, məhkəmədə müəyyən olunmuş sübutlar və faktlar əsasında iddia tələbinin tam təmin edilməsi və miras üzrə payların yenidən düzgün qaydada bölüşdürülməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, X35nın onun adına verdiyi vəsiyyətnamə cavabdeh və digər vərəsələr tərəfi ndən mübahisələndirilsə də, ona verilmiş vəsiyyətnamə məhkəmələr tərəfindən qüvvədə saxlanılmışdır. İddiaçı olaraq o, miras açıldığı andan vəsiyyət üzrə vərəsə kimi miras əmlakı faktiki qəbul etməklə, bunu şəksiz nümayiş etdirməklə, habelə onun idarəçiliyini həyata keçirməklə mirası qəbul etmişdir. Məhkəmə babası Məlik Hüseynovdan X35ya keçmiş payı və nənəsi tərəfindən ona vəsiyyət edilmiş mirasın kütləsini və həcmini düzgün müəyyən etməmiş, onun payını qanunvericiliyə uyğun ayırmamış, vəsiyyətnamə üzrə ona böyük miqdarda pay düşməli olduğunu nəzərə almamışdır. Həmçinin məcburi pay almalı olan şəxslərin paylarını əsassız olaraq artıraraq onun mülkiyyət hüquqlarını pozmuşdur. Birinci instansiyası məhkəməsi sübutlara düzgün qiymət vermədiyindən paylar düzgün bölüşdürülməmişdir.

13. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər: Mirbahəddin Hüseynov (sədrlik edən və məruzəçi) Zahid Məmmədov və İlqar Dəmirov) 2(105)722/2025 nömrəli iş üzrə 08 may 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 31 yanvar 2025-ci il tarixli qətnaməsinin dəyişdirilməsi, Xaçmaz rayonu Yergüc kəndində torpağın mülkiyyətə verilməsinə dair JN 2766 (kod ********) nömrəli şəhadətnamənin aid olduğu 0,31 ha həyətyanı torpaq sahəsi və orada yerləşən fərdi yaşayış evində və Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2020-ci il tarixli **********81 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın aid olduğu 1,19 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində İddiaçı (iddiaçı) mülkiyyə t payı 11/35 hissə, X9 mülkiyyət payı 7/35 hissə, X15 mülkiyyət payı 7/35 hissə, qalan 10/35 hissə isə Cavabdeh (cavabdeh), X20, X26, X27, X23 və X8 ümumi (birgə) mülkiyyət payları kimi müəyyən edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

14. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iş üzrə birinci mirasqoyan X21 2003-cü ildə vəfat etmiş, heç kəsin adına vəsiyyətnamə verməmiş, onun qanun üzrə birinci növbəli 7 vərəsəsi olmuşdur: həyat yoldaşı X10 və övladları - X20, X26, X27, X23, Cavabdeh, X14. Torpağın mülkiyyətə verilməsinə dair JN 2766 (kod ********) nömrəli şəhadətnaməyə əsasən X21, X16, X10, X22 və İddiaçı birgə mülkiyyətinə verilmiş 0,31 hektar həyətyanı torpaq sahəsində onların hər birinin 1/5 hissə mülkiyyət payı olduğu kimi, həmin torpaq sahəsində əvvəllər inşa edilmiş yaşayış evi üzərində də hər birinin eyni nisbətdə (1/5 hissə) mülkiyyət paylarının olması qəbul edilməlidir. Çünki, həyətyanı torpaq sahəsinə paylı mülkiyyət hüququ əldə edilənədək həmin torpaqda inşa edilmiş ev üzərində X21 və X4 mülkiyyət, digərlərinin isə istifadə hüququ olmuşdur. Lakin, həyətyanı torpaq sahəsi həmin evdə yaşayan şəxslərin bərabər paylı birgə mülkiyyətinə çevrildiyindən, habelə qanuna görə torpaq sahəsi və üzərindəki ev birlikdə vahid daşınmaz əmlak obyekti sayıldığından sözügedən evdə yaşayan həyətyanı torpaq sahəsinin mülkiyyətçiləri həm də bu evin birgə mülkiyyətçiləri hüququnu əldə edirlər. Ona görə də məhkəmə kollegiyası hesab etmişdir ki, mərhum X12 qanun üzrə vərəsələrinə Xaçmaz rayonu Yergüc kəndind ə yerləşən fərdi yaşayış evi, 0,31 ha həyətyanı torpaq sahəsinin və 1,19 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/5 hissəsi həcmində miras qalmış, mirasdan imtina edən vərəsə olmamış, mirasdan hər vərəsənin payı 1/35 hissə təşkil etmişdir. Bundan sonra X4 qeyd edilən daşınmaz əmlaklarda ümumilikdə 8/35 (1/35 + 1/5) hissə mülkiyyət payı yaranmışdır. Həmin əmlaklarda mərhum X13 digər vərəsələrinin (6 övladının) birlikdə miras (mülkiyyət) payları 6/35 hissə, İddiaçı (iddiaçı), X16 və X15 isə hər birinin 7/35 hissə mülkiyyət payları olmuşdur.

15. X10 2006-cı ildə vəfat edəndə onun 6 nəfər məcburi pay hüququ olan (övladları X20, X26, X27, X23, Cavabdeh, X14) və 1 nəfər vəsiyyətnamə üzrə vərəsələri olmuş, mirasdan imtina edən vərəsə olmamışdır. Belə olduğu halda Xaçmaz rayonu Yergüc kənd ində yerləşən fərdi yaşayış evi və 0,31 ha həyətyanı torpaq sahəsinin və 1,19 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mərhum X2 miras qalmış 8/35 hissəsindən məcburi pay hüququ olan vərəsələrinə (6 övladına) 4/35 hissə, vəsiyyətnamə üzrə vərəsə olan nəvəsi (iddiaçı) İddiaçı da 4/35 hissə miras pay düşür. Beləliklə, Xaçmaz rayonu Yergüc kəndində yerləşən fərdi yaşayış evi və 0,31 ha həyətyanı torpaq sahəsinin və 1,19 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mərhumlar X21 və X4 mülkiyyətlərinə aid olmuş hissəsindən onların 6 övladına ümumi olaraq 10/35 (6/35 + 4/35) hissə, vəsiyyətnamə üzrə vərəsə (iddiaçı) İddiaçı isə 4/35 hissə miras pay çatır. Nəticədə Xaçmaz rayonu Yergüc kəndində yerləşən fərdi yaşayış evi və 0,31 ha həyətyanı torpaq sahəsində və 1,19 ha kənd təsərrüfatı tə yinatlı torpaq sahəsində İddiaçı mülkiyyət payı 11/35 (7/35 + 4/35) hissə, X9 mülkiyyət payı 7/35 hissə, X15 mülkiyyət payı 7/35 hissə, Cavabdeh və 5 nəfər bacı-qardaşının (X20, X26, X27, X23 və X8), yəni mərhumlar X21 və X4 6 nəfər övladlarının birlikdə mülkiyyət (miras) payları 10/35 hissə təşkil edir

16. İddiaçı iddia ərizəsində ifadə etdiyi hüquqi marağı onun mülkiyyət və vərəsəlik paylarının olduğu Xaçmaz rayonu Yergüc kəndində yerləşən fərdi yaşayış evi və 0,31 ha həyətyanı torpaq sahəsində və 1,19 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində əmlak payının müəyyən edilməsinə və ayrılmasına yönəlmişdir. İddiaçının vəsiyyətnamə üzrə mərhum nənəsinin vərəsəsi olması mübahisə doğurmur və mirasdan imtina etməməsi onun həmin mirası qəbul etməsini ehtiva edir, bunun məhkəmə tərəfindən əla və müəyyən edilməsinə və ya təsdiqlənməsinə lüzum yoxdur. Ona görə də birinci instansiya məhkəməsi düzgün olaraq iddianı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair hissədə əsassız saymış və təmin etməmişdir. Məhkəmə xüsusi olaraq qeyd etmişdir ki, Çiçək Hüseynovanın nəvəsi İddiaçı üçün verdiyi 10 mart 2006-cı il tarixli vəsiyyətnamə məhkəmə qaydasında mübahisələndirilsə də, məhkəmə qətnaməsi ilə etibarlı sayılmış və müvafiq qətnamə qanuni qüvvəsini almışdır. Birinci instansiya məhkəməsinin İddiaçı və digər maraqlı şəxslər arasında miras əmlakı paylara bölüşdürməsinə baxmayaraq, birgə mülkiyyətin iştirakçılarının ümumi əmlaklarda yaranmış paylarının həcmini düzgün müəyyən etməmişdir.

17. Məhkəmə qeyd etmişdir ki, vərəsəlik mübahisəsi üzrə çıxarılan məhkəmə qərarı bir q ayda olaraq, miras əmlaka payların müəyyən olunması və ya mirasın bölüşdürülməsi, yaxud digər ixtilaflar üzrə vərəsələr arasındakı mübahisəni birdəfəlik həll edir və yekun hüquqi nəticə yaradır. Vərəsələrin miras əmlaka paylarını təsbit edən (və ya mirasın bölüşdürülməsi nəticəsində konkret əşyalar üzərində vərəsələrin mülkiyyət hüquqlarını tanıyan) məhkəmə qərarı ilə miras şərikliyinə, dolayısı ilə vərəsəlik hüquq münasibətlərinə son verilir. Odur ki, məhkəmə, göstərilən münasibətlərlə bağlı mübahisəni həll etdikdə (və ya bundan sonra) eyni miras əmlaka dair eyni vərəsələrə vərəsəlik şəhadətnaməsi verilməsinə ehtiyac olmur və həmin məsələlərlə bağlı notariat orqanı tərəfindən daha əvvəl şəhadətnamə verildiyi halda onun da hüquqi əhəmiyyəti qalmır. Vərəsəlik mübahisəsini həll edən məhkəmə aktı qanuni qüvvəsini aldıqdan sonra tərəflər üçün məcburi, müvafiq orqanda qeydiyyatın aparılması üçün əsas olur. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarları (o cümlədən mübahisəli daşınmaz əmlaka münasibətdə vərəsələrin hüquqlarını həll etmiş məhkəmə aktı) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün müstəqil əsaslardan biridir (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.4-cü maddəsi).

18. İddiaçının payların naturada ayrılması tələbinə dair məhkəmə kollegiyası qeyd etmişdir ki, bundan ötrü iddiaçı əvvəlcə öz mülkiyyət payına düşən əmlakı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmalıdır. Bu zaman iddiaçı, onun anası (X16) və bacısı (X22) öz mülkiyyə t paylarını birləşdirə və birinin adına sənədləşdirə (qeydiyyata aldıra) bilərlər. İddiaçı apellyasiya baxışı zamanı izahatında belə bir niyyətlərinin olmasını bildirmişdir. Paylı mülkiyyətin digər iştirakçıları da öz payları barəsində oxşar sərəncamlar verə bilərlər. Qeyd olunanlara əsasən hazırda mübahisə predmeti olan daşınmaz əmlakların naturada bölünməsi mümkün deyildir. Bundan ötrü həm də paylı mülkiyyətin iştirakçıları Mülki Məcəllənin 220-ci maddəsinin tələb etdiyi qaydalara əməl etməli və müvafiq mərhələləri keçməlidirlər.

19. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1151, 1193, 1194, 1196, 1255, 1301-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli Qərarı, “Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi, 29cu maddəsinin İ və Vİİ hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1194-cü maddələrinin həmin Məcəllənin 372, 373, 1166, 1202.2 və 1255-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 21 iyun 2024-cü il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. Cavabdeh kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-722/2025 nömrəli xx.xx.2025-ci il tarixli qət naməsinin tamamilə ləğv edilərək hər iki məhkəmədə müəyyən edilmiş hallar və sübutlar əsasında iddia tələbinin birinci instansiya məhkəməsinin qətnaməsindəki şəkildə qismən təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1151.1-ci maddəsinin tələbi pozulmuşdur. İşdə olan qeydiyyat vəsiqəsindən görünür ki, Xaçmaz rayonunun Yergüc kəndində 2 otaqlı, 154,4 kv.metrlik fərdi yaşayış evi M.A.Hüseynovun adına qeydə alınmışdır, yəni evin vahid mülkiyyətçisi o olmuşdur. Buna baxmayaraq, işə baxan apellyasiya məhkəməsi bu əmlakı paylı mülkiyyət kimi müəyyən etmiş və bunun nəticəsində M.A.Hüseynovun qanun üzrə vərəsələrinə az pay çatmışdır. Məhkəmənin evin yerləşdiyi torpaq sahəsinin paylı mülkiyyətdə olması əsası ilə evin də paylı mülkiyyət kimi qəbul etməsi anlaşılan deyil, çünki 1988-ci ildə mövcud olan qanunvericiliyə əsasən torpaq sahəsi onun üzərində yerləşən fərdi yaşayış evi ilə vahid əmlak kimi qəbul edilmirdi. Bundan başqa, mübahisəli evə dair hüquq müəyyənedici sənəd 1988-ci ildə, onun yerləşdiyi torpaq sahəsinə dair sənəd isə 1996-cı ildə alınmasına baxmayaraq, məhkəmə zaman baxımından daha sonra əldə edilmiş sənədi mötəbər sənəd kimi qəbul etmiş, qanun üzrə vərəsələrin, o cümlədən də cavabdehin miras hüquqlarını pozmuşdur. Torpaq sahələrinə nisbətdə də miras payı ədalətli şəkildə bölünməmişdir.

22. Həmçinin məhkəmə qaldırılmış tələbdən kənara çıxmaqla akt qəbul etmiş, bununla da MPM-nin 217.3-cü maddəsinin tələblərini pozmuşdur. Bundan başqa, məhkəmə iş ü zrə tərəf kimi iddiaçını və cavabdehi tanısa da, heç bir statusu olmayan şəxslərə qətnamə ilə pay haqqı tanımışdır. Bununla da, prosessual pozuntu törədilmiş və qanun üzrə digər vərəsələr mübahisəyə cəlb edilməmiş, işə obyektiv baxılmamış, mübahisə üzrə ətraflı araşdırma aparılmamış, bunun nəticəsində isə qanunsuz qətnamə qəbul edilmişdir.

23. Kassasiya şikayətində, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1, Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 77.1, 218.3, 417.1.4, 418.1-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 yanvar 2021-ci il tarixli Qərarına istinad olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

25. Qanunun tələbinə görə, kassasiya in stansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

26. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlüklə mübahisələndirdiyindən, hazırki kasassiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

27. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyan ın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

28. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

29. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.

30. Maddə 1151. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamədək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu, habelə ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir.

31. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.

1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).

32. Maddə 1162. Sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir.

33. Maddə 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.

34. Maddə 1194. Məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər;

35. Maddə 1196. Vərəsələrdən hər birinin məcburi payı müəyy ənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır;

36. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır;

37. Maddə 1301: (1301.1) Əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər; (1301.2) Əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər; (1301.3) Əgər miras açıl dıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər. Azərbaycan SSR Nikah və Ailə Məcəlləsi (xx.xx.1970-ci ildə qüvvəyə minmiş)

38. Maddə

23. Ər-arvadın nikah müddətində qazandıqları əmlak, o cümlədən mənzil tikintisi və bağ tikintisi kooperativlərinə verdikləri paylar onların ümumi birgə mülkiyyətidir. Əmlakın ər və ya arvadın qazancı (gəliri) hesabına əldə edilib-edilməməsindən asılı olmayaraq ər-arvad bu əmlaka bərabər sahiblik, istifadə və sərəncam hüququna malikdirlər. Ər-arvadın ikisindən biri ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduqda və ya digər üzürlü səbəbə görə onun müstəq il qazancı olmadıqda da onlar əmlak üzərində bərabər hüquqa malikdirlər. Nikah müddətində qazanılmış əmlakın ər-arvadın birinin adına yazıldığından asılı olmayaraq həmin əmlak üzərində onların hər ikisinin hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

40. Maddə 416.1.Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edi lməsini yoxlayır.

41. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən hesab edir ki, qətnamə ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.

43. Azərbaycan Respublikası MPM-in 418.4.6-cı maddəsinə əsasən məhkəmə işdə iştirak etməyə cəlb edilməmiş şəxslərin hüquq və vəzifələrinə dair onların hüquqlarının pozulmasına səbəb olan qətnamə və ya qərardad qəbul etmişsə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməlidir.

44. Mübahisələndirilən qətnamə ilə X20, X26, X27, X23 və X8 X21 və X1 vərəsələri olduqları və miras əmlakda payları müəyyən edildiyi halda həmin şəxslər işdə iştirak etməyə cəlb edilməmişlər.

45. Kollegiya apellyasiya məhkəməsinin bu mövqeyi ilə razılaşır ki, hazırkı mübahisə üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli Qərarı tətbiq edilərək Qərarda müəyyən edilmiş hüquqi mövqeyə uyğun qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsələr mirası qəbul etmiş vərəsə hesab edilməli və miras qoyanın birinci növbəli vərəsələri müəy yənləşdirilməklə miras əmlakdakı payların müəyyən edilməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir.

46. Kassasiya şikayətində miras əmlaka daxil olan torpaq sahələri üzərində tərəflərin paylarının apellyasiya məhkəməsi tərəfindən düzgün müəyyənləşdirilmədiyi qeyd edilsə də, bu mövqe əsaslandırılmamışdır. Bu hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən pozuntuya yol verildiyi müəyyən edilməmişdir.

47. Lakin məhkəmə kollegiyası kassasiya şikayətinin bu dəlili ilə razılaşır ki, ünvan 1ində 2 otaqlı, cəmi 154.4 kv.m sahəsi olan fərdi yaşayış evi üzərində tərəflərin miras payı müəyyənləşdirərkən maddi hüquq normaları düzgün tətbiq edilməmiş, məhkəmə həmin əmlaka dair miras payını X21, X16, X10, X22 və İddiaçı birgə mülkiyyətində olan torpaq sahələri ilə ey ni qaydada müəyyən etmişdir.

48. Halbuki torpaq sahələri iddiaçının paylı mülkiyyətində olduğu halda, fərdi yaşayış evi xx.xx.1988-ci ildə X21 tərəfindən nikahda olduğu dövrdə əldə edilmişdir. Bu əmlakın ər-arvadın ümumi birgə mülkiyyəti hesab olunub-olunmadığına hazırda qüvvədə olan Ailə Məcəlləsinin normaları əsasında deyil, əldə edilən dövrdə qüvvədə olmuş Azərbaycan SSR Nikah və Ailə Məcəlləsinin 23-cü maddəsi tətbiq edilməklə hüquqi qiymət verilməli, X21 vəfat etdikdən sonra onun arvadı və digər vərəsələrinə düşən miras payı müəyyənləşdirilməli, o cümlədən X1 vəfatından sonra qanun üzrə birinci növbəli vərəsələrin məcburi payı və vəsiyyətnamə əsasında iddiaçının əldə etməli olduğu pay MM-nin 1133, 1151, 1159.1, 1162, 1193, 1194, 1196, 1301-ci maddələrinin tələbləri nəzərə alınmaqla mü əyyən edilməlidir.

49. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-722/2025 saylı 08 may 2025-ci il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.

50. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-722/2025 saylı 08 may 2025-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar