Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2776/2023 27.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı Cavabdeh Körpələr Evi- Uşaq X1 Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: icarə müqaviləsinin ləğv edilməsi, obyektin təhvil verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1482/2023 saylı, 17 mart 2023-cü il tarixli qətnaməsindən Cavabdeh X4 X1 Cəmiyyətin verdiyi kassasiya şikayəti üzrə işə işə 27 sentyabr 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qayda sında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları
1. İşin hallarına görə, İddiaçı ilə Cavabdeh X4 Bağçası MMC arasında bağlanmış 05 iyul 2019-cu il tarixli icarə müqaviləsinə əsasən, iddiaçıya məxsus ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 238,88 kv.metr olan 04 saylı mənzil cavabdehə icarəyə verilmişdir. Müqavilənin 2.2-ci bəndinə əsasən müqavilə 5 il müddətinə bağlanmışdır; həmin müqavilənin 4.2-ci bəndinə görə, icarə haqqının ödənilməsinə 2019-cu ilin iyul ayının 1-dən etibarən başlanılacaq və hər aya görə 1360 manat həmin ayın 7-dən gec olmamaq şərtilə icarəçi tərəfindən icarəyə verənin müvafiq bank hesabına köçürmə yolu ilə və ya nağd şəklində ödənilməlidir; həmin müqavilənin 7.1.2-ci bəndinə əsasən, müqavilənin qüvvədə olduğu müddət ərzində və onun uzadıldığı istənilən dövrdə ic arə haqqını “icarə verən”ə ödəmək, habelə sahə ilə bağlı və müqavilənin 3.1.4-cü bəndində göstərilən bütün xərcləri vatlı-vaxtında ödəməlidir. Gecikmə 1 ay davam edərsə icarə müqaviləsi “icarəçinin” təqsiri səbəbindən pozulmuş sayılır; həmin müqavilənin 10.2.2-ci bəndinə görə, müqavilənin tələbləri “icarəçi” və “icarəyə verən” tərəfindən pozulduqda hər bir tərəfin tələbi ilə və digər tərəfi 1 ay qabaqcadan xəbərdarlıq etməklə vaxtından əvvəl xitam verilə bilər.
2. İddiaçı "xxxx" Körpələr evi-uşaq bağçası MMC-nə qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 05 iyul 2019-cu il tarixli icarə müqaviləsinə əsasən icarə haqları üzrə yaranmış 17.680 manat və gecikdirməyə görə həmin məbləğin 5% həcmində, yəni 884 manat pulun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin olunaraq, "xxxx" X4 bağçası MMC-dən 5.440 manat pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
3. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 09 fevral 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, 6.800 manat pulun "xxxx" X4 Bağçasından İddiaçı xeyrinə tutulması hissəsində ləğv edilmiş və həmin hissədə iddia təmin edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır.
4. İddiaçı tərəfindən cavabdehə göndərilmiş pretenziya məktubundan görünür ki, iddiaçı cavabdehdən 2021-ci ilin sentyabr, oktyabr, noyabr, cari ilin isə fevral, mart və aprel aylarının icarə haqq ının ödənilməsini tələb etmiş və müqavilə üzrə öz öhdəliklərini kobud şəkildə pozduğuna görə pretenziya aldığı 1 ay müddətinə icarə obyektini təhvil verməyi və ödənilməyən aylıq icarə haqlarının birdəfəlik ödənilməsini təmin etməyi xahiş etmişdir. Qəbzdən müəyyən edilir ki, məktub cavabdehə xx.xx.2022-ci il tarixdə rəsmi qaydada çatdırılmışdır.
5. Həmin pretenziya məktubuna cavab olaraq cavabdehin direktoru Qanuni nümayəndə bildirmişdir ki, icarə müqaviləsinin 4.2-ci bəndində qeyd olunduğu kimi icarə haqqı bank hesabına ödənilməlidir. Lakin, dəfələrlə xahiş etməyinə baxmayaraq bu günədək “icarəyə verən” olaraq ona hər hansı Bank hesabı təqdim olunmamışdır. İcarə haqqının ödənilməsi məqsədilə dəfələrlə icarə haqqını nəğd şəkildə ödənilməsi ona təklif olunmuşdur. Süni şəkildə onu icarə ödəni şlərindən yayınan və bununla da, müqavilə şərtlərini pozan tərəf kimi qələmə verməyinə etiraz etmişdir.
6. Belə ki, iddiaçı onun icarəyə götürdüyü yaşayış evinin mülkiyyət hüquqlarını təsdiq edən çıxarışı müqavilə bağlanılan vaxtdan bugünədək ona təqdim etməməklə onun sahibkarlıq fəaliyyətinin ahəngini tamamilə pozmuş, vergi orqanlarından obyekt üzrə fəaliyyət kodunun alınması nəticəsiz qalmışdır. Nəticədə iddiaçının bu hərəkətləri onun müqavilə üzrə öhdəliklərinin pozulmasına səbəb olmuşdur. Məktubun nəticəsi olaraq cavabdeh tərəflər arasında müqavilə bağlanan zaman əldə edilmiş razılığı nəzərə alaraq icarəyə verən tərəf olaraq iddiaçıdan müqavilə üzrə öhdəlikləri pozduğuna görə 10 gün müddətində müqavilənin ləğv edilməsini və ünvan 2 evin 04 saylı mənzilində yerləşən həyət evinin əsasl ı təmiri üçün 150.000 manat çəkdiyi xərcin ona ödənilməsini xahiş etmişdir. Göründüyü kimi cavabdeh qarşılıqlı olaraq müqavilənin ləğvini tələb etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh X4 X1 Cəmiyyətinə (bundan sonra cavabdeh) 05 iyul 2019-cu il tarixli icarə müqaviləsinin ləğv edilməsi, icarə obyektinin ona əhvil verilməsi, icarə haqqı üzrə yaranmış 10.880 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, 05 iyul 2019-cu il tarixdə tərəflər arasında ünvan 2 evin 04 saylı ünvanında yerləşən ümumi sahəsi 238.88 kv.metr olan həyət evini 5 il müddətinə uşaq bağçası kimi istifadəsi üçün 5 saylı notariat ofisində icarə müqavilə si bağlanmışdır. Həmin icarə müqaviləsinin 4.2-ci maddəsinə görə icarə haqqının ödənilməsinə 2019-cu ilin iyul ayının 1-dən etibarən başlanılır və hər aya görə 1.360 manat həmin ayın 7-dən gec olmamaq şərti ilə isə “icarəçi” tərəfindən “icarəyə verənin” Bank hesabına köçürmə yolu ilə və ya nağd şəkildə ödənilməlidir. Həmin Müqavilənin 7.1.2-ci bəndinə əsasən isə “icarəçi” icarə haqqını vaxtlı-vaxtında ödəməlidir. Gecikmə 1 ay davam edərsə icarə müqaviləsi icarəçinin təqsiri səbəbindən pozulmuş sayılır. Cavabdeh 2020-ci ilin fevral ayından aylıq icarə haqlarını verməmişdir. Bununla bağlı, yəni icarə haqqının ödənilməsi ilə bağlı məhkəməyə müraciət edilmişdir. Qətnamə qanuni qüvvəsini alaraq icra olunması üçün Bakı şəhəri, Yasamal rayon İcra şöbəsinə göndərilmişdir. Nəticə etibarı ilə cavabd ehin icarə haqlarını ödəməməsi, yəni müqavilə üzrə öz öhdəliyini kobud səkildə pozması, müqavilə şərtlərinin “icarəçi”nin təqsiri üzündən pozulması qanuni qüvvəsini almış və dövlətin adından çıxarılan məhkəmə qətnamələri ilə müəyyən edilmişdir.
9. Bakı şəhər, Yasamal Rayon Məhkəməsinin (bundan sonra- birinci instansiya məhkəməsi) 05 noyabr 2022-ci il tarixli, 2(004)-3898/2022 saylı qətnaməsi (hakim G.B.Əkbərli) ilə iddia təmin edilmişdir.
10. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, işin mübahisəsiz halı olaraq, cavabdeh əvvəllər də icarə müqaviləsi üzrə öhdəliklərini vaxtında icra etməmiş və icarə haqlarını gecikdirmişdir. Bu fakt qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə də öz təsdiqini tapmışdır. Lakin, cavabdehin qanuni təmsilçisi 2021-ci ilin sentyabr, okt yabr, noyabr, cari ilin isə fevral, mart, aprel, may və iyun ayları üçün icarə haqqına görə 10.880 manat borcunun olmasını etiraf etməsinə baxmayaraq, izahatında bildirmişdir ki, həmin borc iddiaçının öz təqsirli hərəkətləri nəticəsində yaranmışdır. Çünki, iddiaçı ona Bank hesab nömrəsini təqdim etməmiş və onun göstərişi ilə icarə haqlarını qəbul etməkdən imtina etmişdir.
11. Məhkəmə cavabdehin bu dəlilini inandırıcı hesab etməmişdir. Belə ki, işin faktiki hallarından müəyyən edilir ki, cavabdehin qanuni qüvvəyə minmiş qətnaməyə əsasən iddiaçıya borcu vardır və hazırki vaxtadək ödəməkdən yayınmışdır. Həmçinin o, izahatının davamında bildirmişdir ki, icarə haqqı üçün nəzərdə tutduğu pul vəsaitini Bank borclarına ödəmişdir. Hazırda isə bu səbəbdən borcunu tam şəkildə ödəmək iqtidarında deyil.
12. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 421.1, 421.2, 442, 425.1, 425.2, 685.1, 685.2, 700.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat
13. Cavabdeh X4 X1 Cəmiyyəti apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
14. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, icarəyəverən oranın sahibkarlıq məqsədilə ilə icarəyə götürüldüyünü bildiyi halda həmin sahənin sayğaclarını əhali qrupunda (qeyri-əhali istehlak qrupuna keçirilmədən) icarəçiyə təhvil vermişdir. Bunun nəticəsində icarəçi həmin orqanlarla problem yaşamışdır. Sayğacın istehlak qrupunun dəyişdirilməsinin icarəyəverəndən tələb ets ə də icarəyəverən hərəkətsizlik etmişdir. Müqavilənin 6.1.2-ci bəndinə əsasən icarəçinin bu Müqavilənin şərtlərini gözlənilməklə aparılan fəaliyyətinə maneçilik törətməmək və 6.1.3-cü bəndinə əsasən qanunvericiliklə üzərinə düşən digər vəzifələri icra eləmək icarəyə verənin vəzifələrindəndir. Həmçinin Müqavilənin 4.2-ci bəndinə əsasən ödənişlər bank hesabına köçürmə və ya nəğd qaydada həyata keçirilir. Birinci instansiya məhkəməsində işə baxılarkən iddiaçı tərəf bank hesabının olmadığını bildirmiş, tərəfilərindən təqdim edilən yazışmalardan da iddiaçının icarə haqqını təhvil almağa gəlmədiyi görülməkdədir. Göründüyü kimi icarə haqqının alınmaması icarəyə verənin Bank hesabı açmaması, hesabı təqdim etməməsindən irəli gəlir.
15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 17 mart 2023-cü il tarixli, 2(103)-1482/2023 saylı qətnaməsi ilə (hakimlər F.Qasımov sədrlik edən, məruzəçi, F.Abdiyev və S.Bəhrəmzadə) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Şəhəri, Yasamal Rayon Məhkəməsinin 05 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən Bank hesabı təqdim edilməmişdir, bu hal cavabdehi icarə ödənişlərini ödəmək vəzifəsindən azad etmir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən müəyyən olunmuş borcun ödənilməsi hesab təqdim olunmasa belə, icra şöbəsinə müraciət olunaraq derozit hesaba da köçürülə bilərdi. Cavabdehin öz öhdəliyini yerinə yetirməyə hazır olduğu, öhdəliyin iddiaçının təqsiri ucbatından icra edilməməsi də mül ki iş materialları ilə müəyyən edilmir. Bunun əksini təsdiq edən məhkəmə aktları da mövcuddur. Obyektin sayğaclarını qeyri-əhali istehlak qrupuna keçirilmədən, əhali qrupunda icarəçiyə təhvil verilməsi ilə bağlı isə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, bu hal hazırki mübahisənin predmeti deyil. Bu halın öz öhdəliklərinin icra etməməsi, konkret olaraq icarə haqqının ödənilməsi ilə bağlılığı cavabdehin özü tərəfindən də əsaslandırlmamışdır.
17. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 386.1, 421.1, 421.2, 422.1, 675, 684.1, 685.2, 700.1-ci maddələrinin, “İcarə haqqında” Qanunun 13.1-ci maddəsinin, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassa siya şikayətinin dəlilləri
18. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və kassasiya şikayətinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsinin 3.1.3-cü bəndinə əsasən icarəyəverən icarəçinin heç bir fasilə və ya maneə olmadan sahədən istifadəsinə təminat verir. İcarəyəverən mənzilin sahibkarlıq məqsədilə ilə icarəyə götürüldüyünü bildiyi halda həmin sahənin sayğaclarını əhali qrupunda (qeyri-əhali istehlak qrupuna keçirilmədən) icarəçiyə təhvil verir. Bunun nəticəsində icarəçi həmin orqanlarla problem yaşayır. Sayğacın istehlak qrupunun dəyişdirilməsininn icarəyəverəndə n tələb etsə də (mülkiyyətçi olduğu üçün bu prosedurlar mülkiyyətçi tərəfindən həyata keçirilməlidir) İcarəyəverən hərəkətsizlik edir. Müqavilənin 6.1.2-ci bəndinə əsasən icarəçinin bu Müqavilənin şərtlərini gözlənilməklə aparılan fəaliyyətinə maneçilik törətməmək və 6.1.3cü bəndinə əsasən qanunvericiliklə üzərinə düşən digər vəzifələri icra eləmək icarəyə verənin vəzifələrindəndir. Həmçinin Müqavilənin 4.2-ci bəndinə əsasən ödənişlər Bank hesabına köçürmə və ya nəğd qaydadahəyata keçirilir. Birinci instansiya məhkəməsində işə baxılarkən iddiaçı tərəf bank hesabının olmadığını bildirmiş, tərəfindən təqdim edilən yazışmalardan da iddiaçının icarə haqqını təhvil almağa gəlmədiyi görülməkdədir. Göründüyü kimi icarə haqqının alınmaması icarəyə verənin Bank hesabı açmaması, hesabı təqdim etmə məsindən irəli gəlir. İcarəyəverənin məqsədi 150.000 manatlıq təmir xərcini qazanc olaraq ələ keçirmək, əmlakı bağça olaraq qızı tərəfindən işlədilməsini davam etdirməkdir. Birinci instansiya məhkəməsində işə baxılarkən tərəfindən təqdim edilmiş sübutlarla müəyyən edilmişdir ki, icarəçinin təqsiri nəticəsində müqavilə üzrə öhdəliklərin icrası pozulmamışdır. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsinin 3.1.3-cü bəndinə əsasən icarəyəverən icarəçinin heç bir fasilə və ya maneə olmadan sahədən istifadəsinə təminat verir. İcarəyəverən oranın sahibkarlıq məqsədilə ilə icarəyə götürüldüyünü bildiyi halda həmin sahənin sayğaclarını əhali qrupunda (qeyri-əhali istehlak qrupuna keçirilmədən) icarəçiyə təhvil verir. Bunun nəticəsində icarəçi həmin orqanlarla prob lem yaşayır. Birinci instansiya məhkəməsində işə baxılarkən iddiaçı tərəf Bank hesabının olmadığını bildirmiş və tərəfindən təqdim edilən yazışmalardan da iddiaçının icarə haqqını təhvil almağa gəlmədiyi görülməkdədir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
21. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.
22. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqavilə ni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
23. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.
24. Maddə 684.1. Əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir.
25. Maddə 700.
1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
26. Maddə 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.
27. Maddə 719.7. Bu Məcəllənin 677.1.4, 685.1 və 686- cı maddələrində nəzərdə tutulmuş hallarda xəbərdarlıq müddətləri gözlənilmədən müqavilənin ləğv edilməsinə yol verilir. İcarəçi icarə haqqını və ya onun mühüm hissəsini ödəməyi üç aydan çox gecikdirdikdə də, icarəyə verən müqaviləni dərhal ləğv edə bilər. Əgər icarə haqqı bir ildən az müddət üçün tutulursa, müqavilən in ləğvinə yalnız icarəçinin iki ardıcıl müddət üçün icarə haqqını və ya onun mühüm hissəsini ödəmədiyi halda yol verilir. Əgər həmin müddət çatanadək icarəyə verən təmin edilərsə, müqavilənin ləğvi istisna olunur. Əgər icarəçi borcu qarşılıqlı əvəzləşdirmə çərçivəsində ödəyərək ondan azad olursa və ləğvetməyə dair bildirişdən dərhal sonra bu barədə məlumat verirsə, ləğvetmənin qüvvəsi yoxdur. “İcarə haqqında” Azərbaycan Respublikasının Qanunu
28. Maddə 7.1. İcarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir.
29. Maddə 7.2. İcarə müqaviləsində aşağıdakılar nəzərdə tutulur: icarəyə verilən əmlakın tərkibi və dəyəri, icarə haqqının məbləği, icarənin müddətləri, əmlakın ikinci əldən icarəyə verilməsi (icarəyə götürülmüş əmlakın icarəyə verilməsi) imkanına münasibət, icarəyə götürülmüş əmlakı tam bərpa və təmir etmək sahəsində tərəflərin vəzifə bölgüsü, icarəyəverənin icarəçiyə əmlakı müqavilə şərtlərinə uyğun vəziyyətdə vermək vəzifəsi, icarəçinin əmlakdan müqavilə şərtlərinə uyğun surətdə istifadə etmək, icarə haqqını ödəmək və müqaviləyə xitam verildikdən sonra əmlakı müqavilədə şərtləşdirilmiş vəziyyətdə icarəyəverənə qaytarmaq vəzifəsi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
33. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
36. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
37. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
38. Kassasi ya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
39. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olmadığını göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
40. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərə findən müəyyən edilmiş hallarına görə, cavabdeh icarə müqaviləsi üzrə öhdəliklərini vaxtında icra etməyib və icarə haqqını gecikdirib. Bu faktlar işin mübahisəsiz hallarıdır.
41. Cavabdehin apellyasiya şikayəti ilə eyni məzmunlu olan kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddiaçı müqavilə şərtlərinə əməl etməyərək, müvafiq Bank hesabını təqdim etməmiş, cavabdehin ödənişləri bu səbəbdən gecikmişdir.
42. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan dəlilə münasibətdə haqlı olaraq qeyd etmişdir ki, iddiaçı tərəfindən Bank hesabı təqdim edilməmişdir, bu hal cavabdehi icarə ödənişlərini ödəmək vəzifəsindən azad etmir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən müəyyən olunmuş borcun ödənilməsi hesab təqdim olunmasa belə, icra şöbəsinə müraciət olunaraq derozit hesaba da k öçürülə bilərdi. Cavabdehin öz öhdəliyini yerinə yetirməyə hazır olduğu, öhdəliyin iddiaçının təqsiri ucbatından icra edilməməsi də mülki iş materialları ilə müəyyən edilmir. Bunun əksini təsdiq edən məhkəmə aktları da mövcuddur.
43. Obyektin sayğaclarını qeyri-əhali istehlak qrupuna keçirilmədən, əhali qrupunda icarəçiyə təhvil verilməsi ilə bağlı isə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, bu hal hazırki mübahisənin predmeti deyil. Bu halın öz öhdəliklərinin icra etməməsi, konkret olaraq icarə haqqının ödənilməsi ilə bağlılığı cavabdehin özü tərəfindən də əsaslandırılmamışdır. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin halları üzrə düzgün nəticəyə gəlmişdir.
44. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan apellyasiya i nstansiyası məhkəməsi yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab etmişdir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir. Ona görə də kassasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
45. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutub Məhkəmə kollegiyası q ə r a r a aldı: Cavabdeh Körpələr Evi-Uşaq Bağçası” Məhdud Məsuliyyətli Cəmiyyətinin kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 17 mart 2023-cü il tarixli, 2(103)-1482/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.