Məhkəmə qərarları › İş №2(102)-2778/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2778/2020

21.08.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2778/2020 21.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi) Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, cavabdehin vəkili Vəliyev Ramil Əmirxan oğlunun iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Azərbaycan Respublikası Əmla k Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı və Cavabdeh paylı mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsinin üzərində inşa edilmiş 86,6 kv.m ibarət olan birmərtəbəli fərdi yaşayış evinin İddiaçı hissəsinə verilməsi şərtilə xx xxx 2017-ci il tarixdə verilmiş ekspert rəyində göstərilmiş bölgü plan sxeminə uyğun 0,10 ha torpaq sahəsinin onlar arasında paylara uyğun şəkildə naturada bölünməsi, iş üzrə ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən tutulub, iddiaçıya verilməsi, iş üzrə məhkəmə texniki-tikinti ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat pul vəsaitinin cavabdehdən tutularaq dövlət nəfinə keçirilməsi qət edilmişdir.(hakim Sevinc Quliyeva) Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-17312018 saylı xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh apelyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli 2(012)-1570/2017 saylı qətnaməsinin ləğv edilmiş, İddiaçı Cavabdeh qarşı Çıxarışa əsasən torpaq sahəsinin bölünməsi və onun üzərində inşa edilmiş birmərtəbəli fərdi yaşayış evinin iddiaçıya verilməsi şərti ilə, aralarında paylara uyğun olaraq naturada ayrılması tələbinə dair iddia tələbinin təmin edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı və Cavabdeh paylı mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsinin üzərində inşa edilmiş 86,6 kv.m ibarət olan bir mərtəbəli fərdi yaşayış evi İddiaçı hissəsinə verilməsi şərtilə xx xxx 2017-ci il tarixdə verilmiş ekspert rəyində göstərilmiş bölgü plan sxeminə uyğun 0,10 ha torpaq sahəsini onlar arasında paylara uyğun şəkildə naturada bölünməsi, iş üzrə ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən tutulub, iddiaçıya verilməsi, iş üzrə məhkəmə texniki-tikinti ekspertizasının keçirilməsinə xərclənmiş 50 manat pul vəsaitinin Cavabdeh tutularaq, dövlət nəfinə keçirilməsi qət edilmişdir.(sədrlik edən GülnarəTağızadə) Azərbayca n Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-7473/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qərarı ilə (sədrlik edən hakimlər Ə.Rüstəmov, Q.Allahverdiyev və Ə.Nurməmmədov) kassasiya şikayətinin qismən təmin edilməsi, İddiaçı Cavabdeh qarşı evin onun hissəsinə verilməklə torpaq sahəsinin naturada bölünməsinə dair iddia ərizəsi üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər F.Məmmədov (sədrlik edən, məruzəçi), L.Məmmədova və S.Qafari, 2(105)1107/2019 saylı mülki iş) hazırki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-1570/2017 saylı xx xxxx 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi qismən təmin edilmiş, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən mübahisəli 0.10 ha torpaq sahəsinin (RX seriyalı ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışda göstərilən) üzərində inşa edilmiş 86.6 kv.m ibarət olan birmərtəbəli tikilinin İddiaçı aid hissədə qalması şərtilə, sözügedən 0.10 ha torpaq sahəsi xx xxxx 2019-cu il tarixli 8658 nömrəli eksper trəyinə əlavə edilmiş sxemə uyğun olaraq İddiaçı 4/9, Cavabdeh 4/9 və X4 1/9 hissə olmaqla aralarında naturada bölünməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan ümumilikdə 100 (bir yüz) manatın 50 (əlli) manatını İddiaç ı, 50 (əlli) manatı isə Cavabdeh alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin və evin naturada bölgüsü tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa (Seriya RX № 0807190) əsasən Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsinin və onun üzərində inşa edilmiş 86,6 kv.m ibarət olan bir mərtəbəli fərdi yaşayış evinin onun hissəsinə verilməsi şərtilə onun və cavabdehin arasında paylara uyğun olaraq naturada ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə Azərbaycan Respublikası MPM-nin 53-cü maddə sinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa (Seriya RX № 0807190) əsasən Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsinin üzərində inşa edilmiş 86,6 kv.m ibarət olan bir mərtəbəli fərdi yaşayış evinin onun hissəsinə verilməsi şərti ilə torpaq sahəsinin onunla cavabdeh arasında paylara uyğun olaraq naturada ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tikilinin hansı əsasla iddiaçıda qalmasını əsaslandırmamışdır. Prosessual məsələlər: Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili Vəliyev Ramil Əmirxan oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı və üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş material larında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Kassasiya şikayəti ilə bağlı məhkəmənin mövqeyi: Abşeron Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə İddiaçı iddia tələbi təmin edilərək Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsində 1/3 payı olan İddiaçı və qardaşı Cavabdeh mərhum anası X7 aid olan 1/3 hissəsinə hər birinin ½ payı müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli RX seriyalı, ******* saylı Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Abşeron rayonu Mehdiabad qəsəbəsi ndə yerləşən 0,10 ha torpaq sahəsi üzərində İddiaçı və Cavabdeh ümumi birgə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində **********47 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə 839 nömrəli reyestr kitabının 90 nömrəli vərəqində xx xxxxxx 2016-cı il tarixdə qeydiyyata alınmışdır. Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə Abşeron Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli qətnaməsi ləğv edilmiş torpağın mülkiyyətə verilməsinə dair JN 403F kod 30800027 saylı şəhadətnamə ilə Abşeron rayon, Mehdiabad qəsəbəsində yerləşən 0,10 ha torpağın X5 mülkiyyətində olan 1/3 hissəsinə açılmış mirasın İddiaçı tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilmiş, JN 403F kod 30800027 saylı şəhadətnamə ilə Abşeron r ayon, Mehdiabad qəsəbəsində yerləşən 0,10 ha torpağın X5 mülkiyyətində olan 1/3 hissəsinə açılmış mirasda İddiaçı miras payı 1/3 hissədə (ümumi torpağın1/9 hissəsində) müəyyən edilmişdir. Həmin qətnamədə göstərilir ki, Abşeron rayon, Mehdiabad qəsəbəsində yerləşən 0,10 ha torpaqda 1/3 hissədə payı olan X5 iddiaçı və cavabdehdən savayı, birinci növbə vərəsə olan başqa övladı-X6 da vardır. X2 da miras qoyan Zərif Bünyatovanın öldüyü vaxta qədər onunla birlikdə yaşaması təsdiq olunur. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci mad dəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Beləliklə, mübahisəli torpaq sahəsinin öz mülkiyyətlərində olan hissələri də nəzərə alınmaqla həmin torpaq sahəsində İddiaçı 4/9, Cavabdeh 4/9, qalan 1/9 hissə isə X2 payı hesab edilir. İş üzrə keçirilmiş Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxx 2019-cu il tarixli 8658 nömrəli ekspert rəyindən görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən birgə mülkiyyətdə olan 0.10 ha torpaq sahəsinin üzərində inşa edilmiş 86.6 kv.m ibarət olan birmərtəbəli fərdi yaşayış evinin İddiaçı aid hissədə qalması şərtilə, sözügedən 0.10 ha torpaq sahəsinin İddiaçı 4/9, Cavabdeh 4/9 və X2 1/9 paylarına uyğun olmaqla, yəni üç hissədə naturada bölünməsi texniki cəhətdən mümkündür. Həmçinin qeyd olunmuşdur ki, ümumi istifa dədə olan gediş-gəliş yolu kimi nəzərdə tutulmuş 93 m2 torpaq sahəsi mülkiyyətçilərə ayrılmış torpaq sahəsindən paylarına uyğun şəkildə çıxmışdır. Yəni 93 m2 torpaq sahəsinin 4/9 hissəsi İddiaçı payından, 4/9 hissəsi Cavabdeh payından, 1/9 hissəsi isə X2 payından çıxılmışdır. Nəticədə aparılan bölgü nəticəsində İddiaçı 403.1 m2, Cavabdeh 403.1 m2, X4 isə 100.8 m2 torpaq sahəsi düşdüyü müəyyən olunmuşdur. İş üzrə keçirilmiş Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2019-cu i ltarixli 19796 nömrəli ekspert rəyindən görünür ki, X5 adına qeydiyyat vəsiqəsi ilə verilmiş Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Nəsimi küçəsində yaşayış sahəsi 20.1 kv.m, köməkçi sahəsi 46.2 kv.m olan 2 otaqdan ibarət yaşayış evinin yerləşdiyi torpaq sahəsinin texniki kadastr sənədləri və döngə nöqtələrinin koordinatları təqdim olunmadığı səbəbindən Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsində yerləşibyerləşməməsinin və əvvəllər yerləşməsinin araşdırılması mümkün olmamışdır. Eyni səbəbdən həmin evin X5 mülkiyyətində olmuş tikilinin hər hansı hissəsində (yaşayış və ya köməkçi sahələri üzərində) inşa edilməsinin araşdırılması mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 220-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Göründüyü kimi mübahisəli torpaq sahəsinin ekspertiza rəyində göstərilən qaydada naturada bölgüsü mümkündür, lakin, həmin torpaq sahəsinin üzərindəki tikili tərəflərdən hansınınsa ayrılan hissəsində qalmalıdır. 2005-ci il tarixdə verilmiş qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Nəsimi küçəs ində yaşayış sahəsi 20.1 kv.m, köməkçi sahəsi 46.2 kv.m olan 2 otaqdan ibarət yaşayış evi X5 adına mülkiyyət hüququ qeydə alınmışdır. İşin mübahisəsiz halları ilə müəyyən olundu ki, mərhum X5 mülkiyyətində olmuş həmin ev sökülmüşdür. Çünki evin hazırkı ölçülərinin mərhum X5 mülkiyyətində olmuş evin ölçüləri ilə uyğun gəlmir. Həmin ərazidə 86.6 kv.m özbaşına tikili inşa edilərək yaşayış sahəsi kimi istifadə edilir. İddiaçı həmin evi özü tikdirdiyini, cavabdeh tərəf isə həmin evi anası sağlığında tikdirdiyini bildirir. Şahid qismində dindirilmiş X1 bildirmişdir ki, o, 1975-ci ildən bu ailəni tanıyır. Mübahisəli evi İddiaçı tikdirmişdir. O, evi tikəndə tikinti üçün lazım olan evin materiallarını o, almışdır. Həmin materiallara xərclənən pulu İddiaçı ona vermişdir. İşə baxan məhkəmə iddiaçın ın dəlillərini işdə olan digər sübutlarla birgə dəyərləndirərək belə qənaətə gəlmişdir ki, mübahisəli ev iddiaçı tərəfindən inşa edilmiş, iddiaçı cavabdeh tərəfin maneçiliyi nəticəsində yaşlı vaxtında ailəsi ilə birlikdə yaşayış sahəsi olmadan qalmışdır. Buna görə məhkəmə evin onun hissəsində qalması ilə razılaşmışdır. Ümumiyyətlə həmin mübahisə uzun müddətdir davam edir. Mübahisə edən qardaşların birlikdə yaşaması və həmin evdən birlikdə istifadə etmələri qeyri-mümkündür. Tərəflər arasında mövcud münasibətlər onların həmin evdən birgə istifadəsini istisna edir. Eyni zamanda torpaq sahəsinin naturada ayrılması zamanı həmin evin hər bir halda vərəsələrdən birinin hissəsində qalması qaçılmazdır. Ona görə işə baxan məhkəmə çıxış yolu kimi həmin evi daha çox haqqı çatanda (evi inşa edəndə) sax lamaqda haqlı olmuşdur. Mübahisənin bu qaydada həlli tərəflər arasında uzun illər mövcud olan mübahisəyə son qoymuş olar. Belə ədalətli çıxış yolu eyni zamanda onu şərtləndirir ki, həmin tikilini inşa etmiş şəxs gələcəkdə torpaq sahəsinin onun xüsusi mülkiyyətdə olması əsası ilə tikiliyə hüquqlarını tanıda bilsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8. maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 180.3. maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Göründüyü kimi mübahisəli tikili özbaşına tikili olsa da, o, xüsusi mülkiyyətdə olan torpaq sah əsi üzərində inşa edildiyindən idiaçının həmin tikilini mülkiyyətinə keçirməklə bağlı gözləntiləri var. Elə bu mənada da tikilinin onu inşa edənin sahibliyindən saxlanması daha ədalətlidir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” iş üzrə xx xxxxxx 1970-ci il tarixli qərarı, “RiersackBelçikaya qarşı” iş üzrə xx xxxxxxx 1982-ci il tarixli qərarı, “X9rşı” iş üzrə xx xxxxxxx 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəm əsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar