Məhkəmə qərarları › İş №2(102)-2779/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2779/2025

24.09.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2779/2025 24.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: təbii qazdan istifadəyə görə əsassız hesablanmış borcun silinməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və X2 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-540/2025 nömrəli, 18 mart 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdırara q aşağıdakıları müəyyən etmişlər:

2. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Natəvan küçəsində yerləşən 46 nömrəli fərdi yaşayış evi İddiaçı istifadə və sahibliyindədir. Onunla Cavabdeh arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən həmin ev cavabdeh tərəfindən maye qazla təchiz edilmiş və həmin evə **********10000 nömrəli abonent kodu verilmişdir. Abonent barədə məlumatlara əsasən həmin evdə təbii qazla işləyən cihaz qismində 1 ədəd 4 gözlü qaz plitəsindən (PQ4), 1 ədəd samovardan (1/1), 1 ədəd qızdırıcı radiator sobasından (2/2), 1 ədəd dəmir sobadan (1/1) və 2 ədəd kərpic plitədən (yay-qış) (2/2) istifadə edilir. İddiaçı barədə cavabdehin əməkdaşları tərəfindən təbii qazdan kənar xətt vasitəsilə istifadə edilməsi əsası ilə xx.xx.2018-ci il tarixli, ******* nömrəli, xx.xx.2019-cu il tarixli, ******* nömrəli, xx.xx.2019-cu il tarixli, ******* nömrəli, xx.xx.2020-ci il tarixli, ******* nömrəli, xx.xx.2021-ci il tarixli, ******* nömrəli, xx.xx.2023-cü il tarixli, ******* nömrəli, xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktlar tərtib edilmişdir. Həmin aktlarda iddiaçının aktı imzalamaqdan imtina etməsi barədə qeyd edilmişdir. Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Bakı Filialının xx.xx.2025-ci il tarixli mütəxəssis rəyinə əsasən, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək hesablanan 6048 m3 qaz həcminin 1.700 m3 -i 0,10 manat (1700 x 0,10 = 170 manat), qalan 4.348 m3 -i 0,20 manat (4.348 x 0,20 = 869.60 manat), cəmi 1.039,60 mana t (170 manat + 869,60 manat = 1039,60 manat); xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək hesablanan 12.096 m3 qaz həcminin 2.200 m3 -i 0,10 manat (2.200 x 0,10 = 220 manat), qalan 9.896 m3 -i 0,20 manat (9.896 x 0,20 = 1.979,20 manat), cəmi 2.199,20 manat (220 manat + 1979,20 manat = 2199, 20 manat); xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək hesablanan 27.588 m3 qaz həcminin 2.200 m3 -i 0,10 manat (2.200 x 0,10 = 220 manat), qalan 25.388 m3 -i 0,20 manat (25.388 x 0,20 = 5.077,60 manat), cəmi 5.297,60 manat (220 manat + 5.077,60 manat = 5.297,60 manat); xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək hesablanan 48.576 m3 qaz həcminin 2.200 m3 -i 0,10 manat (2.200 x 0,10 = 220 manat), qalan 46.376 m3 -i 0,20 rnanat (46.376 x 0,20 = 9.275.20 manat), cəmi 9.495.20 ma nat (220 manat + 9.275,20 manat = 9.495,20 manat); yuxarıda gostərilən müddətlərdə hesablanan qaz həcminin ümumi dəyəri (1.039,60+ 2.199,20+5.297,60+9.495,20) 18.031,60 manat təşkil edə bilər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən evə hesablanmış 32.870,28 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən fərdi ev ona məxsusdur və ailəsi ilə birlikdə həmin ünvanda yerləşən fərdi yaşayış evində yaşayır. Bu ünvana cavabdeh tərəfindən qazın alqı-satqısına dair müqavilə əsasında məişət qazı verilmişdir. Cavabdeh təşkila t xx.xx.2018- ci il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixlərdə aktlar tərib etmiş və aktda qeyd edilir ki, guya təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etdiklərinə görə onun 32.870,28 borcu vardır. Həmin borc məbləği əsassızdır və bu borc qaz idarəsini təmsil edən şəxslər tərəfindən subyektiv mülahizələr əsasında yazılmışdır. Hal-hazıra kimi ondan əsassız olaraq borca görə tutmalar davam etdirilir.

5. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi və izahatında həmçinin bildirdi ki, iş üzrə keçirilmiş yerli baxış zamanı Cavabdeh əməkdaşı aktlarda olan imzanın ona məxsus olmamasını bildirmiş, həmçinin iş üzrə verilmiş ekspertiza rəyinə əs asən əlavə xəttin olmasını müəyyən edilməmişdir. Bu hallar iddianın əsaslı olduğuna dəlalət edir. İddiaçının bildirdiyinə görə istifadə edilmiş qaza görə dəyəri ödənilmiş, silinməsi tələb olunan borc məbləği aktlar əsasında hesablanmış borcdan ibarətdir. Aktların tərtib edildiyi ünvanda əsasən yaşayış olmamış, iddiaçının oğlu həmin ünvana gedib-gəlir. Evdə dördgöz qaz peçi və iran sobası vardır.

6. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Tehran Hacıyev iddia tələbini etiraf etməyərək izahatında bildirmişdir ki, tərtib edilmiş aktlara əlavə edilmiş fotoşəkillərdən görünür ki, iddiaçı tərəfindən qazdan qeyri-qanuni xətt vasitəsilə istifadə edilmişdir.

7. Məhkəmə tərəfindən iddiaçının yaşadığı Xəzər rayonu, Buzovna qəsəbəsi, Natəvan küçəsi, ev 46 ünvanına yerində baxış keçiri lmişdir. Yerli baxışda iştirak edən Cavabdeh İB Bakı RQSD Qazın balansı və satışı şöbəsinin çilingəri X3 bildirmişdir ki, hazırki ünvanda o sayğacdan kənar xətt görməmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, ******* nömrəli və xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktlarda olan imzaların ona aid olmadığını bildirmişdir.

8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2 3/77 nömrəli rəyinə əsasən, tədqiqata təqdim edilən qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmiş, qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir. Eksertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 64 manat təşkil edir.

9. Bakı şəhəri Xəzə r Rayon Məhkəməsinin 2(003)-224/2024 nömrəli iş üzrə 29 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakim İlham Cəfərzadə) iddianın qismən təmin edilməsi, İddiaçı adına olan **********10000 nömrəli abonent hesabından 32.728,40 manat məbləğində borcun silinməsi, Cavabdehndən 188,18 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi, iş üzrə keçirilmiş məhkəmətrasoloji ekspertiza tədqiqatının dəyəri olan 64 manat pulun Cavabdehndən alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi (VÖEN **********, Hesab AZ34CTRE********************) qət edilmişdir.

10. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, aktların tərtib edildiyi vaxtı nə iddiaçının, nə də onun ailə üzvlərindən olan şəxsin iştirak ının təmin olunması, nüsxələrinin istehlakçıya (iddiaçıya və ya onun ailə üzvlərindən olan şəxsə) təqdim edilməsi, ünvana baxış keçirilməklə evdə olan qaz qurğularının müəyyən edilməsi aşkar edilməmişdir. Eyni zamanda iş üzrə məhkəmə tərəfindən iddiaçının ünvanına keçirilmiş yerli baxışda iştirak edən Cavabdeh İB Bakı RQSD Qazın balansı və satışı şöbəsinin çilingəri X1 kənar xətt görmədiyini, xx.xx.2023-cü il tarixli, ******* nömrəli və xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktlarda olan imzaların ona məxsus olmadığını bildirmişdir. Bununla da məhkəmə hesab etmişdir ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar qanunvericiliyin tələblərinə riayət olunmaqla tərtib edilməmişdir. Bundan başqa məhkəmə qeyd etmişdir ki, iddiaçının abonent hesabına 2010-cu ilin noyabr ayın da, 2012-ci ilin fevral ayında və 2014-cü ilin aprel ayında borcun hesablanmasına əsas olmuş aktlar və ya həmin aylarda borcun hesablanmasına əsas olmuş hallar barəsində hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir.

11. Məhkəmə, həmçinin, qeyd etmişdir ki, iddiaçının ünvanında təbii qazdan sayğacdan kənar xətt vasitəsilə istixanada istifadə edilməsi halları olmuş və həmin aktlara fotoşəkillər əlavə edilmişdir. Əlavə edilmiş fotokoşəkillərin üzərində olan tarixlər isə yalnız xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdir. Lakin aktlar əsasında aşkar olunmuş halların, yəni qaz xəttinə qanunsuz qoşulması ilə bağlı təqsirinin müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmə qərarı ilə təsdiq edilməsi barədə sübutlarda cavabdeh Birlik tərəfindən məhkəməyə təqdim olunmadığından həmin aktlar əsa sında da iddiaçının abonent hesabına dəymiş zərərlə bağlı pul məbləğlərinin hesablanaraq onun abonent hesabına borc kimi yazılması əsassız olmuşdur.

12. Məhkəmə iddiaçının abonent hesabına dəymiş zərərlə bağlı pul məbləğlərinin hesablanmasına əsas olmuş aktların etibarlı olması müəyyən edilmədiyindən, eyni zamanda iddiaçının ünvanında təbii qazdan sayğacdan kənar xətt vasitəsilə istifadə edilməsi sübuta yetirilmədiyindən hesab etmişdir ki, aktlar əsasında iddiaçının abonent hesabında qalıq qalmış borc silinməlidir. İşin hallarından iddiaçı tərəfindən ümumilikdə 393,10 manat pul ödənildiyindən aktlar əsasında cəmi 32.728,40 manat borc (iddiaçının abonent hesabına aktlar əsasında hesablanmış cəmi 33.121,50 manat - 393,10 manat = 32.728,40 manat) qalmışdır. Odur ki, məhkəmə hesab etmişdir k i, həmin borc məbləği silinməlidir.

13. Məhkəmə məhkəmə xərclərinin tutulması ilə bağlı məsələyə qiymət verərək belə qənaətə gəlmişdir ki, iddia tələbi qismən təmin edildiyindən, eyni zamanda iş üzrə məhkəmə-trasoloji ekspertizanın təyin edilməsinə əsasın cavabdeh tərəfindən tərtib edilmiş aktlar olmasını nəzərə alınaraq cavabdehdən 188,18 manat məbləğində dövlət rüsumu tutularaq dövlət mədaxilinə, 64 manat isə Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 1.4.5, 13.8, 13.8-1, 21.1-ci maddələrinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3, 9.1.5-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5, 6.51-6.5-4, 6.7-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2, 77.1, 119.1, 124.1, 217.4, 218.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun hazırlanmış aktlar iddiaçı tərəfindən birliyə vurulmuş zərəri sübut edir. Cavabdeh əməkdaşları tərəfindən hazırlanmış aktlar qanunvericiliyin tələblərinə uyğun hazırlanmış və bir nüsxəsi abonentə təqdim edilmişdir. Abonentin həmin aktları imza etməkdən mtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir. Bundan əlavə, aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdə açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Məhkəmə mülki işi araşdırarkən istehlakçının təbii qazdan istifadə etsə də, ödənişin ödənilməməsini və ya istifadə olunmuş təbii qazın nədən qeydə alına bilməməsini araşdırmamışdır. Halbuki bu deyilən meyarlar araşdırılsa, abonentin Azəriqaz İB-yə vurduğu ziyan öz təsdiqini tapmış olardı. Məhkəmə mülki işi tədqiq edərkən iddiaçının istifadə edib ödəmədiyi borcu müəyyən etməsinə baxmayaraq tərtib edilmiş aktların heç birini tədqiq etməmişdir. Belə ki, məhkəmə ödənilməyən borcu müəyyən edərkən istifadə edilmiş qazın həcminin çoxluğunun qarşısını almaq məqsədi ilə iddiaçının təbii qazdan qeyri-qanuni istifadə etmə hallarını müəyyən edə bilərdi. Məhkəmə qətnaməsində, kənar xəttin qoşulması üçün şübhə olduğunu qeyd etsə də, obyektiv nəticəyə gəlmək üçün hər hansı hüquqi tədbir görməmişdir. Məhkəmə nədənsə iddiaçıdan sübut təqdim edilməsini tələb etməmiş və sübutsuz işə baxaraq əsassız qətnamə qəbul etmişdir. Məhkəmə, qətnaməsində qeyd edilmiş borcun silinməsini təmin etsə də, amma buna əsas gətirməmişdir. Belə ki, tərtib edilmiş aktlar, çəkilmiş fotoşəkillər tədqiq edilməmiş, saldo isə araşdırılmamışdır. Məhkəmə icraatı dövründə fotoşəkillər təqdim olunmasına baxmayaraq məhkəmə qeyd olunanları sübut qismində nəzərə almamışdır.

17. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-540/2025 nömrəli mülki iş üzrə 18 ma rt 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Fuad Abdıyev (sədrlik edən və məruzəçi), Cəmilə Musayeva və Fuad Babayev) cavabdehin apellyasiya şikayətinin qismən təmin edilməsi, Xəzər Rayon Məhkəməsinin 29 aprel 2024-cü il tarixli, 2(003)224/2024 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə çıxarılaraq iddianın qismən təmin edilməsi, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Natəvan küçəsində yerləşən 46 nömrəli fərdi yaşayış evi üzrə iddiaçının abonent hesabından (**********10000) 20.845,80 (iyirmi min səkkiz yüz qırx beş manat, səksən qəpik) manat məbləğində borc (cərimə) silinməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddiaçının ödəməkdən azad edildiyi 152,53 (bir yüz əlli iki manat, əlli üç qəpik) manat məbləğində dövlət rüsumunun Cavabdehndən tutularaq dövlət mədaxi linə alınması, ekspert tədqiqatının dəyərini təşkil edən 64 (altmış dörd) manat məbləğində pulun 32 (otuz iki) manat hissəsinin iddiaçıdan, 32 (otuz iki) manat hissəsi isə cavabdehdən alınaraq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdehnə aid edilməsi qət edilmişdir.

18. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməyərək, tərəflər arasında yaranmış münasibətləri tənzimləyən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir.

19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, bu sahəni tənzimləyən qanunvericilikdə qaz sayğ aclarının quraşdırılması, onların işlək vəziyyətdə saxlanılmasına nəzarət edilməsi, istehlakçı tərəfindən həmin sayğaclarının zədələnməsi, habelə təbii qazdan sayğacdan kənar (qanunsuz qoşulma yolu ilə) istifadə edilməsi hallarının müəyyən edilməsi, rəsmiləşdirilməsi, zərərin hesablanması, eyni zamanda istehlakçının bu prosesə cəlb edilməsi qaydası təsbit edilmiş və bu işlərin görülməsi (sayğacın işlək vəziyyətdə saxlanılmasına və təbii qazdan düzgün istifadə edilməsinə nəzarət edilməsi də daxil olmaqla) cavabdehin səlahiyyətlərinə aid edilməklə, aşkar edilmiş pozuntulara istehlakçı tərəfindən yol verilməsini sübut etmək vəzifəsi də məhz cavabehin üzərinə qoyulmuşdur. Bu səbəbdən istehlakçının təbii qazdan sayğacdan kənar, qanunsuz qoşulma yolu ilə istifadə etməsi aşkar edildikdə, cavabdeh in əməkdaşları bu halın rəsmiləşdirilməsini, o cümlədən pozuntu halının qeydə alınmasını təsdiq edən müvafiq aktın məhz istehlakçının iştirakı ilə tərtib edilməsini təmin etməlidir. Belə ki, istehlakçının iştirakının təmin edilməsi bu prosedurun şəffaflığı ilə bağlı olmaqla, istehlakçının məlumatlandırılması və məsələyə dair onun münasibətinin öyrənilməsi məqsədini daşıyır. Buna baxmayaraq, istehlakçının iştirakının təmin edilməsinin mümkün olmaması, habelə istehlakçının aktı imzalamaqdan real olaraq imtina etməsi və ya istehlakçının özünün pozuntuya yol verməməsi mövqeyindən çıxış etməsi də istisna deyil. Yalnız belə bir akta əsaslanan rəsmiləşdirmə etibarlı, buna uyğun olaraq, istehlakçıya hesablanmış zərər məbləği isə əsaslı hesab edilə bilməz. Nəticə etibarı ilə cavabdehin əməkdaşları yalnız aktın tərtib edilməsi ilə kifayətlənməməli, qanunsuz qoşulma halını təsdiq edən sübutların (məsələn, fotoşəkillərin çəkilməsi, çəkilişin aparılması, sayğacın laboratoriya şəraitində müayinə olunması və sair) əldə edilməsi üçün tədbirlər görməli, habelə real sərfiyyatın müəyyən edilməsi baxımından abonentin saldo məlumatlarını araşdırmalı, təbii qazla işləyən cihazları, habelə əhəmiyyəti olan digər halları müəyyən etməlidir.

20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd etmişdir ki, hazırda iddiaçının istifadə və sahibliyində olan fərdi yaşayış evi üzrə təbii qazdan qanunsuz xətt vasitəsi ilə istifadə edilməsi cavabdehin əməkdaşları tərəfindən xx.xx.2018-ci il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə aşkar edilmiş və bununla bağlı müvafiq aktlar tərtib edilmişdir. Həmin aktlar əsas götürülməklə vurulmuş zərər məbləği hesablanmış və ümumilikdə (1.214,40 + 1.680 + 3.717,10 + 3.717,10 + 9.504 + 10.540,80 + 2.203,20 = 32.576,60) 32.576,60 manat cərimə məbləği aktların tarixinə uyğun olaraq iddiaçının abonent hesabına (saldosuna) daxil edilmişdir. Hazırda iddiaçı qanunsuz qoşulmaya yol vermədiyini, buna baxmayaraq, cavabdehin əmlakdaşları tərəfindən əsassız olaraq ona məxsus olan evlə bağlı 6 dəfə akt tərtib edildiyini və həmin aktlara əsasən qanunsuz olaraq cərimə məbləği hesablamaqla ondan tutmalar aparıldığını iddia edir və aktlar əsasında hesablanmış borcun silinməsini tələb edir. Cavabdeh iddia ilə razılaşmır və iddiaçının ünvanı üzrə təbii qa zdan qanunsuz (xətt) qoşulma vasitəsi ilə istifadə edildiyini, həmin ünvanda iddiaçı tərəfindən istixana saxlanıldığını bildirir.

21. Məhkəmə kollegiyası ilk növbədə xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli aktlarla bağlı qeyd etmişdir ki, “Qaz təchizatı haqqında” Qanuna xx.xx.2022-ci il tarixdə edilmiş dəyişikliyə əsasən bu Qanunun 13-cü maddəsinə 8-1-ci hissə əlavə edilmişdir. Bu dəyişikliyə dair Qanun xx.xx.2022-ci il tarixdə qüvvəyə minmişdir. Həmin maddədə qanunsuz qoşulma halları aşkar edilərkən bunun rəsmiləşdirilməsi proseduru, o cümlədən görülməli olan tədbirlər və tərtib edilməli olan sənədlər təsbit edilmiş və hüquqi nəticə etibarı ilə qaz paylayıcısı tərəfindən ona vurulmuş zərərin ödənilməsinin istehlakçıdan tələb edilməsinin mümkünlüyü bu prosedurdan asılı edilmişdir. B aşqa sözlə, bu maddədə müəyyən edilmiş prosedura riayət edilməməsi vurulmuş zərərin ödənilməsinin istehlakçıdan tələb edilməsini, o cümlədən hər hansı məbləğdə cərimənin hesablanıb iddiaçının (istehlakçının) abonent saldosuna daxil edilməsini istisna edir. Lakin cavabdeh tərəfindən bu prosedura riayət edilməmiş, o cümlədən qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsi dayandırılmamış, həmin vaxt aktların bir nüsxəsi nə iddiaçıya (həmin aktlarda iddiaçının aktı imzalamaqdan imtina etdiyi qeyd edilmiş, lakin eyni zamanda, bu ünvanda istixana saxlanıldığını və orada göyərti yetişdirildiyini təsdiq edən fotoşəkillər çəkilmişdir. Bu da öz növbəsində cavabdehin əməkdaşlarının həmin ünvanda olduğunu, lakin iddiaçıya hər hansı akt təqdim edilmədiyini təsdiq edir), nədə ki, aidiyyəti orqana təqdim edilməmişdir. Buna baxmayaraq, bu aktlar və onların əsasında hesablanmış zərər məbləği iddiaçının abonent hesabına daxil edilmişdir. Bununla belə, iddiaçının hər hansı həcmdə qazın talanmasında təqsiri aidiyyəti orqan tərəfindən müəyyən edilməmişdir. Bu da öz növbəsində mövcud vəziyyətdə həmin aktlar üzrə cavabdehin iddiaçıdan hər hansı məbləğdə zərərin ödənilməsini tələb etməsini qeyrimümkün edir. Bu səbəbdən apellyasiya şikayətinin dəlilləri bu hissədə əsassızdır. İddiaçı tərəfindən tərtib edilmiş bu aktlar və onlar əsasında qəbul edilmiş qərarlar hər hansı mötəbərliyə malik deyil, hüquqi nəticə etibarı ilə etibarsızdır və iddiaçıya məxsus olan ev üzrə təbii qazdan qaz sayğacından kənar istifadə edilməsini təsdiq edən sübut kimi qəbul edilə bilməz. Həmin sənədlə rdə göstərilən məbləğ isə iddiaçıdan tələb edilə bilməz. Bu da öz növbəsində hazırkı vəziyyətdə həmin sənədlər əsasında müəyyən edilmiş və ziyan məbləği qismində iddiaçının abonent hesabına daxil edilmiş (10.540,80 + 2.203,20 = 12.744) 12.744 manat zərər (cərimə) məbləğinin silinməsini şərtləndirir.

22. Məhkəmə kollegiyası digər 5 aktın tarixini, onların əhatə etdiyi müddətləri, tərtib edilmə səbəblərini, aktda göstərilən cihazları və digər diqqətəlayıq halları nəzərə alıb, həmin aktlara əsasən hesablanmış zərərin məbləğini Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Bakı Filialının xx.xx.2025ci il tarixli mütəxəssis rəyinə əsasən hesablanmış zərər məbləği ilə müqayisəli şəkildə təhlil edib hesab etmişdir ki, həmin rəy üzrə hesablanmış məbləğ lər əsas götürülə bilməz və hər bir akt üzrə aparılmış hesablamaların düzgünlüyünə ayrıca hüquqi qiymət verilməlidir.

23. Məhkəmə kollegiyası ilk öncə xx.xx.2018-ci il tarixdə tərtib edilmiş aktla bağlı qeyd etmişdir ki, bu aktda iddiaçının ünvanı üzrə istixanadan (əkin növü reyhan) istifadə edildiyi qeyd edilmiş və məhz bu məqsədlər üçün işlədilən qaz işlədiciləri göstərilməklə zərər məbləği 12 şamın maksimal saatlıq qaz sərfi 1 m3/ saat, ümumilikdə isə 57 gün (ilk 16 gün orta günlük iş rejimi 12 saat, sonrakı 41 gün orta günlük iş rejimi 20 saat) əsas götürülməklə hesablanmış (rəydə 12 saat və 42 gün üzrə hesablanmışdır) və nəticədə 1.214 manat məbləğində zərərin vurulduğu müəyyən edilmişdir. Cavabdehin həmin ünvanda istixanadan istifadə etdiyi iş materiallarında olan fotoşəkillərlə öz t əsdiqini tapır. Cavabdeh özü də həmin ünvanda istixananın olması faktını inkar etmir, sadəcə olaraq ondan istifadə edilmədiyini bildirir. Halbuki, öz mövqeyini sübuta yetirə bilmir, fotoşəkillərdən isə istixanada göyərti yetişdirildiyi müəyyən edilir. Bu səbəbdən məhkəmə kollegiyası həmin akt və onun əsasında tərtib edilmiş tələbnaməni mötəbər hesab edir və həmin dövr üçün 1.214 manat zərər məbləğinin hesablanmasını əsaslı hesab edir. 24. xx.xx.2019-cu il tarixli akt da eyni əsaslarla (istixananın saxlanılması, reyhan əkilməsi) tərtib edilmiş və bu dəfə hesablama L şəkilli katyol və 2 ədəd şam üzrə onların maksimal saatlıq qaz sərfi müvafiq olaraq 6 m3 / saat və 4 m3 / saat, orta günlük iş rejimi 20 saat, müddəti isə 84 gün əsas götürülməklə aparılmışdır (rəydə hesablama 3 ədəd şam və 12 s aat üzrə aparılmışdır). Məhkəmə kollegiyası həmin aktda göstərilən orta günlük iş rejimini (hər bir halda, qış aylarında istixanada eyni istilik temperaturu saxlanılmalıdır, bu da təbii qazın nəinki 20 saat, hətta fasiləsiz istifadə edilməsini şərtləndirir) məqbul hesab edir və belə qənaətə gəlir ki, həmin akt və onun əsasında tərtib edilmiş tələbnamə mötəbər sübut kimi qəbul edilməli və göstərilən 84 gün üçün zərər məbləği qismində iddiaçı cavabdehə məhz 1.680 manat zərər məbləği ödəməlidir.

25. Lakin məhkəmə kollegiyası cavabdeh tərəfindən eyni əsaslarla tərtib edilmiş və qanunsuz qoşulmanın baş verməsi baxımından mötəbər hesab etdiyi xx.xx.2019-cu il tarixli akta əsasən hesablanmış zərərin (3.717 manat) məbləği ilə razılaşmır və hesab etmişdir ki, xx.xx.2019-cu il tarixdən sonrakı döv r üçün hesablama xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək, yəni ümumilikdə 4 ay üzrə aparılmalı və xx.xx.2019-cu il tarixli aktın göstəriciləri əsas götürülməlidir. Belə ki, ilin nisbətən isti ayları olan may və sentyabr, habelə isti ayları olan iyun-avqust aylarında istixanada təbii qazdan istifadə edilməsi üçün hər hansı əsas yoxdur. Bu qaydada aparılmış hesablama nəticəsində müəyyən edilir ki, xx.xx.2019-cu il tarixli akta əsasən 1 ayın zərər məbləği (1.680 / 84 gün = 20 manat 1 gün üçün, 20 x 30 gün = 600 manat 1 ay) 600 manat, 4 ayın zərər məbləği isə (600 x 4 ay = 2.400) 2.400 manat təşkil edir. Bu səbəbdən həmin akta əsasən vurulmuş zərərin əvəzi olaraq iddiaçıdan məhz 2.400 manat məbləğində pul tutulmalıdır.

26. Məhkəmə koll egiyası cavabdeh tərəfindən eyni əsaslarla tərtib edilmiş və qanunsuz qoşulmanın baş verməsi baxımından mötəbər hesab etdiyi xx.xx.2020-ci il tarixli aktla bağlı qeyd etmişdir ki, bu akt əvvəlki aktdan 2 ay sonra tərtib edilmiş və aktda həm də 2 ədəd dəmir soba qeyd edilmişdir. Bununla belə, 35-ci bənddə göstərilən qaydada aparılmış hesablama nəticəsində, o cümlədən dəmir sobanın fəaliyyəti ilə bağlı maksimal saatlıq qaz sərfi 1,4 m3 / saat, orta günlük iş rejimi 18 saat (qış ayları nəzərə alınmaqla məhkəmə kollegiyası məhz 18 saatı məqbul hesab edir, habelə cavabdehin mövqeyinə uyğun olaraq hesablamanı 0,12 manat əsas götürülməklə aparır) olmaqla iddiaçının cavabdehə ((600 x 2 = 1.200) + (1,4 m3 / saat x 18 saat x 60 gün x 0,12 manat x 2 ədəd = 362,88) = 1.562,88 manat məbləğində zərər vu rduğu müəyyən edilir. Bu səbəbdən də iddiaçıdan cavabdehin xeyrinə bu akt üzrə məhz həmin məbləğdə zərər tutulmalıdır. xx.xx.2021-ci il tarixli aktda isə həmçinin, PQ-4 və radiator qeyd edilmişdir. 35-ci bənddə göstərilən qaydaya uyğun olaraq istixananın fəaliyyəti (xx.xx.2019-cu il tarixli aktda göstərilən cihazlar əsas götürülməklə) ilə bağlı hesablama 7 ay (mart, aprel, oktyabr – fevral), PQ-4-ün fəaliyyəti ilə bağlı 12 ay (360 gün), maksimal saatlıq qaz sərfi 1,2 m3 / saat, orta günlük iş rejimi 6 saat, radiatorun fəaliyyəti ilə bağlı isə 7 ay, maksimal saatlıq qaz sərfi 0,8 m3 / saat, orta günlük iş rejimi 18 saat üzrə aparılmalıdır. Bu qaydada aparılmış hesablama nəticəsində isə cavabdehə vurulmuş zərər məbləği (7 ay x 600 manat = 4.200 manat) + (1,2 m3 / saat x 6 saat x 360 gün x 0, 12 manat = 311,04) + (0,8 m3 / saat x 18 saat x 210 gün x 0,12 manat = 362,88) = 4.873,92 manat təşkil etmiş olur ki, iddiaçı vurulmuş zərərin əvəzi olaraq məhz bu məbləği ödəməlidir.

27. Məhkəmə kollegiyası iddiaçının abonent saldosu məlumatlarına istinadən onu da qeyd etmişdir ki, bu 5 aktın əhatə etdiyi 2018-ci ilin noyabr – 2021-ci ilin fevral ayları, yəni iki ildən artıq müddət ərzində həmin ünvan üzrə təbii qazdan istifadə ilə bağlı cəmi 83 manat məbləğində ödəniş edilmişdir. Halbuki, iddiaçı iddia ərizəsində ailəsi ilə birlikdə həmin ünvanda yaşadığını göstərmiş və abonent barədə məlumatlarda həmin evdə təbii qazla işləyən cihaz qismində 1 ədəd 4 gözlü qaz plitəsindən (PQ-4), 1 ədəd samovardan (1/1), 1 ədəd qızdırıcı radiator sobasından (2/2), 1 ədəd dəmir sobadan (1/1) və 2 ədəd kə rpic plitədən (yay-qış) (2/2) istifadə edildiyi göstərilmişdkir. Qeyd edilənlər, həmin ünvan üzrə daha artıq həcmdə təbii qazdan qanunsuz xətt vasitəsi ilə istifadə edildiyini təsdiq edir. Hər bir halda, bu evdə kombi və ya dəmir soba (radiator) mövcuddur və bu müddətin qış aylarına təsadüf edən ən azı 12 ayı ərzində cəmi 83 manat dəyərində təbii qazdan istifadə edilə bilməzdi. Başqa sözlə, göstərilənlər də nəzərə alınmaqla vurulmuş zərərin məbləği daha yüksəkdir, lakin məhkəmə kollegiyası aktların məzmunu ilə kifayətlənir.

28. Məhkəmə kollegiyası sonuncu aktın xx.xx.2023-cü il tarixdə tərtib edildiyini, məhkəmə-trasoloji ekspertizası üzrə ekspert tədqiqatının isə bu hadisədən təxminən bir il sonra aparıldığını nəzərə alıb, qeyd etməyi zəruri hesab edir ki, rəyin nəticə hissəsində göstər ilənlər hazırki iddianın təmin edilməsi üçün əsas ola bilməz. Bu baxımdan məhkəmə kollegiyası qeyd edilən rəyi mötəbər sübut kimi qəbul etmir.

29. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb, hesab etmişdir ki, cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il tarixli aktların əhatə etdiyi dövr üzrə iddiaçı tərəfindən təbii qazdan qanunsuz qoşulma (xətt) vasitəsi ilə cavabdehə ümumilikdə (1.214 + 1.680 + 2.400 + 1.562,88 + 4.873,92 = 11.730,80) 11.730,80 manat məbləğində zərər vurulmuşdur. Bu məbləğdən artıq yazılmış (32.576,60 – 11.730,80 = 20.845,80) 20.845,80 manat zərər məbləği silinməlidir. Bu səbəbdən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edi lməli, iş üzrə yeni qətnamə çıxarılmalı, iddia qismən təmin edilməli, iddiaçının abonent hesabından 20.845,80 manat məbləğində borc (cərimə) silinməli, iddia qalan hissədə təmin edilməməlidir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdehnə aid edilməlidir.

30. Məhkəmə kollegiyası iddianın təmin edilmiş hissəsinin qiymətini nəzərə alıb, hesab etmişdir ki, hazırki mülki iş üzrə ödənilməli olan dövlət rüsumu (120 + 32,53 (10.845,80 x 0,3 %/ 100 %= 32,53) = 152,53 manat məbləğində müəyyən edilməli və iddiaçı istehlakçı olaraq dövlət rüsumunu ödəməkdən azad edildiyindən həmin məbləğdə dövlət rüsumu cavabdehdən tutularaq dövlət mədaxilinə alınmalıdır.

31. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096, 1097.1-ci madsdələrinə, “Qaz təch izatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı hissəsinə, 13-cü maddəsinin 8-1-ci hissəsinə, 20-ci maddəsinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

32. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərəkBakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-540/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

33. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, cavabdeh Azəriqaz İB əsassız olaraq iddiaçıya borc hesablamışdır. Lakin Bakı Apellyasiya məhkəmə si hesablanmış əsassız borcu qismən silmişdir. Bakı Apelyasiya Məhkəməsi sübutlara düzgün qiymət verməmişdir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli məhkəmə-trasoloji ekpertizası üzrə rəyə hüquqi qiymət verməyərək mötəbər sübut kimi qəbul etməmişdir. (bənd 39) Bu qanunsuz və əsassızdır. Eyni zamanda birinci instansiya məhkəməsi də yerli baxış keçirtmiş və hər hansı əlavə xətt izi aşkar edilməmişdir. Həmçinin qeyd edilmişdir ki, cavabdeh Azəriqaz İB tərəfindən məhkəməyə təqdim edilmiş foto şəkillərə sübut kimi hüquqi qiymət vermək mülki prosessual qanunvericiliyin tələblərinə ziddir. Belə ki, həmin foto şəkillər birinci instansiya zamanı məhkəmə hazırlıq iclasında yox, baxış zamanı təqdim edilmişdir. Bakı Apelyasiya Məhkəməsi prosessual hüquq normalarının düzgün tətbiq et məməklə qətnamə qəbul etmişdir.

34. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən qəbul olunmuş 18 mart 2025-ci il tarixli, 2(103)-540/2025 saylı qətnaməməsinin iddianın təmin olunan hissəsində ləğv olunması, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

35. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2020-ci il tarixli ******* nömrəli və xx.xx.2021-ci il tarixli ******* nömrəli aktları və onlara əsaslanan tələbnaməni sübut kimi qəbul etsə də, bu aktlar üzrə Azəriqaz İB tərəfindən hesablanmış 19832,6 manat məbləğində zərərin yalnız 11730,8 manatlıq hissəsi ni qəbul etmişdir. Əgər məhkəmə həmin aktları hüquqi cəhətdən etibarlı sübut kimi qəbul edirsə, bu halda aktlarda əks olunmuş bütün məlumatlar, o cümlədən hesablanmış zərərin məbləği də hüquqi nəticə doğurmalıdır. Bu kontekstdə məhkəmə maddi hüquq normalarını qeyri-müəyyən və ziddiyyətli şəkildə tətbiq etməklə hüquqi sabitlik prinsipini pozmuşdur. Məhkəmə kollegiyası xx.xx.2023-cü il tarixli, ******* nömrəli, xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktlar üzrə isə “Qaz təchizatı haqqında” Qanuna xx.xx.2022-ci il tarixdə edilmiş dəyişikliyə əsasən bu Qanunun 13-cü maddəsinə 8-1-ci hissəsinə əlavə edilmiş dəyişikliyə dair Qanunun xx.xx.2022-ci il tarixdə qüvvəyə mindiyini nəzərə alaraq mövcud vəziyyətdə həmin aktlar üzrə cavabdehin iddiaçıdan hər hansı məbləğdə zərərin ödənilməsini tələb e tməsinin hüquqi əsasının olmadığı qənaətinə gəlmişdir. Belə ki, həmin maddəyə əsasən qanunsuz qoşulma halları aşkar edilərkən bunun rəsmiləşdirilməsi proseduru, o cümlədən görülməli olan tədbirlər və tərtib edilməli olan sənədlər təsbit edilmiş və hüquqi nəticə etibarı ilə qaz paylayıcısı tərəfindən ona vurulmuş zərərin ödənilməsinin istehlakçıdan tələb edilməsinin mümkünlüyü bu prosedurdan asılı edilmişdir. Başqa sözlə, bu maddədə müəyyən edilmiş prosedura riayət edilməməsi vurulmuş zərərin ödənilməsinin istehlakçıdan tələb edilməsini, o cümlədən hər hansı məbləğdə cərimənin hesablanıb iddiaçının (istehlakçının) abonent saldosuna daxil edilməsini istisna edir. Həmin aktlar əsasında hesablanmış zərər məbləği iddiaçının abonent hesabına daxil edilmişdir. İddiaçının hər hansı həcmdə qazın ta lanmasında təqsiri aidiyyəti orqan tərəfindən müəyyən edilməmişdir. Bu da həmin aktlar üzrə cavabdehin iddiaçıdan hər hansı məbləğdə zərərin ödənilməsini tələb etməsini qeyri-mümkün edir. Bu səbəbdən də Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyası tərəfindən apellyasiya şikayətinin dəlilləri bu hissədə əsassız hesab edildiyi üçün cavabdeh tərəfindən tərtib edilmiş bu aktlar və onlar əsasında qəbul edilmiş qərarlar hüquqi nəticə etibarı ilə etibarsız hesab edilmişdir. İddiaçıya məxsus olan ev və istixana üzrə təbii qazdan qaz sayğacından kənar istifadə edilməsini təsdiq edən aktları sübut kimi qəbul edilməmişdir. İşə baxan Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyası “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13.8-1-ci maddəsinə istinad etmiş, lakin nəzərə almamışdır k i, bu maddənin real tətbiq mexanizmi yalnız Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli, 218 nömrəli qərarı ilə “Qazdan istifadə qaydalarına” daxil edilmişdir. Məhkəmə qeyd olunan aktların tərtib edildiyi dövrdə yəni xx.xx.2023 və xx.xx.2023 tarixlərində “Qazdan istifadə qaydalarına” müvafiq dəyişikliklərin (Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli, 218 nömrəli qərarı ilə) hələ qüvvəyə minmədiyini nəzərə almamışdır. Məhkəmənin 13.8-1-ci maddənin prosedur tələblərini həmin aktlara tətbiq etməsi qanunun geriyə şamil edilməməsi prinsipinə zidd olmuşdur. Məsələyə düzgün hüquqi qiymət verməmiş, nəticədə bu halın Cavabdeh İB tərəfindən sübuta yetirilmədiyi əsası ilə həmin aktlar üzrə borcu tam silmişdir. İddiaçının hüququnun pozulması iş materialları ilə təsdiqlənmədiyi halda məhkəmələr ö z qətnamələrində onun iddiasını və hüququnu müdafiə etmiş, barəsində hesablanmış borcu əsassız olaraq böyük hissəsini silmişlər. İddiaçının yaşadığı ünvan üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixə kimi akt tərtib edilən müddət ərzində iddiaçı tərəfin yaşadığı evdə və istixanada cəmi 83 manat dəyərində təbii qazın istehlak edilməsi səbəbini müəyyənləşdirmək üçün məhkəmə araşdırma aparmamış, iddiaçı tərəfin həmin müddətdə yaşadığı evdə və həyatyanı sahəsində yerləşən istixanada təbii qaza (istilik və ya enerjiyə) olan ehtiyacını hansı şəkildə ödədiyini müəyyən etməmiş və iddia tələbini qiymətləndirərkən bu halları nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

36. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası nın Mülki Məcəlləsi

37. Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

38. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

39. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

40. Maddə 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə t utulan qaydalara uyğun müəyyənləşdirilir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanun

41. Maddə 11 (hissə 6) Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

42. Maddə 13 ( hissə 8-1) Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz q oşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə b ağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.

43. Maddə

20. Müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

46. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tə rəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

49. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

50. Kassasiya şikayətində qətnamə tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə yoxlanılır. Kassasiya instansiy ası məhkəməsinin mövqeyi

51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

52. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi iş materiallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli aktlar üzrə iddiaçının hər hansı həcmdə qazın talanmasında təqsiri “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsinə uyğun şəkildə aidiyyəti orqan tərəfindən mü əyyən edilmədən hesablanmış zərər məbləği iddiaçının abonent hesabına daxil edilmişdir.

53. Bununla belə, xx.xx.2018-ci il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il tarixli aktların əhatə etdiyi dövr üzrə iddiaçı tərəfindən təbii qazdan qanunsuz qoşulma (xətt) vasitəsi ilə cavabdehə ümumilikdə (1.214 + 1.680 + 2.400 + 1.562,88 + 4.873,92 = 11.730,80) 11.730,80 manat məbləğində zərər vurulmuşdur. Bu məbləğdən artıq yazılmış (32.576,60 – 11.730,80 = 20.845,80) 20.845,80 manat zərər məbləği silinməlidir.

54. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və tərəflərin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

55. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

56. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tət biq olunmuşdur, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

57. Ona görə də kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

58. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-540/2025 nömrəli, 18 mart 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar