Məhkəmə qərarları › İş №2(102)-278/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-278/2021

25.02.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-278/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qızına qarşı iş üzrə QƏRARİ Açar sözlər: mənzildən çıxarılma 25.02.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və X22 oğlundan ibarət tərkibdə, Əliyeva Günel İnqilab qızının katibliyi, İddiaçının vəkili X11 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3945/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının xx xxxx 1995-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında xx xxxxxx 1993-cü il tarixli qanuna əsasən Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, 19a nömrəli evin 21 nömrəli mənzilin əvəzsiz olaraq X9 verilməsi qərara alınmışdır; 2. 0x xxxxxx 1995-ci il tarixli bağışlama müqaviləsi ilə Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında xx xxxxxx 1993-cü il tarixli qanuna əsasən göstərilən şəxslərə yaşadıqları dövlət evlərinin və mənzillərinin pulsuz olaraq şəxsi mülkiyyətə köçürmək hüququ verilməsi ilə əlaqədar bağışlayan-Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev k üçəsi, 19a nömrəli evin 21 nömrəli mənzil ev sahibi-X9, bağışlanmış mənzilin qiyməti 19.740 (on doqquz min yeddi yüz qırx) manat qiymətləndirilmiş və əvəzsiz olaraq ev sahibinə verilmişdir;

3. X14 xx xxxx 1999-cu il tarixdə Bakı şəhərində kəskin ürək qan-damar çatışmazlığı səbəbindən ölmüşdür.

4. Bakı şəhəri 14 nömrəli Dövlət Notariat Kontoru tərəfindən tərtib edilmiş xx xxxx 2009-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx xxxx 1999-cu il tarixdə vəfat etmiş X5 vərəsəsi Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, ev 19a, mənzil 21 ünvanında yaşayan İddiaçı qeyd edilmiş, miras əmlakın Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, 19a nömrəli evin 21 nömrəli mənzildən ibarət olması göstərilmişdir;

5. Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində istifadədə olan 0,05335 ha torpaq sahəsində yerləşən 19a nömrəli, 5 mərtəbəli binanın 2-ci mərtəbəsində, 58,77 kv.metr ümumi, 45,87 kv.metr yaşayış sahəsindən ibarət 3 otaqlı 21 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx xxxx 2009-cu il tarixdə qeydiyyata alınmışdır; 6. 21.10.2008-ci il tarixdə mülkiyyətçi İddiaçı oğlu H.Ramazanov Cavabdeh ilə rəsmi nikaha daxil olub və həmin vaxtdan İddiaçı xüsusi mülkiyyətində olan evə köçüb.

7. Bu nikahdan onların xx.xx.2011-ci il tarixdə Ramiz adlı, xx.xx.2016-ci il tarixdə Zərifə adlı iki uşaqları olub.

8. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh X6 qarşı “nikahın pozulması, yetkinlik yaşına çatmayan uşaqların ananın yanında saxlanılması v ə aliment tələbi”nə dair iddia ərizəsi təmin edilərək, X12 ilə Cavabdeh arasında Bakı Nikah Evində xx xxxxxxx 2008-ci il tarixdə 3247 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahlarından doğulmuş xx xxxx 2011-ci il təvəllüdlü İddiaçı və xx xxxxxx 2016-cı il təvəllüdlü X1 anaları Balamirzəyeva (İbrahimova) Zeynəb Zeynal qızının yanında saxlanılmaları, tərəflərin birgə nikahından doğulmuş xx xxxx 2011-ci il təvəllüdlü İddiaçı və xx xxxxxx 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün, məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx xxxxxx 2019-cu il tarixdən başlayaraq cavabdeh X3 hər ay, hər uşaq üçün 160 (bir yüz altmış) manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində alimentin Balamirzəyeva (İbrahimova) Zeynəb Zeyn al qızının xeyrinə tutulması, aliment tutulmasına dair hissədə qətnamənin dərhal icra edilməsi, iş üzrə ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun iddiaçı Balamirzəyeva (İbrahimova) Zeynəb Zeynal qızına aid edilməsi, cavabdeh X3 10 (on) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir; 9. 30 nömrəli Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş arayışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, ev 19A, mənzil 21 ünvanında yerləşən mənzil İddiaçı məxsusdur, qeyd edilən mənzildə ondan başqa oğlu-X12, gəliniCavabdeh, nəvələri-İddiaçı və X7 qeydiyyatdadırlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə m üraciət edərək, Cavabdeh himayəsində saxlanılmış azyaşlı uşaqları Ramiz və Zərifə ilə birlikdə ona məxsus cehiz əşyaları da daxil olmaqla mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi 19A nömrəli evin 21-ci mənzilindən çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir

11. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, hazırda ailə üzvləri ilə birlikdə yaşadığı və mülkiyyətində olan mənzil xx xxxx 1999-cu ildə vəfat etmiş anası X8 mülkiyyətində olmuşdur. Onun vəfatından sonra onun adına həmin mənzilə Bakı şəhəri 14 nömrəli Dövlət Notariat Kontoru tərəfindən xx xxxx 2009-cu il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” verilmişdir. Həmin şəhadətnamə əsasında isə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakı n Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən onun adına MH seriyalı ******* nömrəli xx xxxx 2009-cu il tarixli çıxarış verilmişdir. Bununla da anası ilə birlikdə yaşadığı həmin mənzil vərəsəlik yolu ilə mülkiyyətinə keçmişdir.Cavabdeh X2nun ikinci həyat yoldaşı olmaqla onun gəlini olmuşdur. Belə ki, Cavabdeh 2007-ci ildə X2 ilə rəsmi nikaha girməklə onun evinə gəlin köçmüş və qeydiyyata alınmışdır. Lakin cavabdeh onun evinə gəlin köçəndə onunla mənzilin mülkiyyətçisi kimi onun arasında onun mənzildə yaşamasına dair hər hansı razılaşma olmamış, onu mənzillə təmin etməli olduğu barədə öhdəlik götürməmişdir. Sadəcə oğlunun yaşamağa başqa yeri olmadığı üçün onların müvəqqəti olaraq onun mənzilində yaşamalarına icazə vermişdir. Onu da b ildirir ki, X2nun həmin nikahdan Ramiz və Zərifə adlı uşaqları da olmuşdur. X2 ilə Cavabdeh nikahları 2017-ci ildə məhkəmə qaydasında pozulmuşdur. Cavabdehin mülkiyyətçi kimi onunla istifadə hüquqlarını müəyyənləşdirəcək yazılı razılaşma mövcud olmadığından, bu aspektdən də onun həmin mənzildən istifadə hüquqları yaranmamışdır. Cavabdehin ona məxsus evdə qalması onun mülkiyyət hüquqlarını məhdudlaşdırır, əmlakından sahiblik, istifadə etmək, barəsində sərancnm vermək hüquqlarının həyata keçirilməsinə maneələr yaradır. Bu isə mülkiyyətçinin bu hüquqlarının məhdudlaşdırılmasının yolverilməzliyi prinsipi baxımından qanunsuz bir haldır

12. Cavabdeh İddiaçı qarşı “mənzildən istifadə hüququnun tanınması və istifadə qaydalarının müəyyən olunması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməy ə müraciət edərək, İddiaçı Cavabdeh qarşı “Cavabdeh himayəsində saxlanılmış azyaşlı uşaqları Ramiz və Zərifə ilə birlikdə ona məxsus cehiz əşyaları da daxil olmaqla mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, 19 A nömrəli evin 21ci mənzilindən çıxarılması” tələbinə dair iddiasının rədd edilməsi və qarşılıqlı tələb üzrə iddiaçı Cavabdeh azyaşlı övladları ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, 19A nömrəli evin 21-ci mənzilinə istifadə hüququnun tanınması və həmin mənzildən istifadə qaydalarının müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir

13. Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ona qarşı “uşaqları ilə birlikdə cehiz əşyaları da daxil olmaqla mülkiyyətində olan mənzildən çıxarılmas ı” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh himayəsində saxlanılmış azyaşlı uşaqları Ramiz və Zərifə ilə birlikdə ona məxsus cehiz əşyaları da daxil olmaqla mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, 19A nömrəli evin 21-ci mənzilindən çıxarılması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Hesab edir ki, iddia tələbi əsassız olduğundan aşağıdakı əsaslara görə rədd edilməli və qarşılıqlı iddia isə təmin edilməlidir. Belə ki, ilkin iddia tələbi üzrə İddiaçı əsaslandırması gerçəkliyi əks etdirmir və hüquqi istinadı da əsassızdır. İşin mübahisələndirilməyən hallarına əsasən, o X12 ilə xx xxxxxxx 2008-ci il tarixdə rəsmi nikaha daxil olaraq, ilkin iddia üzrə İddiaçı yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Ə.Ə liyev küçəsi, ev 19A, mənzil 21 ünvanında yerləşən evə gəlin köçmüş və həmin mənzildə cehiz əmlaklarını yerləşdirmiş, iddiaçının oğlu ilə birgə nikahlarından xx xxxx 2011-ci il tarixdə İddiaçı və xx xxxxxx 2016- cı il tarixdə X1 adını verdikləri uşaqları dünyaya gəlmişlər. 2008- ci ildən həmin evdə yaşayır və qeydiyyatdadır. İddiaçı oğlu ilə aralarındakı nikah Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə pozulmuşdur. Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, ev 19A, mənzil 21 ünvanında yerləşən mənzil daşınmaz əmlakın dövlət reyestrində xx xxxx 2009-cu ildə qeydə alınmışdır. Göründüyü kimi, o İddiaçı məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, ev 19A, mənzil 21 ünvanında yerləşən mənzilə onun və digər orada olan şəxslərin razıl ığı ilə köçmüş və cehiz əşyalarını da mülkiyyətçinin razılığı ilə ora yerləşdirmişdir. Həmin evdə yaşamaqla mənzildən bir ailə üzvü kimi istifadə etmiş qarşılıqlı iddia üzrə cavabdehlə həmin mənzildə yaşayaraq ümumi təsərrüfat aparmış və sonradan həmin ünvanda yaşamağı nəzərə alınaraq razılıq əsasında yaşayış yeri üzrə pasport qeydiyyatına alınmışdır. Hazırda cehiz əşyaları da həmin mənzildə saxlanılır. Cavabdehin, ərinin və qaynanasının razılıq və istəyi əsasında onun həmin mənzildə yaşamağına icazə verilmişdir. Gəlin köçdüyü, uşaqlarını dünyaya gətirdiyi, cehiz əşyaları olan həmin mübahisəli evə köçmək istəyir. Hesab edir ki, 10 ildir həmin evdə yaşayır. Onun əşyalarının həmin evə yığılması və 10 il orada yaşamağı şərtsiz razılıq əsasında olmuşdur. Hesab edir ki, o mübahisəli mənzilin mü lkiyyətçisi X10 ailə üzvü kimi onun tərəfindən mənzilə köçürülmüş, digər ailə üzvləri isə buna etiraz etməmişlər. Onlarla birgə təsərrüfat apararaq mənzil qanunvericiliyində nəzərdə tutulmuş digər şəxs kimi ailə üzvü statusuna malik olmuş və həmin vaxtdan da mübahisəli mənzildən istifadə hüququ əldə etmişdir. Ona görə mübahisəli mənzildən 2008-ci ildən istifadə hüququ əldə etdiyi üçün, mənzil üzərində yetkinlik yaşına çatmayan övladları ilə istifadə hüququ tanınmalıdır. Həmçinin, yetkinlik yaşına çatmayan uşaqların da mənafeyi və qanunvericiliklə qorunan hüquqları da nəzərə alınmalıdır. Eyni zamanda,məhkəmənin nəzərinə çatdırmaq lazımdır ki, o yetimdir,hər iki valideynini uşaq vaxtlarında itirmişdir vəheç kimi yoxdur. Hazırda onun yaşadığı yer yeganə yaşayış yeridir və özü heç bir yerdə iş ləmir. Maddi köməyə və yaşayış sahəsinə ehtiyacı vardır. Övladlarını çətinliklə böyüdür, qalmağa və getməyə başqa yeri yoxdıır. Körpələri ilə hara sığınacağını bilmir. Kirayədə qalmasına isə imkanı çatmır. Verilən aliment övladlarının maddi tələbatlarını və səhiyyə xərclərini belə ödəmir. Bundan başqa qeyd edir ki, cehiz əşyalarının çıxarılmasını istəyirlər ki, həmin cehiz əşyalarını yığmasa şəraiti və yeri yoxdur.Göründüyü kimi, tək qadındır, himayəsində iki azyaşlı uşağı var, mübahisəli evdən cavabdeh çıxarılmağını istəyir, maddi imkanı aşağıdır, başqa yaşayış sahəsi isə yoxdur. Hesab edir ki, sadaladığı bu halları məhkəmə nəzər almalı və onun həmin mənzildən istifadə etməyinə şərait yaratmalıdır. Bu hallar nəzərə alınaraq, iddianın təmin edilməsi daha mərhəmətli və ədalətli olar. Göstər ilənlərə əsasən hesab edir ki, qarşılıqlı iddia ərizəsi təmin edilməli, o və azyaşlı uşaqları mübahisəli mənzilə köçürülməli, həmin mənzil üzərində istifadə hüququ tanınmalı və mənzildən istifadə qaydaları müəyyən edilməlidir

14. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx xxxxxx 2020-ci il tarixli 2(005)-503/2020 saylı qətnaməsi ilə (hakim G.Əsədova) ilk iddia təmin edilmiş, Cavabdeh himayəsində olan uşaqları-xx xxxx 2011-ci il təvəllüdlü İddiaçın və xx xxxxxx 2016-cı il təvəllüdlü X7 ilə birlikdə, cehiz əşyaları da daxil olmaqla İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 19A nömrəli evin 21 nömrəli mənzilindən çıxarılması və onların həmin mənzildən istifadə hüquqları itirilməsi qət edilmiş, Cavabdeh İddi açı qarşı “mənzildən istifadə hüququnun tanınması və istifadə qaydalarının müəyyən olunması” tələbinə dair qarşılıqlı iddia tələbi rədd edilmişdir.

15. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, mübahisəli mənzil əvvəl iddiaçı şəxsin anasına məxsus olmuş, onun ölümündən sonra qanun üzrə vərəsəlik hüququ əsasında iddiaçının mülkiyyətinə keçmiş, həmin mənzilə cavabdeh şəxs iddiaçının oğlu ilə ailə həyatı quraraq gəlin kimi köçmüş və hazırda birgə nikahdan olan iki övladı ilə birlikdə həmin mənzildə qeydiyyatdadırlar, iddiaçı həmin mənzili onun qanunsuz istifadəsindən və sahibliyindən geri tələb etsə də, cavabdeh mənzili boşaltmaqdan imtina etmişdir. İddiaçı hazırda həmin mənzildən istifadə edə bilmir, o, bu mülkiyyətindən faktiki olaraq məhrum edilmişdir. Hüquqi nəticə etibarı ilə cavabdehin bu hərəkətləri nəticəsində iddiaçının konstitusion hüququ olan mülkiyyət hüququ pozulmuşdur.

16. Məhkəmə qarşılıqlı iddia ərizəsi ilə bağlı qeyd etmişdir ki, işin hallarından və tərəflərin verdikləri izahatlarından da göründüyü kimi, cavabdeh şəxs gəlin olaraq həmin mənzilə əvvəlki mülkiyyətçinin, yəni iddiaçının anasının razılığı ilə köçmüş, sonradan da həmin mənzilə qeydiyyata düşmüşdür. Göründüyü kimi, bu hal cavabdehin şəxsin həmin mənzilə idtifadə hüququnun tanınması üçün heç bir halda əsas ola bilməz. Eyni zamanda, cavabdeh şəxs həmin mübahisəli evə istifadə hüququnun yaranmasını yalnız ora gəlin köçüb, orada yaşaması ilə əlaqələndirmişdir ki, bu hal qanunla nəzərdə tutulmuş qaydada istifadə hüququnun yaranmasına əsas olan mülkiyyətçi ilə notaria l formada bağlanılmış razılaşmanı əvəz edə bilməz və bu fakt notarial razılaşma kimi kimi qiymətləndirilə bilməz. Bu hal qanunvericiliyin tələblərinə ziddir Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir.

18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-3945/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – X.Mərdanova (sədrlik edən və məruzəçi), E.Həsənov və F.Babayev) Cavabdeh apellyasiya şikayəti qismən təmin ediləeək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)-503/2020 nömrəli qətnaməsi Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 19A nömrəli evin 21 nömrəli mənzilindən istifadə hüququnun itirilməsi hissəsində ləğv edilərək, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən, bu qətnamə qanuni qüvvəyə mindikdən sonra Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 19A nömrəli evin 21 nömrəli mənzildən çıxarıldıqdan sonra onun həmin mənzildən qeydiyyatdan çıxarılmasına əsasdır.

19. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, hazırda cavabdehə məxsus əşyaların iddiaçının mülkiyyətində olan mənzildə qalması və həmin mənzildə uşaqları ilə yaşaması iddiaçının mənzil üzərindəki mülkiyyət hüquqlarını pozduğundan onun tələbi əsaslı olmaqla cavabdeh uşaqları və özünə məxsus əşyalarla birlikdə müb ahisəli mənzildən çıxarılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 2-ci hissəsinə əsasən, Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Qeyd olunan maddənin məzmunundan da görünür ki, mənzilə qeydiyyata alınmaq, həmin yaşayış sahəsinə hər-hansı bir hüquq, o cümlədən istifadə hüququ yaratmır. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanu ni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Göründüyü kimi, yaşayış yeri üzrə qeydiyyata alma və qeydiyyatdan çıxarılma Daxili İşlər Nazirliyinin qeydiyyat məsələləri ilə məşğul olan xüsusi orqanlarının səlahiyyətinə aiddir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya məxsus mənzildə qeydiyyatda qalması ona öz mülkiyyətindən dinc istifadə hüququnu həyata keçirməyə mane olur. Bu səbəbdən hazırki qətnamə qanuni qüvvəyə mindikdən sonra cavabdeh çıxarıldıqda, onun həmin mənzildən qeydiyyatdan da çıxarılmasına əsas verir Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

20. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məh kəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur.. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz göndərərək kassasiya şikayətinin dəlilləri ilə razılaşmadığını apelyasiya instansiyası məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

23. İddiaçının vəkili V.Xasayev məhkəmə iclasında kassasiya şikayətinin dəlilləri ilə razılaşmadığını apelyasiya instansiyası məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

24. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri

25. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

26. MPM-ə əsasən kassasiya instansi yası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

27. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə

28. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. (maddə 228.1)

29. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər (maddə 228.2)

30. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəll ənin qüvvəyə mindiyi gündən yaranır. (maddə 228.5)

31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” xx xxx 2008-ci il tarixli Qərarında qeyd olunur ki, Mm-in 228.5-ci maddəsində təsbit olunmuşdur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Həmin müddəanın mənasına görə mülkiyyətçi ilə birgə yaşayan əri, arvadı, valideynləri və uşaqlarının onunla bərabər yaşayış sahəsindən istifadə hüququ onların mülkiyyətçinin icazəsi ilə yaşayış binasının tərkib hissəsinə köçərək orada daimi yaşamaqdan asılıdır. Bu mənada, nəzərə alınmalıdır ki, yaşayış binasının tərkib h issəsi mülkiyyətçisinin ailə üzvləri ilə bağlı mm-in 228.5-ci maddəsinə nisbətdə həmin məcəllənin 228.1-ci maddəsi daha geniş xarakter daşıyır. Belə ki, mm-in 228.1-ci maddəsində mülkiyyətçinin ailə üzvlərindən bəhs edildiyi təqdirdə, həmin məcəllənin 228.5-ci maddəsi yalnız mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinə aiddir. Göründüyü kimi mülkiyyətçi ilə birgə yaşamayan onun ailə üzvləri mm-in 228.5-ci maddəsinin dairəsinə düşmür.

32. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; (maddə 152.1)

33. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahi b ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. (maddə 152.5)

34. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır(maddə 157.1)

35. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. (maddə 157.2)

36. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkə mə vasitəsilə tələb edə bilər. (maddə 157.4) “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 2-ci hissəsinə əsasən, Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Mülki Prossesual Məcəllə 37. “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onl ardan istifadə etməlidir.(maddə 14.2)

38. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)

39. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)

40. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.“(maddə 217.2)

41. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)

42. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)

43. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

45. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

46. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

47. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3945/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar