Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-278/2022 14.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X3 və İddiaçı4 Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-278/22 (Açar sözlər: məhkəmə hökmü, deliktlə bağlı iddia müddəti) Bakı şəhəri, 14 fevral 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X3 və İddiaçı4 Cavabdeh qarşı “pul tələbinə” dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-1215/2021 nömrəli, 19 may 2021-ci il tarixli qətna məsindən Cavabdeh verdiyi kassasiya şikayətinə 14 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3 və 178.4-cü maddələri ilə təqsirli bilinərək Binəqədi Rayon Məhkəməsinin 1(103)29/2019 saylı hökmü ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur.
2. Həmin hökmə müəyyən edilib ki, Cavabdeh iddiaçıların etibarından sui-istifadə etməklə onların pullarını mənimsəyib.
3. Mübahisə həmin pulların qaytarılmaması ilə bağlı yaranıb. a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X3 və İddiaçı4 iddia ərizəsi ilə Cəbrayıl Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh İddiaçı4 xeyrinə 4500 manat, İddiaçı1 xeyrinə 5500 manat, iddiaçı X1 xeyrinə 4500 manat, İddiaçı2 xeyrinə 3500 manat və İddiaçı3 xeyrinə 3000 manat maddi ziyanın alınıb onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
5. İddia tələbi onunla əsaslandırılıb ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3 və 178.4-cü maddələri ilə təqsirli bilinərək Binəqədi Rayon Məhkəməsinin 1(103)-29/2019 saylı hökmü ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Hökmdən bütün instansiya məhkəmələrinə şikayət verilmiş, sonda Ali Məhkəmənin 1(102)-482/2020 saylı qərarı ilə hökm qüvvədə qalmışdır. Hazırda cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 3 saylı Bakı İstintaq Təcridxanasında cəzasını çəkir.
6. Cavabde h Quliyev X5 Rayon Məhkəməsində gedən icraat zamanı törətmiş olduğu əməli etiraf edərək iddiaçıların etibarından sui-istifadə etməklə əldə etdiyi məbləğləri mənimsədiyini bildirmişdir.
7. İddiaçı4 Cavabdeh 5000 manat pulu 16.12.2016-cı il tarixdə notarial qaydada müqavilə bağlamaq yolu ilə vermişdir. Həmin məbləğdən cavabdeh 2018-ci ildə cəmi 500 manat pulu məhkəmə iclasında ödəmişdir. Qalan 4500 manat isə indiyə qədər ödənilməmişdir.
8. İddiaçı1 Cavabdeh 5500 manat pul vermişdir. Həmin məbləğdən indiyə qədər heç bir məbləğ ödənilməmişdir.
9. İddiaçı X3 Cavabdeh 5000 manat pul vermişdir. Cavabdeh həmin məbləğdən cəmi 500 manat pulu məhkəmə iclasında ödəmiş, qalan 4500 manat isə indiyə qədər ödənilməmişdir.
10. İddiaçı2 Cavabdeh 4500 manat pul vermişdir. Cavabdeh həmin məbləğdən cəmi 1000 m anat pul ödəmiş, qalan 3500 manat isə indiyə qədər ödənilməmişdir.
11. İddiaçı3 Cavabdeh 3000 manat pul vermişdir. Həmin məbləğdən indiyə qədər heç bir məbləğ ödənilməmişdir.
12. İddiaçılar tələbin hüquqi əsası kimi Mülki Məcəlləsinin 739-cu maddələrinə istinad etmişlər.
13. Cavabdeh istinataq təcridxanasından iddia ərizəsinə etiraz vermişdir. Etirazın dəlilləri ondan ibarətdir ki, iddiaçılarla notarial qaydad müqavilə bağlayıb, həmin müqavilələrin tarixi baxımından iddia müddəti müddəti ötüb.
14. Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-436/2020 nömrəli, 02 dekabr 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 4500 (dörd min beş yüz) manat məbləğində pulun alınıb İddiaçı4, 5500 (beş min beş yüz) manat məbləğində pulun alınıb İddiaçı1, 4500 (dörd min beş yüz) manat məbləğində pul un alınıb iddiaçı X2, 3500 (üç min beş yüz) manat məbləğində pulun alınıb İddiaçı2 və 3000 (üç min) manat məbləğində pulun alınıb İddiaçı3 verilməsi qət edilmişdir. (hakim Mehman Nuriyev)
15. Birinci instansiya məhkəməsi işdə olan sübutlara, o cümlədən Binəqədi Rayon Məhkəməsinin 20 avqust 2019-cu il tarixli 1(001)-29/2019 saylı hökmünə istinadən müəyyən edib ki, Cavabdeh iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X3 və İddiaçı4 etibarından sui-istifadə etməklə İddiaçı4 5000 manat, İddiaçı1 5500 manat, iddiaçı X2 5000 manat, İddiaçı2 4500 manat və İddiaçı3 3000 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan cavabdeh İddiaçı4 500 manat, iddiaçı X2 500 manat və İddiaçı2 1000 manat qaytarmışdır.
16. Birinci instansiya məhkəməsi işdəki kredit müqavilələrinə münasibətdə qeyd edib ki, iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı4 ilə Cavabdeh arasında bağlanmış “kredit müqavilələri” iddiaçıların etibarından sui-istifadə etmək məqsədilə formal olaraq bağlanmışdır. Çünki Binəqədi Rayon Məhkəməsinin 20 avqust 2019-cu il tarixli 1(001)29/2019 saylı hökmündə də Cavabdeh iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X3 və İddiaçı4 cinayət törətməklə maddi ziyan vurması öz təsdiqini tapmışdır.
17. Birinci instansiya məhkəməsi Binəqədi Rayon Məhkəməsinin 20 avqust 2019-cu il tarixli hökmünə istinadən hesab edib ki, iş üzrə 3 illik iddia müddəti deyil, 10 illik ümumi iddia müddəti əsas götürülməlidir.
18. Birinci instansiya məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 152.1, 157.1, 157.2, 1096.1, 1096.2, 1097.1-ci, Mülki Prosessual Məcəllənin 82.4-cü maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instan siyası məhkəməsindəki icraat
19. Cavabdeh apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.
20. Apellyasiya şikayətinin dəlilləri: - iddia müddəti ötürülmüşdür. Qanunvericiliyə əsasən müqavilə üzrə öhdəliklərdə iddia müddəti 3 il nəzərdə tutulmuşdur; - bu barədə ərizə ilə birinci instansiya məhkəməsinə də müraciət etmişdir.
21. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-1215/2021 nömrəli, 19 may 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Cəbrayıl Rayon Məhkəməsinin 02 dekabr 2020-ci il tarixli, 2(072)-436/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Müşfiq Həsənov (sədrlik edən və məruzəçi), İlham Əsədov, Zeynal Zeynalov)
22. Apellyasiya instansiyası birinci instansiya məhkəməsinin gəldiyi nət icə və tətbiq etdiyi maddi və prosessual hüquq normaları ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
23. Cavabdeh oğlu (vəkil X4) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
24. Kassasiya şikayətini apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmaqla, şikayətdə iddia müddətinin keçməsinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı yazılı etirazın dəlilləri
25. Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərənca m vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam hə cmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması na istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərar dadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
26. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
27. Kas sasiya şikayətində cavabdeh apellyasiya instansiyasının qətnaməsinin ləğv edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Buna görə də kollegiya apellyasiya instansiyasının qətnaməsini tam yoxlayır.
28. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımda n apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilib.
31. İddia tələbi cinayət nəticəsində vurulmuş zərərin ödənilməsi barədədir. 32. işon müəyyən edilmiş halı da ondan ibarətdir ki, Cavabdeh iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X3 və İddiaçı4 cinayət törətməklə maddi ziyan vurması Binəqədi Rayon Məhkəməsinin 20 avqust 2019-cu il tarixli 1(001)-29/2019 saylı hökmündə də öz təsdiqini tapmışdır. İddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı4 ilə Cavabdeh arasında bağlanmış “kredit müqavilələri” iddiaçıların etibarından sui-istifadə etmək məqsədilə formal olaraq bağlanmışdır.
33. Cavabde h iddiaya etiraz kimi müqavilə münasibətlərinə istinad etməklə iddia müddətinin ötməsini bildirib, bu barədə ərizə versə də, məhkəmələr belə nəticəyə gəlib ki, deliktlə bağlı iddia müddəti 10 ildir.
34. Cavabdehin kassasiya şikayətinin dəlili də yalnız iddia müddətinin tətbiq edilməsi ilə bağlıdır.
35. Məhkəmə kollegiyası iddia müddəti ilə bağlı məhkəmələrin gəldiyi nəticəni əsaslı hesab edir. Belə ki, Mülki Məcəlləyə görə ümumi iddia müddəti on il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. (maddə 373.1. 373.2)
36. Nəzərə alınsa ki, hazırki işdə iddiaçılarla cavabdeh arasında kredit müqaviləsi olsa da, işin müəyyən edilən hallarına görə həmin müqavilələr formal bağlanıb, əslində cavabdeh cinayət n əticəsində iddiaçılara zərər yetirib, belə olan halda, tərəflər arasındakı münasibətlər müqavilə öhdəliklərinə deyil, müqavilədən kənar öhdəliklərə, konkret olaraq isə zərər vurmaya (deliktə) söykənir. Bu halda da, hazırki mübahisəyə müqavilə tələbləri üzrə 3 illik deyil, 10 illik ümumi iddia müddətinin tətbiq edilməsi düzgün olmuşdur.
37. Bu baxımdan, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsasız hesab edir.
38. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
39. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Şirvan Apell yasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-1215/2021 nömrəli, 19 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.