Məhkəmə qərarları › İş №2(102)-278/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-278/2023

17.01.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-278/2023 17.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Cümşüd oğluna və Cavabdeh3 Cümşüd oğluna qarşı iş üzrə QƏRARİ (Açar sözlər:torpaq sahəsindən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu, (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Cümşüd oğluna və Cavabdeh3 Cümşüd oğluna qarşı cavabdehlərin zəbt etdikləri torpaq sahəsindən çıxarılmaları tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-42/2022 nömrəli, 16 may 2022-ci il tarix li qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə 17 yanvar 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. JN:9398 KOD 90100016 saylı “torpaqdan müvəqqəti istifadə hüququna” dair şəhadətnaməyə əsasən Yevlax rayon Aran Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 28 nömrəli qərarı ilə Yevlax rayon Aran Bələdiyəsinin mülkiyyətində olan 200 ha torpaq sahəsi 15 il müddətinə heyvandalığı inkişafı məqsədi ilə X1 istifadəsinə verilmişdir.

2. Yevlax rayon Aran Bələdiyyəsinin ərazisində 200 ha torpaq sahəsində yerləşən Əmlak Kompleksinə dair müqavilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsi tərəfindən icra edilərək, Yevlax rayon Aran Bələdiyyəsinin ərazisində 200 ha torpaq sahəsində y erləşən Əmlak Kompleksi binaları mərhum əri X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, ona hüquqların X4 Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2014-cı il tarixli, RX seriyalı ******* saylı, ********** qeydiyyat nömrəli çıxarış və tikilinin Texniki Pasportu verilmişdir

3. Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən 06 iyun 2013-cü il tarixdə verilmiş AZ-İ seriyalı, 628696 №-li ölüm haqqında şəhadətnamədən görünür ki, X2 xx.xx.2013-cü ildə vəfat etmişdir. 4. 25.04.2014-cü il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2013-cü ildə vəfat etmiş X1 arvadı İddiaçı mirasda payı mirasın 100%-dən (tam) ibarətdir.

5. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsi tərəfindən icra edilərək, Yevlax rayon Aran Bələdi yyəsinin ərazisində yerləşən Əmlak Kompleksi binaları İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, ona hüquqların X4 Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2015-cı il tarixli, RX seriyalı ******* saylı, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Cümşüd oğluna və Cavabdeh3 Cümşüd oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən zəbt edilmiş, onun istifadəsində olan Yevlax rayonu Aran qəsəbəsi ərazisində yerləşən 46,04 ha torpaq sahəsindən çıxarılmaları və dövlət rüsumu kimi ödədiyi 20 manat pulun onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmı şdır ki, mərhum əri X2 ilə Yevlax rayon Aran Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 28 nömrəli qərarı əsasında bağlanmış xx.xx.2006-cı il tarixli 08 nömrəli icarə müqaviləsi əsasında Yevlax rayon Bələdiyyəsinin mülkiyyətində olan 38 nömrəli çevrədən heyvandarlığın inkişafı üçün 15 il müddətinə 200 ha torpaq sahəsi ayrılaraq mərhum ərinin istifadəsinə verilmişdir. Mərhum ərinin adına torpaqdan müvəqqəti istifadə hüququna dair JN-9398 saylı KOD 90100016 olan şəhadətnamə verilmişdir. Yevlax rayon Aran Bələdiyyəsinin ərazisində 200 ha torpaq sahəsində yerləşən Əmlak Kompleksinə dair müqavilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsi tərəfindən icra edilərək, Yevlax rayon Aran Bələdiyyəsinin ərazisində 200 ha torpaq sahəsində yerləşən Əmlak Kompleksi binaları mərhum ər i X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, ona hüquqların X4 Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2014-cı il tarixli, RX seriyalı ******* saylı, ********** qeydiyyat nömrəli çıxarış və tikilinin Texniki Pasportu verilmişdir. Qeyd olunan torpaq sahəsinin 46,04 ha hissəsi cavabdehlər tərəfindən zəbt olunmuşdur.

8. Yevlax Rayon Məhkəməsinin (hakim G.İ.Cavadova) 27 noyabr 2020-ci il tarixli, 2(039)-1280/2020 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Cümşüd oğlu və Cavabdeh3 Cümşüd oğlunun İddiaçı istifadəsində olan Yevlax rayonu Aran qəsəbədində yerləşən 200 ha torpaq sahəsinin 12,14 hektar hissəsindən çıxarılması, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 manat məbləğində pulun müştər ək qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh2 Cümşüd oğlundan və Cavabdeh3 Cümşüd oğlundan İddiaçı xeyrinə tutulması, aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 120 manat məbləğində pulun İddiaçı, 503 manat pulun müştərək qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh2 Cümşüd oğlundan və Cavabdeh3 Cümşüd oğlundan alınaraq "xxxx" MMC-nin hesabına (VÖEN: ********** Hesab AZ 23AİİB********************) köçürülməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçının istifadəsində olan torpaq sahəsinin 12,14 ha hissəsi hər hansı qanuni əsas olmadan cavabdehlərin istifadə və sahibliyindədir. Buna görə də iddiaçı həmin torpaq sahəsi ilə bağlı hüquqlarını həyata keçirə bilmir.

10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 27 oktyabr 2020-ci il tarixli rəyindən görünür ki, Yevlax rayonu Aran qəsəbəsində yerləşən mübahisəli torpaq sahəsinə mütəxəssisin, iddiaçının və cavabdehin iştirakı ilə baxış keçirilərək cavabdehin faktiki istifadə etdikləri torpaq sahəsinin koordinatları naturada müəyyən edilmişdir. Həmin koordinatlar Yevlax rayonu “Aran” təsərrüfatının ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsində yerləşdirildikdə, iddiaçının xx.xx.2006-ci il tarixli, KOD 90100016 saylı, JN seriyalı 9398 №-li torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnaməyə əsasən istifadəsinə verilmiş, 3 hissədən ibarət olan 200 ha torpaq sahəsinin 60,52 hektar hissəsinin 12,14 hektarının cavabdehlər tərəfindən istifadə olunduğu müəyyən edilmişdir. Beləliklə qeyd olunanlardan müəyyən olunur ki, iddiaç ının istifadəsində olan torpaq sahəsinin 12,14 ha hissəsi hər hansı qanuni əsas olmadan cavabdehlərin istifadə və sahibliyindədir. Buna görə də iddiaçı həmin torpaq sahəsi ilə bağlı hüquqlarını həyata keçirə bilmir.

11. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 157.2, 158.2, 158.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 Cümşüd oğlu və Cavabdeh3 Cümşüd oğlu qətnamədən apellyasiya şikayəti verərək, Yevlax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(039)-1280/2020 saylı qətnaməsini ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Şəki Apellyasi ya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – M.A.Əsədli (sədrlik edən və məruzəçi), Ə.T.Məcidov və A.A.Mahmudov) 2(107)-42/2022 nömrəli, 16 may 2022-ci il tarixli qətnaməsi ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2 Cümşüd oğlu və Cavabdeh3 Cümşüd oğlunun apellyasiya şikayəti qismən təmin edilərək, Yevlax Rayon Məhkəməsinin 27 noyabr 2020-ci il tarixli, 2(039)-1280/2020 saylı qətnaməsinin dəyişdirilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Cümşüd oğlunun və Cavabdeh3 Cümşüd oğlunun iddiaçıya məxsus İddiaçı istifadəsində olan Yevlax rayonu Aran qəsəbəsində yerləşən 200 ha torpaq sahəsinin 12,0 hektar hissəsindən çıxarılmaları, iş üzrə ekspertiza xərcini təşkil edən 50 (əlli) manatın cavabdehlərdən müştərək qaydada tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.

14. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 27 oktyabr 2020-ci il tarixli rəyi mötəbər sübut kimi qəbul etməmiş və mülki işin daha obyektiv araşdırılması üçün eksperiza təyin edilmiş, ekspertizanın aparılmasını Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. 08 aprel 2022-ci il tarixli, 10/1983 saylı ekspert rəyindən görünür ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC Mingəçevir LTİ-nin mütəxəssis rəyinə əsasən, Yevlax rayonu "Aran" təsərrüfatının ərazisində aparılan torpaq islahatına dair tərtib edilmiş kompleks yerquruluşu layihəsində mövcud olan, iddiaçının adına tərtib edilmiş JN 9398 (kod ********) saylı "To rpaqdan müvəqqəti istifadə hüququna" dair xx.xx.2006-cı il tarixli şəhadətnaməyə əsasən icarəsinə verilmiş İİİ hissəli 200.0 ha torpaq sahəsinin, 9398 A nömrəli çevrəsində göstərilmiş 60,52 ha torpaq sahəsinin 12.0 ha hissəsinin naturada cavabdehlər tərəfindən istifadə edildiyi müəyyən edilmişdir.

15. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, cavabdehlər bununla bağlı sübutlar təqdim etməmişdir. Həmçinin rəydən görünür ki, cavabdehlərin apellyasiya şikayətinin dəlilləri qismən əsaslıdır və rəy cavabdehlərin mübahisəli torpaq sahəsinin 12 ha hissəsindən çıxarılması ilə bağlı dəlillərini təsdiq edir. Odur ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab etmişdir ki, mübahisələndirilən hissədə qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamışdır.

16. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, mübahisəli torpaq sahəsinə dair cavabdehlərin hər hansı bir hüququnu təsdiq edən sənəd iş materiallarında aşkar edilməmişdir. Belə ki, cavabdehlər həm apellyasiya şikayətində həm də məhkəmə iclasında verdikləri izahatlarında mübahisəli torpağa dair sənədlərinin olmadığını etiraf etmişlər. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı, ********** qeydiyyat nömrəli çıxarışla Yevlax rayonu, Araz qəsəbəsində yerləşən 803.5 kv.m. daşınmaz əmlak xx.xx.2015-ci il tarixdə İddiaçı adına qeydiyy ata alınmışdır

17. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 152.5, 140-cı maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67.1, 68, 84.1, 111.1, 111.2 və 111.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

18. Cavabdeh1 (nümayəndə və Vəkil) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin təkrar apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarından göründüyü kimi iddiaçının icarə əsasında götürdüyü 200 ha torpaq sahəsinə cavabdehin istifadəsində olan sahənin heç bir aidiyyəti yoxdur. Əmlak Məsələləri Dövlət Komitəsi yanında X5 Etməsinin Təşkili üzrə Dövlət Agentliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məktubunda göstərilmişdir ki, cavabdehin istifadə etdiyi 12 ha torpaq sahəsi iddiaçıya icarə əsasında verilmiş 200 ha torpaq sahəsinin sərhədindən kənarda yerləşir. Buna baxmayaraq məhkəmə tam əksinə qətnamə çıxarmışdır. Apellyasiya instansiya məhkəməsi sübutlara obyektiv qiymət verməmiş, eyni zamanda qərəzli mövqe tutmuşdur. Belə ki, yalnız iddiaçının təqdim etdiyi sübutları qəbul etmiş, mübahisəli torpağın iddiaçıya icarəyə verilməməsi barədə Dövlət Agentliyinin məktubu cavabdehin fikri və tələbləri nəzərə alınmamış, iddianın əsaslı olmasını göstərən və məhkəməyə təqdim edilən heç bir sübuta istinad etməmişdir. Bu da prosessual hüquq pozuntusudur. b)

20. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq ed ilən hüquq Mülki Məcəllə

21. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

22. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

23. Maddə 140.Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyi ncə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir.Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

24. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsi:

25. Maddə 67.1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.

26. Maddə 68.Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələri nin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

27. Maddə 84.1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

28. Maddə 111.1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.

29. Maddə 111.2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.

30. Maddə 111.3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəll ə

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

34. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

35. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmama sına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

38. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

39. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozun tu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

41. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Ka ssasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılan hissədə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

43. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin 12,0 ha torpaq sahəsinin iddiaçının istifadəsində olduğu və onun bu hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı, həmin torpaq sahəsi hissəsinin cavabdehlər tərəfindən zəbt edildiyi bağlı gəldiyi nət icə ilə razılaşır və qeyd edir ki, iş üzrə torpaq sahəsinin zəbt olunmuş hissəsinin ölçüsü ekspert rəyi ilə müəyyən edilmişdir. İşin faktiki hallarını araşdırma səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi işdə olan digər sübutlarla ekspert rəyini düzgün qiymətləndirmişdir.

44. Kollegiya qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat yüksəkdir.

45. Azərbaycan Respublikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir.

46. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

47. Göründüyü kimi, qanunvericiliyə əsasən məhkəmə üçün ekspert rəyi məcburi əhəmiyyətə malik deyil və o, məhkəmə tərəfindən Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsi ilə müəyyən edilmiş qaydalar əsasında qiymətləndirilir. Ekspert rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi.

48. Kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edilməlidir ki, ekspert rəyinin qeyri-mötəbərliyinin hər hansı sübutla təsdiq edilməmiş, ekspert rəyinin qiy mətləndirilməsi zamanı hər hansı bir prosessual pozuntuya yol verməmişdir. Bu baxımdan cavabdeh tərəfin istinad etdiyi dəlillər əsassızdır.

49. Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apelyasiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır.

50. Göstərilənlərə əsasən iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır.

51. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikay əti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-42/2022 nömrəli iş üzrə 16 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar