Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2780/2019 22.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi, İddiaçı və vəkili Vəkil, iştrakları ilə, İddiaçı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 dekabr 2018-cı il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 09 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim:E.Z.Ağayev; 2(010)-4715/2018) İddiaçı Cavabd eh qarşı «nikahın etibarsız hesab edilməsi və uşaq tələbə» barədə iddiası qismən təmin edilmiş, İddiaçı Cavabdeh arasında Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsində 09 dekabr 2016-cı il tarixdə bağlanmış, nigahın bağlanması haqqında akt qeydləri kotabında 159 nömrə ilə qeyd edilmiş nigahın etibarsız hesab edilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: M.A.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Ə.Məhərrəmova və X.Ə.Sarıyev; 2(103)-13010/2018), İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh apellyasiya şikayəti təmin edilmiş, Suraxanı Rayon Məhkəməsinin 09 oktyabr 2018-ci il tarixli qətnaməsi qismən, tərəflər arasında 09.12.2016-cı il tarixdə bağlanmış nikah ın etibarsız hesab edilməsi barədə tələbin təmin edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş, nikahın etibarsız hesab edilməsi barədə iddia tələbi rədd edilmiş, qətnamə qalan hissədə dəyişiklik edilmədən saxlanılmışdır. İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh arasında 09.12.2016cı il tarixdə bağlanmış nikahın etibarsız hesab edilməsi, onların birgə övladı – 26.08.2017-ci il təvəllüdlü X2 cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə 2016-cı ilin yay aylarında valideynləri vasitəsilə tanış olmuşdur. İddiaçı özünün müsbət rezuslu qana (RH+) malik olduğuna görə, mənfi rezuslu qanı (RH-) olan qızla nikaha daxil olmayaca ğını cavabdehə bildirmiş və bu səbəbdən ondan xahiş etmişdir ki, qan qrupunu yoxlatdırsın. Cavabdeh isə mənfi rezuslu qana malik olduğunu bildiyi halda, bunu iddiaçıdan gizlətmiş, 24 nömrəli Birləşmiş Şəhər Xəstəxanasından müsbət rezuslu qanı olması barədə 30.08.2016-cı il tarixdə saxta arayış alaraq ona təqdim etmişdir. Belə olan halda, iddiaçı cavabdehin müsbət rezuslu qana malik olmasına əmin olmuş, 2016-cı ilin sentyabr ayında tərəflərin nişan mərasimi baş tutmuş, 09.12.2016-cı il tarixdə isə onlar nikaha daxil olmuşlar. İddiaçı, cavabdehin əslində mənfi rezuslu qana malik olduğunu bilmiş olsa idi, onunla nikaha daxil olmazdı. Lakin iddiaçıya sonradan məlum olmuşdur ki, Cavabdeh onunla nikaha daxil olmaq üçün iddiaçını aldatmışdır. Belə ki, tərəflərin uşağı 26.08.2017-ci il tarixdə v axtından əvvəl doğulduqda və buna görə bir aydan çox müddətdə xəstəxananın reanimasiya şöbəsində yatmağa məcbur olduqda bunun səbəblərini aydınlaşdırmağa başlamış, müəyyən olunmuşdur ki, buna səbəb valideynlərin qan tərkibindəki uyuşmazlıqdır. Daha sonra, Respublika Perinatal Mərkəzində cavabdehin qan qrupu yoxlanılmış və onun mənfi rezuslu qana malik olduğu öyrənilmişdir. Cavabdehin qan qrupu ilə bağlı məqsədli şəkildə iddiaçını aldatması məlum olduqdan sonra, onların ailə münasibətləri kəsilmiş, saxta arayış vermiş tibb müəssisəsinin həkimi barədə hazırkı iş üzrə iddiaçı tərəfindən şikayətlər edilmişdir. Bununla bağlı araşdırma aparılmış və 24 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının laboratoriya şöbəsinin müdiri, saxta arayış vermiş X1 işlədiyi tibb müəssisəsi tərəfindən intizam qaydasınd a tənbeh edilmişdir. Lakin onun əməllərində cinayət tərkibi olduğundan, hazırkı iş üzrə iddiaçı, Mətanət Rüstəmovanın cinayət məsuliyyətinə cəlb edilməsi üçün də müvafiq orqanlara şikayət etməyə davam etmişdir və bu məsələyə hazırda baxılır. Saxta arayış vermiş cavabdehin iddiaçı ilə nikaha daxil olmaq üçün onu bu addımı atmağa məcbur etdiyini iddiaçıya etiraf etmişdir. Bundan başqa, iddiaçı cavabdehlə birgə yaşayış dövründə onun psixoloji problemlərinin olduğunu da aşkar etmişdir. Hətta cavabdeh bir dəfə çoxsaylı dərmanlar qəbul edərək intihara da cəhd etmişdir. Sonradan məlum olmuşdur ki, cavabdeh ruhi-əsəb xəstəlikləri dispanserində qeydiyyatdadır. Əslində aldatma yolu ilə nikaha daxil olmaq istəməsi də cavabdehin psixi sağlamlığında müəyyən problemlərin olduğunun göstəricisidir və azya şlı uşağın belə bir şəxsdə saxlanması uşaq üçün böyük təhlükədir. Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 8,9,14,77,88,217,218-ci maddələrinin, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 1.2,1.3,2.3,3.0.2,26.1.3-cü maddəsərinin tələblərinin pozulmasıiləəsassız və qanunsuz olaraq qəbul edilmişdir.iddia tələbinin əsaslı olmasının sübuta yetirilməsi işin həqiqi halları ilə təsdiq olunmasına əhəmiyyət verilməmişdir. Tərəflərin izahatı Məhkəmə kollegiyasının iclasında İddiaç ı və vəkili Vəkil kassasiya şikayətinə uyğun izahat verərək, şikayətintəminedilməsinixahişetdilər. Cavabdeh məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinin tələbinə uyğun olaraq iş üzrə onun izahatı dinlənilmədi. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və proses sual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır.Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən, o cümlədə iş materiallarında olan Suraxanı Rayon Qeydiyya t şöbəsi tərəfindən verilmiş AZ-İİ seriayalı,******** nömrəli “Nigah haqqında şəhadətnamədən görünür ki, iddiaçı ilə cavabdeh 09.12.2016-cı il tarixdə 159 saylı akt qeydi ilə rəsmi nikaha daxil olmuşlar. 5 saylı Bakı “Asan” Xidmət Mərkəzinin Qeydiyyat Şöbəsindən verilmiş AZ-İV” serialı 021626 nömrəli “Doğum haqqında şəhadətnamədən” görünür ki, onların birgə nikahından 26.08.2017-ci il tarixdə Murad adlı uşaqları doğulmuşdur. 24 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının cavabdehə verdiyi 30.08.2016-cı il tarixli arayışdan görünür ki, cavabdehin qan qrupu müsbət rezusludur. 24 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının Baş həkiminin 15.05.2018-ci il tarixli 37 nömrəli əmrindən görünür ki, iddiaçının şikayəti əsasında aparılmış araşdırmanın nəticəsi olaraq həmin xəstəxananın laboratoriya şöbəsinin m üdiri Mətanət Rüstəmova işində yol verdiyi səhlənkarlığa görə «sonuncu xəbərdarlıq» tənbehi ilə intizam məsuliyyətinə cəlb edilmişdir. Bakı Şəhər Baş Polis İdarəsinin 19.06.2018-ci il tarixli ********* ******* nömrəli məktubundan görünür ki, 24 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının laboratoriya şöbəsinin müdiri M8 saxta arayış verməsinə dair araşdırma başlanmışdır. Respublika Perinatal Mərkəzindən verilmiş 30.08.2017-ci il tarixli 1701 nömrəli əvəzləmə kartından görünür ki, cavabdehin qan qrupu mənfi rezusludur. Azərbaycan RespublikasıAilə Məcəlləsinin: - 2.3-ci maddəsinə əsasən nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. - 10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunur. - 10.2 -ci maddəsinə əsasən üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər. - 11-ci maddəsinə əsasən nikahın bağlanması üçün nikaha daxil olan şəxslərin yazılı razılığı, bu Məcəllənin 13.3-cü maddəsinə uyğun olaraq, tibbi müayinədən keçdiklərini təsdiq edən arayışın təqdim edilməsi və onların nikah yaşına çatmaları zəruridir (maddə 11.1.). Bu Məcəllənin 12-ci maddəsində göstərilən hallarda nikah bağlana bilməz (maddə 11.2.). - 12-ci maddəsinin mənasına görə yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar); övladlığa götürənlər və övladlığa götürülənlə r; ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər; tibbi müayinədən keçdiklərini təsdiq edən arayışı təqdim etməkdən imtina edən şəxslər; ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya kəmağıllıq nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər arasında nikahın bağlanmasına yol verilmir. - 13.7-ci maddəsinə əsasən nikaha daxil olan şəxslərdən biri özündə dəri-zöhrəvi xəstəliyinin və insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin olmasını o birindən gizlətdikdə, digər tərəf nikahın etibarsız sayılması tələbi ilə məhkəməyə müraciət edə bilər. - 25.1-ci maddəsinə əsasən bu Məcəllənin 10-12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. - 25.2-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında etibarsız sayılır. İş üzrə toplanmış sübutlara qiymət verərək Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq nəticəyə gəlmişdir ki, ailə qanunvericiliyinin qeyd olunmuş normalardan göründüyü kimi, nəinki qan uyuşmazlığının, ümumiyyətlə, tərəflərdən birində hər hansı xəstəliyin olması belə onlar arasında bağlanmış nikahın etibarsızlığı üçün əsas sayılmır. Cavabdeh isə aldatma faktını qətiyyətlə inkar etmişdir və göstərmişdir ki, onun şəxsiyyət vəsiqəsində daşıdığı qanın müsbət rezuslu olması əks olunmuşdur. Arayış da məhz şəxsiyyət vəsiqəsinə əsasən verilmişdir. Cavabdeh mənfi rezuslu qanı daşıdığını heç bir şəkildə əvvəlcədən bilməmiş və iddiaçını aldatmamışdır. Ailə qanunveri ciliyinin maddələrinə əsasən aldatma faktının mövcud olması tərəflər arasında bağlanmış nikahın etibarsızlığı üçün bilavasitə əsas deyil. Bu hal yalnız tərəfə nikahın etibarsız sayılmasını tələb etmək hüququ verir. Müvafiq səbəbə görə, nikahın etibarsız hesab etmək birmənalı olaraq ədalətli məhkəmə araşdırmasından asılıdır. Cavabdehin iddiaçını aldadıb-aldatmaması faktının müəyyən edilməsinə münasibətdə apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, qan uyğunluğunun evlilik üçün əsas şərt olmasının iddiaçı tərəfindən cavabdehə əvvəlcədən bəyan edilməsi işin mübahisəsiz halıdır. Bu şərtin cavabdehə əvvəlcədən məlum olmasını əsas götürərək, cavabdehin müvafiq məzmunda saxta rəy almaqda maraqlı olması təsdiq edən hal kimi qiymətləndirilə bilməz. Belə ki, iş materiallarında olan Cavabdeh məxsus «Şəxsiyyət vəsiqəsindən» görünür ki, burada onun qan qrupu həqiqətən də müsbət rezuslu (RH+) olaraq ifadə edilmişdir. Cavabdeh de «Şəxsiyyət vəsiqəsinə» əsaslanaraq öz qan qrupu haqqında əvvəlcədən yanlış məlumata malik olmuşdur. Belə olan halda, onun saxta arayış almaqda maraqlı olması inandırıcı deyil. Halbuki, Azərbaycan Respublikası MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçı ilə cavabdeh arayış almağını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. müvafiq «tibb arayı şını» cavabdeh deyil buna səlahiyyəti olan tibb işçisi tərtib etdiyindən bu hala görə cavabdehin məsuliyyət daşıması yolverilməzdir. Digər tərəfdən, aldatma faktı təsdiq olunsa belə, bu halın hazırki iş üzrə tərəflər arasında bağlanmış nikahın etibarsız hesab edilməsi üçün yetərli olması sual altındadır. Çünki iddiaçı məhkəmə iclasında izahat verən zaman bildirmişdir, o, mənfi rezuslu qanın daşıyıcısı olan xanımla ona görə ailə qurmaq istəmirdi ki, gələcəkdə övlad sahibi olmaya bilər. Lakin hazırda onların uşağının sağlığında qan uyuşmazlığından qaynaqlanan hər hansı problem olması iş materialları ilə təsdiq olunmur. Həmçinin, cavabdeh öz izahatında hətta ikinci dəfə hamilə qaldığını və iddiaçının təkidi ilə uşağı tələf etdiyini bildirdikdə iddiaçı bu xüsusata hər hansı bir etiraz etməmişd ir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi ambulator məhkəmə-psixatrik ekspertizasının 14.09.2018-ci il tarixli 1491 nömrəli rəyindən görünür ki, cavabdehdə hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. O, hal-hazırda psixi vəziyyətinə görə özü və ətrafındakılar üçün təhlükə kəsb etmir. Rəydə qeyd edilənlərin əksini isə iddiaçı sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır ki, cavabdehin hərəkətlərinin iddiaçıya xoş gəlməməsi uşağın anasından alınması üçün əsas ola bilməz. Cavabdehin anasının əxlaqında qüsurların olması isə hazırki mübahisənin ədalətli həllində heç bir əhəmiyyət kəsb etmir. Anasının hərəkətlərinə görə cavabdeh hər hansı bir şəkildə cavabdehlik daşımır. Belə bir əsasla uşağın anadan alınması qüvvədə olan heç bir qanunvericilik aktında təsbit olunmamışdır. Eyni yanaşma cavabdehin həyat şəraitinin aşağı olması dəlilinə də aid edilməlidir. Cavabdehin uşaqla qeyri-insani rəftar etməsidə məhkəmədə sübuta yetrilməmişdir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinin tələbinə müvafiq olaraq tam hüquqlu məhkəmə kimi iş üzrə toplanmış sübutları tədqiq edib onlara hüquqi qiymət verərək apellyasiya instansiyası məhkəməsi haqlı olaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğun olmadığından və maddi hüquq normaları pozulduğundan qətnaməni ləğv edərək yuxarıda göstərilən qanuni və əsaslı qətnamə qəbul etmişdir. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instans iyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsassız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 14 dekabr 2018-cı il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2780/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2780/2019
22.04.2019 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver