Məhkəmə qərarları › İş №2(102)-2781/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2781/2024

26.09.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2781/2024 26.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: (kompensasiya verilməklə evdən istifadə hüququna xitam verilməsi və evdən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (məruzəçi hakim), Şamayev Elşad Yaquboviç və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı Yarıyeva Fəridə Sarı qızının Cavabdeh Yahya qızına qarşı “kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi və cavabdehin mənzildən çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-500/2024 nömrəli iş üz rə 18 mart 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh Yahya qızı iddiaçının qardaşı X1 arvadıdır, 1996-cı ildə qardaşı ilə qeyrirəsmi ailə quraraq ünvan 1 ünvanına (bundan sonra – mübahisəli ev) gəlin köçmüş, elə həmin evə də rəsmi qeydiyyata alınmışdır.

2. Mübahisəli ev iddiaçının anasına məxsus olmuş, anası evi iddiaçıya bağışlamış, cavabdeh mübahisəli fərdi yaşayış evinin iddiaçıya bağışlanmasına notarial qaydada razılıq vermişdir. 3. 06.10.2021-ci il tarixdən mübahisəli ünvanında yerləşən torpaq sahəsi və fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməs ində icraat

4. İddiaçı məhkəməyə müraciət edərək, cavabdehin mübahisəli ünvandan istifadə hüququna 2000 (iki min) manat kompensasiya verilməklə xitam verilməsi və mənzildən çıxarılması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, ikinci övladları doğulduqdan sonra qardaşı ilə cavabdehin münasibətləri korlanmış, sonra davamlı söz-söhbətlər başlamışdır. Bundan sonra qardaşı ailəsini dolandıra bilmək üçün Rusiya Federasiyasına getməli olmuş və hər ay həm qardaşı, həm də ki o, cavabdehə artıqlaması ilə pul göndərmişlər ki, həm uşaqlara, həm də onlarla birlikdə yaşayan yaşlı analarına baxsın. 2013-cü ildə anaları xəstələnən zaman ona ziyarət edərkən gəlib görmüşlər ki, anaları yaman gündədir, ümumiyyətlə ona baxılmır, nə təmizliyi, nə də ki q idası yerindədir. Bundan sonra məlum olmuşdur ki, cavabdeh ona göndərilən pulları yığıb özünə ev alıb. Anası sağlığında həmin evi bağışlama ilə onun adına keçirmişdir, həmin vaxt cavabdeh özü də həmin evdə qeydiyyatda olduğu üçün onun da razılığı ilə anası tərəfindən ona bağışlanılmışdır. Bundan sonra o, köhnə tikilini söküb həmin torpaq sahəsində yeni ev inşa etmişdir. Cavabdehin 2013-cü ildən sonra dəfələrlə evdən çıxmasını tələb etsə də, cavabdeh evdən çıxmamış, əksinə qardaşının üzərinə hücum çəkərək onu döymüş, yəni ona fiziki ziyan yetirmişdir. Belə ki, o, eyni zamanda qardaşı ata-baba yurdları olan torpaqlarda yerləşən evə daxil ola, həmin evdən istifadə edə bilmirlər. Cavabdeh onları evdən qovaraq ona məxsus olan mənzilə təkbaşına yiyələnmişdir. Bu isə bir mülkiyyətçi kimi hüquqlar ını pozur.

6. Gəncə Şəhər Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli, 2(125)-1473/2022 nömrəli qətnaməsi ilə (hakim C.Tağıyev) iddia tələbi təmin edilməmişdir.

7. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli qərarına istinadən hesab etmişdir ki, cavabdehə 2000 (iki min) manat məbləğində kompensasiya ödənilməklə onun evdən istifadə hüququna xitam verildiyi təqdirdə cavabdeh yaşayış sahəsi əldə etmək imkanından məhrum olur və ailəsi ilə birlikdə davamlı surətdə və müəyyən müddət daxilində baş qa yerdə əvvəlki mənzildə onlara xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermir.

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 158.4-cü maddələri ilə əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində birinci icraat

9. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, məhkəmə işə baxarkən işin faktiki hallarını araşdırmamışdır. Mübahisəli ev mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Məhkəmə iddia tələbini rədd edərkən iddiaçının y alnız cavabdehə münasibətdə istifadə hüququna xitam verilməsini və mənzildən çıxarılmasını xahiş etdiyini nəzərə almamışdır. Məhkəmə qeyd etmişdir ki, cavabdeh 2000 manat məbləğində kompensasiya ilə ailə ilə birgə yaşayış sahəsi əldə etmək imkanından məhrum olunur və cavabdehə ailə ilə birlikdə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə onlara xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermir. Cavabdehin qeyd etdiyi ailə üzvləri onun iki övladıdır və onlar yetkinlik yaşına çatmış tam fəaliyyət qabiliyyətli şəxslərdir. Yəni cavabdehin istifadə hüququna xitam verilərək mənzildən çıxarılması onun ailə üzvlərinin heç bir hüququnu pozmur. İddia yalnız Cavabdeh yönəlib, övladlarına qarşı deyil.

11. Məhkəmə kollegiyası tərəfindən mübahisə predmeti olan fərdi yaşayış evinin bazar (likvid) qiymətinin müəyyən edilməsi üçün məhkəmə-qiymətləndirmə ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/1633-9/1716 nömrəli ekspert rəyinə əsasən, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 100000 manat (850 x 117,1) məbləğində, likvid dəyərinin isə təqribən (100000-10%) 90000 manat məbləğində olduğu müəyyən edilmişdir. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə bərabər tutulan mənzillərin bir aylıq kirayə haqqının nə qədər olmasına dair Məhkəmə Ekspertizası Mərkəzində tədqiqat aparılmır

12. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-299/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər: F.Mehtiyev (sədrlik edən və məruzəçi), Ə.Məmmədov və R.Muradov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçının tələbi kompensasiya institutundan istifadə etməklə öz hüquqlarının bərpa edilməsindən, yəni cavabdehə müvafiq kompensasiya ödəməklə onun istifadə hüququna xitam verilməsindən ibarətdir. Mövcud mübahisə üzrə iddiaçı pozulmuş hüquqlarının müdafiəsi kimi mülki hüquqi məsuliyyətin “kompensasiya” funksiyasından, yəni “bərpaedici” funksiyasından istifadə edir. Bu baxımdan hazırkı iş üzrə mübahisənin düzgün hüquqi həlli üçün iddiaçının cavabdehə qarşı tələbinin hansı hüquqi əsasa söykəndiyi, başqa sözlə cavabdehin iddiaçı qarşısında hansı əsasla məsuliyyət daşıması müəyyən edilməlidir.

14. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyası 13-cü maddəsinin 1-ci hissəsinə, 29-cu maddəsinin 1-ci və 3-cü hissələri, Mülki Məcəllənin 152.1, 152.2, 152.3, 152.4, 152.5, 228.2-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12 iyul 2016-cı il tarixli qərarları ilə əsaslandırmışdır. c)Kassasiya instansiyası məhkəməsində birinci icraat

15. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, praktikada kompensasiyanın məbləği ağlabatan müddət olaraq oxşar şəraitli mənzildə təxminən 3 il yaşamaq imkanı ilə müəyyən edilir. Evin orta bazar qiyməti 41 560 manat təşkil edir. Məhkəmə Ekspertiza Mərkəzinin 10/1633-9/1716 nömrəli ekspert rəyinə əsasən mübahisəli əmlakın orta bazar qiyməti 100.000 manat, likvid dəyərinin isə 90.000 manat olduğu müəyyən edilmişdir, həmin əmlaka bərabər fərdi yaşayış evində bir aylıq kirayə haqqının nə qədər olmasına dair Məhkəmə Ekspertiza Mərkəzində tədqiqat aparılmadığı qeyd edilmişdir. Bununla belə, iddiaçı qeyd edilən ekspertiza rəyi ilə razılaşmadığı üçün təkrar ekspertizanın keçirilməsini xahiş etsə də, məhkəmə vəsatətini təmin etməmişdir. Eyni zamanda, verilən ekspertiza rəyinin saxtalaşdırılması faktının müəyyən edilməsi üçün prokurorluğa da müraciət ünvanlamışdır. Bundan sonra, "xxxx" MMC-yə müraciət edərək əmlakın real bazar qiymətinin müəyyən edilməsini xahiş etmiş, xx.xx.2023-cü il tarixli əmlakın qiymətlədirilməsinin nəticələri haqqında hesabata əsasən mübahisəli fərdi yaşayış evinin orta bazar qiyməti 41560 manat müəyyən edilmişdir. Buna görə də hesab edir ki, iddiaçının məhkəmədə təklif etdiyi 5000 manat kompensasiya cavabdehə düşəcək o lan kompensasiyadan da artıq məbləğdir. Həmçinin iddiaçı paylı mülkiyyətçilərə deyil, istifadəçilərə kompensasiya təklif edib, yəni iddiaçı cavabdehə ev alıb verməli deyildir.

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)4586/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə (hakimlər: A.Abbasov (sədrlik edən və məruzəçi), V.Məmmədov, Z.Əliyev) kassasiya şikayəti qismən təmin edilmiş, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.

18. Kassasiya instansiyası məhkəməsinin qərarında qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının cavabdehə təklif etdiyi 5000 manat (halbuki bu barədə nə iddiaçının yazılı ərizəsi, nə də ki, ən azı apel lyasiya baxışında izahatının olması iş materiallarından və məhkəmə iclas protokolundan görünmür) kompensasiya məbləğinin mənzildən istifadə hüququna xitam verilməsinin əvəzində adekvat kompensasiya hesab etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi təklif edilən kompensasiya məbləğinin mənzildən istifadə hüququna xitam verilməsinin əvəzində adekvat kompensasiya olmamasını göstərsə də, bununla yanaşı, kompensasiyanın bazar qiymətinə uyğun məbləğinin nə qədər olmasını da müəyyən etməmişdir. Apellyasiya instansiyası məhkəməsi mübahisədə adı keçən evin bazar (likvid) dəyərinin müəyyən edilməsi üçün ekspertiza təyin edib rəy alsa da, evin bazar dəyərinin, xüsusilə də likvid dəyərinin hazırki iddia tələbi ilə nə kimi əlaqəsinin olmasını əsaslandırmamışdır. İqt isadi kateqoriya olaraq likvidlik əmlakın bazarda əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmadan tez reallaşdırıla (satıla) bilinməsidir. Buna görə də işin halları baxımından mübahisədə adı keçən evin likvid dəyərinin müəyyən edilməsinə hansı zərurət olması, ümumiyyətlə, qeyri-müəyyəndir. ç)Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

19. Apellyasiya instansiyası məhkəməsinə təqdim edilmiş ”Əmlakın Qiymətləndirilməsi” MMC tərəfindən verilmiş 18 mart 2024-cü il tarixli qiymətləndirmə hesabatına görə, mübahisəli fərdi yaşayış evində aparılmış təmir-tikinti işlərinin usta fəhlə ilə birlikdə ödəniləcək əmək haqqı məbləğinin xərc yanaşması metodu ilə xx.xx.2024-cü il tarixə real bazar dəyəri 18064 manat təşkil edir. 20. "xxxx" LTD MMC tərəfindən verilmiş arayışdan görünür k i, mübahisəli fərdi yaşayış evinin aylıq kirayəsi 250 manat təşkil edir.

21. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 mart 2024-cü il tarixli, 2(104)-500/2024 nömrəli qətnaməsi ilə (hakim A.İsgəndərovanın sədrliyi və məruzəsi ilə, hakimlər A.Bayramov və R.Mamedovdan ibarət tərkibdə) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

22. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, “mənzildən istifadə və yaşayış hüququ” özlüyündə ardıcıl və davam edən hüquqdur. Hazırda cavabdehin yaşayış sahəsindən istifadə hüququ ardıcıl olmuş, həmin evə köçürüldüyü andan kəsilməmişdir.

23. Cavabdehin yaşayış sahəsindən istifadə hüququna «müddətli» hüquq kimi qiymət verilməsi və bundan i rəli gələrək təklif edilən kompensasiya məbləği ilə hüququna xitam verilməsi onun və himayəsindəki şəxslərin konstitusion hüququ olan mənzil hüququnun pozulmasını ehtiva edəcəkdir.

24. Belə ki, təklif edilən kompensasiya məbləği ilə cavabdeh yalnız müəyyən zaman kəsiyində özünə müvəqqəti yaşayış sahəsi təmin edəcək, bu isə şəxsin daimi olaraq yaşayış sahəsi ilə təmin edilməsi halını qeyri-mümkün edəcəkdir.

25. Qeyd edilməlidir ki, mənzil hüququndan məhrum etmənin yolverilməzliyi barədə Konstitusiyanın 43-cü maddəsində müəyyən olunmuş prinsip, Mənzil Məcəlləsinin 1-ci maddəsində əksini tapan mənzil təhlükəsizliyi, onun toxunulmazlığı, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyi, mənzil hüquqlarının maneəsiz həyata keçirilməsi, habelə qanunvericilikdən və ya mövcud münasi bətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçılarının bərabərliyi, pozulmuş yaşayış hüquqlarının bərpası, onların məhkəmə müdafiəsinin təmin edilməsi kimi hüquqlarla təmin olunur.

26. Konstitusiyada təsbit olunmuş bu hüquq hər kəsin qanunla müəyyən edilmiş şərtlərə əməl etməklə daimi yaşayış sahəsinə malik olmasını və həmin sahədən maneəsiz istifadə edə bilməsini ifadə edir.

27. Beləliklə, məhkəmə kollegiyası hesab etmişdir ki, təklif edilən məbləğ (5000 manat) mübahisəli evin ümumi qiymətinə və həmin ərazidə olan kirayə haqlarına nisbətən azdır.

28. Apellyasiya kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.4, 152.5, 228.2, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

29. İddiaçı Yarıyeva Fəridə Sarı qızı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

30. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, Məhkəmə Ekspertiza Mərkəzinin 10/1633-9/1716 nömrəli ekspert rəyinə əsasən mübahisəli əmlakın orta bazar qiyməti 100 000 manat, likvid dəyərinin isə 90 000 manat olduğu müəyyən edilmişdir, həmin əmlaka bərabər fərdi yaşayış evində bir aylıq kirayə haqqının nə qədər olmasına dair Məhkəmə Ekspertiza Mərkəzində tədqiqat aparılmadığı qeyd edilmişdir. Bunun la belə qeyd edilən ekspertiza rəyi ilə razılaşmadıqları üçün təkrar ekspertizanın keçirilməsini xahiş etsələr də, məhkəmə vəsatətlərini təmin etməmişdir. Eyni zamanda verilən ekspertiza rəyinin saxtalaşdırılması faktının müəyyən edilməsi üçün prokurorluğa da müraciət ünvanlamışlar. Bundan sonra "xxxx" MMC-yə müraciət edərək əmlakın real bazar qiymətinin müəyyən edilməsini xahiş etmişlər, xx.xx.2023-cü il tarixli əmlakın qiymətlədirilməsinin nəticələri haqqında hesabata əsasən mübahisəli fərdi yaşayış evinin orta bazar qiyməti 41560 manat müəyyən edilmişdir. Ona görə də məhkəmədə 5000 manat kompensasiya ona düşəcək olan kompensasiyadan da artıq məbləğdir.

31. Cavabdeh "xxxx" LTD MMC tərəfindən verilmiş arayış təqdim etmişdir ki, həmin arayışda qeyd edilir ki, ünvan 2 ünvanında yerləşən 0,0 45 ha torpaq sahəsinin üzərində inşa edilmiş 117,1 kv metr ümumi sahədən ibarət 1 mərtəbəli fərdi yaşayış evinin aylıq kirayəsi 250 manat təşkil edir. Bununla belə qeyd edilən arayışa MMC-nin qiymətləndirmə fəaliyyəti ilə məşğul olmağa hüququnun (lisenziyasının) olub-olmaması, kirayə haqqının müəyyən edilməsi üçün hansı meyarları əsas götürdüyü qeyd edilməmiş, qeyd edilən hallar isə məhkəmə tərəfindən qiymətləndirilməmişdir. Eyni zamanda tərəflərindən xx.xx.2024-cü il tarixində elektron kabinet vasitəsilə rəy təqdim edilmiş, sözügedən rəyə eyni zamanda mübahisəli evin fotoşəkilləri əlavə edilmiş, hansı meyarlar əsasında kirayə qiymətinin müəyyən edildiyi ətraflı şəkildə izah etmişdir. "xxxx" MMC tərəfindən təqdim edilmiş rəydən də göründüyü kimi mübahisəli evin kirayə qiyməti aylıq 80 ma nat təşkil etmişdir, bununla belə iddiaçı 5000 azn kompensasiya verməyə razı olmuşdur.

32. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, “cavabdehin yaşayış sahəsindən istifadə hüququna «müddətli» hüquq kimi qiymət verilməsi və bundan irəli gələrək təklif edilən kompensasiya məbləği ilə hüququna xitam verilməsi onun və himayəsindəki şəxslərin konstitusion hüququ olan mənzil hüququnun pozulmasını ehtiva edəcəkdir. Belə ki, təklif edilən kompensasiya məbləği ilə cavabdeh yalnız müəyyən zaman kəsiyində özünə müvəqqəti yaşayış sahəsi təmin edəcək, bu isə şəxsin daimi olaraq yaşayış sahəsi ilə təmin edilməsi halını qeyri-mümkün edəcəkdir”. Məhkəmənin qətnaməsində yazılan sonuncu cümlədən belə aydın olur ki, iddiaçı cavabdehi daimi olaraq evlə təmin etməlidir. Sözügedən mübahisəli evdə cav abdehdən başqa onun 2 uşağı da yaşayır və qeydiyyatdadır. Belə olan halda belə aydın olur ki, iddiaçı evin tam pulunu cavabdehlərə verib mülkiyyət hüququndan imtina etməlidir. İş üzrə verilmiş rəylərdən mübahisəli evə fantastik qiymət verildiyi görünsə də, həmin rəylərin Bakı qiymətlərini də keçdiyi anlamına gəlir ki, bu da doğru deyil. Onlarda olan məlumata əsasən cavabdeh tərəfin təqdim etdiyi arayışı verən MMC-nin ümumiyyətlə sözügedən arayışı verməyə hüququ, yəni lisenziyası olmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

33. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

34. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessu al hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

35. Hazırki kasassiya baxışının predmetini apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

36. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

37. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.

38. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

39. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində özmülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqları nı pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

40. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli qərarı: 41. “... Mülkiyyətçi istifadə hüququna xitam verilməsi haqqında iddia qaldırarkən öz iddiasında kompensasiya məbləğini göstərə və ya göstərməyə bilər. Lakin iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən aslı olmayaraq, işə baxan birinci instansiya məhkəməsi hər bir halda Mülki Məcəllənin 228.2-ci maddəsinin tələblərinə və Mülki Prosessual Məcəlləyə müvafiq olaraq kompensasiyanın məbləğini bazar qiymətinə uyğun müəyyən etməlidir.... Birinci instansiya məhkəməsi bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən mülkiyyətçinin həmin məbləğin ödənilməsi barədə razılığını nəzərə almalıdır. Bu halda mülkiyyətçi məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş bazar qi ymətinə uyğun kompensasiya məbləği ilə razılaşa və ya razılaşmaya, öz iddiasından imtina edə, yaxud onun iddiası təmin olunmadığı təqdirdə yuxarı instansiya məhkəmələrinə şikayət verə bilər...” Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

42. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

43. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

44. Maddə 76.2 Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

45. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

46. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

47. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

48. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hü quq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

49. Maddə

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiya məhkəməsinin mövqeyi

50. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

51. Hazırkı iş üzrə əvvəlki apelyasiya baxışında qəbul edilmiş qətnamədən müəyyən edilir ki, məhkəmə iddiaçının cavabdehə təklif etdiyi 5000 manat kompensasiya məbləği mənzildən istifadə hüququna xitam verilməsinin əvəzində adekvat kompensas iya hesab etməmişdir. Sözügedən qətnamə kassasiya qaydasında ləğv edilmiş, iş yeni apelyasiya baxışına qaytarılarkən şərh edilmiş göstəriş ondan ibarət olmuşdur ki, məhkəmə təklif edilmiş kompensasiyanın məbləği ilə razılaşmadığı halda, onu bazar qiymətinə uyğun şəkildə müəyyən etməlidir.

52. Lakin iş yenidən apellyasiya qaydasında baxılarkən kassasiya instansiyası məhkəməsinin qərarında şərh edilən məcburi göstərişlərə əməl edilməmiş, eyni səhvi təkrarlayaraq, təklif edilən məbləğin (5000 manat) mübahisəli evin ümumi qiymətinə və həmin ərazidə olan kirayə haqlarına nisbətən az olmasını göstərməklə kifayətlənmiş, iddianı rədd etsə də, cavabdehlərə münasibətdə ədalətli sayılan kompensasiyanın məbləğini bazar qiymətinə uyğun müəyyən etməmişdir. Bununla da MPM-in 420-ci maddəsinin tələbləri nin pozuntusuna yol vermiş, həmçinin qəbul edilən qərar “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli qərarındakı mövqeyə zidd olmuşdur. (§ 41 və § 49) 53. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. (2.2-ci bəndi) Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. (2.4-cü bəndi)

54. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

55. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apelyasiya baxışına göndərilməli, işə apelyasiya instansiyası məhkəməsində baxılarkən yuxarıda göstərilən məsələlər yenidən araşdırılmalıdır.

56. Göstərilənlərə əsasən və MPM-in 416, 417, 418 v ə 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-500/2024 nömrəli, 18 mart 2024-cü il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar