Məhkəmə qərarları › İş №2(102)-2783/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2783/2025

06.11.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2783/2025 06.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: mənzildən istifadə hüququna xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 20 may 2025-ci il tarixli, 2(103)2128/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 6 noyabr 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Azərbaycan Respublikası DİN-dən verilmiş xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X10 Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Xanlar küçəsi, ev 52-də qeydiyyatdadırlar. 2. 11 mart 2004-cü il tarixli Qeydiyyat Vəsiqəsinə əsasən, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Xanlar küçəsində yerləşən 2 otaqlı, ümumi sahəsi 127,4 kv.metr olan 52 saylı fərdi yaşayış evi İddiaçı adına qeydiyyata alınmışdır.

3. Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Xanlar küçəsində yerləşən fərdi yaşayış evi İddiaçı adına olmaqla, xx.xx.1964-cü il tarixdə onun adına həmin evə dair Texniki Pasport verilmişdir.

4. Bakı şəhəri, Xəzər Rayon məhkəməsinin xx.xx.2004-cü il tarixli qətnaməsi ilə İddiaçı X6, X4, X16, X17, X11, Cavabdeh1, Cavabdeh2, Cavabdeh8, Cavabdeh4, X5 qarşı “Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Xanlar küçəsində yerləşən 52 saylı fərdi yaşayış evindən yaşayış hüququnun itirilməsi, həmin evdən çıxarılmaları, onun ailə üzvləri ilə birlikdə həmin evə köçürülməsi barədə iddiası qismən təmin edilərək, İddiaçı mübahisəli evə köçürülməsi qət edilmiş, iddia tələbi qalan hissədə rədd olunmuşdur. Məhkəmə belə qənaətə gəlmişdir ki, cavabdehlər mübahisəli evin sabiq mülkiyyətçisi Hacıyev Əliəkbər Bəyəli oğlunun ailə üzvləri kimi həmin evə köçürülərək qeydiyyata alınmışlar və bu səbəbdən də onların yaşayış hüquqları saxlanılmalıdır.

5. Bakı şəhəri, Xəzər Rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə Cavabdeh7 İddiaçı qarşı “qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi” barədə iddiası rədd edilmişdir. Cavabdeh7 həmi n qətnamədən apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2015-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri, Xəzər Rayon məhkəməsinin xx.xx.2014cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh7 həmin qətnamədən kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2016-cı il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 17 fevral 2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

6. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 10 fevral 2016-cı il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri, Xəzər Rayon məhkəməsinin 18 mart 2011-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 İddiaçı və digərlərinə qarşı “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin etibarsız hesab edilməsi və sair” barədə iddiası, habelə üçüncü şəxs X1 Cavabdeh1 və digərlərinə qarşı “Vəsiyyətnamənin etibarsız hesab edilməsi və sair” barədə iddiası təmin edilməmişdir. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 10 fevral 2016-cı il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri, Xəzər Rayon məhkəməsinin 18 mart 2011-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

7. Beləliklə, qanuni qüvvəyə minmiş sözügedən məhkəmə aktları ilə Cavabdeh1 və digərlərinin mübahisəli evdən istifadə hüquqlarının olması təsbit edilmişdir və bu, işin mübahisə doğurmayan hallarıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı Ələkbər oğlu (bundan sonra- iddiaçı) cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh1, Cavabdeh3, X10 və Cavabdeh6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Xanlar küçəsində yerləşən 52 saylı fərdi yaşayış evindən Cavabdeh1 ödənilmiş 5.000 manat kompensasiya nəzərə alınmaqla, istifadə hüquqlarına xitam verilməsi və cavabdehlərin ailə üzvləri ilə birgə həmin evdən çıxarılmaları, zəbt etdikləri əmlakın və ya dəyərinin, ödənilmiş dövlət rüsumunun, habelə maddi zərərə görə 14.000 manat, mənəvi zərərə görə 10.000 manatın müştərək qaydada cavabdehlərdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Daha sonra iddiaçı, iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə verərək, cavabdehlərin ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Xanlar küçəsində yerləşən 52 saylı fərdi yaşayış evindən Cavabdeh1 ödənilmiş 5.000 ABŞ dolları kompensasiya nəzərə alınmaqla, əlavə olaraq 3.000 manat kompensasiya ödənilməklə istifadə hüquqlarına xitam verilməsi, cavabdehlərin mübahisəli evdən çıxarılmaları, habelə maddi zərərə görə 14.000 manat, mənəvi zərərə görə 10.000 manatın və ödənilmiş dövlət rüsumunun müştərək qaydada cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvandqa yerləşən ümumi sahəsi 127,4 kv.metr olan fərdi yaşayış evi onun mülkiyyətindədir və bu barədə Reyestr Xidməti tərəfindən onun adına 11 mart 2004-cü il tarixli Çıxarış veril mişdir. Həmin mübahisəli evin yerləşdiyi torpaq sahəsi mərhum atası Hacıyev Əliəkbər Bəyəli oğluna 1943-cü ildə fərdi yaşayış evinin tikintisi üçün ayrılmışdır. Atası həmin evdə özünə ayrıca fərdi yaşayış evi inşa etmiş və 25 sentyabr 2001-ci ilə kimi, yəni vəfat edən günə kimi həmin evdə yaşamışdır. 10 fevral 2004-cü il tarixdə həmin ev vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 11 mart 2004-cü il tarixli Çıxarışla mülkiyyətinə verilmişdir. Atasının vəfatından sonra bir müddət həmin evdə heç kəs yaşamamış lakin ev onun istifadəsində olmuşdur. Mübahisəli ev onun mülkiyyətinə keçən vaxt Cavabdeh1 özünün yaşadığı, mərhum atası tərəfindən inşa olunmuş, Türkan qəsəbəsi, Yeni kənd küçəsi 51 saylı ünvanda, 1980-ci ildən ailə quraraq yaşadığı 2 otaqlı evdən köçərək mübahisəl i, Türkan qəsəbəsi, Xanlar küçəsi ev 52 ünvanında yerləşən evi zəbt etmiş və onu ailəsi ilə həmin evə buraxmamışdır. Bundan sonra o, Cavabdeh1 və qeyrilərinə qarşı mülkiyətində olan Türkan qəsəbəsi, Xanlar küçəsi ev 52 ünvanda yerləşən evə köçürülməsi barədə məhkəmədə iddia qaldırmışdır. Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 06 iyul 2004-cü il tarixli qətnaməsi ilə onun ailə üzvləri ilə birgə həmin evə köçürülməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. Lakin Cavabdeh1 və Cavabdeh2 Xəzər rayon İcra şöbəsinin icra məmuru və digər məmurlara imkan verməmişlər ki, o, həmin evə köçürülsün. İcra hərəkətlərinə cavabdehlərin imkan vermədiyini, icranın polis əməkdaşlarının iştirakı ilə aparılmasını əsas gətirərək, akt tərtib etmiş və icranı təxirə salmışdır. Növbəti i craya kimi Cavabdeh2 özünə bıçaqla xəsarət yetimiş Bakı şəhəri, Xəzər rayon Polis İdarəsinə şikayət etmişdir ki, guya ona bıçaqla xəsarət yetirmişdir. Bundan sonra Xəzər rayon Polis Şöbəsində araşdırma aparılmış və ekspert rəyinə əsasən məlum olmuşdur ki, Cavabdeh2 özü-özünə xəsarət yetirib. Bu səbəbdən də cinayət işinin başlanması rədd olunmuşdur. Cinayət işinin başlanması rədd olunduqdan sonra Cavabdeh1 və Cavabdeh2 övladları ilə yenə mübahisəli evdən çıxmamışlar və ona ailəsi ilə həmin evə köçməyə imkan verməmişlər və evdən çıxmaları üçün ondan 5.000 ABŞ dolları pul tələb etmişlər. O, bacısı X12, bacısı qızı X14 ilə həmin iş üzrə X3 (qardaşı) və Cavabdeh1 hərəsinə 5.000 ABŞ dollar, ümumilikdə 10.000 ABŞ dolları kompensasiya vermişdir. Hazırki iş üzrə Cavabdeh1 və Cavabdeh2 öhdələrinə gö türdülər ki, evdən daimi qeydiyyatdan çıxmaq şərti ilə evi boşaldıb ona verəcəklər və istifadələrində olan Yenikənd küçəsi 51 saylı ünvana uzun illər yaşadıqları evə köçǝcəklər. Bundan sonra qardaşı X2 qaynatası Firudin kişi Ağaları məcbur etmişdir ki, ondan aldığı 5.000 ABŞ dolları ona qaytarsın, Ağalar Hacıyev sonra ona kompensasiya kimi aldığı 5.000 ABŞ dolları onun evində yoldaşı Dövrana Hacıyevanın iştirakı ilə ona qaytardı. Həmin müddətdə cavabdehlar evi boşaldıb ona təhvil verdilər. O, ailə üzvləri ilə həmin evə köçdü. Bir müddət həmin evdə mövsümü olaraq yaşadılar. Belə ki, bəzi vaxtlarda həyat yoldaşına məxsus Bakı şəhəri, Nəsimi rayonu 4-cü mik-r, A.İsgəndərov küçəsində olan bir otaqlı evdə yaşayırdılar. Bundan istifadə edən hazırkı iş üzrə cavabdehlər həmin mübahisəli evi təkrar zəbt etdilər cehiz əşyalarını mənimsədilər və onları evə buraxmadılar, onlar məcbur olub təkrar Xəzər rayon İcra Şöbəsinə müraciət etmişdir ki, evə köçürülmə barədə qətnaməsini icra etsinlər. Bundan sonra Cavabdeh1 ona qarşı “mübahisəli evə dair ona məxus çıxarışın və mübahisəli evin paylara uyğun bölünməsi tələbinə dair” iddia ərizəsi ilə Xəzər Rayon Məhkəməsində iddia qaldırmışdır və həmin mübahisəli mülkə dair iddia olduğundan onun evǝ köçürülməsi dayandırılmışdı. Bakı şəhər, Xəzər rayon Məhkəməsinin 2(003)-55/2011-saylı qətnaməsi ilə Cavabdeh1 iddiası təmin olunmadı. Həmin qətnamədən Cavabdeh1 apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 06 sentyabr 2011-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir. Həmin qətanmədən Cavabdeh1 kassasiya şikayəti vermiş və Ali Məhkəmənin Mülki kollegiyasının 25 aprel 2012-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 06 sentyabr 2011-ci il tarixli qətnaməsi ləğv olunmuş, iş baxılması üçün yenidən apellyasiya baxışına qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 10 fevral 2016-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmişdir. Həmin qətnamədən Cavabdeh1 kassasiya şikayəti vermiş və Ali Məhkəmənin Mülki kollegiyasının 04 iyul 2016-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 10 fevral 2016-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 ona mülkiyyət hüquqlarını yerinə yetriməsinə maneə yaratmaq üçün təkrar Bakı şəhəri, Xəzər rayon Məhkəməsinə iddia ərizəsi ilə mü raciət edərək, mərhum Əliəkbər Hacıyevin adına verilmiş Çıxarışın ləğv olunmasını xahiş etmiş və Bakı şəhəri, Xəzər rayon Məhkəməsinin 09 sentyabr 2014-cü il tarixli qətnaməsi ilə Cavabdeh1 iddiası təmin olunmamışdır. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)1440/2015 saylı qətnaməsi ilə apellyasiya şikayəti olunmamışdır. X7 və Cavabdeh2 bütün məhkəmə proseslərini uduzduqdan sonra, kompensasiya alsa da evdən çıxmamaq üçün aralarında olan uzun müddətli məhkəmə prosesləri ailə qurmuş övladlarının həyat yoldaşlarını və nəvələrini mübahisəli evə daimi qeydiyyata saldırmışlar ki, guya onların digər yaşayış yeri yoxdur. Cavabdeh1 hazırda özünə ünvan 3 ünvanda ev tikərək ailəsi ilə birlikdə həmin evdə yaşayırlar. Mübahisəli evdə növ bəli olaraq yaşayırlar. Bu faktı vəkilin sorğusuna cavab olaraq "xxxx" ASC-in xx.xx.2021-ci il tarixli 05-06-/məhəllə də yaşayış evinə **********20002 saylı abunə kodu vardır. Göründüyü kimi cavabdehlərin digər yaşayış yerləridə vardır. Lakin qərəzli olaraq mülkiyyətində olan evi zəbt etmişlər. Cavabdeh6 Bakı şəhəri, Xəzər rayonu Türkan qəsəbəsi, Q. İsmayılov küçəsi ev 62-də, atasına məxsus doğulub böyüdüyü evdə daimi qeydiyyatda olsa da heç bir hüququ olmadan mübahisəli evdə arvadı Cavabdeh5 və uşaqları ilə birlikdə yaşayırlar. Baxmayaraq ki, Cavabdeh5 Balayeva Xanmurad oğlunun daimi qeydiyyatda olub yaşadığı evə 2013-cü ildə gəlin köçmüş və oğlu X13 həmin evdə doğulmuşdur. Lakin 2019-cu ildə qərəzli olaraq, ona mülkiyyət hüququnu həyata keçirtməyə maneə yaratmaq üçün mübahisəli evə qeydi yyata aldırmışlar. Cavabdeh4 ailə qurduqdan sonra ünvan 4 ünvanda ailəsi ilə yaşayır. Cavabdeh1 ailə qurmamışdan əvvəldə mərhum atasının sağlığında valideynləri ilə həmin evdə yaşamışdır. Valideyinləri ona məxsus evi 2003-cü ildə zəbt etdikdə Cavabdeh4 mübahisəli evə köçmüş və sonradan ailə quraraq hazırda yaşadığı evə köçmüşdür. Onun mübahisəli evdə yalnız qeydiyyatı qalmışdır. Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbə numayəndəliyinə və Türkan bələdiyyəsinə sorğu vermişlər ki, cavabdehlərin Türkan qəsəbəsində istifadələrində, sahibliyində, mülkiyyətlərində olan torpaq sahələri və fərdi yaşayış evləri barədə məlumat versinlər. Lakin Türkan qəsəbə nümayəndəliyi və Türkan bələdiyyəsi sorğulara cavab verməmişdir. Göründüyü kimi cavabdehlərin istifadəsində uzun müddətdir ki, fərdi yaşayış evlə ri, torpaq sahəsi vardır. Lakin qərəzli olaraq istifadələrində olan evlər qeydiyyata düşmürlər və bütün uşaqlarını ona məxsus evə daimi qeydiyyatda aldırmışdırlar ki, o, öz mülkiyyət hüququqlarından istifadə edə bilməsin. Digər tərəfdən o, Cavabdeh1 qeyd etdiyi kimi 5.000 ABŞ doları məbləğində kompensasiya ödədikdən sonra cavabdeh ona evi boşaldaraq atasına məxsus vəsiyyətnamə əsasında ona vəsiyyət olunmuş əmlaklarla birgə təhvil verilmişdir. Bundan sonra o, aşağıda qeyd olunan yaşayış yeri üçün zəruri olan əşyaları ilə birgə mübahisəli evə köçmüşdür. Cavabdeh1 və Cavabdeh2 və digərləri evini təkrar zəbt etdikdən sonra əşyaları həmin evdə qalmışdır və hazırda onların istifadəsindədir. Mebel dəsti özünə məxsus (taxt- 1 ədəd, kreslo – 2 ədəd, termo-1 ədəd, divan -1 ədəd, masa- 1 ədəd, otur acaq stulları - 6 ədəd, divar mebeli – 1 ədəd, kamut- 1 ədəd, p ümumi dəyəri 7500 manat; yataq dəstləri özünəməxsus ( yorğan – 4 ədəd, döşək – 2ədəd, balınc 6 ədəd, yataq mələfləri – 6 dəst, yorğan döşək üzləri1 dəst, balınc üzləri- 10 dəst,- ümumi dəyəri 1500 manat; pərdələr 4 dəst özünəməxsus-250 manat, çilçıraq 6 ədəd- dəyəri 300 manat; mətbəx əşyaları özsünəməxsus—ümumi 300 manat, soyuducu “Nord” markalı – 1 ədəd- 300 manat (işlənmiş); televizor “Samsung” markalı – 1 ədəd 400 manat; televizor “Foton” markalı – 1ədəd 150 manat (atasına məxsus); soyuducu “Orski” – 1ədəd -100 manat; xalçalar 4 ədəd 2x3- 1200 manat; xalçalar 3 ədəd 3x4-1500 manat, palazlar 2 ədəd 2,5x4-800 manat; paltaryuyan maşın 1 ədəd “samsung” -550 manat, təsərrüfat əşyaları -200 manat. Belə ki, Cavabdeh1, Cavabdeh2 və digərləri onun mülkiyyətində olan torpaq sahəsində evlə birlikdə 14 ildir ki, zəbt ediblər. Həmin torpaq sahəsində kənd təsərrüfatı məhsulları əkib becərirlər və gəlir əldə edirlər. Həmin torpaq sahəsi onun istifadəsində olsa idi, o həmin torpaq sahəsindən fayda götürərdi. Beləliklə, cavabdehlər torpaq sahəsini zəbt etməklə ona 14.000 manat maddi və 10.000 manat mənəvi ziyan vurmuşlar. Yuxarıda qeyd olunanlara əsasən, cavabdehlərin ailə üzvləri ilə birlikdə (uşaqları) ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə görə Cavabdeh7 ödənilmiş 5.000 ABŞ dolları kompensasiya məbləği nəzərə alınmaqla istifadə hüquqlarına xitam verilməsi və cavabdehlərin ailə üzvləri ilə birgə həmin evdən çıxarılmaları, zəbt etdikləri əmlakların və ya onların dəyərinin, ödənilmiş dövlət rüsumunun, 14.000 manat madd i zərərin, 10.000 manat mənəvi zərərin müştərək qaydada cavabdehlərdən tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 20 dekabr 2024-cü il tarixli, 2(003)23/2024 saylı qətnaməsi ilə (hakim Ramilə Xəzri) iddia təmin edilməmişdir.

12. Məhkəmə qeyd etmişdir ki, hazırkı mülki iş üzrə mübahisə 08 iyul 1982-ci il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normaları ilə tənzimlənməlidir.

13. Belə ki, qanuni qüvvəsini almış məhkəmə aktları ilə müəyyən edilmişdir ki, cavabdehlər mübahisəli evin sabiq mülkiyyətçisi Hacıyev Əliəkbər Bəyəli oğlunun ailə üzvləri kimi həmin evə köçürülərək qeydiyyata alınmışlar və bu səbəbdən də onların yaşayış hüquqları saxlanılmışdır. Beləliklə də qanuni qüvvəsini almış məhkəmə qət naməsi ilə cavabdehlərin mübahisəli evdən istifadə hüquqlarının olması təsbit edilmişdir və işin mübahisə doğurmayan halıdır.

14. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən cavabdehlərə daha əvvəl verilmiş 5.000 ABŞ dolları nəzərə alınmaqla, 3.000 manat kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsini tələb etsə də, iddiaçının təklif etdiyi kompensasiya məbləği cavabdehlərin davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə mübahisəli evdə əvvəlki şəraitlə müqayisədə oxşar yaşamaq imkanlarını təmin edəcək ağlabatan məbləğ olmadığından, iddiaçı həmin məbləği artırmaqdan imtina etdiyindən iddia tələbi təmin edilməməlidir.

15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 146.2, 152.1, 228.2-ci m addələrinə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli qərarına, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli qərarına, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12 iyul 2016-cı il tarixli qərarına, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat

16. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmədə 5.000 ABŞ dolları məbləğində kompensasiya nəzərə alınmaqla, cavabdehlərin istifadə hüquqlarına xitam verilməsi və sair barədə iddia qaldırdıqdan sonra məhkəmənin təşəbüsü ilə cavabdehlərə əlavə 3.000 manat kompensasiya ödənilməsi barədə əlavə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, sonradan kompensasiyanın həcminin artırılmasına etiraz etməmişdir. Məhkəmə əsasız olaraq qətnamədə qeyd etmişdir ki, guya iddiaçı əlavə kompensasiya ödənilməsindən imtina etmişdir. O, məhkəməyə vəsatət vermişdir ki, cavabdehlərin ünvan 5 ünvanda 2 otaqlı fərdi yaşayış evləri vardır. Cavabdehlərin ünvan 6əhəllə 122 02 saylı mülkləri vardır. Cavabdehlər həmin mülklərə dair mülkiyyət sənədi almasalar da, həmin mülklər mövcuddur və cavabdehlərin istifadəsində və sərəncamındadır. Məhkəmə bu faktları araşdırmamış, həmin əmlakların müəyyən olunması barədə yerli baxış keçirməmişdir. Məhkəmə yalnız Türkan qəsəbə nümayəndəliyinə cavabdehin vəkilinin verdiyi sorğuya cavabı ilə kifayətlənmişdir ki, guya qəsəbə nümayəndəliyin qeydiyyat kitabında cavabdehlərin adına əmlak qeydə alınmamışdır və s. Vəkilin "xxxx" ASC-nə ünvanladığı sorğuya verilimiş xx.xx.2021-ci il tarixli cava b məktubundan aydın görünür ki, Cavabdeh1 adına Türkan qəsəbəsi təzə məhəllə ev 122-02 ünvanda **********20002 saylı abunə kodu vardır, həmin abunə kodu ilə abunəçi işıq pulu ödəyir. Digər tərəfdən, Bakı şəhəri, Xəzər rayon məhkəməsinin 2011-ci il tarixli qətnamə ilə müəyyən olunmuşdur ki, Türkan qəsəbəsi Yenikənd küçəsi 51(55) ünvanda cavabdehlərə məxsus iki otaqlı fərdi yaşayış evi vardır və cavabdehlərin istifadəsindədir. "xxxx" ASC-in cavab məktubunun surətindən görünür ki, mübahisə predmeti olan fərdi yaşayış evinə enerji verilişi 2010-cu ilin may ayından dayandırılmışdır (cavabdehlər 5.000 ABŞ dolları kompensasiya aldıqdan sonra evdən çıxdıqlarından), mənzildə yaşayış yoxdur. Məhkəmə fərdi yaşayış evinin yerləşdiyi kənddə aylıq kirayə haqqının müəyyənləşdirilməsi üçün sorğu verməmiş, fərdi yaşayış evinin kirayə haqqını müəyyənləşdirməmişdir. Yalnız cavabdehlərin saxta yolla əldə etdikləri kirayə haqqı barədə arayışa istinad etmişdir. Məhkəmə bu faktların heç birini araşdırmamış və onlara hüquqi qiymət verməmişdir.

18. İşə əlavə edilmiş "xxxx" MMC-in 12 may 2025-ci il tarixli hesabatından görünür ki, mübahisəli fərdi yaşayış evinə baxış keçirilərək, Bakı şəhəri, Türkan qəsəbəsi, Xanlar küçəsində yerləşən 2 otaqlı, ümumi sahəsi 127.4 kv.m olan fərdi yaşayış evinin aylıq kirayə dəyəri 675 manat təşkil edir.

19. Habelə "xxxx" MMC qiymətləndirmə arayışından görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Xanlar küçəsi ərazisində yerləşən 1 mərtəbəli, 2 otaq+2 yardımçı sahədən ibarət fərdi yaşayış evinin aylıq kirayə haqqı (orta bazar qiyməti) 566,66 manat təşkil ed ir.

20. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 20 may 2025-ci il, 2(103)2128/2025 nömrəli qətnaməsi ilə (hakimlər Vahid Sadıqov, sədrlik edən, məruzəçi, Xumar Mərdanova və Sabit Bəhrəmzadə) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-23/2024 nömrəli iş üzrə 20 dekabr 2024-cü il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddiaçının cavabdehlərə qarşı “evdən istifadə hüququna xitam verilməsi və sair ” barədə iddiası təmin edilməmişdir.

21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq qeyd etmişdir ki, şikayət qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Belə ki, cavabdehlər mübahisəli evin sabiq mülkiyyətçisi Hacıyev Əliəkbər Bəyəli oğlunun ailə üzvləri kimi həmin evə köçürülərək qeydiyyata alınmışlar. Bu səbəbdən də onların yaşayış hüquqları saxlanılmışdır. Qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə cavabdehlərin mübahisəli evdən istifadə hüquqlarının olması təsbit edilmişdir və bu hal işin mübahisə doğurmayan halıdır.

22. Beləliklə, mənzildən istifadə hüququnun xitamı zamanı elə bir əvəzləşdirilmə olmalıdır ki, mülkiyyətçinin hesabına istifadəçi davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı əldə etsin.

23. İşin mübahisəsiz halıdır ki, mübahisəli fərdi yaşayış evi 11 mart 2004-cü il tarixli Qeydiyyat Vəsiqəsinə əsasən mülkiyyət hüququ üzrə iddiaçının adına qeydiyyata alınmışdır, cavabdehlərin isə həmin evdən istifad ə hüquqları vardır.

24. İddiaçı, məhkəmə kollegiyası tərəfindən irəli sürülən 25.000 manat (675 manat x 36 ay = 24.300 manat) kompensasiya məbləği ilə razı olmamış, cavabdehlərə yalnız 15.000 manat kompensasiya ödəməyə razı olduğunu qeyd etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh isə təklif edilən 15.000 manat kompensasiya məbləğini qəbul etmədiyini bildirmişdir.

25. Belə olduqda isə iddiaçının təklif etdiyi kompensasiya məbləği cavabdehlərin davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə mübahisəli evdə əvvəlki şəraitlə müqayisədə oxşar yaşamaq imkanlarını təmin edəcək ağlabatan məbləğ olmadığınından məhkəmə kollegiyası qeyd etmişdir ki, iddia tələbi təmin edilməməlidir.

26. İddia tələbinin digər hissələri olan cavabdehlərin mübahisəli evdən çıxarılmalarına münasibətdə məh kəmə kollegiyası qeyd etmişdir ki, göstərilən tələblər iddianın əsas hissəsi olan istifadə hüququna xitam verilməsinə dair tələb rədd edildiyindən təmin edilə bilməz.

27. İddia tələbinin maddi və mənəvi zərərin tutulmasına münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı bu barədə hər hansı mötəbər sübutlar tədqdim etmədiyindən, iddia həmin hissədə təmin edilə bilməz.

28. Ödənilmiş dövlət rüsumunun cavabdehlərədən müştərək qaydada onlardan tutulmasına münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, iddia tələbləri təmin edilmədiyindən, iddia ərizəsinin verilməsinə, eləcə də apellyasiya şikayətinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumları onun özünə aid edilməlidir.

29. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29, 43-cü, Mülki Məcəllənin 152.1, 152.5, 157.2, 157.4, 228.2-ci maddələrinə, 08 iyul 1982-ci il tarixli Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53, 123-cü maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 382, 384, 385, 392, 393 və 405ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

30. İddiaçı kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

31. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, kassator məhkəməyə 5.000 ABŞ dolları məbləğində ödənilmiş kompensasiya nəzərə alınmaqla, cavabdehlərin istifadə hüquqları na xitam verilməsi və sair tələblərlə məhkəmədə iddia qaldırdıqdan sonra məhkəmənin təşəbüsü ilə cavabdehlərə əlavə 3.000 manat kompensasiya ödənilməsi barədə iddiaya əlavə ilə məhkəməyə müraciət etmişdir. Kassator sonradan kompensasiyanın həcminin artırılmasına etiraz etməmişdir. Məhkəmə əsasız olaraq qətnaməsində qeyd etmişdir ki, guya iddiaçı əlavə kompensasiya ödənilməsindən imtina etmişdir. "xxxx" ASC-in 01/05-06/785 saylı cavab məktubunun surətindən görünür ki, mübahisə predmeti olan fərdi yaşayış evinə enerji verilişi 2010-cu ilin may ayından dayandırılmışdır. Cavabdehlər 5.000 ABŞ dolları məbləğində kompensasiya aldıqdan sonra evdən çıxdıqlarından, mənzildə yaşayış hüquqları yoxdur və sair. Məhkəmə fərdi yaşayış evinin yerləşdiyi kəndə aylıq kirayə haqqının müəyyənləşdirilməsi üçün sorğu verməmiş, fərdi yaşayış evinin kirayə məbləğini müəyyənləşdirməmişdir. Yalnız cavabdehlərin saxta yolla əldə etdikləri kirayə haqqı barədə arayışa istinad etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi kirayə haqqının müəyyən edilməsi barədə qəraradad qəbul etmiş, lakin onun ekspertiziyada iştirakını təmin edilməmişdir. “Caspian Valuation “ MMC-in xx.xx.2025-ci il tarixli rəyində göstərilir ki, ünvan 7 ünvanda yerləşən evin aylıq kirayə haqqı 300 manat təşkil edir. “X9” MMC-in xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, ünvan 1 ünvanda olan evin aylıq kirayə haqqı 675 manat təşkil edir. Digər tərəfdən, “X9” MMC-in rəyini məhkəməyə xx.xx.2025-ci il tarixdə təqdim etmişdir. Həmin rəy elektron kabinetdə yerləşdirilməmiş və xx.xx.2025-ci il tarixli iclasda “X9” MMC-in rəyi ba rədə məlumat verilmiş və ona rəyin surətini şəxsən verməmiş, onun rəylə tanış olmağına imkan verməmişdir. Məhkəmə rəyi iddiaçı kimi ona vermədən, rəyi məhkəmə iclasında müzakirə etmədən ona 25.000 manat kompensasiya ödəməsini tələb etmişdir. Kassator məhkəməyə müstəqil ekspert rəyini, “Caspian Valuation “ MMC-in xx.xx.2025-ci il tarixili mübahisə obyektinə onun və cavabdehin iştirakı ilə baxış keçrilməklə verilmiş rəyi məhkəmə iclasında təqdim etsə də, məhkəmə həmin rəyi qəbul etməmiş və bildirmişdir ki, artıq məhkəmədə “X9” MMC-in rəyi vardır və məhkəmə bu rəylə kifayətlənir. Məhkəmə qeyd etmişdir ki, onun müstəqil ekspert, "xxxx" MMC-in xx.xx.2025-ci il tarixili rəyinə ehtiyacı yoxdur. Ekspert rəyləri arasında ziddiyət olduğundan məhkəmə onun məhkəməyə təqdim etdiyi "xxxx" MMC-in xx.xx.2 025-ci il tarixili mübahisə obyektinə onun və cavabdehlərin iştirakı ilə baxış keçrilməklə verilmiş rəyi (kirayə haqqını 300 manat müəyyən edildiyi rəyi) qərəzli olaraq qəbul etməmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qərəzli olmuş, sübutları tam qiymətləndirməmiş, maddi hüquq normalarını pozmaqla səhv nəticəyə gələrək qətnamə qəbul etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

32. Cavabdeh1 kassasiya şikayətinə qarşı yazılı etiraz verərək kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

33. Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

34. M addə 29, İİİ hissə. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

35. Maddə 43, İ hissə. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

36. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

37. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibli yinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın.

38. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

39. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər.

40. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 8 iyul 1982-ci il tarixli Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

41. Maddə

53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.

42. Maddə

123. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin; ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

43. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

44. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əl də etdiyi məlumatlar sübutlar hesab olunur.

45. Maddə 76.2 Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

46. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

47. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

48. Maddə 217.4 Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

49. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və ka ssasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

50. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

51. Maddə 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

52. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instans iyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

53. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, kassasiya baxışının həddini apellyasiya instansiyas ı məhkəməsinin qətnaməsinin qanuniliyinin kassasiya şikayətinin dəlillərinə əsasən tam yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

54. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq edib və işdə, iddiaçının kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

55. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

56. Belə ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq müəyyən etmişdir ki, cavabdehlər mübahisəli evin sabiq mülkiyyətçisi Hacıyev Əliəkbər Bəyəli oğlunun ailə üzvləri kimi həmin evə köçürülərək qeydiyyata alınmışlar. Bu səbəbdən də onların yaşayış hüquqları saxlanılmışdır. Qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə cavabdehlərin mübahisəli evdən istifadə hüquqlarının olması təsbit edilmişdir və bu hal işin mübahisə doğurmayan halıdır.

57. Apellyasiya instansiyası məhkəməsi, iddiaçının apellyasiya şikayətinin dəlillərini araşdıraraq qeyd etmişdir ki, cavabdehlərin mübahisəli evdən istifadə hüquqlarına xitam ı zamanı elə bir əvəzləşdirilmə olmalıdır ki, mülkiyyətçi olan iddiaçının hesabına istifadəçi kimi onlar davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə həmin evdə onlara xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı əldə etsinlər.

58. Hazırkı halda işin mübahisəsiz halıdır ki, mübahisəli fərdi yaşayış evi 11 mart 2004cü il tarixli Qeydiyyat Vəsiqəsinə əsasən mülkiyyət hüququ üzrə iddiaçının adına qeydiyyata alınmışdır, cavabdehlərin isə həmin evdən istifadə hüquqları vardır.

59. İddiaçı, məhkəmə kollegiyası tərəfindən irəli sürülən 25.000 manat kompensasiya məbləği ilə razı olmamış və o, cavabdehlərə yalnız 15.000 manat kompensasiya ödəməyə razı olduğunu qeyd etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh isə təklif edilən 15.000 manat kompensasiya məbləğini qəbul etmədiyi ni bildirmişdir.

60. Belə olduqda isə iddiaçının təklif etdiyi kompensasiya məbləği cavabdehlərin davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə mübahisəli evdə əvvəlki şəraitlə müqayisədə oxşar yaşamaq imkanlarını təmin edəcək ağlabatan məbləğ olmadığınından məhkəmə kollegiyası qeyd etmişdir ki, iddia tələbi təmin edilməməlidir.

61. İddia tələbinin digər hissələri olan cavabdehlərin mübahisəli evdən çıxarılmalarına münasibətdə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, göstərilən tələblər iddianın əsas hissəsi olan istifadə hüququna xitam verilməsinə dair tələb rədd edildiyindən təmin edilə bilməz.

62. İddia tələbinin maddi və mənəvi zərərin tutulmasına münasibətdə isə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı bu barədə hər hansı mötəbər sübutlar tədq dim etmədiyindən, iddia həmin hissədə də təmin edilə bilməz.

63. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

64. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respu blikası MPM-in 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Q ə r a r a aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 20 may 2025-ci il tarixli, 2(103)-2128/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar