Məhkəmə qərarları › İş №2(102)-2788/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2788/2020

27.08.2020 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2788/2020 27.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), X4 və X3 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı və onun vəkili X5 iştirakı ilə, İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-12814/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim Ayaz Məmmədov) xx xxxx 2019-cu il tarixli, 2(004)-4381/2019 saylı qətnaməsi ilə İddiaçı cavabdeh Bakı Dövlət Un iversitetinə qarşı «əmrin ləğv edilməsi, maddi və mənəvi ziyanın ödənilməsi» barərə iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Rafael Eyvazov - sədrlik edən və məruzəçi, Zaur Əliyev, Fuad Talışinski) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi iləiddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(004)-4381/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı cavabdeh Bakı Dövlət Universitetinə qarşı «əmrin ləğv edilməsi, maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı Dövlət Universitetində xx xxxxxx 1980-ci ildən xx xxx 2017-ci ilədək olan müddə t ərzində müxtəlif vəzifələrdə qüsursuz xidmət etmişdir. 1999-cu ildən etibarən «Kimyanın tədrisi metodikası» kafedrasında 0,5 ştat baş müəllim vəzifəsində qalmaqla Universitetin Tədris hissəsinin rəisi vəzifəsinə təyin edilmiş və xx xxx 2017-ci il tarixədək ödənişli əsas məzuniyyətdən istifadə etmədən fasiləsiz olaraq bu vəzifədə xidmət etmişdir. xx xxxxxxxx 2016-cı il tarixdən başlayaraq ailəsində yaranmış davamlı real problemlər nəticəsində ayrı-ayrı vaxtlarda həkim nəzarəti altında stasionar və ambulator müalicələr almışdır. Belə müalicələrdən sonuncusu 16 fevral - xx xxx 2017-ci il tarixləri arasında olan müddəti əhatə etmişdir. xx xxx 2017-ci il tarixdə həkim məsləhəti ilə işə başlamış bir gün əvvəl, yəni xx xxx 2017-ci il tarixdə ailə vəziyyətində və səhhətində mövcud olan real prob lemlər əsasında Bakı Dövlət Universitetinin sabiq rektoru X1 ərizə ilə müraciət edərək ona öz hesabına 2 ay müddətində ödənişsiz məzuniyyətin verilməsini xahiş etmiş və ərizəsinə fakt təsdiqedici həkim-müayinə aktlarını da əlavə edərək aidiyyəti üzrə təqdim etmişdir. xx xxx 2017-ci il tarixli ərizəsi Bakı Dövlət Universitetinin Tədrisin təşkili texnologiyaları üzrə prorektoru X9 və «baş hüquqşünas» X8 tərəfindən xx xxx 2017-ci il tarixli, t-722 saylı məktubla cavablandırılmış və bu məktubu xx xxx 2017-ci il tarixdə iddiaçının rəsmi qeydiyyatda olduğu ünvanının poçt üzrə daxil olmuşdur. Cavab məktubunda 2016/2017-ci tədris ilinin sonu ilə bağlı işin çoxluğu əsas gətirilərək iddiaçıya öz hesabına ödənişsiz məzuniyyətin verilməsi məqsədəmüvafiq hesab edilməmişdir. Aldığı cavab məktubundan s onra xx xxx 2017-ci il tarixdə xidməti işə gəlmiş, lakin mühafizəçilər onu Bakı Dövlət Universitetinin inzibati binasına buraxmayaraq işdən azad olunduğunu bildirmişlər. Bu barədə müvafiq əmrin mövcud olmadığını bildirdikdə mühafizəçilər əmrin olduğunu və yaşayış yeri üzrə ünvana göndəriləcəyini bildirmişlər. xx xxx 2017-ci il tarixdə yaşayış yeri üzrə poçt ünvanına Bakı Dövlət Universitetinin Kadrlar şöbəsinin müdiri əvəzi Təranə Əhədovanın və müəssisənin «arayış üçün» möhürü ilə təsdiq edilmiş xx xxx 2017-ci il tarixli KŞ/09- saylı məktubu ilə birlikdə BDU üzrə verilmiş xx.xx.2017-ci il tarixli 1/156 saylı əmrdən adlı qeydiyyat nömrəsi olmayan, müəssisənin sabiq rektoru Məhərrəmov Abel tərəfindən imza və möhürlə təsdiqlənməmiş qeyri-rəsmi sənəd daxil olmuşdur. Bakı Dövlət Universitetinin Kadrlar şöbəsinin müdiri əvəzi Təranə Əhədovanın təqdim etdiyi şəxsi imzası və kadrlar şöbəsinin möhürü və təsdiq etdiyi «əmrdən çıxarış» Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinin və «İnzibati İcraat haqqında» Qanunun 57-59-cu maddələrinin tələblərinə cavab verməmişdir. Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin tələbinə müvafiq olaraq Bakı Universitetinin sabiq rektoru X2 tərəfindən imzalanaraq müəssisənin möhürü ilə təsdiq edilmiş 1/156 saylı, xx xxx 2017-ci il tarixli əmrin surətinin iddiaçıya təqdim olunması ilə bağlı Bakı Dövlət Universiteti ilə rəsmi yazışmalar aparılmış, nəticədə xx xxx 2017-ci il tarixdə imzalandığı iddia olunan 1/156 saylı əmrin surətini Bakı Dövlət Universitetinin xx xxx 2019-cu il tarixli 01-Tt/679 saylı müşayət məktubu ilə xx xxx 2019-cu il ta rixdə əldə etmək mümkün olmuşdur. İddiaçı 1999-2007, 20072008-ci illər ərzində ödənişli əsas məzuniyyətdən istifadə etməmiş və bununla əlaqədar ona kompensasiyanın ödənildiyi Bakı Dövlət Universiteti tərəfindən iddia edilmiş, lakin ödənişin icrasını təsdiq edən rəsmi mühasibat sənədləri mövcud olmamışdır. Bundan əlavə 2009-2010cu illər ərzində iddiaçıya ödənişli məzuniyyətin verilməsini və ya istifadə edilməmiş məzuniyyət günlərinə görə kompensasiyanın ödənilməsini təsdiq edən hər hansı bir rəsmi sənədi Bakı Dövlət Universiteti təqdim edə bilməmişdir. 2011-2016-cı illər ərzində ona 56 təqdim günü müddətində hər il ödənişli əsas məzuniyyətin verilməsi ilə bağlı Bakı Dövlət Universitetinin Kadrlar şöbəsi tərəfindən «əmrdən çıxarışlar» təqdim edilsə də, elə bu ali tədris müəssisəsinin adından iddiaçıya ünvanlanmış 01-Sm/372 saylı, xx xxxx 2019-cu il tarixli, 01-Sm/431 saylı xx xxxxx 2019-cu il tarixli və digər rəsmi sənədlərin mətnlərinə daxil edilmiş məlumatlarla süburt olunmuşdur ki, iddiaçı, 2011-2016-cı illərdə hər il verildiyi iddia olunan 56 (əlli altı) təqvim günü ödənişli əsas məzuniyyətdən də tam istifadə etməmişdir. İddiaçı 1999-2017-ci illəri əhatə edən 18 il müddət ərzində əsas məzuniyyətdən istifadə etmək imkanına malik olmamış üzərinə düşən vəzifə borcunun icrasına məsuliyyətlə yanaşmış, işində nöqsanlara yol verməmiş, bunun nəticəsində isə dəfələrlə mükafatlara layiq görülmüş, intizam məsuliyyətinə cəlb olunmamışdır. İddiaçı səhhətində yaranmış problemlərlə bağlı xx.xx.2016 - xx.xx.2016; xx.xx.2017 - xx.xx.2017-ci il tarixlərdə həkim nəzarəti altında stasionar m üalicələr almaqla xx.xx.2017 - xx.xx.2017-ci il tarixlərdə ambulator müalicələr də almışdır. Ailə vəziyyətində və səhhətində yaranmış problemlərlə bağlı öz hesabına ödənişsiz məzuniyyətdən istifadə etmək istədikdə isə iddiaçı bu hüququ da məhdudlaşdırılmış, mövcud problemlərin həlli istiqamətində konkret və əməli tədbirlər həyata əvəzinə Bakı Dövlət Universitetinin sabiq rəhbərliyi iddiaçını qərəzli şəkildə tutduğu vəzifədən azad etməklə problemlərin həllinə nail olmağa çalışmışdır. Qeyd olunan faktlar təsdiq edir ki, iddiaçının 06 may - xx.xx.2017-ci il tarixlərdə işə gəlməməsi qərəzli xarakter daşımamış, ailəsinin real problemləri əlaqədar olmuş və bu problemlər barəsində Bakı Dövlət Universitetinin sabiq rəhbərliyi yanaşı bütün ictimaiyyət də məlumatlı olmuşdur. Qeyd edilənlərə əsasən m əhkəmədən iddia tələbinin təmin olunması xahiş edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu apelyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə tərəfindən nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır və nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Tərəflərin izahatları: İddiaçı və onun vəkili X7 məhkəmə kollegiyasının iclasında kassasiy a şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Əsaslandırıcı hissə: Məhkəmə kollegiyası məruzəçini, iddiaçının və vəkilinin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı xx xxx 2017-ci il tarixdən etibarən hər hansı üzrlü səbəb olmadan (bu barədə sübut təqdim etmədən) işə çıxmamış, bununla da əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini pozmuşdur. Bu hallar, işdə olan çoxsaylı sübutlarla (təqdimatlar, aktlar, izahatlar və s.) tam sübuta yetirilmişdir. İddiaçı tələbinin əsası kimi həmin dövrdə ona ödənişsiz məzuniyyət verilməsi üçün cavabdehə müraciət etməsini göstərmişdir. Apelyasiya instansiyası məhkəməsi iddiaçının mövqeyi ilə bağlı qeyd etmişsdir ki, Əmək Məcəlləsinin 129-cu maddəsinə əsasən ödənişsiz məzuniyyət işçi ilə işəgötürənin qarşılıqlı razılığı ilə verilə bilər. Yəni, işçinin təşəbbüsü özü-özlüyündə ona ödənişsiz məzuniyyətin veriləcəyi anlamına gələ bilməz. Bu səbəbdən də işçi müraciət etməklə yanaşı, işə çıxmalı və əmək müqaviləsi (eləcə də, əmək qanunvericiliyi) ilə üzərinə düşən vəzifələri icra etməlidir. Göründüyü kimi iddiaçının dəlili qanunvericiliyin tələbləri ilə uzlaşmır. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, işəgötürən tərəfindən iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 80.1-ci maddəsinin tələbləri nəzərə alınmış, BDU-nun Həmkarlar İttifaqı Komitəsinin razılığı alınmışdır. Bu fakt Həmkarlar İttifaqı Komitəsinin işdə olan xx xxx 2017-ci il tarixli 01 nömrəli iclas protokolundan çıxarışla təsdiq olunur. Qeyd edilənlərə əsasən, apelyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsi qanuni və əsaslı olmuşdur. İddiaçı bunun əksini təsdiq edən h ər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Göründüyü kimi, iddiaçının yol verdiyi hərəkətlər cavabdeh tərəfindən onunla bağlanmış əmək müqaviləsinə müvafiq əsasla xitam verilməsinə tam əsas olmuşdur. Həmçinin apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçı əmri mübahisələndirməkdə qanunla nəzərdə tutulmuş müddəti də ötürmüşdür. Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci və 3-cü hissələrinə görə fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aş kar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçı onunla bağlanmış əmək müqaviləsinin xitam verilməsindən hələ 2017-ci ildə məlumatlı olmuş, buna baxmayaraq, hazırki iddia 2019-cu ilin iyun ayında qaldırmışdır. Belə ki, işdə olan sübutlara əsasən iddiaçı xx xxx 2017-ci il tarixdə əmək kitabçasını şəxsən təhvil almış, bununla bağlı müvafiq jurnalda imza etmişdir. Eyni zamanda, həmin dövrdə əmrdən çıxarış da poçt vasitəsilə iddiaçıya göndərilmişdir. İddiaçı 2017-ci ildə əmək kitabçasını və əmrdən çıxarışı almasını təsdiq etsə də, əmrin tam formada surətinin ona 2019-cu ildə təqdim olunmasını, bu səbəbdən də müddəti ötürməməsini göstərmişdir. Apelyasiya instansiyası məhkəməsi iddiaçının həmin mövqeyi il ə razılaşmayaraq qeyd etmişdir ki, Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən məhkəmə müraciət üçün hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Göründüyü kimi, əmək qanunvericiliyi əmək kitabçasının, haqq-hesab sənədlərinin verildiyi günü hüququn pozulmasının aşkar edildiyi gün kimi müəyyən etmişdir. Qeyd edilən sənədlərdən (əmək kitabçası, əmrdən çıxarış və s.) iddiaçının işdən azad olunması açıq-aşkar görünür. İddiaçının özü də 2017-ci ildə işdən azad olunduğunu inkar etməmişdir. İddiaçının əmrin tam mətnini almaq üçün 2 il müddət gözləməsi və məhkəməyə müraciət etməməsi anlaşılmaz olmaqla, əsaslandırılmamışdır. Apelyasiya instansiyası məhkəməsi iddia tələbinin digər hissələrində də iddia tələbini rədd edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdirki, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. İddiaçı ona cavabdehin təqsirli hərəkətləri nəticəsində maddi və mənəvi ziyan vurulmasına dair məhkəməyə hər hansı mötərbər sübut təqdim edə bilməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək yükünü daşıyır, əks halda iddia özü-özlüyündə əsassızdır. İddiaçının özünün izahatı da iddianın əsaslı olması üçün mötəbər və yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar ba rədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Qeyd olunanlara əsasən apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsaslı və qanunidir. Apelyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və y a dəyişdirilməsi üçün əsas ola bilməz. Kassasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı şikayətində onun işdən çıxarılmasının əsassız və qanunsuz olmasını, ona qarşı qərəzli münasibət göstərilməsini qeyd etsə də, etirazının əsası kimi istinad etdiyi halları əsaslandıra bilməmişdir. Mülki Prosessual Məcəllənin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Odur ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-12814/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar