Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2789/2019 22.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19.12.2018-ci il tarixli, 2(103)13911/2018 nömrəli qərardadından iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin (haki m R.Quliyev) 07.02.2018-ci il tarixli, 2(005)-63/2018 nömrəli qərardadı ilə iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 Cavabdeh1 Ləğv etmə Komissiyasına qarşı Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X4 Qeydiyyatı İdarəsi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti üçüncü şəxslər göstərilməklə “əmək xəsarətinə görə ödəniş” tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər V.Baxışova, V.Həsənov, N.Cəfərov) 03.05.2018-ci il tarixli, 2(104)-5717/2018 saylı qərardadı ilə iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 təmin edilməyərək, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 07.02.2018-ci il tarixli, 2(005) -63/2018 nömrəli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimlər (V.İbayev, A.Kalbalıyev, Ə.Əliyev) 16.11.2018-ci il tarixli, 2(102)-7315/18 saylı qərarı ilə İddiaçı1 kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03.05.2018-ci il tarixli qərardadının ləğv edilməsi, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər X.Sarıyev, E.Şamayev, Ş.Məhərrəmova) 19.12.2018-ci il tarixli, 2(103)-13911/2018 saylı qərardadı ilə iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 şikayətləri təmin edilməyərək, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 07.02.2018-ci il tarixli, 2(005)-63/2018 n ömrəli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və vəkili Vəkil Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19.12.2018-ci il tarixli qərardadından kassasiya şikayəti vermişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışlar ki, iddiaçılara məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməmişdir. Həmçinin onların hüquqi savadı yoxdur və məhkəmə onlara Azərbaycan Respublikası MPM-nin 53 və 54-cü maddələrinin tələbləri ilə tanış etməli idi. Əgər onlar məhkəmənin dedikləri ilə razılaşmasalardılar, o zaman məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxardı. Yəni məhkəmə bu hissədə yanlışlığa yol vermişdir. Bununla da məhkəmə maddi və prosessual hüquq normalarını pozmuşdur. Ona görə də Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19.12.2018-ci il tarixli, 2(103)-13911/2018 saylı qərardadının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılması üçün müvafiq qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, Cavabdeh1 Ləğv etmə Komissiyasının və 3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 səlahiyyətli nümayəndələri məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 415.3-cü maddəsinə əsasən, məhkəmə iclasına gəlməyən şəxsin iştirak ı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 19.12.2018-ci il tarixli qərardadı ilə iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 təmin edilməyərək, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 07.02.2018-ci il tarixli, 2(005)-63/2018 nömrəli qərardadının dəyişdirilmədən saxlanılması qərarına gələrkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir. Belə ki, iş materiallarında olan Bakı Vergilər Departamenti X2 Dövlət Qeydiyyatı İdarəsinin 08.12.2017-ci il tarixli məktubundan görünür ki, Cavabdeh1 (VÖEN **********) 21.06.2016-cı il tarixdə ləğv edilərək Azərbaycan Respublikası X2 dövlət reyestrindən çıxarılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 61.12-ci maddəsinə əsasən, Hüquqi şəxsin ləğvi bu barədə qeydin X4 reyestrinə daxil edildiyi andan başa çatmış, hüquqi şəxs isə mövcudluğuna son qoymuş sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.8-ci maddəsinə əsasən, işdə iştirak edən hüquqi şəxs ləğv olunmuşsa hakim iş üzrə icraata xitam verir. Kassasiya şikayətinin dəlilləri ilə bağlı kassasiya kollegiyası qeyd edir ki, şikayətin dəlilləri formal xarakter daşıyır və hər hansı sübutla öz təsdiqini tapmır. Odur ki, kassasiya şikayəti əsassız hesab edilməli və apellyasiya instansiyası məhkəməsinin qərardadı maddi və prosessual qanunun tələblərinə uyğun çıxarıldığına görə dəyişiklik edilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və vəkili Vəkil kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19.12.2018-ci il tarixli, 2(103)-13911/2018 nömrəli qərardadı dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2789/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2789/2019
22.04.2019 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver