Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2790/2019 06.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Allahverdiyev Qəhrəman Əli oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi ilə, İddiaçı, Cavabdeh2 MMC-nin vəkili Axundov Ramiq Ənvər oğlunun iştirakları ilə, Cavabdeh2 MMC-nin Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 noyabr 2018-cı il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Cavabdeh2 MMC Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 noyabr 2018-cı il tarixli qətnam əsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı cavabdehlər "Cavabdeh1" MMC və Cavabdeh2 MMC-yə qarşı mənzil tələbinə dair ilkin, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 MMC cavabdeh İddiaçı qarşı müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsinə dair qarşılıqlı iddia ərizələri ilə məhkəməyə müraciət etmişdilər. Bakı şəhəri Yasamal rayon məhkəməsinin 04 iyun 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən A.Tağıyev, iş 2(004)18/2018) iddia təmin ünvan 1 ünvanında ümumi sahəsi 91.53 kv.m olan 797 nömrəli 2 otaqdan ibarət mənzilin İddiaçı təhvil verilməsi, Cavabdeh2 MMC- nin verdiyi qarşılıqlı iddia tələbi təmin edilməməsi, iş üzrə dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat pulun cavabdehlər "Cavabdeh1" MMC və Cavabdeh2 MMC-yə aid olunması qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 noyabr 2018-cı il tarixli qətnaməsi ilə (hakimlər X.Sarıyev (sədrlik edən və məruzəçi), M.Məmmədov və E.Nağıyeva, iş № 2(103)-10963/2018) Cavabdeh2 MMC-nin apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 04 iyun 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh2 MMC kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kolleg iyasının 07 noyabr 2018-cı il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Cavabdeh2 MMC-nin vəkili Axundov Ramiq Ənvər oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 noyabr 2018-cı il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azə rbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinin tələbinə müvafiq olaraq İddiaçı izahatı dinlənilməmişdir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tər əfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh1 MMC ilə Cavabdeh2 MMC arasında bağlanmış 08 noyabr 2007-ci il tarixli birgə təsərrüfat fəaliyyəti haqqında müqavilənin 2.1.5-ci bəndinə əsasən “bu müqavilə imzalandığı tarixdən etibarən tərəflər yaşayış və qeyri-yaşayış sahələrinin satışını eyni qiymətlə aparmaqla, satış alqı-satqı müqavilələri və digər sənədlər əsasında İ Tərəfin adından rəsmiləşdiriləcəkdir, əgər satışı İİ Tərəf öz adından rəsmiləşdirərsə payçılar və rəsmi dövlət orqanları, alıcılar qarşısında özü öz əmlakı ilə, yəni zərərvuran İİ Tərəf məsuliyyət daşıyacaq. İİ Tərəf gördüyü işin yarısı dəyərində, yəni payına düşən hissəsinin 25% həcmində İ Tərəfin möhürü və imzası ilə satış apara bilər.” Cavabdeh1 MMC ilə Cavabdeh2 MMC arasında bağlanmış 08 noyabr 2007-ci il tarixli birgə təsərrüfat fəaliyyəti haqqında müqavilənin 2.1.5-ci bəndinə görə, bu müqavilə imzalandığı tarixdə n etibarən onun müddəaları tərəflər üçün məcburi qüvvəyə malikdir. Cavabdeh1 MMC arasında mübahisəli mənzilə dair 29.07 saylı müqavilə, 08 noyabr 2007-ci il tarixli birgə təsərrüfat fəaliyyəti haqqında müqavilədən 20 gün əvvəl, yəni 19 oktyabr 2007-ci il tarixdə bağlanmışdır Cavabdeh1 MMC ilə Cavabdeh2 MMC arasında bağlanmış 08 noyabr 2007-ci il tarixli birgə təsərrüfat fəaliyyəti haqqında müqavilənin şərtlərində onun müddəalarının müqavilə bağlanana qədər yaranmış münasibətlərə tətbiq olunmasına dair hər hansı şərt, razılaşma nəzərdə tutulmamışdır. Cavabdeh 19.10.2007-ci il tarixli müqavilənin etibarsızlığı ilə bağlı bir illik müddət ötürülmüşdür. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsini tətbiq edərək göstə rmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 354.1-ci və 354.2-ci maddələrinə görə, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər;bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Apelyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, Bakı şəhər Yasamal rayon Məhkəməsinin 15 mart 2014-cü il tarixli, 2(004)-854/2014 sayl ı qətnaməsi ilə, iddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış 19 oktyabr 2007-ci il tarixli 29.07 saylı mənzilə dair müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən 8-ci blok, 10-cu mərtəbə, ümumi sahəsi 91.53 kv.m olan 797 nömrəli 2 otaqdan ibarət mənzil üzərində İddiaçı mülkiyyət hüququ əsasında sahiblik və istifadə hüquqları tanındığından və qətnamə ilə sözügedən mənzilin və binanın Cavabdeh1 MMC və Cavabdeh2 MMC-yə məxsus olması müəyyən edildiyindən hazırki iddia tələbi təmin olunmalı, mübahisəli mənzil cavabdehlər tərəfindən iddiaçıya təhvil verilməlidir. Məhkəmə Cavabdeh2 MMC tərəfindən verilmiş qarşılıqlı iddianın dəlillərinə hüquqi qiymət verərək hesab etmişdir ki, qarşılıqlı iddia təmin edilməməlidir. Cavabdeh2 MMC kassasiya şikayətində kassasiya şikayətində apelyasiya instansiyası m əhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi aşağıdakılara istinad etmişdir: “Məhkəmə iş materiallarında olan Cavabdeh1 MMC tərəfindən tərtib edilmiş 19 oktyabr 2007-ci il tarixli 2907 saylı müqavilə və maliyyə arayışına istinad edərək mənzilin “xxxx” MMC-yə və Cavabdeh1 MMC-yə məxsus olması qənaətinə gələrək, 04.06.2018-ci il tarixli qətnamə ilə iddianı qismən təmin edərək iddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış müqaviləyə görə Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində alqı-satqı zamanı inşa olunmamış binanın 8-ci giriş 10-cu mərtəbəsində yerləşən sahəsi 91.53 m2 olan 797 saylı 2 otaqlı təmirli mənzilin İddiaçı təhvil verilməsi öhdəliyini hər iki cəmiyyətin üzərinə qoymuş qarşılıqlı iddianı isə rədd etmişdir. 08 noyabr 2007-ci il tarixdə Cavabdeh2 MMC ilə Cavabdeh1 MM C arasında bağlanmış “Birgə təsərrüfat fəaliyyəti haqqında” müqavilənin 1.1-ci bəndinə əsasən İ tərəf (Cavabdeh2 MMC) ona ayrılmış torpaq sahəsini və tikinti üçün tələb olunan bütün sənədləri İİ tərəfə (Cavabdeh1 MMC) təqdim edir, İİ tərəf isə ona təqdim olunmuş torpaq sahəsində yaşayış binasının tikintisini layihə və tikinti sənədlərinə uyğun olaraq öz şəxsi vəsaiti hesabına tam tikib başa çatdırır. Müqavilənin 2.1.5-ci bəndinə əsasən İ tərəfli tərəfə gördüyü işin öz payma düşən hissəsindən, yəni satışını təşkil etdiyi yaşayış və qeyri-yaşayış sahəsinin özünə çatan hissəsinin 25%-ni tikintini başa çatdırmaq üçün ancaq Cavabdeh2 MMC-nin adından rəsmiləşdirmək şərti ilə yəni yaşayış və qeyri-yaşayış sahələrinin satılmasına dair tərtib edilən müqavilələrin, ödəniş qəbzlərinin, maliyyə arayış larının, kassa mədaxil orderlərinin və digər sənədlərin Cavabdeh2 MMC-nin sədrinin imzalanması və möhürlənməsi yolu ilə icazə verilmişdir. Yuxarıda göstərilən ünvandakı mənzil 2008-ci ildə Cavabdeh1 MMC tərəfindən İddiaçı başqa X1. Bu 06 sentyabr 2016-cı il tarixli 1(101)410/2016 saylı qanuni qüvvəyə minmiş hökmlə təsdiq edilmuşdir. Mübahisə predmeti olan mənzil üçün binanın qanuni sahibi Cavabdeh2 MMC-yə iddiaçı tərəfindən pul vəsaiti də ödənilməmişdir, həmin mənzilin dəyərini MM-in 178.8-ci maddəsinə uyğun X2 ödəmiş və sonincu tərəfindən tam təmin edilmişdir. Bundan başqa həmin mənzil 08.11.2007-ci il tarixli birgə təsərrüfat fəaliyyəti haqqında müqavilə bağlanılmamışdan 20 gün əvvəl, yəni binanın tikintisinə başlanmamışdan əvvəl satış aparmağa səlahiyyəti olmayan Cavabdeh1 MMC-nİn direk toru Q.Rəhimov tərəfindən qanunsuz olaraq iddiaçının adına rəsmiləşdirilmişdir.” Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşır. Belə ki, İddiaçı ilə Cavabdeh2 MMC arasında müqavilə bağlanmamış və Cavabdeh2 MMC ilə Cavabdeh1 MMC arasında bağlanmış 08 noyabr 2007-ci il tarixli “Birgə təsərrüfat fəaliyyəti haqqında” müqavilədə Cavabdeh2 MMC–nin Cavabdeh1 MMC-nin ondan xəbərsiz bağladığı müqavilələrə görə cavabdehlik daşıması öz əksini tapmamışdır. Belə olan halda Cavabdeh2 MMC Cavabdeh1 MMC-nin bağladığı müqavilələrə görə cavabdehlik daşıya bilməz. Ona görə də Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə mübahisəli mənzilin İddiaçı təhvil verilməsi öhdəliyinin Cavabdeh2 MMC-nin üzərinə qoyulmasını əsaslı hesab etmir. Apelyasiya instansiyası məhkəm əsi Cavabdeh2 MMC-nin qarşılıqlı iddiasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə istinad edərək rədd etmişdir. Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Apelyasiya instansiyası məhkəməsi həmin maddəyə əsasən Cavabdeh2 MMC-nin müddəti ötürməsi qənaətinə gəlsə də, qətnaməsində Cavabdeh2 MMC-nin əqdin etibarsız sayılmasına əsas verən halları və vaxtda n bilməli olduğunu və ya bildiyini qeyd etməmişdir. Ona görə də Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi Cavabdeh2 MMC tərəfindən Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 8-ci blok, 10-cu mərtəbə, ümumi sahəsi 91.53 kv.m olan 797 nömrəli 2 otaqdan ibarət mənzilin İddiaçı təhvil verilməsi və Cavabdeh2 MMC-nin qarşılıqlı iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilməli və mülki iş həmin hissədə yeni apelyasiya baxışına qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.1-ci maddəsi nəzərdə tutur ki, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 noyabr 2018-cı tarixli qətnaməsinin qismən ləğv edilməsi üçün əsas hesab edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 noyabr 2018-cı il tarixli qətnaməsi Cavabdeh2 MMC tərəfindən Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 8-ci blok, 10-cu mərtəbə, ümumi sahəsi 91.53 kv.m olan 797 nömrəli 2 otaqdan ibarət mənzilin İddiaçı təhvil verilməsi və Cavabdeh2 MMC-nin qar şılıqlı iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilsin, mülki iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılsın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2790/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2790/2019
06.08.2019 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver