Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2791/2022 31.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və cavabdeh2na qarşı iş üzrə QƏRARİ Açar sözlər: özbaşına tikilidən çıxarma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xəlilov İsmayıl Kamil oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və cavabdeh2na qarşı fərdi yaşayış evindən çıxarılma tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-3236/2021 nömrəli, 2 dekabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 31 may 2022-ci il tarixdə Ali Məh kəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdehlər Cavabdeh1 və X11 10.05.2016-cı il tarixdə rəsmi nikaha daxil olmuşlar və X11 nikaha daxil olduqdan sonra əri Cavabdeh1 mülkiyyətində olan XXX ünvanında yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. XXX ünvanında yerləşən fərdi yaşayış evi 11 oktyabr 2018-ci il tarixdə Cavabdeh1 tərəfindən satılmış və cavabdehlər 2018-ci ildən birgə nikahdan olan övladları ilə birlikdə mübahisəli ünvan 2 ünvanda yerləşən özbaşına tikilidə yaşamağa başlamışlar. Hazırda isə mübahisəli evdə X11 övladı ilə birlikdə yaşayır. Digər Cavabdeh1 isə mübahisəli evdə 2021-ci ilin fevral ayına kimi yaşamış, bundan sonra həmin evi tərk etmiş və hazırda orada yaşamır. Cavabdeh1 X2 arasında olan nikah Abşeron Rayo n Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 2(012)218/2021 saylı qətnaməsinə əsasən pozulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehlər Cavabdeh1 və cavabdeh2na qarşı fərdi yaşayış evindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və X4 ona məxsus olan ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılmaları və onlara məxsus əşyaların həmin fərdi yaşayış evindən boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi 2015-ci il tarixdən ona məxsusdur. Həmin evi Cavabdeh1 məxsus XXX ünvanında yerləşən fərdi yaşayış evi satılmamışdan əvvəl özü üçün almışdır. Cavabdeh1 qardaşıdır. Digə r cavabdeh cavabdeh2 isə qardaşının həyat yoldaşı olmuşdur. Cavabdeh cavabdeh2 əslən Göyçay rayonundandır. Cavabdehlər qardaşı Cavabdeh1 və X11 nikahlarını 10.05.2016-cı il tarixdə Abşeron rayon Qeydiyyat şöbəsində qeyd etdirib ailə qurmuşlar. cavabdeh2 qardaşına məxsus evə gəlin gəlmişdir. Sonuncunun hərəkətlərinə görə qardaşına məxsus XXX massivində yerləşən evi 2018-ci il tarixdə 10.000 manata satmışlar. Həmin pulu Göyçay rayonunda torpaq almaq və ev tikib köçüb orada yaşamaq məqsədilə qardaşı Cavabdeh1 vermişdir. Daha sonra Cavabdeh1 ailəsi ilə 7-8 ay Göyçay rayonunda yaşamışlar. 2019-cu ildə cavabdehlər onun verdiyi pulları xərclədikdən sonra qayıdıb onun yanına gəlmişlər. Körpə uşaqları olduğuna görə cavabdehlərə özünə məxsus evdə müvəqqəti yaşamağa razılıq vermişdir. Razılıqlarına ə sasın cavabdehlər daha sonra kirayə ev tutub köçməli idilər. X10 məhkəmə qaydasında boşanmışdır. Cavabdeh1 fevral ayının 14-dən ona məxsus evi tərk etsə də, cavabdeh2 oğlu ilə birlikdə orada yaşayır. Halhazırda mübahisəli evdə qeydiyyatdadır. Lakin, həmin evdə yaşamamışdır. Mübahisəli ev həmişə kirayə verilmişdir. O, cavabdehlərə sözügedən evdə müvəqqəti yaşamaq üçün icazə vermişdir. Ev əşyaları onun pulu ilə alınıb. Əşyaların yarısı onundur.
4. Cavabdeh cavabdeh2 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, həyat yoldaşı olmuş digər Cavabdeh1 özünə məxsus evi olmuşdur. Həmin evi sataraq sözügedən hazırkı mübahisəli ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evini 2018-ci ildə 18.000 manata almışlar. Həmin vaxtdan sözügedən evdə yaşayır. Həmin evdə o, oğlu və Cavabdeh1 yaşamışlar. Kommu nal xidmətlər əvvəl Cavabdeh1 adına olmuşdur. Sonra isə İddiaçı adına keçmişdir. Evdəki mətbəx mebeli və digər əşyalar hamısı ona məxsusdur. Hazırda Cavabdeh1 sözügedən evdə yaşamır.
5. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh2 vəkili-nümayəndəsi X7 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, Cavabdeh2 əri olmuş digər Cavabdeh1 məxsus evə gəlin gəlmişdir. Daha sonra cavabdehlər birlikdə həmin evi satıb bu evi almışlar. Digər tərəfdən iddiaçının hazırkı iddia tələbini irəli sürməyə subyektiv hüququ yoxdur. Həmçinin, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi özbaşına tikilidir. Həmin evdə İddiaçı yaşamamış və evə sahiblik etməmişdir.
6. Abşeron Rayon Məhkəməsinin (sədrlik edən, hakim C.Səfiyeva) 23.06.2021-ci il tarixli, 2(012)-2528/2021 saylı qətnaməsi ilə iddia təmin edilməm işdir.
7. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, İddiaçı ünvan 2 ünvanda yerləşən özbaşına tikilinin 2015-ci il tarixdən ona məxsus olmasını iddia etsə də, bununla əlaqədar hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Onun təqdim etdiyi təbii qazdan istifadə ilə bağlı alqı-satqı müqaviləsi iş materiallarından göründüyü kimi 07.09.2020-ci il tarixdə bağlanmışdır. Daşınmaz əmlakın qiymətləndirmə rəyi isə onun adına 2019-cu ildə tərtib olunmuşdur. Buradan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün müvafiq subyektiv hüquqa malik deyildir. Əksinə proses iştirakçılarının mübahisəsiz izahatlarından görünür ki, sözügedən mübahisəli ünvan 2 ünvanda yerləşən özbaşına tikili olan fərdi yaşayış evində 2018-ci ildə n cavabdehlər Cavabdeh1 və cavabdeh2 yaşamışlar. Cavabdehlərin həmin tikilidə yaşamaq hüquqları vardır. Cavabdeh1 2021-ci ilin fevralından mübahisəli tikilidə yaşamaması halına münasibətdə, məhkəmə bunu digər cavabdehə münasibətdə iddianın təmin edilməsi üçün iddiaçı ilə razılaşma kimi qiymətləndirir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 11.1, 152.1, 152.5, 157.2, 157.8, 178.1, 180.1, 180.2-ci, Mülki Prossesual Məcəllənin 14.2, 78.1, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
10. İddia çı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hazırda ünvan 2 fərdi yaşayış evində qeydiyyatdadır. O, mübahisəli fərdi yaşayış evinin potensial mülkiyyətçisidir, evə dair bütün sənədlər onun adınadır. Cavabdehlərin isə məhkəməyə təqdim edəsi heç bir mötəbər dəlili-sübutu yoxdur. Mübahisəli fərdi yaşayış evi onun yeganə qazanc mənbəyidir. Belə ki, cavabdeh2 həmin fərdi yaşayış evini zəbt etmədən öncə həmin evi kirayə verərək müəyyən gəlir əldə edirdi. Hazırda bundan da məhrum olmuşdur. Cavabdeh1 məxsus fərdi yaşayış evi olmuş, 11.10.2018-ci il tarixdə Cavabdeh1 ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evini 10.000 manata X1. Hazırki mübahisəli ev isə 2015-ci ildən onun sahiblik və istifadəsindədir. İş materiallarında olan "XXX Layihə İnşaat” QSC-nin sorğu blankında, 06.08.2019-cu il tarixli, kod-1340 saylı daşınmaz əmlakın ekspert qiymətləndirmə rəyində tikinti sahibi kimi o göstərilmişdir. Həmçinin o, fərdi yaşayış sahəsinə görə vergi ödəyicisi kimi XXX bələdiyyəsində qeydiyyata alınmışdır, onun 31.12.2021-ci il tarixə qədər əmlak və torpaq vergisi borcu yoxdur. cavabdeh2 onun ailə üzvü deyildir, baldızıdır. XXX şəhəri, X12 küçəsi, dalan 01, ev 15d saylı ünvanda ondan başqa qeydiyyatda başqa şəxslər yoxdur. Həmçinin imzaları ünvan 5 notariat ofisində təsdiq olunmuş ərizələrində X8, X6 və X5 onun oğlu X9 ilə birlikdə 2015-ci ildən X12 küçəsi dalan 01, ev 15d saylı ünvanında yaşadıqlarını göstərmişlər. Mübahisəli evdə təbii qazdan, elektrik enerjisindən və sudan istifadəyə dair sənədlərdə istehlakçı qismində o qeyd edilmiş və bu xidmətlərdən istifadəyə görə pulları o ödəyir. Eləcə də yaşayış yeri üzrə mənzil orqanları tərəfindən verilmiş arayışlara əsasən o, X12 küçəsi dalan 01, ev 15d saylı ünvanda yaşayır. Qardaşı Cavabdeh1lə cavabdeh X11 arasında olan nikah Abşeron Rayon Məhkəməsinin 16.02.2021-ci il tarixli, 2(012)-218/2021 saylı qətnaməsi ilə pozulmuşdur. Qardaşı Cavabdeh1 imzası ünvan 5 notariat ofisində təsdiq olunmuş ərizəsində ona məxsus ünvan 7 ünvanında keçmiş həyat yoldaşı X4 qeydiyyatsız yaşadığını, keçmiş həyat yoldaşı X11 ilə birlikdə həmin ünvanda müvəqqəti yaşadıqlarını, hazırda həmin evi tərk etdiyini, lakin keçmiş həyat yoldaşı X4 evdən çıxmaq istəmədiyini göstərmişdir. Eləcə də Cavabdeh1 iddianın etirafı barədə də ərizə yazmışdır.
11. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ilə (hakimlər – T.Məmmədov (sədrlik edən və mər uzəçi), Ş.Abasov və S.Qafari) 2(105)-3236/2021 nömrəli, 2 dekabr 2021-ci il tarixli qətnaməsi İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Abşeron Rayon Məhkəməsinin 23.06.2021-ci il tarixli, 2(012)-2528/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, X11 mübahisəli evə İddiaçı razılığı ilə köçdüyündən onun həmin evdən çıxarılması üçün əsaslar yoxdur. Məhkəmə iclasında araşdırılmış sübutlardan görünür ki, Cavabdeh1 mübahisəli evdə yaşamır. Belə ki, Cavabdeh1 imzası ünvan 5 notariat ofisində təsdiq olunmuş ərizəsindən görünür ki, ünvan 7 ünvanını tərk etmiş və həmin evdə yaşamır. Qeyd edilən halı İddiaçı da təsdiq etmişdir. Ona görə də məhkəmə kollegiyası hesab etmişdir ki, Cavabdeh1 mü bahisəli evdən çıxarılmasına da zərurət yoxdur.
13. Birinci instansiya məhkəməsi iddianı təmin etməyərkən İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün müvafiq subyektiv hüquqa malik olmamasına istinad etsə də iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı ünvan 7 ünvanı üzrə kommunal xidmətlərə görə abonent kimi qeydə alınmışdır və həmin evdə də qeydiyyatdadır.
14. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün müvafiq subyektiv hüquqa malik olmamasına istinad etsə də, faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan nəticəyə gəlmişdir
15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 11.1, 11.2, 180.1, 180.2-ci, Azərba ycan Respublikası Mənzil Məcəlləsinin 68.1, 68.2-ci, Mülki Prossesual Məcəllənin 385.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
16. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instanisyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli evin çıxarışı olmasa da, evin digər bütün hüquqmüəyyənedici sənədləri iddiaçının adınadır və iddiaçının Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində nəzrdə tutulmuş legitim gözlənti hüququ vardır.
18. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi Mənzil Məcəlləsinin 68-ci maddəsinə istinad etsə də nəzərə almamışdır ki, həmin maddə yalnız dövlət mənzil fonduna aid mənzillərə münasibətdə tətbiq edilə bilər. Hazırkı mübahisəyə Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tələbləri tətbiq edilməlidir. Həmin maddəyə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Göründüyü kimi cavabdeh X11 ilə iddiaçı arasında hər hansı razılaşma yoxdur. Həmçinin sonuncu iddiaçının ailə üzvü deyildir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə
20. Madd ə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
21. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
22. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
23. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
24. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq hüququ, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq hüququ yoxdu. Mülki Prossesual Məcəllə
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
28. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnam ə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
29. Maddə
416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
30. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
31. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
32. Hazırkı kassasiya şikayətində iş üzrə iddiaçı apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir.
34. Məhkəmələr müəyyən etmişdir ki, İddiaçı ünvan 2 ünvanda yerləşən özbaşına tikilinin 2015-ci il tarixdən ona məxsus olmasını iddia etsə də, bununla əlaqədar hər hansı mötəbər sü butu məhkəməyə təqdim edə bilməmişdir. Onun təqdim etdiyi təbii qazdan istifadə ilə bağlı alqı-satqı müqaviləsi 07.09.2020-ci il tarixdə bağlanmışdır. Daşınmaz əmlakın qiymətləndirmə rəyi isə onun adına 2019-cu ildə tərtib olunmuşdur. Mübahisəli ünvan 2 ünvanda yerləşən özbaşına tikili olan fərdi yaşayış evində 2018-ci ildən cavabdehlər Cavabdeh1 və cavabdeh2 yaşamışlar.
35. Kollegiya ilk növbədə onu qeyd edir ki, mübahisə predmetinin özbaşına inşa edilmiş ev, tikili olması özlüyündə həmin tikiliyə, evə ümumiyyətlə hüququn olmaması kimi qəbul edilməməlidir. Bunun üçün başlanğıc prinsip olaraq şəxsin əşya hüquqlarının qorunması üstün tutulmalıdır. Ev özbaşına tikili olsa da, şəxs həmin tikiliyə öz vəsaitini xərcləmişdirsə tikilinin barəsində qanuni rejim tətbiq olunana qədər (məs: maraqlı ş əxsin iddiası ilə məhkəmə qətnaməsi əsasında sökülənə qədər) onun taleyini həll etmək tikintiyə xərc çəkmiş şəxsə məxsusdur. Həmin əşyanı sökmək, ona sərf etdiyi materialı başqa yerdə istifadə etmək, satmaq, bağışlamaq və.s hüquqlar əşya sahibinə məxsusdur. Həmin hüquqlar ona vəsait xərcləməyən (əşyanın maddiləşmiş kütləsində payı olmayan) digər şəxsin hüquqları ilə yüklü edilə bilməz. Müasir dünyada hüququn inkişafı bu istiqamətdə inkişaf edir. Ona görə analoji işlərdə də məhkəmələrin mövqeyi əşyanın sahibinin hüquqlarının qorunması istiqamətində olmalıdır.
36. Hazırkı işdə iddiaçı özbaşına tikilinin ona məxsus olması, onun vəsaiti hesabına alınması, inşa edilməsi halını sübuta yetirə bilməmişdir. İddiaçının təqdim etdiyi bütün sənədləşmələr, kommunal xidmət haqlarının ödənilməsinə dair müqavilələr, qiymətləndirmə hesabatı və.s hamısı tərəflər arasında mübahisə başlandıqdan sonra, 2019-cu ildən sonraya təsadüf edir. Hansıki, iddiaçı evin 2015-ci ildən ona məxsus olduğunu israr edir. Qarşı tərəf isə mübahisəli evin ər-arvadın əvvəl yaşadığı evin satılmasından əldə edilən pul vəsaiti də daxil olmaqla 18.000 manata satın aldıqlarını bildirir.
37. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Sübutetmənin bölüşdürülməsi qaydalarına uyğun olaraq iddiaçı ilkin olaraq tikilinin ona məxsus olmasını sübut etməlidir. Onun sübutları ağlabatan göründüyü təqdirdə cavabdehin etirazları araşdırılmalıdır. Lakin, nə qədər ki, iddiaçı tikilinin ona məxsus olması halını sübuta yetirə bilmir, cavabdeh tərəfin etirazının araşdırılmasına zərurət aradan qalxır. Çünki iddia tələbi cavabdehin etirazları araşdırılmadan özüözlüyündə təmin olunmayan iddia hesab olunur.
39. Kollegiya kassasiyanın dəlili ilə bağlı bir məsələni də qeyd edir ki, konkret mübahisəyə qüvvədə olan Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tələblərinin tətbiq edilməlisi istisnadır. Beləki, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq hüququ, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq hüququ yoxdu (&23-24). Kassatorun istinad etdiyi norma mülkiyyətçiyə məxsus yaşayış sahəsində onunla birlikdə yaşayan şəxslərin hüquq və vəzifələrini tənzimləyir. Özü də həmin tənzimləmə ailə üzvləri arasındakı münasibətləri tənzimləyir.
40. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “RiersackBelçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı, “X19rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar ı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. 41. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun
42. Məhkəmə kollegiyas ı hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
43. Qeyd olunan hallarını nəzərə alan kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
44. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Həmin iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-3236/2021 n ömrəli, 2 dekabr 2021-ci il tarixli qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.