Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2791/2023 18.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 qarşı; İddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinin boşaldılması, maneələrin aradan qaldırılması, torpaq sahəsinin icarəyə verilməsi, subicarə müqaviləsi münasibətləri) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh1 qarşı “cavabdehin icarəsində olan torpaq sahəsindən çıxarılması və istifadə hüququna olan maneçiliklərin aradan qaldırılması” tələbi barədə ilkin, iddiaçı C avabdeh1 cavabdehlər İddiaçı və Cavabdeh2 qarşı “icarə müqaviləsinin etibarsız hesab edilməsi” tələbi barədə qarşılıqlı iddiasına dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-251/2023 nömrəli, 02 mart 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə 18 iyul 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 12 noyabr 2021-ci il tarixli torpağın icarə hüquqlarının alğı-satqısı müqaviləsi əsasında Akifə Musayeva icarəsində olan İsmayıllı rayonu Diyallı kəndində 40 hektar torpaq sahəsinin (bundan sonra – mübahisəli torpaq sahəsi) icarə hüquqlarını Cavabdeh2 satmışdır.
2. Daşınmaz əmlakın dövlət reyestrində İsmayıllı rayonu Diyallı Bələdiyyəsinə aid olan 40 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 12 noyabr 2021 tarixdən 29 dekabr 2052ci il tarixədək Cavabdeh2 adına icarə hüququ əsasında yüklü edilmişdir. 3. 30 noyabr 2021-ci il tarixli icarə müqaviləsi ilə Cavabdeh2 həmin torpaq sahəsini 30 noyabr 2023-ci il tarixə qədər İddiaçı (bundan sonra - iddiaçı) icarəsinə vermişdir.
4. Cavabdeh1 (bundan sonra - cavabdeh) qeyd edilən mübahisəli torpaq sahəsinin ona məxsus olduğunu, bələdiyyə tərəfindən ona ayrıldığını və təsərrüfatla məşğul olmaqla istifadə etdiyini bildirmişdir.
5. İsmayıllı Rayon Məhkəməsinin 12 may 2020-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh2 icarəsində olan İsmayıllı rayonu Diyallı kəndinin “Qaraquş” adlanan ərazisində yerləşən 40 hektar torpaq sahəsindən Cavabdeh1 çıxarılması və istifadə hüququna olan maneçiliklərin ar adan qaldırılmasına dair iddia tələbi təmin edilmiş, Cavabdeh1 Cavabdeh2 qarşı İsmayıllı rayonu Diyallı kəndində “Qaraquş” adlanan ərazidə istifadəsində olan 20 hektar torpaq sahəsindən Cavabdeh2 tərəfindən istifadə hüququna edilən maneəçiliklərin aradan qaldırılması və Cavabdeh2 25000 manat alınaraq ona verilməsinə dair qarşılıqlı iddia tələbi rədd edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə müraciət edərək, icarəsində olan, mübahisəli torpaq sahəsindən cavabdehin çıxarılması və istifadə hüququna olan maneələrin aradan qaldırılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İlkin iddia tələbi belə əsaslandırılmışdır ki, Cavabdeh2 mərhum X1 varisi X2 ilə 1 2 noyabr 2021-ci il tarixdə "Torpağın icarə müqaviləsinin alğı-satqı müqaviləsi" bağlayaraq İsmayıllı rayonu Diyallı bələdiyyəsi ilə sonuncunun əri, mərhum X4 arasında bağlanmış icarə müqaviləsi üzrə icarə hüquqlarını satın almışdır. Cavabdeh2 müqavilə üzrə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alaraq, 40 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində icarə hüququnu dövlət qeydiyyatına aldırmışdır. 30 noyabr 2021-ci ildə Cavabdeh2 ilə İddiaçı arasında İsmayıllı rayon Notariat Ofisində icarə müqaviləsi bağlanaraq 40 hektar torpaq sahəsini iki il müddətinə, yəni 30 noyabr 2023-ci il tarixinə kimi İddiaçı icarəsinə verilmişdir. Torpaq sahəsi hal-hazırda İddiaçı icarəsindədir. Lakin 2021-ci ildə həmin torpaq sahəsinin 20 hektar hissəsini Cavabdeh1 əkmiş və İddiaçı razılığı əsa sında əkdiyi sahəni biçərək götürmüşdür. Bundan istifadə edən Cavabdeh1 yenə öz qanunsuz əməllərini davam etdirmək istəyir. Belə ki, İddiaçı icarəsində olan 40 hektar torpaq sahəsinin özünün olduğunu, ora əziyyət çəkdiyini iddia edərək boşaltmaq istəmir. Həmin torpaq sahəsi üzrə bir neçə dəfə məhkəmə çəkişməsi olmuş və hər dəfə qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə sübut olunmuşdur ki, qeyd olunan torpaq sahəsi Diyallı bələdiyyəsinin mülkiyyətində olmaqla, əvvəllər Nəsrəddin İsayevin icarəsinə, sonra həmin müqavilə əsasında Cavabdeh2 icarəyə verilmişdir. Torpaq sahəsi İddiaçı icarə verilməmişdən əvvəl 2015-ci ildə Diyallı kəndinin başqa sakinləri qanunsuz olaraq Nəsrəddin İsayevin icarəsində olan həmin torpaq sahəsini zəbt etmişlər. Nəsrəddin İsayev onlara qarşı "Torpaqdan müvəq qəti istifadə hüququna dair" JN-4200 Kod 40707018 olan şəhadətnamə ilə müvəqqəti istifadədə olan torpaq sahəsinin cavabdehlərdən geri alınması, zəbt edilmiş torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması və cavabdehlərin istifadə olan torpaq sahəsindən çıxarılması" tələbinə dair məhkəmədə iddia qaldırmışdır. İsmayıllı Rayon Məhkəməsi 13 may 2015-ci il tarixdə işə baxaraq iddianın təmin olunması haqqında qətnamə qəbul etmişdir. Bundan əlavə Cavabdeh2 Cavabdeh1 qarşı İsmayıllı rayon Məhkəməsində eyni tələblə iddia qaldırmış və məhkəmə 12 may 2020-ci il tarixdə işə baxaraq iddianın təmin olunması haqqında qətnamə qəbul etmişdir.
8. Cavabdeh, iddiaçı və Cavabdeh2 qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, mübahisəli torpaq sahəsinin iddiaçıya icarəyə verilməsinə dair Cavabdeh2 ilə id diaçı arasında bağlanmış icarə müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Qarşılıqlı iddia tələbi belə əsaslandırılmışdır ki, mübahisəli torpaq sahəsi 1996-ci ildən hazırki vaxtadək onun istifadəsindədir. X3 arasında müxtəlif tarixli bir neçə icarə müqavilələri bağlanmışdır. Torpaq sahəsi onun icarəsində və istifadəsində olan vaxtda Nəsrəddin Musayev həmin torpaq sahəsinə dair saxta icarə müqaviləsi əldə etmişdir. Bundan sonra Nəsrəddin Musayev vəfat etmişdir. Nəsrəddin Musayevin həyat yoldaşı Akifə Musayeva saxta icarə müqaviləsindən istifadə edərək, həmin torpaq sahəsini Cavabdeh2 subicarəyə vermişdir. Halbuki, əvvəlki icarə müqaviləsində Diyallı kəndində yerləşən mübahisəli torpaq sahəsinin subicarəyə vermək səlahiyyəti qeyd edilməmişdir. İ carə müqaviləsində subicarəyə verilməsi səlahiyyəti qeyd olunmadığı halda, Diyallı kəndində yerləşən mübahisəli 40 hektar torpaq sahəsi qanunsuz olaraq Cavabdeh2 subicarəyə verilmiş və bu barədə icarə müqaviləsi bağlanmışdır. Həmin torpaq sahəsi Akifə Musayevanın adından Cavabdeh2, Cavabdeh2 adından isə iddiaçının adına subicarəyə verilərkən, torpaq sahəsinin mülkiyyətçisi olan Diyallı bələdiyyəsinin yazılı razılığı alınmamışdır. Cavabdeh2 həmin torpaq sahəsini İddiaçı icarəsinə verilməsinə dair 30 noyabr 2021-ci il tarixli icarə müqaviləsi Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtlər pozulmaqla bağlanmışdır. Onunla Cavabdeh2 arasında İsmayıllı rayon Notariat Ofisində 06 noyabr 2020-ci il tarixli “barışıq razılaşması haqqında” müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh2 ona qarş ı torpaq sahəsindən çıxarılma, istifadə hüququna olan maneələrin aradan qaldırılması tələbi barədə iddiasından imtina etməyi öhdəsinə götürmüşdür. Həmçinin Cavabdeh2 mübahisəli torpaq sahəsini onunla birgə istifadə etmək barədə üzərinə öhdəlik götürmüşdür. Həmin müqaviləyə əsasən o, isə Cavabdeh2 qarşı “pul tələbinə dair” qarşılıqlı iddiasından imtina etməyi və Cavabdeh2 təklifini qəbul etmək barədə üzərinə öhdəlik götürmüşdür. O, müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi yerinə yetirmişdir. Lakin Cavabdeh2 müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, əksinə “barışıq razılaşması haqqında” müqavilədən sonra mübahisəli torpaq sahəsini onun istifadəsində olmasına baxmayaraq qanunsuz olaraq İddiaçı 2 illik icarəyə vermişdir. Bu səbəbdən Cavabdeh2 Diyallı kəndində yerləşən mübahisəli torpaq sahəsini İddiaçı icarəsinə verilməsinə dair 30 noyabr 2021-ci il tarixli icarə müqaviləsi etibarlı sayıla bilməz.
10. İsmayıllı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 03 noyabr 2022-ci il tarixli, 2(037)-1037/2022 saylı qətnaməsi ilə (hakim Rafayel Şirinov) ilkin iddia tələbləri təmin, qarşılıqlı iddia tələbi isə rədd edilmişdir.
11. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, 30 noyabr 2021-ci il tarixli icarə müqaviləsi tərtib edilərkən “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun və “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə riayət edilmişdir. Cavabdeh1 qeyd edilən mübahisəli torpaq sahəsini istifadə etdiyini bildirsə də ona mübahisəli ərazidən torpaq sahəsinin ayrılmasını, təhvil verilm əsini, icarə müqaviləsinin bağlanmasını, həmin müqavilənin qeydə alınmasını və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnaməsinin verilməsini təsdiq edən sənədlər yoxdur. Belə olan halda, Cavabdeh1 həmin torpaq sahəsindən İddiaçı istifadə etməsinə maneəçilik yaratması sonuncunun həmin torpaq sahəsi üzərində istifadə hüquqlarının məhdudlaşması ilə nəticələnir.
12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 337.1, 337.2, 339.1-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (bundan sonra – Torpaq Məcəlləsi) 6-cı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1-ci və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.1, 6.2, 11, 11.3, 11.9-cu maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayətinin dəlilləri qarşılıqlı iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil etmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi X2 ilə bağlanmış icarə müqaviləsində mübahisəli torpaq sahəsinin subicarəyə verilməsinə dair səlahiyyəti olub-olmaması hallarını araşdırmalı idi. Lakin birinci instansiya məhkəməsi həmin halları araşdırmamışdır. Göründüyü kimi hazırki işdə məhkəmə heç bir araşdırma aparmamış, qarşılıqlı iddia ərizəsində qeyd olunan hallara dair heç bir ara şdırma aparmamış, həmçinin məhkəmə qətnaməni əsaslandırmamış, qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənmiş, bununla da MPM-nin 217-ci maddəsinin tələblərini pozmuşdur.
15. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(107)-251/2023 nömrəli, 02 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Mahir Əsədli (sədrlik edən və məruzəçi), Ələddin Məcidov və Elçin Mehdiyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissə üzrə cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
16. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, subicarə - icarəçi tərəfindən müqavilə müddəti ərzində icarəyə götür düyü əmlakdan və ya onun bir hissəsindən, icarəyə verənin razılığı ilə, əmlak üzərində istifadə hüququnun müvəqqəti üçüncü şəxsə verilməsidir. Yəni icarəçi icarəyə verənin razılığı ilə icarəyə götürdüyü əmlakı subicarəyə verə bilər. Belə olduqda, icarəyə verən qarşısında icarə müqaviləsinə görə məsuliyyəti icarəçi daşıyır. Subicarə müqaviləsi icarə müqaviləsinin müddətindən artıq müddətə bağlana bilməz. Subicarə müqaviləsinə, qanunvericilikdə digər qaydalar müəyyən edilməyibsə icarə müqavilələrinə aid olan qaydalar tətbiq edilir.
17. Əgər mübahisəli torpaq sahəsi üzrə subicarə müqaviləsi icarəyə verənin razılığı ilə bağlanmamışdırsa, həmin müqaviləni icarəyə verən mübahisələndirə bilər. Yəni apelyator həmin müqaviləni mübahisələndirə bilməz. Digər tərəfdən mübahisəli torpaq sahəsinə dair a pelyator tərəfindən torpağın onun istifadəsində, mülkiyyətində və ya icarəsində olmasına dair hər hansı bir rəsmi sənəd təqdim edə bilməmişdir. Ona görə də torpaq sahəsinin mülkiyyətçisi olan Diyallı Bələdiyyəsinin yazılı razılığının alınmaması barədə dəlil də əsassızdır.
18. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 6.2, 158.1, 158.1.2, 158.4, 337.1-ci, Torpaq Məcəlləsinin 55, 66, 84, 111-ci, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.1, 6.2, 11.3, 11.9-cu və MPM-nin 77.1, 372, 384-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
19. Cavabdeh (vəkili Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ilkin iddianın rədd edilməsini, qarşılıql ı iddianın təmin edilməsini xahiş etmişdir.
20. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə
22. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
23. Maddə 158.1.2. Əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılır.
24. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən po zulmaqdan müdafiə edilir.
25. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
26. Maddə 706.1. Torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. Torpaq Məcəlləsi
27. Maddə
66. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçiril ir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir.
28. Maddə
84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Zərərin ödənilməsinə dair mübahisələrə müvafiq məhkəmədə baxılır.
29. Maddə
111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. MPM
30. Maddə 14.2. Məhkəmə ya lnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddi ndə baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
35. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu
36. Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, is tifadəyə və icarəyə verilir.
37. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur.
38. Maddə 11.3. Bələdiyyə mülkiyyətində olan bütün torpaqlar qanunvericiliklə müəyyən edilmiş qaydada icarəyə verilə bilər.
39. Maddə 11.9. Bələdiyyə torpaqlarının icarəyə verilməsi şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və bələdiyyələr ilə həmin torpaqların icarəçiləri arasında qanunvericilikl ə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. Kassasiya baxışının hədləri
40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
41. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instan siyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
43. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış, hüquqi qiymət verilərək yekun nəticəyə gəlinmişdir.
44. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, preyudisial əhəmiyyəti olmasa da, məhkəmələrin süb ut olaraq istinad etdikləri qanuni qüvvədə olan məhkəmə aktları ilə müəyyən olunduğu kimi cavabdehin mübahisəli torpaq sahəsinə aidiyyətinin olmaması və torpaq sahəsini zəbt etməsi mübahisəsizdir. Bununla yanaşı o, mübahisəli torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənədə malik deyil.
45. Belə olan halda isə onun icarə müqaviləsini mübahisələndirmək üçün subyektiv hüququ yoxdur. İşin araşdırılmış halları baxımından iddiaçı icarə müqaviləsi əsasında torpaq sahəsi üzərində əldə etdiyi sahiblik və istifadə hüququnu cavabdehin hüquqa uyğun olmayan davranışı nəticəsində istifadə etmək imkanından məhrumdur.
46. Nəzərə alınmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası M ülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
47. Məhkəmə kollegiyasının qənaətinə görə cavabdeh mübahisəli torpaq sahəsinə dair müəyyən olunan sübutları təqdim edə bilmədiyindən, apellyasiya məhkəməsi əsaslı olaraq hesab etmişdir ki, o, hazırki qarşılıqlı iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüquqa malik deyil, torpaq sahəsini özündə saxlaması qanunsuzdur.
48. İşin həqiqi hallarının araşdırılmaması ilə bağlı kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
49. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
50. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 mart 2023-cü il tarixli, 2(107)-251/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.