Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2792/2019 24.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Şadıyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, ACnun katibliyi, Ərizəçi iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 21 noyabr 2018-ci il tarixli qətnaməsindən maraqlı şəxs DSMF-nin Bakı şəhəri Binəqədi rayon şöbəsi və vəkili X1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 24 aprel 2019-cu il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 avqust 2018-ci il tarixli qətnaməsi ilə (hakim A.M.Süleymanova, iş 2 (001)-5583/2018) Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi qismən təmin edilərək, Ərizəçi 1979-cu ildən 1983-cü il tarixədək və 1986-cı il tarixdən 1990-cı il tarixədək Cəbrayıl rayonu, Soltanlı kəndində Səməd Vurğun adına kolxozda fəhlə işləməsi faktının müəyyən edilməsi və həmin müddətin sosial sığorta stajına hesablanması,ərizənin qalan hissədə təmin olunmaması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 21 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər N.Ş.Cəfərov (sədrlik edən və məruzəçi), Ş.A.Məmmədova və V.T.Həsənov, 2(103)-11764/2018 saylı mülki iş) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi nin 2(001)-5583/2018 saylı, 24 avqust 2018ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən sаxlаnılmışdır. İşin halları Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsini maraqlı şəxs qismində cəlb etməklə “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək 1979-cu ildən 1983-cü il tarixədək və 1986-cı il tarixdən 1990-cı il tarixədək Cəbrayıl rayonu, Soltanlı kəndində Səməd Vurğun adına kolxozda fəhlə və 1990-cı ildən 1993-cü il tarixədək Cəbrayıl rayonu, Soltanlı kəndində uşaq bağçasında tərbiyəçi işləməsi hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışd ır. Kassasiya şikayətinin dəlilləri Maraqlı şəxs DSMF-nin Bakı şəhəri Binəqədi rayon şöbəsi apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Ərizəçi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməmiş, vəkilin iştirakı olmadan məhkəmə iclasına gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə i ştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. Maraqlı şəxs DSMF-nin Bakı şəhəri Binəqədi rayon şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhk əməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ərizəçi Cəbrayıl rayonundan məcburi köçkündür, əmək fəaliyyəti barədə sənədi (əmək kitabçasını) üzrlü səbəbdən – Ermənistan Respublikası ilə Azərbaycan Respublikasının arasında münaqişə səbəbindən təqdim edə bilməmiş və bildirmişdir ki, əmək kitabçası işğal zonasında qalmışdır.Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şəxslər ərizəçinin kolxozda fəhlə işləməsi faktını təsdiq ediblər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin məktubundan görünür ki, Ərizəçi iş stajını təsdiq edən sənəd şöbəyə təqdim edilmədiyində n əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. İş materiallarında olan əmək kitabçasının surətindən görünür ki, Ərizəçi 1990-cı ildən 1993cü il tarixədək Cəbrayıl rayonu, Soltanlı kəndində uşaq bağçasında tərbiyəçi müəllim vəzifəsində işləmişdir. İşdə olan əmək kitabçasının surətindən görünür ki, X2 1976-cı ildən 1993-cü il tarixədək Səməd Vurğun adına kolxozda işləmişdir. İş materiallarına əlavə edilmiş əmək kitabçasının surətindən görünür ki, X3 1983-cü ildən 1987 –ci il tarixədək Səməd Vurğun adına kolxozda işləmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. -308-ci maddəsinə əsasən məhkəmə hüquq i əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. -311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir.DSMF-nin Kollegiyasının 2007-ci il 24 sentyabr tarixli, 6 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin olunması üçün sosial sığorta stajının müəyyən e dilməsi və hesablanması Qaydalarının 2.5-ci bəndinə görə əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən ( təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı ) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda, sığortaolunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, ərizəçinin kolxozda fəhlə işləməsi faktının müəyyən edilməsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinin tələbinə uyğun olduğundan birinci instansiya məhkəməsi faktı müəyyən etməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdi yi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Maraqlı şəxs DSMF-nin Bakı şəhəri Binəqədi rayon şöbəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 21 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2792/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2792/2019
24.04.2019 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver