Məhkəmə qərarları › İş №2(102)-2792/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2792/2022

31.05.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2792/2022 31.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə istifadə hüququnun tanınması və mənzilə köçürülmə barədə ilk iddiası, Cavabdeh İddiaçı qarşı istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qarşılıqlı iddiasına dair mülki üzrə QƏRARİ iş № 2(102)-2792/2022 Açar sözlər: yaşayış sahəsinə istifadə hüququnun tanınması və mənzilə köçürülmə, istifadə hüququnun itirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə istifadə h üququnun tanınması və mənzilə köçürülmə tələbinə dair ilk iddia, iddiaçı Cavabdeh İddiaçı qarşı istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 dekabr 2021-ci il tarixli, 2(105)- 3768/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) ilə 2009-cu ilin dekabr ayında faktiki, xx.xx.2014-cü il tarixdə isə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından xx.xx.2014-cü il təvəllüdlü Fatimə və xx.xx.2019-cu il təvəllüdlü Mədinə adlı iki uşaqları doğulmuşdur.

2. İddiaçı 2009-cu ildən ünvan 1 ünvanında yerləşən 8 saylı mənzilə (bundan sonra mübahisəli mənzil) köçmüşdür.

3. Mübahisəli mənzil Sumqayıt şəhər 1 saylı dövlət notariat kontorunun xx.xx.2007-ci il tarixli, 4Ə-2-54 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən iddiaçının qardaşı X2 adına qeydiyyata alınmış, Sumqayıt “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusunun xx.xx.2014-cü il tarixli, 4Ə-5260 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən isə sözügedən mənzil cavabdehə bağışlanmış və ona ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Hazırda mənzilin mülkiyyətçisi Cavabdehdur.

4. Sumqayıt Şəhər Məhkəməsinin 07 iyun 2021-ci il tarixli, 2(060)4326/2021 saylı qətnamə ilə Cavabdeh və İddiaçı arasında xx.xx.2014-cü il tarixdə Sumqayıt nikah evində bağl anmış 186 nömrəli akt qeydli nikah pozulmuşdur. Birgə nikahdan anadan olmuş xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X1 - anası İddiaçı yanında qalması qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun azyaşlı uşaqları ilə birlikdə Sumqayıt şəhəri, məhəllə 41a, 4a saylı evin, 8 saylı mənzilinə istifadə hüququnun tanınmaqla həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, nikahlarının ilk illərində münasibətləri normal olsa da, son vaxtlar cavabdehin təqsiri üzündən ailədəki münasibətlər gərginləşmiş və dözülməz həddə çatmışdır. Bir müddət öncə aralarında mübahisə olduğu üçün o, məcbur olub, uşaqları ilə birlikdə mənzili tərk etmişdir. Bir müddət sonra uşağının paltarlarını götürmək üçün mənzilə qayıtdıqda, mənzilin çöl qapısının açarının dəyişdirildiyinin şahidi olmuş və dərhal cavabdehə mənzilə qayıtmaq istədiyini bildirsə də cavabeh, onu mənzilə buraxmamışdır. Hazırda, uşaqlar onun himayəsindədir və onlar ayrı yaşayırlar. Cavabdeh onu və uşaqları evə buraxmır. Hal-hazırda evsiz qalmışdır, yaşamağa yeri yoxdur və müvəqqəti olaraq valideynlərinin yanında yaşayır.

7. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Sumqayıt şəhəri, məhəllə 41a., 4a saylı evin, 8 saylı mənzilinə olan istifadə hüququnun itirilmiş hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ailə qu rarkən özünə məxsus mənzili olmamış və İddiaçı onun qardaşına məxsus olan ünvan 2 ünvana gəlin köçmüşdür. Onlar ailə qurduqdan xeyli müddət sonra qardaşı Vaqif Nəsibov qeyd olunan mənzili bağışlama müqaviləsi əsasında ona bağışlamışdır. İddiaçı heç bir əsas olmadan, onunla birlikdə bir ailədə yaşamaq istəmədiyini bildirərək, özü öz təşəbbüsü ilə məhkəməyə müraciət edərək, nikahın pozulmasını xahiş etmiş və Sumqayıt Şəhər Məhkəməsinin 07 iyun 2021-ci il tarixli qətnaməsi ilə onların nikahları pozulmuşdur. İddiaçı artıq onun ailə üzvü deyil, onların arasında olan ailə münasibətlərinə xitam verilmiş, məhkəmə qətnaməsindən 4-5 ay öncə isə ümumiyyətlə o, azyaşlı uşaqlarını da götürüb qeyd olunan mənzildən öz istəyi ilə getmiş və hal-hazırda öz valideyinlərinə məxsus mənzildə yaşayır.

9. Sumqayı t Şəhər Məhkəməsinin (hakim Azər İsmayılov) 18 avqust 2021-ci il tarixli, 2(060)-4997/2021 nömrəli qətnaməsi ilə ilk iddia və qarşılıqlı iddia rədd edilmişdir.

10. Birinci instansiya məhkəməsi İlk iddiaya münasibətdə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında olan nikah qeydi Sumqayıt Şəhər Məhkəməsinin 07 iyun 2021-ci il tarixli, 2(060)-4326/2021 saylı qətnaməsi ilə pozulmuş, İddiaçı həmin vaxtdan 4-5 ay öncə mənzildən çıxmış və tərəflər hazırda bir yerdə yaşamırlar. İlk iddia üzrə iddiaçının mübahisəli mənzilə istifadə hüququ olmadığına görə mübahisəli mənzilə köçürülə bilməz.

11. Bundan əlavə İddiaçı uşaqları ilə birlikdə mənzilə köçürülməsi tələbinə münasibət bildirərək göstərmişdir ki, həmin tələbin də hüquqi əsası yoxdur. Belə ki, Azərbaycan Respublikası Mülki M əcəlləsinin 27.2-ci maddəsinə görə on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır. Sumqayıt Şəhər Məhkəməsinin 07 iyun 2021-ci il tarixli qətnaməsi ilə uşaqların İddiaçı yanında saxlanılması qət edilmiş və hazırda da uşaqlar anasının himayəsində yaşayırlar.

12. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbinə münasibətdə hesab etmişdir ki, ilk iddia üzrə İddiaçı mübahisəli mənzilə istifadə hüququ olmadığına görə, onun həmin mənzilə istifadə hüququ da itirilmiş hesab oluna bilməz. b) Apellyasiya instansiyası məhkəməsində icraat

13. İddiaçı apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 2(060)-4997/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi ba rədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tələblərini əsasən onun başqa yaşayış yeri olmaması və başqa yaşayış sahəsi ilə təmin olunması üçün maddi resurslarının olmamasına baxmayaraq, ən azından müvəqqəti olaraq onun mənzildə istifadə hüququnun saxlanması məsələsini həll etməyərək, onun və uşaqlarının hüquqlarını pozmuşdur.

15. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 dekabr 2021-ci il tarixli, 2(105)-3768/2011 nömrəli qətnaməsi ilə (hakim T.O.Quliyev sədrliyi və məruzəsi ilə, hakimlər F.G.Tağızadə və L.M Məmmədovadan ibarət tərkibdə) ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətn aməsi dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, tərəflər 2009-cu ilin dekabr ayında faktiki nikah münasibətinə daxil olarkən mənzilin mülkiyyətçisi ilk iddia üzrə cavabdehin qardaşı X4 olmuş, hazırda isə mənzilin mülkiyyətçisi Cavabdehdur.

17. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2, 30.4-cü maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəllənin 228.1 və 228.1-ci, Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli Qərarına istinad edərək məhkəmə qeyd etmişdir ki, bu hüquq normaları yaşayış binasının tərkib hissəsinə istifadə hüququnun yaranmasını mülkiyyətçi ilə bağlanmış razılaşma ilə şərtləndirir. Başqa sözlə, istifadəçi ilə mülkiyyətçi arasında mənzildən istifadə ilə bağlı r azılaşma olmadığı halda onun mənzildən ümumiyyətlə, istifadə hüququ yarana bilməz.

18. Buna görə də, məhkəmə kollegiyası yuxarıda sadalan maddi hüquq normalarının tələblərinə, işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab etmişdir ki, ilk iddia üzrə İddiaçı mübahisəli mənzilə istifadə hüququ olmadığına görə, onun həmin mənzilə istifadə hüququ da itirilmiş hesab oluna bilməz. Birinci instansiya məhkəməsi haqlı olaraq ilk iddianı təmin etməkdən imtina etdikdə düzgün nəticəyə gəlmişdir.

19. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayətinin dəlillərini təsdiq edən başqa bir sübut təqdim edə bilməmiş və birinci instnsiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi hallarını sübuta yetirə bilməmişdir. Kassasiya şikayətinin və ona etira zın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. İddiaçı (vəkili Vəkil2) kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 dekabr 2021-ci il tarixli, 2(105)-3768/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və ilkin iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

21. Kassasiya şikayəti apellyasiya şikayətinə uyğun əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mənzil Məcəlləsi

22. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçi nin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

23. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.

24. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Y aşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

25. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarında qeyd olunur ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam v erildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

26. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

30. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddi ndə baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

32. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri:

33. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

34. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsini iddiaçı ilkin iddianın təmin edilməsi hissəsində mübahisələndirmişdir. Kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin ilk iddianın təmin edilməməsi hissəsinin yoxlanılması təşkil edir. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

35. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır.

36. Belə ki, ilk növbədə qeyd edilməlidir ki, iddiaçı apellyasiya şikayətində qətnaməni yalnız iddianın təmin edilməmiş hissəsində mübahisələndirsə də və apellyasiya instansiya məhkəməsi qətnaməsində apellyasiya baxışının həddini düzgün müəyyən edərək, həmin hissə üzrə araşdırma aparsa da, qətnamənin nəticə hissəsində birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilməyən hissələrdə də dəyişdirilmədən saxlanılması nəticəsinə gəlmişdir. Bu isə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372.6-cı maddəsinin tələblərinin pozulmasına səbəb olmuşdur.

37. Digər tərəfdən, apellyasiya məhkəməsinin 2009-cu i lin dekabr ayından tərəflərin faktiki nikahda olmalarına və iddiaçının həmin vaxt mübahisəli mənzilə köçərkən mənzilin qaynının mülkiyyətinə olmasına istinad edərək, onunla mülkiyyətçi arasında razılaşma olmadığından iddiaçının mənzilə istifadə hüququnun yaranmadığı barədə gəldiyi nəticə düzgün olmamışdır.

38. Belə ki, Ailə Məcəlləsinin 1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır.

39. İddiaçı ilə cavabdeh arasında nikah xx.xx.2014-cü il tarixdə bağlanmışdır, mübahisəli mənzil də iddiaçının ərinin mülkiyyətinə xx.xx.2014-cü il tarixli bağışlama müqaviləsinə əsasən keçmişdir.

40. Belə olan halda, mənzilin mülkiyyətçisi dəy işdiyi və mənzil iddiaçının ərinin mülkiyyətinə keçdiyi gündən iddiaçının Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddəsinə əsasən ailə üzvü kimi mənzildən istifadə hüququ yaranmış olur.

41. Çünki Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il qərarında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata ke çirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur.

42. Lakin Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tələbinə əsasən bu istifadə hüququ Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tələbinə əsasən tərəflər arasında nikah pozulduğuna və iddiaçı ilə cavabdehin ailə münasibətlərinə xitam verildiyinə görə saxlanılmır. Amma həmin normanın tələbindən də göründüyü kimi, keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün istifadə hüququ məhkəmənin qərarına əsasən müəyyən müddətə saxlanıla bilər.

43. Məhkəmə kollegiyası qeyd edir ki, nə birinci instansiya mə hkəməsi, nə də apellyasiya məhkəməsi iddiaçının tələbinə Mənzil Məcəlləsinin 30.4-cü maddəsi baxımından hüquqi qiymət verməmiş, iddiaçının müəyyən müddətə mənzildən istifadə hüququnun saxlanılması üçün onun başqa yaşayış sahəsinin olub-olmaması, iddiaçının maddi vəziyyətinin və diqqətə layiq digər hallarının (öhdəsində iki azyaşlı uşağının olması) özünü yaşayış sahəsi ilə təmin etməyə imkan verib-verməməsi istiqamətində heç bir araşdırma aparmamışdır. Halbuki apellyasiya şikayətinin əsas dəlillərindən biri bu olmuşdur.

44. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək qeyd edir ki, yuxarıda qeyd edilən maddi və prossesual hüquq normalarının düzgün tətbiq edilməməsi düzgün olmayan qətnamənin qəbuluna səbəb olmuşdur. Buna görə də, apellyasiya instansiyası məhkəm əsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, kassasiya şikayəti qismən təmin edilməlidir, çünki iş üzrə yeni qərar çxarılmasına əsas verən hallar mövcud deyildir.

45. İşə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, şərh edilən halları prosessual qanunvericiliyin tələbinə uyğun olaraq araşdırmalı, işin tam, hərtərəfli və obyektiv həlli baxımından bütün zəruri prosessual hərəkətləri etməli, tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir. 46.. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara ald ı: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 dekabr 2021-ci il tarixli, 2(105)-3768/2021 nömrəli qətnaməsi ləğv edilsin və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar