Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2792/2023 18.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi hakim), Abbasov Aqil Əzizağa oğlu və X1 ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-440/2023 nömrəli mülki iş üzrə 17 fevral 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.
2. Cavabdeh tərəfindən verilmiş 01 noyabr 2019-cu il tarixli, yazılı iltizamın tərcüməsindən görünür ki, Cavabdeh biznes məqsədilə borc olaraq BƏƏ vətəndaşı İddiaçı 18000 ABŞ dolları aldığını və bir il müddətində qeyd edilən borcu qaytaracağını, bundan əlavə əldə etdiyi mənfəətdən 50 faiz də ödəyəcəyini bildirmişdir. 3. 02 iyun 2020-ci il tarixli “X3” pul köçürülməsi barədə qəbzin tərcüməsindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh hesabına 3500 ABŞ dolları məbləğində pul köçürülmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, 21500 ABŞ dolları borc məbləğinin, vəkilə ödənilmiş 1905 manat və dövlət rüsumu üçün ödənilmiş 200 manat olmaqla, cəmi 21500 ABŞ dolları və 2105 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbini onunla əsaslandırmışdır ki, 2019-cu ilin əvvəllərində Bakı şəhərinə gəldiyi zaman cavabdehlə tanış olmuş və qısa vaxt ərzində aralarında yoldaşlıq münasibəti yaranmışdır. Cavabdehlə onun istifadə etdiyi ***-***-**-** nömrəsi ilə həm zənglər həm də Whatsapp proqramı vasitəsi ilə əlaqə saxlamışdır. Cavabdeh ona bildirmişdir ki, biznes fəaliyyəti ilə məşğul olmaq üçün ona pul lazımdır. 13 aprel 2019-cu il tarixdə öz imzası ilə təsdiq etdiyi əlyazma vərəqdə olan qeyd əsasında cavabdehə ilkin olaraq ondan 5000 (beş min) ABŞ dolları, daha sonra isə 7500 ABŞ dolları almışdır. 5 oktyabr 2019-cu ilə qədər cavabdeh cəmi 12500 ABŞ dolları pul ödəmişdir. 22 oktyabr 2019-cu ildə cavabdeh Gürcüstandan mal alınması üçün 5500 dol lar istəmiş və o da 5500 ABŞ dolları ona vermişdir. Nəticə etibarı ilə bu dövrə qədər verdiyi pulların ümumi məbləği 18000 ABŞ dolları etmişdir. Qarşılıqlı razılıq əsasında 01 noyabr 2019-cu il tarixdə cavabdeh bir ildən sonra qaytarması şərti ilə 18000 ABŞ dolları pul verdiyini təsdiq edən əlyazma sənəd yazmışlar və və cavabdeh bunu öz imzası ilə təsdiq etmişdir. Bundan bir müddət sonra cavabdeh yenə pul lazım olduğunu demiş və 02 iyul 2020-ci il tarixdə ona pul köçürmə xidməti vasitəsi ilə 3500 ABŞ dolları pul göndərmişdir. 29 aprel 2019-cu ildə cavabdeh ona 55 ABŞ dolları, 04 oktyabr 2019-cu ildə 400 dollar, 07 oktyabr 2019-cu ildə 200 dollar pul göndərmişdir. 13 iyun 2021-ci il tarixdə cavabdeh ilə əlaqəsi kəsilmiş, onu görə bilməmiş, telefon nömrəsinə zəng etdikdə isə nömrənin təyin e dilmədiyi bildirimişdir. Hazırda cavabdeh iddiaçıya 21500 (iyirmi bir min beş yüz) ABŞ dollarıdır və bu günə qədər ona qaytarmamışdır.
6. Gədəbəy Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) xx.xx.2022-ci il tarixli, 2(042)-403/2022 saylı qətnaməsi ilə (M.Kazımov) iddia təmin edilmiş, cavabdehdən 21500 ABŞ dolları məbləğində borcun, vəkil xərci olaraq 1905 manat və ödənilmiş dövlət rüsumunun əvəzi 200 manat olmaqla, cəmi 21500 ABŞ dollarının ödəniş gününə manata olan məzənnə ilə və 2105 manat pulun alınaraq iddiaçıya qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi qətnaməni onunla əsaslandırmışdır ki, üzərinə sübutetmə yükü düşən iddiaçı cavabdehdən üzərinə götürdüyü öhdəliyə görə 21500 ABŞ dolları pulu cavabdehdən tələb etməkdə haqlı olduğunu sübut etdi. Belə ki, məhkə mə iclasında tədqiq olunmuş və mötəbərliyi şübhə doğurmayan sübutlarla müəyyən edildi ki, cavabdeh müxtəlif vaxtlarda ticarət mağazası açmaq məqsədi ilə iddiaçıdan borc olaraq 21500 ABŞ dolları məbləğində borc almışdır. Cavabdeh qeyd edilən məbləği almasına baxmayaraq, üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Cavabdeh tərəfindən verilmiş 13 aprel 2019-cu il tarixli yazılı iltizama əsasən, 18000 ABŞ dolları məbləğində pulu iddiaçıdan aldığını və həmin pulu qaytarmalı olduğunu etiraf etmiş, həmçinin 02 iyul 2020ci il tarixli qəbzə əsasən, iddiaçı tərəfindən cavabdehin hesabına 3500 ABŞ dolları məbləğində pul köçürülmüşdür. Bundan sonra iddiaçının 13 iyun 2021-ci il tarixdən cavabdehlə əlaqəsi kəsilmişdir. Beləliklə, cavabdeh iddiaçıdan 21500 ABŞ dolları pul borc almış, öhdəliyini icra e tməmiş və həmin məbləği iddiaçıya qaytarmamışdır.
8. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1, 14.2, 14.2.1, 14.2.2, 14.2.3, 14.2.4, 14.2.3, 14.2.5, 14.2.5, 14.2.6, 14.2.7, 14.2.8, 14.2.9, 385.1, 386.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 76.1, 76.2, 82.3-cü madələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin tam ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iclasında iddiaçı tərəfindən onun iddiaçıya borclu olmağı barədə sübutlar təqdim edilməli, həmin sübutlar əsasında qə rar qəbul edilməli idi. Lakin, məhkəmə iclasında iddiaçı tərəfindən sübutlar təqdim edilməməsinə baxmayaraq, iddia tələbi təmin edilmişdir. İddiaçı ilə o borc müqaviləsi bağlamamışdır. Lakin, Gədəbəy Rayon Məhkəməsində heç bir sübuta istinad edilmədən iddia tələbi təmin edilmişdir. Həmçinin məhkəmə iclasında “whatsapp” yazışmaları sübut növü kimi qəbul edilmişdir. Göründüyü kimi məhkəmə heç bir sübuta əsaslanmadan iddia tələbinin təmin edilməsi haqqında yanlış qənaətə gəlmişdir. Yəni, məhkəmə iclasında heç bir sübut, təqdim edilməmiş, ounu iddiaçıya hansı məbləğdə borcunun olması, ümumiyyətlə borcunun olub-olmaması barədə sübutlar təqdim edilməmişdir.
11. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(104)-440/2023 nömrəli, 17 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər: A.H.Hüseynzadə (sədrlik edən və məruzəçi), Ş.Q.Rzaquliyev və İ.T.Həsənov) cavabdehin apellyasiya şikayəti təmin ediləmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiya məhkəməsi qəbul etdiyi qərarı onunla əsaslandırmışdır ki, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çox olsa da, tərəflər Mülki Məcəllənin 740.2-ci maddəsinin tələbinə riayət etmədən müqaviləni yazılı deyil, şifahi qaydada bağlamışlar ki, Mülki Məcəllənin 329.1 və 337.1-ci maddəsinin tələbinə əsasən həmin müqavilə qanunla müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd olduğundan etibarsız olmuşdur. Tərəflər arasında bağlanmış borc müqaviləsi etibarsız əqd hesab olunsa da, cavabdehin iddiaçıdan müxtəlif vaxtlarda 21500 ABŞ dolları borc götürməsi iş materialları ilə təsdiq olunmaqla, cavabdehin Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən etibarsız əqd üzrə aldıqlarını iddiaçıya qaytarmaq öhdəliyi yaranmışdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddianı təmin edən birinci instansiya məhkəməsi mahiyyət etibarı ilə iş üzrə düzgün nəticəyə gəlmişdir.
13. Apellyasiya instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1,337.1, 337.4, 337.5, 739.1, 740.1, 740.2-ci madələrinə, MPM-14.2, 77.1, 88, 217.3, 372.1, 372.6, 372.7, 402-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
14. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilə aralarında heç vaxt borc münasibətləri yaranmamışdır. İddiaçıdan müəyyən vaxtlarda pul alsa da, həmin pulu borc məqsədilə deyil, iddiaçı ilə birlikdə biznes qurmaq üçün almışdır. Bu baxımdan iddiaçı ilə aramızda olan münasibətlərə ümumiyyətlə Mülki Məcəllənin 739, 740-cı maddəsi tətbiq edilə bilməzdi. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Əgər həqiqətən iddiaçı ilə aralarında borc münasibətləri olsaydı və həqiqətən də, iddiaçıdan borc alsaydı, aldığı məbləğ üç min manatdan çox olduğu üçün aralarında yazılı borc müqaviləsi bağlanmalıdı idi. Lakin işə baxan apellyasiya insatnsiyası məhkəməsi bu hala qiymət verəmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şik ayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
17. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.
18. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
19. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
20. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını di gər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
21. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
22. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.
23. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakç ısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
27. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin fa ktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
28. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
29. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya insta nsiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
30. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
32. Məhkəmə tərkibi vurğulayır ki, kassasiya şikayətində göstərilən dəlillərə apellyasiya instansiyası məhkm əsi tərəfindən hüquqi qiymət verilmiş, iddianın etibarsız əqdin nəticələrinin tətbiqi qaydasında MM-in 337.5-ci maddəsi ilə əsaslı olması qənaətinə gəlinmişdir.
33. Beləliklə, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzg ün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
35. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
36. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-440/2023 nömrəli mülki iş üzrə 17 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.