Məhkəmə qərarları › İş №2(102)-2793/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2793/2022

24.05.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2793/2022 24.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Xaçmaz rayon baytarlıq idarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmrin ləğvi, işə bərpa, əmək haqqının ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri, Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Xaçmaz rayon Baytarlıq İdarəsinə qarşı əmrin ləğv edilməsi, işə bərpa edilməsi və ort a aylıq əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-971/2021 nömrəli, 30 mart 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 24 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Xaçmaz rayon Baytarlıq İdarəsinin xx.xx.2018-ci il tarixli, 51 nömrəli əmrinə əsasən xadimə vəzifəsinə qəbul edilmişdir.

2. Xaçmaz rayon Baytarlıq İdarəsinin 30 iyun 2020-ci il tarixli, 16 saylı əmri ilə, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Xaçmaz rayon Baytarlıq İdarəsinin ştatdankənar sanitarı İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 (ç) bəndinə əsasən tut duğu vəzifədən azad edilərək xx.xx.2020-ci il tarixdən əmək müqaviləsinə xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsində icraat

3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayon Baytarlıq İdarəsinin onun barəsində xx.xx.2020-ci il tarixli 16 saylı əmrinin ləğv edilməsi, əvvəlki xadimə işinə bərpa edilməsi və orta aylıq əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh təşkilatda xx.xx.2008-ci ildə gözətçi işinə qəbul edilmiş, xx.xx.2018-ci ildə həmin təşkilatda xadimə işinə keçirilmişdir. Əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəlikləri şərəflə yerinə yetirmişdir. 22 iyun 2020-ci ildə işçiləri 000un ad günü olmuş, karantin dövrü olmasına baxmayar aq rəis FFF və onun saxtakarlığında iştirak edən əlaltıları məclis qurub, yeyib içəndən sonra sərxoş rəis ondan və bacısından qonaqlıqda istifadə etdikləri qabların yuyulmasını tələb etmişdir. Onlar imtina etdiklərinə görə əsəbiləşən FFF orada olan 5-6 nəfərə üzünü tutub demişdir ki, YYYvə LLLbacıları ilə işləmək istəmir, siz də deyin ki, biz də istəmirik. xx.xx.2020-ci il tarixli 16 nömrəli əmri alanda bilmişdir ki, heç bir nöqsanı olmayan onu və bacısı Lenuranı qanunsuz və əsassız olan əmrlə 31 ilin işçisini işdən azad etmişdir. Həmin əmr qanunsuz və əsassız olduğu üçün ləğv edilməli, işinə bərpa edilib məcburi işburaxmaya görə 3 aylıq əmək haqqısı ödənilməlidir. Müdiriyyət Əmək Məcəlləsinin 80-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «b» və «ç» bəndlərində göstərilən əsaslarla onun əmək müqaviləsini müəssisənin X2 qabaqcadan razılığı alınmaqla ləğv edə bilərdi. X1 işdən azad edilməsinə razılıq verən belə bir əsaslı qərarı olmamışdır. Çünki belə bir iclas keçirilməmişdir. X3 təşkilatına əsaslandırılmış yazılı təqdimatı olmamışdır. Əmək Məcəlləsinin 187-ci maddəsinə əsasən cavabdeh təşkilatın rəhbəri intizam tənbehini ona intizamı pozmasını aşkar etdiyi gündən bir ay keçənə qədər verə bilər. İntizam xətasının baş verdiyi müddət əmrdə və protokolda göstərilməmişdir. Müdiriyyət əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla ləğv etsə də, həmin məcəllənin 71.2-ci maddəsinin tələbini pozmuşdur. Onun əmək funksiyasını pozmasının vəzifə borcunu yerinə yetirməməsinin nədən ibarət olmasını iş yerində istehsalın əmək və icra inti zamının əmək kollektivinin hüquqlarını və ya qanunla qorunan mənafeyinə ziyan vurmasını aşkar etmədiyi üçün əmrdə qeyd etməmişdir. Rəis FFFun xx.xx.2020-ci il tarixli 16 nömrəli əmrini və həmkarlar təşkilatının uydurma və yalan protokolunu qanunsuz və əsassız hesab edərək məhkəməyəqədər əmək mübahisəsinə baxmalı olan həmkarlar təşkilatının yerli komitəsinə xx.xx.2020-ci ildə ərizə verərək əmrin ləğv edilməsi, əvvəlki işinə bərpa edilməsi, məcburi iş buraxmaya görə aylıq əmək haqqı verilməsi barədə ərizə vermişdir.

5. Birinci instansiya məhkəməsində iddiaçı izahat verərkən əlavə olaraq bildirmişdir ki, məhkəməyə müraciət etmək üçün iddia müddətini ötürməmişdir. Əgər iddia müddətini ötürübsə də, bu üzrlü səbəblərdən olmuşdur. Belə ki, işə bərpa barədə iddia ərizəsini məhkəməyə gec verməsinə səbəb savadsız olması, latın qrafikasında azərbaycan dilində yazıb-oxumağı bilməməsi, həmçinin Covid-19 virusunun mövcud olması ilə bağlı olmuşdur. İddia ərizəsinə baxılarkən bu halların nəzərə alınmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, 2020-ci ilin iyul ayın sonunda əmək kitabçasının və əmrin surəti ona poçtla göndərilib.

6. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi və vəkili iddia tələbini qəbul etməyərək iddiaçının iddia ərizəsinə iddia müddətini tətbiq edərək iddianın təmin olunmamasını xahiş etmişdir.

7. Birinci instansiya məhkəməsində şahid qismində ifadə verən X4 ifadəsində göstərmişdir ki, iddiaçı ilə bir yerdə işləmələri çətindir. Yersiz söz-söhbətlər olur. İddiaçı və o sanitar işləyirlər və eyni işi yerinə yetirirlər. İddiaçı işini səliqəsiz yerinə ye tirdiyi üçün dəfələrlə mübahisələri olmuşdur.

8. Birinci instansiya məhkəməsində şahid qismində ifadə verən X6 ifadəsində göstərmişdir ki, 2016-cı ildə Kənd Təsərrüfatı Nazirliyinin göstərişi ilə iddiaçının vəzifəsi ixtisara düşdüyündən İddiaçı sonradan başqa işə keçirilib. İddiaçı hər gün işə gəlib ondan tələb etmişdir ki, işə bərpa olunsun. İddiaçı işlədiyi müddətdə işini yarıtmaz yerinə yetirmiş və daim davamiyyətsiz işçi olmuşdur.

9. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-2432/2020 nömrəli iş üzrə 7 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim A.Sadıqov) iddia təmin edilmişdir.

10. Birinci instansiya məhkəməsi iş üzrə mövqeyini onunla əsaslandırmışdır ki, işdən çıxma əmri tərtib olunarkən Əmək Məcəlləsinin 84-cü maddəsinin (həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutu lmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi) tələblərinə tam riayət edilməmişdir. Cavabdeh tərəf məhkəmə iclasında iddiaçı tərəfindən məhz Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan hüquq pozuntusuna yol verildiyi qeyd olunsa da, bu pozuntunun məhz nədən ibarət olmasını məhkəmə iclasında əsaslandıra bilməmişdir. Həmçinin işdən çıxma əmrində də iddiaçı tərəfindən məhz Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç”- bəndində nəzərdə tutulan hansı hüquq pozuntusuna yol verildiyi qeyd olunmamışdır.

11. Bununla yanaşı iş materiallarından müəyyən olunmuşdur ki, cavabdeh təşkilat tərəfindən eyni tarixdə müxtəlif şəxslər barəsində eyni nömrə ilə, yəni “16” saylı nömrə ilə iki əmr verilmişdir. Belə ki, iş materiallarında olan Xaç maz Rayon Məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli 2(067)-2084/2020 nömrəli qətnaməsindən və işdə olan əmrindən görünür ki, Xaçmaz Rayon Baytarlıq İdarəsinin 30 iyun 2020-ci il tarixli 16 saylı əmri ilə İddiaçı adlı başqa bir şəxsin də əmək müqaviləsinə xitam verilmişdir. Hər iki əmrdən müəyyən olunur ki, əmrlər fərdi şəkildə bir şəxs barəsində verilib, buna baxmayaraq hər iki əmr eyni tarixdə və eyni nömrə ilə, yəni “16” saylı nömrə ilə qeydiyyata alınıb.

12. İddiaçı tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan hər hansı bir hüquq pozuntusuna yol verildiyi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Bu səbəbdən də məhkəmə hesab etmişdir ki, Xaçmaz rayon baytarlıq idarəsinin 30 iyun 2020-ci il tarixli 16 saylı əmri ləğv edilməlidir. H əmçinin iddia tələbinin məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi hissəsi də əsaslıdır.

13. Birinci instansiya məhkəməsi iddia müddətinin tətbiqi ilə bağlı cavabdeh tərəfin ərizəsinə münasibətdə qeyd etmişdir ki, iddia müddəti iddiaçının savadsızlığı, həmçinin digər obyektiv hallarla bağlı ötürülərsə bu hal məhkəmə tərəfindən üzrlü sayıla bilər və iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İş materiallarından müəyyən olunur ki, iddiaçı ali təhsilli şəxs deyil, həmçinin o, orta təhsilini kiril əlifbasının tətbiq olunduğu dövrdə aldığından latın qrafikasında azərbaycan dilində yazıb oxumağı bilmir. Bununla yanaşı məhkəmə onu qeyd edir ki, dünyada mövcud olan Covid-19 virusunun yayılması ilə əlaqədar ol araq ayrı-ayrı fiziki şəxslərin bu halda müəyyən hüquqarını həyata keçirmələrində yubanmaların olması da anlaşılan olmalıdır. Belə ki, iddiaçı hazırkı iş üzrə iddia müddətini 3 (üç) ay ötürmüşdür. Məhkəmə qeyd olunanalara əsasən hesab edir ki, iddia müddəti iddiaçının savadsızlığı, həmçinin digər obyektiv hallarla bağlı ötürüdüyündən iddia müddətinin ötürülməsi üzrlü sayılaraq bərpa edilməlidir.

14. Məhkəmə öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68, 70, 72, 84, 300-cü və digər maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat

15. Qətnаmədən nаrаzı qаlаn cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməainin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

16. Apellyasi ya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. İş materiallarından göründüyü kimi iddiaçı onun barəsində olan əmrlə həmin gün tanış olmuş, birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatında bu halı təsdiq etmişdir. İddiaçı əmək kitabçasını həmin gün idarədən almaqdan imtina etdiyi üçün əmək kitabçası iddiaçının ev ünvanına 2020-ci ilin iyul ayının sonlarında poçt vasitəsi ilə rəsmi qaydada göndərilmişdir. İddiaçı işdən çıxarıldığı vaxtdan müxtəlif ünvanlara şikayət ərizələri ilə müraciət etmiş və 03 noyabr 2020-ci il tarixdə - işdən çıxarıldığı gündən 3 aydan artıq müddət keçdikdən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. C avabdeh tərəf birinci instansiya məhkəməsinin iclasında ərizə ilə müraciət edib, iddia ərizəsinə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə qətnaməsində iddiaçının “savadsız” olması daha geniş şəkildə şərh edilərək iddiaçının iddia tələbinə iddia müddətinin tətbiqi barədə ərizəsini təmin etməmişdir. Hazırki işdə birinci instansiya məhkəməsi iddiaçının bacısı olan Lenuranın iddiaçı olduğu işə baxaraq 19 oktyabr 2020-ci il tarixdə iddiasının təmin edilməsi barədə qətnamə çıxartmışdır. Hər iki işdə iddianın predmeti və əsası eynidir. Birinci instansiya məhkəməsi İddiaçı savadsız olması və bu əsasla iddia müddətinin üzrlü səbəbdən buraxılması barədə gəldiyi qənaəti tamamilə əsassızdır. Hesab edir ki, birinci instansiya məhkəməsinin iddiaçını onun şifahi olaraq “latın qrafikalı əlifbası ilə yazıb oxumağı bacarmıram” sözlərindən savadsız olması kimi qələmə verməsi tamamilə əsassızdır. İddiaçı izahatında göstərmişdir ki, orta məktəbi bitirmişdir, yəni o, orta təhsillidir. Savadsız o şəxsi hesab etmək olar ki, onun ümumiyyətlə heç bir təhsili olmasın, hər hansı əlifba ilə yazıb oxumağı bacarmasın. Çox güman ki, iddiaçı gözləmə mövqeyində bacısı Lenuranın iddia ərizəsi üzrə məhkəmə qərarının qəbul edilməsini gözləmiş, nəticə müsbət olduğundan özü də həvəsə gələrək hazırki iddianı işdən çıxarıldığı gündən 4 aydan sonra vermişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 30 mart 2021-ci il tarixli, 2(105)-97 1/2021 saylı qətnaməsi ilə (hakimlər T.Quliyev (sədrlik edən və məruzəçi), G.Tağızadə və L.Məmmədova) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılaraq iddia ərizəsi təmin edilməmişdir.

18. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmamışdır. İddiaçı işə bərpa barədə iddia müddətinin ötürülməsi kimi hallara savadsız olması, latın qrafikasında azərbaycan dilində yazıb-oxumağı bilməməsi, həmçinin Covid-19 virusunun mövcud olması qeyd olunsa da, sadalanan hallar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsində ötürülmüş müddətin bərpa edilməsi üçün nəzərdə tutulmuş halların təsir altına düşmür. Buna görə də məhkəmə kol legiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin iddiaçının tələbinin əsaslı hesab olunması barədə gəldiyi nəticə işin faktiki hallarına uyğun deyildir.

19. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Əmək Məcəlləsinin 12, 70, 71, 80, 84, 296-cı maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin dəlilləri

20. İddiaçı (vəkili Vəkil) qətnamədən kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və işin yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işdən çıxma əmri tərtib olunarkən Əmək Məcəlləsinin 84-cü maddəsinin tələblərinə tam riayət edilməmişdir. İddiaçı tərəfindən hansı h üquq pozuntusuna yol verildiyi müəyyən olunmamışdır. İddiaçının işdən çıxarılmasına dair 16 saylı əmrlə digər işçi işdən çıxarılmışdır. Bir gündə iki işçinin işdən çıxarılmasına dair eyni nömrəli iki əmr verilə bilməzdi. Göründüyü kimi həmin əmrlər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilməmişdir ki, 16 saylı əmr işçilərdən hansına aiddir. Hakim prosesin çəkişmə prinsipini təmin etməmiş, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən tərəflərin verdikləri izahatlarla, sənədlərlə əsaslandırmamış, cavabdehin bir gündə iki ayrıayrı şəxslərə aid eyni 16 saylı əmrlərdən istifadə etdiyinə hüquqi qiymət verməmişdir. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

22. Cavabdehin nümayəndəsi kassasiya şikayətinə yazılı etirazında kassasiya şi kayətinin təmin olunmamasını, apelyasiya instansiyası məhkəməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Prosessual məsələlər

23. Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən, Mülki Prosessual Məcəllənin 10.8-1-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır.

24. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 414.1-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. Tətbiq edilən hüquq

25. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə

10. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək. Maddə

12. İşəgötürənin əsas vəzifələri və məsuliyyəti

1. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: c) əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq. Maddə

70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda. Maddə

296. Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri

1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsind ə nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.

2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

6. Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının x əstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.

26. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

27. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yo xlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

28. Qətnamədən kassasiya şikayəti verən iddiaçı qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. B u baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. Belə ki, iddiaçı birinci instansiya məhkəməsində verdiyi izahatında, əmək kitabçasının və əmrin surətinin ona 2020-ci ilin iyun ayının sonunda poçtla göndərildiyini bildirmişdir. Apellyasiya instansiyası məhkəməsi iddia müddəti ötürüldüyünə görə müddət tətbiq olunması barədə cavabdehin vəsatətini araşdıraraq hesab etmişdir ki, iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür.

31. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanun tələbinə və işin hallarına uyğundur. Belə ki, fərdi əmək mübahisələrinin həllində iddia müddətlərindən bəhs edən Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə görə, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aş kar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

32. Bu normada bəhs olunan “hüququnun pozulmasının aşkar edildiyi gün” dedikdə işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gün başa düşülür.

33. İddiaçı əmək kitabçasının və əmrin surətini 2020-ci ilin iyun ayının sonunda aldığına görə, iddia müddəti 2020-ci ilin iyul ayının sonunda başa çatmışdır. Lakin iddiaçının hazırki iddia ərizəsi məhkəməyə xx.xx.2020-ci il tarixdə daxil olmuşdur. Yəni iddiaçı iddia vermə müddətini ötürmüşdür.

34. Apellyasiya instansiyası məhkəməsi iddia müddətinin üzrlü sayılması barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmamış və qeyd etmişdir ki, iddiaçının savadsız olması, latın qrafikasında azərbaycan dilində yazıb-oxumağı bilməməsi, həmçinin Covid-19 virusunun mövcud olması, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsində ötürülmüş müdətin bərpa edilməsi üçün nəzərdə tutulmuş halların təsir altına düşmür.

35. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin bu qənaəti ilə razılaşır. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı bəndinə görə iddia müddətinin üzrlü səbəbləri – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı ola bilər.

36. İddiaçının müddəti ötürməsinə səbəb kimi bu hallara istinad o lunmamışdır. Covid19 infeksiyası ilə bağlı hal da iddia müddətinin buraxılmasının üzrlü səbəbi ola bilməz. Çünki Covud-19 infeksiyası ilə əlaqədar tətbiq olunmuş karantin məhdudlaşmaları, iddia vermənin qarşısını almırdı. Bütün məhkəmələrdə iddia ərizələri qəbul olunur, vəkil qurumları fəaliyyət göstərirdi.

37. Kassasiya şikayətində qeyd olunan dəlillər işin mahiyyəti ilə əlaqədar olan hallara aiddir. Həmin hallar iddia müddəti buraxılmadığı halda araşdırma predmeti ola bilərdi. Buna görə də həmin dəlillərə qiymət verilmir.

38. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-971/2021 nömrəli, 30 mart 2021-ci il tarixli qətna məsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar