Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2794/2019 22.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-2794/2019 22 aprel 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, Ərizəçi və onun vəkili ***nun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21.11.2018-ci il tarixli, 2(103)12098/2018 nömrəli qətnaməsindən Ərizəçi kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial M üdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Binəqədi rayon şöbəsinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək 1973-1998-ci illərdə Füzuli rayonunda Füzuli sovxozunda işləməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim K.B.Əsədov) 19 iyul 2018-ci il tarixli, 2(001)-6155/18 saylı qətnaməsi ilə ərizə təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İ.S.Şirinov, T.S.Səmədov və E.C.Kazımov) 21.11.2018-ci il tarixli, 2(103)-12098/2018 nömrəli qətnaməsi ilə maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Binəqədi rayon şöbəsinin apelyasiya şikayəti təminedilmiş, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 19 iyul 20 18-ci il tarixli qətnaməsi ləğv edilmiş, ərizə rədd edilmişdir. Ərizəçi və onun vəkili *** iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21.11.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Ərizəçi və onun vəkili *** iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21.11.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv, ərizənin təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, şahid qismində məhkəməyə dəvət etdiyi şahidlər*** və*** kimi göstərdiyi halda, Binəqədi Rayon Məhkəməsinin qətnaməsində və iclas protokolunda səhvən*** və*** kimi qeyd olunmuşdur. Bakı Apellyasiya Məhkəməsində də iş araşdırılarkən eyni səhv təkrarlanmışdır. O, məhkəmə qətnaməsində adı keçən bu adamları tanımır, heç bir anlayışı yoxdur. Odur ki, apellyasiya məhkəməsinin qətnaməsi qanunsuzdur, işin həqiqi hallarını əhatə etmir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən ərizəçinin vəkili *** kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, ərizənin təmin edilməsi barədə qərarın qəbul olunmasını xahiş etmişdir. Ərizəçi vəkilinin dediklərinə uyğun izahat vermişdir. Maraqlı şəxs işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onun nümayəndəsinin iştira kı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 21.11.2018-ci il tarixli qətnaməsi ilə maraqlı şəxsin apellyasiya şikayətini təmin edib, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 iyul 2018-ci il tarixli qətnaməsini ləğv edib ərizəni rədd edərkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, maraqlı şəxsin 11.06.2018-ci il tarixli məktubuna əsasən, ərizəçinin 1973-1998-ci illərdə Füzuli rayonunda Füzuli sovxozunda işləməsini təsdiq edən sənədi (əmək kitabçasını) şöbəyə təqdim edilmədiyindən əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Həqiqətən də ərizəçi tərəfindən məhkəməyə ərizəsinin əsası kimi iki şahid ifadəsi təqdim edilmişdir ki, onların ifadələrinə əsasən məhkəmə ərizəçinin 1973-1998-ci illərdə həmin müəssisədə işləməsi faktını müəyyən etmişdir. İddianın mahiyyəti ilə əlaqədar apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ərizəçi tərəfindən təqdim edilmiş şahidlərin ərizəçinin işlədiyi dövrü təsdiq etdikləri müddətdə özlərinin həmin müəssisədə işləmələrinə dair əmək kitabçaları və ya digər təsdiqləyici sənədləri olmadığından birinci instansiya məhkəməsi, ümumiyyətlə, ərizəni təmin etməkdə haql ı olmamışdır. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq şahid ifadələrinə mülki prosessual qanunvericiliyin tələblərinə uyğun qiymət vermişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnorm alarınıdüzgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiy a şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Belə ki, kassasiya şikayətində şahidlərin adlarının səhv qeyd edilməsi ilə bağlı dəlilə münasibətdə kollegiya qeyd edir ki, məhkəmə iclas protokollarında bu adlar düzgün qeyd edildiyindən bu hal qətnamənin ləğvi üçün əsas olmayıb, ərizəçinin müraciəti əsasında qətnamədə yol verilmiş yanlışlığın düzəldilməsi yolu ilə aradan qaldırıla bilər. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 228.2-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərə xəbər verməklə, öz təşəbbüsü ilə və ya işdə iştirak edən şəxslərin ərizəsi üzrə, qətnamədə buraxılmış yanlışlıqları və açıq hesab səhvlərini düzəldə bilər. Düzəlişlər etmək məsələsi məhkəmə iclasında həll edilir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi düzəlişlər etmək məsələsinə baxmağa mane olmur; 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizəçi kassasiya şikayəti təmin edilməsin. İş üzr ə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21.11.2018-ci il tarixli, 2(103)-12098/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Sənan Hacıyev
Məhkəmə qərarları › İş №2(102)-2794/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2794/2019
22.04.2019 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver