Məhkəmə qərarları › İş №2(102)-2794/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2794/2020

22.06.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2794/2020 22.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İmanov Turqut Muxtar oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun tanınmaqla mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.11.2019-cu il tarixli 2(103)13224/2019 nömrəli qətnaməsindən Cavabdeh və vəkili Vəkil Əliheydər oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “ istifadə hüququnun tanınmaqla mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Cavabdeh ilə 28.09.2005-ci il tarixdə rəsmi olaraq ailə həyatı qurmuş və həmin vaxtdan ünvanainə gəlin köçmüşdür. Cehiz əşyalarını həmin ünvanda yerləşdirmişdir. Birgə nikahlarından iki övladları var: 24.04.2008-ci il təvəllüdlü X5 və 29.07.2013-cü il təvəllüdlü xxx oğlu. Aralarında bağlanmış nikah 23.09.2018-ci il tarixdə pozulmuşdur. O, ünvanainə gəlin gəldiyi vaxtdan etibarən son bir neçə ay bundan öncəyə qədər mübahisəli mənzildə yaşamış, həmin mənzildən istifadə etməyə başlamış və cavabdehin, onun mərhum valideynləri və azyaşlı övladları ilə birgə yaşamış onlar ilə birgə təsərrüfat aparmışdır. Mübahisə predmeti olan mənzil mərhum qayınatası xxx oğlunun adına veri lmiş orderlə istifadəsində olmuşdur. Qayınatası xxx 2017-ci ildə vəfat etmişdir. Ondan sonra isə order heç kimin adına rəsmiləşdirilməmişdir. Daha sonra isə 2018-ci ildə qaynanası İsmayılova Samirə rəhmətə getmişdir. Cavabdehin valideynləri rəhmətə getdikdən sonra cavabdehin onlara münasibəti kəskin olaraq dəyişmişdir. Onunla mübahisələri günü-gündən artaraq dözülməz həddə çatmışdır. Qaynanası və qayınatası olan müddət ərzində normal yaşamışlar. Hal-hazırda isə cavabdeh demək olar ki mənzildən qovmuşdur. Artıq sözü gedən mübahisəli mənzildə yaşamır. Sözügedən mübahisəli mənzil üç otaqdan ibarətdir. Bütün cehiz əşyaları həmin mənzildə yerləşdirilmişdir. Şəxsi bəzi əşyaları orada yerləşir. Onun hal-hazırda yaşamağa yeri yoxdur, övladları orada pasport qeydiyyatındadırlar. O, orada gəlin gəld iyi vaxtdan pasport qeydiyyatındadır. Dəfələrlə cavabdehə evin satılaraq onlara aid hissəsində kompensasiyanın verilməsini tələb etsə də, buna məhəl qoymamışdır. Övladları hal-hazırda orta məktəbdə təhsil alır. Onların ataları tərəfindən bu cür təzyiqlərə məruz qalması, hüquqlarının kobud surətdə pozulması psixikalarına və şüurlarına çox mənfi təsir göstərir. Onun və iki övladının Konstitusiya ilə qorunan mənzil hüquqları bərpa olunmalı və onların sözügedən mübahisəli mənzilə istifadə hüquqları tanınmaqla, həmin mənzilə köçürülməlidirlər. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim İlahə Abbasova) 30 iyul 2019-cu il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı və övladları 24 aprel 2008-ci il təvəllüdlü X1 və 29 iyul 2013-cü il təvəllüdlü xxx oğlunun Bakı şəhəri, Xətai rayonu, Ge n. Şıxlinski küçəsi, ev 25, 30 saylı mənzilinə istifadə hüquqlarının tanınması və onların həmin mənzilə köçürülmələri qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.Nəbiyev - sədrlik edən və məruzəçi, R.Qurbanov, A.Hüseyn) 25.11.2019-ci il tarixli 2(103)-13224/2019 nömrəli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh və vəkili Vəkil Əliheydər oğlu kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 noyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslan dırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, işin halları tam və hərtərəfli araşdırılmamış və nəticədə qanunsuz və ədalətsiz qətnamə qəbul edilmişdir. Mübahisəyə Mülki Məcəllənin 228-ci maddəsi tətbiq edilməməklə maddi hüquq norması pozulmuş, şahidlərin ifadələri düzgün qiymətləndirilməmişdir. PROSESSUAL MƏSƏLƏLƏR Tərəflər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər, lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı madd əsinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki: Xətai rayonu Mənzil Kommunal Təsərrüfat Birliyinin 18.04.2019-cu il tarixli, 332 nömrəli və 29.07.2019-cu il tarixli, 633 nömrəli arayışlardan görünür ki, İddiaçı həqiqətən Gen. Şıxlinski küçəsi 25 saylı evin 30-cu mənzilində qeydiyyatdadır. Azərbaycan Respublikası DİN-nin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, 19.06.2019-cu il tarixli arayışının surətindən müəyyən olunur ki, İddiaçı 29 noyabr 2008-ci il tarixdən ünvan 1 ünvanda qeydiyyatda olan digər şəxslər isə: Cavabdeh, xx.xx.1982; X5, 24.12.2008; xxx oğludur, 29.07.2013. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-6752/2018 nömrəli, 03 sentyabr 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh ilə xxx qızı arasında 28 sentyabr 2005-ci il tarixdə Bakı şəhər Xətai rayonu VVADQ şöbəsində 1222 nömrəli akt qeydi ilə rəsmiləşdirilmi ş nikah pozulmuş və 24.12.2008-ci il təvəllüdlü X5 və 29.07.2013-cü il təvəllüdlü xxx oğlunun anaları X2 yanında qalmaları qət edilmişdir. 12.03.1988-ci il tarixli, 078475 nömrəli orderin surətindən müəyyən olunur ki, Bakı şəhəri, Gen. Şıxlinski küçəsi, ev 25, mənzil 30 ünvanında yerləşən mənzillə bağlı order xxx oğluna verilmiş, həmin mənzilə hüququ olan şəxslər: xxx, xxx, X3, Cavabdeh. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X3 göstərmişdir ki, cavabdehin qardaşıdır. İddiaçı İlahə gəlinləri olub. İddiaçı qardaşı ilə nikaha daxil olandan sonra 2 il müddətində mübahisəli mənzildə yaşayıb. Mənzilin orderi rəhmətlik atasının adına olub, lakin mənzil özəlləşdirilməyib. Birinci uşağı doğulandan sonra onlar qeyd edilən mənzildən köçüb kirayədə yaşayıblar. Bir il bundan əvvəl qardaşı ilə iddiaçının arasındakı nikahın pozulduğunu qeyd etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş xxx göstərmişdir ki, cavabdehin qonşusudur, Qeyd edilən ünvandakı mənzilin 7-ci mərtəbədə yaşayır. Şahid İddiaçı həmin mənzilə gəlin gəldiyini, lakin daha sonra kirayəyə köçüb yaşadığı faktını təsdiq etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X6 göstərmişdir ki, cavabdehin qonşusu həm də dostudur. Şahid İddiaçı və Cavabdeh əvvəllər qeyd edilən mənzildə, daha sonra isə kirayəyə köçüb yaşadıqları faktını təsdiq etmişdir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mübahisəli mənzillə bağlı order cavabdehin atası xxx oğluna verilsə də, həmin mənzil hələ özəlləşdirilmədiyindən, İddiaçı 29 noyabr 2008-ci il tarixdə həmin mənzilə qeydi yyata salındığından mübahisənin həlli əvvəlki Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normaları ilə tənzimlənməli və həmin Məcəllənin 53cü maddəsinə əsasən iddiaçının mübahisə predmeti olan mənzilə istifadə hüququ tanınmaqla, həmin mənzilə köçürülməlidir. Apelyasiya instansiyası məhkəməsi toplanmış sübutlara məcmu halda qiymət verərək hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. Kassasiya kollegiyası, apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, A zərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Halbuki Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.3-cü maddəsinə əsasən, əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Azərbaycan Respublikasının 01 oktyabr 2009-cu ilə qədər qüvvədə olan Mənzil Məcəlləsinin 54-cü maddəsinə əsasən, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Yetkinlik yaşına çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, həmin maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Həmin Məcəlləsinin 53-cü maddəsinin 3-cü hissəsinə əsasən kirayəçinin ailə üzvləri kirayəçinin arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Kirayəçi ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də kirayəçinin ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar kirayəçinin ailə üzvləri sırasından çıxı b onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, kirayəçinin və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 54-cü maddəsinin 1-ci hissəsinə əsasən kirayəçi özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Məhkəmə kollegiyası qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlilini işin faktiki halları üzrə tətbiq edərək qeyd edir ki, iddiaçı mənzilin mərhum icarədarının ailə üzvü kimi hər hansı qeyd-şərt göstərilmədən mübahisəli yaşayış sahəsinə köçdüyündən və həmin yaşayış sahəsindən orada yaşayan cavabdehlə bərabər surətdə istifadə etdiyindən mənzilə istifadə hüququ yaranmışdır və hazırda da cavabde h tərəfindən yaradılan maneə nəticəsində iradəsinə zidd olaraq istifadə edə bilmədiyindən həmin mənzilə köçürülməsini tələb etmək hüququ vardır. Məhkəmə kollegiyası şahid ifadələrinin düzgün qiymətləndirilməməsi barədə kassasiya şikayətinin dəlillərini əsassız hesab edir və qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış, məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Həmçinin mübahisə predmeti olan mənzil özəlləşdirilmədiyindən və dövlət mənzil fonduna aid olduğundan mübahisəyə Mülki Məcəllənin 228-ci maddəsinin tətbiqi mümkün deyildir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə bax arkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7 və 420-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edərək iddianın qismən edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mahiyyəti üzrə düzgün olduğu üçün dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə dəlilləri əsassız olduğu üçün təmin o lunmamalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.11.2019-cu il tarixli 2(103)13224/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar