Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2794/2025 21.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində Fövqəladə Hallar Nazirliyi və "xxxx" Mənzil Tikinti Kooperativi göstərilməklə) cavabdeh “X4 Evi-Uşaq Bağçası” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: aidiyyət mübahisəsi, kommersiya Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyanın hakimi Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), İnzibati kollegiyanın hakimi X2 və Kommersiya kollegiyasının hakimi X1 ibarət qarışıq tərkibdə, İddiaçı QSC müstəqil tələb irəli sürmə yən üçüncü şəxslər qismində Fövqəladə Hallar Nazirliyi və "xxxx" MTK göstərilməklə cavabdeh “X4 Evi-Uşaq Bağçası” MMC-yə qarşı sənədlərin ləğvi və qaz qızdırıcılarının otaqdan çıxarılması tələbinə dair iş üzrə Bakı şəhəri Nərimanov Məhkəməsinin 2(005)-1862/2025 nömrəli, 2025-ci il 24 iyun tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə 21 avqust 2025-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları
1. İddiaçı QSC müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində Fövqəladə Hallar Nazirliyi və "xxxx" MTK göstərilməklə cavabdeh “X4 Evi-Uşaq Bağçası” MMC-yə qarşı sənədlərin ləğvi və qaz qızdırıcılarının otaqdan çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin qaz təchizatına dair düzgün olmayan layihə-smeta sənədlərinin ləğv edilməsi və onlara məxsus qaz qızdırıcılarının onun havalandırma sisteminin və kondisionerinin yerləşdiyi texniki otaqdan çıxarılıb təhlükəsiz yerə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, məhkəmədən “X4 Evi-Uşaq Bağçası” MMC-nin qaz təchizatına dair düzgün olmayan layihə-smeta sənədlərinin ləğv edilməsi və onlara məxsus qaz qızdırıcılarının onun havalandırma sisteminin və kondisionerinin yerləşdiyi texniki otaqdan çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı QSC məhkəməyə vəsatət verərək bildirmişdir ki, tərəflər kommersiya hüquqi şəxs olmaqla sahibkarlıq fəaliyyəti i lə məşğuldur. Tərəflər arasında yaranmış mübahisə məhz hər iki tərəfin sahibkarlıq fəaliyyətini həyata keçirilməsi zamanı və bununla bağlı olaraq yaranmışdır. Hər iki hüquqi şəxsin sahibkarlıq fəaliyyətini icra etdiyi obyektlərin isidilməsi, soyudulması və havalandırılması eyni bir texniki otaqda yerləşən qurğu və avadanlıqlar vasitəsi ilə icra edilir. O, məhkəməyə müraciət edərkən səhvən məhkəmə aidiyyəti qaydalarını pozaraq iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Sonradan ona aydın olmuşdur ki, tərəflər arasındakı mübahisə məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yarandığından işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində deyil, mülki məhkəmə icraatı qaydasında Bakı Kommersiya Məhkəməsində baxılmalıdır.
4. Nərimanov Rayon Məhkəməs inin 2(005)-1862/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə (hakim Ramin Quliyev) vəsatət təmin edilməmişdir.
5. İddiaçı QSC Nərimanov Rayon Məhkəməsinin 2(005)-1862/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından şikayət verərək, həmin qərardadın ləğv olunmasını və işin aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir.
6. Nərimanov Rayon Məhkəməsinin 2(005)-1862/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi və işlə birlikdə baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
7. Məhkəmə iş üzrə materiallarına istinadən qeyd etmişdir ki, İddiaçı QSC və cavabdeh “X4 Evi-Uşaq Bağçası” MMC vergi uçotuna qeydiyyatına alınmaqla, sahibkarlıq fəaliyyətini həya ta keçirən hüquqi şəxslərdir. Hər iki tərəf sahibkarlıq subyekti olsa belə, işlərin kommersiya məhkəmələrinə aidiyyəti üçün müəyyən olunmuş tələblər iş üzrə mövcud olan hallarla üst-üstə düşmür.
8. Qanunvericiliyin tələblərinə əsasən, kommersiya məhkəmələrində işlərin icraata qəbul olunması üçün subyektlər sahibkarlıq fəaliyyətini həyata keçirməli, hüquq münasibətlərinin xarakteri və tələb də bu cür fəaliyyətdən irəli gəlməlidir.
9. İddiaçı vəsatətində iş üzrə hüquq münasibətlərinin kommersiya xarakterini məhz hər iki tərəfin sahibkarlıq fəaliyyətini icra etdiyi obyektlərin isidilməsi, soyudulması və havalandırılmasının eyni bir texniki otaqda yerləşən qurğu və avadanlıqlar vasitəsiylə icra edilməsi ilə əsaslandırıb, işin ümumi məhkəmə aidiyyətində olmadığını rəhbər tutsa da, nəzərə almamı şdır ki, onlar arasında olan hüquq münasibətləri və mübahisə predmeti həyata keçirdikləri məqsədyönlü fəaliyyətin mahiyyətindən deyil, gündəlik tələbatlarının ödəmək məqsədi ilə qazdan istifadənin texniki təhlükəsizlik qaydalarının pozulmasından və məhz həmin hüquq pozuntusunun aradan qaldırılması tələbindən irəli gəlir. Aydın məsələdir ki, tərəflərin heç birinin sahibkarlıq fəaliyyəti istehsalatda qaz qurğuları ilə əlaqədar xidmətlərdən irəli gəlmir, binada quraşdırılan qaz qurğularından istifadə isə “Azəri Qaz” İB tərəfindən göstərilən xidmətlər çərçivəsində məişət xidmətlərindən yararlanmalarını özündə ehtiva edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
10. Maddə 3.1. Məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxu d məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır.
11. Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.
12. Maddə
25. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar.
13. Maddə 26.2. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nə zərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar.
14. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 nömrəli Qərarının:
15. Bənd
11. Mülki Prosessual Məcəllənin 1-ci maddəsinin “Qeyd” hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən, onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır.
16. Bənd
12. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyəti ndən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.
17. Bənd
13. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrıayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq sub yektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir.
18. Bənd
14. Əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı o lmayaraq mübahisə həmin şəxsin sahibkarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
19. Qarışıq məhkəmə tərkibi kassasiya şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiyası məhkəməsinin qərardadı ləğv edilərək, iş aidiyyətlə bağlı məsələnin yenidən müzakirəsi üçün həmin məhkəməyə göndərilməlidir.
20. Belə ki, Mülki Prosessual Məcəllənin 24.2, 25.2 və 26.1-ci maddələrinin əlaqəli təhlilindən aydın olur ki, mübahisəyə kommersiya məhkəməsində baxılması üçün: 1) işdə iştirak edən şəxslərin subyektiv tərkibi; 2) mübahisənin predmeti; 3) hüquq münasibətlərinin xarakteri buna imkan verməlidir.
21. Hazırkı işin mübahisəsiz hallarına görə, h əm iddiaçı, həm də cavabdeh kommersiya hüquqi şəxsləridir.
22. Həmçinin, hazırkı mübahisə sahibkarlıq fəaliyyəti üçün nəzərdə tutulan qeyriyaşayış sahəsinə dair iddiaçının əşya (mülkiyyət) hüququnun (baxılan icraat daxilində işin faktiki hallarına qiymət verilməsi mümkünsüzdür) müdafiəsi ilə bağlıdır. 23. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2020-ci il 18 sentyabr tarixli 10 saylı Qərarının 11-13-cü bəndlərində formalaşdırılmış hüquqi mövqeyə görə, tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.
24. Nəzərə alınmalıdır ki, iddiaçının əşya (mülkiyyət, sahiblik) hüquqlarının pozulub-pozulmaması hazırkı icraatın predmetini təşkil etmir.
25. Nəzərə alınmalıdır ki, bu qərarın 18-ci bəndində istinad olunan qərarın 14-cü bəndində əşya hüquqi münasibətlərdə n irəli gələn mübahisələrdə hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması birmənalı olaraq təsbit olunmuşdur. Bu baxımdan birinci instansiya məhkəməsinin işə ümumi məhkəmədə baxılmalı olmasına dair gəldiyi nəticəsi əsassızdır.
26. Yuxarıda göstərilənləri nəzərə alaraq qarışıq məhkəmə tərkibi belə qənaətə gəlir ki, şikayət qismən təmin olunaraq birinci instansiyası məhkəməsinin qərardadı ləğv olunmalı, iş aidiyyət məsələsinin yenidən müzakirəsi üçün həmin məhkəməyə göndərilməlidir.
27. Qarışıq məhkəmə tərkibi şərh edilənləri və MPM-in 403-1.6, 403-1.7, 403-1.8 və 403-1.8.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 iyun 2025-ci il tarixli, 2(005)1862/2025 nömrəli qərardadı ləğv olunsun, iş aidiyyət məsələsinin yenidən müzakirəsi üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.