Məhkəmə qərarları › İş №2(102)-2795/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2795/2020

04.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2795/2020 04.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, X10 və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi ilə, İddiaçı Cavabdeh firmasına, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər “xxxx” ASC-yə və B qarşı Cavabdeh firmasının kredit borcuna görə “xxxx” ASC-yə ödədiyi 1,171,378 manat, iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin sökülməsi nəticəsində dəymiş ziyanın əvəzi olaraq 2,500,000 manat, 3 faizlik bank uçot faiz dərəcəsinə uyğun olaraq 687,712. 12 manat, ekspertiza xərci 2,000 manat və dəymiş mənəvi ziyanın əvəzi olaraq 100,000 manat tələbinə dair, mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs S Cavabdeh firmasına və üçüncü şəxs İddiaçı qarşı 2,500,000 manat tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən Cavabdeh firması və mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs S tərəfindən verilmiş kasasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim İ.Şirinov) xx xxxx 2013-cü il tarixli qətnaməsi ilə İddiaçı iddiası qismən təmin edilərək, İddiaçı Cavabdeh firmasının kredit borcuna görə “xxxx” ASC-yə ödədiyi 1.141.378 (bir milyon yüz qırx bir min üç yüz yetmiş səkkiz) m anat, ünvan 1 ünvanında yerləşən sahəsi 1387,2 kv.m olan qeyri-yaşayış sahəsinin sökülməsi nəticəsində dəymiş ziyanın əvəzi olaraq 2.500.000 (iki milyon beş yüz min) manat, ekspertiza xərcinə görə 2000 (iki min) manat və dövlət rüsumuna görə ödənilmiş 20 (iyirmi) manat, cəmi 3.643.398 (üç milyon altı yüz qırx üç min üç yüz doxsan səkkiz) manat pulun Cavabdeh firmasından alınaraq İddiaçı ödənilməsi, İddiaçı iddia tələblərinin qalan hissədə təmin edilməməsi, müstəqil tələb irəli sürən üçüncü şəxs S Cavabdeh firmasına qarşı “2.500.000 manat” tələbinə dair iddiasının təmin edilməməsi, məhkəmə xərclərinin müvafiq olaraq Cavabdeh firmasına və müstəqil tələb irəli sürən üçüncü şəxsə aid edilməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər X.Sarıyev - sədrlik edən və məruzəçi, M.Məmmədov, E.Nağıyeva) xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh fırması və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X12 tərəfindən verilmiş apelyasiya şikayətləri qismən təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2013-cü il tarixli qətnaməsi “ünvan 1 ünvanında yerləşən sahəsi 1387,2 kv.m olan qeyri-yaşayış sahəsinin sökülməsi nəticəsində dəymiş ziyanın əvəzi olaraq 2.500.000 (iki milyon beş min) manatın Cavabdeh firmasından alınaraq, İddiaçı ödənilməsi” hissəsində ləğv edilmiş, iddia tələbi qeyd olunan hissədə qismən təmin edilmiş, ünvan 2 ünvanında yerləşən sahəsi 1387,2 kv.m olan qeyri-yaşayış sahəsinin sökülməsi nəticəsində dəymiş ziyanın əvəzi olaraq 2.219.520 (iki milyon iki yüz on doqquz min beş yüz iyirmi) manat Cavabdeh firmasından alınaraq İddiaçı ödənilməsi barədə yeni qətnamə qəbul edilməsi, qətnamənin 3.643.398 manat cəmi məbləğin Cavabdeh firmasından alınaraq, İddiaçı ödənilməsi hissəsində dəyişdirilərək cəmi məbləğin 3.362.918 (üç milyon üç yüz altmış iki min doqquz yüz on səkkiz) manat müəyyən olunması, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması, mütəxəssisə ödənilməli olan 200 manat vəsaitin Cavabdeh firmasına aid edilməsi qət edilmişdir. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh firması kasasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tə ləblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs S kasasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mü lki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı Cavabdeh” firmasına qarşı məhkəməyə müraciət edərək Cavabdeh firmasının kredit borcuna görə “xxxx” ASC-yə ödədiyi 1,171,378 manat pulun, mülkiyyətində olan qeyri-yaşayış sahəsinin sökülməsi nəticəsində dəymiş ziyanın əvəzi olaraq 2,500,000 manat pulun, 3 faizlik bank uçot faiz dərəcəsinə uyğun olaraq 687,712.12 manat pulun, ekspertiza xərci 2,000 manat pulun və dəymiş mənəvi ziyanın əvəzi olaraq 100,000 manat pulun Cavabdeh” firmasından tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs S Cavabdeh firmasına və üçüncü şəxs İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2,500,000 manat məbləğində pulun Cavabdeh” firmasından tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin mübahisə edilməyən halları ondan ibarətdir ki, İddiaçı xx.xx.2001-ci il tarixdən xx.xx.2008-ci il tarixə qədər Cavabdeh firmasının direktoru olmuşdur. xx.xx.2008-ci il tarixdən xx.xx.2011-ci il tarixə qədər Cavabdeh firmasının direktoru S olmuşdur. xx.xx.2011-ci il tarixdən hal-hazırkı dövrə qədər X4 (S anası) Cavabdeh firmasının direktorudur. Həmçinin o da mübahisə edilmir ki, ünvan 1 ünvanında yerləşən sahəsi 1387,2 kv.m olan qeyri-yaşayış sahəsi barədə mülkiyyət hüququ haqqında 2005-ci il tarixli şəhadətnamədə mülkiyyətçi kimi İddiaçı göstərilmişdir. Eyni zamanda işin mübahisə edilməyən hal ları ilə müəyyən edilir ki, B Başçısının xx.xx.2004-cü il tarixli “İcarə əsasında yaşayış evinin layihələndirilməsinə icazə verilməsi haqqında” sərəncamı ilə, X küçələrinin əhatə etdiyi X məhəllədə yerləşən şəxsi yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi şərti ilə, ümumi sahəsi 0,69 ha ərazi icarə əsasında yaşayış evinin layihələşdirilməsi və tikintisi üçün Cavabdeh MTK-nın istifadəsinə verilmiş, həmin sərəncamın 1.2-ci bəndinə əsasən ərazidə yerləşən tikililərin sökülməsi, mövcud qanunvericilik əsasında vəsaitlərin ödənilməsi və sakinlərin köçürülməsi Cavabdeh firmasına tapşırılmışdır. Bundan başqa işin mübahisə edilməyən hallarından görünür ki, B Başçısının xx.xx.2004-cü il tarixli, 115 saylı sərəncamına əsasən həmin ərazidə yerləşən digər tikililərlə yanaşı ünvan 1 ünvanında ye rləşən sahəsi 1387,2 kv.m olan qeyri-yaşayış sahəsi Cavabdeh firması tərəfindən sökülmüş və yerində hündürmərtəbəli bina inşa edilmişdir. Eyni zamanda o da mübahisə edilmir ki,Cavabdeh firmasının kredit borcuna görə İddiaçı tərəfindən xx.xx.2007-ci il tarixdən xx.xx.2010-cu il tarixə kimi “xxxx” ASC-yə 1.171.378 manat ödəniş edilmişdir. Expert LTD” müəssisəsinin xx.xx.2013-cü il tarixli rəyi ilə ünvan 1 ünvanında yerləşən sahəsi 1387,2 kv.m olan qeyri-yaşayış sahəsinin orta bazar qiyməti 2005/2006-cı il və 2013-cü il tarixinə 2.500 000 (iki milyon beş yüz min) manat müəyyən olunmuşdur. İddiaçı bildirir ki, Cavabdeh” firması ilə üçüncü şəxs “xxxx” Bank ASC arasında bağlanmış xx xxxxxx 2005-ci il tarixli kredit müqaviləsinə və həmin müqaviləyə edilmiş xx.xx.2007-ci il tarixli, xx.xx.2007-ci il tarixli əlavələrə əsasən bank cavabdehə 770.000 (yeddi yüz yetmiş min) manat məbləğində kredit vermiş, kreditin təminatı olaraq xx.xx.2005-ci il tarixli və xx.xx.2007-ci il tarixli ipoteka müqavilələri bağlanmış, ipoteka müqavilələrinə əsasən digər əmlaklarla yanaşı, onun yaxın tanışı X2 məxsus mənzilləri onun T ilə şəxsi münasibətlərinə əsasən onun xahişi ilə T tərəfindən ipotekaya qoyulmuş, şəxsi münasibətlərin təsdiqi kimi xx.xx.2011-ci il tarixdə xx saylı dövlət notariat kontorunda X8 bütün əmlak hüquqları ilə bağlı ona etibarnamə vermişdir. Cavabdeh firması tərəfindən götürülmüş kreditlər vaxtlı-vaxtnda qaytarılmadığı üçün xx.xx.2007-ci il tarixdə 30.000 (otuz min) manat, xx.xx.2008-ci il tarixdə 68.500 (altmış səkkiz min beş yüz) manat, xx.xx.2008-ci il tarixdə 22.059 (iyirmi iki min əlli doqquz) manat, xx.xx.2009-cu il tarixdə 765000.00 ( yeddi yüz altmış beş min) manat, xx.xx.2010-cu il tarixdə 255230 (iki yüz əlli beş min iki yüz otuz ) manat, xx.xx.2010-cu il tarixdə isə 30589.00 (otuz min beş yüz səksən doqquz) manat, cəmi 1.171.378 (bir milyon yüz yetmiş bir min üç yüz yetmiş səkkiz) manat məbləğində kredit ödənişini banka şəxsən öz vəsaiti hesabına ödəmiş, o, həmin məbləğləri cəmiyyətin müflis olma həddinə çatdığı və əmlakların itirilməsi təhlükəsi yarandığı vaxtda ödəmişdir, çünki Cavabdeh firması kredit borcunu qaytara bilmədiyi üçün tutmanın T mənzillərinə yönəldilməsi təhlükəsi yaranmış, o da həmin məbləği ödəməklə mənzilləri təhlükədən qurtarmışdır. Bundan başqa B xx.xx.2004-cü il tarixli “İcarə əsasında yaşayış evinin layihələndirilməsinə icazə verilmə si haqqında sərəncamına əsasən Cavabdeh firmasının xx.xx.2004-cü il tarixli müraciəti nəzərə alınaraq, X küçələrinin əhatə etdiyi X məhəllədə yerləşən şəxsi yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi şərti ilə, ümumi sahəsi 0,69 ha ərazi icarə əsasında yaşayış evinin layihələndirilməsi üçün Cavabdeh MTK-ya ayrılmış, həmin sərəncamın 1.2-ci bəndinə əsasən ərazidə yerləşən tikililərin sökülməsi, mövcud qanunvericilik əsasında vəsaitlərin ödənilməsi və sakinlərin köçürülməsi Cavabdeh firmasına tapşırılmışdır. Cavabdeh firmasının X küçəsində apardığı bina tikintisi zamanı ona məxsus qeyri-yaşayış sahəsi sökülərək məhv edilmiş, bununla bağlı ona Cavabdeh firması tərəfindən heç bir kompensasiya ödənilməmişdir. Cavabdeh firması onun xüsusi mülkiyyətində olan daşınmaz əmlakı özbaşına sökməkl ə ona külli miqdarda zərər vurmuşdur. Məhv edilmiş həmin əmlakın bazar dəyəri 2,500,000 manat təşkil edir. Cavabdeh firması tərəfindən onun xərclədiyi pullar və mülkiyyətindən məhrum edilməsi ilə əlaqədar ona ödənilməli kompensasiya illərdir ki, cavabdeh “Cavabdeh“ firması tərəfindən ona ödənilməmişdir. Bu halda həmin vəsaitə Avropa Bankının 3 %-lik bank uçot faiz dərəcəsi tətbiq edilməklə, həmin məbləğ 30 000 manat- xx xxxxxx 2007-ci il- 3%-lik bank uçot faizi- 5025 manat, 68 500 manat- xx xxx 2008-ci il- 3%-lik bank uçot faizi- 10617,5 manat, 22059 manat- xx xxxx 2008-ci il- 3%-lik bankuçot faizi- 3364 manat, 765000 manat- xx xxxxxx 2009-cu il-3%-lik bank uçot faizi-82237,5 manat, 255230 manat-xx xxxxx 2010-cu il- 3%-lik bank uçot faizi-24885 manat, 30589 manat-xx xxxxxx 2010-cu il3%-l ik bank uçot faizi- 2447,12 manat, 2.500.000 manat- 2006-cı il- 3%-lik bank uçot faizi562500 manat, cəmi 687712,12 manat müəyyən edilməlidir. O, artıq uzun müddətdir ki, azadlıqdan məhrum edilərək, Bakı İstintaq Təcridxanasında saxlanılır. Törənən qanunsuzluq azadlıqda olan şəxsə nə qədər böyük mənəvi əzab verirsə, özünün günahsız olduğunu düşündüyü halda həbsdə yatan onun kimi şəxsə qarşı törədilən eyni hərəkət daha ağır mənəvi iztiraba gətirib çıxarır. Cavabdeh firmasının etdiyi əməllər nəticəsində ona mənəvi ziyan dəymiş və o, mənəvi ziyan 100000 (yüz min) manat məbləğində qiymətləndirir. Göstərilənlərə əsasən iddiaçı cavabdeh “Cavabdeh“ firmasının kredit borcu hesabına üçüncü şəxs “xxxxBank“ ASC-yə ödənilmiş cəmi 1.171.378 (bir milyon yüz yetmiş bir min üç yüz yetmiş səkkiz) manatın, m ülkiyyətində olan qeyri-yaşayış sahəsinin sökülməsi nəticəsində dəymiş ziyanın əvəzi olaraq 2,500,000 (iki milyon beş yüz min) manatın, Avropa Bankının 3%-lik bank uçot faiz dərəcəsinə uyğun olaraq əlavə 687712,12 (altı yüz səksən yeddi min yeddi yüz on iki manat on iki qəpik) manatın, “EkspertLTD“-yə ödənilmiş 2000 (iki min) manatın, dəymiş mənəvi ziyanın əvəzi olaraq, 100,000 (yüz min) manatın cavabdeh “Cavabdeh“ firmasından tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdehin nümayəndəsi bildirir ki, İddiaçı 2003-2008-ci illərdə Cavabdeh firmasının direktoru olmuş, İddiaçı Cavabdeh firmasının adından ödədiyi pul vəsaitləri isə İddiaçı direktor olduğu dövrdə Cavabdeh firmasının təsisçisi, İddiaçı direktor vəzifəsindən azad edildikdən sonra isə 2008-2011 -ci illərdə Cavabdeh firmasının direktoru olmuş S məxsus olmuş, İddiaçı sadəcə S (Cavabdeh firmasına) məxsus pul vəsaitlərini Cavabdeh firmasının adından “xxxx" ASC-yə ödəmiş, ümumiyyətlə Cavabdeh firmasına aidiyyəti olan və olmayan çoxsaylı şəxslər Cavabdeh firmasının adından firmaya məxsus pul vəsaitlərini banklara, eləcə də digər aidiyyəti orqanlara ödəmişlər ki, bu da həmin şəxslərə Cavabdeh firmasına qarşı iddia qaldırıb, həmin pulların tələb edilməsi hüququnu vermir. qeyri-yaşayış sahəsi (mebel sexi) X9 və X6 məxsus olmuş və həmin ərazidə yeni tikililərin inşa edilməsi üçün Cavabdeh” firmasının (S) vəsaiti hesabına alınmış, həmin dövrdə İddiaçı Cavabdeh firmasının direktoru olduğundan, alğı-satqıda o, iştirak etmiş və qeyri-yaşayış sahələri onun adına rəsmiləşdirilmişdir. İddiaçı 200 3-2008-ci illər ərzində Cavabdeh firmasının direktoru işlədiyindən onun Cavabdeh firmasına rəhbərlik etdiyi dövrdə Cavabdeh firması tərəfindən yol verilmiş pozuntuya görə bilavasitə İddiaçı özü məsuliyyət daşıyır. Göstərilənlərə əsasən etirazda İddiaçı Cavabdeh firmasına qarşı “pul tələbinə” dair iddiasının təmin edilməməsini xahiş edir. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs S bildirir ki, İddiaçı iddia ərizəsində göstərdiyi kredit müqaviləsi onun Cavabdeh firmasının direktoru olduğu dövrdə bağlanılmışdır. Həmin vaxt və bundan sonrakı dövrdən 2011-ci ilədək Cavabdeh firmasının yeganə təsisçisi o, olmuş və İddiaçı Cavabdeh firmasının adından “xxxx” ASCyə ödədiyi pul vəsaitləri ona məxsus olmuşdur. Göstərilənlərə əsasən S İddiaçı iddia ərizəsinin rədd edilməsi, Cava bdeh firmasının əvəzinə kredit borcu kimi “xxxxBank” ASCyə ödənilmiş ona məxsus olan 1.171.378 manat məbləğində pul da daxil olmaqla ümumilikdə 2.500.000 manat məbləğində pulun Cavabdeh firmasından tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsi xahiş edir. İş üzrə mübahisə apelyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Məhkəmə kollegiyası izahatları dinləyib, kasasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, kasasiya şikayətləri təmin edilməklə apelyasiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, apelyasiya instanisyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı deyi ldir. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Apelyasiya instansiyası məhkəməsi işin mahiyyəti üzrə aşağıdakı iki mübahisələndirilən hallarının olduğunu müəyyən etmişdir: - ünvan 3 ünvanında yerləşən sahəsi 1387,2 kv.m olan qeyri-yaşayış sahəsi Cavabdeh firması tərəfindən alınmış, lakin alqı-satqı İddiaçı tərəfindən həyata keçirildiyi üçün formal olaraq İddiaçı adına rəsmiləşdirilsə də, faktiki Cavabdeh firmasına məxsus olmuşdur. - İddiaçı Cavabdeh firmasının əvəzinə “xxxxBank” ASC-yə ödədiyi pullar onun deyil, “Cavabdeh firmasının olmuşdur. Birinci halla bağlı apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, B Başçısının sərəncamı ilə Cavabdeh firmasına ayrılmış ərazidə olan digər yaşayış sahələrinin alqısatqısı Cavab deh firmasının adına bağlandığından, mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin formal olaraq İddiaçı adına rəsmiləşdirilməsi ağlabatan deyildir. Bu halla bağlı məhkəmə kolegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarından görünür ki, B Başçısının xx.xx.2004-cü il tarixli sərəncamı ilə, X küçələrinin əhatə etdiyi X məhəllədə yerləşən şəxsi yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi şərti ilə, ümumi sahəsi 0,69 ha ərazi icarə əsasında yaşayış evinin layihələşdirilməsi və tikintisi üçün Cavabdeh firmasının istifadəsinə verilmiş və bunun əsasında Cavabdeh firması ünvan 1 ünvanında yerləşən sahəsi 1387,2 kv.m olan qeyriyaşayış sahəsi də daxil olmaqla qeyd edilən sərancamla ayrılmış ərazidə olan yaşayış və qeyri-yaşayış sahələrinin müqavilə əsasında mülkiyyətçilə rdən əldə olunması və sökülməsi ilə bağlı qərar qəbul etmişdir. Yəni İddiaçı Cavabdeh firmasının direktoru olduğu dövrdə qeyd olunan ərazidə yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin alınması və sökülməsi ilə bağlı firma tərəfindən qərar qəbul edilmişdir. Apelyasiya instansiyası məhkəməsi işin mübahisələndirilən birinci halına qiymət verərkən ünvan 1 ünvanında yerləşən 1387,2 kv.m olan qeyri-yaşayış sahəsinin əldə edilməsi ilə bağlı Cavabdeh firmasının direktoru İddiaçı hərərkətlərində sui-istifadə hallarının olub olmamasını araşdırmamışdır. Halbuki, iş materiallarından görünür ki, İddiaçı qeyd edilən ərazidə direktoru olduğu Cavabdeh firması tərəfindən daşınmaz əmlakların mülkiyyətə əldə edilməsini və bundan sonra həmin əmlakların söküləcəyini bilmiş, firmanın direktoru olaraq həmin ə razidə yerləşən daşınmaz əmlakların əldə edilməsinə və sökülməsinə rəhbərlik etmişdir. Lakin bu məsələni bildiyi və onlara rəhbərlik etdiyi halda İddiaçı firmanın adına əldə etmək əvəzinə, firmanın maraqlarına zidd olaraq öz adına həmin ərazidə qeyri-yaşayış sahəsi əldə etmiş, həmin əmlakın sökülməsi zamanı buna hər hansı bir etiraz bildirməmiş firmanın direktoru vəzifəsindən azad ediləndən bir müddət sonra qeyd edilən əmlakın sökülməsi nəticəsində ona ziyan dəydiyini göstərərək hazırkı iş üzrə iddianı vermişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49.3-cü maddəsinə görə hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələr ini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Hüquqi şəxsin nizamnamə kapitalında ən azı 5 faiz paya (səhmə) malik olan iştirakçısının (iştirakçılarının) tələbi ilə o, vəzifələrini pozduğu halda, pozuntu nəticəsində hüquqi şəxsə dəymiş zərərin əvəzini ödəməlidir. Həmçinin iş özrə əhəmiyyət kəsb etməsinə baxmayaraq apelyasiya instansiyası məhkəməsi mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin hansı tarixdə sökülməsini, həmin qeyri-yaşayış sahəsinin sökülməsinin hansı qaydada əvəzləşdirilməsini araşdırmamışdır. Bundan başqa cavabdehlər kasasiya şikayətlərində göstərmişlər ki, mübahisə predmeti olan qeyri-yaşayış sahəsi Əmlak Komitəsinə məxsus olmaqla X7 və X1 olmuşdur və Cavabdeh firması tərəfindən həmin şəxslərə kompensasiya olaraq nağd şəkildə kiçik bir məbləğ və inşa olunacaq binada yaşayış və qeyri-yaşayış sahələri verilmişdir. Apelyasiya instansiyası məhkəməsi X9 və X6 həqiqətən kompensasiya verilibverilməməsini, o cümlədən firma tərəfindən inşa edilən binada yaşayış və ya qeyri-yaşayış sahələrinin ayrılıb-ayrılmamasını araşdırmamış, həmin şəxslərin məhkəmədə dindrilməsi tərəflərə təklif olunmamışdır. Bununla yanaşı iş materiallarından görünür ki, mübahisə predmeti olan əmlak dövlət mülkiyyətində olmuş və özəlləşdiril məklə İddiaçı mülkiyyətinə keçmişdir. Lakin apelyasiya instansiyası məhkəməsi həmin əmlakın əldə edilməsi ilə bağlı müraciətin müvafiq dövlət orqanına kim tərəfindən, yəni Cavabdeh firması və yaxud fiziki şəxs statusu ilə İddiaçı tərəfindən edilməsi, o cümlədən əmakın əldə edilməsi üçün ödənilmiş məbləğin Cavabdeh firmasının vəsaiti hesabına aparılıb-aparılmamasını araşdırılmamışdır. Göründüyü kimi apelyasiya instansiyası məhkəməsi birinci halla bağlı iş üçün əhəmiyyətli olan bütün halları araşdırmamış, araşdırılmış hallara isə düzgün hüquqi qiymət verməmişdir. İkinci halla bağlı apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Cavabdeh firması kredit borcuna görə “xxxxBank” ASC-yə İddiaçı tərəfindən ödənilən pul vəsaitinin Cavabdeh firmasına məxsus olma sını sübuta yetirə bilməmişdir. Eyni zamanda İddiaçı Cavabdeh firmasının direktoru olmadığı bir vaxtda firma tərəfindən İddiaçı hər hansı pul vəsaitinin verilməsi inandırıcı və ağlabatan deyildir. Nəzərə alınmalıdır ki, bu hissədə iddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh” firması ilə üçüncü şəxs “xxxx” Bank ASC arasında bağlanmış xx xxxxxx 2005ci il tarixli kredit müqaviləsinə və həmin müqaviləyə edilmiş xx.xx.2007-ci il tarixli, xx.xx.2007-ci il tarixli əlavələrə əsasən bank cavabdehə 770.000 (yeddi yüz yetmiş min) manat məbləğində kredit vermiş, kreditin təminatı olaraq xx.xx.2005-ci il tarixli və xx.xx.2007-ci il tarixli ipoteka müqavilələri bağlanmış, ipoteka müqavilələrinə əsasən digər əmlaklarla yanaşı, onun yaxın tanışı X2 məxsus mənzilləri onun T ilə şəxsi münasibətlə rinə əsasən onun xahişi ilə T tərəfindən ipotekaya qoyulmuşdur. Cavabdeh firması tərəfindən götürülmüş kreditlər vaxtlı-vaxtnda qaytarılmadığına görə tutmanın T mənzillərinə yönəldilməsi təhlükəsi yaranmış, o da ümumilikdə 1.171.378 (bir milyon yüz yetmiş bir min üç yüz yetmiş səkkiz) manat məbləğində kredit ödənişini banka şəxsən öz vəsaiti hesabına ödəməklə mənzilləri təhlükədən qurtarmışdır. Bununla bağlı cavabdehlərin dəlili ondan ibarətdir ki, İddiaçı rəsmi olaraq xx.xx.2008-ci il tarixində Cavabdeh firmasının direktoru vəzifəsindən çıxsa da 2010-cu ilin sonuna qədər bankda Cavabdeh firmasının adına imza nümunələri İddiaçı adına olmuş ona görə də direktor vəzifəsindən çıxdıqdan sonra müəyyən müddət ərzində bütün ödəmələr onun vasitəsi ilə həyata keçirilmişdir. Apelyasiya instansiyası məhkəməsi bu halı araşdırmamışdır. Həmçinin iş materiallarından görünür ki, xx.xx.2008-ci il tarixində Cavabdeh firmasının direktoru vəzifəsindən çıxsa da, İddiaçı bir müddət faktiki olaraq direktor kimi fəaliyyətini davam etdirmişdir. Belə ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 178.3.2, 308.2, 313-cü maddələri ilə təqsirləndirilməsinə dair xx xxxxxx 2011-ci il tarixli ittiham aktı ilə müəyyən edilir ki, 2008-ci ilin iyul ayında İddiaçı Cavabdeh firmasının inşa etdirdiyi mənzillə bağlı X13 ilə razılığa gəlmiş və xx xxxxxx 2008-ci il tarixli müqavilə ilə firmanın direktoru kimi ona mənzil satmışdır. “xxxxBank” ASC-yə edilən kredit ödənişlərin də əksər hissəsi İddiaçı rəsmi olaraq direktor vəzifəsindən çıxdığı dövrə düşdüyündən iş üçün əhəmiyyət kəsb etdiyi halda a pelyasiya instansiyası məhkəməsi bu halı da araşdırmamış və İddiaçı tərəfindən “xxxxBank” ASC-yə edilən kredit ödənişlərinin özünü Cavabdeh firmasının direktoru kimi təqdim etməklə, Cavabdeh firmasının vəsaiti kimi ödəyib-ödəməməsini araşdırmamışdır Bununla yanaşı məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, T xx xxxxxx 2005ci il tarixli ipoteka müqaviləsi ilə cəmi 220000 manat məbləğində qiymətləndirilmiş mənzillərinin hərraca çıxarılmasının qarşısını almaq üçün İddiaçı banka 1,171,378 manat pul ödəməsi, o cümlədən Cavabdeh firması tərəfindən ona məxsus qeyri-yaşayış sahəsinin sökülməsi nəticəsində 2,500,000 manat ziyan dəydiyi halda ona ziyan vurmuş şəxsin borcuna görə 1,171,378 manat pul ödəməsi barədə İddiaçı dəlilləri inandırıcı olmamaqla sağlam məntiqə və ağlabatan mühakiməyə u yğun gəlmir. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apelyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinin məzmununa görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh firmasının və mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs Snın kasasiya şikayətləri təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar