Məhkəmə qərarları › İş №2(102)-2797/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2797/2021

25.05.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2797/2021 25.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı QSC-nin Cavabdeh1 və digərlərinə qaşı iş üzrə QƏRARİ iş № 2(102)-2797/21 (Açar sözlər: icraata xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 oktyabr 2020-ci il tarixli, 2(103)7381/2020 saylı qərardadından İddiaçı QSC-nin kasasiya şikayəti üzrə işə 25 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclası nda baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçı məhkəmədə cavabdehlərə qarşı iddia qaldıraraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Nərimanov rayonu. X1 prospekti, 37 saylı evin, 26 saylı mənzildən istifadə hüquqlarının itirilməsinə dair qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 avqust 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim G.A.Əsədova) iddia təmin edilərək, cavabdehlərin Bakı şəhəri, Nərimanov rayonu, X1 prospekti, 37 saylı evin, 26 saylı mənzildən istifadə hüquqlarının itirilməsi qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, mübahisəli mənzil iddiaçının xüsusi mülkiyyətindədir və cavabdehlər həmin mənzilə olan istifadə hüquqlarını itiriblər. Ona görə də iddia təmin edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 152.1, 157.2, 157.4cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavabdeh1 apelyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 oktyabr 2020-ci il tarixli qərardadı ilə (hakimlər A.N.İmanov sədrlik edən, məruzəçi, Q.A.Əsgərov və V.N.Sadıqov) apelyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 avqust 2020-ci il tarixli qətnaməsi ləğv edilib, iddiaçının cavabdehlərə qarşı “mənzildən istifadə hüquqlarının itirilməsi” iddiasına dair mülki iş üzrə icraata xitam verilib. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə cavabdehlərin mənzildən çıxarılması qət edilib. Mənzildən çıxarılma məfhumu eyni zamanda həmin mənzilə olan istifadə hüququnun itirilməsini də əhatə etdiyindən, bu barədə yenidən iddia qaldırılmasına zərurət yoxdur. Bu baxımdan hazırki işə məhkəmədə baxılmalı olmadığından işin icraatına xitam verilməlidir. Apelyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinin və digər prosessual normaların tələbləri ilə əsaslandırıb. İddiaçı kasasiya şikayəti verərək iş üzrə apelyasiya instansiyası məhkəməsinin qərardad ının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş edib. Kasasiya instansiyası məhkəməsində icraat Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri Kasasiya şikayəti belə əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə düzgün olmayan qərardad qəbul edib. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı QSC, vəkili Şahin Sadıqov, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbayca n Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya i nstansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi xahiş olunduğ undan, qərardadın əsaslılığı kasasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mübahisəli məsələyə düzgün tətbiq edib və işdə, kasasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apelyasiya instansiyası məhkəməsinin qərardadının kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçı kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmasını, iş üzrə icraata xitam verilməsi üçün əsasların olmaması nı göstərsə də, kasasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, qanuni qüvvəyə minmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 31 may 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı QSC Ələddin Yusifov, Cavabdeh1, “xxxx” Firması, Cavabdeh2, Ceyhun Yusifov və Vaqif Əmirahova qarşı “borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və sair barədə iddiası qismən təmin edilərək, tutma Bakı şəhəri, Nərimanov rayonu, X1 prospekti, 37 saylı evin, 26 saylı mənzilinə yönəldikdən və mənzil satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2 və Ceyhun Yusifovun həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və sair qət edilib. Hazırda iddiaçı, cavabdehlərin sözügedən mənzildən istifadə hüquqlarının itirilməsini iddia edir. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmayıb haqlı olaraq qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə cavabdehlərin mübahisəli mənzildən çıxarılmaları qət edildiyindən, onların mənzildən istifadə hüquqlarının itirilməsinə dair yenidən məhkəmədə iddia qaldırılmasına lüzum yoxdur. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndində göstərilir ki, yaşayış sahəsindən çıxarılma və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin olması, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsasdır. Apelyasiya instansiyası məhkəməsi iddiaçının kasasiya şikayəti ilə eyni məzmunlu olan iddia tələbləri ilə razılaşmayıb haqlı o laraq qeyd etmişdir ki, “mənzilindən çıxarılma” əslində mənzildən istifadə hüququnun itirilməsini də özündə ehtiva etdiyindən, hazırki iddiaya məhkəmədə baxıla bilməz. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Maddənin mənasına görə, bu əsasla iş üzrə icraata xitam verilməsinə o, halda yol verilir ki, barəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olan mübahisə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yaranmış və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olsun. Yalnız nəzərdə tutulmuş şərtlərin hamısı eyni vaxtda mövcud olduqda, bu iş üzrə icraata xitam verilməsi üçün əsas hesab edilir. İlk növbədə nəzərə alınmalıdır ki, mübahisə tərəflərinin eyniliyi o, halda mö vcud olur ki, barəsində qanuni qüvvəyə minmiş qətnamə olan mübahisə eyni predmet üzrə və eyni əsaslarla həmin mübahisənin əvvəlki tərəfləri və ya onların hüquqi varisləri tərəfindən məhkəmədə yenidən qaldırılır. Mübahisə tərəflərinin eyni olub-olmaması haqqında məsələ həll olunarkən nəzərə alınmalıdır ki, burada tərəf anlayışına yalnız Azərbaycan Respublikası MPM-nin 50.1-ci maddəsinin tələbləri baxımından yanaşmaq olmaz. Həmin maddəyə görə, prosesdə tərəflər yalnız iddiaçı və cavabdeh hesab edildiyi halda, mübahisə tərəfləri daha geniş dairəni nəzərdə tutur. İddianın predmeti isə iddianın elementlərindən biri olmaqla iddiaçının cavabdehə qarşı irəli sürdüyü və mübahisəli hüquq münasibətindən irəli gələn maddi-hüquqi tələbdən ibarətdir. Bu mənada iddianın predmeti dedikdə- mübahisəli subye ktiv hüquq və ya hüquq münasibətləri deyil, bu münasibətlərdən irəli gələn iddiaçının cavabdehə qarşı olan maddihüquqi tələbi başa düşülür. İddianın predmetinin eyniliyi dedikdə iddiaçının cavabdehə qarşı olan mövcud tələbinin onun həmin cavabdehə qarşı olan əvvəlki tələbi ilə mahiyyətcə eyni olması nəzərdə tutulur. Eyni predmet üzrə iddia tələbinin həcminin artırılması və ya azaldılması iddianın predmetini dəyişdirmir. Belə olan halda əvvəlki iddia tələbi yenidən irəli sürülərkən tərəflər və iddianın əsası dəyişmədikdə işin icraatına xitam verilir. İddianın əsası isə onun faktiki və hüquqi əsaslarından ibarətdir. İddianın faktiki əsası dedikdə iddiaçının cavabdehə qarşı olan tələbini əsaslandırdığı hüquqi faktlar başa düşülür. İddia ərizəsində iddiaçının öz tələblərini əsaslandırdığı hall ar hüquqi faktlar olmaqla tərəflər arasındakı mübahisəli hüquq münasibətlərinin yaranmasının, dəyişməsinin və xitamının əsası kimi çıxış edir. İddianın hüquqi əsası dedikdə iddiaçının cavabdehə qarşı tələbinin hüquqi cəhətdən əsaslandırılması (hüquqi tövsüf) başa düşülür. Hər bir halda iddiaçının cavabdehə qarşı tələbi konkret hüquq münasibətlərindən irəli gəlir və bu münasibətlər də normativ-hüquqi aktlarla tənzimlənir. Kasasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb, apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən, kasasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kasasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı QSC kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 oktyabr 2020-ci il tarixli, 2(103)-7381/2020 saylı qərardadı kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar