Məhkəmə qərarları › İş №2(102)-2797/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2797/2022

07.06.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2797/2022 07.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər X5 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: istifadə hüququnun itirilmiş hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xəlilov İsmayıl Kamil oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər X5 və Cavabdeh2 qarşı «kompensasiya verilməklə mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən əmlakları ilə birlikdə çıxarılma» tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-3491/2021 nömrəli, 14 dekabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh X9 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 7 iyun 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh X9 iddiaçının oğlu X7 ilə xx.xx.2000-ci ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və ünvan mənzilinə köçmüşdür. Onların birgə nikahlarından xx.xx.2001-ci il təvəllüdlü Cavabdeh2 və xx.xx.2006-cı il təvəllüdlü X6 adlı uşaqları anadan olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 08 iyul 2016-cı il tarixli, (060)-XXX/2016 saylı qətnaməsi ilə onlar arasında olan xx.xx.2000-ci il tarixli nikah pozulmuş və uşaqlar X1 yanında qalmışdır.

2. Tərəflər arasında hazırkı icraatdan əvvəl məhkəmə mübahisəsi olmuş, Sumqayıt Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş 13 iyul 2015-ci il tarixli qətnaməsi ilə X4 X7 v ə X3 qarşı mənzilə köçürülmə tələbinə dair iddiası təmin edilmişdir.

3. Mübahisəli mənzil xx.xx.2018-ci il tarixdə iddiaçının adına xüsusi mülkiyyət kimi qeydə alınmışdır.

4. Sonradan İddiaçı iddia ərizəsi ilə məhkəməyə muraciət edərək cavabdeh X5 5000 manat məbləğində kompensasiya verilməklə onun və yetkinlik yaşına çatmayan usaqları xx.xx.2001-ci il təvəllüdlü Cavabdeh2 və xx.xx.2006-cı il təvəllüdlü X2 ünvan mənzilindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, Sumqayıt Şəhər Məhkəməsinin 18 yanvar 2019-cu il tarixli, (060)-XXX/2019 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-XXX/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 18 yanvar 2019cu il tarixli, (060)-XXX/2019 saylı qətn aməsi ləğv edilmiş, İddiaçı cavabdeh X5 qarşı kompensasiya verilməklə mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası təmin edilməmişdir.

5. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(060)-XXX/2019 saylı hökmündən görünür ki, X9 ailə-məişət münasibətləri zəminində aralarında yaranmış mübahisə zamanı İddiaçı vuraraq ona xəsarət yetirmiş, X9 AR CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək qazancından dövlət nəfinə 10 faiz məbləğində pul tutulmaqla 3 ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Tərəflər barışdığından Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2019-cu il tarixli qərarı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ləğv edilmiş və cinayət işinin icraatına xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə a ktları Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehlər X5 və Cavabdeh2 qarşı «kompensasiya verilməklə mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən əmlakları ilə birlikdə çıxarılma» tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər cavabdeh1 və Cavabdeh2 hər birinə 5000 manat olmaqla, cəmi 10000 manat məbləğində kompensasiya verilməklə onların və yetkinlik yaşına çatmayan xx.xx.2006-cı il təvəllüdlü X2 xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan ünvan mənzilə olan istifadə hüquqlarına xitam verilməsi və mənzildən əmlakları ilə birlikdə çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Cavabdehlərdən cavabdeh1 iddiaçını n keçmiş gəlini, digər Cavabdeh2 isə nəvəsidir. İddiaçının oğlu X8 xx.xx.2000-ci ildə cavabdeh cavabdeh1 ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Onların birgə nikahlarından xx.xx.2001ci il təvəllüdlü Cavabdeh2 və xx.xx.2006-cı il təvəllüdlü X6 adlı iki övladları var. Sumqayıt şəhər məhkəməsinin 08 iyul 2016-cı il tarixli qətnaməsi ilə onların arasında olan rəsmi nikah pozulmuş, birgə nikahlarından olan uşaqların anasının yanında qalması və həmin uşaqların saxlanması üçün aliment tutulması qət edilmişdir. İddiaçıya məxsus mənzil 1 otaqdan ibarətdir. Həmin evdə hal-hazırda cavabdehlər və xx.xx.2006-cı il təvəllüdlü X6 yaşayır. İddiaçı mülkiyyətçi olaraq öz mənzilindən sərbəst şəkildə istifadə edə, həmin mənzildə yaşaya bilmir. Onun mülkiyyət hüququ kobud şəkildə pozulur. Buna səbəb isə cavabdehlərdir. Çünki onlarla birlikdə yaşamaq mümkün deyil. Belə ki, Sumqayıt şəhər məhkəməsinin 05 fevral 2019-cu il tarixli hökmü ilə cavabdeh cavabdeh1 onu döydüyü üçün Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib, qazancından dövlət nəfinə 10 faiz məbləğində pul tutulmaqla 3 ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir. İddiaçı məcbur olub kirayədə yaşayır. Onların bir yerdə yaşamağı mümkünsüzdür. Həm mənzil 1 otaqdan ibarətdir, həm də cavabehlər ona qarşı qərəzlidirlər. Həmçinin o, öz mənzilindən sərbəst şəkildə istifadə etmək və mənzilində özü tək yaşamaq istəyir. Mülkiyyətçi kimi buna hüququ və haqqı çatır. Lakin hazırkı vəziyyətdə cavabdehlərə görə o mənzilində yaşaya bilmir. Cavabdehlərin ona məxsus mənzildə istifadə hüquqlarının olduğunu bilir. Ona görə də onlara kompensasiya təklif edir. Hesab edir ki, cavabdehlərin hər birinə 5000 manat olmaqla ümumilikdə 10000 (on min) manat məbləğində kompensasiya verilməklə onların xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan ünvan mənzilə olan istifadə hüquqlarına xitam verilməli və ona məxsus əmlakları ilə birlikdə çıxarılmalıdır.

8. Cavabdeh X9 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək göstərmişdir ki, o kompensasiya məbləği ilə razı deyildir və yalnız ona kompensasiya kimi yataqxana alınacağı təqdirdə, mənzilə istifadə hüququnun itirilməsinə razı ola bilər.

9. Sumqayıt Şəhər Məhkəməsinin (hakim A.İsmayılov) 11 avqust 2021-ci il tarixli, 2(060)-4861/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.

10. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırm ışdır ki, iddiaçının cavabdehlərin hər birinə təklif etdiyi 5000 manat kompensasiya, onların, habelə, cavabdeh X4 yetkinlik yaşına çatmayan xx.xx.2006-cı il təvəllüdlü X6 ilə birlikdə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanının təmin edilməsi baxımından kifayət deyildir.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.4, 228.2, 228.5-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. İddiaçı ap ellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdehlərə təklif edilən 10.000 manat kompensasiya onların eyni şəraitli, hətta ondan da yüksək şəraitli mənzildə ən azı 3 il və ondan da artıq müddətinə yaşaya bilməsi üçün normal məbləğdir. Belə ki, mübahisəli mənzilin aylıq kirayəsi 120-150 manat təşkil edir. Üstəlik qeyd etmək lazımdır ki, cavabdehlər ana-baladır, onlara təklif edilən kompensasiya ilə onlar ayrı-ayrı mənzildə yaşamayacaqlar, 10.000 manat məbləğində kompensasiya onların bir yerdə başqa mənzildə daha yaxşı yaşaması üçün əlverişlidir.

14. İddiaçı xx.xx.2021-ci il tarixli yazılı ərizə ilə məhkəməyə müraciət edərək kompensasiyanın məbləgini cavabdehlərin hər birinə 6000 manat olmaqla cəmi 12000 manat təklif etmişdir.

15. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ( hakimlər – L.Məmmədova (sədrlik edən və məruzəçi), T.Quliyev və G.Tağızadə) 2(105)-3491/2021 nömrəli, 14 dekabr 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı apelyasiya şikayəti təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 11 avqust 2021-ci il tarixli, 2(060)-4861/2021 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbinin təmin edilməsi, cavabdehlər X4 və Cavabdeh2 İddiaçı xüsusi mülkiyyətində olan ünvan mənzilə olan istifadə hüquqlarına xitam verilməsi, cavabdeh X4 (xx.xx.2006-cı il təvəllüdlü X6 ilə) və Cavabdeh2 mənzildən əmlakları ilə birlikdə çıxarılması qət edilmişdir.

16. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, hazırki mübahisəli mənzil iddiaçının xüsusi müıkiyyətində olmaqla 1 otaqdan ibarətdir. Həmin mənzildə ca vabdeh övladı ilə birgə yaşayır. Tərəflər arasında ailə-məişət zəminində mübahisələr olmuşdur. Bu səbəbdən də qeyd edilən şəxslərin 1 otaqlı mənzildə birgə yaşaması mülkiyyətçinin maraqlarına əhəmiyyətli dərəcədə toxunur.

17. Məhkəmə qeyd etmişdir ki, mübahisəli mənzilin yerləşdiyi ərazidə 1 otaqlı təmirli mənzilin aylıq kirayə haqqı 170-200 manat civarında olduğundan, iddiaçının cavabdehlərə təklif etdiyi 12000 manat kompensasiya məbləği mənzildən istifadə hüququna xitam verilməsinin əvəzində adekvat kompensasiya hesab edilə bilər. Çünki iddiaçı tərəfindən təklif edilən 12000 manat məbləğində kompensasiyanın hesabına, cavabdehlər hər ay orta hesabla 200 manat məbləğində kirayə haqqı ödəyərsə, davamlı surətdə, 5 il (60 ay) müddətdə başqa yerdə 1 otaqlı təmirli mənzildə yaşamaq imkanı əldə edər.

18. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 28.3, 152.1, 228.2-ci maddələrinə, R.Ağalarovun şikayəti üzrə 26 sentyabr 2007-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

19. Cavabdeh X9 (Vəkil1) kassasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2000-ci il tarixli qətnaməsinə istinad etsə də, həmin dövrdə iddiaçının mübahisəli mənzilin mülkiyyətçisi olmadığını nəzərə almamışdır. Mübahisəli mənzil sonradan məqsədli şəkildə iddiaçının adı na rəsmiləşdirilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsi cavabdehləri məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırmamışdır. Bununla da cavabdehlərin iştirakı olmadan qətnamə qəbul etməklə MPM-in 376.1-ci maddəsinin tələblərini pozmuşdur.

22. Bundan başqa apellyasiya instansiyası məhkəməsi “Ev alqı-satqısı” Mərkəzinin xx.xx.2021-ci il tarixli arayışına istinad etsə də qeyd edilən arayışın birinci instansiya məhkəməsinə verilməməsinin səbəblərini araşdırmadan yeni sübut kimi qəbul etmiş, həmçinin qeyd edilən arayış tərəflərə təqdim edilməli və onların iştirakı ilə müzakirə edilməli olduğu halda, həmin arayış cavabdehlərə təqdim edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Mülki işə tətbiq edilən hü quq Mülki Məcəllə

24. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.

25. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Mülki Prosessual Məcəllə

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları ara şdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

30. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

31. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nət icə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

32. Maddə

416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

33. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

34. R.Ağalarovun şikayəti üzrə 26 sentyabr 2007-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, kompensasi ya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Kassasiya baxışının hədləri

35. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) mü əyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

36. Hazırkı kassasiya şikayəti iş üzrə cavabdeh X9 tərəfindən verildiyindən sonuncu apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etsə də həmin məhkəmə aktı yalnız cavabdeh X4 mübahisəli mənzilə istifadə hüququna xitam verilməsinin və onun həmin mənzildən çıxarılmasının təmin edilməsi hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir.

38. İşin mübahisə olunmayan hallarına görə cavabdeh X9 iddiaçının oğlu X7 ilə xx.xx.2000-ci ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və ünvan mənzilinə köçmüşdür. O nların birgə nikahlarından xx.xx.2001-ci il təvəllüdlü Cavabdeh2 və xx.xx.2006-cı il təvəllüdlü X6 adlı uşaqları anadan olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 08 iyul 2016cı il tarixli qətnaməsi ilə onlar arasında olan nikah pozulmuş və uşaqlar X1 yanında qalmışdır. Tərəflər arasında hazırkı icraatdan əvvəl məhkəmə mübahisəsi olmuş, Sumqayıt Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş 13 iyul 2015-ci il tarixli qətnaməsi ilə X4 X7 və X3 qarşı mənzilə köçürülmə tələbinə dair iddiası təmin edilmişdir. Mübahisəli mənzil xx.xx.2018-ci il tarixdə iddiaçının adına xüsusi mülkiyyət kimi qeydə alınmışdır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə muraciət edərək cavabdeh X5 5000 manat məbləğində kompensasiya verilməklə onun və yetkinlik yaşına çatmayan usaqları xx.xx.2001-ci il təvəllüdlü Cavabdeh2 və xx. xx.2006-cı il təvəllüdlü X2 ünvan mənzilindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, Sumqayıt Şəhər Məhkəməsinin 18 yanvar 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 18 yanvar 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı cavabdeh X5 qarşı kompensasiya verilməklə mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası təmin edilməmişdir.

39. Eyni zamanda müəyyən edilmişdir ki, tərəflər arasında münasibətlər tamamilə kəskinləşmiş və onların birlikdə yaşaması mümkün deyildir. Beləki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, hökmü ilə X9 ailə-məişət münasibətləri zəminində aralarında yaranmış mübahisə zamanı İddiaçı vuraraq ona xəsarət yetirmiş, X9 AR CMnin 128-ci maddəsi ilə təqsirli bilinərək qazancından dövlət nəfinə 10 faiz məbləğində pul tutulmaqla 3 ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Tərəflər barışdığından Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2019-cu il tarixli qərarı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ləğv edilmiş və cinayət işinin icraatına xitam verilmişdir.

40. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin mənasına görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. 41. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respub likası Ali Məhkəməsi Mülki Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında göstərilir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən, yaşayış sahəsindən istifadə etmək hüququ), digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qan unvericiliyinin müddəaları nəzərə alınmalıdır.

42. Həmin Qərarda eyni zamanda göstərilir ki, mülkiyyət hüququ yaşayış sahəsindən istifadə etmək hüququndan fərqlənsə də, hər iki hüquq müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin olunmalıdır. Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçinin və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır.

43. Konstitusiya Məhkəməsinin mövqeyinə görə kompensasiya məbləği mənzil istifadəçisinin itirdiklərinin ədalətli əvəzi kimi çıxış etməlidir. Belə halda həmin şəxsin məhrum olduğu hüquq qismində mənzilin tərkib hissəsindən isti fadə etmək hüququ çıxış etdiyindən, ödənilən kompensasiya məbləği ayrıca mənzilin mülkiyyətə əldə olunmasına deyil, başqa yerdə yaşamaq hüququnun ağlabatan müddət ərzində təmin olunmasına kifayət etməlidir. Yəni, mülkiyyətçinin hesabına istifadəçiyə müəyyən müddət daxilində, başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı, şəraiti yaradılmalıdır.

44. Nəzərə alınmalıdır ki, mülki qanunvericilikdə mülkiyyətçinin üzərinə istifadə hüququ olan şəxsi daimi olaraq yaşayış sahəsi ilə təmin etmək öhdəliyi qoyulmamışdır. Hətta Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarlarında da bu müddətin nə qədər olması müəyyən edilməmişdir. Eləcə də, mövcud qanunvericilikdə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün istifadəçiyə ödənil məli olan kompensasiyanın məbləğinin həddi barədə hər hansı norma yoxdur. Qanunvericilikdə həmin kompensasiya məbləğinin bazar qiymətləri ilə, yalnız məhkəmə tərəfindən tənzimlənməsi təsbit olunmuşdur.

45. Ona görə də iddiaçının cavabdehlərə təklif edildiyi 12.000 manat kompensasiya məbləği mübahisəli mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün əhəmiyyətli maddi dəstəkdir və bu, işin hallarına və mülkiyyətçi kimi iddiaçının qanunla qorunan hüquqlarının təmin edilməsi baxımından hər iki tərəfin mənafeyinə uyğundur.

46. Mənzilin aylıq kirayə haqqı ilə bağlı arayışın apelyasiya icraatına təqdim edilməsi və cavabdehlərin həmin sübutun araşdırlmasında iştirakrının olmaması ilə bağlı qeyd edilir ki, hazırkı tələbin təmin olunması üçün həmin arayış müstəsna əhəmiyy ət kəsb etmir. Hazırkı işdə işin halları aşkardır. Beləki, mülkiyyətçi Sumqayıt şəhərində yerləşən bir otaqlı yeganə mənzilinə görə oğlunun keçmiş ailəsinə kompensasiya təklif etməklə istifadə hüquqlarına xitam verilməsini tələb edir. Ona görə kassasiya şikayətinin dəlilləri keçərli deyil.

47. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya sı məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

49. Qeyd olunan hallarını nəzərə alan kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

50. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh X9 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Həmin iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-3491/2021 nömrəli, 14 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar