Məhkəmə qərarları › İş №2(102)-2798/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2798/2021

24.05.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2798/2021 24.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı Cavabdeh2 Aleksandrovnaya və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2798/21 (Açar sözlər: mənzildən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, Cavabdehlər: X2 və Cavabdeh2 vəkili X1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 oktyabr 2020-ci il tarixli, 2(103)6952/2020 saylı qətnaməsindən cavabdehlər X2 və Cavabdeh2 kasasiya şikayətləri üzrə işə 24 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçı məhkəmədə cavabdehlərə qarşı iddia qaldıraraq, cavabdeh Elxan Yusupovun ailə üzvləri, arvadı Cavabdeh2 və övladları Günel İvanova, Ayan İvanova ilə birlikdə onun mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Şuşinski küçəsi, 19 saylı evin, 44 saylı mənzilindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 30 iyul 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim S.Ş.Talıbv) iddia təmin edilərək, cavabdehlərin övladları ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Şuş inski küçəsi, 19 saylı binanın 44saylı mənzilindən çıxarılmaları qət edilib. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini onunla əsaslandırıb ki, mübahisəli mənzil iddiaçının xüsusi mülkiyyətindədir və cavabdehlərin həmin mənzildən hər hansı hüquqları əmələ gəlməyib. Cavabdehlərin mənzildən istifadə etmələri və oradan könüllü çıxmamaları isə mülkiyyətçi kimi iddiaçının hüququnu pozur və məhdudlaşdırır. Ona görə də iddia təmin edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 152.1, 228.5-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavabdeh Elxan Yusupov apelyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. A pelyasiya instansiyası məhkəməsində birinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 04 noyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər E.Q.Nəbiyev sədrlik edən, məruzəçi, R.Ə.Qurbanov və A.Ə.Hüseyn) apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 30 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Cavabdeh Elxan Yusupov kasasiya şikayəti verərək iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Kasasiya instansiyası məhkəməsində birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 23 iyul 2020-ci il tarixli qərarı ilə (hakimlər Ə.G.Nurməmmədov sədrlik edən, məruzəçi, A.Q.Hüseynov və İ.K.Dəmirov) kasasiya şikayəti təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 noyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilib, mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılıb. Apelyasiya instansiyası məhkəməsində ikinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.Ə.Məhərrəmova sədrlik edən, məruzəçi, M.A.Məmmədov və R.M.Həsənov) apelyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 30 iyul 2019-cu il tarixli qətnaməsi ləğv edilib, yeni qətnamə qəbul edilməklə iddia təmin edilib, cavabdehlərin övladları ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Şuşinski küçəsi, 19 saylı binanın 44-saylı mənzilindən çıxarılmaları qət edilib. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub. Belə ki, birinci instansiya məhkəməsi Cavabdeh2 məhkəmə iclasında iştirakını təmin etmədən, onun hüquq və vəzifələrinə dair məsələni həll edib. Bundan əlavə, mübahisəli mənzil iddiaçının xüsusi mülkiyyətindədir və cavabdehlərin həmin mənzildən hər hansı hüquqları əmələ gəlməyib. Cavabdehlərin mənzildən istifadə etmələri və oradan könüllü çıxmamaları mülkiyyətçi kimi iddiaçının hüququnu pozur və məhdudlaşdırır. Apelyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 152.1, 157.2, 228-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya i nstansiyası məhkəməsində ikinci icraat Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri Cavabdehlər Elxan Yusupov və Cavabdeh2 kasasiya şikayətləri verərək iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş ediblər. Kasasiya şikayətləri belə əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında cavabdehlər Elxan Yusupov və Cavabdeh2 vəkili Vüqar Əhmədov kasasiya şikayətlərində göstərilənlərə uyğun olaraq izahat verdi. İddiaçı, cavabdehlər Elxan Yusupov və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Konstitusiyanın 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqları ndan ibarətdir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelya siya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kasasiya şikayətlərində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahi ş olunduğundan, qətnamənin əsaslılığı kasasiya şikayətlərinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kasasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Cavabdehlər kasasiya şikayətlərində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmasını, iş üzrə düzgün olmayan qətnamə qəbul ed ilməsini göstərsələr də, kasasiya instansiyası məhkəməsi onların bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Şuşinski küçəsi, 19 saylı binanın 44-saylı mənzili İfrat Əliyevin mülkiyyətində olub və sonuncu həmin mənzili 06 iyun 2002-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı satıb. 18 iyul 2002-ci il tarixli Çıxarışa əsasən mənzil daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə İddiaçı adına qeydə alınıb. Mənzilə dair verilmiş 2 saylı forma arayışdan görünür ki, sözügedən mənzildə İddiaçı 2002-ci ildən, cavabdeh Elxan Yusupov 2004-ci ildən daimi qeydiyyatdadırlar. Apelyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş sübutları araşdı rıb müəyyən etmişdir ki, cavabdeh Elxan Yusupov iddiaçı mübahisəli mənzilin mülkiyyətçisi İlahə Yuspovanın qardaşıdır. Mübahisəli mənzil 2002-ci ildə alqı-satqı müqaviləsinə əsasən mülkiyyət hüququ üzrə iddiaçının adına qeydə alınıb və cavabdehlər bundan sonra mənzildə yaşamamışlar. Eyni zamanda, cavabdehlərlə iddiaçı arasında, sonuncuların mübahisəli mənzildən istifadə qaydalarını tənzimləyən hər hansı razılaşma bağlanmadığından bu o, deməkdir ki, mübahisəsi gedən mənzildə daha əvvəldən yaşamışdırlarsa belə, onların mənzildən istifadə hüququ mənzil iddiaçı tərəfindən satın alınan dövrdən itirilmişdir. Bu zaman həm də nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarındakı hüquqi mövqelərə görə, “...Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də, həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz”. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin bəzi müdd əalarının şərh edilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin müraciətinə dair” 22 yanvar 2015-ci il tarixli Qərardadında isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, “Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə təsbit olunan yaşayış sahəsindən istifadə hüququnun saxlanılmasından yalnız mülkiyyətçinin keçmiş ailə üzvü yararlana bilər. Bu mənada hansı şəxslərin ailə üzvü dairəsinə aid olmasını müəyyən edərkən məhkəmələr həmin Məcəllənin 30.1-ci maddəsini, habelə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarında əks olunan hüquqi mövqeləri nəzərə almalıdırlar”. Konstitusiya Məhkəməsinin Plenumunun qeyd olunan hüquqi mövqelərinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, cavabdehlərin mübahisəsi gedən mənzilin mülkiyyətçisi İddiaçı özlərinin saxlanılmalarını tələb etmək hüququ olmadığından, ona məxsus yaşayış sahəsindən istifadə etmək səlahiyyətləri də ola bilməz, olmayan bir hüququn itirilməsi isə mümkün deyil. Yuxarıda göstərilənlərə əsasən apelyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, cavabdehlərin mübahisəli mənzildən qanuni əsaslarla istifadə hüquqları əmələ gəlmədiyindən, onlar iki övladları ilə birlikdə mübahisəli mənzildən çıxarılmalıdırlar. Apelyasiya instansiyası məhkəməsi həmçinin haqlı olaraq qeyd etmişdir ki, cavabdeh Elxan Yusupovun mübahisəli mənzildə hazırkı dövrədək qeydiyyatda qalması da onun həmin mənzildə istifadə hüququnun olması anlamına gəlmir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, “Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər”. Kasasiya instansiyası məhkəməsi kasasiya şikayətlərinin dəlilləri ilə razılaşmır və hesab edir ki, kasasiya şikayətlərinin dəlilləri tam əsassızdır. Belə ki, cavabdehlər kasasiya şikayətlərində mübahisəli mənzildən qanuni əsaslarla istifadə hüquqlarının əmələ gəldiyini, mənzilin şəraitini əhəmiyyətli dərəcədə yaxşılaşdırdıqlarını, bunun üçün 28.500 manat məbləğində vəsait xərclədiklərini və sair göstərsələr də etirazlarının əsası kimi istinad etdikləri halları təsdiq etmək üçün nə birinci, nə də apelyasiya instansiyası məhkəmələrinə heç bir mötəbər yazılı sübut təqdim etməmişlər. Halbuki, Azərbaycan Respublikası MPMnin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin tə qdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apelyasiya instansiyas ı məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Ona görə də cavabdehlərə izah olunur ki, etirazlarının əsası kimi istinad etdikləri halları təsdiq edən zəruri sübutları toplamaqla mənzildə aparmış təmir-tikinti xərclərinin ödənilməsi ilə bağlı ayrıca birinci instansiya məhkəməsində iddia qaldırmaqla mübahisə aça bilərlər. Digər tərəfdən, cavabdehlərin mübahisəli mənzildən istifadə hüquqlarının əmələ gəlməsi üçün yuxarıda sadalanan maddələrin tələblərinə uyğun olaraq onlar həmin mənzilin mülkiyyətçisi olan iddiaçı ilə notarial qadada müqavilə bağlamaqla, mənzilə olan istifadə hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmalı idilər. Hazırki halda isə bu hallar istisna olunur. Kasasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, cavabdehlərin kasasi ya şikayətləri ilə eyni məzmunlu olan apelyasiya şikayətinin dəlillərinə apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kasasiya şikayətləri təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kasasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdehlər X2 və Cavabdeh2 Aleksandrovanın kasasiya şikayətləri təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 oktyabr 2020-ci il tarixli, 2(103)-6952/2020 saylı qətnaməsi kasasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qətidir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar