Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2798/2024 28.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1 Alan oğlunun, İddiaçı2, İddiaçı4, İddiaçı3 Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri almaq tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1 Alan oğlunun, İddiaçı2, İddiaçı4, İddiaçı3 Cavabdehnə qarşı “əmlakın cavabdehlərin qanunsuz sahibliyindən götürülməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-389/2 024 nömrəli, 3 aprel 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********33 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli çıxarışa əsasən ünvan 1i ərazisində yerləşən 0,4501 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi paylı mülkiyyət hüququ əsasında İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ***** ***** qeydiyyat nömrəli, **********33 reyestr nömrəli çıxarışa əsasən onların mülkiyyətində olan, ünvan 1i ərazisində yerləşən 0,4501 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin Cavabdeh MMC-nin qanunsuz sahibliyindən geri qaytarılması və cavabdehin torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişlər.
3. İddiaçılar iddia ərizəsini onunla əsaslandırmışlar ki, onlara məxsus olan torpaq sahəsi cavabdeh tərəfindən istifadə olunur. Mülkiyyətlərində olan torpaq sahəsinin koordinatlarının yerində dəqiqləşdirilməsi ilə əlaqədar İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin DƏDKR PHŞ-in 5 saylı Ərazi İdarəsinə ünvanlanmış müraciətləri əsasında torpaq sahəsi faktiki yerində qonşu torpaq sahələri ilə birlikdə ölçülmüş və torpaq sahəsinin döngə nöqtələri yerində göstərilmişdir. Torpaq sahəsinin yeri müəyyən olunduqdan sonra bu sahənin digər bir mülkiyyətçi tərəfindən istifadə olunduğu müəyyən edilmişdir. Beləliklə, cavabdeh onlara məxsus 0,4501 ha torpaq sahəsini qanunsuz tutaraq oradan istifadə etməkdə və onların mülkiyyət hüquqlarının həyata keçirilməsinə mane olmaqdadır. Cavabdeh müəssisənin səlahiyyətli şəxslərinə torpaq sahəsindən çıxmaları barədə xahiş və tələbləri olsa da, bu müraciətlərinin heç bir nəticəsi olmamışdır. Beləliklə, mübahisənin qarşılıqlı anlaşma yolu ilə həllinə nail olmaq mümkün deyildir.
4. Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, iddia tələbinə qarşı yazılı etiraz və mülahizə də təqdim edilməmişdir.
5. Məhkəmə tərəfindən ekspertiza təyin edilmiş, ekspertizanın keçirilməsi Əmlak Məsələləri Dövlət Xidməti Daşınma z Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin mütəxəssisləri cəlb olunmaqla Ədliyyə Nazirliyinin Məhkəmə Eksperizası Mərkəzinə həvalə edilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyində və onun əsasında verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tikinti-texniki ekspertizasının 10/4321 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyində göstərilir ki, daşınmaz əmlakın dövlət reyestrindən **********33 reyestr nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il qeydiyyat tarixli çıxarışa əsasən İddiaçı1 xüsusi mülkiyyətinə verilmiş, ünvan 1i ərazisində yerləşən 0.4501 ha torpaq sahəsinin döngə nöqtələri və koordinatları üzrə naturada müəyyən edilmişdir. Həmin torpa sahəsi elektron baza məlumatlarına əsasən bütövlükdə Cavabdeh MMC tərəfindən istifadə edilir. Cavabdeh tərəfindən istifadə olunan torpaq sahəsinə aid heç bir hüquq müəyyənedici sənəd təqdim edilməmişdir.
6. Quba Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(027)-273/2023 nömrəli, 16 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim R.Həsənov) iddia təmin edilmiş, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********33 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli çıxarışa əsasən iddiaçıların mülkiyyətlərində olan ünvan 1i ərazisində yerləşən 0,4501 ha torpaq sahəsinin cavabdeh MMC-nin qanunsuz sahibliyindən alınaraq iddiaçılara verilməsi və cavabdeh MMC-nin torpaq sahəsindən çıx arılması, cavabdehdən 50 manat məbləğində ekspertiza xərcinin tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin xüsusi hesabına ödənilməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iş üzrə keçirilmiş mütəxəssis rəyi və iş materialları ilə iddiaçıların torpaq sahəsindən Cavabdeh MMC tərəfindən istifadə edildiyi sübuta yetirilmişdir. Əlavə olaraq xx.xx.2020-ci il qeydiyyat tarixli çıxarışa əsasən ünvan 1i ərazisində yerləşən 0,4501 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi paylı mülkiyyət hüququ əsasında iddiaçıların mülkiyyətində olmasına baxmayaraq, həmin torpaq sahəsinin hüquqların dövlət qeydiyyatına cavabdeh MMC-nin adına qeydiyyata alınması, hansı alğı-satqı müqaviləsi ilə həyata keçirildiyi müəyyən edilməmişdir.
8. Məhkəmə mövqeyini Azərbaycan Resp ublikası Konstitusiyasının 29-cu, Mülki Məcəlləsinin 152.1, 157.2, 157.4, 170.2-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 216-220-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddiaçıların iddia ərizəsinin baxılmamış saxlanılması haqqında qərardad qəbul edilməsi, məhkəmə tərəfindən işə mahiyyətш üzrə baxdığı halda iddianın rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2019-cu ildə MMC tərəfindən Ələddinovlar ailəsindən ünvan 1i ünvanında yerləşən birgə mülkiyyət üzrə onlara məxsus ümumi sahəsi ha olan kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi alınmışdır. Həmin vaxtda Ələddinovlar ailəsindən olan X2 özünə məxsus olan torpaq sahəsini cavabdeh MMC-yə satmağı təklif etmişdir. Lakin bildirmişdir ki, o, 2000-ci ildə özünə məxsus olan 0.4498 ha torpaq sahəsini İddiaçı1 məxsus 0.4501 ha torpaq sahəsi ilə dəyişmiş və 0.4501 ha hal-hazırda Ələddinov Maxlutun, 0.4498 ha torpaq sahəsi isə İddiaçı1 istifadəsində olmuşdur. Belə ki, İddiaçı1 xx.xx.2020-ci il tarixli çıxarış ilə ona məxsus olan torpaq sahəsinin qonşuluğunda olan X2 ilə razılaşaraq ona aid çıxarışla özünə məxsus torpaq sahəsini faktiki olaraq dəyişmiş və İddiaçı1 dəyişdiyi qonşu torpaq sahəsində alma bağı salmış, həmin bağ üçün uzun illər, yəni 23 ildən çox bir müddətdə dövlətdən subsidiya almışdır. MMC Ələddinov Maxlutun təklifini qəbul etmiş və mülkiyyətində olan torpaq sahəsi ilə qonşu ərazidə yerləşən, Maxlutun sahibliyində olan, lakin sənəd üzərində İddiaçı1 məxsus 0.4501 ha torpaq sahəsini almaq istədiyini Maxluta bildirmişdir. Bu məsələ ilə bağlı X5 Əliyevlə görüşmüş və onun razılığı ilə mübahisəli torpaq sahəsi MMC tərəfindən alınmışdır. Artıq 4 ildir ki, bu qaydada qonşu təsərrüfat olmaqla İddiaçı1 MMC-nin mülkiyyətində olan alma bağı saldığı torpaq sahəsindən, MMC isə İddiaçı1 adına olan torpaq sahəsindən istifadə etmişdir. Bu razılıqdan sonra MMC İddiaçı1 mülkiyyətində olan torpaq sahəsində yeni gilas bağı salmışdır. Gilas bağı artıq 4 ildir ki, salınmışdır. MMC-nin saldığı gilas bağının uğurlu bir bağ olmasını görən İddiaçı1 artıq bağın yaxşı məhsul verməsini və hazırda məhsul yığımı ərəfəsində olmasını görərək, 4 il mübahisələndirmədiyi məsələ ilə bağlı mübahisə qaldırmaq fikrinə düşmüş, mülki hüquqlarınd an sui-istifadə etməklə zəhmətlə yetişdirilən məhsula vicdansızcasına sahiblənmək məqsədilə məhkəməyə ərizə ilə müraciət etmişdir və iddiası təmin olunmuşdur. Daha öncə də qeyd olunduğu kimi İddiaçı1 Ələddinov Məxlutla dəyişdiyi torpaq sahəsində 23 ildir ki, alma bağı salmışdır. Onun iddiası özündə qərəzli münasibət və tamahkarlıq motivi daşıyır və iddiaçı əsassız varlanmaq istəməkdədir.
11. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-389/2024 nömrəli, 3 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər S.Qafari (sədrlik edən və məruzəçi), A.Mahmudov və L.Məmmədova) apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
12. Məhkəmə kollegiyası qeyd etmişdir ki, id diaçılar mübahisə predmetini təşkil edən əmlaka mülkiyyət hüququ əldə etmiş, cavabdeh mübahisəli torpağın iddiaçı ilə qonşu torpaq sahəsinin mülkiyyətçisi olan M.Ələddinovla dəyişdirdiyini, onun razılığı ilə həmin torpaq sahəsini M.Ələddinovdan aldığını qeyd etsə də, bunu təsdiq edən tutarlı sübut məhkəmə kollegiyasına təqdim etməmişdir. Əksinə tərəflərin qeyd etdikləri kimi cavabdeh həmin torpaq sahəsinə hüquqlarını rəsmiləşdirməmişdir. Hazırda da onun mübahisəli sahəyə hər hansı bir hüquqları yoxdur. Bu hal iş üzrə keçirilmiş məhkəmə ekspertiza rəyi ilə də öz təsdiqini tapmışdır. İddiaçıların isə əmlak üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alındığından və mülkiyyət hüququnun qeydiyyatı tamlığı prezumpsiyasına malik olduğundan, birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq iddiaçıların mülkiyyət hüququnun müdafiəsi tələbi əsaslı hesab edilməklə iddia tələbini təmin etmişdir.
13. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci, Mülki Prosessual Məcəlləsinin 372.1, 372.7, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
14. Cavabdeh (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, mülki işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
15. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən hazırkı iş üzrə cavabdehlərin geri qaytarılmasını tələb etdikləri torpaq sahəsini 2000-ci il də digər ailə üzvü X1 məxsus 0.4498 ha torpaq sahəsi ilə könüllü razılıq əsasında dəyişmələrinə və 23 ildən çox bir müddətdə İddiaçı1 dəyişdiyi torpaq sahəsində alma bağı salmaqla istifadə etməsinə və dövlətdən subsidiya almasına, həmçinin Əliyev Maxlut sənəd üzərində İddiaçı1 məxsus 0.4501 ha torpaq sahəsini MMC-yə satarkən İddiaçı1lə görüşüb razılaşmasına, bundan sonra 4 il ərzində İddiaçı1 faktiki olaraq dəyişdiyi torpaq sahəsindən MMC-nin isə sənəd üzrə konturlara əsasən formal olaraq İddiaçı1 adında qalmış torpaq sahəsindən istifadə etməklə orada gilas bağı salmasına dair işin hallarına əhəmiyyət verilməmiş, İddiaçı1 və digər iddiaçıların hazırkı iddia tələbini MMC-nin xeyli vəsait sərf etməklə saldığı gilas bağının uğurlu, məhsuldar bağ olmasını gördükdən sonra məhkəmədə iddia qaldır maqla MMCyə qarşı vicdanlılığın tələb etdiyi tərzdə davranmamaqla hüquqdan sui-istifadəyə yol verməklə həmin bağa və onun barına sahiblənmək niyyətinin güdülməsinə düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə çəkişməsi prinsipi təmin olunmamasına görə iddiaçıların 23 ildən artıq müddətdir ki, könüllü şəkildə razılıq əsasında X3 ilə dəyişdikləri bağ sahəsindən istifadə etməklə susmalarına, dəyişmə konturları reyestr orqanında qeydə alınmadığından və reyestr məzmununda müvafiq dəyişdirilmə aparılmadığından formal olaraq sənəd üzrə koordinatların MMC-nin külli miqdarda vəsaiti hesabına salınmış məhsuldar gilas bağına mülkiyyət hüququnun özgənin qanunsuz sahibliyindən əmlakın geri tələb edilməsi institutundan vicdanlılığın tələb etdiyi tərzin əksinə davranış nümayiş etdirmələrinə dair işin həqi qi halları ortaya çıxmamışdır.
16. Cavabdeh şikayətini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 16.1, 220, 358.1, 560.1, 560.2, 560.3.4-cü, Mülki Prosessual Məcəlləsinin 9, 372.1. 380-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz ərizəsində qeyd edilmişdir ki, cavabdeh öz şikayətinin əsası kimi apellyasiya instansiyası tərəfindən işə baxılarkən hazırkı iş üzrə geri qaytarılmasını tələb etdikləri 0.4501 ha torpaq sahəsini 2000-ci ildə digər ailə üzvü X1 məxsus 0.4498 ha torpaq sahəsi ilə könüllü razılıq əsasında dəyişmələrinə məhkəmənin qiymət vermədiyini bildirsə də iş materiallarında belə bir dəyişmə müqaviləsi mövcud deyildir. İş materiallarında mübahisəli torpaq sahəsinin iddiaçıların mülkiyy ətində olduğunu göstərən çıxarışın olduğunu nəzərə alaraq belə bir dəyişmə müqaviləsinin ümumiyyətlə mövcud olmadığı əks olunmuşdur. Belə olan halda isə şikayətdə bu barədə əsassız ifadələrin qeyd edilməsi cavabdehin əsassız varlanma istəyindən başqa bir şey deyildir. Göstərilənlərə əsasən apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
25. Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29, İ hissə. Hər kəsin mülkiyyət hüququ vardır. Maddə 29, İİ hissə. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
26. Mad də 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
27. Maddə 14.3. Əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir 14.2.2. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları.
28. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
29. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
30. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəx slərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
31. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
32. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
33. Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir.
34. Maddə 238.3. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, yerin təki və faydalı qazıntılar Azərbaycan Respublikasının mülkiyyətidir.
35. Maddə 239.2. Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir.
36. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
37. Maddə 48.2. Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər.
38. Maddə
55. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiz iki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır.
39. Maddə 65.1. Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir.
40. Maddə 111.1.
1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
41. Maddə 111.2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.
42. Maddə 111.3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
43. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
46. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
47. Maddə 407.2. Kassasiya şikayətində iş in hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
49. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
50. Maddə 418.3. Prosessual hüquq normalarının po zulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
51. Kassasiya baxışının hədləri
52. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
53. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
54. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
55. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
56. Belə ki, iddia tələbi iddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsindən cavabdehin çıxarılması barədədir.
57. Bu iddia mülkiyyətin müdafiəsinə yönəlmişdir və bu tələblərə baxılarkən əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, daha sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı araşdırılmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.
58. Baxılan işdə də məhkəmələr müəyyən etmişdir ki, mübahisəli torpaq sahəsi iddiaçının mülkiyyətindədir.
59. İddiaçının subyektiv hüququ təsdiq olunduğuna görə sonrakı dəyərləndirmə iddiaçının torpaq sahəsinin və ya onun bir hissəsinin cavabdeh tərəfindən zəbt edilib edilməməsinin müəyyən olunmasından ibarətdir.
60. İşə baxmış məhkəmə kollegiyası bu halın müəyyən olunması üçün ekspertiza aparmaq yolu ilə müəyyən etmişdir ki, iddiaçıların mülkiyyətində olan torpaq s ahəsi cavabdeh tərəfindən istifadə olunur.
61. Bu halda iddiaçıların Mülki Məcəllənin 152.5-ci maddəsində təsbit edilmiş mülkiyyətində olan əmlaka başqa şəxslərin sahibliyinə yol verməmək, Mülki Məcəllənin 157.2-ci maddəsində müəyyən edilmiş özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək hüquqlarından çıxış etməklə cavabdehin onun torpaq sahəsindən çıxarılmasını tələb etmək hüququ vardır. Buna görə də apelyasiya instansiyası məhkəməsi iddianın təmin olunan hissəsində gəldiyi qənaət qanuni və əsaslıdır.
62. Cavabdehin kassasiya şikayətində irəli sürdüyü dəlillərlə bağlı qeyd olunmalıdır ki, əvvəla cavabdeh birinci instansiya məhkəməsində məhkəmə iclaslarında iştirak etməmiş, iddia tələbinə qarşı hər hansi etiraz irəli sürməmişdir. Onun dəlilləri mahiyyəti etibarilə iddia tələ binə qarşı etiraz dəlilləri olmaqla birinci instansiya məhkəməsində təqdim edilməli idi. Başqa sözlə, kassasiya dəlilləri işin faktik halları ilə bağlıdır. Bu mahiyyətdə olan dəlillər isə kassasiya icraatının predmeti deyildir.
63. Həmçinin cavabdeh iddiaçının torpaq sahəsini başqası ilə dəyişmək barədə razılığa gəlməsi, iddiaçı ilə özünün torpaq sahəsini dəyişmək üçün hər hansı razılıq əldə etməyə təşəbbüs göstərməsi barədə heç bir sübut təqdim etməmişdir. Cavabdeh apelyasiya instansiyası məhkəməsində bir neçə dəfə keçirilən məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmişdir.
64. Məhkəmə aktlarının qanuniliyi, ənənəvi olaraq, məhkəmə aktının maddi və prosessual hüquq normalarına uyğunluğu kimi qəbul olunur. Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin ha llarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının d üzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Azərbaycan Respublikası Konstitu siya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli qərarı).
65. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
66. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil e tmir.
67. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-389/2024 nömrəli, 3 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.