Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2799/2024 23.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: podrat müqaviləsi üzrə öhdəliyin yerinə yetirilməməsi, iddia müddəti ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakim Abbasov Aqil Əzizağa oğlu (məruzəçi hakim), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı "pul" tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-331/2024 nömrəli, 21 fevral 2024-cü il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 23 avqust 2024-c ü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra – “iddiaçı”) ilə "xxxx" Mənzil Tikinti Kooperativi (bundan sonra – “cavabdeh” və ya “MTK”) arasında “Kooperativ mənzil tikintisi haqqında” xx.xx.2012-ci il tarixli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən MTK Sumqayıt şəhəri, 9cu mikrorayon, 14 mərtəbəli yaşayış binasında inşa ediləcək 3 saylı mənzili (bundan sonra – mübahisəli mənzil) iddiaçıya təhvil verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2-ci bəndinə görə mənzil 3 otaqdan ibarətdir. Mənzilin sahəsi 118 m2, dəyəri 53100 manatdır. İddiaçı hər ay 1150 manat məbləğində pul ödəyir. Son ödəniş tarixi xx.xx.2015-ci il tarixdir.
2. Mübahisəli mənzilə dair Azərbaycan Respublikası ƏMDK yanı nda DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 15 mart 2021-ci il tarixdə iddiaçının adına çıxarış alınmışdır.
3. Tərəflər arasında daha əvvəllər aşağıda qeyd olunan məhkəmə mübahisələri olmuşdur: 3.1. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-1603/2022 saylı qətnaməsi ilə cavabdeh "xxxx" MTK-dan iddiaçı X5 xeyrinə artıq ödənilmiş 7379 manat, iddiaçı X6 xeyrinə artıq ödənilmiş 3780 manat, İddiaçı xeyrinə artıq ödənilmiş 5940 manat pulun tutulması, iddiaçılar X5 və X6 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün zəruri sənədlərin (maliyyə arayışı, istismara qəbul aktı, mərtəbənin plan eskizi və digər sənədlər) verilməsi öhdəliyi cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinin üzərinə qoyulması qət edilm işdir. 3.2. Həmin icraat zamanı keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/3195 saylı rəyində qeyd olunmuşdur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, 1-ci sual üzrə: ünvan 1 ünvanında (yeni qaydalarla: AZ5001, Sumqayıt şəhəri, Sumqayıt şəhər ərazi vahidi, Üzeyir Hacıbəyli küçəsi, 230) "xxxx" MTK tərəfindən inşa edilmiş 14 mərtəbəli binanın 1A girişində yerləşən və İddiaçı məxsus 3 nömrəli mənzilin faktiki sahəsinin 104,8 kv.metr, X4 məxsus 7 nömrəli mənzilin faktiki sahəsinin 84,7 kv.metr, X3 məxsus 45 nömrəli mənzilin faktiki sahəsinin 101,5 kv.metr, X9 məxsus 57 nömrəli mənzilin faktiki sahəsinin 69,4 kv.metr, İddiaçı məxsus 59 nömrəli mənzilin faktiki sahəsinin 96,3 kv.metr və X1 məxsus 70 nömrəli mənzil in faktiki sahəsinin 83,6 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. 2-ci sual üzrə: ünvan 1 ünvanında (yeni qaydalarla: AZ5001, Sumqayıt şəhəri, Sumqayıt şəhər ərazi vahidi, Üzeyir Hacıbəyli küçəsi, 230) “Şərq’’ MTK tərəfindən inşa edilmiş 14 mərtəbəli binanın 1A girişinin, 2-ci mərtəbəsində yerləşən və İddiaçı məxsus 3 nömrəli mənzilin ümumi sahəsi 118.0 kv.metr, X4 məxsus 7 nömrəli mənzilin ümumi sahəsi 107.0 kv.metr, 8-ci mərtəbəsində yerləşən və X3 məxsus 45 nömrəli mənzilin ümumi sahəsi 119;0; kv.metr, 10-cu mərtəbəsində yerləşən və X9 məxsus 57 nömrəli mənzilin ümumi sahəsi 92,0 kv.metr, 10-cu mərtəbədə yerləşən və İddiaçı məxsus 59 nömrəli mənzilin ümumi sahəsi 115,0 kv.metr, 11-ci mərtəbəsində yerləşən və X2 məxsus 70 nömrəli mənzilin ümumi sahəsi 107,0 kv.metr təşkil etdiyi müəyyə n edilmişdir. 3-cü sual üzrə üzrə: ünvan 1 ünvanında (yeni qaydalarla: AZ5001, Sumqayıt şəhəri, Sumqayıt şəhər ərazi vahidi, Üzeyir Hacıbəyli küçəsi, 230) "xxxx" MTK tərəfindən inşa edilmiş 14 mərtəbəli binanın 1A girişində yerləşən və İddiaçı məxsus 3 nömrəli mənzilin faktiki sahəsi (104,8 m2 ) ilə ümumi sahəsi (118,0 m2 ) arasında 13,2 m2, X4 məxsus 7 nömrəli mənzilin faktiki sahəsi (84,7 m2 ) ilə ümumi sahəsi (107,0 m2 ) arasında 22,3 m2, X3 məxsus 45 nömrəli mənzilin faktiki sahəsi (101,5 m2 ) ilə ümumi sahəsi (119,0 m2 ) arasında 17,5 m2, X9 məxsus 57 nömrəli mənzilin faktiki sahəsi (69,4 m2 ) ilə ümumi sahəsi (92,0 m2 ) arasında 22,6 m2, İddiaçı məxsus 59 nömrəli mənzilin faktiki sahəsi (96,3 m2 ) ilə ümumi sahəsi (115,0 m2 ) arasında 18,7 m2, X1 məxsus 70 nömrəli mənzilin faktik i sahəsi (84.7 m2 ) ilə ümumi sahəsi (107.0 m2 ) arasında 22.3 m2 fərq olduğu müəyyən edilmişdir. 3.3. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-568/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)1603/2022 saylı qətnaməsi ləğv edilərək iddia ərizəsi baxılmamış saxlanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, MTK ilə iddiaçı arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqavilə ilə təhvil verilmiş mənzilin ümumi sahəsinin bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanması, cavabdehdən artıq ödənilmiş 5940 manatın və vurulmuş ziyana görə 1188 manatın alınıb iddiaçıya verilməsi barədə q ətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, müqavilədən irəli gələn öhdəliklər iddiaçı tərəfindən vaxtı-vaxtında icra edilmişdir. Lakin cavabdeh iddiaçıya müqavilədə nəzərdə tutulmuş sahəyə malik mənzil verməmişdir. Belə ki, müqavilədə mənzilin sahəsi 118 kv.m göstərilsə də, iddiaçıya faktiki olaraq 104.8 kv.m, yəni 13.2 kv.m az mənzil verilmişdir. Bununla da cavabdeh müqavilə öhdəliyini lazımınca yerinə yetirməmişdir. Belə olan halda iddiaçının şərtləşdirilmiş malı əldə etmədiyi üçün daha az ödəniş etmək və artıq etdiyi ödənişi geri almaq hüququ yaranmışdır.
6. İddiaçı ona məxsus 3 nömrəli mənzilin müqavilədə nəzərdə tutulan 118 kv.m ölçüsünə görə 53100 manat, yəni mənzilin hər m2 görə 450 manat ödəniş etmişdir. Beləliklə, iddiaçıya mənzilin fakti ki sahəsi ilə ümumi sahəsi arasında olan 13,2 m2 fərqə görə cavabdeh MTK tərəfindən 5940 (450 x 13,2) manat pul qaytarılmalıdır.
7. Eyni zamanda bu vəsaiti isə əsassız olaraq qəbul edib özündə saxlamaqla, cavabdeh həmin vəsait hesabına əsassız varlanmış və iddiaçıya ziyan vurmuşdur. İddiaçı ödənişlərini 2019-cu ildə tam bitirmişdir. Həmin ildən başlayaraq, 4 il ərzində bank uçot dərəcəsi nəzərə alınmaqla iddiaçıya dəymiş ziyan aşağıdakı qaydada hesablanmalıdır: 5940 manat * 5% * 4 il = 1188 manat.
8. İddiaçı tələbinin hüquqi əsası kimi Mənzil Məcəlləsinin 12.5-ci və Şəhərslama və Tikinti Məcəlləsinin 59.3-cü maddələrinə istinad etmişdir.
9. Cavabdeh iddiya yazılı etiraz vermişdir. Etirazda idda müddətini tətbiqi ilə yanaşı, aşağıdakı dəlillər olmuşdur: - iddiaçı mübahisəli hala dair sübut kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışa istinad edərək, onunla müqavilədə nəzərdə tutulduğundan az sahəsi olan mənzil verildiyini bildirmişdir; - məmulatın qüsurlu olduğu müəyyən edilsə belə, sifarişçinin əşyanı qəbul edərkən qüsurdan xəbərdar olub-olmaması, əgər olmamışsa, bu halı hansı andan bilməsi və ya bilməli olması mübahisənin düzgün həlli baxımından əhəmiyyət kəsb edir. Belə ki, baxılmamış saxlanan əvvəlki işdə cavabdeh birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqinə dair ərizə vermişdir. Qanunvericiliyə görə, sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir; - bundan başqa, sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. Əvvəlki işdə məhkəmə iddia müddətinin əvvəlini iddiaçının mənzilinə dair çıxarış aldığı 2021-ci ili yanvar ayından hesablasa da, mənzilin iddiaçı tərəfindən nə vaxt təhvil almasına, bu zaman onun daxili sahəsinin həcmi barədə məlumatlı olub-olmasına, olmayıbsa, mənzildə təmir işlərinin nə zaman görülməsinə, belə işlərin görülməsinə dair podratçılarla adətən kv.m. ölçü vahidi ilə razılaşma aparıldığı halda iddiaçının istinad etdiyi qüsurla bağlı öz hüquqlarının pozulduğunu bilməli olub-olmamsına dair hüquqi qiymətləndirmə aparmamışdı. Halbuki, qüsur aşkar edildiyi təqdirdə yuxarıdakı xüsusatlar üzrə lazımi dəyərləndirmə aparılmaqla, iddiaçının məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edibetmədiyi nə, yaxud bu qüsur üzrə iddiaçının hüquqlarının pozulmasını bildiyi və ya bilməli olduğu məqama, buna müvafiq olaraq tələb üzrə iddia müddətinin keçib-keçmədiyinə mülki qanunvericiliyin normaları əsasında hüquqi qiymət verilməlidir; - yuxarıda şərh edilən hüquqi mövqe məhkəməyə elektron sistem vasitəsi ilə təqdim edilmiş Ali Məhkəmənin 3 qərarında ifadə olunan hüquqi mövqe ilə eynilik təşkil edir. Həmin qərarlardan da aşkar şəkildə görünür ki, Ali Məhkəmə tərəfindən formalaşdırılmış təcrübəyə əsasən bu növ münasibətlərə podrat münasibətləri kimi qiymət verilir və iddia müddətinin axımı müqavilənin bağlandığı və əmlakın təhvil verildiyi vaxtdan hesablanır; - iddiaçı 2015-ci ilin mart ayında mənzilinin təmirə başlayıb, iyun ayında həmin mənzilə köçmüşdür. İddiaçının özünün də etiraf etdiyi kimi mənzil təmir edərək, 2015-ci ildən orada yaşamışdır; - iddiaçı mənzili təhvil alarkən və təmirə başlayarkən mənzilini ölçməli və müqavilə predmeti olan mənzilin ölçülərində qüsur olduğu halda bunu podratçı olan MTK-ya bildirməli idi. Buna baxmayaraq, iddiaçı mənzili qəbul etmiş, mənzili təmir etdirmiş və uzun illər ərzində bu mənzildə yaşayaraq, mənzilin real ölçülərini bilə-bilə MTK-ya ödəniş də etmişdir; - Mülki Məcəllənin 373.2 və 377.1-ci maddələrinin tələblərinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. İddiaçının özünün bildirdiyinə gö rə 7-9 il bundan öncə mənzili təhvil almışdır. Bu müddət ərzində iddiaçı mənzili ölçmək və ya ölçdürmək iqtidarında olmuş və əldə etdiyi mənzilin dəqiq sahəsi ilə maraqlanmalı idi; - mənzil təmir edilmişdir. Təmir zamanı isə aydın məsələdir ki, ödənişlər hər kv. metrə uyğun aparılır. Belə olan halda iddiaçı podrat müqaviləsi üzrə qəbul etdiyi əmlakın ölçülərini aydınlaşdırmalı və bu zaman da hüquqlarının pozulub-pozulmadığını bilməli idi.
10. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (əri) Nümayəndə iddia tələbini müdafiə edərək əlavə olaraq bildirmişdir ki, 2012-ci ildə Sumqayıt şəhəri, 9-cu mikrorayon, giriş 1A, mərtəbə 2 ünvanında yerləşən 3 saylı mənzili cavabdeh MTK-dan almışdır. 2015ci ildə həmin mənzil qardaşı oğlu tərəfindən təmir olunmuşdur. Belə ki, 2015-ci ildə kirayədə qaldığına görə məcbur olub qardaşı oğluna həmin mənzili təmir eləməsi üçün pul vermişdir. Həmin zaman mənzilin müqavilədə göstərilən sahədə olmamasından məlumatı olmamışdır. Çünki işi ilə əlaqədar vaxtı olmadığına görə sözügedən mənzil arvadının (iddiaçının) adına keçirmiş, 2021-ci ildə isə arvadının adına həmin mənzilə dair çıxarış alınmışdır. Əvvəl həmin mənzili 1 kv.metri 450 manata olmaqla 112 kv.m. sahədə almış, lakin sonradan arvadı mənzilə görə aylıq ödənişi edəndə ona mənzilin sahəsinin 112 kv.m. deyil, 118 kv.m. olduğunu, bununla əlaqədar müqaviləni dəyişdiklərini bildirmiş və köhnə müqaviləni cırıb yeni müqavilə vermişlər. İddiaçı bilməyərək müqaviləyə imza etmişdir. Özünün də cavabdehin nümayəndəsi ilə görüşməyə vaxtı olmamışdır. Təsadüf hallarda həftənin bazar günləri evdə olmuş, bazar günü də cavabdehin nümayəndəsi işdə olmadığından onu görə bilməmişdir. Dəfələrlə cavabdehin nümayəndəsinə zəng etmiş və qarşı tərəf ona mənzilin sahəsini düz ölçüldüyünü, mənzilin sahəsinin 118 kv.m olduğunu söyləmişdir. Hərbçi olduğunu görə 2012-ci ildən 2021-ci ilə kimi məhkəməyə müraciət etmək imkanı olmayıb.
11. Sumqayıt Şəhər Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli, e-2(060)-5370/2023 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.
12. Birinci instansiya məhkəməsi işdəki sənədlərə, o cümlədən baxılmamış saxlanan iş üzrə məhkəmə aktlarına əsasən müəyyən etmişdir ki, iddiaçı ilə cavabdeh arasında Sumqayıt şəhəri, 9-cu mikrorayon ünvanında cavabdeh tərəfindən inşa edilən 14 mərtəbəli binada yerləşən Giriş 1A, mərtəbə 2, mənzil 3-ün tikintisi haqqında 30 dekabr 2012-ci ildə müqavil ə bağlanmışdır. Qeyd edilən müqavilə mahiyyət etibarı ilə podrat müqaviləsidir. Müqavilədən irəli gələn öhdəliklər iddiaçı tərəfindən vaxtlı-vaxtında icra edilmişdir. Lakin, iddiaçı cavabdehin ona müqavilədə nəzərdə tutulmuş sahəyə malik mənzil vermədiyini iddia edir.
13. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı mənzili (icranın) qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən qəbul etmiş, bu qüsur üzrə iddiaçının hüququnun pozulmasını bilməli olduğu məqam 2015-ci il olmuşdur. Belə ki, məhkəmə iclası zamanı verdiyi izahatında iddiaçı mənzili 2015-ci ildə təmir etdirdiyini və elə 2015-ci ildən həmin mənzildə yaşadığını bildirmişdir. Məhkəməyə isə iddianı ilk dəfə 2022-ci ildə verməklə iddiaçı qeyd edilmiş podrat münasibətləri üzrə iddia müddətini ötü rmüşdür.
14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 372.1, 372.2, 377.1, 377.2, 441.1-441.4, 752.1, 752.2, 759.1, 762.2, 762.3, 763.1, 770, 772.1, 773, 776.1, 776.2-ci, Mənzil Məcəlləsinin 12.2 və 12.5-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmış və buna görə də ləğv edilməlidir. Belə ki, mübahisə kooperativ mənzil tikintisi haqqında müqavilə üzrə kooperativin üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməməsi ilə bağlıdır. İlkin görünüşdə podrat sifarişi nin elementləri olsa da, bu mübahisəyə podrat münasibətlərini tənzimləyən normalar deyil, kooperativə üzvlük, ona əmlak payı qoyulması və onun ümumi mülkiyyətdəki payı ilə bağlı normalar tətbiq edilməli idi. Həmçinin məhkəmə iddia müddəti ilə bağlı normaları yalnış tətbiq etmişdir. Mülki Məcəllənin 372.1.-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2.-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Hazırkı müqavilə podrat müqaviləsi olmadığı üçün, burada 1 illik deyil, 6 illik iddia müddəti əsas götürülməli idi. İddiaçı məhkəmədə iddia müddətinin tətbiqi ilə bağlı araşdır ma zamanı bildirmişdir ki, mübahisəli mənzili 2013-cü ildə qəbul etsə də, onun yerləşdiyi bina yalnız 2019-cu ildə istismara qəbul edilmiş və yalnız bundan sonra həmin mənzillər üzərində mülkiyyət hüququnun qeydiyyatına başlanılmışdır. Qeydiyyat idarəsinin mütəxəssislərinin ölçmə işlərindən sonra bəlli olmuşdur ki, mənzillərin sahələrində əskiklik var. 2021-ci ildə 6 mənzil sahibinin birgə sifarişi əsasında mütəxəssis dəvət olunmuş, ölçmə işlərindən sonra 6 mənzilin hər birində sahə əskikliyi aşkar olunmuşdur. Əslində, binanın 2019-cu ildə istismara verilməsi faktı işin mübahisələndirilməyən halıdır. Məhkəmə iddiaçının hüququnun pozulduğunu bildiyi anı 2013-cü illə əlaqələndirsə də, bununla bağlı konkret sübuta istinad etməmişdir.
17. Apellyasiya baxışında iddiaçının nümayəndəsi mənzlin 20 15-ci ildə təmir edildiyini elə həmin ildə də mənzilə köçdüklərini bildirmişdir.
18. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-331/2024 nömrəli, 21 fevral 2024-cü il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Səyyad Qafari (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov, Lətifə Məmmədova)
19. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasında mübahisəli mənzilin tikintisi haqqında 30 dekabr 2012-ci ildə müqavilə bağlanması işin mübahisəsiz halıdır. Baxılan iş üzrə iddia tələbi mənzilin ümumi sahəsinin bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanması, cavabdehdən artıq ödənilmiş 5940 mana tın və vurulmuş ziyana görə 1188 manatın ödənilməsi barədədir, iddia tələbinin qanuni əsasını isə Mülki Məcəllənin 752-ci maddəsi təşkil edir.
20. Apellyasiya instansiyası məhkəməsi iddia müddətinin keçməsinə görə iddia tələbinin rədd edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq bildirmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqinin mühüm əhəmiyyətə malik olmasını göstərmişdir.
21. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətinin müəyyən edilməməsi yaranmı ş münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətləri iki növə bölünür – ümumi və xüsusi. Ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil.
22. Apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən belə nəticəyə gəlmişdir ki, mübahisəli mənzillə bağlı müqavilə xx.xx.2012-ci ildə bağlansa da, iddiaçı mənzili 2015-ci ildə təmir etdirməsinə və elə 2015-ci ildən həmin mənzildə yaşamasına baxmayaraq məhkəməyə ilk dəfə 2022-ci il tarixdə müraciət etməklə mövcud qanunvericilikdə nəzərdə tutulmuş 5 illik iddia müddətini ötürmüşdür.
23. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 375.2 və 776.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikay ətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlillər
24. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
25. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmışdır. (bax:16-cı bənd) b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə
773. Əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. Maddə 776.1. Sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdu r. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kas sasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.
1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
27. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aş ağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
28. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır.
29. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahis əli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları da müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlib.
32. İddia tələbi öhdəlik münasibətlərindən irəli gəlib, podrat müqaviləsi üzrə cavabdehin öhdəliyinə əməl etməməsi, iddiaçıya dəyərini ödədiyi və podrat müqaviləsində nəzərdə tutulmuş ölçüdən da az ölçüdə mənzil verilməsi barədədir.
33. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən halları da ondan ibarətdir ki, mübahis əli mənzillə bağlı müqavilə xx.xx.2012-ci ildə bağlansa da, iddiaçı mənzili 2015-ci ildə təmir etdirmiş, 2015-ci ildən həmin mənzildə yaşamasına baxmayaraq məhkəməyə ilk dəfə 2022-ci il tarixdə müraciət etmiş, bununla da qanunvericilikdə nəzərdə tutulmuş 5 illik iddia müddətini ötürmüşdür.
34. Nəzərə alınmalıdır ki, binaya aid podrat müqaviləsi üzrə sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən beş il ərzində irəli sürə bilər.
35. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr, o cümlədən apellyasiya instansiyası iddia müddətinin ötürülməsini müəyyən etdiyi üçün iddia müddətini nizama salan Mülki Məcəllənin yuxarıda qeyd edilən normalarının tətbiqi işin hallarına uyğun olmuşdur. Tətbiq edilən maddi hüquq normalarının dispozitiv şərtləri işin müəyyən edilmiş halları ilə uyğun gəlir.
36. Məhkəmə kollegiyası qeyd edir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dai r" 27 dekabr 2001-ci il tarixli Qərarı).
37. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərini – mübahisənin kooperativ mənzil tikintisi haqqında müqavilə olması, buna görə də mübahisəyə podrat münasibətlərini tənzimləyən normaların tətbiq edilməsinin səhv olması, müqavilə podrat müqaviləsi olmadığı üçün, burada 1 illik deyil, 6 illik iddia müddətinin əsas götürülməli olması, müddətinin axımının mübahisəli mənzilə dair çıxarışın alındığı 2021-ci ildən hesablanmalı olması – qəbul etmir.
38. Belə ki, tərəflər arasında mənzilin tikintisi barədə bağlanan müqavilə podrat müqaviləsidir. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyən ləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər.
39. İşin halları da ondan ibarətdir ki, iddiaçı müqavilə ilə cavabdeh tərəfindən inşa edilən binada ona təhvil verilmiş mənzilin sahəsinin müqavilədə göstəriləndən az olduğuna bildirir. Bu isə tərəflər arasında podrat hüquq münasibətlərinin olmasını göstərir.
40. Bu baxımdan, mübahisəyə podrat münasibətlərini tənzimləyən hüquq normalarının tətbiqinin səhv olması barədə dəlillər əsassızdır.
41. Həmçinin 1 illik deyil, 6 illik iddia müddətinin əsas götürülməli olması barədə dəlil də əsaslı deyil. Əvvəla, məhkəmələr Mülki Məcəllənin 776.1-ci maddəsinə əsasən 1 illik deyil, 5 illik iddia müddətini tət biq ediblər. Bundan əlavə, tərəflər arasındakı hüquq münasibətlərinin podrat münasibətləri olması yuxarıdakı bəndlərdə şərh olunduğu üçün 6 illik iddia müddətin hazırki mübahisəyə tətbiq edilməli olması barədə dəlil də əhəmiyyətini itirmiş olur.
42. İddia müddətinin axımının mübahisəli mənzilə dair çıxarışın alındığı 2021-ci ildən hesablanmalı olması barədə dəlil də əsaslı deyil. Belə ki, işin müəyyən edilmiş hallarına görə ona daha kiçik ölçüdə mənzil təhvil verilməsini iddiaçı 2015-ci ildən bilmişdir. Başqa sözlə, bu qüsur üzrə iddiaçının hüququnun pozulmasını bilməli olduğu məqam 2015-ci il olmuşdur.
43. Qeyd edilməlidir ki, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlayır. Sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi g ündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. (Mülki Məcəllə, 377.1, 776.1)
44. Göründüyü kimi, qanunvericilik iddia müddətinin axımının hansı andan başlamasını, eləcə də podrat hüquq münasibətlərində bunun işin qəbul edildiyi gündən hesablanmalı olmasını müəyyən edib. Bu baxımdan, analoji işlərdə iddia müddətinin axımının çıxarışın alındığı vaxtdan hesablanmalı olması barədə dəlil əsaslı qəbul edilə bilməz.
45. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
46. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti t əmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-331/2024 nömrəli, 21 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.