Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-28/2019 17.01.2019 ALİ MƏHKƏMƏ AzərbaycanRespublikasıadından AzərbaycanRespublikasıAliMəhkəməsinin MülkiKollegiyasının QƏRARİ 17 yanvar 2019-cuil İş№ 2(102)-28/2019 Bakışəhəri AzərbaycanRespublikasıAliMəhkəməsininMülkiKollegiyası, hakimlər Qoldman Tatyana Aleksandrovnanın sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlundan və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Fərhadov Fuad Əlirza oğlunun iştirakı ilə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ŞəkiApellyasiyaMəhkəməsiMülki Kollegiyasının 2(107)1332/2018 saylı24 may2018-ciiltarixliqətnaməsindənbirgə verdiklərikassasiyaşikayətiüzrəişəbaxaraq MÜƏYYƏN ETDİ: Zaqatala Rayon Məhkəməsinin 23 yanvar 2018-ci il tarixli qətnaməsi ilə (hakim A.A. İsmayılov, iş № 2(033)-88/2018) iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh3, onların ailə üzvləri olan X4, X1, X6, X7 və X5 ilə birlikdə iddiaçı Açıq Səhmdar Cəmiyyəti «X» Bankına xüsusi mülkiyyət hüququ ilə məxsus olan X. köməkçi sahədən ibarət 2 saylı fərdi yaşayış evindən 1 (bir) ay müddətində çıxarılması, həmin fərdi yaşayış evi və mülkiyyət hüququ ilə iddiaçı Açıq Səhmdar Cəmiyyəti «X» Bankına məxsus olan zəbt edilmiş 0,03 ha torpaq sahəsinin qeyd edilən şəxslərin qanunsuz sahibliyindən alınaraq, iddiaçı Açıq Səhmdar Cəmiyyəti «X» Bankına təhvil verilməsi, iddia ərizəsinin cavabdehlərin və onların ailə üzvlərinin X. köməkçi sahədən ibarət 2 saylı fərdi yaşayış evindən başqa, həm də 141 kv.m. icazəsiz artırılmış sahədən 1 (bir) ay müddə tində çıxarılmaları, icazəsiz artırılmış həmin sahənin və zəbt edilmiş 0,02025 ha torpaq sahəsinin qeyd edilən şəxslərin qanunsuz sahibliyindən alınaraq, iddiaçı Açıq Səhmdar Cəmiyyəti «X» Bankına təhvil verilməsi tələbinə dair hissəsinin rədd edilməsi və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumunun və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 22 (iyirmi iki) manat məbləğində vəsaitin əvəzinin cavabdehlərdən iddiaçı xxxxnın xeyrinə tutulması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 may 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən və məruzəçi hakim M.A.Əsədli, hakimlər Ə.T.Məcidov və İ.F.Quliyev, iş № 2(107)-1332/2018) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 23 yanvar 2018-ci il, 2(033)-88/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göstərilən qətnamədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə kassasiya şikayəti vermişlər. İşinhalları: İddiaçı ASC «X» Bank iddia ərizəsi, sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh3, onların ailə üzvlərinin və digər şəxslərin iddiaçıya mülkiyyət hüququ ilə məxsus olan X. köməkçi sahədən ibarət 2 saylı fərdi yaşayış evindən, eyni zamanda 141 kv.m. icazəsiz artırılmış sahədən 1 (bir) ay müddətində çıxarılmaları və yaşayış evinin (icazəsiz artırılmış sahə ilə birlikdə), həmçinin 0,05025 ha (mülkiyyət hüququnu təsdiq edən sənəd üzrə 0,03 ha, digər hissə isə zəbt edilmiş sahə olmaqla) torpaq sahəsinin həmin şəxslərin qanunsuz sahibliyindən alınaraq, iddiaçı ASC «X» Bankına təhvil verilməsi, iddia ərizəsinin verilməsinə görə 10 (on) manat məbləğində dövlət rüsumunun və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 22 (iyirmi iki) manat məbləğində çəkilmiş xərclərin cavabdehlərdən birgə qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Zaqatala Rayon Məhkəməsinin 01 aprel 2010-cu il tarixli 2(033)-139/2010 saylı qətnaməsi ilə Cavabdeh1 iddiaçı ASC “X” Bankına olan 34058,63 ABŞ dolları məbləğində kredit borcunun ödənilməsi üçün mübahisə predmeti olan X. köməkçi sahədən ibarət 2 saylı fərdi yaşayış evinin açıq hərracdan satılması, əldə olunan məbləğin bor cun ödənilməsinə yönəldilməsi qət olunmuşdur. Bundan sonra həmin ev hərraca çıxarılmış, lakin satılmadığından banka təklif edilmiş və 06.12.2010-cu il tarixli Hərracın yekunları barədə əmlakın alqı-satqısına dair müqaviləyə əsasən iddiaçının mülkiyyətinə verilmişdir. Zaqatala Rayon İcra Qrupunun 17.04.2017-ci il tarixli aktına əsasən, mübahisəli fərdi yaşayış evi boşaldılıb iddiaçıya təhvil verilmişdir. Əmlak boşaldılaraq iddiaçıya təhvil verildikdən sonra cavabdehlər və onların ailə üzvləri həyətə giriş qapısının açarını sındıraraq iddiaçıya məxsus evə daxil olmuş, əmlaka qanunsuz sahiblik və ondan istifadə etməyə başlamışlar. Hazırda barəsində mübahisə gedən Zaqatala şəhəri, Əhməd Mahmudov küçəsindəki 2 mərtəbəli, 3 otaqlı, 95.7 kv.m. yaşayış, 38.6 kv.m. köməkçi və 134,3 kv.m. ümumi sahə dən ibarət 2 nömrəli fərdi yaşayış evi üzərində yerləşdiyi 0.03 ha torpaq sahəsi ilə birlikdə iddiaçının mülkiyyətindədir. Lakin cavabdehlər və onların ailə üzvləri həmin yaşayış evini boşaltmırlar və bununla da iddiaçının mülkiyyət hüququnu pozmaqla həmin əmlaka sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə mane olurlar. Mübahisə məhkəmə instansiyaları tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların vəkili Şərifov Samir Cuma oğlu kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1332/2018 saylı 24 may 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahişetmişlər. Kassasiyaşikayətionunlaəsaslandırılmışdırki, apellyasiyainstansiyasıməhkəməsininqətnaməsimaddivəprosessual hüquqnormalarınınpozulmasıvədüzgüntətbiqedilməməsiiləçıxarılmış, işüzrəəhəmiyyətlihallara qiymətverilməmiş, işin halları obyektiv araşdırılmamışdır. Kassasiya şikayətində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, o cümlədən Konstitusiyann 12, 13, 29, 60, MPM-in 14.1, 80, 81, 88, 217-ci maddələrinin tələblərinə riayət etməməklə, nəticədə qanunvericiliyin tələblərini pozmaqla, əsassız qətnamə qəbul etmişdir. Prosessual məsələlər: Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, işdə iştirak edən şəxslər heç bir üzrlü səbəb göstərmədən məh kəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci və apellyasiya instansiyaları məhkəmələri tərəfindən sübut kimi müəyyən olan faktlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-ed ilməməsini yoxlayarkən iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırmaq kimi qiymətləndirilə bilməz. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından aydın olur ki, Cavabdeh2 tam mülkiyyət hüququ ilə məxsus olmuş Zaqatala şəhəri, Əhməd Mahmudov küçəsində 0.03 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 95.7 kv.m. yaşayış, 38.6 kv.m. köməkçi sahədən ibarət 2 nömrəli fərdi yaşayış evi 22 aprel 2009-cu il tarixli 012008/00115/09/12 nömrəli ipoteka müqaviləsinə əsasən, iddiaçı ASC “X” Bankı ilə Cavabdeh1 arasında bağlanmış 22.04.2009-ci il tarixli **********09 nömrəli kredit müqaviləsi üzrə iddiaçı qarşısında öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Zaqatala Rayon Məhkəməsinin 01 aprel 2010-cu il tarixli 2(033)-139/2010 nömrəli qətnaməsi ilə ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan həmin fərdi yaşayış evinə ödənişin yönəldilərək, evin boşaldılması və açıq hərracdan satılaraq, bankın kredit tələbinin realizə edilmiş dəyərindən ödənilməsi, göstərilən fərdi yaşayış evinə tutma yönəldikdə və o, satıldıqda, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 həmin evdə qeydiyyatlarının ləğv edilərək, yaşayış hüquqlarına xitam verilməsi və həmin şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay müddətinə tərk etmələri qət edilmişdir. Bundan sonra kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası ilə əlaqədar barəsində mübahisə gedən ipoteka predmeti olan fərdi yaşayış evi açıq hərracda satılmadığı üçün naturada iddiaçı ASC “X” Bankına təklif olunmuş və bank, Cav abdeh1 kredit borcunun əvəzinə digər Cavabdeh2 mülkiyyətində olan həmin evi təhvil almışdır. Hazırda mübahisəli yaşayış evinin yeni mülkiyyətçisi iddiaçıdır. Apellyasiya instansiyası məhkəməsi, barəsində mübahisə gedən Zaqatala şəhəri, Əhməd Mahmudov küçəsindəki 2 mərtəbəli, 3 otaqlı, 95.7 kv.m. yaşayış, 38.6 kv.m. köməkçi və 134,3 kv.m. ümumi sahədən ibarət 2 nömrəli fərdi yaşayış evinin üzərində yerləşdiyi 0.03 ha torpaq sahəsi ilə birlikdə vahid daşınmaz əmlak hesab edildiyini qeyd etmiş, apellyasiya şikayətinin dəlilləri ilə razılaşmamış, hər hansı araşdırma aparmadan yalnız birinci instansiya məhkəməsinin iddianın cavabdehlərin 141 kv.m. icazəsiz artırılmış sahədən 1 (bir) ay müddətində çıxarılmaları, icazəsiz artırılmış həmin sahənin və zəbt edilmiş 0,02025 ha torpaq sahəsinin qeyd e dilən şəxslərin qanunsuz sahibliyindən alınaraq iddiaçıya təhvil verilməsi tələbinə dair hissəsinin rədd edilməsi barədə qənaətə gəlməsinə əsaslanmış və Mülki Məcəllənin 152.5-ci maddəsinə istinad edib hesab etmişdir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası işin materiallarını tədqiq edərək, məruzəçini dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırki işə baxılarkən maddi və prosessual hüquq normalarının tələblərinə tam əməl edilməmişdir və bununla əlaqədar qəbul olunmuş qətnamə aşağıdakı əsaslara görə ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, h ər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi, 71-ci maddəsinin İ hissəsi və 127-ci maddəsinin İİ hissəsi). Mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və ya hüquqi şəxsin Azərbaycan Respublikası Konstitusiyasından, qanunlarından və digər normativ-hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dön mədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir (MPM-in 2.1 və 2.2-ci maddələri). Göründüyü kimi, cavabdeh tərəf qeyd edir ki, onların yeganə yaşayış yeri olan ünvan 1 ünvanda yerləşən mübahisə predmeti olan fərdi yaşayış evi 2 mərtəbədən, 6 yaşayış otağından, qeyri-yaşayış sahəsindən, köməkçi sahələrdən, hamamdan və tualetdən (2 tikili) ibarətdir. Həmin fərdi yaşayış evi 3 sot torpaq sahəsində 1989- cu ildə tikilmis, 1997ci ildə Cavabdeh2 adına rəsmi qeydə alınmışdır. Zaqatala Rayon İcra Qrupunun 17.04.2017-ci il tarixli aktına əsasən, mübahisəli 2 mərtəbəli fərdi yaşayış evinin ipoteka ilə yüklü edilmiş 3 otağı boşaldılıb iddiaçıya verilməli olduğu halda, məcburi qaydada bütün yaşayış, köməkçi sahələr, torpaq sahəsi, ipoteka ilə girov qoyulmayan 1987-ci ildə inşa edilmiş, həmin 3 ot aqla birgə tikilimiş otaqlar qanunsuz olaraq tam boşaldılaraq iddiaçıya təhvil verilmişdir. Onların başqa yaşayış yerləri olmadığından 1987-ci ildə inşa etdikləri, dövlət reyestrindən rəsmi qeydiyyatdan keçməmiş, lakin 30 il istifadələrində olan ipoteka ilə iddiaçı qarşısında yüklü edilmiş 3 otaqdan başqa, qalan 4 otağa köçərək 10 nəfərdən ibarət ailə üzvləri ilə birlikdə orada yaşayırlar. Göründüyü kimi, iddiaçının iddia etdiyi 141 kv.m.-lik yaşayış sahəsi və köməkçi sahələr, 0.03 ha torpaq sahəsi və istifadələrində olan digər torpaq sahəsi iddiaçı qarşısında girov qoyulmamış və yüklü edilməmişdir. Həmin otaqlar ipoteka predmeti ilə birgə inşa edilmiş və uzun illərdir ki, istifadələrindədir. İddiaçı qarşısında yalnız 3 otaq (95,7 kv.m. yaşayış, 38.6 kv.m. köməkçi sahə) yüklü edilmiş və id diaçı qarşısında yüklü edilmiş həmin 3 otaq hərrac vasitəsilə iddiaçının mülkiyyətinə verilmişdir. Sonradan həmin 3 otaq icra məmurları tərəfindən boşaldılaraq, iddiaçıya təhvil verilmiş və hazırda da iddiaçının istifadəsində və mülkiyyətindədir. Apellyasiya instansiyası məhkəməsi heç bir araşdırma aparmamış, 30 il cavabdehlərin istifadələrində olan 141 kv.m.-lik yaşayış sahəsi və köməkçi sahələrin hansı torpaq sahəsində, iddiaçının mülkiyyətində olan 0,03 ha torpaq sahəsində və ya zəbt edildiyi qeyd edilən 0,02025 ha torpaq sahəsində yerləşdiyini aydınlaşdırmamış, beləliklə MPM-nin 14.1-ci maddəsinə əsasən işin tam, hərtərəfli, obyektiv tədqiqinə lazımi şərait yaratmayaraq, tam qanuni və əsaslı qətnamə qəbul etməmişdir. Məhkəmə kollegiyası bu halın aydınlaşdırılmasını ona görə zəruri hesa b edir ki, 141 kv.m.-lik yaşayış sahəsi və köməkçi sahələrin iddiaçının mülkiyyətində olan 0,03 ha torpaq sahəsində yerləşdiyi müəyyən edildiyi təqdirdə, özbaşına tikilinin sökülməsi tələbi də olmayan hazırki iş üzrə iddianın qismən təmin edilməsi, yəni özbaşına tikilinin yerləşdiyi torpaq sahəsinin tikili ilə birlikdə qeyd edilən şəxslərin sahibliyindən alınaraq iddiaçıya təhvil verilməsi, cavabdehlərin həmin özbaşına tikilinin daşınar əşyalarına mülkiyyət hüququnu pozmuş olar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29cu maddəsinə əsasən, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyə t hüququ nəinki mülkiyyətçinin hüquqi cəhətdən təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. «X-n şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına u yğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08.05.2008-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikasının Konstitusiyası ilə mülkiyyət hüququ tanınan və qorunan hüquqlar sırasındadır (Konstitusiyanın 13cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ, İİ, İİİ hissələri). Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquqları və azadlıqlarından biri kimi bu hüquqa verilən təminat da mülki-hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini də nəzərdə tutur. Kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası onları əsaslı hesab edi r, çünki apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə tam əməl olunmamışdır və bu da qəbul olunmuş qətnamənin ləğvi üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 2005-ci il 24 noyabr tarixli 4 №-li qərarının 2.2-ci bəndinə əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Adı çəkilən qərarın 2.4-cü bəndinə əsasən isə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinə, Azərbaycan Respublikası Konstitusiyasının 60 və 71-ci maddələrinə əsasən hər kəs qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Maddi və prosessual hüquq normalarının pozulması və ya onların düzgün tətbiq olunmaması Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən mübahisəyə düzgün baxılmamasına dəlalət etməklə qəbul olunmuş qətnamənin ləğvi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsi). Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalıdır, çünki yeni qərarın qəbul olunması üçün Azərbaycan Respublikası MPM-nin 41 7.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslar hazırki iş üzrə mövcud deyildir. İşin yeni apellyasiya baxışı zamanı məhkəmə yuxarıda qeyd olunan bütün halları qanunla müəyyən olunmuş qaydada araşdırmalı, Azərbaycan Respublikası MPM-nin 14.1-ci maddəsinə əsasən həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalı və təqdim olunmuş sübutlara müvafiq qiymət verdikdən sonra qanunun tələblərinə əsaslanan qətnamə qəbul etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417.1.3, 418, 419, 420-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə verdikləri kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1332/2018 saylı 24 may 2018-ci il ta rixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-28/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-28/2019
17.01.2019 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver