Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-28/2022 22.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 X, Cavabdeh3 və X5 qarşı ilk, Cavabdeh1 İddiaçı qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: iş üçün əhəmiyyətli olan bütün halların müəyyən edilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, İddiaçının vəkili Nümayəndə iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4293/2021 nömrəli iş üzrə 14 iyul 2021-ci il tar ixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 22 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “mənzildən çıxarılma tələbinə dair” iddia ərizəsi ilə müraciət edərək, cavabdehlərin, övladları X6 və X2 əşyaları ilə birlikdə ona məxsus olan ünvan 1 ünvanında yerləşən 18 mərtəbəli yeni tikili binanın J (2-ci blok) 60 saylı mənzilindən çıxarılmaları və mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra Cavabdeh1 cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız sayılması və çıxarışın ləğv edilməsi tələbinə dair” qarşılıqlı iddia ərizəsi təqdim edərək “X” fərdi fi rması ilə İddiaçı arasında ünvan 2 ünvanında yerləşən 18 mərtəbəli yeni tikili binanın J blokunda yerləşən 60 saylı mənzilinə dair bağlanmış 12.04.2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi və cavabdehin adına verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İş materiallarından görünür ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 12.07.2017-ci il tarixli, 2(004)-4436/2017 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh1 qarşı ünvan 3 ünvanında yerləşən 18 mərtəbəli yeni tikili binanın J (2-ci blok) 60 saylı mənzilin pay haqqını təşkil edən 144000 ABŞ dollarından cavabdehin borclu qaldığı 85000 ABŞ dollarının tutularaq onun xeyrinə ödənilməsi barədəiddia ərizəsi təmin edilərək, cavabdehdən 85000 ABŞ dollarının tutularaq iddiaçıya ödənilm əsi qət edilmişdir.
4. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 15.11.2017-ci il tarixli, 2(004)-4960/2017 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qarşı “müqavilənin ləğvi, maddi və mənəvi ziyan tələbinə dair”iddia ərizəsi qismən təmin edilərək, 06.02.2017-ci il tarixli Razılıq sazişinin ləğv edilməsi, Cavabdeh1 iddiaçının xeyrinə 06.02.2017-ci il tarixdə bağlanmış Razılıq sazişinə əsasən əvəzləşdirilmiş olan 107000 ABŞ dolları və sazişin 1.2 və 1.3-cü bəndlərinə uyğun olaraq ödənilmiş 4500 ABŞ dolları məbləğində pul vəsaitinin, 1000 manat mənəvi ziyanın, 84 manat hüquqi yardıma görə ödənilmiş məbləğin və 13 manat dövlət rüsumunun tutulması qət edilmişdir.
5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən verilmiş 11.07.2017-ci il tarixli icra sən ədinə əsasən X1 85.000 ABŞ dolları, həmin məhkəmənin 17.10.2018-ci il tarixli icra sənədinə əsasən 111.500 ABŞ dolları və 1097 manat pulun tutularaq İddiaçı verilməsi qət edilmişdir.
6. Qeyd edilən icra sənədləri ümumi icraatda birləşdirilmiş və icra məmurunun 25.02.2019-cu il tarixli qərarı ilə həmin icra sənədləri üzrə tutmanın borclu Cavabdeh1 məxsus Bakı şəhəri Ə. Ələkbərov küçəsi 1054-də yerləşən çoxmənzilli binanın 2-ci blokundakı 3 otaqlı 60 saylı mənzilinə yönəldilməsi və mənzilin tələbkar İddiaçı adına rəsmiləşdirilməsinin “X firmasına həvalə edilməsi qərara alınmışdır.
7. Həmin qərarın əsasında “X” firması mübahisə predmeti olan mənzilin alqısatqısına dair İddiaçıla 12 aprel 2019-cu il tarixli müqavilə bağlayaraq həmin mənzili 144.000 ABŞ dollarına ona satmışdır. Müqavilənin əs asında mənzil üzərində X mülkiyyət hüququ reyestrdə qeydə alınmış və bununla bağlı sonuncuya 24.08.2019-cu il tarili çıxarış verilmişdir.
8. X3 18.04.2019-cu il tarixdə Yasamal rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 icra hərəkətlərinin qanunsuz hesab edilməsi və borcluya məxsus əmlakın borc əvəzi tələbkara verilməsi haqqında 25.02.2019-cu il tarixli qərarından Yasamal Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək Yasamal Rayon icra və Probasiya Şöbəsinin icra məmuru X4 borclu Cavabdeh1 məxsus Bakı şəhəri, ünvan 4 ünvanında yerləşən X fərdi firması tərəfindən inşa edilmiş 18 mərtəbəli binanın J 60 saylı mənzilinin qiymətləndirilməsinə dair hərəkətlərinin qanunsuz hesab edilməsi və onun tərəfindən qəbul edilmiş borcluya məxsus əmlakın borc əvəzi tələbkara verilməsi haqqında 25.02.2019-cu il tarixli qərarının ləğv edilməsi və mənzilə dair icraatın dayandırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir.
9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 sentyabr 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmşdir.
10. Həmin qərardaddan X3 apelyasiya şikayəti vermişdir.
11. Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 16.10.2020-ci il tarixli qərardadı ilə şikayət qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 sentyabr 2020-ci il tarixli qərardadı ləğv edilmiş, ərizənin qismən təmin edilməsi, ünvan 3 ünvanında yerləşən “X” firması tərəfindən inşa edilən 18 mərtəbəli yeni tikili binanın J (2-ci blok) 60 saylı mənzilin qiymətləndirilməsinə dair Yasamal Rayon icra və Probasiya Şöbəsinin icra məmuru X4 hərəkətlərinin qanunsuz hesab edi lməsi, borcluya məxsus əmlakın borc əvəzi verilməsi haqqında Yasamal Rayon icra və Probasiya Şöbəsinin icra məmuru X4 25.02.2019-cu il tarixli qərarının ləğv edilməsi, ərizənin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Həmin qərardadda göstərilmişdir ki, borclu Cavabdeh1 məxsus mənzil xüsusi mülkiyyət kimi dövlət qeydiyyatından keçmədiyindən, borca görə tutmanın onun yalnız həmin mənzilə dair kooperativ üzvünün payına yönəldilə bilər.
12. İddiaçı bildirir ki, Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 3 ünvanında yerləşən 18 mərtəbəli yeni tikili binanın J (2-ci blok) 60 saylı mənzilin pay haqqını təşkil edən 144000 ABŞ dollarından cavabdehin borclu qaldığı 85000 ABŞ dollarının tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Yas amal Rayon Məhkəməsinin 12.07.2017-ci il tarixli, 2(004)-4436/2017 saylı qətnaməsi ilə iddia təmin edilərək, cavabdehdən 85000 ABŞ dollarının tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 21.11.2017-ci il tarixli, 2(103)-10236/2017 saylı qətnaməsi ilə təmin edilməmiş qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin 21.05.2018-ci il tarixli, 2(102)-3402/2018 saylı qərarı ilə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Bundan başqa, tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət olunaraq, cavabdehlə aralarında bağlanmış 06.02.2017-ci il tarixli razılıq sazişinin ləğv edilərək, sazişin 1.1-ci bəndi ilə əvəzləşdirilmiş olan 107000 ABŞ dollarının və sazişin 1.2 və 1.3-cü bəndlərinə uyğun olaraq əlavə olaraq, tərəfindən ödənilmiş 4500 ABŞ dolları məbləğində pul vəsaitinin, əldən çıxmış faydaya görə 2009-2015-ci illər üçün 220000 ABŞ dolları məbləğində vəsaitin illik ortalama 10%, yənı 22000 hesablanmaqla, 7 il ərzində 154000 ABŞ dolları, mənəvi zərərə görə 10000 manat pulun, məhkəməyə ödənilmiş 31 manat məbləğində dövlət rüsumunun və məhkəmədə hüquqlarının müdafiə edilməsi məqsədilə vəkilə ödənilmiş 200 manat məbləğində pulun cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Yasamal Rayon Məhkəməsinin 15.11.2017-ci il tarixli, 2(004)-4960/2017 saylı qətnaməsi il ə iddia qismən təmin edilərək Cavabdeh1 ilə aralarında bağlanmış 06.02.2017-ci il tarixli razılıq sazişinin ləğv edilməsi, Cavabdeh1 onun xeyrinə 06.02.2017-ci il tarixdə bağlanmış razılıq sazişinə əsasən əvəzləşdirilmiş olan 107000 ABŞ dolları və sazişin 1.2 və 1.3-cü bəndlərinə uyğun olaraq ödənilmiş 4500 ABŞ dolları məbləğində pul vəsaitinin, 1000 manat mənəvi ziyanın, 84 manat hüquqi yardıma görə ödənilmiş məbləğin və 13 manat dövlət rüsumunun tutulması qət edilmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 17.04.2018-ci il tarixli, 2(103)-3272/2018 saylı qətnaməsi ilə təmin edilməmiş, qətnamə Cavabdeh1 münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin 21.09.2018-ci il tarixli, 2(102)-6396/2018 saylı qərarı ilə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.Yasamal Rayon Məhkəməsinin 27.06.2018-ci il tarixli, 2(004)-4436/17 saylı və 17.10.2018-ci il tarixli, 2(004)-4960/17 saylı icra sənədləri Yasamal rayon icra və probasiya şöbəsinə göndərilmişdir. Qeyd olunan icra sənədləri üzrə borclu eyni şəxs olduğundan icra sənədləri ümumi icraatda birləşdirilmişdir. Yasamal rayon icra və probasiya şöbəsinin 25.02.2019-cu il tarixli qərarı ilə Yasamal Rayon Məhkəməsinin 27.06.2018-ci il tarixli, 2(004)-4436/17 saylı və 17.10.2018-ci il tarixli, 2(004)-4960/17 saylı icra sənədlərinin icrası ilə bağlı ünvan 1 ünvanında yerləşən 18 mərtəbəli yeni tikili binanın J (2-ci blok) 60 saylı mənzilinin borcun qismən ödənilməsi hesabına iş üzrə tələbkar İddiaçı verilməsi və onun adına rəsmiləşdirilməsi X fərdi firmasına həvalə edilmişdir. “X” fərdi firması ilə aralarında bağlanmış yeni tikilən yaşayış binasında mənzillərin alqısatqısına dair 12.04.2019-cu il tarixli, 107/2019 nömrəli müqaviləyə əsasən, qeyd olunan mənzil tərəfindən əldə edilmiş və mənzilin ümumi sahəsinin hesablaşma dəyərini təşkil edən 144000 ABŞ dolları tam olaraq ödənilərək sözügedən müqavilənin 2.5-ci bəndinə əsasən mənzilə mülkiyyət hüququ əldə etmişdir. X fərdi firmasının direktoru X9 15.04.2019-cu il tarixli, 06 saylı məktubla Bakı şəhəri Yasamal rayon İcra və Propasiya Şöbəsinə bildirmişdir ki, İddiaçı oglunun adına rəsmiləşdirilməli olan mənzil hal-hazırda iş üzrə borclu X sərənc amında (faktiki sahibliyində) olduğundan həmin mənzilin İddiaçı verilməsi isə səlahiyyəti xaricindədir. Cavabdeh1 ailə üzvləri və əşyaları ilə birlikdə mənzili tərk etmələrini tələb etsə də, mənzili tərk etməkdən imtina etmişlər.
13. Cavabdeh1 bildirir ki, İddiaçı ilə X fərdi firmasının direktoru X9 arasında bağlanmış müqavilənin heç bir hüquqi qüvvəsi yoxdur. Həmin müqavilənin icra tələbi üzrə borclunun əmlakının əvəzləşdirlməsinə görə bağlanıldığı ehtimal olunur. Mülkiyyət hüququnun əldə edilməsinə dair müddəalar Azərbaycan Respublikası Mülki Məcəlləsində təsbit edilmişdir. Mənzildən çıxarılmasına dair tələb qanunvericilikdə nəzərdə tutulmayan qaydada irəli sürülmüşdür. X fərdi firmasının direktoru X7 15.04.2019-cu il tarixli, 06 saylı cavab məktubu ilə Bakı şəhər Yasamal rayon İcra və P robasiya Şöbəsinə qərarının icrası ilə bağlı ünvan 2 ünvanında yerləşən 18 mərtəbəli yeni tikili binanın J blokunda yerləşən 60 saylı mənzili iş üzrə İddiaçı adına rəsmiləşdirməklə onunla alğı-satqı müqaviləsi bağlaya biləcəkləri bildirilmişdir və İddiaçı ilə aralarında 12.04.2019-cu il tarixli yeni tikilən yaşayış binasında mənzillərin alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, ona məxsus yaşayış evi cavabdehə satılmışdır. Halbuki, hər hansı məbləğ ödənilməmiş və eyni zamanda iddiaçının əmlak hüquqlarına xitam verilməmişdir. Eyni zamanda, Bakı şəhər Yasamal rayon İcra və Probasiya Şöbəsinin 17\72- 138498\4-5184 saylı, 26.02.2019-cu il tarixli qərarının hüquqi qüvvəsi yoxdur.Aşağıdakı əsaslara görə həmin müqavilə etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası Konsti tusiyasının 13- cü maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfındən müdafıə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, algı-satqı müqaviləsinə görə, satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Göründüyü kimi, əmlakın satıcısının həmin əmlakın mülkiyyətçisi olması əsa s şərtdir. Lakin X fərdi firması belə mülkiyyətçi deyildir, həmin alqı-satqı müqaviləsinə görə bir tərəf digər tərəfə pul ödəməmiş və ödəyə bilməzdi. Bundan əlavə həmin mənzilin faktiki mülkiyyətçisi gözlənti hüququ ilə iddiaçıdır və onun əmlak hüquqları qüvvədədir. Beləliklə, 12.04.2019-cu il tarixli müqavilənin hüquqi qüvvəsi yoxdur və etibarsız hesab edilməlidir.
14. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 işə məhkəmə baxışlarında iştirak etməmiş və işin halları barədə izahat verməmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
15. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 29 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim E.Mehdiyev, iş № 2(004)-3554/2019) ilk iddia ərizəsinin təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cava bdeh4, övladları X10 və X2 əşyaları ilə birlikdə İddiaçı məxsus olan Bakı şəhəri, Yasamal rayonu, X8 küçəsi, 1054-cü məhəllə, 60 saylı mənzildən (Yeni qaydalarla: AZ 1122, Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi, 331, M8, m1) çıxarılmaları və həmin mənzilin boşaldılaraq İddiaçı təhvil verilməsi, Cavabdeh1 cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız sayılması və çıxarışın ləğv edilməsi tələbinə dair” qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir.
16. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, ilk iddia üzrə cavabdehlərin qanunsuz müdaxiləsi nəticəsində iddiaçı mülkiyyətçi kimi öz əmlakı üzərində olan faktiki sahiblik və istifadə hüquqlarından məhrum olmuşdur. ilk iddia tələbi təmin olunduğuna, həmçinin qarşılıqlı iddia ərizəs i üzrə iddiaçının nümayəndəsi məhkəmə iclasında qarşılıqlı iddia tələbini əsaslandıra və bunu təsdiq edən sübutlar təqdim edə bilmədiyinə görə qarşılıqlı iddia ərizəsi rədd olunmalıdır.
17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1, 139.3, 140, 146.1, 146.2, 152, 157.2-cı, Mənzil Məcəlləsinin 98-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.3, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
18. Birinci instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh1 apelyasiya şikayəti vermişdir.
19. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər A.Tanrıverdiyev (sədrlik edən və məruzəçi), T.Səmədov və İ.Şirinov, iş № 2(103)-1454/2020 ) ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, hazırki iş üzrə, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 2(004)-3554/2019 saylı, 29.10.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
20. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia ərizəsi təqdim edərək X fərdi firması ilə İddiaçı arasında ünvan 2 ünvanında yerləşən 18 mərtəbəli yeni tikili binanın J blokunda yerləşən 60 saylı mənzilinə dair bağlanmış 12.04.2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi və cavabdehin adına verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etməsinə və qarışlıqlı iddia tələbi üzrə sübutetmə yükü onun üzərinə olmasına baxmayaraq qarışılıqlı iddia tələbinin əsaslığına dair hər hansı sübutlar nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya intansiyası məhkəməsinə təqdim edilməmişdir. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
21. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən Cavabdeh1 kassasiya şikayəti vermişdir.
22. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər V.Həsənov, Ə.Əhmədov, İ.Dəmirov) 11.02.2021-ci il tarixli, 2(102)-1267/2021 nömrəli qərarı ilə ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1454/2020 nömrəli iş üzrə 21 avqust 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və mülki işə yenidən baxılması üçün apellyas iya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.
23. Kassasiya instansiyası məhkəməsi qəbul etdiyi qərarı onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə apellyasiya icraatı qaydasında baxarkən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verməmiş, baxış zamanı mübahisə ilə əlaqədar icra məmurunun qərarı ilə bağlı (hansı ki, iddiaçının mülkiyyət hüquq məhz həmin qərar əsasında bağlanmış alqı-satqı müqaviləsi əsasında yaranmışdır) qəbul olunmuş məhkəmə aktının mövcudluğunu bilərək onların qanuni qüvvəsini almasını gözləmək üçün öz təşəbbüsü belə Azərbaycan Respublikasının MPM-nin 254-cü maddəsinin tələblərinə uyğun işin icraatının dayandırılmasının zəruriliyini müzakirə etməmiş və faktiki olaraq qeyri-müəyyənlik yaratmışdır.
24. Qeyd edilməlidir ki, mülki işin icraatı zamanı preyudisial (əvvəlki hal) faktlar da sübut olunmur. Sübutetmə predmetinə daxil olan tədqiq olunan və məhkəmənin yekun aktında əks edilən faktlar, bu akt qanunla müəyyən edilən qaydada ləğv edilənə və ya dəyişdirilənə qədər həqiqilik və qətilik keyfiyyəti əldə edir. Məcburiliyi baxımından bütün digər orqanlar, vəzifəli şəxslər, təşkilatlar, vətəndaşlar bu aktın məzmunu ilə razılaşmalıdırlar. Artıq qüvvəyə minmiş qətnamənin faktiki əsasını təşkil edən hallar yeni mübahisə üçün də hüquqi əhəmiyyət kəsb etdikdə preyudisiya əlaqəsi yaranmış olur.
25. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun C.İsmayılzadənin şikayətinə dair 13.02.2007-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. 26. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli qərarında göstərilmişdir ki, iş üzrə icraatın dayandırılması məhkəmə və ya inzibati orqan tərəfindən işə baxılmasının qeyri-mümkünlüyünün müəyyən edildiyi halda işin icraatının dayand ırılması üçün başqa iş üzrə preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsidir. İşə baxan bütün məhkəmələr tərəfindən hər hansı bir iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı və ya hökmü ilə müəyyən edilmiş faktlar yoxlanılmadan sübut kimi qəbul olunmalıdır.
27. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar kifayət qədər olmadığı üçün və iş üzrə apellyasiya qaydasında müəyyən araşdırmalar aparılması zərurəti olduğundan hazırki iş üzrə yeni qərar qəbul edilməsi mümkün deyildir.
28. Məhkəmə kollegiyası həmçinin hesab etmişdir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahis əli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apellyasiya şikayətinin dəlillərinə, eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verilməlidir. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
29. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Ş.Məmmədova (sədrlik edən və məruzəçi), F.Talışinski və E.Mehdiyev) 2(103)-4293/2021 nömrəli iş üzrə 14 iyul 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 29 oktyabr 2019-cu il tarixli 2(004)- 3554/2019 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
30. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işi tam və hərtərəfli araşdırmış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı nəticəyə gəlmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
31. Cavabdeh1 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və ilk iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
32. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
33. İddiaçı kassasiya şikayətinə qa rşı yazılı etiraz verərək kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Kassasiya baxışının hədləri
34. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
35. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düz gün tətbiq edilməsini yoxlayır (maddə 416).
36. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
37. Hazırkı kassasiya şikayətində Cavabdeh1 apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə
38. Məhkəmə ya lnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (maddə 14.2)
39. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
40. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (maddə 217.1)
41. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. (maddə 217.3)
42. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. (maddə 218.1)
43. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. (maddə 218.3)
44. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. (maddə 417.1.3)
45. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. (maddə 418.3) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası izahatları dinləyib, kasasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilmə li, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
47. Belə ki, apelyasiya insansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla, iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. (40-41)
48. Birincisi, işin yuxarıda qeyd edilən halları ilə müəyyən edilir ki, mübahisə predmeti olan mənzilə dair 12.04.2019-cu il tarixli alqı-satqı müqaviləsi icra məmurunun 25.02.2019-cu il tarixli qərarı əsasında bağlanmışdır.
49. Həmin qərar qanunsuz olduğuna görə Bakı Apellyasiya Məhkəməsinin 16.10.2020-ci il tarixli qərardadı ilə ləğv edilmişdir.
50. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 16.10.2020-ci il tarixli qərardadında mənzilin qiymətləndirilməsinə d air icra məmurunun hərəkətləri qanunsuz hesab edilmiş, borcluya məxsus əmlakın borc əvəzi tələbkara verilməsi haqqında icra məmurunun qərarı ləğv edilmiş və göstərilmişdir ki, borclu Cavabdeh1 məxsus mənzil xüsusi mülkiyyət kimi dövlət qeydiyyatından keçmədiyindən, borca görə tutmanın onun yalnız həmin mənzilə dair kooperativ üzvünün payına yönəldilə bilər.
51. Göründüyü kimi, mənzilə dair 12.04.2019-cu il tarixli alqı-satqı müqaviləsinin bağlanmasına əsas olan icra məmurunun qərarı qanunsuz olduğuna görə məhkəmə qaydasında ləğv edildiyindən, həmin qərara söykənən əqd etibarlı əqd sayıla bilməz.
52. İkincisi, işin halları ilə müəyyən edilir ki, “X firması mübahisə predmeti olan mənzilə dair 12.04.2019-cu il tarixli alqı-satqı müqaviləsini əslində icra məmurunun 25.02.2019-cu il tarixli qər arı əsasında bağlasa da bağladığı müqavilədə bu hala istinad etməmiş və həmin müqaviləni faktiki olaraq öz mülkiyyətində olan mənzil kimi 144.000 ABŞ dollarının müqabilində İddiaçı satmışdır.
53. Halbuki, işin halları ilə müəyyən edilir ki, mübahisə predmeti olan mənzilin mülkiyyətçisi Cavabdeh1dur. Belə ki, həmin mənzil 16.01.2012-ci il tarixli alqı-satqı müqaviləsi ilə 144.000 ABŞ dollarına Cavabdeh1 satılmışdır və sonuncu mənzilin dəyərini tam ödəmişdir.
54. Ona görə də, X firmasının həmin mənzilə dair mülkiyyətçi Cavabdeh1 razılığı olmadan İddiaçıla alqı-satqı müqaviləsi bağlamaq səlahiyyəti yox idi.
55. Bu baxımdan, alqı-satqı müqaviləsinin etibarsız sayılması və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi barədə qarşılıqlı iddia tələbinin rədd, cavabdehlərinin mənzildən çıxarılmas ının təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasına dair apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı deyildir.
56. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apelyasiya məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır və bu düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.
57. Azərbaycan Respublikası MPM-nin 418.3-cü maddəsinin məzmununa görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
58. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəh bər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4293/2021 nömrəli iş üzrə 14 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.