Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-28/2024 17.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və maraqlı şəxs N Rayon Notariat Ofisinə qarşı mülki iş üzrə QƏRARİ iş № 2(102)-28/2024 Açar sözlər: subyektiv hüquq, mirasın vərəsə tərəfindən qəbulu müddəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Xıdırov Əhliman Mehman oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və maraqlı şəxs N Rayon Notariat Ofisinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, daşınmaz əmlakın bağışlanması müqaviləsinin və çıxarışların ləğv edilməsi, miras əmlak ın vərəsələr tərəfindən qəbul edilmiş hesab edilməsi, payların vərəsələr arasında paylara mütənasib şəkildə bölünməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi” tələbinə dair Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 19 aprel 2023-cü il tarixli 2(104)-607/2023 nömrəli qətnaməsindən verilmiş iddiaçının kassasiya şikayətinə əsasən mülki işə 17 yanvar 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı,cavabdehlər Cavabdeh1, Cavabdeh2, həmçinin X8 bacı-qardaş olmaqla, X10 və X5 uşaqlarıdırlar.
2. Aqrar İstehsalat Komissiyasının 29 iyul 1997-ci il tarixli qərarı ilə X6 və X2 0.43 ha torpaq sahəsi verilmişdir.
3. Aqrar İstehsalat Komissiyasının 17 dekabr 1998-ci il tarixli qərarı ilə X6, X9, X3 və İddiaçı 1.38 ha torpaq sahəsi verilmişdir.
4. X7 xx.xx.2009-cu il tarixdə ölmüşdür. 5. 29.11.2021-ci il tarixli vəsiyyətnamə ilə X10 ölən günə olan bütün əmlakını oğlu Cavabdeh2 vəsiyyət etmişdir. 6. xx.xx.2021-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında X1 vərəsəsi Cavabdeh1 əmlakdan tam hissədə pay almışdır. 7. xx.xx.2021-ci il tarixli Çıxarışla Ağstafa rayonu Xılxına kəndində xüsusi mülkiyyətdə olan 234.40 kv.m ümumi sahəsi olan, 0.43 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi X4 (fərdi yaşayış evi tam, torpaq sahəsi ümumi birgə) və Cavabdeh1 (torpaq sahəsi ümumi birgə) adına tam mülkiyyət hüququ əsasında qeydiyyata alınmışdır. 8. 09.12.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması ilə X4 (fərdi yaşayış evi tam, torpaq sahəsi ümumi birgə) və Cavabdeh1 (torpaq sahəsi ümumi bir gə) mülkiyyətində olan Ağstafa rayonu Xılxına kəndində yerləşən 234.40 kv.m ümumi sahəsi olan, 0.43 ha torpaq sahəsi olan fərdi yaşayış evini Cavabdeh2 bağışlamışlar. 9. xx.xx.2021-ci il tarixli Çıxarış əsasında, Ağstafa rayonu Xılxına kəndində xüsusi mülkiyyətdə olan 117.4 kv.m ümumi sahəsi olan, 0.43 ha torpaq sahəsi olan fərdi yaşayış evi Cavabdeh2 adına tam mülkiyyət hüququ əsasında qeydiyyata alınmışdır.
10. X10 xx.xx.2021-ci il tarixdə ölmüşdür.
11. İddiaçı atasının mirasının qəbulu ilə bağlı xx.xx.2022-ci ildə notariat ofisinə müraciət etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
12. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, daşınmaz əmlakın bağışlanması müq aviləsinin və çıxarışın ləğv edilməsi, miras əmlakın vərəsələr tərəfindən qəbul edilmiş hesab edilməsi, payların vərəsələr arasında mütənasib şəkildə bölünməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. İddiaçı sonradan iddia ərizəsinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Ağstafa Rayon Notariat Ofisi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş vərəsəlik hüququ haqında şəhadətnamənin, 9.12.2021-ci il tarixdə verilmiş bağışlama müqaviləsinin ləğv edilməsi, DƏDRX-nin 15 saylı Tovuz Əİ tərəfindən xx.xx.2021-ci il tarixdə mərhum X4 adına verilmiş çıxarışın, xx.xx.2021-ci il tarixli Cavabdeh2 adına verilmiş çıxarışın ləğv edilməsi, payların vərəsələr arasında paylara mütənasib şəkildə bölünməsi, vərəsəlik şəhadətnaməsinin verilməsi və məhkəmə xərclərinin cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. İddia tələbi onunla əsaslandırılmışdır ki, iş üzrə cavabdehlər nə onun öz mülkiyyətindən nə də ata-anasından miras qalmış mülkiyyətdən istifadə etməyə imkan vermirlər və ona bildirirlər ki, ümumiyyətlə guya o, bütün paylardan məhrum olunmuşdur. Onun tərəfindən araşdırılma aparılmış və məlum olmuşdur ki, iş üzrə cavabdehlər ona heç bir məlumatlar vermədən çıxarış əldə etmişlər. Belə ki, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əldə etdikdən sonra bağışlama müqaviləsi ilə miras əmlak iş üzrə cavabdeh qardaşı Cavabdeh2 adına qeydə alınmışdır. Bundan sonra onda olan məlumata görə çıxarış əldə edilmişdir. Qanun üzrə vərəsədir və həmin miras əmlak onun tərəfindən qəbul edilmişdir və idarə olunur.
15. Ağstafa Rayon Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli, 2(015)-857/2022 nömrəli qətnaməsi ilə (hakim Zamiq Rəsulov) iddia tələbi təmin edilməmişdir.
16. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, X7 xx.xx.2009-cu il tarixdə vəfat etmiş, miras xx.xx.2009-cu il tarixində açılmış, mirasın qəbulu müddəti xx.xx.2009-cu il tarixində bitmişdir. İddiaçı isə onun həmin tarixədək miras əmlakı qəbul etməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Həmçinin, X10 xx.xx.2021-ci il tarixdə vəfat etmiş, miras xx.xx.2021-ci il tarixində açılmış, mirasın qəbulu müddəti xx.xx.2021-ci il tarixində bitmişdir. İddiaçı yenə də onun xx.xx.2021-ci il tarixinədək miras əmlakı qəbul etməsinin təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.
17. Məhkəmə onu da qeyd etmişdir ki, iddiaçıların həmin evdə anadan olmaları faktı öz-özlüyündə mirasın qəbul edilməsi demək deyil, evdə anadan olma evin miras olaraq qəbul edilmiş sayılması üçün kifayət deyil. Mirasın açılmasından sonra evdə yaşayan bütün vərəsələr yalnız orada yaşamalarına görə evi miras kimi qəbul etmiş sayılır. İnkar oluna bilməz ki, vərəsə mirasın açılmasından sonra evdə onu miras kimi qəbul etmək niyyəti olmadan da yaşaya bilər. Odur ki, mirasın qəbulu məhz qanunda qeyd olunan “faktiki surətdə idarəetmə” və “yiyələnmə” kimi hərəkətlərdə ifadə olunmalıdır. Əgər şəxs evdə yalnız anadan olubsa, lakin evi faktiki surətdə idarə etmirsə və ya evə yiyələnmirsə, o, evi miras olaraq qəbul etmiş sayılmır. Beləliklə, mirasın açılmasından sonra 6 ay müddətində zaman kəsiyində iddiaçı miras evi faktiki surətdə idarə etmə və ya miras evə yiyələnmə hesab edilə biləcək hər hansı davranış nümayiş etdirməmişdir.
18. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1, 1166, 1193, 1202.2, 1243.1, 1243.2, 1246, 1248.1, 1262, 1273-1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 14.2, 88, 217.4, 218.3cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
19. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-607/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Şamil Rzaquliyev (sədrlik edən və m əruzəçi), Loğman Süleymanov və Afiq Hüseynzadə) apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq, iddia tələbi təmin edilməmişdir.
21. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşsa da, hesab etmişdir ki, məhkəmə iddianı rədd edərkən maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir.
22. Belə ki, iddiaçının həm iddia ərizəsində, həm də iddia ərizəsinə əlavədə tələbi vərəsəlik hüququ haqqında şəhadətnamənin, bağışlama müqaviləsinin və verilmiş çıxarışların ləğvi ilə bağlı olmuşdur. Müqavilənin ləğvini tələb etmək hüququ isə qanunvericiliyə əsasən müqavilə tərəfinə aid olan hüquqdur. İddiaçı isə müqavilə tərəfi deyildir.
23. Həmçinin kollegiya qeyd etmişdir ki, iddiaçı mi ras əmlakın vərəsələr tərəfindən qəbul edilmiş hesab edilməsi və payların vərəsələr bölünməsini xahiş etmiş olsa da, mirası qanunla müəyyən edilmiş müddətdə və qaydada qəbul etdiyini təsdiq edən sübut təqdim etməmişdir.
24. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1, 421.2, 668.1, 668.1.1, 1145, 1159.1, 1243.1, 1243.2, 1246, 1256-cı, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 217.3, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
25. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
26. Kassasiya şikayətinin dəlillər inə görə, apellyasiya instansiyası məhkəməsi həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə şərait yaratmamış, təqdim olunan sübutları əlaqəli və hərtərəfli araşdırmamış, eləcə də qəbul etdiyi qətnaməni əsaslandırmamışdır.
27. Kassator şikayətini Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.1, 88.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətinə qarşı Cavabdeh2 yazılı etiraz verərək, kassasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. c)Prossesual məsələlər
29. Hazırki iş üzrə icraat Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin icraatında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin şərh edilməsinə dair” sorğusuna baxılanadək xx.xx.2023-cü il tarixli qərardadla dayandırılmış və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2023-cü il tarixli qərarı qəbul edildikdən sonra xx.xx.2023-cü il tarixli qərardadla iş üzrə icraat təzələnmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikası Mülki Məcəlləsi
30. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.
31. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoya nın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).
32. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.
33. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
34. Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.
35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunu n “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il tarixli Qərarı:
36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2023-cü il tarixli qərarı. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir;
39. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır;
40. Maddə 217.3. Qətnamə iş üz rə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır;
41. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir;
43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır;
44. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır;
45. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır;
46. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
47. Qanunun tələbinə görə, kassasiya instansi yası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
48. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
49. Məhkəmə kollegiyası hesab ed ir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi hüquq normaları düzgün tətbiq olunmamış, eyni zamanda ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.
50. Belə ki, iddianı rədd edən apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 1243.2 və 1246-cı maddələrinə istinad edərək, iddiaçının qanunla müəyyən olunan müddətdə mirası qəbul etməməsi nəticəsinə gəlmişdir.
51. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki işə baxılan zaman Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2, 1246 və 1273-1-ci maddələrinin əlaqəli şəkildə şərh e dilməsinə dair” sorğu ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciət olunmuş və həmin müraciət üzrə qəbul ediləcək qərar mübahisənin həlli üçün əhəmiyyətli hesab edildiyi üçün iş üzrə icraat dayandırılmış, Konstitusiya Məhkəməsinin Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarı dərc olunduqdan sonra icraat təzələnmişdir.
52. Konstitusiya Məhkəməsi həmin Qərarında hesab etmişdir ki, vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz.
53. Konstitusiya Məhkəməsi be lə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin.
54. Məhkəmə kollegiyası hesab edir ki, Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərba ycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” qeyd olunan Qərarı ilə apellyasiya məhkəməsinin hazırki işdə tətbiq etdiyi mirasın qəbulu müddətləri ilə bağlı Mülki Məcəllənin 1246-cı maddəsi qüvvədən düşmüş hesab edildiyindən və həmin qərarın məhkəmələrin icraatında olan mübahisələrə şamil olunduğundan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş materialları iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə, Mülki Məcəllənin 1159-cu maddələrinə uyğun olaraq vərəsəlik hüququnun mövcudluğunun, mövcud olduğu halda, miras əmlakda payının müəyyən edilməsi üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.
55. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya məhkəməsi id diaçının sonrakı tələblərini (bağışlama müqaviləsinin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların etibarsız hesab edilməsi) onun miras əmlakı qəbul etməməsi əsası ilə rədd etdiyindən və həmin əsaslandırma qanuni hesab edilmədiyindən, qətnamə qeyd olunan hissədə də ləğv olunmalı və göstərilən tələblərə yenidən hüquqi qiymət verilməlidir.
56. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunmalı və yenidən baxılması üçün iş həmin məhkəməyə qaytarılmalı, işə yenidən baxan məhkəmə tərəfindən qeyd olunan hüquqi mövqe nəzərə alınmalqa, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması təmin edilmə li, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir.
57. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 aprel 2023-cü il tarixli 2(104)-607/2023 saylı qətnaməsi ləğv edilsin, iş yeni baxışa göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.