Məhkəmə qərarları › İş №2(102)-28/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-28/2025

21.01.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-28/2025 21.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Kəmaləddin qızına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (yolun açılması, hasarın sökülərək geri çəkilməsi və yoldan istifadəyə maneələrin aradan qaldırılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Şəfiyev İspəndiyar Əsəd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Kəmaləddin qızına qarşı “bağ sahəsinə keçid üçün verilmiş yolun eninin azaldılması, yol hissəsindəki hasarın cavabdehin hesabına sökülərək geri çəkilməsi və ondan istif adəyə maneələrin aradan qaldırılması” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-408/2024 nömrəli iş üzrə 25 iyul 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 21 yanvar 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Resystrindən ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsindən ibarət olan 520 saylı bağ evinin mülkiyyətçisi İddiaçıdur.

2. Daşınmaz Əmlakın AN-İ seriyalı, ******* nömrəli alqı-satqı müqavi ləsinin surətindən görünür ki, Cavabdeh1 Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsindən ibarət olan 520a saylı bağ sahəsini Cavabdeh2 80000 manata satmışdır.

3. ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin **********89 nömrəli, xx.xx.2020-ci il tarixli Mustafayev Tofiq Böyükağa oğluna ünvanlamış məktubdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 520 saylı bağ sahəsi üzrə mülkiyyət hüququ, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən verilmiş kadastr planına uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bağ sahəsinə dair kadastr planında 2-2,5 m şərti sərhədlə keçid yolu nəzərdə tutulmuşdur. Müraciətinizlə əlaqədar yerində aparılmış təkrar texniki müayi nə zamanı müəyyən olunmuşdur ki, qonşu bağ sahəsinə yol 3 metr olmaqla hasara alınmış və nəticədə oğlunuza məxsus 0,12 ha bağ sahəsi 35 kv metr azalaraq 0,1165 ha təşkil etmişdir. Oğlunuza və arasında mübahisə yaranmış qonşu bağ sahəsinə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən "Torpaq sahəsinin planı və ölçüsü” (kadastr planı) tərtib edilmiş və həmin sənədlərdə bağ sahələrinin döngə nöqtələrinin koordinatları qeyd olunmuşdur. Qonşu ilə hasarın yerini dəyişdirərək bağ sahəsinin 35 kv metr azalan hissəsinin qonşu bağın qərb hissəsində yerləşən artıq torpaq sahəsinin bir hissəsini birləşdirmək hesabına bərpa etmək Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin səlahiyyətləri xaricindədir.

4. ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmtənin ****** ****48 nömrəli, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 0,12 hektar torpaq sahəsi olan 520a saylı bağ sahəsi keçmiş X2 və İstismarı Birliyinin xx.xx.2004-cü il tarixli, 24468 saylı icarə müqaviləsi və X10 kitabında xx.xx.2009cu il tarixdə 15996 nömrə ilə uçota alınmış Torpaq sahəsinin planı və ölçüsü sənədi əsasında xx.xx.2009-cu il tarixdə X5 adına ilkin qeydiyyata alınmışdır. Daha sonra sözügedən bağ sahəsi Bakı şəhəri 6 saylı notariat kontorunda təsdiq edilmiş 4Ə-1421 reyestr nömrəli, xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi əsasında 04.l0.2018-ci il tarixdə Cavabdeh1 adına qeydiyyata alınmışdır. Cavabdeh1 mülkiyyətində olmuş Bilgəh qəsəbəsi, 520a saylı bağ sahəsi ünvanında yerləşən 0,12 hektar torpaq sahəsi 2 saylı Bakı "ASAN xidmət” mərkəzində təsdiq edilmiş 4Ə-289 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi əsasında xx.xx.2021-ci il tarixdə Cavabdeh2 Kəmaləddin qızının adına qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir.

5. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-137/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh2 qarşı “onun torpaq sahəsinin azalmasına səbəb olmuş və cavabdehə məxsus torpaq sahəsini ayıran divarın cavabdehin hesabına sökülərək əvvəlki vəziyyətinə gətirilməsinə” dair cavabdehin üzərinə öhdəlik qoyulması barədə iddia tələbi rədd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Kəmaləddin qızına qarşı «bağ sahəsinə keçid üçün verilmiş yolun en inin azaldılması, yol hissəsindəki hasarın cavabdehin hesabına sökülərək geri çəkilməsi və ondan istifadəyə maneələrin aradan qaldırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən və ona məxsus olan 520 saylı bağ sahəsinin qərb tərəfindən 520 A saylı bağ sahəsinə keçid üçün verilmiş və sənədlərə uyğun olaraq 2,0-2,5 metr olması nəzərdə tutulan, lakin faktiki olararq 3,0 metr olmaqla Cavabdeh1 tərəfindən zəbt edilmiş yol hissəsinin 71 sm azaldılması, yol hissəsindəki 49,2 metr hasarın cavabdehin hesabına sökülərərk geri çəkilməsi və torpaq sahəsinin 0,12 ha ölçüyə çatdırılması, istifadəyə maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Azə rbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 oktyabr 2014-cü il tarixli ******* nömrəli Çıxarışına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 520 saylı bağ evinin mülkiyyətçisidir. Onun mülkiyyətində olan torpaq sahəsinin ölçüsü sənədlər üzrə 0,12 hadır. ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən ona verilmiş reyestr nömrəsi **********77-11301 olan bağ evinin texniki pasportuna əsasən qeyd olunan bağ sahəsi 3 tərəfdən digər qonşuların bağ sahələri ilə, bir tərəfdən isə 520 A saylı bağ sahəsinə keçid üçün verilmiş yol ilə əhatələnir. Onun bağının qonşuluğunda yerləşən 520 A saylı bağ sahəsi əvvəllər vahid bağ sahəsinin hissələri olmuş, cəmi 0,25 ha sahədən ibarət həmin bağ sahəsi keçmiş mülkiyyətç isi X3 ərizəsinə əsasən qızları-X7 və X1 arasında bərabər paylarla bölüşdürülmüşdür. Bu bölgü məhkəmənin qanuni qüvvəyə minmiş müvafiq qərarları ilə də təsdiq olunur, 520A saylı bağ evinin mülkiyyətçisi hal-hazırda Cavabdeh1dur. Bir neçə il bundan əvvəl Cavabdeh1 bağ evində müvəqqəti olaraq ailə üzvlərinin (orada atam Tofiq Mustafayev yaşayırdı) olmamasından istifadə edərək, bağ sahələrinin arasında olan ayırıcı divarı sökərək onun torpaq sahəsinin içərisinə doğru irəli çəkmiş, bununla da onun torpaq sahəsi üzərində mülkiyyət hüququnu pozmuşdur. Nəticə etibarı ilə ona məxsus olan torpaq sahəsi azalmış, Cavabdeh1 məxsus sahə isə artmışdır. Onlar bunu biləndən sonra məsələni, sülh yolu ilə qaydaya qoymaq istəsə də, cavabdehin günahı ucbatından alınmamışdır. Ona görə də onlar məcbur olub həmi n hasarın sökülərək geri çəkilməsi tələbi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət etməli olmuşlar. Məhkəmə araşdırması zamanı mütəxəssislər dəvət edildi və ekspertizalar keçirildi. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 11 oktyabr 2019-cu il tarixli **********35 saylı məktub-rəyinə əsasən sənədlərə və naturada müəyyən edilmiş koordinatlara əsasən elektron kadastr bazasında yerləşdirilmiş sxemlərə uyğun olaraq Cavabdeh1 istifadəsində olan 520 A saylı bağ sahəsinin künc koordinatlarını müəyyən etmək mümkündür. Guya ona məxsus olan bağ sahəsinin künc koordinatları araşdırmaya təqdim edilmədiyi üçün onun koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Cavabdeh1 məxsus 520 A saylı bağ sahəsi sənəd üzrə 1200 kv metr olsa da faktiki araş dırma zamanı onun 1302 kv metr olduğu, onun istifadəsində olan bağ sahəsinin ölçüsünün isə 1365 kv metr olduğu müəyyənləşdirilmişdir. Cavabdeh1 qanunsuz olaraq 102 kv metr bağ sahəsindən istifadə etdiyindən həmin sahəyə keçid üçün onun bağ sahəsindən kəsilib verilən yola görə sahəsi azalaraq 1365 kv metrə enmişdir. Həmin rəyə əsasən bağ sahələrini ayıran divarı söküb yerini dəyişməklə torpaq sahələri arasında bərabərliyi təmin etmək mümkündür. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəsində bu halın araşdırılması üçün iki dəfə rəy alınmışdır. 29 noyabr 2019-cu il tarixli 15654 saylı ekspert rəyi ilə mütəxəssislərin gəlmiş olduğu nəticə təsdiqlənmiş, lakin nəticə hissəsində səhvə yol verilərək 1302 kv metr torpaq sahəsindən guya onun istifadə etdiyi, 1365 kv metr torpaq sahəsindən isə Cavabdeh1 istifadə etməsi yazılmışdır. Halbuki rəyin 3-cü suala cavabında aydın göstərilmişdir ki, Cavabdeh1 102 kv metr artıq torpaq sahəsindən istifadəsi nəticəsində 520 A saylı torpaq sahəsi üçün keçid yolunun nəzərdə tutulması 520 saylı torpaq sahəsinin, yəni onun bağ sahəsinin ölçülərinin azalmasına səbəb olmuşdur. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəsinin 17 avqust 2021-ci il tarixli 10/1599 saylı rəyinə əsasən mütəxəssislərin gəlmiş olduğu nəticə təsdiqlənmiş, tədqiqatın nəticəsi olaraq müəyyən edilmişdir ki, onun bağ sahəsinin faktiki vəziyyətdə şərq istiqamətində eni 24,1 metr, yəni texniki pasportda göstəriləndən (25,65 metr) 1,55 metr az, qərb istiqamətində eni 22,6 metr, yəni texniki pasportda göstəriləndən (23,18 metr) 0,58 metr az olduğundan onun bağ torpağının f aktiki vəziyyətdə sahəsi azalmışdır. Lakin ekspert rəyində Cavabdeh1lə qeyri-prosessual münasibətlərinin nəticəsi olararq belə bir qeyd də vermişdir ki, guya Cavabdeh1 qanunsuz olaraq zəbt etdiyi 102 kv metr torpaq sahəsini mişar daşı ilə hasar çəkməklə istifadəsindən təcrid etmişdir. Bunlar yalandır və həmin sahə hər tərəfdən hasar içərisindədir və Cavabdeh1 həmin ərazini zəbt etməsi də şəksizdir. Fotoşəkillərdə də bu aydın görünür. Ekspertin rəyində guya ona məxsus olan 520 saylı bağ sahəsinin künc koordinatlarının müəyyən edilməsinin mümkün olmadığı barədə qeydi də əsassızdır. DƏDRX-nin 10 dekabr 2020-ci il tarixli **********89 saylı məktubuna əsasən "Bağ sahəsinə dair” Kadastr Planına uyğun olaraq 520A saylı bağ sahəsindən 2,0-2,5 m enində olmaq şərti ilə sərhədlə keçid yolu müəyyən ed ilmişdir. Yerində aparılmış təkrar texniki müayinə zamanı müəyyən olunmuşdur ki, 520 A saylı bağ sahəsinə keçid üçün yol 3,0 m olmaqla hasara alınmış və nəticədə ona məxsus olan 0,12 ha bağ sahəsi 35 kv metr azalmış, 0,1165 ha təşkil etmişdir. Məktubda həmçinin qeyd olunmuşdur ki, hazırda ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən "Torpaq sahəsinin planı və ölçüsü” (kadastr planı) tərtib edilmişdir və həmin sənədlərdə də onun bağ sahəsinin döngə nöqtələrinin koordinatları qeyd olunmuşdur. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin Bakı Layihə-Tədqiqat İdarəsi tərəfindən tərtib edilmiş Sxemdə də ona məxsus olan bağ sahəsinin Döngə nöqtələrinin koordinatları dəqiq və aydın göstərilmişdir. Ekspe rt rəyində həqiqəti gizləmək üçün keçid yolunun yalnız sahəsini (149 kv metr) göstərməklə kifayətlənmişdir. Halbuki bütün Sxem və təsdiqedici sənədlərdə də göstərilmişdir ki, keçid yolunun eni 3,0 m, uzunluğu isə 49,2 m-dir. Lakin Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi ekspertizanın qüsurlu rəyinə istinad edərək 05 noyabr 2021-ci il tarixli 2(008)-137/2021 saylı qətnaməsi ilə onun iddia tələbini (cavabdehə məxsus torpaq sahəsini ayıran divarın cavabdehin hesabına sökülərək onun əvvəlki vəziyyətinə qaytarılmasına dair) təmin etməmişdir. Ona görə də, o iddianın predmetini dəyişdirib yeni iddia ilə məhkəməyə müraciət etməyi zəruri hesab etməklə, keçid yolunun eninin DƏDRX-nin 10 dekabr 2020-ci il tarixli **********89 saylı məktubuna əsasən "Bağ sahəsinə dair” Kadastr Planına uyğun olaraq 520A sa ylı bağ sahəsindən ayrılmış 3,0 metrdən sənəd üzrə ayrılmalı olan 2,0-2,5 metr enindəkı ölçülərə uyğun olaraq azaldılmaqla hasarın geri çəkilməsi, azalmış torpaq sahəsinin 0,12 ha ölçüsünə çatdırılması, bunun üçün isə 49,2 metr uzunluğunda hasarın cavabdehin hesabına sökülməsi, istifadəyə maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını məqsədəmüvafiq sayır.

8. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1450/2023 nömrəli, xx.xx.2023cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 520 saylı bağ sahəsinin qərb tərəfindən 520 A saylı bağ sahəsinə keçid üçün verilmiş yolun 71 sm hissədə azaldılması, keçid yol hissəsindəki 49,2 metr hasarın Cavabdeh2 hesabına sökülərək geri çəkilməsi, iddia tələbinin qalan hiss ədə təmin olunmaması qət edilmişdir.

9. Məhkəmə iddia tələbini təmin edərkən ona istinad etmişdir ki, iddiaçı ilə Cavabdeh2 Kəmaləddin qızının mülkiyyətində olan torpaq sahələri ayrı-ayrılqda 0,12 ha təşkil edir. İddiaçı ilə cavabdehə məxsus torpaq sahəsi əvvəllər bir torpaq sahəsi olduğundan cavabdehin mülkiyyətində olan torpaq sahəsinə keçid yol iddiaçıya məxsus olan torpaq sahəsinin qarşısından 2-2,5 metr olmaqla nəzərə alınmışdır. Lakin Cavabdeh2 Kəmaləddin qızının öz mülkiyyətində olan torpaq sahəsindən əlavə 102 kv metr torpaq sahəsindən qanunsuz olarq istifadə etməsi (bu hal məhkəmə iclaslarında habelə cavabdehin vəkili tərəfindən qəbul edilmişdir) cavabdehin torpaq sahəsinə gedən yolun iddiaçının torpaq sahəsi hesabına artmasına səbəb olmuşdur. Belə ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmeti Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi Bakı Layihə-Tədqiqat İdarəsi tərəfindən təqdim edilmiş sxemdən görünür ki, 520 A bağ sahəsinə keçid yolu 206 kv metr olması nəzərdə tutulmuş olduğu halda yəni cavabdeh mülkiyyətçi onun torpaq sahəsinə gedən keçid yola 2-2,5 metr sərhəd saxlamaqla hasar çəkməli olduğundan o, hasarı 3 metr məsafədən çəkmişdir. Qeyd edilmiş hallar Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin icraatında olan 2(008)-137/2021 nömrəli mülki iş üzrə təyin edilmiş ekspertizanın xx.xx.2019-cu il tarixli rəyi ilə sübüt olunur. Belə ki, sözügedən rəydə göstərilmişdir ki, tərəflər arasında cəmi mübahisələndirilən ərazi 2606 kv metretr təşkil edir. Eyni zamanda ekspertiza rəyində qeyd edilmişdir ki, Cavabdeh2 Kəmaləddin qızının istifadəsində sənəd üzrə o lan torpaq sahəsindən 102 kv metretr artıq torpaq sahəsindən artıq istifadə etdiyindən, 520 a saylı torpaq sahəsi üçün keçid yolunun nəzərdə tutulması 520 saylı yənin iddiaçının torpaq sahəsinin ölçülərinin azalmasına səbəb omuşdur. Həmçinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmtənin **********89 nömrəli, xx.xx.2020-ci il tarixli Mustafayev Tofiq Böyükağa oğluna ünvanlamış məktubunda da bu hal bir daha təsdiqlənmişdir ki, Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi 520 və 520 a bağ sahəsinə dair kadastr planında 2-2,5 metr şərti sərhədlə keçid yolu nəzərdə tutulmuş olduğu halda, qonşu 520 a bağ sahəsinə yol 3 metr olmaqla hasara alınmış və nəticədə iddiaçıya məxsus 0.12 ha bağ sahəsi 35 kv metr azalaraq 0.1165 ha təşkil etməkd ədir. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddia tələbi Cavabdeh2 münasibətdə qismən təmin edilməli, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 520 saylı bağ sahəsinin qərb tərəfindən 520 A saylı bağ sahəsinə keçid üçün verilmiş yol 71 sm hissədə azaldılmalı, keçid yol hissəsindəki 49,2 metr hasar Cavabdeh2 hesabına sökülərək geri çəkilməlidir.

10. Məhkəmə iddia tələbinin istifadəyə maneələrin aradan qaldırılması hissəsinin Cavabdeh2 münasibətdə hüquqi qiymət verərək qeyd edir ki, iddiaçı Cavabdeh2 iddiaçının torpaq sahəsinə başqa hansı maneə yaratmış olduğunu dəqiq qeyd etmədiyindən iddia tələbi həmin hissədə təmin edilə bilməz.

11. Bundan başqa məhkəmə iddia tələbinə digər Cavabdeh1 münasibətdə hüquqi qiymət verərək bildirir ki, mülki işin matriallarından məlum olur k i, Cavabdeh1 520A saylı bağ sahəsinin keçmiş mülkiyyətçisi olmuşdur. Hazırda həmin ünvanda yaşamır və iddiaçının bağ sahəsinə hər hansı bir maneə yaratmadığından iddia tələbi Cavabdeh1 münasibətdə təmin edilə bilməz.

12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152 və 157-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci 88 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat

13. Qətnamədən Cavabdeh2 Kəmaləddin qızı apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Apelyasiya şikayəti belə əsaslandırılmışdır ki, zəbt halı müəyyən olunmadığından və hasarda məhz iddiaçı tərəfindən çəkildiyindən cavabdehin h əmin hasarın sökülməsinə dair hər hansı bir öhdəliyi yoxdur. İddia ərizəsində Cavabdeh2 cavabdeh qismində qeyd olunmamış və ona qarşı hər hansı iddia irəli sürülməmişdir. Eyni şəxs tərəfindən başqa bir iddiada qaldırılmışdır. Sabunçu Rayon Məhkəməsində həmin bağ sahəsi ilə əlaqədar 2 ekspert rəyi mövcuddur. Hər iki rəy üzrə cavabdehlər tərəfindən iddiaçının bağ sahəsinin zəbt olunması sübut olunmamışdır. Birinci instansiya məhkəmənin bununla bağlı qanuni qüvvəyə minmiş qətnaməsi vardır ki, bağ sahəsi cavabdeh tərəfindən zəbt olunmamışdır. Onun iddia etdiyi zəbt olunmumuş torpaq sahəsi bağın cavabdehlə sərhəd olmayan hissəsindədir. Cizgi planlardanda bunu gözlə görmək mümkündür. 2019-2021-ci illərdə Sabunçu rayon məhkəməsində iş üzrə araşdırma aparılmış, ekspertizalarda iddiaçı iştirak etmi şdir. Cavabdeh tərəfindən iddiaçının topağının zəbt olunmadığı təsdiq olunur. iddiaçı iddia tələblərini əsaslandıra bilməmiş, cavabdehin qanunsuz sahibliyini, özünün qanuni sahibliyini sübut edə bilməmişdir. Belə ki, qeyd edildiyi kimi, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi icra olunmuş, bağ sahələri bölünmüş və sərhədlər müəyyənləşdirilmişdir. Qeyd edirik ki, məhkəmə hasarın nə vaxt və kim tərəfindən tikilməsinin müəyyən etmədən, onun inşa edilməsinin qanuni olub-olmamasına qiymət vermişdir. Bundan başqa hasarın tikinti sahəsinin iddiaçının istifadəsində olan torpaq sahəsində aparılması və inşa edilməsi, mübahisəli tikilinin inşa edildiyi ərazinin məhz iddiaçının istifadəsində olmasını təsdiq edən hər hansı sübut yoxdur. Belə olduğu halda sözügedən tikilinin inşa edilməsi ilə iddiaçı nın istifadəsində olan torpaq sahəsinə müdaxilədən, iddiaçının hüquqlarının hər hansı şəkildə pozulmasından söhbət gedə bilməz.

15. Apellyasiya icraatı zamanı keçirilmiş 24 iyun 2024-cü il tarixli 316-16/2-10/3846 nömrəli məhkəmə tikinti texniki ekspertiza rəyinə əsasən ƏMDX “Daşınmaz Əmlakın Dövlət Reyestri”publik hüquqi şəxsi 1saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 321-3-30/2-3911/2024 nömrəli mütəxəssis rəyində qeyd edilir ki, Cavabdeh2 Kəmaləddin qızının mülkiyyətində (həmçinin istfadəsində olan) Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 520 A bağ sahəsi ünvanında yerləşən torpaq sahəsinin İddiaçı məxsus torpaq sahəsinə müdaxiləsi yoxdur. Lakin 520A saylı bağ sahəsinə gələn keçid boyu müdaxilə olmuşdur. İddiaçı tərəfindən cavabdehin hesabına sökülməsi tələb edilən has ar İddiaçı mülkiyyətində olan bağ sahəsinin 520A saylı bağ sahəsinə gedən keçid boyu olan hasardır. İddiaçı məxsus torpaq sahəsi faktiki sahə ilə eynilik təşkil etsə də, azalma 520A saylı bağ sahəsinə gedən keçid tərəfdəndir.

16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-408/2024 nömrəli iş üzrə 25 iyul 2024-cü il tarixli qətnaməsi ilə (S.Bəhrəmzadə (sədrliyi və məruzəsi ilə), hakimlər E.Həsənov və X.Mərdanovadan ibarət tərkibdə) Cavabdeh2 Kəmaləddin qızının apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)1450/2023 nömrəli, 06 iyul 2023-cü il tarixli qətnaməsi iddianın təmin edilmiş hissəsində, yəni Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 520 saylı bağ sahəsinin qərb tərəfindən 520 A saylı bağ sahəsinə keçid üçün verilmiş yo lun 71 sm hissədə azaldılması, keçid yol hissəsindəki 49,2 mettr hasarın Cavabdeh2 hesabına sökülərək geri çəkilməsi hissəsində ləğv edilmiş, iddia tələbi həmin hissədə təmin edilməmişdir.

17. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı aşağıdakıları qeyd etmişdir:

18. Cavabdeh2 Kəmaləddin qızının mülkiyyətində olan torpaq sahəsi həm faktiki olaraq həm də rəsmi sənədlrərə əsasən yerindədir və onun tərəfindən X4 bağ sahəsinin hər hansı bir zəbt halı müəyyən olunmadığından və hasar da məhz iddiaçı tərəfindən çəkildiyindən cavabdehin həmin hasarın sökülməsinə dair hər hansı bir öhdəliyi yoxdur. 24 iyun 2024-cü il tarixli ekspert rəyindən də cavabdehlər tərəfindən iddiaçının bağ sahəsinə hər hansı bir müdaxilənin olmadığı və sonuncuya məxsus torpaq sahəsinin zəbt edilmədiyi təsdi qlənmişdir. Nə qədərki, sözügedən hasar məhz iddiaçı tərəfindən çəkilmişdir (məhkəmə iclasında da təsdiq etmişdir) və onun torpaq sahəsində olan azalma məhz həmin hasarla bağlıdır. Bu halda həmin hasarın onun özü tərəfindən sökülməsinə hər hansı bir maneə yoxdur. Bu baxımdan zəbt edilmiş yol hissəsinin 71 sm azaldılması, torpaq sahəsinin 0,12 ha ölçüyə çatdırılması, istifadəyə maneələrin aradan qaldırılması hissədə də Cavabdeh2 qarşı iddia tələbi təmin edilə bilməz. Belə ki, yolun azadılması və iddiaçının torpaq sahəsinin tamamlanması da Cavabdeh2 hesabına ediləsi bir öhdəlik olmamaqla yanaşı, onun tərəfindən iddaçıya hər hansı bir maneə də yaradılmadığından sonuncuya qarşı bu tələb də təmin edilə bilməz.

19. Beləliklə, məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahis əyə baxılarkən işin göstərilən halları dəqiq müəyyənləşdirilməməklə araşdırılmamış, qeyd edilən xüsusatlar digər hallarla birlikdə məcmu qaydada qiymət verilməməklə Cavabdeh2 üzərinə heç bir qanuni əsas olmadan öhdəliyin qoyulması barədə iş üzrə düzgün olmayan nəticəyə gəlinmişdir.

20. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5 və 157.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

21. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

22. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsi işin ha llarını tam, hərtərəfli, obyektiv araşdırmadan, habelə xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə nə ona, nə də vəkilinə heç bir bildiriş göndərmədən cavabdehin və onun nümayəndəsinin iştirakı ilə işə baxaraq qeyri-obyektiv qətnamə çıxarmışdır. Bu, məhkəmənin işin nəticəsi ilə maraqlı olduqlarını təsdiq edən hallardan biridir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

24. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansi ya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

25. İddiaçı kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kasassiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:

26. Maddə 152.1 mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

27. Maddə 152.5 mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edil ən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

28. Maddə 157.4 əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

29. Madd ə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

31. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli v ə tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

35. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin də lillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

37. İddiaçı kassasiya şikayətinin dəlilləri iddia ərizəsində və məhkəmə iclaslarında irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun qiy mət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

38. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nətic ə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

39. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları dü zgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-408/2024 nömrəli iş üzrə 25 iyul 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar