Məhkəmə qərarları › İş №2(102)-280/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-280/2020

16.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-280/2020 16.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və X1 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, Cavabdeh1 vəkili X2 iştirakı ilə, Cavabdeh1 tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)12389/2019 nömrəli iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qərardadından verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Xəzər rayon məhkəməsinin (hakim Hüseyn Hüseynli) xx xxxxxx 2019-cu il tarixli 2(003)-712/2019 saylı qərardadı ilə İddiaçı id dia tələbindən imtinası qəbul edilərək İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Bakı şəhəri 7 saylı Notariat Kontoru və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhəri Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv olunması və alqı-satqı müqaviləsinin onunla bağlanmış hesab olunması tələbinə dair iş üzrə mülki işin icraatına xitam verilməsi qərara alınmışdır. Bakı şəhəri Xəzər rayon məhkəməsinin (hakim Hüseyn Hüseynli) xx xxxx 2019-cu il tarixli 2(003)-712/2019 saylı qərardadı ilə iddiaçı tərəfindən verilmiş şikayət təmin edilmiş, Bakı şəhər Xəzər rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadı ləğv edilmiş, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabd eh3 Bakı şəhəri 7 saylı Notariat Kontoru və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhəri Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv olunması və alqı-satqı müqaviləsinin onunla bağlanmış hesab olunması tələbinə dair” iddiа ərizəsi ilə bаğlı mülki işə baxılması xx xxxx 2019-cu il tarixə, saat 12:00-a təyin edilmişdir. Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(003)-712/2019 saylı qərardadından cavabdehlər Cavabdeh3 və Cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilməyərək şikayətə baxılması üçün mülki iş Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər İlham Kərimli - sədrlik edən və məruzəçi, Xəyalə Cəmilova, Abiddin Hüseynov) xx xxxxxxxx 2019-cu il tarixli qərardadı ilə Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(003)-712/2019 saylı qərardadından cavabdehlər Cavabdeh3 və Cavabdeh1 tərəfindən verilmiş şikayət üzrə apelyasiya qeyri-mümkün hesab edilmişdir. İşin halları İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qızma, Cavabdeh3, Bakı şəhəri 7 saylı Notariat Kontoruna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və alqı-satqı müqaviləsinin onunla bağlanmış hesab edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. İş üzrə yuxarıda göstə rilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarının tələblərini pozmuşdur. Tərəflərin izahatları: Cavabdeh1 vəkili X3 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi məhkəməyə məktub göndərərək mülki işə İdarənin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhk əmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı və digər cavabdehlər gəlmədiyi üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə məhkəmə iclasında iştirak etməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfind ən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, Cavabdeh1 vəkili X2 izahatını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 395-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından aşağıdakı hallarda şikayət verə bilərlər: bu Məcəllədə göstərilən hallarda; məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda. Birinci instansiya məhkəməsinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apelyasiya şikayətlərinə daxil edə bilərlər. Hazırkı halda cavabdehlər Cavabdeh3 və Cavabdeh1 mülki iş üzrə icraata xitam verilməsi barədə qərardadın ləğvi haqqında Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(003)-712/2019 saylı qərardadından şikayət vermişlər. Azərbaycan Respublikası MPM-in 262.5-ci maddəsində iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şika yət verilməsi nəzərdə tutulsa da, iş üzrə icraata xitam verilməsi haqqında qərardadın ləğv edilməsi haqqında qərardaddan mülki-prosessual qanunvericilikdə şikayət nəzərdə tutulmamışdır. Bundan əlavə, mübahisələndirilən qərardad nəinki işin sonrakı hərəkətinə mane olmur, əksinə işin sonrakı hərəkətinə şərait varadır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə görə, əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Qeyd edilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərardadından cavabdehlər Cavabdeh1 və Cavabdeh3 şikayəti qeyri-mümkün hesab edilməlidir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq ed ərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini qeyri-mümkün edən zaman Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh1 kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-12389/2019 nömrəli iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qərardadı də yişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar