Məhkəmə qərarları › İş №2(102)-280/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-280/2024

16.01.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-280/2024 16.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X3 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı QƏRARİ Açar sözlər: torpaq münasibətlərindən irəli gələn mübahisələr, zəbt olunmuş torpaq sahəsinin boşaldılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər, Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu, Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı X3 cavabdeh "xxxx" ASC-nə qarşı “zəbt olunmuş torpağın alınaraq ona verilməsi” tələbinə dair Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)1855/2023 nömrəli, 21 sentyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş ka ssasiya şikayətinə 16 yanvar 2024-cü tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları

1. Samux Rayon İcra Hakimiyyəti Başçısının 28 dekabr 1999-cu il sərəncamından çıxarışa əsasən, İddiaçı Samux rayonu Sərkar kəndində orta məktəb həyəti yaxınlığında əksxana binasının yanında kommersiya məqsədilə mağaza binası tikilməsinə icazə verilmişdir.

2. Torpağın alqı-satqısına dair akta əsasən, X4 Sərkar bələdiyyəsi ərazisində 24 kv.m torpaq sahəsinin satılması barədə bələdiyyə tərəfindən qərar qəbul edilmişdir.

3. Samux Rayonu Sərkar Bələdiyəsinin "xxxx" ASC-nə ünvanladığı məktubun surətinə əsasən, bələdiyyə tərəfindən "xxxx" ASC-nə bildirilmişdir ki, Samux rayonu Sərkar kəndi ərazisində X3 mülkiyyətində torpaq sahəsi yoxdur. X3 qeyd etdiyi torpaq sahəsinə dair onun mülkiyyət hüququ dövlət qeydiyyatına alınmadığı üçün həmin torpaq sahəsi bələdiyyənin mülkiyyətindədir və 2017-ci ildə hazırlanmış layihə əsasında KTM quraşdırılması üçün "xxxx" ASC-nə verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı X6 cavabdeh "xxxx" ASC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən zəbt olunmuş Samux rayonu Sərkər kəndində yerləşən, onun sahibliyində və istifadəsində olan torpaq sahəsinin cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Samux rayonu Sərkər kəndində kommersiya fəaliyyəti ilə məşğul olmaq məqsədilə xx.xx.1999-cu ildə səlahiyyətli orqana müraciət etmiş, dəyəri əvvəlcəd ən ödənilməklə 48 000 manat müqabilində 24 kv. metr torpaq sahəsi almışdır. Onun satın aldığı torpaq saəsinə dair “tikintiyə icazə verilməsi haqqında” xx.xx.1999-cu il tarixli 278 saylı sərəncam imzalanmış, həmin vaxtdan da torpaq onun sahibliyində və istifadəsində olmuşdur.

6. Məhkəmə iclasında iştirak edən iddiaçı X6 iddianı müdafə edərək iddianın məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X7 iddiaya etiraz edərək bildirmişdir ki, iddiaçının qeyd etdiyi torpaq sahəsi bələdiyyənin mülkiyyətindədir və 2017-ci ildə imzalanmış layihə əsasında KTM quraşdırılması üçün Azərişıq ASC-nə verilmişdir. İddiaçının həmin torpaq sahəsinə dair heç bir hüququ yoxdur. Bun a görə də iddianın rədd edilməsini xahiş etmişdir.

8. Samux rayon məhkəməsinin 2(058)-453/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (X11) iddia təmin edilməmişdir.

9. Məhkəmə qeyd etmişdir ki, iddiaçının hazırkı iddia tələbi ilə müraciət etməsi üçün subyektiv hüququnun mövcud olması üçün ilk növbədə torpaq sahəsinin ona hansı əsasla məxsus olması müəyyən edilməlidir.

10. Məhkəmə hesab etmişdir ki, X3 cavabdeh "xxxx" ASC-nə qarşı “zəbt olunmuş torpağın alınaraq ona verilməsi” tələbinə dair iddia tələbi iddiaçının subyektiv hüququ olmaması əsası ilə rədd edilməlidir.

11. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 4-cü maddəsinin 1-ci hissəsinə, 67, Azərbaycan Respublikası Mülki Prosessual Məcəl ləsinin 14.2, 77.1-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

12. İddiaçı X6 həmin qətnamədən apellyasiya şikayəti verərək, Samux Rayon Məhkəməsinin 17 aprel 2023-cü il tarixli, 2(058)-453/2023 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, o, Samux rayonu Sərkər kəndində kommersiya fəaliyyəti ilə məşğul olmaq məqsədilə xx.xx.1999-cu ildə səlahiyyətli orqana müraciət etmiş, dəyəri əvvəlcədən ödənilməklə 24 kv. metr torpaq sahəsi almışdır. Onun satın aldığı torpaq sahəsinə dair “tikintiyə icazə verilməsi haqqında” xx.xx.1999-cu il tarixli 278 saylı sərəncam imzalanmışdır. Buna baxmayaraq, 2017-ci ildə imzalanmış layihə əsasında, KTM quraşdırılması üçün həmin torpaq sahəsi "xxxx" ASC-nə verilmişd ir.

14. İddiaçı X6 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, onun dəlilləri ilə eyni məzmunlu izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini, Samux Rayon Məhkəməsinin 17 aprel 2023-cü il tarixli, 2(058)-453/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (X10 Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər X8 və X2) 2(104)-1855/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmışdır.

16. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı X3 hazırkı tələbin irəli sürülməsi ilə bağlı heç bir subyektiv hüququ yoxdur. Belə ki, iddiaçı X1 rayonu, Sərkar kəndində yerləşən m übahisəli torpaq sahəsinin bələdiyyə tərəfindən ona satılmasını və hazırda onun istifadəsində olduğunu göstərsə də, sözügedən torpaq sahəsinə dair hər hansı hüquqlarının olmasını təsdiq edən bələdiyyənin müvafiq qərarını və digər mötəbər sübutları məhkəmə kollegiyasına təqdim etməmişdiir.

17. Kollegiya öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 178.1, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67, 68, MPM-in 14.2, 77.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

18. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1855/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, işə yenidən apellyasiya qaydasında bax ılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

19. Kassator kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, iddiaçı tərəf olaraq hesab edir ki, cavabdeh heç bir əsasla, sənədlə, faktla və digər sübutla istinad etdiyi halların heç birini sübut edə bilməmişdir. İddiaçı olaraq istinad edilən hər bir halı sübut etmişlər. Məhkəmə maddi və prosessual hüquq normalarını pozmaqla qanunsuz və əsassız qətnamə çıxarmışdır. Məhkəmə qeyd etmişdir ki, onun “guya” subyektiv hüququ yoxdur və məhkəmənin gəldiyi mövqe ilə razılaşmır. Halbuki, o, məhkəməyə verdiyi iddia ərizəsinə əlavə olaraq qeyd etmişdir ki, Samux rayon Sərkar kəndində kommersiya fəaliyyəti ilə məşğul olmaq məqsədilə xx.xx.1999-cu ildə səlahiyyətli orqana müraciət etdiyi dəyəri əvvəlcədən ödənilməklə 48000 manat müqabilində 24 kv.metr torpaq sahəsi almışdır. Ona Dövlət və Bələdiyyə tərəfindən verilmiş qanuni sənədlər əsasında iddianın təmin edilməsini tələb etsə də, digər tərəfin qanuni əsası olmadan cavabdehin nümayəndəsinin məhkəmədə qeyd etdiyi, 2017-ci ildə imzalanmış layihə əsasında KTM quraşdırlıması üçün "xxxx" ASC-nə verilmişdir” sözü ilə iddiası təmin edilməmişdir. Halbuki, o, iddia ərizəsinə əlavə olaraq Sərkar Bələdiyyəsinin sədri Şəmistan Yusifov tərəfindən imzalanaraq ona ünvanlanmış 76 saylı xx.xx.2021-ci il tarixli məktubunda onun sahibliyində olan torpaq sahəsində aparılan işlərə bələdiyyə tərəfindən razılıq verilmədiyi bildirilmişdir. Məhkəmə isə həmin məktuba hüquqi qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətb iq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

21. Maddə 152.1 mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vernək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

22. Maddə 157.4 Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəktələrə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

23. Maddə 238.1-daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Azərbaycan Respubl ikası Torpaq Məcəlləsi

24. Maddə 66, 2-ci hissə-torpaq üzərində mülkiyyət hüququ və torpaqdan daimi istifadə hüququ müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarına əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən Dövlət aktı (şəhadətnamə) ilə rəsmiləşdirilir.

25. Maddə 111, 1 və 2-ci hissələrinin tələbinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.

26. Mülki qanunvericiliyə əsasən, tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak üzərində mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir (Konstitusiya Məhkəməsi Plenumunun V.Q. Teryoxinin şikayəti üzrə 2010-cu il 15 yanvar tarixli Qərarı).

27. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının pozulmasına gətirib çıxara bilər (N.Qədirovun şikayəti üzrə 2017-ci il 18 dekabr tarixli Qərar).

28. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malikdir. Maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatdan asılı deyil: burada araşdırılmalı məqam işin təfərrüatlarının ərizəçinin həmin müddəada nəzərdə tutulan hüquqa aidiyyəti olubolmamasıdır. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və mar aqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” o halda qanunidir ki, o hər hansı qanunvericilik müddəasına və ya mübahisə obyektinə dair hüquqi sənədə əsaslansın (Saghinadze və başqaları Gürcüstana qarşı iş üzrə 2010-cu il 27 may tarixli Qərar, § 103). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

29. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazların ın əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

32. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

35. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

36. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən ir əli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

38. Hazırkı kassasiya şikayətində iddiaçı apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyindən məhkəmənin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

39. İlkin olaraq qeyd edilməlidir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

40. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə m ütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna g örə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib etməməsi məsələləri araşdırılmalıdır.

41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə id dia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

42. Baxılan iş üzrə iddiaçı öz tələbində göstərir ki, Samux rayonu Sərkər kəndində kommersiya fəaliyyəti ilə məşğul olmaq məqsədilə xx.xx.1999-cu ildə səlahiyyətli orqana müraciət etmiş, dəyəri olan 48000 manatı ödəməklə 24 kv. metr torpaq sahəsi almışdır. Onun satın aldığı torpaq s aəsinə dair “tikintiyə icazə verilməsi haqqında” xx.xx.1999-cu il tarixli 278 saylı sərəncam verilmişdir. Cavabdeh isə onun sahiblik və istifadəsində olan torpaq sahəsini zəbt etmiş və hüquqi əsas olmadan istifadə etməkdədir.

43. İddiaçı iddia tələbinin əsas kimi bələdiyyə ilə bağlanmış alğı-satqı müqaviləsini, həmin alğı-satqı müqaviləsi üzrə ödənilmiş ödəniş sənədini, istifadə və sahiblik hüququ əldə etdiyi torpaq sahəsində qeyri-yaşayış sahəsinin tikilməsinə icazə verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamını təqdim etmişdir. İşin faktiki hallarını araşdırmaq səlahiyyətinə malik olan məhkəmələr göstərilən sənədlərin ləğv və ya etibarsız hesab edilməsinə dair hər hansı sübutun mövcudluğunu müəyyən etməmişlər.

44. Eyni zamanda iddiaçı Samux Rayon Sərkar Bələdiyyəsinin 12 mart 2021-ci il tarixli məktubunu təqdim etmişdir. Məktubun məzmunundan aydın olur ki, bələdiyyə iddiaçıya alğı-satqı müqaviləsi əsasında torpaq sahəsinin satıldığını qəbul edir, həmin aktın ləğv edilməsi ilə bağlı məlumatın olmadığını, həmin sənədlərə təqdim etməklə torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması ilə bağlı müraciət etmək imkanına malik olduğunu, digər hər hansı hüquqi və ya fiziki şəxsə həmin torpaq sahəsində tikinti aparılması üçün razılığın verilmədiyini göstərmişdir.

45. Cavabdeh tərəf torpaq sahəsindən lazımi icazələr alınmaqla istifadə və sahiblik etdiyini göstərsə də bununla bağlı işdə hər hansı sübutun mövcud olması müəyyən edilmir.

46. İşə baxan məhkəmələr isə belə qənaətə gəlmişlər ki, iddiaçı sözügedən torpaq sahəsinin ona məxsus olmasını sübut etmək üçün torpağın alqı-satqısına dair xx.xx.1999- cu il tarixli akta istinad edir. Halbuki həmin akt hüquq müəyyən edici sənəd hesab edilmir. Mübahisəli torpaq sahəsinin iddiaçının mülkiyyətində olmasına dair sənəd işə əlavə edilməmiş və ya məhkəməyə təqdim edilməmişdir. Həmin əsasla məhkəmə iddiaçının hazırkı iddia tələbi ilə müraciət etməsi üçün subyektiv hüququnun olmadığı qənaətinə gəlir

47. Məhkəmə tərkibi apellyasiya instansiya məhkəməsinin nəticəsi ilə razılaşmır. Belə ki, Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələri müəyyən edir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.

48. Torpaq Məcəlləsinin 49-cu maddəsinə əsasən hüquqi və fiziki şəxsləri n torpaq üzərində xüsusi mülkiyyət hüququ - torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Məcəllənin 59-cu maddəsinə görə yaşayış məntəqələrində bələdiyyələrin ehtiyat fondu torpaqlarından sahələr digər məqsədlərlə yanaşı, həmçinin fərdi yaşayış və bağ evlərinin tikintisi üçün əvəzi ödənilməklə vətəndaşların xüsusi mülkiyyətinə verilir.

49. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir (Torpaq Məcəlləsinin 66-cı maddəsinin 1-ci bəndi).

50. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir.

51. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır (Torpaq Məcəll əsinin 68-ci maddəsi).

52. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla), daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir (Mülki Məcəllənin 146.1, 146.2 və 178.1-ci maddələri).

53. Mülki və torpaq qanunvericiliyin müddəalarından da göründüyü kimi tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququn un tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir.

54. Konstitusiya Məhkəməsinin Plenumu qərarlarında ifadə etdiyi hüquqi mövqeyindən aydın olur ki, daşınmaz əşyaların alqı-satqı müqaviləsi konsensual müqavilə olduğuna görə daşınmaz əşyanın alıcıya verilməsi və onun qiymətinin ödənilməsi üzrə öhdəliklər mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anına qədər icra oluna bilər. Bu baxı mdan həmin hüququn dövlət qeydiyyatına alınması anına qədər alıcı satıcı tərəfindən ona verilmiş əşyanın hüquqi əsası olan (titul) sahibi sayılır. Belə müqavilələr daşınmaz əşyanı əldə edən barəsində mülkiyyət hüququnun əmələ gəlməsini ehtiva edən hüquqi fakt kimi çıxış edir (Konstitusiya Məhkəməsi Plenumunun «F.Ə.Hüseynovun və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2004-cü il tarixli qərarı).

55. Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiy yətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, pozulmasına gətirib çıxara bilər.

56. İşin faktiki hallarını araşdırmaq səlahiyyətinə malik olan məhkəmələr qəbul edirlər ki, Samux rayon Sərkar bələdiyyəsi ilə iddiaçı arasında 27 dekabr 1999-cu il tarixdə “Torpaqların alqı-satqısına dair Akt” imzalanmışdır. Həmin akt torpaq sahəsi üzərində iddiaçının sahiblik və istifadə hüququnu təsbit edir. Sonradan isə hər hansı hüquqi əsas olmadan torpaq sahəsindən cavabdeh istifadə etdiyi aşkardır. Yaranmış belə vəziyyət isə iddiaçının mülkiyyətindən məhrum olunması ilə nəticələnmiş olur.

57. Məhkəmələr isə iddiaçının torpaq sahəsinə da ir alğı-satqı müqaviləsinin mövcud olmasını, həmin torpaq sahəsinin əldə edilməsi üçün ödəniş etməsini, hətta müvafiq icra hakmiyyəti orqanı tərəfindən torpaq sahəsində tikinti aparılması üçün icazə verilməsini nəzərə almadan torpaq sahəsinin iddiaçının mülkiyyətində olmamasına istinad etməklə hazırkı iddia tələbinin irəli sürülməsi üçün subyektiv hüquqa malik olmaması ilə bağlı düzgün olmayan nəticəyə gəlmişlər.

58. Qeyd edilməlidir ki, Konstitusiyada, beynəlxalq müqavilələrdə və ölkə qanunvericiliyində təsbit olunmuş mülkiyyət hüququnun müdafiə vasitələrindən biri Konstitusiyanın 60-cı maddəsində nəzərdə tutulmuşdur. Həmin maddənin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndində də müəyyən olun muşdur ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malikdir.

59. Konstitusiyanın 125-ci maddəsinin İ hissəsinə müvafiq olaraq Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə məhkəmələr həyata keçirirlər. Ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması Konstitusiyasının 127-ci maddənin İİ hissəsində təsbit olunmuşdur. Konstitusiyanın 129-cu maddəsinin İİİ hissəsinə görə məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır

60. Digər tərəfdən, hazırkı işə münasibətdə nəzərə alınmamışdır ki, Torpaq Məcəlləsinin XİV və XV fəsilləri torpaq sahələrinin geri alınmasının və torpaq sahələri üzərində mülkiyyət, istifadə və icarə hüquqlarının məhdudlaşdırılması və xitamının ümumi qaydalarını, hallarını və əsaslarını tənzimləyən xüsusi normaları təsbit edir.

61. Qeyd olunduğu kimi iş materiallarına sübutlar qismində, Sərkar Bələdiyyəsi ilə bağlanmış alğı-satqı aktı, bələdiyyənin məktubu, tikintinin aparılmasına razılıq verilməsinə dair icra hakimiyyətinin sərəncamının olmasına baxmayaraq məhkəmələr həmin sübutlara qiymət verməmişlər.

62. Halbuki MPM-in 80, 81, 88 və 89-cu maddələrinin tələbləri baxımından əgər məhkəmə hər hansı sübutu qəbul edərək, iş materiallarına əlavə edibsə işdə olan sübutlara həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, montaj və saxtalaşdırma əlamətlərinin olub-olmaması və s.) baxımından qiymət verilməlidir.

63. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə iş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir.

64. Avropa İnsan Hüquqları Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994cü il 19 aprel tarixli qərarında sübutların qiymətlənd irilməsi, onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.

65. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməli, işə yenidən baxılarkən bu Qərarın əsaslandırıcı hissəsində istinad olunan maddi və prosessual hüquq normalarının tələblərinə cavab verən məhkəmə aktı qəbul edilməlidir.

66. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1855/2023 nömrəli iş üzrə 21 sentyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar