Məhkəmə qərarları › İş №2(102)-280/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-280/2025

23.01.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-280/2025 23.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: qazla təchiz edən təşkilatın hesabladığı borcun mübahisələndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 sentyabr 2024-cü il tarixli, 2(103)4909/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati bi nasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. İddiaçı abonent olduğu ünvan 1 ünvanı üzrə Cavabdeh əməkdaşları tərəfindən təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməsi müəyyən edilmiş və Təbii X1nın pozulması haqqında aşağıdakı aktlar tərtib olunmuşdur: - 26 fevral 2021-ci il tarixli, ******* nömrəli; - 30 sentyabr 2021-ci il tarixli, ******* nömrəli; - 30 noyabr 2021-ci il tarixli, ******* nömrəli; - 31 yanvar 2022-ci il tarixli, ******* nömrəli; - 28 fevral 2022-ci il tarixli, ******* nömrəli; - 31 mart 2022-ci il tarixli, ******* nömrəli; - 30 aprel 2022-ci il tarixli, ******* nömrəli; - 30 noyabr 2022-ci il tarixli, ******* nömrəli; - 30 dekabr 2022-ci il tarixli, ******* nömrəli; - 31 yanvar 2023-cü il tarixli, ******* nömrəli; - 2 8 fevral 2023-cü il tarixli, ******* nömrəli; - 31 mart 2023-cü il tarixli, ******* nömrəli; - 31 aprel 2023-cü il tarixli, ******* nömrəli; - 30 iyul 2023-cü il tarixli, ******* nömrəli

2. Həmin aktlar əsasında tərtib olunmuş tələbnamələrlə aşağıdakı ziyan hesablanmışdır: - 28 fevral 2021-ci il tarixdə - 8856 kub.m həcmində qazın itirilməsi; - 31 yanvar 2021-ci il tarixdə - 10800 kub.m həcmində qazın itirilməsi; - 30 sentyabr 2021-ci il tarixdə - 5832 kub.m həcmində qazın itirilməsi; - 30 noyabr 2021-ci il tarixdə - 5904 kub.m həcmində qazın itirilməsi; - 31 mart 2022-ci il tarixdə - 16740 kub.m həcmində qazın itirilməsi; - 30 noyabr 2022-ci il tarixdə - 27432 kub.m həcmində qazın itirilməsi; - 30 dekabr 2022-ci il tarixdə - 6120 kub.m həcmində qazın itirilməsi; - 31 yanvar 2023-cü il tar ixdə - 6120 kub.m həcmində qazın itirilməsi; - 28 fevral 2023-cü il tarixdə - 6120 kub.m həcmində qazın itirilməsi; - 31 iyul 2023-cü il tarixdə - 4536 kub.m həcmində qazın itirilməsi; - 31 mart 2023-cü il tarixdə - 6120 kub.m həcmində qazın itirilməsi; - 30 aprel 2023-cü il tarixdə - 6120 kub.m həcmində qazın itirilməsi. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanına dair hesablanmış (**********00000 saylı abonent) 13009,9 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında yaşayır. Cavabdeh İB onunla müqavilə imzalayaraq, onun yaşadığı ünvana qaz sayğacı quraşdırmışdır. Bu yaxınlarda q az sayğacı istismar müddəti bitdiyinə görə yeni sayğacla əvəz edilmişdir. Sayğac dəyişdirildikdən sonra ona 13009,9 manat borcu olduğu bildirilmişdir. İddiaçı Bakı şəhəri, Xəzər rayonunda yerləşən qaz istismar idarəsinə gedərkən, ona abonent kodu üzrə borcunun olduğu, bu borcun yalnız məhkəmə qaydasında silinə bildiyi bildirmişlər. Bakı şəhəri, Xəzər rayonunda yerləşən qaz idarəsinin işçiləri tərəfindən aktlar iddiaçının iştirakı ilə tərtib olunmamış, o, həmin aktları imzalamamışdır. Qeyri-qanuni tərtib olunmuş aktlar əsasında iddiaçıya 13009,9 manat borc yazılmışdır.

5. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 25 aprel 2024-cü il tarixli, 2(003)980/2024 nömrəli qətnaməsi ilə (hakim Ə.Qəhrəmanov) iddia təmin edilmiş, Cavabdeh tərəfindən təbii X1nın pozulmasına görə İddiaçı (abonent kodu: *** *******00000) hesablanmış 13009,90 manat məbləğində borcun silinməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh təşkilat tərəfindən tərtib edilmiş aktlar iddiaçı tərəfindən imzalanmamış, həmin aktlar cavabdeh təşkilatın əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmiş, aktların tərtib edilməsinə hal şahidləri cəlb edilməmiş və qanunvericiliyin imperativ göstərişinə əməl edilməməklə həmin aktın bir nüsxəsi abonentə təqdim edilməmişdir. Cavabdeh təşkilatın istinad etdiyi halları, yəni zərərin hesablanmasına səbəb olmuş aktın qəbul edilməsi üçün əsas olmuş halları və aktın doğruluğunu sübut etmək vəzifəsi prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehin üzərinə düşür ki, iddiaçı tərəfindən qəbul edilməyən hallar sübuta yetirilmədiyindən həmin akt üzrə hesablanmış zərər də tutula bilməz.

7. Məhkəmə gəldiyi nəticəni “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 11.6-cı maddəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X1”nın 1.3, 1.4, 2.5, 2.12, 3.4, 6.5, 6.6-cı bəndlərinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

8. Cavabdeh İB apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 sentyabr 2024-cü il tarixli, 2(103)-4909/2024 nömrəli qətnaməsi ilə (hakim F.Qasımovun sədrliyi və məruzəsi ilə, hakimlər F.Abdıyevdən və X.Sarıyevdən ibarət tərkibdə ) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 25 aprel 2024-cü il tarixli, 2(003)-980/2024 nömrəli qətnaməsi qismən - 30 noyabr 2022-ci il tarixli, ******* nömrəli akta əsasən hesablanmış 3291,84 manat, 30 dekabr 2022-ci il tarixli, ******* nömrəli akta əsasən hesablanmış 734,4 manat, 31 yanvar 2023-cü il tarixli, ******* nömrəli akta əsasən hesablanmış 734,4 manat, 28 fevral 2023-cü il tarixli, ******* nömrəli akta əsasən hesablanmış 734,4 manat, 31 mart 2023-cü il tarixli, ******* nömrəli akta əsasən hesablanmış 734,4 manat, 31 aprel 2023-cü il tarixli, ******* nömrəli akta əsasən hesablanmış 734,4 manat, 30 iyul 2023-cü il tarixli, ******* nömrəli akta əsasən hesablanmış 544,32 manat borcun silinməsi hissələrində ləğv edil miş, həmin hissələrdə iş üzrə yeni qətnamə çıxarılaraq iddianın təmin edilməsi, 30 noyabr 2022-ci il tarixli, ******* nömrəli akta əsasən hesablanmış 3291,84 manat, 30 dekabr 2022-ci il tarixli, ******* nömrəli akta əsasən hesablanmış 734,4 manat, 31 yanvar 2023-cü il tarixli, ******* nömrəli akta əsasən hesablanmış 734,4 manat, 28 fevral 2023-cü il tarixli, ******* nömrəli akta əsasən hesablanmış 734,4 manat, 31 mart 2023-cü il tarixli, ******* nömrəli akta əsasən hesablanmış 734,4 manat, 31 aprel 2023-cü il tarixli, ******* nömrəli akta əsasən hesablanmış 734,4 manat, 30 iyul 2023-cü il tarixli, ******* nömrəli akta əsasən hesablanmış 544,32 manat, ümumilikdə 7508,16 manat məbləğində borcun silinməsi qət edilmişdir.

10. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansi ya məhkəməsi tərəfindən tətbiq edilmiş maddi hüquq normaları işin hallarına uyğun gəlmir. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu 25 fevral 2022-ci il tarixdə təsdiq olunmuş və bu Qanun 01 may 2022-ci il tarixdən qanuni qüvvəyə minmişdir. Həmin qanunla aşağıdakı norma əlavə olunmuşdur: Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

11. Lakin, birinci instansiya məhkəməsi 01 may 2022-ci ildən sonra tərtib olunmuş aktlara bu normanı tətbiq etməli olduğu halda tətbiq etməmişdir. Halbuki, bu norma hansı hallarda istehsalçının zərərin əvəzini ödəmək üçün subyektiv hüququnun yaranması əsaslarını tənzimləyir.

12. Apellyasiya kollegiyası qeyd etmişdir ki, qanunvericilikdə nəzərdə tutulmuş prosedura ümumiyyətlə əməl olunmamış, cavabdeh tərəfindən tərt ib edilmiş aktın 1 nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməmişdir. Belə olduğu halda isə istehlakçının qazın talanmasında təqsirli olması səlahiyyətli orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edilmədiyinə görə cavabdehin zərərin ödənilməsini istehlakçıdan tələb etmək hüququ yaranmamışdır.

13. Apellyasiya şikayətinin dəlillərindən biri ondan ibarət olmuşdur ki, məhkəmə mülki işin icraatı zamanı yerli baxış müəyyən etmişdir. Yerli baxış zamanı iddiaçının təbii qazdan sayğacdan kənar istifadə etdiyi açıq-aşkar istifadə etdiyi müəyyən edilsə də, məhkəmə tərəfindən etinasız yanaşılmışdır. Yuxarıda qeyd edilənlərlə yanaşı yerli baxış zamanı tərəflərindən mü əyyən edilənlər məhkəmə qətnaməsində ehtiva edilməmişdir. Apellyasiya kollegiyası bu dəlillə bağlı qeyd etmişdir ki, iş materiallarının 81-82-ci vərəqələrində olan məhkəmə iclasının protokolundan görünür ki, yerində müayinə zamanı kənar xətt aşkar olunsa da, həmin xəttin qonşuluqda yerləşən evə getməsi müəyyən olunmuşdur. Yəni, yerində müayinə zamanı qeyri – qanuni olaraq qazdan istifadə etməsi təsdiqini tapmamışdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq cavabdehin məhkəmə iclasının, o cümlədən yerində müayinə protokolu ilə tanış olaraq qeydlər vermək hüququ olsa da, bu hüququndan istifadə etməmişdir.

14. Şikayətin digər dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı cavabdehin qeyri-qanuni, təqsirli hərəkətləri nəticəsində iddiaçıya iti rilmiş qazın dəyərinə görə zərər vurulduğunu iddia etsə də, iş materialları ilə iddiaçının belə bir təqsirli hərəkəti müəyyən edilməmiş, bu hərəkətlərin mövcudluğunu təsdiq edəcək hər hansı mötəbər sübut təqdim edilməmişdir.

15. Bundan əlavə, iş materiallarına əlavə edilmiş fotoşəkillərin nə vaxt, hansı ünvanda çəkilməsi, qanunsuz qoşulma faktını hansı formada əks etdirdiyi, əgər həqiqətən aktların tərtibi zamanı çəkilmişsə hansı fotoşəkilin hansı aktın tərtibi zamanı çəkildiyi, xəttin məhz ona məxsus evə getməsini və s. hallar müəyyən edilmədiyindən mötəbər sübut kimi qanunsuz qoşulma faktını müəyyən edə bilməz.

16. Cavabdeh tərəfindən tərtib edilmiş müvafiq aktlar qanunvericiliyin sadalanan normalarının tələblərinə zidd olaraq, iddiaçı tərəfindən imzalanmamış, aktların hazırlanmasına hal şahidləri cəlb edilməmiş, cavabdehin əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmişdir.

17. Bundan başqa, iş materiallarında olan abonent saldosundan məlum olmuşdur ki, aktların tərtib olunduğu dövrlərdən sonra sərfiyyatda artım olmamış, mütəmadi olaraq ödənişlər aparılmışdır. Qeyd olunan xüsusat qanuni tərəfdən əsas hesab olunmasa da, daxili inam baxımından tərtib olunmuş aktların düzgün olmadığı qənaətinə gəlməyə əsas verir.

18. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 14.2, 14.2.6, 21.1, 21.2-ci, “Qaz təchizatı haqqında” Qanunun (01 may 2022ci il tarixən sonra qüvvədə olan redaksiyada) 13.8-1, 13.9-cu, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.1, 217.3, 385.1, 386-cı maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsd iq edilmiş “X1”nın 4.2, 4.6, 4.7, 4.8, 4.9, 6.5, 6.6, 6.7-ci bəndlərinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

19. Cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 sentyabr 2024-cü il tarixli, 2(103)-4909/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 21, 157.5, 1091.2-ci, Mülki Prosessual Məcəllənin 77, 88-ci maddələri, Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X1”nın 6.5-ci bəndi pozulmuşdur.

21. Belə ki, iddiaçının iddia tələbi əslində cavabdehə vurulmuş zərər olmasına və bu zərər i ddiaçının tərtib etdiyi aktlarla təsbit olunaraq öz təsdiqini tapsa belə, məhkəmələr iddianın böyük bir qismini təmin etmişlər. Dəymiş zərərlə bağlı məhkəmələr saldo aktları və fotoşəkillərə laqeyd göstərərək, düzgün hüquqi nəticəyə gəlməmişlər. İddiaçı ilə Cavabdeh İB arasında abonent müqaviləsi bağlanarkən müqavilənin tələblərinə əsasən iddiaçı da digər abonentlər kimi sayğacla təchiz olunmuşdur. Ancaq, iddiaçı müqavilənin tələblərini pozaraq Cavabdeh İB vermiş olduğu qazı qeyri-qanuni əldə edərək, əsassız varlanaraq cavabdehə ziyan törətməsinə baxmayaraq, məhkəmələr iddianın təmin edilməsinə dair qətnamə qəbul etmişlər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin halları üzrə mühüm əhəmiyyət kəsb edən abonentin saldosu düzgün və hərtərəfli araşdırılmamışdır. Məhkəmə qətnaməsində yalnız keçirilmiş ekspertizanın rəyini nəzərə almışdır. Halbuki, ekspertizanın nəticəsi ilə çəkilmiş fotoşəkillər heç biri uyğunluq təşkil etməmişdir. Bundan əlavə, təqdim edilmiş saldoya diqqət yetirsə aydın olur ki, aktlar tərtib edilən dövrdə heç bir qaz sərfiyyatı qeydə alınmamışdır.

22. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

23. Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri:

24. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instans iyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılma hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

25. Cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, kassasiya baxışının hədlərini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 27. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11.6-cı maddəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. 13.8-ci maddəsinə (01 may 2022-ci il tarixədək qüvvədə olmuş redaksiyada) əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 13.1-8-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X1 ilə tənzimlənir. 13.9-cu maddəsinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 20-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir.

28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X1”nın 1.3 və 1.4-cü bəndlərinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacını n təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan ke çirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 6.5-6.7-ci bəndələrinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. 6.5 -ci bəndinə (xx.xx.2023-cü il tarixli dəyişikliklərlə) əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcıs ı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsa sən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəl lənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin l əğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətinin dəlillərinə ətraflı hüquqi qiymət vermişdir.

32. Kassasiya şikayətinin dəlilləri cavabdehin əməkdaşları tərəfindən tərtib olunmuş aktların əsaslı olmasına yönəldilmişdir. Lakin, qeyd olunan aktlar iddiaçı tərəfindən cavabdehə ziyanın vurulmasının sübutu kimi qiymətləndirilə bilməz.

33. Belə ki, məhkəmə kollegiyası cavabdehin əməkdaşları tərəfindən tərtib olunmuş aktlara əsasən hesablanmış ziyanın tutulması ilə bağlı apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, X1nın (həm 25 iyun 2023-cü il tarixdən əvvəl olan redaksiyada, həm də, hazırkı redaksiyada) tələbi nə uyğun olaraq aktları lazımi qaydada tərtib etmək və bir nüsxəsini abonentə təqdim etmək, cavabdehə məxsus qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirildiyi və məhz aktlarda (hesabatlarda) göstərilən cihazların müəyyən edildiyi barədə zəruri sübutları məhkəməyə təqdim etmək, qanunsuz qoşulma halları üzrə hesablanmış zərərin ödənilməsini uzun müddət ərzində cavabdehdən hansı səbəbdən tələb edilmədiyini əsaslandırmaq, qanunvericilikdə edilmiş son dəyişikliklərə əsasən əlavə olaraq inzibati xəta və ya cinayət icraatının başlanılması üçün müvafiq tədbirlərin görülməsi vəzifəsi cavabdeh təşkilatın üzərində olmuşdur. Lakin cavabdeh iddiaya məxsus evə dair qazdan istifadəyə görə hesablanmış borcla (mübahisələndirilən hissədə) bağlı mövqeyini əsaslandıra bilməmiş və bu nunla bağlı hər hansı mötəbər sübut təqdim etməmişdir.

34. Hazırkı işdə isə cavabdeh təşkilat tərəfindən birtərəfli qaydada müvafiq aktlar tərtib edilməklə, zərər hesablanmış, həmin zərərin istehlakçının təqsirindən yaranmasına dair müvafiq orqanın və ya məhkəmənin qərarı alınmamışdır.

35. Kassasiya şikayətinin dəlillərinə münasibətdə kassasiya kollegiyası həmçinin qeyd edir ki, həmin şikayətin bir sıra dəlilləri formal xarakter daşıyır. Belə ki, hazırkı iş üzrə məhkəmələr tərəfindən hər hansı ekspertiza keçirilmədiyindən, kassator ekspert rəyinin əsassızlığına istinad edir.

36. Odur ki, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, tərəflər ar asındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 sentyabr 2024-cü il tarixli, 2(103)-4909/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar