Məhkəmə qərarları › İş №2(102)-2800/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2800/2021

04.05.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2800/2021 04.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin qarşı iş üzrə Cavabdeh1 və qeyrilərinə QƏRARİ (Açar sözlər: istifadə hüququnun itirilmiş hesab edilməsi) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, İddiaçı BOKT ASC-nin Cavabdeh3 və qeyrilərinə qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)8178/2020 nömrəli, 13 noyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş kassasi ya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı BOKT ASC ilə Cavabdeh5 arasında bağlanmış 07.08.2015-ci il tarixli, 2015/00113-01 №-li Kredit Müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 20.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh5 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakını ipoteka predmeti kimi İddiaçı BOKT ASC-yə təqdim etmiş və bu barədə 07.08.2015-ci il tarixli 2015/00113-01 İP saylı İpoteka Müqaviləsi bağlanmışdır. Cavabdeh5 tərəfindən kredit üzrə ödənişlər mütəmadi olaraq pozulduğundan iddiaçı məhkəməyə müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraa t

1. İddiaçı BOKT ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı cavabdehlərin Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 72 saylı evin, 103 saylı mənzilindən istifadə hüququna xitam verilməsi və ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə cavabdehdən tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir

2. İddia tələbi belə əsaslandırılmışdır: İddiaçı BOKT ASC ilə Cavabdeh5 arasında bağlanmış 07.08.2015-ci il tarixli, 2015/00113-01 №-li Kredit Müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 20.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh5 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakını ipoteka predmeti kimi İddiaçı BOKT ASC-yə təqdim etmiş və bu barədə 07.0 8.2015-ci il tarixli 2015/00113-01 İP saylı İpoteka Müqaviləsi bağlanmışdır. Cavabdeh5 tərəfindən kredit üzrə ödənişlər mütəmadi olaraq pozulduğundan iddiaçı tərəfindən ona qarşı ‘‘borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair” Xətai Rayon Məhkəməsində iddia qaldırılmışdır. Xətai Rayon Məhkəməsinin 22 avqust 2017-ci il tarixli, 2(001)2349/2017 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək Cavabdeh5 yaranmış borcun tutulması və tutmanın cavabdehin mülkiyyətində olan ipoteka predmeti olan Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakına yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunan əmlak hesabına yaranmış borcun bağlanması və həmin əmlak satıldıqdan sonra cavabdehin əşyaları ilə birlikdə mənzildən çıxarı lmaları qət edilmişldir. Qeyd olunan qətnamə üzrə verilmiş icra vərəqəsinə əsasən Xətai rayon İcra və Probasiya Şöbəsinin sifarişinə əsasən ipoteka predmeti açıq hərracda satılması üçün “X2” MMC-yə göndərilmişdir. Həmin əmlak açıq hərraca çıxarılmış, lakin satılmadığından “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə əsasən İddiaçı BOKT ASC-yə təklif edilmişdir. “X2” MMC ilə İddiaçı BOKT ASC arasında “hərracın yekunları üzrə əmlakın alqı-satqısı müqaviləsi” bağlanmış və X1 Yekun Protokol imzalanmışdır. Həmin müqaviləyə və X1 yekun protokola əsasən Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka İddiaçı BOKT ASC-nin mülkiyyət hüququnu təsdiq edən Çıxarış alınmışdır. (Qeydiyyat nömrəsi **********, tarix: 08.05.2019) Xətai rayon İcra və Probasiya Şöbəsi icra sənədinin tələbinə uyğun olaraq 02.09.2019-cu il tarixə, saat 11:00 mənzilin boşaldılması ilə bağlı icra təyin etmiş və mənzili boşaldaraq həmin tarixə akt tərtib edərək mənzili mülkiyyətçi İddiaçı BOKT ASCyə təhvil verilmişdir. Lakin ipoteka predmeti olan əmlakın artıq İddiaçı BOKT ASCnin mülkiyyətinə keçməsinə və mənzilin boşaldılaraq mülkiyyətçiyə təhvil veriməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 hal-hazırda da Bakı şəhəri, Xətai rayonu, ünvan 2 ünvanında qeydiyyatdadırlar. Bu isə bir mülkiyyətçi kimi İddiaçı BOKT ASC-nin hüquqlarını pozur, mənzildən istifadə etmək və sərəncam vermək hüququn u məhdudlaşdırır.

3. Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli, 2(011)352/2020 saylı qətnaməsi ilə (sədrlik edən hakim Ə.Abbasova) iddia təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən 72 saylı evin 103 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi qət edilmişdir.

4. Məhkəmə iddia tələbini təmin edərkən Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Mülki Məcəlləsinin 152, 157, 178.1, 203.1-ci maddələrinə istinad etmişdir.

5. Birinci instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh3 apellyasiya şikayəti vermişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat

6. Bakı Apelyasiya Məhkəməsi MK-nın 13 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər- A.Tanrıverdiyev (sədrlik edən və məruzəçi), T.Səmədov və İ.Şirinov) Cavabdeh3 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-352/2020 saylı, 15.09.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

7. Apelyasiya instansiyası məhkəməsi 1-ci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır.

8. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən Cavabdeh3 kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

9. Cavabdeh3 kasasiya şikayəti verərək qətnamənin ləğv olunaraq, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. Kassasiya şikayəti belə əsaslandırılmışdır: Məhkəmə işə baxarkən hansı hüquqların pozulub-pozulmamasının əsaslarını müəyyən etməmiş, işin faktiki hallarına uyğun hüquq normalarını düzgün tətbiq etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Kassasiya şikayətinə qarşı etiraz göndərilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq:

13. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

14. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

13. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir.

14. Maddə 203.1. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, da şınmaz əmlaka mülkiyyət hüququ itirilir.

15. Maddə 152.1. Mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

16. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

17. Maddə 152.3. İstifadə hüququ—əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.

18. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. 19. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarının 23- 6 cü bəndində göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1ci hissəsində təsdiq edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olar aq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

23. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri

24. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdır ılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya Məhkəməsi mübahisə ilə bağlı düzgün nəticəyə gəlmişdir.

26. Belə ki, mübahisəli mənzil keçirilmiş hərrac nəticəsində iddiaçı tərəfindən satın alınmış, habelə mübahisəli mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq mənzilinə dair İddiaçı BOKT ASC-nin adına qeydiyyatı aparılmışdır. Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın təsdiq edilmiş surətindən (i.v. 6) müəyyən edilir ki, Bakı şəhəri, ünvan 3 ünvanında olan sözügedən mənzil İddiaçı BOKT ASC-nin mülkiyyətindədir.

27. Kollegiya işin hallarına və yuxarıda qeyd olunan normalara əsaslanaraq bildirir ki, şəxsin mülkiyyət hüququ toxunulmazdır və kənar müdaxilələrdən mühafizə edilməlidir. Mülkiyyətçinin pozulmuş hüquqları sahiblikdən məhrum etmə ilə bağlı olmadıqda da mülkiyyətçi öz hüquqlarının bərpa edilməsini tələb edə bilər (neqator iddia). Belə olan halda, iddiaçı sözügedən mənzilin mülkiyyətçisi kimi, kənar şəxslərin mülkiyyətdən qanunsuz istifadəsinə xitam verilməsini tələb etməkdə haqlı olmuşdur.

28. Məhkəmə kollegiyası qeyd edir ki, kassatorun mübahisəli mənzilə istifadə hüququ qalmamışdır. Mülkiyyətçi və onun ailə üzvləri mənzili öz iradələrinə uyğun olaraq ipoteka ilə yüklü etmiş, məhkəmə qətnaməsi əsasında mənzilə tutma yönəldilərək hərracda satılmış, qətnamə icra olunaraq cavabdehlər mənzildən çıxarılaraq mənzil mülkiyyətçiyə təhvil ver ilmişdir. Həmin mənzillə bağlı mübahisə aparmağa keçmiş sakinlərin maraqları qalmamışdır. Çünki onların mənzilə olan hüquqlarına xitam verilmişdir.

29. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

30. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh3 kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8178/2020 nömrəli iş üzrə 13 noyabr 2020-ci il tarixli qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar